Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-40/2020 29.09.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Naibov Nurlan Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 2020-ci il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 2002-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxx 2020-ci il tarixdə, saat 13:00 radələrində bibisi Zərərçəkmiş şəxs əri Şahid1 məxsus, Siyəzən rayonu, Yenikənd kəndində yerləşən evinə daxil olmuş, həmin evin yataq otağında yerləşən saxlanc yeri hesab edilən sandıqçanın qapısını açarını əvvəlcədən bildiyi həmin otaqda olan xalçanın altından götürərək sandıqçanın qapısını açaraq qanunsuz daxil olmuş və orada olan pul qabının içərisindən bibisi Zərərçəkmiş şəxs məxsus, çəkisi 50 qram olan, ümumi dəyəri 3250 manat təşkil edən qızıl boyunbağını oğurlayaraq evdən çıxarıb həmin evin həyətində olan tövlənin dam örtüyü ilə divarı arasında olan dəmir boruda gizlətmiş, xx xxxx 2020-ci il tarixdə, saat 12:00 radələrində gizlincə həyətə daxil olaraq əvvəlcədən gizlətdiyi yerdən qızıl boyunbağını götürüb, Bakı şəhərinə getmiş və orada Nəsimi rayonu ərazisində yerləşən "Moskva" Univermağının yaxınlığında qızıl alışverişi ilə məşğul olan Şahid3 500 manata sataraq Zərərçəkmiş şəxs 3250 manat miqdarında maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Siyəzən rayonu, Yenikənd kəndində ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun bibisidir. xx xxxx 2020-ci il tarixdə digər bibisi Firəngizin qızı Aydanın nişanı olduğundan bibisi Nərgizin və ev sakinlərinin evdə olmadıqlarını yəqin edib, təxminən saat 13:00 radələrində bibisi Nərgizgilin evinə oğurluq etmək niyyəti ilə getmişdir. Evə girərkən bibisinin əri İlhamın evdə mətbəxdə yemək yediyini görmüş, sonuncu ilə salamlaşıb içəri daxil olarkən bibisi Nərgizin yataq otağında sandığı görmüşdür. Bundan əvvəl də, bibisinin həmin sandıqda qızıl saxladığını bilmişdir. Həmçinin, sandığın qıfılı bağlı olduğundan və açarın yerini əvvəlcədən bildiyi üçün xalçanın altından sandığın açarını götürərək onu açmış, sandığın içərisində balaca, qəhvəyi rəngdə pul qabı olmuş, pul qabını açdığında içində təxminən 10 qram çəkidə olan qızıl boyunbağı görmüşdür. Bundan sonra, boyunbağını şalvarının cibinə qoyaraq dərhal evdən çıxmış, oradan çıxarkən bibisinin əri İlham ilə sağollaşmış, bu zaman sonuncu ondan hara getdiyini soruşduqda, o, ona evlərinə gedib yenidən qayıdacağını bildirmişdir. Beləcə, bibisigilin evindən çıxaraq oğurladığı qızıl boyunbağını sonuncuların həyətində olan tövlənin dam örtüyünün altında olan dəmir borunun içərisinə qoymuşdur. Daha sonra, öz evlərinə qayıdaraq həmin gün orada qalmış, bu barədə isə heç kimə heç nə bildirməmişdir. Səhəri gün, yəni, xx xxxx 2020-ci il tarixdə, təxminən saat 12:00 radələrində bibisi Nərgizin yaşadığı evə gələrək evin həyətinə xəlvətcə girmiş, bu zaman onu heç kim görməmişdir. Bundan sonra, evin həyətində olan tövlənin dam örtüyünün altından oğurladığı qızıl boyunbağını götürdükdən sonra Yenikənd kəndindən Siyəzən şəhərinə, oradan da marşrutla Bakı şəhərinə getmişdir. 2018-ci ildə Bakı şəhərində iş axtaran zaman tanış olduğu Bəxtiyarla Bakı şəhərində "Şamaxinka” deyilən ərazidə yerləşən “Park House” restoranında görüşüb sonuncuya bibisi Nərgizin evindən qızıl boyunbağı oğurladığını və satılmasında köməklik etməsini xahiş etdikdə Bəxtiyar onunla razılaşaraq boyunbağını satmağa köməklik edəcəyini bildirmişdir. Bir az sonra tanışı Elçinə zəng edərək görüşmək istədiyini, görüşə gələrkən şəxsiyyət vəsiqəsini də gətirməsini xahiş etmiş, Elçin Bəxtiyardan şəxsiyyət vəsiqəsini gətirmə səbəbini soruşduqda sonuncu Elçinə qızıl satacaqlarını bildirmiş və Elçinlə “Moskva Univermağı”nın qarşısında görüş təyin etmişdir. Beləliklə, Elçinlə təxminən saat 16:30 radələrində “Moskva” Univermağının qarşısında görüşmüşlər. Bəxtiyar onu Elçinlə tanış etdikdən sonra sonuncuya qızılın oğurluq olduğunu bildirmiş və qızılı satmaqda köməklik etməsini istəmişdir. Elçin əvvəlcə razılıq verməsə də, əldə olunan puldan sonuncuya da verəcəklərini bildirdikdə onlarla razılaşmışdır. Beləcə, Bəxtiyar univermağın yaxınlığında olan qızıl mağazasına yaxınlaşaraq Elçinə qızılı mağazada olan təxminən 30-35 yaşlı bir oğlana satmasını təklif etmiş, Elçin də bununla razılaşaraq həmin mağazaya girmişdir. Mağazada olan həmin şəxs qızıl boyunbağını tərəzidə çəkdikdən sonra sənəd istəmiş, Elçin də öz şəxsiyyət vəsiqəsini həmin şəxsə verərək qızılı 500 yüz manata satmışdır. Elə mağazadan çıxan kimi Elçin Bəxtiyardan 500 manat puldan 250 manatını almış və bundan sonra, restorana yeyib-içməyə getmişlər. Səhəri gün isə özü üçün oğurluqdan əldə etdiyi pulla paltarlar almışdır. Beləliklə, 5 gün ərzində Bakı şəhərində qalmış, qaldığı əksər vaxtlarda isə Bəxtiyarın avtomobil sexində yatmışdır. xx xxxx 2020-ci il tarixdə isə polislər tərəfindən saxlanılmışdır. Əməlindən səmimi peşmançılıq hissi keçirməsini, əməli törədən zaman yetkinlik yaşına çatmayan olmasını, gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə dair vədini, həyat və tərbiyə şəraitini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasının nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin verdiyi ifadələrlə, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxsməhkəmə baxış iclasında ifadəsində bildirdi ki, xx xxxx 2020-ci il tarixdə evin yataq otağında olan sandıqçanın içərisində qızıl zinət əşyalarını qoyduğu qəhvəyi rəngli pul qabını açıb içərisinə baxdığında orada olan 1 ədəd təxmini çəkisi 50 qram, 585 əyarlı Türkiyə istehsalı olan qızıl boyunbağını görməmiş, bu barədə ailə üzvlərindən soruşanda heç kim xəbərinin olmadığını bildirmişdir. Qızıl boyunbağı buruqburuq formasında olub, hansı ölçüdə olması barədə isə məlumatı olmamışdır. Həmin qızıl boyunbağını təxminən 15 il bundan əvvəl əldə etmiş və onun qiyməti təxminən 3000 manat olmuşdur. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Odur ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin və tələbinin olmamasının nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs qardaşı oğludur. Təqsirləndirilən şəxs və ailə üzvləri ilə həmişə normal münasibətləri olmuşdur. xx xxxx 2020-ci il tarixdə ailə üzvləri nişan mərasimi ilə əlaqədar olaraq evdə olmadıqlarından evdə tək olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs öz evlərinin uşağı kimi evə daim gəlib-gedən adam olmuşdur. Həmin gün təxminən saat 13:00 radələrində evdə günorta yeməyini yeyən zaman Təqsirləndirilən şəxs evə gəlib salamlaşaraq qonaq otağına tərəf getmiş, sonuncu həmişə evə gəlib-gedən adam olduğundan narahat olmamış, o, otağa keçəndən təxminən 5-10 dəqiqə sonra sağollaşıb çıxmışdır. xx xxxx 2020-ci il tarixdə arvadı Nərgiz evdə qızıllara baxarkən evin yataq otağında olan sandıqçadan 1 ədəd təxmini çəkisi 50 qram olan türkiyə qızılının olmadığını bildirmişdir. Sonradan Nərgizə xx xxxx 2020-ci il tarixdə, saat 13:00 radələrində Əlikramın evə gəldiyini və 10 dəqiqə sonra çıxdığını söyləmişdir. Daha sonra, arvadı Nərgiz bu barədə polisə müraciət edib məlumat vermiş və müraciət əsasında qızıl boyunbağının Əlikram tərəfindən oğurlanması müəyyən olunmuşdur. Bundan başqa, onu da qeyd edir ki, Təqsirləndirilən şəxs evdən əvvəllər də 15-20 manat məbləğində pullar oğurlamış, lakin, qohumluq münasibətləri olduğundan heç vaxt şikayət etməmişlər. Oğurlanan qızıl boyunbağını isə təxminən 15 il bundan qabaq 3000 min manata əldə etmişlər. Həmin boyunbağı 50 qram çəkidə olmaqla, türkiyə qızılıdır və qadın zinət əşyası olduğundan digər əlamətlərini xatırlamır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Şahid3 məhkəməyə teleqram ünvanlayaraq, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib, işə onun iştirakı olmadan baxılmasını xahiş etməklə, məhkəməyədək istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini qeyd etmişdir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2014-cü ildən Bakı şəhəri Vergilər İdarəsindən verilmiş lisenziya əsasında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Moskva” Univermağında qızıl-zinət əşylarının alışı və satışı ilə məşğul olur. xx xxxx 2020-ci il tarixdə, təxminən saat 16:00 radələrində mağazada olarkən sonradan adları ona məlum olan 3 nəfər Təqsirləndirilən şəxs, Şahid2 və Elçin Səmədov qızıl-zinət əşyasının olduğunu və satmaq istədiklərini bildirdikdə, o, həmin şəxslərdən qızıl boyunbağının kimə məxsus olması və oğurluq olub-olmaması barədə soruşmuş, həmin şəxslər qızılın oğurluq olmadığını qeyd etmişlər. Bundan sonra, o, həmin şəxslərdən şəxsiyyət vəsiqəsi tələb etmiş, həmin şəxslərdən Elçin Səmədov özünə məxsus şəxsiyyət vəsiqəsini vermiş, o, isə şəxsiyyət vəsiqəsinə baxıb, yaxınlaşan şəxslərdəki əşyanın 585 əyarlı türk qızılı olduğunu müəyyən etmiş, qızılı tərəzidə çəkdikdə isə, qızılın çəkisinin 10 qrama yaxın olması aşkar edilmişdir. Qızılın qramının həmin vaxt üçün orta bazar qiyməti 50 manat olduğundan, gələn şəxslərə qızıla görə 500 manat pul verə biləcəyini bildirmişdir. Daha sonra, razılaşaraq qızılı almış, zərgərlik fəaliyyəti ilə də məşğul olduğundan qızılı aldıqdan sonra müvafiq qaydada əritmiş və gündəlik iş fəaliyyətində istifadə etmişdir. Həmin şəxslərdən qızıl boyunbağının oğurluq olub-olmaması barədə dəfələrlə soruşmuş, onlar isə qızıl boyunbağının oğurluq olmadığını bildirmişlər. Bundan başqa, o, Elçin Səmədovun şəxsiyyət vəsiqəsini almış, sonuncunun ad familyasını öz dəftərinə qeyd etmiş, habelə qızıl-zinət əşyalarını satan zaman mağazanın müşahidə kameralarında həmin şəxslər qeydə alınmışlar. Həmin görüntüləri isə istintaqa təqdim etmişdir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Əlikramı 2019-cu ilin yay aylarında “Şamaxinka” deyilən ərazidə sexdə işləyən zamanlardan tanımış, həmin vaxtlar Əlikram ora gəlmiş, işləmək üçün müraciət etmiş, həmin vaxt 4 gün yanında qalmış, daha sonra, çıxıb getmiş, həmin vaxtdan da Əlikramı görməmişdir. Bundan sonra, Əlikram xx xxxx 2020-ci il tarixdə “Şamaxinka” deyilən yerdə “Park House” adlı restorana gəlmiş, həmin vaxt restoranın qarşısında Əlikram ilə görüşmüş, bir az söhbət etmiş və çay içmişlər. Daha sonra, Əlikram cibindən qızıl boyunbağı çıxardıb, satmaq istədiyini bildirmişdir. Əlikramdan boyunbağını harada əldə etdiyini soruşmuş, sonuncu isə atasının hədiyyə etdiyini, boyunbağını sataraq şəhərdə ev tutub şəhərdə qalmaq istədiyini qeyd etmişdir. Bundan sonra, o, Əlikrama boyunbağını satmağa köməklik edəcəyini bildirmiş, sonuncudan boyunbağını neçəyə satmaq istədiyini maraqlanmış, Əlikram Siyəzən şəhərində 350 manat pul verdiklərini, lakin satmadığını bildirmişdir. Daha sonra, Əlikram ondan borca pul istəmiş, o, isə Əlikrama 100 manat borca pul vermiş, elə həmin gün Əlikram hansısa oteldə qalmış, səhəri gün o, iş yerinin yaxınlığında parka getmiş, orada Əlikramla görüşərək sonuncuya boyunbağını satmaqda kömək etmək qərarına gəlmişdir. Bu zaman o, tanışı Elçini parkda görmüş, sonuncuya Əlikramın boyunbağı satdığını, buna görə də şəxsiyyət vəsiqəsi lazım olduğunu bildirmiş, Elçin isə Əlikrama köməklik edəcəyini qeyd etmişdir. Daha sonra, Elçin də Əlikramdan boyunbağının oğurluq olub-olmadığını soruşmuş, sonuncu yenə də atasının hədiyyə etdiyini bildirmişdir. Bundan sonra, onlar birlikdə “Moskva” Univermağına gedib qızıl boyunbağını satmaq qərarına gəlmiş, orada qızıl mağazalarının birinə yaxınlaşmışlar. Boyunbağı həmin vaxtı özündə olmuş, qızıl boyunbağını qızıl alan şəxsə vermiş, həmin şəxs tərəzidə qızıl boyunbağını çəkmiş, habelə 500 manata ala biləcəyini bildirmişdir. O, Əlikrama bu barədə bildirdikdə, sonuncu onunla razılaşmış, təxminən saat 16:00 radələrində boyunbağını satmışlar. Bundan sonra, o, pulu Əlikrama vermiş, sonuncu isə borc kimi aldığı 100 manat pulu qaytarmış, daha sonra isə Əlikram paltar almaq istədiyini qeyd etmişdir. Elçin Əlikrama paltarları olduğunu və sata biləcəyini bildirmiş, buna görə də, Əlikram Elçinə 50 manat pul vermiş, habelə Elçin və Əlikram bir yerdə evlərinə getmişlər. Əlikram axşam tərəfi yenidən onun işlədiyi sexə gəlib, ondan 10 manat pul istəmiş, o, isə Əlikrama 10 manat vermişdir. Səhəri gün yenidən “Park House” restoranına gəlmiş, Əlikramın yanında qız olmuş, Əlikrama onunla oturmasınlar deyə tapşırmışdır. Daha sonra isə Əlikramı görməmişdir. Əlikram qızılın oğurluq olması barədə ona heç nə bildirməmiş, dəfələrlə sonuncudan bu barədə soruşmuş, lakin Əlikram atasının hədiyyəsi olduğunu qeyd etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 86-87-ci səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 9/750 nömrəli ekspert rəyindən görünür ki, bir qram 585 əyarlı qızılın məlumat kimi qiyməti 65 manat olması nəzərə alınmaqla, tədqiq edilən ortada olmayan, çəkisi 10 qram qızıl boyunbağının, xx xxxx 2020-ci il tarixə respublikadaxili orta bazar pərakəndə satış qiyməti nəzəri hesablama yolu ilə 650 manat müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 85-ci səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 130-136-cı səhifələrində olan xx xxxx 2020-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmış, habelə Şahid2, X1 və Şahid3 əməllərinə hüquqi qiymət verilməsindən ötrü cinayət işi materiallarından material ayrılaraq aidiyyəti üzrə Bakı şəhəri Nəsimi RPİ-yə göndərilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 116-1117-ci vərəqələrində olan xx xxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 50-ci vərəqəsindəki Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxxx 2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 55-56-cı vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən tərtib edilmiş ərizədən görünür ki, ona dəymiş zərər tam şəkildə ödənildiyinə görə onun təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talaması tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda, məhkəmə qeyd edir ki, hazırda Təqsirləndirilən şəxs yetkinlik yaşına çatsa da, o, cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamış şəxs olduğundan, habelə bu hal onun cəzasını yüngülləşdirdiyindən ona cəza təyin edilərkən nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 84-cü maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 86.1-ci maddəsinə əsasən CM-nin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, cinayət əməlini törədən zaman yetkinlik yaşına çatmayan olmasını, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını, yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Azərbaycan Respublikası CPM-nin 435.4.1 və 435.4.3-cü maddəsinə əsasən məhkəmə yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən, cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, o cümlədən törədilmiş əməlin az ağır cinayətlər kateqoriyasına aid olmasını, ictimai təhlükəlilik dərəcəsini, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, cinayət əməlini törədən zaman yetkinlik yaşına çatmayan olmasını, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını, yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq, eləcə də həm təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən gələcəkdə bu cür xarakterli cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs hər gün saat 21:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, Təqsirləndirilən şəxs hər gün saat 21:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilməli, habelə bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 170-ci maddəsinin İ hissəsinə əsasən yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qismində qətimkan tədbiri yetkinlik yaşına çatmamış şübhəli və ya təqsirləndirilən şəxsin valideynlərinin, qəyyumlarının, himayəçilərinin, yaxud onun saxlandığı qapalı uşaq müəssisəsi müdiriyyətinin üzərinə yetkinlik yaşına çatmamış şübhəli və ya təqsirləndirilən şəxsin ictimai qaydaya riayət etməsi, cinayət prosesini həyata keçirən orqanın çağırışına gəlməsi və digər prosessual vəzifələri icra etməsi də daxil olan davranışını təmin etmə vəzifəsinin qoyulmasından ibarətdir. Göründüyü kimi xx xxxxxx 2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs artıq yetkinlik yaşına çatmışdır. Bu səbəbdən də, onun üzərində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbirini saxlamaq zərurəti aradan qalxmışdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində vəsait Təqsirləndirilən şəxs alınıb Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 21:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 21:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin, onun barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilsin, habelə bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertizanın dəyəri olan 50 (əlli) manat məbləğində vəsait Təqsirləndirilən şəxs alınıb Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-40/2020
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-40/2020
29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver