Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-41/2022 10.05.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 10 may 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1965-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, keçmiş Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 17 sentyabr 2009-cu il tarixli, 1(101)-1049/2009 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2ci maddəsi ilə təqsirli bilinib, əmlakı müsadirə olunmamaqla, 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən ona Siyəzən Rayon Məhkəməsinin 18 may 2006cı il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 09 ay 21 günü yeni təyin edilmiş cəza ilə qismən birləşdirilməklə, qəti olaraq 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, 10 oktyabr 2016-cı il tarixdə azad edilmiş, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 0,375 qram narkotik vasitə heroini üzərində və yaşadığı ünvanda, 0,35 qram çəkidə 7 ədəd dərman konvalyutunda güclü təsir edən maddə olan “Tramadol 50” həblərini yaşadığı ünvanda saxlamış, 29 yanvar 2022-ci il tarixdə, saat 20:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Siyəzən şəhərinin H.Aslanov küçəsi ərazisində saxlanılaraq gətirildiyi RPŞ-nin növbətçi hissəsində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin sağ iç cibindən 1 ədəd sellofan bükülüyə bükülmüş vəziyyətdə ayrı-ayrılıqda çəkiləri 0,06 qram və 0,044 qram olmaqla, 0,104 qram ümumi təmiz çəkidə narkotik vasitə heroin 2 ədəd gümüşü rəngli siqaret kağızı bükülülərində, tədbirlərin davamı olaraq yaşadığı ünvana baxış zamanı ona məxsus otaqdakı peyk qurğusunun altından 0,271 qram ümumi təmiz çəkidə narkotik vasitə heroin 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsündə, həmin otaqda girişdən sağ tərəfdə yerləşən televizorun arxasından 1 ədəd qara rəngli dəri kisənin içərisində 1 ədəd üzərində narkotik vasitə heroin izləri olan 10x6 sm ölçüdə, qara rəngli, üzərində “Aosai” yazılan elektron tərəzi və həmin otaqda olan peyk qurğusunun altında ümumi təmiz çəkisi 0,35 qram olan 7 ədəd dərman konvalyutunda “Tramadol-50” həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ona elan olunmuş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etsə də, məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 327-ci maddəsinə əsasən elan edilmiş məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilərək, göstərmişdir ki, həbs olunanadək Siyəzən şəhərinin H.Aslanov küçəsindəki 22 saylı evdə ailə üzvləri ilə birlikdə yaşamış, ***-***-**-** saylı mobil nömrədən istifadə etmiş, həmçinin əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşamışdır. Təxminən 20 il olar, narkotik vasitə heroindən istifadə etmişdir. Bir neçə il bundan əvvəl narkotik vasitənin istifadəsini dayandırsa da, sonradan yenidən istifadə etməyə başlamışdır. Təxminən 1(bir) ay bundan qabaq Bakı şəhərində Qara Qarayev metrosunun yaxınlığında olarkən yerdə olan şəffaf rəngli sellofan və yanında olan üzərində “Tramadol 50” sözləri yazılmış dərman həbləri diqqətini çəkmiş, habelə əvvəlcə sellofanı açıb, orada narkotik vasitə olan heroin olduğunu görmüş, narkotik vasitə istifadəçisi olduğu üçün sellofan bükülünü və tramadol həblərini özü ilə götürməklə, Siyəzən rayonuna gətirmişdir. O, sellofandakı narkotik vasitə heroini 4 yerə ayıraraq, gümüşü rəngli siqaret kağızına yerləşdirmiş, bükülülərdən bir ədədini istifadə etdikdən sonra qalan iki ədəd bükülünü bir ədəd şəffaf sellofan bükülüsünə bükərək əynində olan qara rəngli qış gödəkcəsinin sağ iç cibinə, digər bir ədəd gümüşü rəngli siqaret kağızı bükülüsünü isə yaşadığı evdə peyk aparatının altına qoymuşdur. Daha sonra, tramadol həblərindən də 3 ədədini istifadə etmiş və qalan 7 ədədini isə bir ədəd gümüşü rəngli siqaret kağızı bükülüsünün yanına, yəni peyk aparatının altına qoymuşdur. 29 yanvar 2022-ci il tarixdə, saat 20:00 radələrində yaşadığı ünvanın qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşaraq, narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli olduğunu bildirib, onu üzərində şəxsi axtarış keçirilməsi üçün Siyəzən RPŞ-yə dəvət etdikdə, o, razılaşmış, həmin vaxt üzərində gödəkcənin cibinə qoyduğu narkotik vasitələr olmuşdur. Siyəzən RPŞ-nin növbətçi hissəsində üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmış, bundan əvvəl ona hüquq və vəzifələri izah olunmaqla, müdafiəçinin iştirakı təklif olunmuş, o, Müdafiəçi şəxsi axtarış zamanı iştirak etməsini istədiyini bildirmişdir. Bundan sonra, onun üzərində şəxsi axtarış keçirilməsinə başlanılmış, bu zaman ona üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa onları təqdim etməsi təklif olunduqda, o, üzərində qanunla qadağan olunmuş predmet olduğunu bildirərək əvvəlcə əynində olan qara rəngli qış gödəkcəsinin sağ iç cibindən 1 ədəd sellofan bükülünü çıxarmaqla, masanın üzərinə qoymuş, həmçinin şifahi sorğu zamanı bükülünün içərisində narkotik vasitə “kokos” olduğunu bildirmişdir. Daha sonra, polis əməkdaşı tərəfindən həmin bükülü baxış keçirilməsi üçün açıldığında içərisində 2 ədəd ayrı-ayrılıqda gümüşü rəngli siqaret kağızı bükülüsü müəyyən olunmuş, habelə bükülülərin içərisindən qəhvəyi rəngli narkotik vasitə heroin aşkar olunmuşdur. Daha sonra, həmin bükülülərin əvvəlki qaydada ağzıları bağlanaraq, aşkar olunmuş formada şəxsi axtarışın davam etdirilməsi üçün masanın üzərinə qoyulmuş, habelə üzərində şəxsi axtarış davam etdirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən bir ədəd sarı rəngli alışqan, sol iç cibindən 11 ədədi 5 manatlıq, 27 ədədi 1 manatlıq olmaqla, ümumilikdə 82 manat pul, daha sonra həmin gödəkcənin sağ iç cibindən bir ədəd qara rəngli mobil telefon aşkar olunmuşdur. Bundan sonra, üzərindən aşkar olunmuş 1 ədəd şəffaf rəngli bükülü, ümumilikdə 82 manat pul,1 ədəd mobil telefon zərflərin içərisinə qoyularaq qablaşdırılmış, hər üç zərfin üzəri möhürlə möhürlənmişdir. O və bütün digər iştirakçılar zərfin üzərinə imza etmişlər. Üzərində keçirilən şəxsi axtarış yekunlaşdıqdan sonra polis əməkdaşları ilə birlikdə yaşadığı ünvana baxış keçirilməsi üçün gedilmiş, ondan yaşadığı ünvana baxış keçirilməsi ilə bağlı hər hansı etirazının olubolmaması soruşulmaqla, bu barədə tərtib olunmuş ərizəni müstəntiqə təqdim etmiş, yaşadığı ünvana Müdafiəçi iştirakı ilə baxış keçirilməsinə başlanılmışdır. Daha sonra, ona yaşadığı ünvanda qanunla qadağan olunmuş əşya və predmetlər varsa, onları təqdim etməsi təklif olunmuş, o, otaqda qapıdan içəri girdikdə sağ tərəfdə olan televizorun arxasından 1 ədəd qara rəngli dəri kisənin içərisində bir ədəd qara rəngli tərəzini təqdim etmişdir. Polis əməkdaşı tərəfindən həmin tərəzi yerləşdiyi qara rəngli kisədən çıxarılaraq baxış keçirilməsinə başlanılmış, sorğu zamanı həmin dəri kisədə olan əşyanın 1 bir ədəd elektron tərəzi olduğunu və tərəzinin özünə məxsus olduğunu, onu evdə istifadə üçün saxladığını bildirmişdir. Bundan sonra, televizorun arxasından bir ədəd narkotik vasitənin qəbulunda istifadə olunan şpris də aşkar olunmuş, şprisdən narkotik qəbul edərkən istifadə etmişdir. Daha sonra, yaşadığı otaqdakı digər televizorun yanındakı peyk aparatının altından 7 ədəd dərman konvalyutunda “Tramadol-50” həblərini və 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsünü təqdim etmiş, sorğu zamanı həblərdən ağrı kəsici kimi istifadə etdiyini bildirmişdir. Təqdim etdiyi həmin bir ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü açılmış və baxış zamanı içərisində qəhvəyi rəngli narkotik vasitə heroin aşkar olunmuşdur. Bundan sonra, 7 ədəd “Tramadol” həbləri və bir ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü qablaşdırılması üçün müstəntiq tərəfindən otaqda olan masanın üzərinə qoyulmuşdur. Otağa baxış davam etdirilmiş və bu zaman otaqda masanın üzərində olan bir ədəd narıncı rəngli dərman konvalyutunda 8 ədəd dərman həbləri aşkar edilmiş, sorğu zamanı həmin həblərin tərkibində narkotik maddə olmadığını və adi dərman olduğunu bildirmişdir. Bundan sonra, müstəntiq tərəfindən aşkar olunmuş predmetlərinqablaşdırılmasına başlanılmışdır. Əvvəlcə bir ədəd qara rəngli kisədə olan bir ədəd qara rəngli elektron tərəzi və bir ədəd 2,5 qramlıq şpris müstəntiq tərəfindən bir ədəd boş ağ rəngli zərfə qablaşdırılmış, daha sonra 7 ədəd dərman konvalyutunda “Tramadol” həbləri, 8 ədəd dərman konvalyutunda həblər və bir ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü digər bir ədəd ağ rəngli boş zərfə qablaşdırılmış, hər iki zərfin üzəri möhürlənmiş, həmçinin o və digər iştirakçılar zərflərin üzərinə imza etmişlər. Polis əməkdaşları tərəfindən ona hər hansı fiziki və psixi təzyiq olunmamış, o, ifadəsini özü sərbəst formada vermiş, narkotik vasitələri üzərində və yaşadığı ünvanda gizlətməsindən ailə üzvlərinin məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxsi əvvəldən Siyəzən rayon sakini kimi tanımışdır. Belə ki, 29 yanvar 2022-ci il tarixdə, günün ikinci yarısında Təqsirləndirilən şəxs üzərində və yaşadığı Siyəzən şəhəri H.Aslanov küçəsində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Hətta, Təqsirləndirilən şəxs əvvəllər də bir neçə dəfə narkotik maddələrin satışı və öz istifadəsi ilə əlaqədar məhkumluğu olmuşdur. Həmin gün Siyəzən RPŞ-nin PPXT-nin polis nəfəri X5 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvanına qarşısına gedib, sonuncunu orada görərək, ona yaxınlaşmış, habelə dəvət əsasında heç bir təzyiqlə qarşılaşmadan Təqsirləndirilən şəxs avtomaşınla Siyəzən RPŞ-yə aparmışlar. RPŞ-nin növbətçi hissəsində müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilərkən qara rəngli qış gödəkcəsinin sağ iç cibindən içərisində daha 2 ədəd bükülü olan 1 ədəd sellofan bükülü aşkarlanmış, bu bükülülərdə narkotik vasitə heroinə bənzər kütlələr müəyyən olmuşdur. Daha sonra, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs razılığı əsasında sonuncudan bu barədə ərizə alınmaqla, yaşadığı ünvana baxış keçirilmişdir. Təqsirləndirilən şəxs sörsöküntü vəziyyətdə olan ünvanda tək yaşamaqla, yaşlı anası ilə qapıbir qonşudur. Həmin baxışda onun anası da olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı ünvanda televizorun arxasından aşkar olunmuş kisədə tərəzi, peyk aparatının altında isə həblər olmuşdur. Bundan əlavə aşkar edilmiş 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsünün də içərisində narkotik vasitə heroinə bənzər kütlələr təsbit edilmişdir. Ola bilər aşkar edilmiş predmetlərin yerlərini səhv salsın, amma, orada tramadol və qeyri-psixotrop maddələrdən olan başqa dərmanlar da olmuşdur. Aşkar edilmiş bütün predmetlər qablaşdırılmaqla, sənədləşdirmə aparıldıqdan sonra ekspertizaya göndərilmişdir. Hər iki baxışda iştirak etmiş, tədbir onun olmuşdur. Eyni zamanda, harada nə olduğunu Təqsirləndirilən şəxs özü göstərmişdir. Satdığı şəxslər Siyəzən rayon sakinləri olmaqla, hamısı onu tanıyır. Bundan əlavə, onların özlərinin də məxfi əməkdaşları var ki, onlar vasitəsilə də bu məlumatları dəqiqləşdirmişlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 43-47-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 yanvar 2022-ci il tarixli, 6/602 saylı ekspert rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 96” dairəvi möhür əksi “Vət Təqsirləndirilən şəxs üzərindən...” yazı və imzalar olan zərfdə 2 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,06 qr və 0,044 qram olmaqla, ümumi çəkisi 0,104 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Həmçinin, rəydən görünür ki, üzərində “Vət Təqsirləndirilən şəxs yaşadığı....dərman konvalyutunda həblər...” yazı və imzalar olan zərfdə 1 ədəd gümüşü-ağ kağız kəsiyi bükümündə təmiz çəkisi 0,271 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 1 ədəd üzərində “Tpaмадол 50 mг” yazılan konvalyutda 7 ədəd ağ-göy rəngli kapsulalar güclü təsir edən maddə olub, 7 ədəd kapsulun tərkibində tramadolun təsir maddəsinin ümumi çəkisi 0,35 qramdır. 1 ədəd üzərində “Kapбамазепин” yazılan konvalyutda 8 ədəd ağ rəngli, dairəvi formalı həblər narkotik vasitə, psixotrop maddə zəhərli və güclü təsir edən maddələrə aid deyildir. Eyni zamanda, rəydən görünür ki, üzərində “Vət Təqsirləndirilən şəxs yaşadığı.... elektron tərəzi.... 01 ədəd ağ rəngli şpris ....” yazı və imzalar olan zərfdə 1 ədəd 10*6 sm ölçüdə, qara rəngli üzərində “Aosai” yazılan elektron tərəzinin və 1 ədəd 2,5 mi həcmli şprisin içərisində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün olmamışdır. Təqdim edilmiş 3 ədəd bükümdə heroinlər xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ), tramadol 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Tədqiqata 0,01 qram istifadə olunduqdan sonra heroinin qalıq çəkisi 0,345 qram, 2 ədəd tramadol kapsulalarından istifadə olunduqdan sonra tramadolun qalıq sayı 5 ədəd, 2 ədəd Kapбамазепин həblərindən istifadə olunduqdan sonra Kapбамаэепин sayı 6 ədəd təşkil etmişdir. Cinayət işinin 42-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış materialların məhkəmə ekspertizası tədqiqatının dəyəri 88,70 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 135-136-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 03 mart 2022-ci il tarixdə verilmiş 1059 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 24-25-ci vərəqələrində olan 29 yanvar 2022-ci il tarixli şəxsi axtarış və götürmə, eləcə də 29-31-ci vərəqələrində olan eyni tarixli baxış və götürmə haqqında protokollardan, habelə 89-cu vərəqəsində olan 01 fevral 2022ci il tarixli qəbzdən görünür ki, 29 yanvar 2022-ci il tarixdə saat 21:01-dən saat 21:14-dək, həmçinin saat 21:38-dan saat 21:50-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində Siyəzən RPŞ-nin növbətçi hissəsində keçirilən şəxsi axtarış zamanı ittihamın əsasını təşkil edən narkotik vasitə heroinə bənzər kütlə 2 ədəd gümüşü rəngli siqaret kağızı bükülülərində əynində olan qara rəngli qış gödəkcəsinin sağ iç cibindən 1 ədəd sellofan bükülüyə bükülmüş vəziyyətdə, həmin gödəkcəsinin sol iç cibindən 11 ədədi 5 manatlıq, 27 ədədi 1 manatlıq olmaqla, ümumilikdə 82 manat pul, əməliyyat-axtarış təbdirlərinin davamı olaraq yaşadığı Siyəzən şəhərinin H.Aslanov küçəsindəki 22 saylı evə baxış zamanı Təqsirləndirilən şəxs məxsus otaqdakı peyk qurğusunun altından narkotik vasitə heroinə bənzər kütlə 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsündə, həmin otaqda girişdən sağ tərəfdə yerləşən televizorun arxasından 1 ədəd qara rəngli dəri kisənin içərisində 1 ədəd qara rəngli elektron tərəzi və həmin otaqda olan peyk qurğusunun altında ümumi təmiz çəkisi 7 ədəd dərman konvalyutunda “Tramadol-50” həbləri, 8 ədəd dərman konvalyutunda həblər və 1 ədəd 2,5 qramlıq şpris aşkar edilərək götürülmüş, həmçinin 82 manat məbləğində pul 01 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qaytarılmışdır. Şəxsi axtarış və baxış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 82-83-cü və 140-155-ci vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin baş müstəntiqinin müvafiq olaraq 31 yanvar 2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında, 06 aprel 2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan götürülmüş qalıq çəkisi 0,345 qram narkotik vasitə heroin, 5 ədəd tramadol və 6 ədəd Kapбамазепин həbləri, üzərində heroinin izləri olan “Aosai” yazılan elektron tərəzi və içərisində heroin izləri olan 1 ədəd 2,5 ml həcmli şpris, həmçinin 1 ədəd “Kgtel N150” markalı mobil telefon maddi sübut kimi tanınaraq, Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə 29 yanvar 2022-ci il tarixdə videoçəkiliş ilə keçirilmiş şəxsi axtarışın, eləcə də həmin tarixdə onun yaşadığı Siyəzən şəhərinin H.Aslanov küçəsindəki 22 saylı evə videoçəkiliş ilə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü cəmi 2 ədəd, istifadəsində olmuş mobil nömrəyə dair məlumatların yaddaşına köçürüldüyü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd, ümumilikdə 3 ədəd Kompakt Disk də maddi sübut kimi tanınmaqla, cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 110-111-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 03 mart 2022-ci il tarixli tələbnaməsindən, işin 112-121-ci vərəqələrində olan keçmiş Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 17 sentyabr 2009-cu il tarixli, 1(101)-1049/2009 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirli bilinib, əmlakı müsadirə olunmamaqla, 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən ona Siyəzən Rayon Məhkəməsinin 18 may 2006-cı il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 09 ay 21 günü yeni təyin edilmiş cəza ilə qismən birləşdirilməklə, qəti olaraq 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, 10 oktyabr 2016-cı il tarixdə isə o, cəzadan azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 77-78-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 4(059)-4/2022 saylı məhkəmənin həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 29 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 122-123-cü vərəqələrində olan arayış və xasiyyətnamədən görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama, daşıma, satma, eləcə də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satma cinayət əməllərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı şahid ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin faktiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 0,375 qram narkotik vasitə heroini üzərində və yaşadığı ünvanda, 0,35 qram çəkidə 7 ədəd dərman konvalyutunda güclü təsir edən maddə olan “Tramadol 50” həblərini yaşadığı ünvanda saxlaması, etimad doğuran və qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatı əsasında 29 yanvar 2022ci il tarixdə, saat 20:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Siyəzən şəhərinin H.Aslanov küçəsi ərazisində saxlanılaraq, gətirildiyi RPŞ-nin növbətçi hissəsində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin sağ iç cibindən 1 ədəd sellofan bükülüyə bükülmüş vəziyyətdə ayrı-ayrılıqda çəkiləri 0,06 qram və 0,044 qram olmaqla, 0,104 qram ümumi təmiz çəkidə narkotik vasitə heroinin 2 ədəd gümüşü rəngli siqaret kağızı bükülülərində, tədbirlərin davamı olaraq yaşadığı ünvana baxış zamanı ona məxsus otaqdakı peyk qurğusunun altından 0,271 qram ümumi təmiz çəkidə narkotik vasitə heroinin 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsündə, həmin otaqda girişdən sağ tərəfdə yerləşən televizorun arxasından 1 ədəd qara rəngli dəri kisənin içərisində 1 ədəd üzərində narkotik vasitə heroin izləri olan 10x6 sm ölçüdə, qara rəngli, üzərində “Aosai” yazılan elektron tərəzinin və həmin otaqda olan peyk qurğusunun altında ümumi təmiz çəkisi 0,35 qram olan 7 ədəd dərman konvalyutunda “Tramadol-50” həblərinin aşkar edilərək götürülməsi Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə, habelə güclü təsir edən maddə satmasını və satış niyyətini özündə ehtiva etmişdir ki, bu da nəticə etibarilə, sonuncunun hərəkətlərinin məqsədinin bir daha satış həyata keçirmək olmasına dəlalət edir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci və 240.1-ci maddələri ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən barəsində yaşayış yeri üzrə şikayət olmamaqla, müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə (törətdiyi zaman qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsi nəzərə almaqla) görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.2-ci və 240.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmasını, şəxsiyyətini, o cümlədən əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət əməllərinin törədilməsinə görə məhkum olunmasına baxmayaraq, islah olunmamasını, yenidən bu dəfə də əvvəllər olduğu kimi narkotik vasitələrin və güclü təsir edən maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar kateqoriyadan olan cinayət əməlini törətməsi onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artdığını, hüquqazidd əməllərini davam etdirməsini, bununla belə yuxarıda qeyd olunan yüngülləşdirici halın olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci və 240.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 29 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,345 qram narkotik vasitə heroin, 5 ədəd tramadol və 6 ədəd Kapбамазепин həbləri, həmçinin üzərində heroinin izləri olan “Aosai” yazılan elektron tərəzi və içərisində heroin izləri olan 1 ədəd 2,5 ml həcmli şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə 29 yanvar 2022-ci il tarixdə videoçəkiliş ilə keçirilmiş şəxsi axtarışın, eləcə də həmin tarixdə onun yaşadığı Siyəzən şəhərinin H.Aslanov küçəsindəki 22 saylı evə videoçəkiliş ilə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü cəmi 2 ədəd, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəyə dair məlumatların yaddaşına köçürüldüyü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd, ümumilikdə 3 ədəd Kompakt Disk cinayət işində saxlanılmalıdır. Bundan başqa, iş üzrə maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Kgtel N150” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən 88,70 manat Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1ci maddəsi ilə 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 29 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,345 qram narkotik vasitə heroin, 5 ədəd tramadol və 6 ədəd Kapбамазепин həbləri, həmçinin üzərində heroinin izləri olan “Aosai” yazılan elektron tərəzi və içərisində heroin izləri olan 1 ədəd 2,5 ml həcmli şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə 29 yanvar 2022-ci il tarixdə videoçəkiliş ilə keçirilmiş şəxsi axtarışın, eləcə də həmin tarixdə onun yaşadığı Siyəzən şəhərinin H.Aslanov küçəsindəki 22 saylı evə videoçəkiliş ilə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü cəmi 2 ədəd, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəyə dair məlumatların yaddaşına köçürüldüyü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd, ümumilikdə 3 ədəd Kompakt Disk cinayət işində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Kgtel N150” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 88,70 (səksən səkkiz manat 70 qəpik) manat məbləğində ekspertiza xərci tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-41/2022
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-41/2022
10.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver