Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-40/2021 17.09.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Naibov Nurlan Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 17 sentyabr 2021-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1966-cı ildə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, təmiz çəkisi 0,381 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində saxlamış, həmin narkotik vasitə 06 mart 2020-ci il tarixdə, saat 17:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Siyəzən şəhəri, Nizami küçəsində saxlanılaraq gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd qara rəngli siqaret kağızı bükülüsündə aşkar olunaraq müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 2020-ci ilin fevral ayından Siyəzən rayon Mərkəzi poliklinikasında ambulator müalicədə olmuş, 06 mart 2020-ci il tarixdə saat 14:45 radələrində növbəti dəfə xəstəliyi (bronxial astma) ilə əlaqədar müayinə olunmaq məqsədilə yaşadığı evdən çıxaraq poliklinikaya getmiş, habelə ora çatmağa təxminən 100 metr qalmış Siyəzən şəhəri, Nizami küçəsində polis əməkdaşı Şahid1 idarə etdiyi gümüşü rəngli, “Chevrolet Niva” markalı avtomaşını saxladığını, avtomaşından sonuncu ilə yanaşı Siyəzən RPŞ-nin əməkdaşları Xəyyam, Yusif və Teyyubun düşdüyünü görmüş, onlar cəld şəkildə yaxınlaşaraq onu saxlamış, həmçinin avtomaşına mindirərkən cibinə əl girdiyini hiss etmiş, bu zaman arxaya baxmaq istəyərkən boynundan tutulmuş, nəticədə çevrilərək arxaya baxa bilməmişdir. Avtomaşına mindirərkən etdiyi hərəkətlər nəticəsində əynindəki gödəkcə üzərindən çıxmış, habelə gödəkcə polis əməkdaşlarının əlində qalmış, avtomaşına əyləşdirilərkən sol tərəfində, yəni sürücü Şahid1 arxasında Xəyyam, sağ tərəfində Teyyub, sonuncunun qarşısında isə Yusif əyləşmişdir. Siyəzən RPŞ-yə çatdıqdan sonra həmin polis əməkdaşları onu qollarında növbətçi hissəyə aparmış, burada onun əlləri qandallanmış, gödəkcəsi çiyninə atılmış, o, isə gödəkcəni çiynindən atmışdır. Bu hal iki-üç dəfə təkrarlanmış, o, isə eyni qaydada gödəkcəni çiynindən atmışdır. Bu zaman gödəkcənin ona aid olub-olmadığı soruşulduqda, o, aid olduğunu etiraf etsə də, cibindəkinin ona aid olmadığını bildirmiş, habelə cibindəkinin götürüləcəyi halda, gödəkcəsini əyninə geyinəcəyini qeyd etmişdir. Bu zaman polis əməkdaşları ona ciblərində heç nə olmadığını bildirsələr də, o, əmin olması üçün ciblərinin çevrilməsini istəmiş, lakin, bu istəyinə əhəmiyyət verilməmiş, nəhayət gödəkcəsi masanın üzərində qalmışdır. Bundan sonra, Şahid1 ona yaxınlaşıb, əlini onun əynindəki digər gödəkcənin sol cibinə salmış, bu zaman əlləri qandallı olduğundan o, sonuncudan nə etdiyini soruşmuş, cibinə nə isə atıldığını hiss etmiş, lakin, görə bilməmiş, Fikrət isə siqaretini düşməsin deyə cibinə yerləşdirdiyini bildirmişdir. Bir qədər keçdikdən sonra müdafiəçinin iştirakı ilə baş müstəntiq Azər Şahbazov tərəfindən aparılmış birinci çəkilişlə şəxsi axtarışa başlanılmışdır. Bundan sonra, gödəkcəsinin cibləri axtarılmağa başlamış, Şahid1 oradan ağ rəngli bükülü çıxartmış, o, isə bükülünün ona aid olmadığını bildirmiş, təkidlə heç nəyi imzalamamışdır. Daha sonra, üzərində əlavə axtarış aparılmış, başqa bükülülər də aşkar edilmişdir. O, aşkar edilən bükülülərin ona aid olmadığını bildirib, təqdim olunan sənədləri imzalamaqdan imtina etmiş, bədəni ağrıdığından yerə əyləşmiş və bükülüləri onun üzərinə qoyana qarşı nalayiq ifadələr işlətmişdir. Bundan sonra, axtarış dayandırılmış, təxminən 2- 3 saat keçdikdən sonra Şahid1 onun yanına gəlib, əynini geyinməsini istəmiş və rəisin gəldiyini, onun yanına getdiklərini, xidməti otaqda rəisdən kömək etməsini istəməsini bildirmişdir. Rəisin yanında olarkən da baş verənləri etiraf etməmiş, daha sonra Şahid1lə aşağı düşmüş, burada da sonuncu ilə söhbət etmiş, ona gah psixi təsir göstərilmiş, gah da mülayim söhbət edilmiş, Şahid1 daha RPŞ-yə gətirilib gəldiyini, bükülüləri etiraf etməsini xahiş etmiş, telefon danışıqları olduğunu bildirmişdir. O, isə telefonla adam tutulmadığını bildirib, yenidən bükülüləri etiraf etməmişdir. Daha sonra, baş təhqiqatçı Əlixan da oraya gəlmiş, bükülüləri etiraf etməsini istəmiş, əməlinin Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi tövsif ediləcəyini qeyd etmiş, ona heç nə olmayacağına vəd vermişdir. Bu hal bir dəfə də onun başına gəlsə də, o, bəraət ala bilmişdir. O, isə işinin cərimələnmə ilə tamamlanmasını istəmiş, lakin, bu mümkün olmamışdır. Əlixan isə təkidlə istədiyini yerinə yetirməyə çalışmış, əməlini etiraf etməsini, 1-2 aya işinə xitam veriləcəyini bildirmişdir. Gecə təxminən saat 1-2 olardı, sərbəst buraxmadıqlarını görüb, bədənində olan ağrılara görə Əlixan və Fikrətin dedikləri ilə, yəni Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə razılaşmış, çəkiliş üçün telefon gətirilmiş, habelə bu zaman yanlarında nə müdafiəçi, nə də başqa şəxs olmuşdur. Bundan sonra, razılığa əsasən Fikrət tərəfindən ona cibinə qoyması üçün verilmiş bükülü kiçik həcmli olmaqla, içərisində tozşəkilli maddə olmuş, bu bükülünü şalvarının sağ cibinə qoymuş, daha sonra, çəkiliş qabağı təlimatlandırılmışdır. Aparılmış şəxsi axtarışdan sonra müvafiq sənədləşmələr aparılmış, sənədləri imzalasa da, ona hüquq və vəzifələri barədə bildiriş verilməmişdir. Bundan sonra, aparılmış çəkiliş birinci çəkilişi aparmış baş müstəntiq Azər Şahbazova təqdim edilmiş, sonuncu təxminən 1 saat yarımdan sonra onun yanına gəlmiş, o, isə artıq hər bir məsələnin razılaşdırıldığını qeyd etmişdir. O, törətmədiyi əməli səhhəti ilə bağlı məcburiyyətdən, habelə Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi təqsirli bilinəcəyi təhdidi ilə əlaqədar etiraf etmişdir. Odur ki, məhkəmədən ona bəraət verilməsini xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsi, o cümlədən ibtidai araşdırmanın ilk vaxtlarında özünü təqsirli bilsə də, sonradan bilməməsi, habelə ilk vaxtlar təqsirini etiraf etməsini polis əməkdaşları tərəfindən ona olan psixi təsir və təzyiqlə əsaslandırması özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması şahidlərin ifadələri, digər mötəbər sübutlarla, o cümlədən iş materiallarında olan 1 ədəd kompakt diskdəki videoçəkilişlə tam sübuta yetirilmişdir. Eyni zamanda, məhkəmə iclasında elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu izahatında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, 05 mart 2020-ci il tarixdə, saat 09:00 radələrində Siyəzən şəhərinin Vidadi küçəsi ilə gedərkən yerdə qara rəngli siqaretin iç kağızına bükülmüş formada bükülü görmüş və həmin bükülünü götürərək içərisinə baxdıqda, içəridə narkotik vasitə olan heroin olduğunu görmüşdür. Belə ki, o, əvvəllər narkotik vasitə olan heroin istifadə etdiyindən onu istifadə etmək üçün özündə saxlamış, habelə şalvarının sağ yan cibinə qoymuşdur. 06 mart 2020cı il tarixdə təxminən saat 17 radələrində Siyəzən şəhərinin Nizami küçəsində tək olaraq gəzərkən tanımadığı mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və ona narkotik saxlamaqda şübhəli olduğu üçün üzərinə baxış keçirəcəklərini bu səbəbdən Siyəzən RPŞ-yə getməli olduğunu bildirdmiş, o, da onlarla getməyə razılıq vermiş, habelə RPŞ-yə gətirilmişdir.. Siyəzən RPŞ-nin növbətçi hissəsində üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Üzərinə baxış keçirilərkən ondan üzərində qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmaması soruşulmuş, o da, əynində olan tünd göy rəngli idman şalvarının sağ cibindən 1 ədəd narkotik vasitə olan bükülünü polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra, üzərinə baxış davam etdirilmiş və üzərində qanunla qadağan edilmiş heç bir predmet və ya əşya aşkar edilməmişdir. Həmçinin, qeyd etmişdir ki, etdiyi əməldən peşmandır. Məhkəmə istintaqında şahid Siyəzən rayon Polis Şöbəsinin CAB-ın bölmə rəisi Şahid1 ifadəsində göstərdi ki, 06 mart 2020-ci il tarixdə Siyəzən şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və üzərində gəzdirməsi barədə əməliyyat aparatına daxil olmuş məlumat əsasında tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunmuş və qərar RPŞ-nin rəisinin imzası ilə təsdiq edildikdən sonra, RPŞ-nin rəhbərliyinin tapşırığı ilə həmin gün təxminən saat 17:00 radələrində RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 və CAB-ın sabiq baş əməliyyat müvəkkili X7 ilə birlikdə Siyəzən şəhəri, Nizami küçəsinə gedərək, mövqe tutmaqla həmin küçəni müşahidə etməyə başlamış və bir qədər sonra Təqsirləndirilən şəxs həmin küçə ilə piyada hərəkət etdiyini görmüşlər. Bundan sonra, Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək, üzərində narkotik vasitə gəzdirməsinə dair əsaslı şübhə olduğunu bildirib, üzərində şəxsi axtarış aparılması məqsədilə RPŞ-yə dəvət etmiş, sonuncu üzərində şəxsi axtarışın aparılmasına etirazının olmadığını bildirdikdə tərəflərindən RPŞ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs RPŞ-yə gətirildikdən sonra onun barəsində araşdırma aparılması RPŞ-nin TQ-nun baş təhqiqatçısı Əlixan Nağıyevə həvalə olunmuş, növbətçi hissədə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs və digər iştirakçılara qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, habelə, təhqiqatçı Əlixan Nağıyev tərəfindən Təqsirləndirilən şəxs müvafiq bildiriş verilmiş, sonuncunun üzərinə keçiriləcək şəxsi axtarış zamanı onun müdafiə hüququnun təmin olunması məqsədi ilə şəxsi axtarışda Müdafiəçi də iştirakı təmin edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa könüllü təqdim etməsi təklif olunduqda, sonuncu ilk olaraq əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd Winston markalı siqaret qutusunu çıxararaq masanın üzərinə qoymuş, baş təhqiqatçı Əlixan Nağıyev tərəfindən Winston markalı siqaret qutusunun içərisinə baxıldığında içərisində 9 ədəd siqaretin olduğu müəyyən olunmuşdur. Daha sonra, baş təhqiqatçı Əlixan Nağıyev tərəfindən Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş 1 ədəd qara rəngli siqaret kağızı bükülü açıldığında içərisində qəhvəyi rəngli, toz şəkilli kütlə olduğu müəyyən olunmuşdur. Aşkar olunmuş bükülü ekspertizaya göndərilməsindən ötrü yenidən bükülərək bir ədəd ağ rəngli kağız zərfə qoyulmuş, zərfin üzəri möhürlənmiş və iştirakçılar zərfin üzərinə imza etmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində əlavə qanunla qadağan olunmuş əşya və ya predmet olub-olmamasını soruşulduqda, sonuncu üzərində əlavə qanunla qadağan olunmuş əşya və ya predmet olmadığını bildirmişdir. Baş təhqiqatçı Əlixan Nağıyevin göstərişinə əsasən Siyəzən RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən qanunla qadağan olunmuş əlavə əşya və predmet aşkar olunmamışdır. Daha sonra, X12 Zeynalovdan təqdim etdiyi kütlənin nə olduğunu soruşduqda, sonuncu cavabında həmin kütlənin narkotik vasitə olmasını və psixotrop tərkibli dərmanları əvəz etdiyi üçün həmin narkotik vasitədən istifadə etdiyini, həmin kütlənin tapdığını bildirmişdir. Baş təhqiqatçı Əlixan Nağıyev tərəfindən iştirakçılardan keçirilən şəxsi axtarış ilə bağlı şikayət və vəsatətinin olub-olmadığı soruşulduqda, hər hansı vəsatət və şikayətlərin olmaması səbəbindən şəxsi axtarış prosesi yekulaşdırılmışdır. Daha sonra, şəxsi axtarış ilə əlaqədar olaraq protokol tərtib olunmuş, ucadan oxunmuş, doğru olduğundan iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid2, eləcə də növbətçi hissənin məsul növbətçisi Şahid3 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 33-34-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 mart 2020-ci il tarixli, 6/90 saylı ekspert rəyindən görünür ki, üzərində tədqiqata təqdim edilmiş 1 ədəd zərfdə, 1 ədəd “qara” rəngli kağız bükümdə, təmiz çəkisi 0,381 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata 0,050 qram sərf edildikdən sonra narkotik maddə heroinin qalıq çəkisi 0,331 qram təşkil etmişdir. Cinayət işinin 32-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış materialların məhkəmə ekspertizasının dəyəri 114 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 215-217-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxsi tərəfindən 19 may 2021-ci il tarixdə verilmiş 1065 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 218-219-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 19 may 2021-ci il tarixdə verilmiş 1493 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə, narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 21-22-ci vərəqələrində olan 06 mart 2020-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan, işin 24-cü vərəqəsindəki 1 ədəd kompakt diskdən görünür ki, Siyəzən RPŞ-nin TQ-nin baş təhqiqatçısı X4, CAB-ın bölmə rəisi Şahid1, Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid2, növbətçi hissənin məsul növbətçisi Şahid3, KTQ-nin baş inspektor-kriminalisti X2, Müdafiəçi, eləcə də Təqsirləndirilən şəxs iştirakları ilə sonuncunun üzərinə baxış keçirilməsinə başlanmış, bu zaman Təqsirləndirilən şəxs hüquq və vəzifələrinə dair bildiriş təqdim edilməklə, müdafiə hüququ təmin edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs əynində qara rəngli gödəkcə, ağ, göy və yaşıl rəngli düyməli uzunqol köynək, tünd göy rəngli idman şalvarı və qara rəngli ayaqqabı olmuş, şəxsi axtarış zamanı ona qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda, o, əynində olan tünd göy rəngli idman şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli siqaret iç kağızına bükülünü təhqiqata təqdim etmişdir. Həmin bükülüyə baxdıqda, içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə olması aşkar edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsinə başlanılmış, bu zaman onun üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarışın görüntüləri əks olunmuş videoçəkiliş “Nikon” markalı fotoaparat vasitəsilə aparılmışdır. Bundan əlavə, məhkəmə iclasında 1 ədəd kompakt diskdəki videoçəkilişə baxış zamanı baş təhqiqatçı Əlixan Nağıyev tərəfindən şifahi olaraq Təqsirləndirilən şəxs təhqiqata təqdim etdiyi maddənin nə olduğu soruşulur. Təqsirləndirilən şəxs isə şifahi olaraq “Vallah mən dərman atırdım, belə şeydi ki, görmüşdüm, toyda-məclisdə ki, belə bir şey var, tozdu. Sakitləşdirir. Elə bil ki, o dərmanlar yoxdu? Tramal, tramadol, onların əvəzini verir. Kakosdu nədi bax belə” məzmunlu cavab verdiyi görünür. Daha sonra baş təhqiqatçı Əlixan Nağıyev tərəfindən Təqsirləndirilən şəxs həmin kütləni haradan əldə etdiyi soruşulur. Təqsirləndirilən şəxs şifahi olaraq həmin kütləni tapdığını bildirir. Bundan sonra, baş təhqiqatçı Əlixan Nağıyev tərəfindən iştirakçılardan keçirilən şəxsi axtarış ilə bağlı şikayət və vəsatətinin olub-olmadığı soruşulur. İştirakçılar tərəfindən hər hansı vəsatət daxil olmadığından Əlixan Nağıyev tərəfindən şəxsi axtarış prosesinin yekunlaşdırıldığı görünür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 62-ci vərəqəsində olan Siyəzən RPŞnin İB-nin baş müstəntiqinin 08 mart 2020-ci il tarixli narkotik vasitələrin maddi sübut kimi tanınması və saxlanca verilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 0,331 qram təşkil edən narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Siyəzən RPŞ-nin təminat hissəsində maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 226-235-ci vərəqələrində olan 25 iyun 2021-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 07 mart 2020-ci il tarixdə elan olunmuş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ittiham və barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmış, həmçinin onun üzərində 06 mart 2020-ci il tarixdə RPŞ-nin növbətçi hissəsində videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd kompakt disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 77-78-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 21 mart 2020-ci il tarixli tələbnaməsindən, iş materiallarına əlavə edilmiş Siyəzən Rayon Məhkəməsinin 02 dekabr 2003-cü il tarixli, 1-21/2003 saylı hökmünün və Siyəzən rayon MN və Mİ qrupu üzrə böyük məhkəmə icraçısı Taleh Bayramovun 27 yanvar 2005-ci il tarixli məktububunun surətindən görünür ki, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Cinayət işinin 17-ci vərəqəsindəki 06 mart 2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs elə həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 54-55-ci vərəqələrindəki 07 mart 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi və tutulmuş şəxsin MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Siyəzən RPŞ-nin MSY-dən azad edilmiş və onun barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 126-cı səhifəsindəki məcburi gətirmə barədə qərardan, işin 133-cü vərəqəsindəki qətimkan tədbirini pozduğuna görə təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan, 135-ci səhifədə olan Siyəzən RPŞ-nin 01 fevral 2021-ci il tarixli, 183-1094-1221 nömrəli, 140-cı səhifədəki 04 may 2021-ci il tarixli, 183-4812-1221 nömrəli məktublarından, eləcə də 04 may 2021-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı və qeydiyyatda olduğu ünvanlara çağırışlar göndərilsə də, sonuncu istintaqa gəlməmiş, buna görə də 22 yanvar 2021-ci il tarixdə onun Siyəzən RPŞyə məcburi gətirilməsi barədə qərar qəbul olunmuş, lakin, onun məcburi gətirilməsi mümkün olmadığına görə Təqsirləndirilən şəxs barəsində 01 fevral 2021-ci il tarixdə axtarış elan edilməklə, cinayət işi üzrə icraat dayandırılmış, Siyəzən RPŞ-nin CAB-da bu barədə 850112 nömrəli axtarış işi açılmış, həmçinin, Təqsirləndirilən şəxs 04 may 2021-ci il tarixdə Siyəzən şəhəri, F. Bayramov küçəsində saxlanılaraq RPŞ-nin MSY-yə təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 174-175-ci, eləcə də 200-202-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 4(059)-23/2021 saylı həbs qətimkan tədbirinin seçilməsinə, həmçinin həbsdə saxlama müddətinin uzadılmasına dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 18 gün müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 04 may 2021ci il tarixdən hesablanmış, həmçinin, onun həbsdə saxlama müddəti 2 (iki) ay, yəni 22 iyul 2021-ci il tarixədək uzadılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 72-73-cü vərəqələrində olan arayış və xasiyyətnamədən, işin 212-213-cü vərəqələrindəki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 12 nömrəli ZTSEK tərəfindən verilmiş TSE-0 seriyalı, 334081 nömrəli arayışın surətindən, ƏƏSMN-nin tabeliyində DSMF-nin 3 saylı regional ərazi filialı tərəfindən 17 sentyabr 2021-ci il tarixdə verilmiş **********3 nömrəli məktubdan, DSMF-nin Siyəzən rayon şöbəsi tərəfindən 01 may 2019-cu il tarixdə verilmiş 018821, 018822 nömrəli vəsiqələrin surətlərindən, eləcə də şəxsi məlumatlardan çıxarışdan görünür ki, 30 iyun 1996-cı il təvəllüdlü Kəmalə, 16 mart 1994-cü il təvəllüdlü İİ dərəcəli əlil Sinarə, 02 mart 1993-cü il təvəllüdlü İ qrup müddətsiz əlil Səbinə, 02 mart 2001-ci il təvəllüdlü Mabəddin adında dörd yetkinlik yaşına çatan uşağı olan ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyində akkumulyatorçu işləyən, hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar İİ dərəcəli müddətsiz əlil olan Təqsirləndirilən şəxs barəsində Siyəzən Mənzil İstismar Sahəsinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama və daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yetkinlik yaşına çatsalar belə, himayəsində İ və İİ qrup əlil övladlarının olmasını, özünün İİ qrup əlil olmaqla, kifayət qədər yaşının olmasını, yaşayış yeri üzrə barəsində şikayət olmamaqla, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs şəxsiyyətini və tərəfindən yenidən qəsdən bu dəfə başqa kateqoriyadan olan cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbirinin şərtlərini pozaraq ibtidai istintaq orqanından qaçıb gizlənməsini və barəsində axtarış elan olunmasını, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, bununla belə, yetkinlik yaşına çatsalar belə, himayəsində İ və İİ qrup əlil övladlarının olması, özünün İİ qrup əlil olmaqla, kifayət qədər yaşının olması kimi yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin 1/6 hissəsi həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 06 mart 2020-ci il tarixdən 07 mart 2020-ci il tarixə kimi həbsdə saxlanıldığı bir gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 04 may 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,331 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin 06 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd Compakt Disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, 114 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 1 (bir) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 04 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,331 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və Təqsirləndirilən şəxs üzərində 06 mart 2020-ci il tarixdə videoçəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd CD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 114 (bir yüz on dörd) manat ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X3, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-40/2021
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-40/2021
17.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver