Məhkəmə qərarları › İş №1(059)-41/2024

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-41/2024

06.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-41/2024 06.08.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları 06 avqust 2024-cü il tarixdə, Siyəzən Rayon Məhkəməsinin binasında xx xxxxx 1988-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta ixtisas təhsilli, montajçı işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X4 borclu kimi ondan 03 iyul 2020-ci il tarixdən başlayaraq övladları 22 aprel 2013-cü il təvəllüdlü X2 və 10 fevral 2015-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsinə dair Siyəzən Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(059)- 294/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə həmin məhkəmənin 21 iyul 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb cinayət məsuliyyəti barədə 17 noyabr 2023-cü il tarixdə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq, şəxsi maraq niyyəti ilə təqdimat verilən 29 dekabr 2023-cü il tarixədək 9430 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs xeyrinə ödəməmiş, sonuncuya həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun keçmiş arvadı olmaqla yanaşı, sonuncu ilə birgə nikahından 22 aprel 2013-cü il təvəllüdlü Nəcəfəli və 10 fevral 2015-ci il təvəllüdlü Sürayyə adlı iki övladları doğulmuşdur. Bununla yanaşı, Siyəzən Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli qətnaməsi ilə Zərərçəkmiş şəxs ilə aralarında olan nikah pozulmuş və bu nikahdan doğulmuş övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin ondan zərərçəkmiş şəxsin xeyrinə tutulması qərara alınmışdır. Eyni zamanda, bu məhkəmənin 21 iyul 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən 15 gün müddətində inzibati qaydada həbs olunmuş, həmçinin yenidən izahatı alınıb, ona cinayət məsuliyyətinə cəlb olunacağı barədə 17 noyabr 2023-cü il tarixdə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq, zərərçəkmiş şəxsin xeyrinə 9430 manat məbləğində aliment borcunu ödəməmişdir. Qeyd edir ki, təqdimat verilən tarixdən hazırkı tarixə kimi “milli ön” terminalı vasitəsi ilə zərərçəkmiş şəxsin kart hesabına aliment borcundan az miqdarda ödənişlər etsə də, hazırda bununla bağlı müvafiq qəbzləri təqdim edə bilmir. Bundan başqa, təxminən 8-9 aydır Sumqayıt şəhərinin Saray qəsəbəsində yerləşməklə, X6 məxsus sexdə montajçı işləyərək, hər ay 345 manat əmək haqqı və həmçinin 120 manat əlavə ödəniş alsa da, bu məbləğlərin 120 manatını kirayə haqqına və digər xərclərinə ödəyir. Bununla yanaşı, yetkinlik yaşına çatmayan övladları ilə görüşüb-ünsiyyətdə olduqda, sonuncuların maddi tələbatlarını qarşılamışdır. Eyni zamanda, 23 iyul 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs ifadəsində təqdimat verilən tarixə olan 9430 manat məbləğində aliment borcunu bir dəfəyə ödəmək iqtidarında olmadığını, zərərçəkmiş şəxs ilə razılığa gəldiyini, borcundan 3000 və ya 5000 manat ödəməsi üçün ona vaxt verilməsini, bu səbəbdən məhkəmə iclasının təxminən iki həftə müddətində təxirə salınmasını xahiş etsə də, təqsirləndirilən şəxs bu müddət ərzində vədinə əməl etməyərək, zərərçəkmiş şəxsə aliment borcundan hər hansı bir ödəniş etməmişdir. Təqsirləndirilən şəxs tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin verdikləri ifadələrlə, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs keçmiş əri olmaqla yanaşı, sonuncu ilə aralarında heç bir düşmənçilik və ədavət yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs ilə birgə nikahdan 22 aprel 2013cü il təvəllüdlü Nəcəfəli və 10 fevral 2015-ci il təvəllüdlü Sürayyə adlı iki övladları doğulmuş, habelə Siyəzən Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli qətnaməsi ilə təqsirləndirilən şəxs ilə aralarında olan nikah pozulmuş və sonuncudan 03 iyul 2020-ci il tarixdən başlayaraq bu nikahdan doğulmuş övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qərara alınmışdır. Təqsirləndirilən şəxs aliment borcundan əvvəllər ödənişlər etsə də, təqdimat verilən tarixdən yaranan 9430 manat aliment borcundan heç bir ödəniş etməmişdir. Bununla belə, 23 iyul 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında dindiridən Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs aliment borcunun əvvəl 5000 manat, sonra isə hissə-hissə ödənilməsi barədə təklifinə etiraz etməsə də, sonuncu iclasda təqsirləndirilən vədinə əməl etmədiyinə görə ondan şikayətçi olduğunu və barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Şahid Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs sonuncu barəsində olan icra işində tanımışdır. Belə ki, Siyəzən Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(059)-294/2020 saylı icra sənədinə əsasən 03 iyul 2020-ci il tarixdən başlayaraq iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay olmaqla, ayda cəmi 260 manat sabit pul məbləğində aliment X9 Nəcəfovanın xeyrinə tutulmalıdır. Sözügedən icra sənədi Siyəzən rayon icra və probasiya şöbəsinin icraatına daxil olduqdan sonra, 02 dekabr 2020-ci il tarixli icraata başlamaq haqqında qərar və eyni tarixli tələbin könüllü icrası barədə bildiriş təqsirləndirilən şəxsə rəsmi qaydada göndərilmişdir. Sonra, təqsirləndirilən şəxsin əmlak vəziyyətinin yoxlanılması üçün müvafiq orqanlara sorğular göndərilməklə yanaşı, sonuncunun yaşadığı evə də, baxış keçirilmiş, lakin, borcun yönəldilə biləcəyi hər hansı bir əmlak aşkar edilməmişdir. Bundan sonra, təqsirləndirilən şəxsin yaşadığı yeri müəyyən etmək mümkün olmamış, habelə onun barəsində 07 iyul 2020-ci il tarixdə axtarış qərarı qəbul edilərək, icrası RPŞ-yə həvalə edilmişdir. Daha sonra, tutularaq Siyəzən rayon icra və probasiya şöbəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs həmin tarixə 8060 manat aliment borcunu ödəmədiyi üçün, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon məhkəməsinə göndərilmişdir. Habelə, həmin məhkəmənin 21 iyul 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Təqsirləndirilən şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətində inzibati qaydada həbs olunmuş, həmçinin sonuncunun ölkədən getmək hüququnun mədudlaşdırılması barədə verilmiş təqdimat məhkəmənin 18 avqust 2023-cü il tarixli, 8(059)-28/2023 saylı qərardadı ilə qismən təmin edilmiş, beləliklə, Təqsirləndirilən şəxs icra sənədi üzrə aliment borcunu tam ödəyənədək, onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Sonradan, aliment borcu üzrə heç bir ödəniş etmədiyi üçün təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanılması üçün 29 dekabr 2023-cü il tarixdə təqdimat verilmişdir. Bundan sonra da, təqsirləndirilən şəxsin əmlak vəziyyəti barədə təkrar sorğular göndərilsə də, bu sorğular müsbət həllin tapmamışdır. Bundan başqa, təqdimat verilən tarixdən hazırkı tarixə kimi heç bir ödəniş etməyən Təqsirləndirilən şəxs iki həftə ərzində aliment borcunun yarısını ödəmək iqtidarında olub-olmaması barədə bir söz deyə bilmir. Şahid Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X7 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs sonuncu barəsində olan icra işində tanımışdır. Belə ki, sözügedən icra işi 02 dekabr 2020-ci il tarixdə Siyəzən rayon icra və probasiya şöbəsinin icraatında daxil olmuş, həmçinin həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bundan sonra, təqsirləndirilən şəxsin əmlak vəziyyətinin yoxlanılması üçün sonuncunun yaşadığı evə də, baxış keçirilmiş, lakin, borcun yönəldilə biləcəyi hər hansı bir əmlak aşkar edilməmişdir. Daha sonra, təqsirləndirilən şəxs 8060 manat aliment borcunu ödəmədiyi üçün, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Habelə, həmin məhkəmənin inzibati xəta haqqında iş üzrə qərarına əsasən Təqsirləndirilən şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətində inzibati qaydada həbs olunmuş, həmçinin sonuncunun ölkədən getmək hüququnun mədudlaşdırılması barədə verilmiş təqdimat, məhkəmənin müvafiq qərardadı ilə qismən təmin edilərək, Müşviqin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs yaranmış 9430 manat aliment borcunu ödəmədiyindən, sonuncu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanılması üçün 29 dekabr 2023-cü il tarixdə təqdimat verilmişdir. Bununla yanaşı, təqsirləndirilən şəxs təqdimat verilən tarixdən hazırkı tarixə kimi aliment borcundan heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 09-13-cü vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 30 noyabr 2020-ci il tarixli, 2(059)-294/2020 saylı qətnaməsinin, eləcə də işin 14-15-ci səhifələrində olan eyni tarixli, eyni nömrəli icra vərəqəsinin surətlərindən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında Siyəzən rayon qeydiyyat şöbəsində 27 mart 2013-cü il tarixdə, 41 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 22 aprel 2013-cü il təvəllüdlü X5 və 10 fevral 2015-ci il təvəllüdlü X8 anaları, iddiaçı Zərərçəkmiş şəxs himayəsində və yanında saxlanılmış, onların yetkinlik yaşına çatana qədər saxlanılması üçün 03 iyul 2020-ci il tarixdən başlayaraq, borclu Təqsirləndirilən şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cinayət işinin 16-cı vərəqəsində olan Siyəzən rayon icra və probasiya şöbəsinin 02 dekabr 2020-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(059)-294/2020 saylı icra sənədi icra olunması üçün 02 dekabr 2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş, həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Təqsirləndirilən şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmışdır. Cinayət işinin 28-31-ci vərəqələrində olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 3(059)-141/2023 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, ona inzibati tənbeh olaraq 15 (beş) gün müddətində həbs təyin olunmuşdur. Cinayət işinin 68-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 27 fevral 2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 87-ci səhifəsindəki 29 mart 2024-cü il tarixli məcburi gətirmə haqqında, işin 98-ci vərəqəsindəki 19 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxsin axtarışa verilməsi və tutulması haqqında qərarlardan, eləcə də işin 105-ci səhifədəki 20 may 2024-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs müvafiq istintaq hərəkətlərinin aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə dəvət olunsa da, sonuncu heç bir üzrlü səbəb olmadan istintaqa gəlmədiyindən barəsində 29 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinə məcburi gətirilməsi barədə qərar qəbul olunmuş, lakin, onun olduğu yer müəyyən olunmadığına görə Təqsirləndirilən şəxs barəsində 19 aprel 2024-cü il tarixdə axtarış elan edilməklə, cinayət işi üzrə icraat dayandırılmış, sonuncu 20 may 2024-cü il tarixdə Bakı şəhəri ərazisində tutularaq, Siyəzən RPŞ-nə gətirilmiş və müvafiq sənədləşmə aparıldıqdan dərhal sonra aidiyyəti üzrə Xaçmaz RPŞ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 125-126-cı vərəqələrində olan qətimkan tədbiri seçmək və 130-cu vərəqəsindəki müvəqqəti saxlama yerindən azad edilmə haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 22 may 2024-cü il tarixdə Xaçmaz RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində həmin gün “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən 23 iyul 2024-cü il tarixdə tərtib edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs ittiham üzrə ona olan 9430 manat aliment borcundan heç bir ödəniş etməmişdir. Bu səbəbdən də, o, Təqsirləndirilən şəxs şikayətçidir və barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun ədalət mühakiməsi əleyhinə cinayət törətməsini, o cümlədən Azərbaycan Respublikası adından çıxarılmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, cəzasını ağırlaşdıran və yüngülləşdirən halların mövcud olmamasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkəməyədək istintaq zamanı, ibtidai istintaq orqanının çağırışlarına üzrlü səbəb olmadan gəlmədiyinə görə barəsində məcburi gətirmə tətbiq edilməklə, axtarış elan olunmasını, aliment borcundan zərərçəkmiş şəxsə heç bir ödəniş etməməsini, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın yuxarı həddinin 1/3 hissəsi həcmində cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırmanövündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 20 may 2024-cü il tarixdən 22 may 2024-cü il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 06 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 06 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Müşviq Nəcəfəli oğlu barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar