Məhkəmə qərarları › İş №1(059)-40/2022

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-40/2022

26.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-40/2022 26.04.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 26 aprel 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1986-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Republikası vətəndaşı, subay, orta təhsilli, Siyəzən rayon Məhkəməsinin 27 fevral 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 22 iyun 2018-ci il tarixli qərarı ilə barəsində olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli qərarı dəyişdirilmiş, Siyəzən rayon Məhkəməsinin 27 fevral 2017-ci il tarixli hökmü ilə ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il müddətinə azaldılmış, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən, hazırkı qərarla barəsində Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə müəyyən edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasını, Siyəzən Rayon Məhkəməsinin 27 fevral 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə (cinayətlərin məcmusu üzrə) qismən toplamaqla, üzərində qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Nizami Rayon Məhkəmələrinin 05 fevral 2020-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən qalan 2 (iki) ay 1 (bir) gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, habelə 06 aprel 2020-ci il tarixdə onun cəzasının müddəti başa çatmış, Siyəzən Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 1(059)-51/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən 23 dekabr 2021-ci il tarixdə cəzadan azad edilmiş, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 1,175 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini üzərində saxlamış, 26 yanvar 2022-ci il tarixdə, saat 11:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Siyəzən şəhərinin S.Xeyrullayev küçəsi ərazisində saxlanılaraq, gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd qara rəngli siqaret kağızı bükülüsünün içərisində digər bir ədəd şəffaf sellofan bükülüdə ümumi təmiz çəkisi 1,175 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, 2006-cı ildən narkotik vasitə və psixotrop maddə istifadəçisidir. Üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini tutulamışdan 1 və ya 2 gün əvvəl, axşam saatlarında yaşadığı Siyəzən şəhərinin S.Xeyrullayev küçəsi ərazisində yerdə bir ədəd qara rəngli siqaret kağızı bükülüsündə tapmışdır. Bundan sonra, 26 yanvar 2022-ci il tarixdə, saat 11-11:30 radələrində Siyəzən şəhərinin S.Xeyrullayev küçəsi ərazisində yaşadığı evin qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşmış, habelə Siyəzən RPŞ-yə aparılmış, orada videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı həmin psixotrop maddə metamfetamin əynində olan şalvarın arxa sağ cibindən aşkar edilərək götürülmüşdür. Bundan əlavə, o, müdafiəçi ilə təmin edilmiş, hüquq və vəzifələri izah olunmuş, habelə polis əməkdaşları tərəfindən qeyri-insani rəftar və ya ləyaqəti alçaldan hərəkətlərə, fiziki və ya psixi təsirə məruz qalmamışdır. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid ifadəsində göstərdi ki, o, əvvəllər təqsirləndirilən şəxsi tanımamışdır. Belə ki, 26 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi və istifadə etməsi barədə daxil olmuş əməliyyat aparatına məlumat əsasında tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunmuş, RPŞ-nin rəisinin imzası ilə təsdiq edilmişdir. Həmin gün rəhbərliyin göstərişi əsasında o, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X6, İTB-nin YYÇPİTQ-nun baş inspektoru X4 və İTB-nin sahə polis nəfəri X5 ilə birgə Siyəzən şəhərinin S.Xeyrullayev küçəsinə gedərək, Təqsirləndirilən şəxs sözügedən küçə ilə hərəkət etdiyini görüb ona yaxınlaşmışlar. Özlərini ona təqdim edərək, üzərində narkotik vasitə gəzdirməsində və istifadəsində şübhəli olduğu, habelə şəxsi axtarışın keçirilməsindən ötrü RPŞ-yə getməli olduğu bildirilmiş, həmçinin etiraz daxil olmadığından Təqsirləndirilən şəxs RPŞ-yə aparılmışdır. RPŞ-də keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuş, habelə sonuncu əynində olan qara rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd qara rəngli siqaret kağızı bükülüsünü çıxararaq, təqdim etmiş, həmçinin bükülüdəkinin metamfetamin olduğunu bildirmişdir. Bundan sonra, şəxsi axtarış davam etdirilsə də, qanunla qadağan olunmuş əlavə əşya aşkar edilməmişdir. Həmçinin, müstəntiq Rəhmin Zeynalov tərəfindən qara bükülüyə baxış keçirilərkən içərisində şəffaf sellofan bükülü, onun da içərisində metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Daha sonra, aşkar olunmuş predmet qablaşdırılmış, bu qablaşdırma, eləcə də şəxsi axtarışla bağlı tərtib edilmiş protokol doğru olduğundan iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 36-38-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2022-ci il tarixli, 6/530 saylı ekspert rəyindən görünür ki, üzərində “...Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,175 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,050 qram istifadə olunduqdan sonra metamfetaminin qalıq çəkisi 1,125 qram təşkil etmişdir. Cinayət işinin 35-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış materialların məhkəmə ekspertizası tədqiqatının dəyəri 81 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 123-124-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 10 mart 2022-ci il tarixdə verilmiş, 1200 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 24-25-ci vərəqələrində olan 26 yanvar 2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, 26 yanvar 2022-ci il tarixdə saat 11:17-dən saat 11:23-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində Siyəzən RPŞ-nin növbətçi hissəsində keçirilən şəxsi axtarış zamanı ittihamın əsasını təşkil edən psixotrop maddə metamfetaminə bənzər kütlə əynində olan qara rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd qara rəngli siqaret kağızı bükülüsünün içərisində digər bir ədəd şəffaf sellofan bükülüdə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 71-72-ci və 109-116-cı vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin müvafiq olaraq 28 yanvar 2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında, 30 mart 2022-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 1,125 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilsə də, Təqsirləndirilən şəxs üzərində 26 yanvar 2022-ci il tarixdə Siyəzən RPŞ-nin növbətçi hissəsində videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 82-83-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 11 fevral 2022-ci il tarixli tələbnaməsindən, işin 84-88-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 1(059)-51/2020 saylı hökmünün, eləcə də iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsinin 10 yanvar 2022-ci il tarixli, 17/26 127 nömrəli məktubunun surətindən görünür ki, Hacıyev X2 rayon Məhkəməsinin 27 fevral 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 22 iyun 2018-ci il tarixli qərarı ilə barəsində olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli qərarı dəyişdirilmiş, Siyəzən rayon Məhkəməsinin 27 fevral 2017-ci il tarixli hökmü ilə ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il müddətinə azaldılmış, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən, hazırkı qərarla barəsində Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə müəyyən edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasını, Siyəzən Rayon Məhkəməsinin 27 fevral 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə (cinayətlərin məcmusu üzrə) qismən toplamaqla, üzərində qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Nizami Rayon Məhkəmələrinin 05 fevral 2020-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən qalan 2 (iki) ay 1 (bir) gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, habelə 06 aprel 2020-ci il tarixdə onun cəzasının müddəti başa çatmış, bundan sonra Siyəzən Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 1(059)-51/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən 23 dekabr 2021-ci il tarixdə cəzadan azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 66-67-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 4(059)-3/2022 saylı məhkəmənin həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 26 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 94-95-ci vərəqələrində olan arayış və xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama və daşıma cinayət əməllərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən barəsində yaşayış yeri üzrə şikayətin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Həmin Məcəllənin 83.1ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən əvvəlki hər iki məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin təhlükəli resedivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə təhlükəli residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmasını, Təqsirləndirilən şəxs şəxsiyyətini və onun tərəfindən cinayət əməlinin yenidən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, həmçinin barəsində yüngülləşdirici halın olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin üçdə iki hissəsindən yuxarı həddə cəza təyin edilməlidir. Məhkəmə, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəza cinayətlərin residivi zamanı əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər üçün müəyyən edilmiş ciddi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 26 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 1,125 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində 26 yanvar 2022-ci il tarixdə Siyəzən RPŞ-nin növbətçi hissəsində videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən 81 manat Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 26 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 1,125 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və Təqsirləndirilən şəxs üzərində 26 yanvar 2022-ci il tarixdə Siyəzən RPŞ-nin növbətçi hissəsində videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X3, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar