Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-4/2025 04.02.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 04 fevral 2025-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında 19 avqust 1983-cü il tarixdə Şabran rayonunun Böyük Həmyə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "xxxx" ASC-də əl ilə qablaşdırıcı işləyən, əvvəllər məhkum olunmamış, Siyəzən rayonunun Böyük Həmyə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayında istintaqa məlum olmayan mənbədən əldə etdiyi 4 (dörd) ədəd çətənə bitkisi toxumlarını yaşadığı Siyəzən rayonunun Böyük Həmyə kəndində yerləşən evin həyətində girişdən sol tərəfdə bağ sahəsində əkmiş, həmin bitkilərə qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, 23 avqust 2024-ci il tarixdə, saat 14:02 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı həmin ünvana keçirilən baxış zamanı girişlə üzbəüz yerləşən köhnə tikilinin sol tərəfində, bağ sahəsində göy rəngli plastik materialdan olan qabın içərisində 01 (bir) ədəd, yaşıllıq torpaq ərazidə isə 03 (üç) ədəd olmaqla, ümumilikdə 4 (dörd) ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 3360,0 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, polis əməkdaşları tərəfindən saxlanılanadək təxminən bir il yarım narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Bundan başqa, 2024-cü ilin fevral ayında yaşadığı Siyəzən rayonunun Böyük Həmyə kəndi ərazisində yerdən 4 ədəd çətənə bitkisinin toxumlarını tapmışdır. Bundan sonra, bu toxumları 2024-cü ilin aprel ayında yaşadığı Siyəzən rayonunun Böyük Həmyə kəndində yerləşən evin həyətyanı sahəsində birini dibçəkdə, digər 3 ədədini isə torpaqda əkmişdir. Belə ki, həmin toxumlara qulluq edərək, həftədə 3-4 dəfə sulamışdır. 23 avqust 2024-cü il tarixdə, saat 13:50 radələrində polis əməkdaşları Müdafiəçi, eləcə də mütəxəssisin iştirakı ilə onun yaşadığı ünvana gəlib, razılıq ərizəsi əsasında həyətyanı sahəsinə videoçəkilişlə baxış keçirmiş, habelə bu zaman polis əməkdaşlarına ağacların arasında əkdiyi 4 ədəd narkotik təbiətli çətənə bitkilərinin yerini göstərmişdir. Bundan sonra, həmin bitkilər torpaqdan çıxarılaraq sayılmış, habelə müvafiq qaydada sənədləşdirmə işləri aparılaraq tərtib edilmiş, sənədlər o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, narkotik təbiətli çətənə bitkilərini şəxsi istifadəsi üçün əkmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, habelə ona qarşı düşmənçilik və ədavəti olmamışdır. 23 avqust 2024-cü il tarixdə daxil olmuş məlumat əsasında o, Siyəzən RPŞ-nin İB-nin müstəntiqi Anar Əmirov, PPXB-nün polis nəfərləri Sadiq Zeynalov və Fuad Quliyev ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Siyəzən rayonunun Böyük Həmyə kəndinə getmiş, habelə orada, evin qarşısında sonuncuya yaxınlaşaraq, həyətində narkotik təbiətli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək, evin həyətyanı sahəsinə baxış keçirməli olduqlarını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs bu barədə etirazının olmadığını qeyd edərək, razılıq ərizəsi yazmışdır. Daha sonra, Müdafiəçi və mütəxəssis Seymur Müxtəsənovun da iştirakı ilə videoçəkilişlə həyətyanı sahəyə baxış keçirilmiş, habelə baxış zamanı Təqsirləndirilən şəxs 1 ədədi dibçəkdə, 3 ədədi isə torpaqda əkilmiş olan, cəmi 4 ədəd narkotik təbiətli çətənə bitkisinə bənzər bitkilərin yerini onlara göstərmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı bir formada təsir və ya təzyiqə, o cümlədən qeyri-insani rəftara məruz qalmamışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs aşkar edilmiş bitkiləri özü könüllü olaraq onlara göstərmiş, həmçinin əməliyyat məlumatı narkotik vasitələrin satışı ilə bağlı olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 41-ci vərəqəsində olan 23 avqust 2024-cü il tarixli aqronom rəydə göstərilmişdir ki, 23 avqust 2024-cü il tarixdə Siyəzən rayonunun Böyük Həmyə kəndində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə Siyəzən RPŞ-nin əməkdaşlarının iştirakı ilə keçirilmiş baxış zamanı sözügedən torpaq sahəsinin bağ ərazisində 01 (bir) ədəd plastmas dibçəkdə və bağın ərazisindəki kəsilmiş ağac kötüyünün arxasında torpaqda becərilmiş 03 (üç) ədəd olmaqla, ümumilikdə 04 (dörd) ədəd əkib becərilməsi qanunla qadağan edilmiş narkotik tərkibli çətənə kolları aşkar edilmiş, habelə bu kolların ən kiçiyinin hündürlüyü 60 sm, ən böyüyünün hündürlüyü isə 150 sm olduğu müəyyən edilmişdir. Bundan başqa, aşkar edilmiş çətənə kollarına həqiqətən aqrotexniki qaydada qulluq edildiyindən və vaxtlı-vaxtında suvarıldığından müşahidə olunan çətənə kollarında inkişaf yaxşı getmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 47-49-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 24 avqust 2024-cü il tarixdə verilmiş 7/1415 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, AR DİN “Zərflər üçün №96” möhür əksi, “1) /imza/; 2) /imza/; 3) /imza/; 4) /imza/; 5) /imza/; 6) /imza/; Qablaşdırdı: /imza/ müstəntiq A.Əmirov 4 ədəd çətənə” yazılar olan kisədəki ümumi sayı 4 (dörd) ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 3360,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata 0, 4 qram sərf edildikdən sonra narkotik təbiətli çətənə bitkisinin qalıq çəkisi 3359,6 qram təşkil etmişdir. Cinayət işinin 46-cı vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-bioloji ekspertizasının dəyəri 60 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 97-98-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 24 sentyabr 2024-cü il tarixdə verilmiş 6464 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən epizodik istifadə etmə halları olsa da, hal-hazırda onda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 33-34-cü vərəqələrində olan 23 avqust 2024-cü il tarixli baxış və götürmə haqqında protokoldan, eləcə də işin 32-ci səhifəsindəki Təqsirləndirilən şəxs tərtib etdiyi eyni tarixli yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə dair razılıq ərizəsindən görünür ki, 23 avqust 2024-cü il tarixdə, saat 14:02dən saat 14:14-dək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı Siyəzən rayonunun Böyük Həmyə kəndindəki evin həyətyanı sahəsinə sonuncunun razılıq ərizəsi əsasında keçirilmiş baxış zamanı oradan ittihamın əsasını təşkil edən cəmi 4 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkilərinə bənzər bitkilər 1 ədədi dibçəkdə, 3 ədədi isə torpağa əkilmiş halda aşkar edilərək, götürülmüşdür. Baxış zamanı “Xiaomi Poco X3” markalı mobil telefon vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 79-80-cı vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin baş müstəntiqinin 02 sentyabr 2024-cü il tarixli maddi sübut kimi tanımaq haqqında, eləcə də işin 100-106-cı vərəqələrindəki 12 noyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən götürülmüş qalıq çəkisi 3359,6 qram olan narkotik təbiətli çətənə bitkiləri maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Siyəzən RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş, həmçinin 23 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvana videoçəkiliş vasitəsilə keçirilmiş baxış və götürmənin görüntülərinin yaddaşına köçürüldüyü 1 (bir) ədəd Compakt disk isə maddi sübut kimi tanınmaqla, cinayət işinə əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş işin 84-cü səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 05 sentyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 26-cı vərəqəsində olan 23 avqust 2024-cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan, eləcə də, işin 27-ci səhifəsindəki eyni tarixli cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 13:58-də Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 69-cu vərəqəsində olan 24 avqust 2024-cü il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 21:30-da Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 88-89-cu vərəqələrində olan arayışdan və xasiyyətnamədən, eləcə də, iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sisteminin çıxarışından görünür ki, "xxxx" ASC-də əl ilə qablaşdırıcı işləyən, himayəsində 10 mart 2020-ci il təvəllüdlü Rüqayə adında və 15 avqust 2022-ci il təvəllüdlü Ədalət adında iki azyaşlı övladı olan, Siyəzən rayonunun Böyük Həmyə kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Həmyə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi ərizə, şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddə olan narkotik tərkibli çətənə (kannabis) bitkisini xeyli miqdarda əkib onlara aqrotexniki qulluq göstərib yetişdirərək kultivasiya etməklə, cinayət törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində iki azyaşlı övladı olmaqla, faydalı əmək fəaliyyəti ilə məşğul olmasını, eləcə də yaşayış yeri üzrə barəsində şikayət olmamaqla, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, bununla belə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halın mövcud olmamasını, şəxsiyyətini, o cümlədən törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etməklə, artıq cinayət işinin məhkəməyədək icraat və məhkəmə istintaqı dövründə islah yoluna qədəm qoymasını nümayiş etdirməsini, ailə-məişət şəraitini, bundan sonra onun ailəsinə, həmçinin cəmiyyətə hər hansı bir formada mənfi təsir göstərmək, eləcə də nümunə olmaq imkanının mövcud olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində onun islahına nail olunacağının müəyyən olunmamasını, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddinin 5/6 hissəsi həcmində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 23 avqust 2024-cü il tarixdə, saat 13:58-dən 24 avqust 2024-cü il, saat 21:30-dək həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Habelə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsindən aşkar edilərək götürülmüş qalıq çəkisi 3359,6 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut 23 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Siyəzən rayonunun Böyük Həmyə kəndində yaşadığı ünvana videoçəkiliş vasitəsilə keçirilmiş baxış və götürmənin görüntülərinin yaddaşına köçürüldüyü 1 (bir) ədəd Compakt disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsindən aşkar edilərək götürülmüş qalıq çəkisi 3359,6 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut 23 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Siyəzən rayonunun Böyük Həmyə kəndində yaşadığı ünvana videoçəkiliş vasitəsilə keçirilmiş baxış və götürmənin görüntülərinin yaddaşına köçürüldüyü 1 (bir) ədəd Compakt disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 60 (altmış) manat ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №1(059)-4/2025
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-4/2025
04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver