Məhkəmə qərarları › İş №1(059)-41/2020

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-41/2020

25.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-41/2020 25.08.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi X5, Müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil X7, Təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 2020-ci il tarixdə, Siyəzən Rayon Məhkəməsinin binasında xx xxxxxx 1982-ci il tarixdə keçmiş Dəvəçi rayonunun Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla, yaşayan barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2016-cı il tarixdən başlayaraq, xx xxx 2013-cü il təvəllüdlü X4 və xx xxxxxxxx 2015-ci il təvəllüdlü X2 18 yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində alimentin alınaraq, Yusifova (Abdullayevə) Günay Məhəmməd qızının xeyrinə ödənilməsinə dair Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(103)- 4970/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin və qətnamə qanuni qüvvəyə mindiyi gündən, xx xxx 2013-cü il təvəllüdlü X4 və xx xxxxxxxx 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin alınaraq, Yusifova (Abdullayevə) Günay Məhəmməd qızının xeyrinə ödənilməsinə dair Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(011)-6637/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə olunmasına, cərimə edildikdən sonra yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməyinə baxmayaraq, təqdimat verilənədək, yəni xx xxxxxx 2020-ci il tarixədək, şəxsi maraq niyyətilə tələbkar Yusifova (Abdullayevə) Günay Məhəmməd qızının xeyrinə 8096 manat məbləğində aliment borcunu ödəməmiş, ona maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx xxxxxx 2016-cı il tarixdən başlayaraq, xx xxx 2013-cü il təvəllüdlü Selcanın və xx xxxxxxxx 2015-ci il təvəllüdlü İbrahimin 18 yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində alimentin alınaraq, Yusifova (Abdullayevə) Günay Məhəmməd qızının xeyrinə ödənilməsinə dair Bakı Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2016-cı il tarixli qətnaməsinin və qətnamə qanuni qüvvəyə mindiyi gündən, xx xxx 2013-cü il təvəllüdlü Selcanın və xx xxxxxxxx 2015-ci il təvəllüdlü İbrahimin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin alınaraq, Yusifova (Abdullayevə) Günay Məhəmməd qızının xeyrinə ödənilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə olunmasına, cərimə edildikdən sonra yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx xxxxxx 2020-ci il tarixədək tələbkar Yusifova (Abdullayevə) Günay Məhəmməd qızının xeyrinə 8096 manat məbləğində ödənilməmiş aliment borcu qalmışdır. Bundan əlavə, o, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmaqla, gündəlik 10-15 manat qazanc əldə edir. Bu səbəbdən də, maddi vəziyyəti ilə əlaqədar yaranmış aliment borcunu ödəyə bilməmişdir. Bununla belə, o, hazırkı vaxta kimi aliment borcundan ümumilikdə 500 manat pul ödəmişdir. Həmçinin, o, İİ qrup gözdən əlildir. Gələcəkdə maddi imkanı düzələcəyi təqdirdə borcundan hissə-hissə ödəməyə vəd verir. Törətdiyi əməli məqsədyönlü şəkildə etməməklə, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, gələcəkdə aliment borcunu ödəyəcəyini, eləcə də ümumi aliment borcundan cüzi olsa da, ödəniş etməsinin nəzərə alınmasını və ona daha yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi X8 izahatında göstərdi ki, qızı Günay Təqsirləndirilən şəxslə nikaha daxil olmuş və bu nikahdan sonuncuların xx xxx 2013-cü il tarixdə Selcan və xx xxxxxxxx 2015-ci il tarixdə isə İbrahim adlı övladları doğulmuşdur. X14 xasiyyətləri uyğun gəlməmiş, aralarında mübahisələr yarandığından nikah qeydinin ləğvi və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Təqsirləndirilən şəxs xx xxxxxx 2016-cı il tarixdən başlayaraq, xx xxx 2013-cü il təvəllüdlü Selcanın və xx xxxxxxxx 2015-ci il təvəllüdlü İbrahimin 18 yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində alimentin alınaraq, qızı Günayın xeyrinə ödənilməsinə dair Bakı Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2016-cı il tarixli qətnaməsinin və qətnamə qanuni qüvvəyə mindiyi gündən, xx xxx 2013-cü il təvəllüdlü Selcanın və xx xxxxxxxx 2015-ci il təvəllüdlü İbrahimin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin alınaraq, qızı Günayın xeyrinə ödənilməsinə dair Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə olunmasına, cərimə edildikdən sonra yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx xxxxxx 2020-ci il tarixədək qızı Günayın xeyrinə 8096 manat məbləğində aliment borcu Təqsirləndirilən şəxs tərəfindən qəsdən ödənilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs fərdi əməklə məşğul olmaqla kifayət qədər qazanc əldə etməsinə baxmayaraq, aliment borcundan yalnız 300 manat ödəmiş, o cümlədən 500 manat ödəniş etməsi ilə bağlı bildirdikləri yalandır. Hazırda, əlavə olaraq 100 manat ödənişin icra edilməsi barədə məlumatı yoxdur və onlar aliment borcunun tam şəkildə ödənilməsini tələb edir. Bu səbəbdən də, Təqsirləndirilən şəxs şikayətçidir və sonuncunun barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şahid Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(103)-4970/2016 saylı və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(011)-6637/2018 saylı icra sənədləri rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra müvafiq qərarlarla icraata başlanılmış, borcluya icra sənədləri üzrə tələbi könüllü icra etməsi üçün dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, yuxarıda qeyd olunan icra sənədləri üzrsüz səbəbdən tam olaraq icra edilməmiş, habelə borclu aliment borclarını tam ödəməkdən yayınmışdır. Təqdimat verilən vaxta sözügedən icra sənədləri üzrə Təqsirləndirilən şəxscəmi 8096 manat məbləğində aliment borcu olmuş və sonuncu həmin borcu tam ödəməkdən yayınmışdır. Bundan başqa, qeyd edilən icra sənədləri xx xxxxxx 2019-cu il tarixli qərarla bir icraatda birləşdirilmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Təqsirləndirilən şəxsbarəsində inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin xx xxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən sonuncu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Borcluya icra sənədi üzrə tələbin könüllü icrası haqqında rəsmi bildiriş təqdim olunaraq tələbin könüllü icrası üçün əlavə müddət verilmiş, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasından boyun qaçıracağı halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdar olunmuşdur. Buna baxmayaraq, borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə təqdimat verilənədək yaranmış 8096 manat məbləğində aliment borcunu tələbkara tam şəkildə ödəməməklə məhkəmənin məlum qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs ümumi borcundan cəmi 500 manat aliment ödənişi etmiş, 7596 manat borc isə qalıq qalmışdır. Məhkəmə istintaqında digər şahid Siyəzən icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Şahid2 şahid şöbənin böyük icra məmuru Şahid1ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 7-9-cu vərəqələrində olan qanuni qüvvəsini almış Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(103)-4970/2016 saylı qətnaməsinin, eləcə də işin 14-15-ci vərəqələrində olan eyni tarixli, eyni nömrəli icra vərəqəsinin surətlərindən görünür ki, xx xxxxxx 2016-cı il tarixdən başlayaraq, xx xxx 2013-cü il təvəllüdlü Selcanın və xx xxxxxxxx 2015-ci il təvəllüdlü İbrahimin 18 yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində alimentin Təqsirləndirilən şəxs alınaraq X3 ödənilməsi qət edilmişdir. Cinayət işinin 10-13-cü vərəqələrində olan qanuni qüvvəsini almış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(011)-6637/2018 saylı qətnaməsinin, eləcə də işin 16-cı vərəqəsində olan eyni tarixli, eyni nömrəli icra vərəqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs qətnamə qanuni qüvvəyə mindiyi gündən xx xxx 2013-cü il təvəllüdlü Selcanın və xx xxxxxxxx 2015-ci il təvəllüdlü İbrahimin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa 154 manat, cəmi 308 manat sabit pul məbləğində alimentin X3 ödənilməsi qət edilmişdir. Cinayət işinin 17-20-ci vərəqələrində olan Siyəzən rayon icra və probasiya şöbəsinin xx xxxxxx 2016-cı il tarixli, xx xxxxxx 2018-ci il tarixli icraata başlamaq haqqında qərarlarının və eyni tarixli bildirişlərin, eləcə də işin 34-cü vərəqəsində olan Siyəzən rayon icra və probasiya şöbəsinin xx xxxxxx 2019-cu il tarixli icra sənədlərinin bir icraatda birləşdirilməsi haqqında qərarın surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(103)-4970/2016 saylı və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(011)-6637/2018 saylı icra sənədləri icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və bu barədə borclu Təqsirləndirilən şəxs tələblərin könüllü icrası haqqında bildirişlər ünvanlanmışdır. Qeyd edilən icra sənədləri xx xxxxxx 2019-cu il tarixli qərarla bir icraatda birləşdirilmişdir. Cinayət işinin 38-40-cı vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 3(059)-26/2019 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə ona 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilmişdir. Cinayət işinin 122-ci vərəqəsində Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X6 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 164-165-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 111-ci vərəqəsində olan 15 aprel və xx xxxx 2020-ci il tarixli qəbzlərin, eləcə də işə əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli qəbzin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs X1 xeyrinə ümumilikdə 500 manat aliment ödənişi icra etmişdir. Cinayət işinin 105-107-ci vərəqələrində olan şəxsiyyət barədə məlumatdan görünür ki, Təqsirləndirilən şəxs İİ qrup gözdən əlil kimi 130 manat sosial müavinət alır. Cinayət işinin 100-101-ci vərəqələrində olan Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamənin, eləcə də arayışın surətlərindən görünür ki, Siyəzən rayonu, Yenikənd kəndində yaşayan Təqsirləndirilən şəxs barəsində İƏD üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi ərizəşikayət daxil olmamışdır. Cinayət işinə əlavə olunmuş zərərçəkmiş şəxsin nümayəndəsi X8 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş ərizədən görünür ki, o, aliment borcunun tam şəkildə ödənilməsini tələb edir və NamiqAbdullayevdən şikayətçidir, habelə onun barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin nümayəndəsinin izahatı, şahidlərin ifadəsi və digər iş materialları ilə NamiqAbdullayevin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini və qərarını qərəzli olaraq tam icra etməməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi olaraq etiraf etməsini, əməlindən peşmançılıq hissi keçirməsini, İİ qrup əlil olmasını, aliment borcundan cüzi ödəniş etməsini, habelə yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamaqla müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun ədalət mühakiməsi əleyhinə cinayət törətməsini, o cümlədən Azərbaycan Respublikası adından çıxarılmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq tam icra etməməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın 1/3 hissəsi həddindən aşağı cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar