Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-39/2023 03.10.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs iştirakı ilə 03 oktyabr 2023-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxx 1980-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, bu şəhərin B.Bayramov küçəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 178.2.2-ci, 178.2.4-cü və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlib bu məqsədlə tanış olduğu Zərərçəkmiş şəxs2 sonuncunun oğlu Şahid2 Vergilər Nazirliyində işə düzəldəcəyini yalan vəd verib aldatmaqla vahid qəsdlə davamlı olaraq 2022-ci ilin aprel ayından 16 iyun 2022-ci il tarixədək olan müddət ərzində, istintaqa dəqiq məlum olmayan vaxtlarda, Bakı şəhərinin müxtəlif yerlərində və Göyçay rayonun ərazsində yerləşən ödəniş terminalları vasitəsi ilə kart hesabına edilmiş köçürmələrlə Zərərçəkmiş şəxs2 ümumilikdə 6000 manat pulunu ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlib bu məqsədlə tanış olduğu Zərərçəkmiş şəxs3 sonuncunun kreditlə aldığı “Reno” markalı avtomoblin sənədləşdirilməsində yaranmış çətinliklərin həll edilməsində köməklik edərək, həmin avtomobili onun adına keçirməsini yalan vəd verib aldatmaqla vahid qəsdlə davamlı olaraq 2022-ci ilin may ayının əvvəlindən həmin ayın sonunadək olan müddət ərzində, istintaqa dəqiq məlum olmayan vaxtlarda, Bakı şəhərinin Nizami rayonunun ərazsində yerləşən ödəniş terminalları vasitəsi ilə kart hesabına edilmiş köçürmələrlə Zərərçəkmiş şəxs3 ümumilikdə 2000 manat pulunu ələ keçirərək sonuncuya qarşı dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, bilə-bilə 22 aprel 2012-ci il tarixli, ********** nömrəli saxta sənəddən (çıxarışdan) istifadə etməklə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək sonuncunun Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən torpaq sahəsinə və mənzilinə çıxarış alacağı ilə bağlı yalandan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsd formasında ayrı-ayrı vaxtlarda 26 may 2022-ci il tarixdən 18 iyun 2022-ci il tarixədək olan müddət ərzində ödəniş terminallarında kart hesabına edilmiş köçürmə vasitəsi ilə sonuncu dəfə 15 iyul 2022-ci il tarixdə saat 14:00 radələrində Bakı-Rusiya magistral yolunun Siyəzən rayonu ərazisində yerləşən “Göl” adlanan kafenin içərisində ümumilikdə 5190 manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 2022-ci il mayı ayında onun qardaşının, Göyçay rayonunun Mirzəhüseynli kənd sakini Zərərçəkmiş şəxs2 isə oğlu Şahid2 vasitəsilə atası tanımışdır. Belə ki, o, Bakı şəhərində "xxxx" MMC-də sürücü, Şahid2 isə mühafizəçi qismində işləmiş, habelə onlar bununla tanış olmuşlar. Bundan əlavə, Şahid2 Sumqayıt Dövlət Universitetinin məzunu olmaqla, sonuncu iş yerində Azərbaycan Respublikası Vergilər Nazirliyinə test imtahanına hazırlaşmış, o, isə Pənaha həmin nazirlikdə və digər qurumlarda yüksək vəzifədə işləyən dost-tanışlarının olduğunu bildirib, ona pul müqabilində sözügedən şəxslərin vasitəsi ilə Vergilər Nazirliyinə işə düzəltmək imkanının olduğunu qeyd etmiş və Pənaha bu işdə köməklik edə biləcəyini, əgər lazım olarsa, onunla əlaqə saxlaya biləcəyini söyləmişdir. Pənah isə atası ilə məsləhətləşib, ona xəbər verəcəyini bildirmiş, bundan az müddət sonra Zərərçəkmiş şəxs2 onunla telefon əlaqəsi saxlayıb, şifahi tanışlıq vermiş, həmçinin sonuncu Pənahın atası olduğunu, oğlunun onun barəsində ona danışdığını bildirib, oğlu Pənahı Vergilər Nazirliyinə işə düzəltmək imkanının olub-olmadığını soruşmuş, o, isə Nəzarətə də yalandan sözügedən nazirlikdə və digər qurumlarda yüksək vəzifədə işləyən dost tanışlarının, qohumlarının olduğunu, onların vasitəsi ilə pul müqabilində bu işi həll edə biləcəyini, lakin həmin şəxslərin adlarını çəkə bilməyəcəyini, zəruri sənədləri toplamaq lazım olacağını bildirmişdir. Danışıq zamanı Nəzarət ona inanaraq razılaşmış, o, da onu özünə inandırmaq üçün yalandan cəmi 500- 600 manat xərcinin çıxacağını bildirib, Pənahın lazımi sənədlərini toplamasını tapşırmışdır. Nəzarət ona bütün sənədləri topladığını bildirdikdən sonra 2022-ci ilin aprel ayında Bakı şəhərində Binəqədi rayonunun ərazisində kafelərin birində ilk dəfə üzbəüz Nəzarətlə görüşmüş, söhbət zamanı sonuncunu özünə inandırmaq üçün bir daha müxtəlif qurumlarda, hüquq-mühafizə orqanlarında geniş əlaqələrinin olduğunu, qohumlarının da müxtəlif dövlət orqanlarında yüksək vəzifə sahibləri olduğunu, heç nədən narahat olmamasını bildirmişdir. Biraz söhbət etdikdən sonra Nəzarətdən topladığı sənədləri istəmiş və sonuncu bütün topladığı sənədləri ona vermiş, o, isə görünüş yaratmaq üçün həmin sənədləri nəzərdən keçirib, guya kiməsə göstərəcəyini bildirərək, səhəri gün 500 manat pul ilə birlikdə görüşməyə razılaşmışlar. Səhəri gün Bakı şəhərində 28 May metrostansiyasının yanında görüşdükdə, o, Nəzarətdən 500 manat pul istəmiş və sonuncu ona həmin pulu verəndə, yalandan 3000 manat pulun da Təhsil Nazirliyində hansısa şöbə müdirinə vermək lazım olacağını bildirib, tez bir müddətdə həmin pulu da hazırlamasını tapşırmışdır. Nəzarət də ona inanıb səhəri gün Bakı şəhərində Nizami rayonunda “Çudo Peçka” nın yanına gəlib, orada ona 3000 manat məbləğində pul vermişdir. Bundan əlavə, Nəzarət ondan aldığı 500 manat və 3000 manat pulları hansısa vəzifəli şəxslərə verəcəyini və onun oğlunun işini həll edərək Pənahı Vergilər Nazirliyində işə düzəldəcəyini düşünmüş, sonrakı günlərdə isə o, Nəzarətlə əlaqə saxlayaraq yalandan xırda para məsələlərin həlli üçün əlavə 260 manat pul da almışdır. Daha sonra bir neçə dəfə Nəzarət ilə əlaqə saxlayaraq işin həlli üçün kiməsə vermək adı ilə xırda-xırda ayrı-ayrı vaxtlarda kart hesabına köçürmə yoluyla 500 manat pul da almışdır. Bundan sonra 16 iyun 2022-ci il tarixdə növbəti dəfə Nəzarətə zəng vurub, oğlu Pənahın işinin həlli üçün hansısa vəzifəli şəxsə vermək adı ilə 1200 manat da istəmiş, Nəzarət də onun dediyi kart hesabına 1220 manat pul göndərmiş, o, da bu məbləği Siyəzən şəhərində yerləşən bankomatdan çıxardaraq ələ keçirmişdir. Lakin, o, Nəzarət üçün heç bir iş görməmişdir. Bu da Nəzarətin narazılığına səbəb olmuş və sonuncu hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Beləliklə, o, 2022-ci ilin may-iyun aylarında Zərərçəkmiş şəxs2 ümumilkdə 6000 manat pulunu ələ keçirsə də, həmin ziyanı sonuncuya tam olaraq qaytarmışdır. Bundan başqa o, Zərərçəkmiş şəxs3 qarşı da dələduzluq əməli törətmişdir. Belə ki, Nəzarəti Həsənovu aldatdığı və ondan 6000 manat pulunu ələ keçirdiyi ərəfələrdə onun kürəkəni Bakı şəhərində yaşayan Zərərçəkmiş şəxs3 ilə tanış olmuş, sonuncu ona “Reno” markalı avtomobili kreditə aldığını, avtomobilin pulunun hamısını ödəməsinə baxmayaraq, pulları ondan alan şəxsin öldüyünü, səhlənkarlığı səbəbindən həmin avtomobili adına vaxtında keçirə bilmədiyini, avtomobilin əsl sahibinin isə ona heç bir məbləğdə pulun verilmədiyini və avtomobilin ona məxsus olmasını, həmin avtomobili satmadığını iddia etdiyini, bununla bağlı nə etməli olduğunu bilmədiyini, bu cür problemlə üzləşdiyini və məsələni həll etmək istədiyini bildirəndə o, Anarın da təxminən ümumilikdə 2000 manat pulunu ələ keçirmək qərarına gəlmiş və yalandan ona hüquq-mühafizə orqanlarında tanıdığı vəzifəli şəxslərin olduğunu, onların vasitəsi ilə 2000 manata bu işi həll edəcəyini yalandan vəd etmiş, onu özünə inandırmışdır. Həmin vaxtdan guya Anarın da işi ilə məşğul olması görünüşünü yaradaraq, sonuncudan 2022-ci ilin may ayında müxtəlif vaxtlarda hissə-hissə kart hesabına köçürmə yolu ilə 2000 manat pul almış, lakin onun üçün heç bir iş görməmişdir. Beləliklə Zərərçəkmiş şəxs3 onun kart hesabına göndərdiyi həmin pulları da Siyəzən şəhəri ərazisində yerləşən bankomatdan çıxarmaqla, ələ keçirmiş, lakin Anara vurduğu 2000 manat məbləğində ziyanı da sonuncuya tam şəkildə ödəmişdir. Bundan başqa, 2022-ci ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs1 ona müraciət edərək, Quba rayonu, Qəçrəş kəndinin ərazisində 65 sot torpaq sahəsinin və üzərində 100 kv.m sahəsi olan, 1 mərtəbədən və 3 otaqdan ibarət fərdi yaşayış evinin olduğunu və həmin torpaq sahəsi ilə fərdi yaşayış evinə çıxarış almaq istədiyini bildirmiş, evi və torpaq sahəsini adına rəsmləşdirmək üçün ondan köməklik istəmiş, o, isə bunun üçün 2000 manat pulun lazım olduğunu söyləmiş, bundan sonra Fəridə ona Quba rayonundakı evində 2000 manat pul vermişdir. O, həmin pulu özündə saxlamış, evin kimin adına olmasını öyrənmiş və həmin torpaq sahəsi ilə evin başqa şəxsin mülkiyyətində olduğu ona məlum olmuşdur. Lakin, buna baxmayaraq o, Zərərçəkmiş şəxs1 köməklik etmək istəmişdir. Bunun üçün o, Fəridəyə əlavə 1000 manat pulun da lazım olduğunu bildirdikdə, sonuncu onun "xxxx" ASC tərəfindən verilmiş 4127-2081-1560-4844 nömrəli maaş kartına 1000 manat pulu müxtəlif vaxtlarda hissə-hissə göndərmiş, həmin pulları Siyəzən şəhəri ərazisində yerləşən bankomatdan çıxarmaqla, ələ keçirmişdir. Bundan başqa, Fəridə ona 300 manat pulu da, əlavə olaraq həmin bank kartına göndərmiş, habelə o, Fəridənin sənədlərini düzəldə bilməmişdir. Eyni zamanda, hazırda Zərərçəkmiş şəxs1 vurduğu 5190 manat zərəri tam şəkildə ödəmişdir. O, Zərərçəkmiş şəxs1 evin və torpaq sahəsinin sənədlərini düzəltməsinə inandırmaq üçün hətta sonuncuya özünün evdə kompyuter vasitəsilə hazırladığı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətini də təqdim etmişdir. Bundan əlavə, o, dələduzluq yolu ilə ələ keçirdiyi bütün pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Hazırda törətdiyi əməllərdən peşmançılıq hissi çəkməsinin nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, oğlu Şahid2 Bakı şəhərində Akkord MMC-də mühafizəçi işləyərkən orada sürücü işləyən Təqsirləndirilən şəxs ilə tanış olmuş, sonuncu oğlunun Vergilər Nazirliyinə işə qəbul olunmaq üçün imtahana hazırlaşdığını gördükdə, ona işə qəbul olunmaqda köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra, oğlu Pənah bu barədə zəng etməklə, ona məlumat verdikdə, ilk əvvəl pulunun olmadığını bildirsə də, sonradan Cəmilin özü ilə əlaqə saxlamış, sonuncu oğlu Pənahın yaxşı oğlan olduğunu, onu təmənnasız işə qəbul etdirəcəyini bildirmişdir. Sonradan Cəmillə görüşdüyündə sonuncu DTX-nin sabiq əməkdaşı olduğunu, Vergilər Nazirliyində yaxın qohumunun işlədiyini bildirməklə, müəyyən sənədlər əldə etmək üçün pul lazımı olduğunu bildirmişdir. Buna görə də, Cəmilə Neftçilər metro stansiyası yaxınlığında 3000 manat, 28 May metro stansiyası yaxınlığında 500 manat nağd, Göyçay rayonunda “milliön” aparatı vasitəsilə isə 350, 150 manat olmaqla, 2022-ci ilin aprel ayından 16 iyun 2022-ci il tarixədək olan müddət ərzində cəmi 6000 manat pul vermiş, müsbət nəticə əldə olunmadığı üçün ilk əvvəl Siyəzən rayon Polis Şöbəsinə, daha sonra, Göyçay rayon prokurorluğuna şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ona vurduğu 6000 manat ziyanı tam olaraq qaytardığından, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə təxminən 2022-ci ilin aprel ayında qayınatası Zərərçəkmiş şəxs2 işlərini həll edən zaman tanış olmuşdur. Belə ki, qaynı Şahid2 Akkord MMC-də işləyərkən onunla bir evdə yaşamış, habelə Cəmil ilə birlikdə işləməklə, sonuncu qaynına işə qəbul olunmaqda köməklik edə biləcəyini bildirmişdir. Bu məqsədlə qayınatası Cəmil ilə görüşdükdə, sonuncuya etibarnamə ilə “Reno” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil aldığını, lakin avtomobili aldığı şəxsin qəza zamanı öldüyünü, avtomobilin mülkiyyətçisinin avtomobili ondan geri almaq istədiyini bildirdiyində, Cəmil avtomobili adına keçirməkdə ona köməklik edəcəyini qeyd etmişdir. Buna görə Cəmilə avtomobilin sənədlərini, habelə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, aylıq ödəniş qəbzlərini, avtomobilin şəkillərini vermiş, sonuncunun kart hesabına Bakı şəhərinin Nizami rayonunun ərazisindən ayrı-ayrı vaxtlarda “milliön” aparatı vasitəsilə cəmi 2000 manat məbləğində pul göndərmiş, o, isə həmin məbləği Qeydiyyat-imtahan məntəqəsində kiməsə verəcəyini bildirmişdir. Belə ki, avtomobili kreditlə və mülkiyyətçisindən etibarnamə əsasında ona satmış şəxs Ukrayna Respublikasından Azərbaycan Respublikasına iri tonnajlı avtomobil ilə yük daşıma həyata keçirdiyindən, avtomobilin aylıq kreditini sonuncunun arvadına ödəmişdir. Ona avtomobili satmış şəxs qəza zamanı öldükdən sonra, avtomobili adına keçirtmək üçün onun arvadına müraciət etsə də, avtomobilin mülkiyyətçisi avtomobilini ondan geri almışdır. Bununla yanaşı, sözügedən avtomobil onda olduğu zaman, Cəmil avtomobili adına keçirməkdə köməklik edəcəyinə söz verdiyindən, aylıq kreditləri ödədiyi şəxsi məhkəməyə vermək hüququndan istifadə etməmişdir. Bundan əlavə qeyd edir ki, Cəmil ilə kafedə görüşdüyü zaman sonuncu DTX-ya məxsus xidməti vəsiqəsini belə təqdim etmiş, oranın əməkdaşı olduğunu bildirmiş, polis əməkdaşları tərəfindən avtomobil ondan alınıb, mülkiyyətçisinə qaytarılanda, narahat olmamasını, avtomobilin DTX-nin inzibati binasının həyətinə gətiriləcəyini bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs ona vurduğu 2000 manat ziyanı tam olaraq qaytardığından, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla qohumluq münasibəti olmamış, sonuncunu qardaşı Əfqan vasitəsi ilə tanımışdır. Belə ki, Cəmil qardaşı Əfqan ilə birlikdə Bakı şəhərində yerləşən "Qorqud" otelində yeyib-içmiş, qardaşı gecə saatlarında evə gəlmədiyi üçün onun arxasınca həmin otelə gedib, Cəmili də orada görmüşdür. Həmin gecə Cəmil qardaşı ilə birlikdə evinə gəlib, atası ilə atasının qohum olduğunu, onun uşaqlığının onların Quba rayonunda yerləşən evlərində keçdiyini, özünün DTX-nin polkovniki olduğunu bildirmişdir. Bundan əlavə, İran İslam Respublikasının vətəndaşı olan mərhum əri Quba rayonunun Qəçrəş kəndində dostu Siyavuşun adına 60 sot torpaq sahəsi almış, sonuncu əri sağ olan vaxt iki dəfə sənədləşmə olmasın deyə torpaq sahəsini kimə satmış olsalar, alqı-satqı ilə torpağı həmin adamın adına keçirəcəyini bildirsə də, əri öldükdən sonra, Siyavuşun həbs olunduğunu eşitmişdir. Eyni zamanda, Cəmil həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması üçün çıxarış alacağını, lakin, buna görə müəyyən qədər pul lazım olduğunu bildirdikdə, onunla razılaşmışdır. Belə ki, Cəmil ondan buna görə 3000 manat pul istəmiş, habelə həmin məbləği rəisinin kart hesabına ödəməli olduğunu bildirdikdə, 26 may 2022-ci il tarixdə Quba rayonunda qardaşının evində ona 2500 manat məbləğində nağd pul vermiş, 500 manatı isə kart hesabından onun kart hesabına göndərmişdir. Bundan başqa, kart hesabından Cəmilin kart hesabına müxtəlif vaxtlarda 350, 100, 50, 60, 100 manat məbləğində pul göndərmişdir. Bununla yanaşı, Cəmilə təxminən 3000 manatdan yuxarı məbləğdə pul verdikdən sonra, o, ona həmin torpaq üzərində mülkiyyət hüququnun tanınması barədə çıxarışı versə də, həmin çıxarışı Asan xidmət mərkəzində yoxlatdırdığında, saxta olduğunu bilmişdir. Sonuncu dəfə isə 15 iyul 2022-ci il tarixdə, saat 15:00 radələrində Siyəzən rayonunun ərazisində yerləşən “Göl” adlanan kafedə Cəmilin vasitəsi ilə tanıdığı Gülsarənin iştirakı ilə Cəmilə 2000 manat pul vermişdir. Gülsarə ilk əvvəl 2000 manat pulu ondan alıb, Cəmilə verəcəyini bildirsə də, həmin məbləği 50 və 100 əskinazlar formasında sonuncuya özü vermişdir. Bundan sonra, Cəmil yaşadığı evə gəlib, kadastrın da hazır olduğunu, bunun üçün 4000 manat məbləğində pul verməli olduğunu bildirdikdə, sonuncundan kadastrı almış, habelə sənədin başqa şəxsə aid olduğunu görmüşdür. Bu zaman Cəmil yanlışlıqla başqa şəxsə məxsus sənədi özü ilə gətirdiyini bildirmişdir. Bununla yanaşı, Zərərçəkmiş şəxs1 əvvəlcə ifadəsində Təqsirləndirilən şəxs ümumilikdə 5190 manat pul versə də, sonuncunun həmin məbləğdən 4000 manatını qaytardığını, 1190 manatı isə qaytarmadığını, odur ki, pulunun tam qaytarılmasını tələb etdiyini bildirsə də, o, 03 oktyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində ona dəymiş zərərin tam olaraq ödənildiyini qeyd edib, təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını bir daha göstərmişdir. Məhkəmə iclasında iştirak edən Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, 2022-ci il yanvar ayında Bakı şəhərində Akkord MMC-də mühafizəçi işləyərkən orada sürücü işləyən Təqsirləndirilən şəxs ilə tanış olmuş, sonuncu Vergilər Nazirliyinə işə qəbul olunmaq üçün imtahana hazırlaşdığını gördükdə, işə qəbul olunmaqda köməklik edəcəyini bildirib, atası Nəzarətin ona zəng vurmasını istəmişdir. Habelə, atası ilə telefon vasitəsilə əlaqə saxlayan Cəmil, onu təmənnasız işə qəbul etdirəcəyini bildirsə də, buna görə ilk əvvəl az məbləğ 500 manat, sonra isə işə qəbul etdirən adamı özü ilə gətirib, 3000 manat pul lazım pul olduğunu, habelə həmin məbləğləri atasından aldıqdan sonra isə, işin pula görə uzandığını bildirib, əlavə pul almışdır. Bununla yanaşı, Cəmilə Gülsarənin yanında sənədlərini, habelə foto şəkillərini vermişdir. Cəmil atasından 6000 manat, yeznəsindən isə 2000 manat pul alsa da, pulların verilməsində iştirak etməmişdir. Hazırda həmin məbləğlər qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən Şahid3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Zərərçəkmiş şəxs2 qayınatası olmaqla, Cəmil qayınatasına və bacanağına qaytarmalı olan cəmi 8000 manat məbləğində pulu əmək haqqı kartına göndərmiş, habelə həmin məbləği qayınatasına vermişdir. Şahid1 məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs, eləcə də Zərərçəkmiş şəxs1 əvvəldən tanımış, onlarla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Belə ki, 2022-ci ilin iyul ayında Zərərçəkmiş şəxs1 ona zəng vuraraq, Təqsirləndirilən şəxs zəng etdiyini, lakin sonuncunun nə zəngə cavab verdiyini, nə də ona zəng çatdığını bildirmiş, bu zaman o, Fəridəyə Siyəzən şəhərinə getməyi təklif etmiş, habelə sonuncunu da, idarə etdiyi "Changan CS 35" markalı avtomaşına əyləşdirərək, Siyəzən şəhərinə getmiş, bu şəhərdə yerləşən “Göl” adlanan kafenin yanında avtomobilini saxlayaraq, Cəmilə zəng vurmuş, həmçinin zənginə cavab vermiş Cəmillə hal-əhval tutduqdan sonra sonuncunu kafenin yanına çağırmış, lakin Fəridənin yanında olduğunu bildirməmişdir. Bundan təxminən 10 dəqiqə sonra Cəmil onların yanına gəlmiş, həmçinin Fəridəni də onun yanında görmüş, söhbət əsnasında Cəmil Fəridənin ona nə qədər pul verdiyini özünün bildiyini, o cümlədən təxminən 3000 manat pul aldığını qeyd etmişdir. Bundan başqa, onun yanında Fəridə ilə Cəmilin arasında pul alış-verişi olmamış, yalnız Fəridənin dedikləri əsasında Cəmilin ondan pul aldığını eşitmiş, habelə Cəmil aldığı təxminən 3000 manat pulu qaytaracağını vəd etmişdir. Bundan əlavə, Fəridə Cəmilə əlavə olaraq 2000 manat pul da verdiyini bildirsə də, o, bunun şahidi olmamış, habelə görməmişdir. Eyni zamanda, o, Siyəzən RPŞ-də baş verənlərlə bağlı ona məlum olanları bildirsə də, hər hansı bir sənədi, o cümlədən protokolu imzalamamış, nə də orada "ifadəmi oxudum sözləri doğru yazılıb, heç bir əlavəm yoxdu, doğruluğunu imzamla təsdiq edirəm" sözlərini yazmamışdır. Çünki, onun gözü yaxşı görməməklə, yanaşı hərfləri, yəni əlifbaları qarışdırıb, yazır. Beləliklə, cinayət işinin İ cild 59-61-ci vərəqələrindəki 17 oktyabr 2022-ci il tarixli şahidin dindirilməsi protokolunda adından yazılmış ifadə ilə yanaşı, imzalar və yazılar da ona aid olmamışdır. Məhkəmə Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadədən fərqlənən, habelə Təqsirləndirilən şəxs münasibətdə məhkəmə istintaqı zamanı veridiyi ifadəsinə tənqidi yanaşaraq belə hesab edir ki, şahidin bu cür ifadə verməsi Təqsirləndirilən şəxs gələcəkdə cinayət məsuliyyətindən yayınmasına şərait yaratmaq məqsədi güdür və obyektiv həqiqəti ifadə etməməklə, inandırıcı deyildir. Belə ki, Şahid1 hər hansı bir təsir və təzyiq altında olmadan ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 15 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 ona Cəmil adlı şəxsin ona məxsus olmaqla, Quba rayonunun ərazisində yerləşən torpaq sahəsinin sənədlərini düzəltdiyini, bunun üçün Siyəzən rayonu ərazisində sonuncuya 2000 manat pulu verəcəyini söyləmiş, həmçinin onunla birlikdə Siyəzənə gedib Cəmil adlı şəxs ilə görüşməyi təklif etdikdə, o, Fəridə ilə razılaşıb, həmin gün onunla Siyəzən şəhərinə getmiş, həmçinin orada, “Göl” adlanan kafedə Fəridə Cəmil adlı şəxsə torpaq sənədlərinin düzəldilməsi üçün 2000 manat pul vermişdir. Həmin vaxt Fəridə onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan 077- ***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlamışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2023-cü il tarixli, 4/1319 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, cinayət işinin İ cildinin 59-61-ci vərəqələrində olan 17 oktyabr 2022-ci il tarixli şahidin dindirilməsi haqqında protokolun 1- 2-ci vərəqlərinin aşağısındakı imzalar, 3-cü vərəqində “ifadəmi oxudum sözləri doğru yazılıb heç bir əlavəm yoxdu doğruluğunu imzamla təsdiq edirəm” əlyazmaları və “İmza:” qrafasındakı imza - Şahid1 tərəfindən icra olunmuşdur. Həmçinin rəydən görünür ki, ekspertizaya təqdim olunmuş, cinayət işinin İ cildinin 59-61-ci vərəqlərində olan 17 oktyabr 2022-ci il tarixli şahidin dindirilməsi haqqında protokoldakı əlyazmaların və imzaların konkret icraçısı müəyyən edildiyindən qərarın 3-cü sualı üzrə tədqiqat işi aparılmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyəri 127 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 8-ci vərəqəsində olan diskə baxış keçirilməsi haqqında protokoldan, eləcə də işin 9-cu vərəqəsindəki bir ədəd diskin yaddaşına köçürülmüş səs yazıları və fotoşəkillərdən görünür ki, diskə keçirilmiş baxış zamanı Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında baş vermiş danışıqların səslərinin qeydə alındığı, orada Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 sənədin düzəlməsi ilə bağlı vədlərin verdiyi məlum olmuşdur. Eyni zamanda, diskdə Zərərçəkmiş şəxs1 “Birbank” tətbiqi vasitəsilə müxtəlif vaxtlarda 65, 55, 300, 259, 20, 150 və 150 manat məbləğlərində pulun köçürməsinə dair fotoşəkillər qeydə alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 11-ci səhifəsində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 22 aprel 2012-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 92,60 kv.m-dən ibarət Quba rayonunun Qəçrəş kəndində yerləşən fərdi yaşayış evi həmin tarixdə mülkiyyət hüququ üzrə Zərərçəkmiş şəxs1 adına ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 24-cü səhifəsində olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 16 avqust 2022-ci il tarixli, **********84 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 əldə etdiyi 22 aprel 2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış 5 saylı Xaçmaz Ərazi İdarəsinin əhatə etdiyi Xaçmaz, Quba, Qusar və Şabran rayonlarına aid deyil və həmin çıxarış Ərazi İdarəsində qeydə alınmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 93-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 19 noyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İ cild 42-ci vərəqəsindəki 16 oktyabr 2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs elə həmin tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 83-87-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 4(059)-42/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Siyəzən rayon Polis Şöbəsinin istintaq bölməsinin baş müstəntiqi X1 vəsatəti təmin edilməmiş və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Cinayət işinin İ cild 88-89-cu vərəqələrindəki 18 oktyabr 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 176-cı vərəqəsində olan 26 dekabr 2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 224-cü vərəqəsində olan 28 dekabr 2022-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Göyçay RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İ cild 98-99-cu səhifələrindəki 01 yanvar 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərardan, eləcə də işin İİ cild 10-cu vərəqəsindəki 11 mart 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvana çağırış vərəqələrinin göndərilməsinə və onunla mobil telefonla əlaqə saxlanılmasına baxmayaraq, sonuncu istintaqa gəlmədiyinə, habelə qətimkan tədbirinin şərtlərini pozduğuna görə onun barəsində 01 yanvar 2023-cü il tarixdə axtarış elan edilməklə, tutulub, Siyəzən RPŞ-nin MSY-yə təhvil verilməsi qərara alınmış, bununla əlaqədar Siyəzən RPŞ-nin CAB-da bu barədə 05 yanvar 2023-cü il tarixdə 850077 nömrəli axtarış işi açılmış, həmçinin, Təqsirləndirilən şəxs 11 mart 2023-cü il tarixdə Siyəzən şəhəri, M.Müşfiq küçəsində saxlanılaraq RPŞ-nin MSY-yə təhvil verilmişdir. Cinayət işinin İİ cild 28-30-cu vərəqələrindəki 13 mart 2023-cü il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında qərardan görünür ki, Əkbərov X2 RPŞ-nin MSY-dən azad edilmiş və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 46-55-ci vərəqələrindəki 23 aprel 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 178.2.2-ci, 178.2.4-cü və 320.2ci maddələri ilə elan olunmuş ittiham düzgün və əsaslı olduğundan dəyişdirilmədən qüvvəsində saxlanılmış, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri nəzərə alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 94-96-cı vərəqələrində olan arayışdan, xasiyyətnamədən, şəxsiyyət vəsiqəsinin surətindən, eləcə də İİ cildində iş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 30 sentyabr 2006-cı il təvəllüdlü Jalə adında bir yetkinlik yaşına çatmayan uşağı olan, həmçinin ünvan 1 ünvanında qeydiyyatda olmaqla, bu şəhərin B.Bayramov küçəsində yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən RİHB-nin Siyəzə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Cinayət işinin İİ cildində iş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən 20 iyun 2023-cü, Zərərçəkmiş şəxs1 tərəfindən isə 03 oktyabr 2023-cü il tarixlərdə tərtib olunmuş ərizələrdən görünür ki, onlar ərizələrində dəymiş zərərləri tam şəkildə ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmadığını göstərmişlər. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, sübuta yetirilmişdir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə əmlakı ələ keçirmə (əmlaka olan hüququ əldə etmə) cinayəti hər hansı hüquq verən və vəzifədən azad edən saxta sənədlərdən istifadə edilməklə törədildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu üzrə CM-nin 178 və 320.2-ci maddələri ilə tövsif edilir (6-cı bəndin İ cümləsi). Cinayət işinin faktiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 sonuncunun oğlu Şahid2 Vergilər Nazirliyində işə düzəldəcəyini, Zərərçəkmiş şəxs3 sonuncunun kreditlə aldığı “Reno” markalı avtomoblin sənədləşdirilməsində yaranmış çətinliklərin həll edilməsində köməklik edəcəyini, 22 aprel 2012-ci il tarixli, ********** nömrəli saxta sənəddən (çıxarışdan) istifadə etməklə, Zərərçəkmiş şəxs1 isə sonuncunun Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən torpaq sahəsinə və mənzilinə çıxarış alacağını bildirərək, sonunculara məxsus pul vəsaitlərini ələ keçirmək niyyəti ilə onlara bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verməklə, habelə aralarında yaranmış etibarlı münasibətlərdən istifadə edib, zərərçəkmiş şəxslərə aid xeyli miqdarda pul vəsaitlərini sahibliyinə keçirmiş, bununla da, o, həmin pul vəsaitlərindən istədiyi kimi istifadə etmək imkanı əldə etməklə, dələduzluq əməlini başa çatdırmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Bununla da, qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2-ci, 178.2.4-cü və 320.2-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayətlərinin və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması Cəzanı yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, onun zərərçəkmiş şəxslərin etibarından sui-istifadə etmə və aldatma yolu ilə təkrarən onların əmlakını (pul vəsaitlərini) ələ keçirmə cinayət əməlini törətməsini, hətta bunun üçün biləbilə saxta sənəddən istifadə etməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, o cümlədən ictimai faydalı işlə məşğul olmamasını, polis əməkdaşları tərəfindən axtarıldığını bildiyi halda, onların çağırışlarından yayınmaqla, uzun müddət yaşayış yerini müəyyən etməyin mümkün olmamasını, bununla da uzun müddət ibtidai araşdırmadan yayınmasını, bu minvalla hüquqazidd əməllərini davam etdirməsini, tərbiyə olunmamasını, buna baxmayaraq, barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yuxarıda sadalanan yüngülləşdirici halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın 5/6 hissəsi həcmində, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının son həddi həcmində cəza təyin edilməsi qanuni, əsaslı və ədalətli olar. Bununla əlaqədar, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Bu Məcəllənin 68.3.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü bərabər tutulur. Bu mənada, Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən islah işləri cəzasının iki günü, təyin olunan azadlığın məhdudlaşdırılması cəzasının bir günü hesabı ilə hesablanmalı və islah işləri cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü maddələri ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Həmçinin, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 16 oktyabr 2022-ci il tarixdən 18 oktyabr 2022-ci il tarixə, 26 dekabr 2022-ci il tarixdən 28 dekabr 2022-ci il tarixə, həmçinin 11 mart 2023-cü il tarixdən 13 mart 2023-cü il tarixə kimi həbsdə saxlanıldığı 6 (altı) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 127 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə hər ay qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hər ay qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə təyin edilmiş islah işləri cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən islah işləri cəzasının iki günü, təyin olunan azadlığın məhdudlaşdırılması cəzasının bir günü hesabı ilə hesablansın və islah işləri cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4cü maddələri ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı cəmi 6 (altı) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 127 (bir yüz iyirmi yeddi) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №1(059)-39/2023
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-39/2023
03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver