Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-40/2023 01.08.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 01 avqust 2023-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1980-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Siyəzən Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 1(059)-45/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 7(003)-13/2022 saylı qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsi 6 (altı) ay azaldılmaqla, sözügedən məhkəmənin 11 fevral 2022-ci il tarixli, 7(003)-561/2022 saylı qərarına əsasən cəzasının çəkilməmiş qalan 08 ay 08 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmçinin cəzasının müddəti başa çatdığı üçün 19 oktyabr 2022-ci il tarixdə qeydiyyatdan çıxarılmış, üzərində məhkumluğu olan, Siyəzən şəhərinin Xətai küçəsindəki 112 saylı evdə qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs aparılmış ibtidai istintaq zamanı satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda yəni, ümumi təmiz çəkisi 0,871 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 0,367 qram qurudulmuş marixuananı yaşadığı ünvanda saxlamış, 19 fevral 2023-cü il tarixdə, saat 10:20 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı o, yaşadığı Siyəzən şəhərinin Xətai küçəsindəki evin qarşısında saxlanılmış və həmin evə baxış zamanı Təqsirləndirilən şəxs yataq otağından 5 ədəd göy rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,198 qram, 0,108 qram, 0,173 qram, 0,209 qram, 0,183 qram olmaqla, ümumi təmiz çəkisi 0,871 qram qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, iki ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,207 qram və 0,160 qram olmaqla, ümumi təmiz çəkisi 0,367 qram qurudulmuş marixuana, 2 ədəd üzərində narkotik vasitə heroin və qurudulmuş marixuananın izləri olan işlək vəziyyətdə elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməməklə, ifadəsində göstərdi ki, o, özünü Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə deyil, 234.1-ci maddəsi ilə təqsirli bilir. Təxminən 3-4 il olar narkotik vasitələr olan heroindən və marixuanadan istifadə edir, habelə yaşadığı evdən aşkar edilmiş narkotik vasitələri tutulmamışdan 2 gün əvvəl su kanalının üst tərəfindən tapıb, istifadəsi üçün götürsə də, aşkar edilmiş elektron tərəzi anasına məxsus olmuşdur. Belə ki, sonuncu həmin tərəzi ilə qızıl ölçsə də, o, tərəzindən narkotik vasitə ölçmək üçün istifadə etməmiş, buna baxmayaraq, müstəntiq tərəfindən tərəzinin üzərinə narkotik vasitə izləri yerləşdirilməklə, müvafiq ekspertizaya göndərilmişdir. Bundan əlavə, həmin tərəzini bir çox mağazalardan satın almaq olar. Bundan başqa, 19 fevral 2023-cü il tarixdə, təxminən saat 06:30-07:00 radələrində yaşadığı evdə yatarkən polis əməkdaşları evinin qapısını və pəncərəsinin dəmir barmaqlıqlarını sındıraraq, içəriyə daxil olmuş, habelə polis əməkdaşı Şahid1 ona güləş fəndi işlətmiş, digərləri yaşadığı evdəki əşyaları dağıdıb yerə tökdükdən sonra, onu Siyəzən RPŞ-yə aparmış, orada sonuncular tərəfindən döyülməklə, baş nahiyəsinə dəyənəklə vurulmuş, habelə başında xəsarət izi də qalmışdır. Eyni zamanda, bu barədə rayon prokurorluğuna da məlumat vermiş, həmçinin prokurorluğun əməkdaşı Səkinə xanım izahatını almaqla, onu müvafiq ekspertizadan keçirtmişdir. Bundan sonra, həmin gün saat təxminən 10:30 radələrində polis əməkdaşları tərəfindən Müdafiəçi ilə birlikdə yaşadığı evə gətirilmişdir. Bu zaman isə videoçəkilişdən istifadə etməklə, üzərində şəxsi axtarış, yaşadığı evə baxış keçirilmişdir. O, heç kimə narkotik satmamış, habelə bir günə 1-2, 4-5 büküm narkotik vasitə istifadə etmişdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən soruşulduqda, polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqə məruz qalmadığını bildirsə də, bunu həm barəsində Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmasın deyə, həm də oğlu Şahid2 cinayət məsuliyyətinə cəlb edilməsin deyə etmişdir. Eyni zamanda, Siyəzən RPŞ-nin əməkdaşı Şahid1, həmçinin sima olaraq tanıdığı əlavə iki polis serjantı tərəfindən döyülmüşdür. Siyəzən RPŞ-nin əməkdaşlarının yaşadığı evə daxil olmasını 18 yaşlı qızı Şahid3 mobil telefon vasitəsi ilə videolentə alsa da, həmin görüntülərdə döyülməsinin əks olunubolunmaması barədə bir söz deyə bilmir. Bundan başqa, yaşadığı evdə narkotik vasitə olmasından ailə üzvlərinin məlumatı olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs Siyəzən RPŞ-nin əməkdaşları, eləcə də NMQ-nun əməliyyat müvəkkili Şahid1 tərəfindən fiziki zorakılığa və digər qanunsuz hərəkətlərə məruz qalması, həmçinin hazırda ziddiyyətli ifadə verərək təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün məhkəməyədək istintaq dövründə ittihamı qəbul etməsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, o, Siyəzən şəhərinin Xətai küçəsindəki 112 nömrəli ünvanda qeydiyyatda olmaqla, ailə üzvləri ilə birlikdə həmin küçədəki nömrəsiz fərdi yaşayış evində yaşayır, habelə heç bir yerdə işləmir.O, yaşadığı evdən aşkar edilmiş narkotik vasitəni 2 gün əvvəl günorta saatlarında Siyəzən şəhərində kanalın üstündən, yol kənarından tapmış, həmçinin uzun müddətdirnarkotik vasitə heroindən və marixuanadan istifadə edir.19 fevral 2023-cü il tarixdə Siyəzən şəhərinin Xətai küçəsindəki yaşadığı evin qarşısında dayandığı zaman polis əməkdaşları ona yaxınlaşmış, narkotik vasitələrin qanunsuz saxlanılmasında və dövriyyəsində şübhəli olduğunu bildirərək, yaşadığı evə baxış, üzərinə şəxsi axtarış keçiriləcəyini, habelə bu barədə məhkəmə qərarı olmasını ona izah etdiklərində, o, heç bir etiraz və şikayətinin olmadığını bildirmişdir. Şəxsi axtarış və baxışa başlamazdan əvvəl ona hüquq, vəzifələri və müdafiə hüququ izah olunmuş, habelə o, bununla bağlı təqdim edilmiş müvafiq bildirişi imzalamaqla götürmüş, eyni zamanda üzərinə keçiriləcək şəxsi axtarış və ünvana keçiriləcək baxış zamanı Müdafiəçi iştirakının təmin edilməsinin istədiyini, həmçinin müstəntiqin şifahi sorğusunu cavab olaraq, yaşadığı evdə və üzərində qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra, yaşadığı evə baxış keçirilməsinə başlanılmaqla, evin dəmir darvazasından həyətyanı sahəsinə, evin dəmir qapısından isə evə daxil olunmuş, habelə evin dəhlizindən sol tərəfdəyerləşən onun qaldığı otağa keçilmişdir.Otaqda, sağ divarın qarşısında olan çarpayının sağ tərəfində yerləşən masanın üzərinə keçirilmiş baxış zamanı, bir ədəd qara rəngli karton qutunun içərisində olan ağ rəngli şəffaf sellofan paketin içərisində 5 ədəd göy rəngli siqaret folqası bükülülərin olması müşahidə edilmiş, həmin sellofan paketin içərisində olan bükülülərə çarpayının üzərində tək-tək baxış keçirilərkən, hər birinin içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmiş, eyni zamanda soruşulduqda şəxs həmin bükülülərin içərisindəkinin “kokos” yəni, heroin olduğunu və özünə məxsus olmasını bildirmiş, habelə bükülülər əvvəlki vəziyyətində şəffaf sellofan paketə qoyulmuşdur. Bununla yanaşı qara rəngli karton qutunun içərisində əlavə gümüşü folqaya bükülmüş, açıldıqda içərisində narkotik vasitə marixuanaya bənzər kütlə olan iki ədəd gümüşü rəngli folqa olması müəyyən edilmiş, habelə həmin folqalar da əvvəlki vəziyyətinə qaytarılmışdır. Bununla yanaşı, qara rəngli karton qutunun içərisindən üzərində “Endopet” oral tablet yazıları olan dərman konvalyutu, bir üzərində “Gofen” yazısı olan, içərisində 4 ədəd qara rəngli dərman həbi olan dərman konvalyutu, 3 ədəd gümüşü rəngli folqa,1 ədəd üzərində narkotik vasitə heroin izinə bənzər iz olan gümüşü folqa, 1 ədəd qara rəngli dərman həbi, 4 ədəd müştük və 1 ədəd 10 manatlıq pul əsginası da aşkar edilmişdir. Bundan sonra, çarpayının sağ tərəfində olan masanın üzərindəki bir ədəd ağzı bağlanıb açılan dəmir qabın içərisindən 1 ədəd üzərində izlər olan işlək vəziyyətdə elektron tərəzi, 7 ədəd müştük və 1 ədəd folqa, habelə həmin masanın üzərindən götürülməklə, çarpayının üzərində baxış keçirilmiş iki ədəd dəmir qabdan birincinin içərisindən 3 ədəd müştük, 1 ədəd pinset və 2 ədəd biz, digər dəmir qabın içərisindən 5 ədəd müştük, həmçinin hər üç qabın içərisindən narkotik vasitə marixuana qırıntılarına bənzər qırıntılar aşkar olunmuşdur. Daha sonra, masanın üzərindən 1 ədəd üzərində narkotik vasitə heroinə bənzər izlər olan, işlək vəziyyətdə elektron tərəzi, 1 ədəd REDMİ markalı mobil telefon, 5 ədəd gümüşü rəngli folqa, 1 ədəd kazbeki bükmək üçün istifadə edilən folqa, şəffaf sellofan paketdə 6 ədəd müştük, masanın üzərindəki digər qutudan 9 ədəd alışqan, 1 ədəd müştük, biri açılıb qatlanan olmaqla iki ədəd bıçaq, masanın üzərindəki şəffaf plastik qabın içərisindən 8 ədəd alışqan, masanın üzərində olan digər karton qutunun içərisindən 5 ədəd alışqan aşkar olunmuşdur. Masanın rəfinə keçirilən baxış zamanı oradan 31 ədəd alışqan və 1 ədəd boş kibrit qutusu, masanın altında olan digər rəf çıxarılmaqla, rəfin içərisinə çarpayının üzərində keçirilmiş baxış zamanı orada olan pul kisəsindən 2 ədəd 5 manat, 10 ədəd 1 manat olmaqla, cəmi 20 manat pul, həmin rəfdən 1 ədəd üzərində “Gofen” yazısı olan dərman qabında olan dərman konvalyutunda 2 ədəd qara rəngli dərman həbi, plastik qutuda 7 ədəd gümüşü rəngli folqa, 2 ədəd gümüşü rəngli siqaret folqası, eyni zamanda masanın altında olan digər rəf çıxarılmaqla içərisinə keçirilmiş baxış zamanı oradan 1 ədəd mobil telefon, 2 manat kağız pul, 4 ədəd müştük, həmin rəfin altında olan digər rəfə keçirilmiş baxış zamanı isə oradan 1 ədəd qara rəngli pul kisəsində 1 ədəd 20 manatlıq,1 ədəd 10 manatlıq, 3 ədəd 5 manatlıq,16 ədəd 1 manatlıq olmaqla, cəmi 61 manat kağız pul, rəfdən bir ədəd üzərində “OCB” yazısı olan, içərisində şəffaf folqalar olan qutu, 6 ədəd içərisi boşaldılmış şəffaf rəngli müştüklər aşkar edilmişdir. Sonra aşkar olunmuş pullar ona qaytarılsa da, iki ədəd mobil telefon bir ədəd boş ağ rəngli zərfə, 3 ədəd dəmir qab, 2 ədəd elektron tərəzi, 18 ədəd gümüşü rəngli folqa, üzərində iz olan bir ədəd gümüşü rəngli folqa, 31 ədəd müştük, 6 ədəd şəffaf rəngli folqa, bir ədəd üzərində “OCB” yazısı olan karton qutu digər bir ədəd boş ağ rəngli zərfə, 5 ədəd göy rəngli siqaret folqası bükülüsü, 9 ədəd üzərində yazısı olan dərman həbləri, 1 ədəd üzərində “Endopet” yazısı olan dərman konvalyutu, 1 ədəd pinset və 2 ədəd biz digər bir ədəd boş ağ rəngli zərfə yerləşdirilmiş, zərflərin üzəri möhürlənməklə, o və bütün iştirakçıları tərəfindən imzalanmışdır. Müstəntiq ondan evində qanunsuz predmentlər olduğunu halda nə səbəbə bunu etiraf etmədiyi soruşmuş, o, özünün narkotik vasitə istifadəçisi olduğu üçün evində heç bir qanunla qadağan olunmuş əşya və predmetin olmadığını bildirmişdir. Daha sonra, müstəntiqin göstərişinə əsasən əməliyyat müvəkkili tərəfindən onun üzərində şəxsi axtarış keçirilsə də, qanunsuz əşya aşkar edilməmişdir.Bundan başqa, davam etdirilmiş baxış zamanı evin ikinci mərtəbəsində pilləkəndən sağda olan təmirsiz otağın divarının içərisindəki oyuqdan içərisində 5 ədəd toxum olan bir ədəd ağ rəngli kağız bükülü aşkar edilmiş, habelə bu bükülüdə boş zərfə yerləşdirilməklə, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa o, polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixi təzyiqə məruz qalmadığını, evindən aşkar edilmiş narkotik vasitələri 2 gün əvvəl kanalın altından tapdığını, şəxsi istifadəsi məqsədi ilə qeyd edilən miqdarda narkotik vasitələri evində saxladığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, evində saxladığı narkotik vasitələrdən ailə üzvlərinin məlumatlarının olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, habelə sonuncuya qarşı heç bir düşmənçilik və ədavəti olmamışdır. 19 fevral 2023-cü il tarixdə əməliyyat aparatına Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, yaşadığı evdə saxlaması və satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında tərəfindən protokol tərtib olunmaqla, rayon Polis Şöbəsinin rəhbərliyinə məruzə olunmuş və müvafiq qərar qəbul edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs nəzarətə götürülməklə, sonuncu həmin tarixdə, saat 10:20 radələrində Siyəzən şəhərinin Xətai küçəsindəki yaşadığı evinin qarşısında tərəflərindən saxlanılmış, habelə ona özünü təqdim edib, narkotik vasitələrdən istifadə etməkdə, yaşadığı ünvanda saxlamaqda və satışı ilə məşğul olmaqda şübhəli olduğunu, üzərinə şəxsi axtarış və yaşadığı ünvana baxış keçiriləcəyini bildirməklə, müvafiq bildiriş təqdim etmiş, o, isə yaşadığı evə baxış keçirilməsinə heç bir etirazının olmadığını qeyd etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs istəyi əsasında iştirakı təmin edilmiş Müdafiəçi, müstəntiq Şahin Rzayev, əməliyyat müvəkkilləri Babək Güləliyev və Zəbişah İsmayılov, polis nəfərləri Cavidan Babayev və Emin Qəribov ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə dəmir darvazadan daxil olmuşlar. Sonra isə, dəmir darvazadan təxminən 10 metr irəlidə olan evin dəmir qapısından evin içərisinə, oradan da Təqsirləndirilən şəxs qaldığı otağa keçmişlər. Bu zaman həmin otaqda divanla üzbəüz çarpayının sağ tərəfindəki masanın üzərində olan dəmir qutunun içərisinə videoçəkilişlə baxış keçirilməsinə başlanılmış, habelə qutudan içərisində narkotik vasitə heroinə bənzər kütlə olan, şifahi sorğu zamanı şəxsin içərisindəkilərin narkotik vasitə heroin olduğunu bildirdiyi 5 ədəd olan göy rəngli siqaret folqası, bundan başqa iki ədəd gümüşü folqada içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, davam edən baxış zamanı üzərində narkotik vasitə heroinə bənzər izlər olan iki ədəd elektron tərəzi aşkar olunmuşdur. Daha sonra, Təqsirləndirilən şəxs yaşadığı evə tərəfindən keçirilmiş baxış zamanı narkotik vasitə qəbul etmək üçün istifadə olunan çox sayda müştük, çox sayda alışqan, həmçinin üzərində narkotik vasitə izləri olan folqalar, evin boş otağındakı divarda gizlədilmiş bükülünün içərisindən 5 ədəd toxumlar aşkar edilmişdir. Baxış yekunlaşdıqdan sonra isə, aşkar edilmiş predmetlər Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə boş zərflərə yerləşdirilməklə, zərflərin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs qarşı heç bir fiziki təzyiq göstərməməklə, ona qarşı güləş fəndi işlətməmiş, həmçinin baxışda iştirak etmiş polis nəfərləri də, təqsirləndirilən şəxsə qarşı fiziki təzyiq göstərməmişlər. Eyni zamanda, Təqsirləndirilən şəxs yaşadığı evə evin qapısını və pəncərəsinin dəmir barmaqlıqlarını sındırmaqla deyil, şəxsin özünün razılığı və məhkəmə qərarı əsasında daxil olmuşlar. Bundan əlavə, Təqsirləndirilən şəxs saat 07:00 radələrində saxlanılmaqla, rayon Polis Şöbəsinə aparılmamış, habelə sonradan baxış keçirilməsi üçün yaşadığı evə gətirilməmişdir. Belə ki, əməliyyat qrupunda iştirak etdiyindən belə bir hal vermiş olsa idi, mütləq məlumatlı olardı. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, 19 fevral 2023-cü il tarixdə, saat 07:00 radələrində 3 mərtəbəli evlərinin İ mərtəbəsində yatarkən, polis əməkdaşları İİ mərtəbədəki pəncərələri sındıraraq vəhşicəsinə evlərinə daxil olmuş, habelə bundan balaca qardaşı Eşqim çox qorxmuşdur. Bundan sonra, qardaşı Şahid2 polis əməkdaşları döyərək qandallayıb, bayıra çıxartmışlar. Eyni zamanda, polis əməkdaşları paltarlarını geyinməyə imkan verməyərək, otaqlarına daxil olmuş, sonradan atası ilə anasının yataq otağına keçmişlər. Bundan sonra, gözlərinin qarşısında tanımadığı polis əməkdaşları atasını döyərək aparmışlar. Bundan əlavə, polis əməkdaşları 3 ədəd qapılarını və 1 ədəd pəncərələrini sındırmış, çəkiliş etdiyi zamansa polis əməkdaşları onu təhdid edərək, həmin görüntüləri silməsə atası üçün pis olacağını bildirmişlər. Evdən aşkar edilmiş predmetlərdən onun xəbəri olmamışdır. Təxminən günorta saat 13:00-a kimi polis əməkdaşları evlərində olmuşlar. Bundan başqa, o, atasına yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, atası Təqsirləndirilən şəxslə münasibətləri normal olmaqla, sonuncuya qarşı hər hansı bir formada ədavəti yoxdur. 19 fevral 2023-cü il tarixdə, saat 06:45-50 radələrində əvvəlcə ikinci mərtəbədən səs-küy gəlmiş, daha sonra birinci mərtəbədə tək yatdığı otağının qapısı qəfil açıldıqda, o, yerindən qalxmış, bu zaman 4 nəfər polis əməkdaşlarının otaqda olduğunu görmüş, habelə sonuncular onu yerə yıxıb, qandallamışlar. Bundan sonra, o, əməliyyat müvəkkillərinin atası Təqsirləndirilən şəxs yatdığı otağa daxil olduqlarını görmüş, həmçinin otağındakı polis əməkdaşları onu bayıra çıxardıb, vura-vura gördüklərini heç kimə deməməsini tələb etmiş, habelə təxminən 15-20 dəqiqə həyətdə saxlanmışdır. Qandal əlini sıxdığından onun boşaldılmasını istəsə də, polis əməkdaşları ona hədə-qorxu gələrək, RPŞ-də başına oyun açacaqlarını qeyd etmişlər. Siyəzən RPŞ-də olarkən polis əməkdaşları onu təhqir edərək, atası Musaya aid narkotik vasitələrin yerini öyrənməyə çalışsalar da, o, atasının elə işlərlə məşğul olmadığını, sonuncuda narkotik vasitələr görmədiyini bildirmişdir. Bundan əlavə, o, atası Musa ilə birlikdə təxminən 07-08:00 radələrində Siyəzən RPŞ-yə aparılmış, orada polis əməkdaşları ona olanlar barədə heç kəsə bir söz deməməsi ilə bağlı təsir etmiş, əks təqdirdə, atası Musanın işinin ağır olacağı qeyd olunmuş, habelə həmin gün saat 13-14:00 radələrində sərbəst buraxılmışdır. Bundan əlavə, hədə-qorxu olunduğu üçün heç bir yerə şikayət etməmiş, bununla bağlı məlumatı olmamış, yalnız babası İsmayıla bildirmiş, həmçinin bu məsələ ilə bağlı sonuncu DİN-in 102 xidmətinə zəng vurub, məlumat vermişdir. Eyni zamanda, Siyəzən rayon prokurorluğunda izahatı alınarkən bu barədə prokurorluğun böyük köməkçisi Səkinə Hüseyinovaya da məlumat vermişdir. Bundan başqa, atası Musanın evdə narkotik vasitə saxlaması, eləcə də satışıyla məşğul olması ilə bağlı xəbəri olmamışdır. Bundan əlavə, o, atasına yüngül cəza verilməsini xahiş edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 41-42-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2023-cü il tarixli, 7/257 saylı ekspert rəyindən görünür ki, üzərində “imzalar ... Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olmuş narkotik vasitəyə bənzər kütlələr və əşyalar ...” yazılan zərfdə 2 ədəd bükümdə hər birinin ayrıayrılıqda təmiz çəkisi 0,207 qr və 0,160 qram olmaqla, ümumi çəkisi 0,367 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin zərfdə olan 3 ədəd dəmir predmetin üzərində bitki mənşəli narkotik vasitələrin hissəcikləri yoxdur. Həmçinin, rəydən görünür ki, üzərində “imzalar Təqsirləndirilən şəxs yaşadığı evin 2-ci mərtəbəsində aşkar olmuş marixuana toxumlarına bənzər kütlələr ...” yazılan zərfi açdıqda, içərisində 1 ədəd kağız kəsiyi bükümdə təmiz çəkisi 0,05 qram bitki toxumları əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Onlar narkotik vasitələrin siyahısına daxil deyildir. Eyni zamanda, rəydən görünür ki, üzərində “imzalar ... Təqsirləndirilən şəxs evindən aşkar olunmuş əşyalar ...” yazılan zərfdə 2 ədəd elektron tərəzinin üzərində və 3 ədəd dəmir qabın içərisində cüzi miqdar narkotik vasitə olan marixuana hissəcikləri vardır. Marixuana hissəcikləri cüzi miqdar olduğu üçün onun çəkisini müəyyən etmək mümkün deyildir. 18 ədəd içərisi boş üzərində izlər olmayan folqa kağızlarının, 31 ədəd borucuq formasına salınmış predmetlərin, 6 ədəd siqaret formasında düzəldilmiş borucuq, 1 ədəd “OCB” yazısı olan içərisində şəffaf folqalar olan karton qutunun üzərində bitki mənşəli narkotik vasitələrin hissəcikləri yoxdur. Tədqiqata 0,1 qram sərf olunduqdan sonra qurudulmuş marixuananın qalıq çəkisi 0,267 qram təşkil etmişdir. Cinayət işinin 40-cı vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-bioloji ekspertizasının dəyəri 88 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 45-47-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2023-cü il tarixli, 6/1028 saylı ekspert rəyindən görünür ki, üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evdən... narkotik vasitəyə bənzər kütlələr...” sözləri və imzalar qeyd edilmiş kağız paketdə 5 ədəd göy rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,198 qr., 0,108qr., 0,173 qr., 0,209 qr., 0,183 qr., ümumi çəkisi 0,871 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 3 ədəd metal predmetdə narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Həmçinin, rəydən görünür ki, üzərində “...Təqsirləndirilən şəxs evindən aşkar olunmuş əşyalar...” yazılan kağız paketdə 2 ədəd tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən iz mikrohissəciklərinin miqdarını müəyyən etmək mümkün olmamışdır. Yaşılımtıl və ağımtıl rəngli dərman həblərinin tərkibində narkotik vasitə, psixotrop və güclü təsir edən maddələr aşkar edilməmişdir. 3 ədəd dəmir qab, 18 ədəd içərisi boş üzərində izlər olmayan folqa kağızları, 31 ədəd borucuq formasına salınmış predmetlər, 6 ədəd siqaret formasında düzəldilmiş borucuq, 1 ədəd “OCB” yazısı olan içərisində şəffaf folqalar olan karton qutunun içərisində və üzərində narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Tədqiqata cəmi 0,25 qram sərf olunduqdan sonra heroinin qalıq çəkisi 0,621 qram təşkil etmiş, yaşılımtıl rəngli kapsullardan 1 ədədi sərf edildikdən sonra 8 ədəd, ağımtıl rəngli həbin ½ hissəsi sərf edildikdən sonra isə ½ hissəsi qalıq qalmışdır. Cinayət işinin 44-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların məhkəmə ekspertizasının dəyəri 55 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş işin 153-155-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 20 aprel 2023-cü il tarixli, 171-2023/MTKŞ saylı rəyindən görünür ki, təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan cib bıçaqlarına uyğun gəlməklə, soyuq silah hesab edilmir. Həmçinin, rəydən görünür ki, təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 161-162-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən 14 aprel 2023-cü il tarixdə verilmiş 2176 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 26-29-cu vərəqələrində olan 19 fevral 2023-cü il tarixli şəxsi axtarış, baxış və götürmə haqqında protokoldan eləcə də işin 30-cu vərəqəsindəki məhkəmə iclasında tədqiq edilmiş bir ədəd Kompakt diskin yaddaşına köçürülmüş videogörüntüdən görünür ki, həmin gün, saat 10:30-dan saat 11:30-dək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı Siyəzən şəhərinin Xətai küçəsindəki evə baxış keçirilərkən sonuncunun yataq otağından ittihamın əsasını təşkil edən 5 ədəd göy rəngli kağız bükümlərdə qəhvəyimtil rəngli narkotik vasitə heroinə və 2 ədəd kağız bükümlərdə qurudulmuş marixuanaya bənzər kütlələr, 2 ədəd üzərində izlər olan işlək vəziyyətdə elektron tərəzi, 3 ədəd dəmir qab, 31 ədəd borucuq formasına salınmış predmetlər, 6 ədəd siqaret formasında düzəldilmiş borucuq, 1 ədəd üzərində “OCB” yazılmış içərisində şəffaf folqalar olan karton qutu, bir ədədi açılıb qatlanan olmaqla, cəmi 2 ədəd bıçaq aşkar olunaraq götürülmüşdür. Eyni zamanda, videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir formada fiziki zorakılığın əlamətlərinin olmadığı vizual müşahidə edilmiş, həmçinin sonuncu tərəfindən evinə keçirilmiş baxışa və üzərində aparılan şəxsi axtarışa görə şikayət və tələbi olmamışdır. Baxış zamanı “Samsung” markalı mobil telefon vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 90-91-ci, 165-178-ci vərəqələrində olan müvafiq olaraq, Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin 21 fevral 2023-cü və 28 aprel 2023-cü il tarixli maddi sübut kimi tanıma və saxlanca verilmə barədə, eləcə də cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,267 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 0,621 qram qalıq çəkidə narkotik vasitə heroin, üzərində heroinin və marixuananın izləri olan 2 ədəd elektron tərəzi, 3 ədəd dəmir qab, 31 ədəd borucuq formasına salınmış predmetlər, 6 ədəd siqaret formasında düzəldilmiş borucuq, 1 ədəd üzərində “OCB” yazılmış içərisində şəffaf folqalar olan karton qutu, 1 ədəd cib və 1 ədəd mətbəx bıçağı cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs 19 fevral 2023-cü il tarixdə üzərinə şəxsi axtarış və fərdi yaşayış evinə baxış keçirilməsi prosesinin video görüntüsünün köçürüldüyü 1 ədəd Kompakt disk də iş üzrə maddi sübut kimi tanınmaqla, cinayət işi materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 124-126-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli tələbnamədən, işin 127-135-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 1(059)-45/2020 saylı hökmünün, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 7(003)-13/2022 saylı və 11 fevral 2022-ci il tarixli, 7(003)-561/2022 saylı qərarlarının, eləcə də Siyəzən rayon icra və probasiya şöbəsinin 19 oktyabr 2022-ci il tarixli, 476/2022-64-1 saylı cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxsin qeydiyyatdan çıxarılması barədə məlumatın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Siyəzən Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4cü bəndinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsi 6 (altı) ay azaldılmaqla, sözügedən məhkəmənin 11 fevral 2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 08 ay 08 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmçinin cəzasının müddəti başa çatdığı üçün 19 oktyabr 2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Bununla da, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 78-80-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 4(059)-8/2023 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 19 fevral 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 106-107-ci vərəqələrində olan arayışdan, xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 08 mart 2015-ci il təvəllüdlü Eşqim adında bir yetkinlik yaşına çatmayan uşağı olmaqla, ünvan 3 ünvanında qeydiyyatda olaraq, yaşamış Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarına əlavə edilmiş Siyəzən rayon prokurorunun böyük köməkçisi X1 04 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilərkən özü və onun anası X3 qarşı Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılıq edilməsi və mənzildə axtarış həyata keçirilən zaman Siyəzən RPŞ-nin əməkdaşlarının qanunsuz hərəkətlərə yol verməsi barədə rayon prokurorluğunda toplanmış 14c-23 nömrəli material Siyəzən rayon Polis Şöbəsinin əməkdaşlarının hərəkətlərində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edib, saxlama cinayət əməllərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə yanaşı şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin faktiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,871 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 0,367 qram qurudulmuş marixuananı bükümlər halında yaşadığı ünvanda saxlaması, 19 fevral 2023-cü il tarixdə, saat 10:20 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində yaşadığı Siyəzən şəhərinin Xətai küçəsindəki evin ona aid yataq otağından 5 ədəd göy rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,198 qram, 0,108 qram, 0,173 qram, 0,209 qram, 0,183 qram olmaqla, ümumi təmiz çəkisi 0,871 qram qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin, iki ədəd kağız bükümlərdə ayrı ayrılıqda təmiz çəkiləri 0,207 qram və 0,160 qram olmaqla, ümumi təmiz çəkisi 0,367 qram qurudulmuş marixuananın, 2 ədəd üzərində narkotik vasitə heroin və qurudulmuş marixuananın izləri olan işlək vəziyyətdə elektron tərəzinin aşkar edilərək götürülməsi sonuncunun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlamasını özündə ehtiva etmişdir ki, bu da nəticə etibarilə, onun hərəkətlərinin məqsədinin bir daha satış həyata keçirmək olmasına dəlalət edir. Həmçinin, Təqsirləndirilən şəxs və onun ailə üzvlərinin Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa və digər qanunsuz hərəkətlərə məruz qalması ilə əlaqədar Siyəzən rayon prokurorluğunda müvafiq araşdırma aparılmış və prokurorun böyük köməkçisi X1 04 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə onun və yaxınlarının fiziki təsirə məruz qalması faktı təsdiq olunmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Siyəzən RPŞ-nin əməkdaşları, eləcə də NMQ-nun əməliyyat müvəkkili Şahid1 tərəfindən fiziki zorakılığa və digər qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar toplanmış materiallarla, o cümlədən müvafiq ifadələrlə, izahatlarla öz təsdiqini tapmamışdır. Belə olan, halda Təqsirləndirilən şəxs Siyəzən RPŞ-nin əməkdaşları, eləcə də NMQ-nun əməliyyat müvəkkili Şahid1 tərəfindən fiziki zorakılığa məruz qaldığını bildirməsinə münasibətdə qeyd etdiklərinə məhkəmədə daxil inam yaranmamış, habelə həmin fikirlərin öz mənafeyinə uyğun deyilməklə, məsuliyyətdən yayınmaq niyyəti ilə ifadə olunmuş söz və mülahizələrdən ibarət olduğu aşkarlanmışdır. Bundan başqa, məhkəmə şahidlər Təqsirləndirilən şəxs övladları Şahid3 və Şahid2 ifadələrinə münasibətdə belə hesab edir ki, şahidlər təqsirləndirilən şəxsin yaxın qohumu olmaqla, onun tərəfdən ifadə vermələri baxımından və beləliklə də, şahid dəvət edildikləri tərəf baxımından işin nəticəsi ilə bağlı maraqlı olduqlarından, eyni zamanda verilmiş şahid ifadələri təqsirləndirilən şəxsin əməlinə, o cümlədən ittihamın müqəddaratına aydınlıq gətirmədiyindən, habelə ittihamın əsaslılığına şübhə yaradacaq, cinayət işi üzrə toplanmış sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcək ziddiyyətli məqamlar ortaya çıxarmadığından əsaslı hesab edilməməli və mötəbər sübut kimi qəbul edilməməlidir. Həmçinin, şahidlərin polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı hadisələrin birbaşa iştirakçısı olmamaları da onların ifadələrinin əsaslı və mötəbər olmamasına dəlalət edir. Eyni zamanda, şahidlərin, ifadələrində ataları Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmələri də, onların baş verənlərdən agah olmalarına dəlalət etməklə, yanaşı bu cür ifadə vermələri Təqsirləndirilən şəxs gələcəkdə cinayət məsuliyyətindən yayınmasına şərait yaratmaq məqsədi güdür və obyektiv həqiqəti ifadə etməməklə, inandırıcı deyildir. Hətta, məhkəmə iclasında tədqiq edilmiş müdafiə tərəfinin təqdim etdiyi 1 ədəd video diskin yaddaşına köçürülmüş videogörüntülərdə də çəkiliş zamanı baş verənlərin birbaşa deyil, yalnız kənardan müşahidə edildiyi, həmçinin həmin vaxt polis əməkdaşları tərəfindən vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum edilməsi və ya onların məhdudlaşdırılması, eləcə də bu və ya digər şəxslə üzərində zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi hallarının olmadığı müəyyən edilmişdir. Belə olan təqdirdə isə müdafiə tərəfindən verilən şahid ifadələrinin əsaslı və mötəbər sübut kimi qəbul edilməsi istisna edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Qeyd olunan Məcəllənin 125-ci maddəsinin İ və Vİİİ hissələrinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Bu Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Qeyd olunan Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Bu Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, Təqsirləndirilən şəxs şəxsiyyətini (opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyindən əziyyət çəkməklə, narkotik vasitə aludəçisi olmasını, ictimai faydalı işlə məşğul olmamasını, əvvəllər bu kateqoriyadan törətdiyi cinayət əməlinə görə çəkdiyi cəzadan nəticə çıxarmamasını, habelə barəsində “8 noyabr Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinin tətbiq edilməsi ilə əlaqədar cəzasının müddətinin azaldılmasına, daha sonra cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsinə, nəticədə cəzaçəkmə müəssisəsindən azad olunmasına baxmayaraq, hüquqazidd əməllərini davam etdirməsini, islah olunmamasını, yeni cinayət törətməsini) və onun tərəfindən əvvəldə olduğu kimi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət əməlinin yenidən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını, əldə etməklə, bükümlər şəklində saxladığı narkotik vasitələrin miqdarını, çeşid müxtəlifliyini, bu vasitələrin qanunsuz dövriyyəsində şəxsi marağı naminə iştirakını, cəzasını ağırlaşdıran halın və yuxarıda qeyd olunan yüngülləşdirici halın olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin 15/28 hissəsi həcmində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 19 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,267 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 0,621 qram qalıq çəkidə narkotik vasitə heroin, üzərində heroinin və marixuananın izləri olan 2 ədəd elektron tərəzi, 3 ədəd dəmir qab, 31 ədəd borucuq formasına salınmış predmetlər, 6 ədəd siqaret formasında düzəldilmiş borucuq, 1 ədəd üzərində “OCB” yazılmış içərisində şəffaf folqalar olan karton qutu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut, Təqsirləndirilən şəxs 19 fevral 2023-cü il tarixdə üzərinə şəxsi axtarış və fərdi yaşayış evinə baxış keçirilməsi prosesinin video görüntüsünün yaddaşına köçürüldüyü 1 ədəd Kompakt disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd cib və 1 ədəd mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 143 (bir yüz qırx üç) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 19 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,267 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 0,621 qram qalıq çəkidə narkotik vasitə heroin, üzərində heroinin və marixuananın izləri olan 2 ədəd elektron tərəzi, 3 ədəd dəmir qab, 31 ədəd borucuq formasına salınmış predmetlər, 6 ədəd siqaret formasında düzəldilmiş borucuq, 1 ədəd üzərində “OCB” yazılmış içərisində şəffaf folqalar olan karton qutu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut, Təqsirləndirilən şəxs 19 fevral 2023-cü il tarixdə üzərinə şəxsi axtarış və fərdi yaşayış evinə baxış keçirilməsi prosesinin video görüntüsünün yaddaşına köçürüldüyü 1 ədəd Kompakt disk cinayət işində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd cib və 1 ədəd mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 143 (bir yüz qırx üç) manat məbləğində ekspertiza xərci tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-40/2023
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-40/2023
01.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver