Məhkəmə qərarları › İş №1(059)-40/2025

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-40/2025

10.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-40/2025 10.10.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 10 oktyabr 2025-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında 31 avqust 1988-ci il tarixdə Şabran rayonunun Böyük Həmyə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Siyəzən rayonunun Böyük Həmyə kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2025-ci ilin may ayında Siyəzən rayonunun Böyük Həmyə kəndində yaşadığı evin həyətyanı sahəsində istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etdiyi xeyli miqdarda, yəni, 14 ədəd çətənə (kannabis) toxumlarını qanunsuz olaraq əkmiş, həmin toxumlardan yetişən tərkibində narkotik maddələr olan eyni sayda sözügedən bitkilərin şitillərinə aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmiş, 13 iyun 2025-ci il tarixdə, saat 14:04 radələrində Siyəzən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, yaşadığı evin yaxınlığında saxlanılaraq, sözügedən evin həyətinin giriş qapısının sağ tərəfindəki üstü açıq yardımçı tikilinin içərisinə baxış keçirilmiş və oradan ümumi təmiz çəkisi 340 qram olan yaş vəziyyətdə, xeyli miqdarda, yəni, 14 ədəd əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, Siyəzən rayonunun Böyük Həmyə kəndində anası X3 ilə birlikdə yaşayır. Belə ki, əvvəllər evli olsa da, sonradan nikahı pozulmuş, habelə həmin nikahdan 04 iyul 2011-ci il təvəllüdlü Yusif adında övladı doğulmuşdur. Bundan başqa, mütəmadi olmasa da, ara-sıra əsəbi olduğu üçün narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Belə ki, 2024-cü ilin yay fəslində dəniz kənarında istirahət edərkən, yerdə siqaret qutusunun içərisində tərkibində narkotik maddələr olan 15 ədəd toxum olduğunu görüb həmin toxumları götürmüş, habelə üzərində saxlamışdır. Bundan sonra, 2025-ci ilin may ayında bu toxumların bir ədədi qırılıb məhv olduğundan, qalıq 14 ədədini şəxsi istifadəsi üçün yaşadığı evin həyətyanı sahəsində sanuzelə bitişik olan üstü açıq yardımçı tikilinin içərisində əkmişdir. Beləliklə, sözügedən toxumların yetişməsi üçün 5-6 gündən bir bitkiləri sulayıb, diblərinə mal peyini verərək, onlara mütəmadi qulluq göstərib, yetişdirmişdir. Bundan əlavə, 13 iyun 2025-ci il tarixdə, təxminən saat 14:00 radələrində yaşadığı Siyəzən rayonunun Böyük Həmyə kəndində yerləşən evin yaxınlığında olarkən narkotik tərkibli çətənə bitkilərinin əkilməsində şübhəli olduğu üçün Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan sonra, Müdafiəçi, həmçinin mütəxəssis-aqronomun iştirakları təmin edilmiş, habelə sonuncuların və RPŞ-nin İB-nin sabiq baş müstəntiqi Murad Məmmədlinin iştirakları, eləcə də, video çəkiliş ilə razılıq ərizəsi əsasında yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Bu zaman, baş müstəntiqin təklifi əsasında yaşadığı evin həyətinin giriş qapısının sağ tərəfindəki üstü açıq yardımçı tikilinin içərisində əkdiyi 14 ədəd çətənə bitkisini polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra, təqdim etdiyi həmin bitkilər torpaqdan çıxarılaraq sayılmış, həmçinin bir ədəd ağ rəngli sintetik kisənin içərisinə qoyularaq, qablaşdırılmış və kisənin ağız hissəsi möhürlənərək, üzərinə baş müstəntiq tərəfindən hazırlanmaqla, yapışdırılmış kağız bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və psixi təzyiq və təsirə məruz qalmamışdır. Odur ki, əməlindən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, habelə ona qarşı düşmənçilik və ədavəti olmamışdır. 13 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Siyəzən rayonunun Böyük Həmyə kəndində yerləşən evinin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkib yetişdirməsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Bundan sonra, həmin tarixdə, saat 14:04 radələrində o, RPŞ-nin NMQ-nın sabiq əməliyyat müvəkkili Ənvər Xəlilov və İB-nin sabiq baş müstəntiqi Murad Məmmədli ilə birlikdə Siyəzən rayonunun Böyük Həmyə kəndinə getmiş, habelə orada Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında olduğunu görüb, ona yaxınlaşaraq özlərini təqdim etmiş, habelə yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə kollarının əkilməsində şübhəli olduğunu qeyd edərək, ora baxış keçirməli olduqlarını bildirmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs bu barədə etirazının olmadığını qeyd edərək, razılıq ərizəsi yazmışdır. Daha sonra, sözügedən evin həyətyanı sahəsinə Müdafiəçi və mütəxəssis aqronomun iştirakları, eləcə də video çəkiliş ilə baxış keçirilmişdir. Bu zaman, Təqsirləndirilən şəxs baş müstəntiqin təklifi əsasında yaşadığı evin həyətinin giriş qapısının sağ tərəfindəki üstü açıq yardımçı tikilinin içərisində əkdiyi 14 ədəd çətənə bitkisini polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra, təqdim edilmiş həmin bitkilər torpaqdan çıxarılaraq sayılmış, həmçinin bir ədəd ağ rəngli sintetik kisənin içərisinə qoyularaq, qablaşdırılmış və kisənin ağız hissəsi möhürlənərək, üzərinə baş müstəntiq tərəfindən hazırlanmaqla, yapışdırılmış kağız bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 45-ci vərəqəsində olan 13 iyun 2025-ci il tarixli rəydə göstərilmişdir ki, həmin tarixdə Siyəzən RPŞ-nin əməkdaşlarının iştirakı ilə Siyəzən rayonunun Böyük Həmyə kəndində yerləşən evin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı sözügedən evin həyətyanı sahəsində sanitar qovşağa bitişik şəkildə üstü açıq yarım tikili daxilində ümumilikdə 14 ədəd əkib becərilməsi qanunla qadağan edilmiş narkotik tərkibli çətənə kolları aşkar edilmiş, sözügedən kolların ən böyüyünün hündürlüyü 110 sm, ən balacasının hündürlüyü isə 15 sm olduğu müəyyən olunmuşdur. Belə ki, aşkar edilmiş çətənə kollarına vaxtlı-vaxtında su verilərək diblərinə üzvü gübrə kimi peyin səpilmiş və düzgün aqrotexniki qaydada qulluq edildiyindən müşahidə olunan çətənə kollarında inkişaf normal getmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 50-51-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyun 2025-ci il tarixli, 20/483 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən baxış zamanı aşkar olunan 14 ədəd çətənə bitkisinə bənzər kollar...” yazılar və imzalar olan sintetik kisədəki 14 ədəd ümumi təmiz çəkisi 340 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Aqronom (mütəxəssis) Seymur Müxtəsənovun rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata 0,14 qram sərf edildikdən sonra narkotik tərkibli çətənə bitkisinin qalıq çəkisi 339,86 qram təşkil etmişdir. Cinayət işinin 49-cu vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-bioloji ekspertizasının dəyəri 63 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 107-108-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 01 iyul 2025-ci il tarixdə verilmiş 3892 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 37-38-ci vərəqələrində olan 13 iyun 2025-ci il tarixli baxış və götürmə haqqında protokoldan, eləcə də işin 36-cı səhifəsindəki Təqsirləndirilən şəxs tərtib etdiyi eyni tarixli yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə dair razılıq ərizəsindən görünür ki, 13 iyun 2025-ci il tarixdə, saat 14:04-dən saat 14:20-dək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı Siyəzən rayonunun Böyük Həmyə kəndindəki evin həyətyanı sahəsinə sonuncunun razılıq ərizəsi əsasında keçirilmiş baxış zamanı oradan ittihamın əsasını təşkil edən cəmi 14 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkilərinə bənzər bitkilər torpağa əkilmiş halda aşkar edilərək, götürülmüşdür. Baxış zamanı “Poco” markalı mobil telefon vasitəsilə video çəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 77-78-ci vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin 16 iyun 2025-ci il tarixli maddi sübut kimi tanımaq haqqında, eləcə də, işin 111-116-cı vərəqələrindəki RPŞ-nin İB-nin müstəntiqinin 27 avqust 2025-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, habelə, onun barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş, 14 ədəd, qalıq çəkisi 339,86 qram təşkil edən narkotik tərkibli çətənə bitkiləri maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Siyəzən RPŞ-nin saxlanc anbarına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs yaşadığı evə 13 iyun 2025-ci il tarixdə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 (bir) ədəd DVD disk də maddi sübut kimi tanınaraq, cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 88-ci səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 25 iyun 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 20-ci vərəqəsində olan 13 iyun 2025-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 75-ci vərəqəsində olan 15 iyun 2025-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 90-91-ci vərəqələrində olan xasiyyətnamədən və arayışdan görünür ki, Siyəzən rayonunun Böyük Həmyə kəndində qeydiyyatda olmaqla, yaşayan, Təqsirləndirilən şəxs barəsində Siyəzən RİHB-nın Həmyə kənd İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Ağdaş Rayon Məhkəməsinin 03 noyabr 2015ci il tarixli, 2(014)-1767/2015 saylı qətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X2 arasında bağlanmış nikah pozulmuş, 04 iyul 2011-ci il təvəllüdlü X4 anası X2 yanında saxlanmışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddə olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini xeyli miqdarda (14 ədəd, 340 qram) əkib onlara aqrotexniki qulluq göstərib yetişdirərək kultivasiya etməklə, cinayət törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyi, təqsirləndirilən şəxsin özünün, şahidin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq sübutların qiymətləndirilməsi barədə 27 avqust 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə elan olunmuş ittihamın qüvvəsində saxlanılmasına, habelə sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Beləliklə, Təqsirləndirilən şəxs xeyli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkməsində satış məqsədinin olub-olmaması ibtidai istintaq orqanı tərəfindən natamam araşdırılmış, bu barədə kifayət qədər istintaq hərəkətləri aparılmamış, o cümlədən istifadə etdiyi mobil telefon nömrəsinə giriş və çıxış zəngləri, həmçinin SMS-lərin mətnlərinə dair məlumatlar yoxlanılmamış, eləcə də əsaslı əməliyyat tapşırıqları verilməmişdir. Bu da, narkomaniya xəstəliyindən əzab çəkməyən Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddə olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini xeyli miqdarda, yəni 14 ədəd, 340 qram çəkidə əkib onlara aqrotexniki qulluq göstərib kultivasiya etməsində satış məqsədinin olub-olmamasında şübhələr yaratmışdır. Lakin, şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edildiyinə görə məhkəmə, iclasda tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq, təqsirləndirilən şəxsin əməlinin CM-nin 237.1-ci maddəsi ilə tövsif edilməsinə razılaşır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-in 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Sözügedən Qərarın İİ maddəsinin İV abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və sair) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın İ bəndində qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına(məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s) əsasən müəyyən edilir. Göstərilən Plenum qərarının izahına görə məhkəmələr cəza təyin edərkən təkcə cəzanı yüngülləşdirən halları nəzərə almaqla kifayətlənməməli, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini səciyyələndirən halları, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirinə də nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edilməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda, yəni, 14 ədəd, 340 qram çəkidə, 110 santimetr hündürlükdə kultivasiya etməsini (əkməsini və ya yetişdirməsini), həmin bitkilərin miqdarının yuxarı həddə olmasını, çəkisini, hündürlüklərini, Təqsirləndirilən şəxs şəxsiyyətini, onun cəmiyyətin əsas özəyi olan ailə dəyərlərinə hörmət göstərməyərək öz təşəbbüsü ilə boşanmaqla, valideynlik borcunu yerinə yetirməkdən yayınmasını, ictimai faydalı əməklə məşğul olmamasını, narkotik vasitələrə maraq göstərməklə, onun toxumlarını əldə edərək, qanunsuz olaraq üzərində saxlayıb, özü ilə uzun müddət daşıyaraq gəzdirib, əkib yetişdirməsini, bu əməli ilə özünü cəmiyyətin və ictimaiyyətin fövqündə qoymasını, sözügedən toxumları əldə etdiyi mənbə ilə bağlı qeyrisəmimilik nümayiş etdirməsini, hüquq pozuntusuna və yeni cinayət törətməyə meylli olmasını, qeyd edilənlərin isə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırmasını, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yuxarıda sadalanan yüngülləşdirici halın mövcudluğunu, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın 1/2 hissəsi həcmində cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 13 iyun 2025-ci il tarixdən 15 iyun 2025-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 10 oktyabr 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş, 14 ədəd, qalıq çəkisi 339,86 qram təşkil edən narkotik tərkibli çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs yaşadığı evə 13 iyun 2025-ci il tarixdə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 63 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş, 14 ədəd, qalıq çəkisi 339,86 qram təşkil edən narkotik tərkibli çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs yaşadığı evə 13 iyun 2025-ci il tarixdə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 63 (altmış üç) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar