Məhkəmə qərarları › İş №1(059)-4/2023

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-4/2023

07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-4/2023 07.02.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə 07 fevral 2023-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2sində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə Zərərçəkmiş şəxs məxsus Siyəzən şəhərinin H.Əliyev küçəsi ərazisində yerləşən mağazaya 10 sentyabr 2022-ci il tarixdə, saat 03:00 radələrində mağazanın giriş qapısının üst hissəsində sınıq vəziyyətdə olan lambirindən qanunsuz daxil olmaqla, piştaxtanın altında olan 5000 manat məbləğində pulu, həmin piştaxtanın üzərində olan dəmir qabın içərisindəki 170 manat 40 qəpik məbləğində dəmir pulları və girişdən sağ tərəfdə yerləşən siyirtmədəki 1 manatlıq pul əskinasları formasında olmaqla, ümumilikdə 150 manat məbləğində pulu oğurlamış, mağazadan çıxarkən oğurladığı 170 manat 40 qəpik məbləğində dəmir pulları mağazada unutmuş, ümumilikdə zərərçəkmiş şəxsə xeyli miqdarda yəni, 5320 manat 40 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, 10 sentyabr 2022-ci il tarixdə, saat təxminən 03:00 radələrində Siyəzən şəhərinin Heydər Əliyev prospektində piyada səkisi ilə gedərkən Zərərçəkmiş şəxs məxsus mağazadan oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə mağazaya yaxınlaşıb, çöl qapısının üstünə qalxmış, habelə üst tərəfdə olan lambirdən mağazanın çöl və içəri qapısının arasındakı arakəsməyə daxil olmuş, bundan sonra isə mağazanın içəri qapısını əli ilə açıb, mağazanın içərisinə daxil olmuşdur. Bu zaman mağazadan 5000 manat deyil, cəmi təxminən 3700 manat məbləğində pulu və borc dəftərini oğurlamışdır. Həmin vaxt mağazadan dəmir pulları da oğurlamasına baxmayaraq, özü ilə aparmaq yadından çıxmış, eyni zamanda pulların mağazanın hansı hissəsində saxlanıldığını bilməmişdir. Belə ki, həmin vaxt əlində olan alışqan yerə düşdüyünə görə pulların yerini müəyyən etmişdir. Qeyd edir ki, hadisədən öncə Zərərçəkmiş şəxs məxsus mağazanın ətrafında olarkən, sonuncunun yetkinlik yaşına çatmayan uşağa nisyə çörək verməməsi onda ona qarşı ikrah hissi yaratmış, məhz buna, həmçinin mağazanın kənarda olmasına görə həmin mağazadan oğurluq etmək qərarına gəlmişdir. Bundan başqa, oğurluq hadisəsini tək törətmiş, habelə hadisəni törədərkən onu heç kim görməmişdir. Belə ki, hadisə vaxtı prospekti süpürən xanımı görsə də, sonuncunun oradan uzaqlaşmasını, yəni, onun həmin prospektə yerləşən 45 saylı binanın önünə çatmasını gözləyib, sonra mağazaya daxil olmuşdur. Bununla yanaşı, hadisəni törədərkən nə spirtli içkinin, nə də ki, narkotik vasitənin təsiri altında olmamış, habelə oğurladığı pulun 500 manatını bir və 300 manatını digər ayrı-ayrı tanımadığı xəstələrin bank hesablarına köməklik məqsədi ilə köçürtsə də, qalan məbləği şəxsi ehtiyaclarına xərcləmişdir. Hazırda zərərçəkmişə vurmuş olduğu ziyanı ödəməmiş, lakin ödəmək niyyəti vardır. Eyni zamanda, qonşuluğunda yaşayan X2 09 sentyabr 2022-ci il tarixində gündüz saatlarında görsə də, hadisəsini törətdiyi gecə görməmiş, sonuncu ilə birlikdə sövdələşib, oğurluq hadisəsi törətməmişdir. Təqsirləndirilən şəxs tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, Siyəzən şəhərinin Heydər Əliyev prospektində mağaza işlədir. Bununla yanaşı, Təqsirləndirilən şəxs və X2 tanıyır. Çünki, həmin şəxslər mağazanın yerləşdiyi əraziyə yaxın yerdə yaşayırlar. Qeyd edir ki, Nurlan və Ruslan 08-09 sentyabr 2022-ci il tarixlərində mağazanı müşahidə edib, oğurluq etmək barədə plan qurmuşlar. Belə ki, 09 sentyabr 2022-ci il tarixdə Nurlanın mağazasından oğurluq edəcəyindən şübhələndiyindən, sonuncudan Bakı şəhərinə gedəcəyi təqdirdə, mobil telefonuna qısa zəng etməsini istəmiş, o da, həmin gün saat təxminən 23:00 radələrində bunu etsə də, ona etibar etməmiş, 10 sentyabr 2022-ci i tarixə, saat 02:00 kimi mağazanı bağlamasa da, bundan sonra qapısını kilitləməklə, bağlamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs mağazasının qapısını sındırmaqla içəriyə daxil olaraq, orada heç bir əşyaya toxunmadan, habelə gizlətdiyi yerdən və siyirtmədən cəmi 5320 manat 40 qəpik məbləğində pulunu və 2000 manat dəyərində borc dəftərini oğurlamışdır. Bundan əlavə, mağazanın yaxınlığında yerləşən bankın müşahidə kamerasının görüntülərindən görünür ki, 10 sentyabr 2022-ci il tarixdə, saat 02:30 radələrində Tural, Ruslan və Nurlan olduqlarını ehtimal etdiyi üç nəfər şəxs mağazasının yerləşdiyi prospektdə, mağazasının yaxınlığında gəzişmiş, onlardan biri mağazasının qarşısını, digər isə sağ tərəfini müşahidə etmiş, habelə Təqsirləndirilən şəxs mağazasından oğurluq etməsi üçün şərait yaratmışlar. Həmçinin, 10 sentyabr 2022-ci il taixdə, saat təxminən 02:00 radələrində qardaşı yaşadığı evdən Tural adlı şəxsin, əynində papaqlı gödəkcə ilə mağazasına tərəf gəldiyini görmüşdür. Şahid X3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uşaqlıq yaşlarından tanıyır. Belə ki, Təqsirləndirilən şəxs atası və qardaşları ilə birlikdə evlərin təmiri ilə məşğul olmuş, eyni zamanda Nurlan ilə birlikdə mütəmadi olmasa da, ara-sıra birgə vaxt keçirtmişlər. Zərərçəkmiş şəxs da tanıyır, yaşadığı binanın qarşısında sonuncuya məxsus mağaza olmaqla, onun qardaşı ilə eyni binada yaşayır. Bundan başqa, istər təqsirləndirilən, istərsə də zərərçəkmiş şəxslər ilə heç bir ədavət və düşmənçiliyi olmamaqla, normal münasibəti vardır. 2022-ci ilin sentyabr ayında, hadisə baş verən vaxtdan 9-10 saat əvvəl, yəni saat təxminən 17-18:00 radələrində Zərərçəkmiş şəxs məxsus mağazanın qarşında və ya sağ tərəfində Təqsirləndirilən şəxs ilə birlikdə dayanıb, sonuncunun ailə problemləri barədə təxminən 15-20 dəqiqə söhbət aparsalar da, həmin vaxt Təqsirləndirilən şəxs oğurluq edəcəyi barədə ona bildirməmişdir. Bundan sonra, həmin gün saat təxminən 22-23:00 radələrində Təqsirləndirilən şəxs qayınanasıgilə gedəcəyini bildirib, oraya gedəndə geyinməyi üçün gödəkcəsini istəmiş, habelə soruşduğunda ayaqqabısının ayağını sıxdığını, qayınanasıgilə getdikdə, itlərdən qaçmaq üçün cırıq ayaqqabı geyindiyini bildirdiyinə görə, gödəkcəsini və ayaqqabısını ona vermişdir. Sonra isə yaşadığı evdə olmuş, habelə təxminən saat 00:00-30 radələrində yatmışdır. Bunu ailə üzləri, anası və qardaşı da təsdiq edə bilər. Səhəri gün təxminən saat 09-10:00 radələrində qardaşı Rufan Babayev ilə yaşadıqları evdən çıxmış, oğurluq hadisəsi və saat 03:00 radələrində Nurlan üçün ətrafı müşahidə etmələri barədə eşitmişdir. Həmin vaxt, Səlimin qardaşı Rəhimə yaxınlaşıb, hadisədən bir neçə saat əvvəl Nurlan ilə birlikdə mağazanın qarşısında dayansa da, hadisəsindən xəbərsiz olduğu barədə bildirmişdir. Qeyd edir ki, oğurluq hadisəsində iştirak etməmiş, bu barədə heç bir məlumatı olmamışdır. Bundan əlavə, yaşadığı evə məhkəmə bildirişi gələndə, Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs barəsində məhkəməyə məlumat verdiyini bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs rayon ərazisində “ikinci əl” əşyaları yalnız Təqsirləndirilən şəxs almış, sonuncuların yaxşı münasibətləri olmuşdur. Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs sima olaraq tanısa da, Zərərçəkmiş şəxs işlətdiyi mağazadan tanıyır və sonunculara qarşı heç bir ədavət, düşmənçilik, eləcə də qohumluq münasibətləri yoxdur. Bundan başqa, “X5” MMC-də sosial işçi olmaqla, əsas iş fəaliyyətinin, ictimai nəqliyyatın az olduğu vaxt, yəni saat 00:30 radələrindən saat 04:30 radələrində kimi Siyəzən şəhərinin Heydər Əliyev küçəsində yerləşən “Qızıl burun” adlı tikinti mağazasından Elbrus adlı şəxsin tikinti mağazasına qədər olan ərazini süpürməkdir. Hadisə barədə isə qeyd edir ki, 2022-ci ilin payız fəsilində, saat təxminən 02-03:00 radələrində Heydər Əliyev küçəsində yerləşən Səlim Kərimova məxsus mağazanın qarşısını süpürərkən, mağaza ilə üzbəüz, yolun aşağısında papaqlı gödəkcə geyinmiş bir nəfər şəxsin dayandığını, həmin küçədə yerləşən “Xalq Bankın” inzibati binasının yanında dayamış şəxsin isə qaçaraq getdiyini görmüşdür. Təxminən ikiüç gün sonra isə həmin gecə gördükləri barədə Zərərçəkmiş şəxs məlumat vermiş, qorxduğunu bildirdiyində, sonuncu mağazasından oğurluq olduğunu qeyd etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 6-8-ci, 57-58-ci vərəqələrində olan müvafiq olaraq 10 sentyabr 2022-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması və 21 oktyabr 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokollardan, eləcə də zərərçəkmiş şəxs tərəfindən təqdim edilməklə, iş materiallarına əlavə edilərək, məhkəmə iclasında tədqiq edilmiş bir ədəd CD diskin yaddaşına köçürülmüş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs, 10 sentyabr 2022-ci il tarixdə, saat 03:00 radələrində Zərərçəkmiş şəxs məxsus Siyəzən şəhərinin H.Əliyev küçəsi ərazisində yerləşən mağazadan etdiyi oğurluq əməlinin törədilmə mexanizmini təfərrüatlı şəkildə izah edərək, olanları bir daha təsdiq etmiş, həmçinin zərərçəkmiş şəxsin təqdim etdiyi bir ədəd CD diskin yaddaşına köçürülmüş “CH02-2022-09-10-03-02-57” adlı videogörüntüdə həmin gün, saat 03:11:15-də əynində papaqlı gödəkcə olmaqla, qaçan şəxsin özü olduğunu etiraf etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 98-104-cü vərəqələrindəki 26 noyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 177.2.3-cü və 177.2.4-cü maddələri ilə elan edilmiş 22 oktyabr 2022-ci il tarixli ittihamın məzmununa dəyişikliklər edilərək, ona qeyd olunan maddələrlə yenidən ittiham elan edilmiş, həmçinin Təqsirləndirilən şəxs əməlində CM-in 177.2.1, 29,177.2.3, şahid X1 əməlində isə CM-in 177.2.1-ci maddəsinin tərkibi olmadığından həmin xüsusatlar üzrə onlar barəsində cinayət təqibinin başlanılması rədd edilmişdir. Bundan əlavə, 10 sentyabr 2022-ci il tarixdə, saat 09:59-dan saat 10:06-a kimi olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus mağazaya keçirilmiş baxışın və 21 oktyabr 2022-ci il tarixdə, saat 16:53-dən 16:59-dək olan müddət ərzində Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması prosesinin video görüntülərinin yaddaşına köçürüldüyü ümumilikdə 2 ədəd Kompakt Disk cinayət işi üzrə maddi sübut kimi tanınmaqla, saxlanması üçün cinayət işi materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 93-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 21 noyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 82-84-cü vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 22 oktyabr 2022-ci il tarixli, 4(059)-44/2022 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 01 (bir) ay 28 (iyirmi səkkiz) gün həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 20 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 94-95-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən, eləcə də Təqsirləndirilən şəxs arvadı Fidan Abasovanın iddia ərizəsinin surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Siyəzən şəhəri, İ. Qayıbov küçəsi, ev 25 ünvanında yaşamış Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs arvadı Fidan Abasova ərinin pis vərdişləri səbəbindən aralarında münaqişlərin olduğunu, həmçinin həmin vərdişlərdən əl çəkmədiyini göstərməklə, ona qarşı “nikahın pozulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən və zərərçəkmiş şəxslərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Quldurluq cinayəti isə özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Cinayət işinin faktiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus binaya (mağazaya) qanunsuz daxil olmaqla, sonuncunun əmlakını (pullarını) gizli olaraq talamaqla, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuşdur. Eyni zamanda, məhkəmə onu da qeyd edir ki, Zərərçəkmiş şəxs 10 sentyabr 2022-ci il tarixdə, saat 02:30 radələrində Tural, Ruslan və Nurlan olduqlarını ehtimal etdiyi üç nəfər şəxsin mağazasının yerləşdiyi prospektdə, mağazasının yaxınlığında gəzişdiyini, onlardan birinin mağazasının qarşısını, digərinin isə sağ tərəfini müşahidə etdiyini, habelə Təqsirləndirilən şəxs mağazasından oğurluq etməsi üçün şərait yaratdıqlarını, həmin gün, saat təxminən 02:00 radələrində qardaşının yaşadığı evdən Tural adlı şəxsin, əynində papaqlı gödəkcə ilə mağazasına tərəf gəlməsini gördüyünü bildirsə də, o, qeyd etdiklərini təsdiq edəcək mötəbər sübuta malik olmamış, habelə cinayət işində olan digər sənədlərlə bu hal öz təsdiqini tapmamışdır. Belə ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilməklə, məhkəmə iclasında tədqiq edilmiş 1 ədəd CD disklə belə, onun oğurluq əməlinin bir deyil, bir neçə şəxs tərəfindən törədilməsi ilə bağlı bildirdikləri təsdiq edilməmiş, diskin yaddaşına köçürülmüş 5 ədəd videogörüntüyə baxış zamanı 4 ədəd görüntüdə oğurluqda əlavə şəxslərin iştirakları halı müəyyən edilməsə də, yalnız “CH02-2022-09-10-03-02-57” adlı videogörüntüdə 10 sentyabr 2022-ci il tarixdə, saat 03:11:15-də əynində papaqlı gödəkcə olmaqla, qaçan şəxsin Təqsirləndirilən şəxs olduğu təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Hətta, Zərərçəkmiş şəxs vəsatəti əsassında dəvət edilmiş Şahid ona verilmiş suallara cavabında hadisə vaxtı gecə olduğundan, habelə həmin şəxslərin üzlərini aydın görmədiyi üçün gördüyü şəxslərin Təqsirləndirilən şəxs və Ruslan Babayev olduqlarını, hadisə vaxtı gördüyü şəxslərin oğurluq məqsədilə orada dayanıb-dayanmadıqlarını deyə bilməcəyini, hadisədən bir neçə gün sonra Zərərçəkmiş şəxs gördükləri barədə dediyində gecə saatları olduğunu, hadisə günü gördüyü şəxslərin əllərində hər hansı bir alətin olmadığını, yolun altında dayanmış şəxslə aralarında təxminən 10-12 metr məsafə olduğunu, gördüyü şəxslərin sadəcə dayandıqlarını, həmin şəxslərdən biri papaqlı gödəkcədə olduğundan, həmçinin həmin vaxt hava qaranlıq olduğundan qeyd olunan şəxslərin zalda olan şəxslər olub-olmamasını deyə bilməyəcəyini, eyni zamanda gördüyü şəxslərin oğurluq etdiyi, mağazaya daxil olduqlarını görmədiyini qeyd etmişdir ki, bu da Zərərçəkmiş şəxs istinad etdiyi halların təkzib olunması ilə nəticələnmişdir. Belə olan halda, Zərərçəkmiş şəxs oğurluq hadisəsinin törədilməsində Təqsirləndirilən şəxsla birlikdə əlavə şəxslərin olmasına dair bildirdiklərinə münasibətdə məhkəmə tərəfindən daxil inam yaranmamış, habelə həmin fikirlərin zərərçəkmiş şəxsin ifadə olunmuş söz və mülahizələrindən ibarət olduğu aşkarlanmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Bununla da, qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Bundan əlavə, iş materiallarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aid mağazadan oğurluq etməsi nəticəsində sonuncuya vurduğu xeyli miqdarda yəni, 5320 manat 40 qəpik məbləğində maddi ziyandan 170 manat 40 qəpik məbləğində zərərin ödənildiyi göstərilsə də, bu Təqsirləndirilən şəxs törətdiyi əmələ münasibətdə yüngülləşdirici hal kimi nəzərə alına bilməz. Çünki, 170 manat 40 qəpik məbləğ hadisə vaxtı Təqsirləndirilən şəxs oğurladığı digər məbləğlərlə bir yerdə olsa da, sonuncu qeyd olunan məbləği mağazadan çıxarkən iradəsindən asılı olmayaraq, mağazada unutmuşdur ki, bu da həmin məbləğin könüllü şəkildə qaytarılmasına və ya ödənilməsinə dəlalət etmir, o cümlədən zərərin qismən ödənilməsi hesab edilərək yüngülləşdirici hal əhəmiyyəti kəsb etmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bu Qərarın İİ bəndinin V yarımbəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, onun binaya (mağazaya) qanunsuz daxil olaraq zərərçəkmiş şəxsin əmlakını (pulunu) gizli olaraq xeyli miqdarda talamaq kimi hüquqazidd əməli törətməsini, zərəri ödəməməsini, habelə buna cəhd belə göstərməməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, o cümlədən ictimai faydalı işlə məşğul olmamasını, tez-tez yaşayış yerini dəyişməklə, qeyri-müəyyən üvanlarda yaşamasını (Siyəzən Rayon Məhkəməsinin 22 oktyabr 2022-ci il tarixli, 4(059)-44/2022 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarı), bu baxımdan uzun müddət ibtidai araşdırmadan yayınmasını, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, pis vərdişi səbəbindən ailə üzvləri ilə münaqişəli olmasını, barəsində cəzasını yüngülləşdirici və ağırlaşdıran halların olmaması ilə yanaşı, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 177.2.3-cü və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın yuxarı həddinin 2/3 hissəsinə yaxın həcmdə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 20 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175-ci maddəsinin İ və İİ hissələrinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan 10 sentyabr 2022-ci il tarixdə, saat 09:59-dan saat 10:06-a kimi olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus mağazaya keçirilmiş baxışın və 21 oktyabr 2022-ci il tarixdə, saat 16:53-dən 16:59-dək olan müddət ərzində Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması prosesinin video görüntülərinin yaddaşına köçürüldüyü ümumilikdə 2 ədəd Kompakt Disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak, eləcə də məhkəmə məsrəfi yoxdur. Həmçinin, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində ona dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 20 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan 10 sentyabr 2022-ci il tarixdə, saat 09:59-dan saat 10:06-a kimi olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus mağazaya keçirilmiş baxışın və 21 oktyabr 2022-ci il tarixdə, saat 16:53-dən 16:59-dək olan müddət ərzində Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması prosesinin video görüntülərinin yaddaşına köçürüldüyü ümumilikdə 2 ədəd Kompakt Disk cinayət işində saxlanılsın. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində ona dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar