Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-42/2022 10.05.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 10 may 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1989-cu il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, orta təhsilli, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq 0,468 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək yaşadığı Siyəzən şəhərinin Xətai küçəsindəki 4 saylı evdə saxlamış, 12 yanvar 2022-ci il tarixdə, saat 18:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı yaşadığı ünvanın qarşısında saxlanılaraq, həmin ünvana keçirilmiş baxış zamanı yataq otağındakı yataq dəstinin sağ tərəfindəki “Redmi Note 8T” markalı mobil telefon qutusunun içərisindən bir ədəd narkotik vasitə qəbulu üçün nəzərdə tutulan üzərində heroin izləri olan boruşəkilli dəmir müştük, bir ədəd göy rəngli siqaret kağızı bükülüsünün içərisində əlavə bir ədəd sarı rəngli sellofan kəsiyində 0,468 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, dəqiq vaxtı yadında qalmasa da, tutulmamışdan 1 gün əvvəl yolun qırağında olan su kanalının yaxınlığında siqaret qutusunda tapıb, özü ilə yaşadığı ünvana aparmış, lakin, nə olduğunu bilməmişdir. Bundan sonra, həmin qutunu açıb, içərisinə baxmış, habelə ondan istifadə etmişdir. Daha sonra, 12 yanvar 2022-ci il tarixdə, saat 18- 19:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları onu yaşadığı ünvanın yaxınlığında şübhəli şəxs kimi saxlayaraq, razılığı ilə yaşadığı ünvana baxış keçirilmiş, bu zaman sorğu əsasında o, mobil telefon qutusunu polis əməkdaşlarına təqdim etmiş, tapdığı kütlə, eləcə də tramadol dərman həbləri də orada müəyyən edilmişdir. Baxış zamanı videoçəkilişdən istifadə edilmiş, bundan əlavə, polis əməkdaşları tərəfindən qeyri-insani rəftar və ya ləyaqəti alçaldan hərəkətlərə, fiziki və ya psixi təsirə məruz qalmamışdır. Tutduğu əməldən peşmançılıq hissi keçirməsinin, himayəsində üç azyaşlı uşağının olmasının nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid ifadəsində göstərdi ki, o, əvvəllər təqsirləndirilən şəxsi tanımamışdır. Belə ki, 12 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrdən qanunsuz istifadə etməsi və yaşadığı ünvanda saxlaması barədə əməliyyat aparatına daxil olmuş məlumat əsasında tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunmuş və RPŞ-nin rəisinin imzası ilə qərar təsdiq edilmişdir. Həmin gün RPŞ-nin rəisinin əmri ilə yaradılmış əməliyyat qrupuna o və RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X3 daxil edilməklə, təlimatlandırma aparılmışdır. Bundan sonra, həmin gün Siyəzən şəhərinin Xətai küçəsinə gedərək, ətraf ərazini müşahidəyə götürmüşlər. Bir qədər sonra Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına çıxaraq, küçədə dayandığını görüb, ona yaxınlaşmış, habelə özlərini təqdim edərək Siyəzən RPŞ-nin əməkdaşları olduqlarını bildirib, onun narkotik vasitə istifadə etməsi və yaşadığı ünvanda saxlaması ilə əlaqədar şübhəli olduğundan üzərinə şəxsi axtarış və yaşadığı ünvana baxış keçiriləcəyi barədə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarın olduğunu qeyd etmiş, Vüqar isə buna etiraz etməmişdir. Həmin faktla əlaqədar araşdırmanın aparılması müstəntiq Rəhmin Zeynalova həvalə olunmuşdur. Daha sonra, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdə qanunla qadağan olunmuş hər hansı əşya varsa könüllü təqdim etməsi təklif olunduqda, sonuncu evdə öz istifadəsi üçün predmetlər olduğunu bildirərək, onları evə dəvət etmiş, habelə içəri daxil olduqdan sonra yataq otağına tərəf irəliləyib, orada taxtın yanında Redmi Note 8T markalı mobil telefon qutusunu göstərərək qutunun içərisində narkotik vasitə olduğunu bildirmişdir. Rəhmin Zeynalov tərəfindən qutuya baxış keçirilərkən oradan 7 ədəd konvalyutda “Tramadol-50 mq” dərman həbləri aşkar edilmiş, Təqsirləndirilən şəxs isə bu həblərdən ağrıları olduqda istifadə etdiyini qeyd etmişdir. Bundan sonra, qutunun içərisindən aşkar olunmuş bir ədəd narkotik vasitələrin qəbulu üçün istifadə olunan boruşəkilli müştük də qablaşdırılması üçün digər aşkar olunmuş predmetlərin yanına qoyulmuşdur. Bundan başqa, qutunun içərisindən aşkar olunmuş 1 ədəd göy rəngli siqaret kağızı bükülüsünün içərisində əlavə 1 ədəd sarı rəngli sellofan bükülüsündə narkotik vasitəyə bənzər kütlə müəyyən olunmuş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin “kokos” olduğunu bildirmiş, bu bükülü də aşkar olunmuş digər predmetlərin yanına qoyulmuşdur. Daha sonra, qutudan içərisində açıq qəhvəyi rəngli kütlə olan 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü də aşkar edilərək götürülsə də, Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olmadığını, lakin nə olduğunu da bilmədiyini qeyd etmişdir. Bundan sonra, aşkar olunmuş predmetlər müstəntiq Rəhmin Zeynalov tərəfindən qablaşdırılmış, qablaşdırma möhürlənmişdir. Daha sonra, müstəntiqin göstərişi əsasında Mətin Orucov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, yaşadığı evin yataq və qonaq otağına isə baxış keçirilmiş, lakin, hər hansı bir əlavə əşya aşkar olunmamışdır. Eyni zamanda, bu barədə tərtib olunmuş müvafiq protokol imzalarla təsdiq edilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 37-39-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 yanvar 2022-ci il tarixli, 6/228 saylı ekspert rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №96” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs yaşadığı...” sözləri, soyad və imza qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,468 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmçinin, rəydən görünür ki, üzərində “Трамадол 50” göstəricisi olan bir ədəd konvalyutda 7 ədəd ağ-göy rəngli kapsulda üzərindəki göstəriciyə əsasən tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 0,35 qram təşkil edir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tramadol hidroxlorid 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Bir ədəd dəmir borucuqda narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmamışdır. Bir ədəd bükümdə təmiz çəkisi 0,629 qram olan açıq qəhvəyi rəngli maddənin tərkibində narkotik, psixotrop, güclü təsir edən, zəhərli maddələr aşkar edilməmişdir. Tədqiqata 0,05 qram heroin istifadə olunduqdan sonra onun qalıq çəkisi 0,418 qram, 0,1 qram açıq qəhvəyi rəngli maddə istifadə olunduqdan sonra onun qalıq çəkisi 0,529 qram, 1 ədəd tramadol kapsulasından istifadə olunduqdan sonra onun qalıq sayı 6 ədəd təşkil etmişdir. Cinayət işinin 36-cı vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının dəyəri 65 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 99-100-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 15 mart 2022-ci il tarixdə verilmiş, 1318 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 24-25-ci vərəqələrində olan 12 yanvar 2022-ci il tarixli baxış və şəxsi axtarış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, 12 yanvar 2022-ci il tarixdə saat 18:27-dən saat 18:35-dək olan müddət ərzində Təqsirləndirilən şəxs evinə keçirilən baxış zamanı 7 ədəd konvalyutda “Tramadol- 50 mq” dərman həbləri, bir ədəd narkotik vasitələrin qəbulu üçün istifadə olunan boruşəkilli müştük, ittihamın əsasını təşkil edən bir ədəd sarı rəngli sellofan kəsiyinin içərisində narkotik vasitə olan heroinə bənzər kütlə, bir ədəd gümüşü rəngli siqaret kağızının içərisində açıq qəhvəyi rəngli kütlə aşkar edilərək götürülmüşdür. Baxış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 69-70-ci və 102-109-cu vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin müvafiq olaraq 14 yanvar 2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında, 05 aprel 2022-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş qalıq çəkisi 0,418 qram çəkidə narkotik vasitə heroin, 6 ədəd tramadol hidroxlarid kapsulaları, tərkibində qanunla qadağan olunmuş maddələr olmayan 0,529 qram qalıq çəkili maddə, eləcə də narkotik vasitə heroinin izləri olan bir ədəd dəmir borucuq cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilsə də, 12 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs videoçəkiliş vasitəsilə yaşadığı evə baxış və üzərinə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd kompakt disk cinayət işi üzrə maddi sübut kimi tanınmaqla, saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 78-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 29 yanvar 2022-ci il tarixli tələbnaməsindən, işin 79-82-ci vərəqələrində olan Gəncə Apellyasiya Məhkəməsinin 22 dekabr 2009-cu il tarixli, 1/1(104)-115/2009 saylı qərarının, eləcə də iş materiallarında olan Siyəzən rayon icra və probasiya şöbəsinin 06 may 2022-ci il tarixli, 972/2022-64-1 nömrəli məktubundan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 22 dekabr 2009-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 332.2.3-cü maddəsi ilə təqsirli bilinib, 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə, cəzası 1 il sınaq müddəti ilə şərti hesab edilmiş Təqsirləndirilən şəxs sınaq müddəti başa çatdığı üçün 24 yanvar 2011-ci il tarixdə qeydiyyatdan çıxarılmış, habelə onun üzərində heç bir çəkilməmiş cəza qalmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 18-ci vərəqəsində olan 12 yanvar 2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 62-63-cü vərəqələrində olan 14 yanvar 2022-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Vahabov X4 RPŞ-nin MSY-dən azad edilməklə, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 86-87-ci vərəqələrində olan arayış və xasiyyətnamədən, eləcə də 89-91-ci vərəqələrində olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, himayəsində 29 sentyabr 2011-ci il təvəllüdlü Yaqub, 06 noyabr 2013-cü il təvəllüdlü Elmir və 17 aprel 2017-ci il təvəllüdlü Ceyran adında üç yetkinlik yaşına çatmayan uşağı olmaqla, Siyəzən şəhərinin Xətai küçəsindəki 4 saylı evdə yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama və daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində üç yetkinlik yaşına çatmayan uşağı olmaqla, yaşayış yeri üzrə barəsində şikayət olmamasını, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, o cümlədən əvvəllər hərbi xidmət əleyhinə (bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurma) cinayət əməlini törətməsinə, eləcə də məhkum olunmasına, məhkumluğunun ödənilməsinə baxmayaraq, islah olunmamasını, həmçinin narkotik vasitələrə meylli olmaqla, ictimai faydalı işlə məşğul olmamasını, bununla da, hüquqazidd əməllərini davam etdirməsini, yəni əvvəlki cinayət əməlinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsə də, CM-nin 70-ci maddəsi tətbiq edilməklə, həmin cəzanın 1 il sınaq müddəti ərzində şərti tətbiq edilməsi ilə bağlı məhkəmənin humanist mövqeyinə zidd hərəkət edib, sonradan özlüyündə cəzasızlıq düşüncəsi formalaşdırmaqla, yeni cinayət törətməyə meylliyini, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etsə də, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə, yaşadığı ünvanda saxladığı narkotik vasitənin nədən ibarət olmasını təfərrüatlı bildirməyib, qeyrisəmimilik nümayiş etdirməsini, bununla belə barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yuxarıda sadalanan yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin 1/3 həcmi həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 12 yanvar 2022-ci il tarixdən 14 yanvar 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 10 may 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş qalıq çəkisi 0,418 qram çəkidə narkotik vasitə heroin, 6 ədəd tramadol hidroxlarid kapsulaları, tərkibində qanunla qadağan olunmuş maddələr olmayan 0,529 qram qalıq çəkili maddə, eləcə də narkotik vasitə heroinin izləri olan bir ədəd dəmir borucuq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 12 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs videoçəkiliş vasitəsilə yaşadığı evə baxış və üzərinə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd kompakt disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş qalıq çəkisi 0,418 qram çəkidə narkotik vasitə heroin, 6 ədəd tramadol hidroxlarid kapsulaları, tərkibində qanunla qadağan olunmuş maddələr olmayan 0,529 qram qalıq çəkili maddə, eləcə də narkotik vasitə heroinin izləri olan bir ədəd dəmir borucuq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin 12 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs videoçəkiliş vasitəsilə yaşadığı evə baxış və üzərinə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd kompakt disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-42/2022
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-42/2022
10.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver