Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-43/2020 01.09.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 2020-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1977-ci ildə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam-orta təhsilli, məhkumluğu ödənilmiş, Siyəzən şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi çəkisi 0,336 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib üzərində saxlayaraq daşımış, xx xxxxx 2020-ci il tarixdə, saat 21:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Siyəzən şəhəri, T.İsmayılov küçəsi ərazisində saxlanılaraq, Siyəzən RPŞ-yə gətirilib növbətçi hissədə üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkcənin sol yan cibindən ağ rəngli kağız bükümünün içərisində 0,122 qram, həmin gödəkcənin sağ yan cibinin cırılmış hissəsindən 2 ədəd gümüşü rəngli siqaret kağızı bükümünün içərisində ayrı-ayrılıqda 0,121 qram və 0,093 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin isə aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 20 il olar naroktik vasitə heroindən istifadə etsə də, bununla bağlı deyil, mülkiyyət əleyhinə olan oğurluq cinayəti ilə bağlı məhkum olunmuşdur. Narkotik vasitəni isə ineksiya yolu ilə qəbul edir. xx xxxxx 2020-ci il tarixdə, axşam 17:00 radələrində məhəllələrində gəzərkən yerdə səliqəli formada qatlanmış kağız bükülü görmüş, onun içərisində 3 ədəd əlavə bükülü olmuş və hər bir bükülünü ardıcıllıqla açıb içərisinə baxmışdır. Narkotik vasitə istifadə etdiyinə görə bükülülərin içərisindəki maddənin eyni maddə, narkotik vasitə heroin olduğunu bilmiş, 1 ədəd bükülünü əynində olan qara rəngli gödəkcənin sol yan cibinə dərhal öz istifadəsi üçün, digər 2 bükülünü isə sağ cibinin cırılmış yerinə gələcəkdə istifadə etməkdən ötrü qoymuşdur. Münasib vaxt və yer tapıb həmin narkotik vasitəni istifadə etmək qərarına gəlsə də, istifadə etməyə fürsət tapmamışdır. Belə ki, elə həmin gün qardaşıgilə gedərkən Siyəzən şəhəri, Tofiq İsmayılov küçəsində mülki şəxslər ona yaxınlaşıb, özlərini təqdim edərək Siyəzən RPŞ-nin əməkdaşları olduqlarını və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirməklə, şəxsi axtarış aparılmasından ötrü onu RPŞ-yə dəvət etmiş, o, isə buna etiraz etməyərək polis əməkdaşları ilə getməyə razılıq vermişdir. RPŞ-nin növbətçi hissəsində üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməzdən əvvəl ona qanunvericiliklə nəzərədə tutulmuş hüquq və vəzifələri izah olunmuş, həmçinin üzərində keçiriləcək şəxsi axtarış zamanı müdafiə hüququ təmin olunmaqla ona fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi təqdim edilmiş və o, hüquqlarının Müdafiəçi tərəfindən müdafiə edilməsinə hər hansı etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulduqda o, əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 1 ədəd ağ rəngli kağıza bükülmüş içərisində naroktik vasitə heroin olan bükülünü təqdim etmiş və üzərində təqdim etdiyi narkotik vasitədən başqa, digər narkotik vasitənin olmadığını qeyd etmişdir. Cibində olan digər 2 bükülünü isə spirtli içki qəbul etdiyinə görə qoyduğu yer yaddaşında qalmadığından təqdim etmək yadından çıxmışdır. Bundan sonra, üzərində şəxsi axtarış davam etdirilmiş və əynində olan qara rəngli gödəkcənin sağ yan cibinin cırılmış yerindən içərisində narkotik vasitə heroin olan əlavə 2 ədəd büküm aşkar edilərək götürülmüşdür. Daha sonra, üzərində şəxsi axtarış davam etdirilsə də, qanunla qadağan olunmuş başqa vasitə aşkar olunmamışdır. Üzərindən aşkar olunaraq götürülmüş həmin 1 ədəd ağ xətli kağıza bükülmüş və 2 ədəd siqaret kağızına bükülümüş narkotik vasitə heroinlər 1 ədəd ağ rəngli zərfə qoyulmuş və zərfin üzəri möhürlənərək tərəflərindən imzalanmışdır. Daha sonra, onun üzərində şəxsi axtarışın keçirilməsinə dair protokol yazılaraq ucadan oxunmuşdur. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, bir daha cinayət əməli törətməyəcəyi barədə vədinin, eləcə də himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasının nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında şahid Siyəzən RPŞ-nin CAB-ın axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Siyəzən şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etməsi və üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə xx xxxxx 2020-ci il tarixdə əməliyyat aparatına daxil olmuş məlumat əsasında tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunmuş, əməliyyat qrupuna Siyəzən RPŞ-nin əməliyyat rabitə qrupunun kiçik inspektoru Şahid2 və Təminat hissəsinin polis nəfəri-sürücü X1 daxil edilmişlər. RPŞ-nin rəhbərliyinin tapşırığı ilə xx xxxxx 2020-ci il tarixdə əməliyyat qrupu ilə birlikdə təxminən saat 21:00 radələrində Siyəzən şəhəri, T.İsmayılov küçəsində dayanaraq ətrafı müşahidəyə götürmüş və bir qədər sonra Təqsirləndirilən şəxs piyada getdiyini görmüşlər. Üzərində narkotik vasitə gəzdirməsi ehtimalı olduğundan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və narkotik vasitə gəzdirməsinə dair əsaslı şübhə olduğunu bildirərək şəxsi axtarış keçirilməsi məqsədilə Siyəzən RPŞ-yə dəvət etdikdə, Ramin buna etiraz etməyib, onlarla birgə RPŞ-yə getmiş, orada növbətçi hissədə üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarışa başlanılmışdır. Şəxsi axtarış RPŞ-nin İB-nin baş müstəntiqi Azər Şahbazov tərəfindən aparılmış, bundan əvvəl isə Təqsirləndirilən şəxs və digər iştirakçılara qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarış zamanı müdafiə hüququnun təmin olunması məqsədilə şəxsi axtarışda Müdafiəçi da, iştirakı təmin edilmişdir. Bundan sonra, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa, könüllü təqdim etməsi təklif olunmuş, sonuncu əynində olan qara rəngli gödəkcənin sol yan cibində narkotik vasitə olduğunu bildirmiş və oradan ağ rəngli, xətli formada kağıza bükülmüş siqaret kağızının içərisində naroktik vasitə olan heroinə bənzər kütləni təqdim etmişdir. Daha sonra, həmin bükülü açılıb, içərisindəki narkotik vasitəyə bənzər kütlə iştirakçılara göstərildikdə, Təqsirləndirilən şəxs bu kütlənin narkotik vasitə “kokos” olduğunu bildirmişdir. Şəxsi axtarışı aparan baş müstəntiq Azər Şahbazov tərəfindən Təqsirləndirilən şəxs əynində olan paltarların ciblərinin axtarılması ona tapşırılmış, o da Təqsirləndirilən şəxs ciblərini axtarmağa başlamışdır. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibinin cırılmış hissəsindən 2 ədəd ağ rəngli siqaret kağızı bükülüsü və həmin bükülülərin hər birinin içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs özü narkotik vasitə istifadəçisi olduğunu etiraf etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilsə də, qanunla qadağan olunmuş başqa əşya və predmet aşkar olunmamış, baş müstəntiq Azər Şahbazov tərəfindən Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş bükülülər 1 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlə möhürlənib iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, tərtib olunmuş protokol ucadan oxunmuş, doğru olduğundan o da imzalanmışdır. Məhkəmə istintaqında şahidlər Siyəzən RPŞ-nin əməliyyat rabitə qrupunun kiçik inspektoru Şahid2, Təminat hissəsinin polis nəfəri-sürücü X1, İctimai təhlükəsizlik bölməsinin polis nəfəri Şahid4, eləcə də məhkəməyə ünvanlanmış teleqramında məhkəməyədək istintaq dövründə verdiyi ifadəsini təsdiq etməklə, məhkəmədə səhhəti ilə bağlı iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş etmiş, o cümlədən məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahid növbətçi hissənin məsul növbətçisi Şahid5 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqında Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur və sonuncu ailəsi birlikdə ona məxsus Siyəzən şəhəri, Babək küçəsindəki 62 saylı evin İ mərtəbəsində yaşayır. Ramin əqli və fiziki cəhətdən sağlam olmuş, əvvəllər məhkum olunsa da, cəzaçəkmə müəssisəsində olmamışdır. Təxminən 10 ilə yaxın Raminin narkotik vasitə heroindən istifadə etdiyini bilmiş, bir neçə dəfə narkotik vasitə asılılğından qurtarmaq üçün müalicə etdirmək istəsə də, Ramin buna razı olmamışdır. Oğlu Ramin həbs olunmamışdan əvvəl üzərində narkotik vasitə aşkar olunduğuna görə tutulmuş və barəsində cinayət işi başlanmış, həmin vaxtdan sonra isə demək olar, evə gəlməmişdir. Təxminən bir həftə sonra isə Ramin məktub yazaraq, daha evə gəlməyəcəyini bildirmiş və elə həmin vaxtdan da evdə görünməmişdir. Oğlu Ramin evdə aqressiv hərəkətlər etdiyindən, habelə evdə kiməsə xəsarət edəcəyindən qorxduqları üçün polisə müraciət edəcəklərini bildirsələr də, Ramin buna məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Bundan başqa, oğlu Ramin evdən bəzi əşyaları oğurlayaraq narkotik vasitə almaq üçün satmışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 34-35-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 6/517 saylı ekspert rəyindən görünür ki, üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş…” sözləri qeyd olunan zərfdəki 3 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,121 qr., 0,093 qr. və 0,122 qr., ümumi təmiz çəkisi 0,336 qr. qəhvəyi rəngli tozşəklilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in İ siyahısına daxildir. Tədqiqata 0,12 qram sərf edildikdən sonra narkotik maddə heroinin qalıq çəkisi 0,216 qram təşkil etmişdir. Cinayət işinin 33-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış materialların məhkəmə ekspertizasının dəyəri 114 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 142-143-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X3 Ekspert komissiyası tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 1547 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 23-24-ci vərəqələrində olan xx xxxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunduqda, sonuncu əynində olan qara rəngli gödəkcənin sol yan cibində narkotik vasitə olduğunu bildirdiyindən, oradan ağ rəngli, xətli formada kağıza bükülmüş narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Daha sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsinə başlanılmış, bu zaman sonuncunun əynində olan qara rəngli gödəkcənin sağ yan cibinin cırılmış hissəsindən 2 ədəd, ağ rəngli siqaret kağızına bükülmüş kütlə aşkar olunaraq götürülmüşdür. Aşkar olunaraq götürülmüş 1 ədəd ağ xətli kağıza bükülmüş kütlə və 2 ədəd ağ rəngli siqaret kağızına bükülmüş içərisində narkotik vasitəyə bənzər kütlələr ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış “Samsung S10+” markalı mobil telefon vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 44-45-ci vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin xx xxxxx 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,216 qram təşkil edən narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 162-169-cu vərəqələrində olan xx xxxx 2020-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə elan olunmuş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış və onun əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanması rədd edilmiş və material ayrılaraq rayon prokurorluğuna göndərilmişdir. Həmçinin qərardan görünür ki, xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd CD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 115-116-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 xx xxxx 2020-ci il tarixli tələbnaməsindən, işin 136-137-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 1(059)-13/2015 saylı hökmünün surətindən, eləcə də işin 154-cü vərəqəsində olan Siyəzən rayon icra və probasiya şöbəsinin xx xxxx 2020-ci il tarixli, 942/2020-64-1 nömrəli məktubundan görünür ki, Ağayev X5 Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 1(059)-13/2015 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 4500 manat miqarında cərimə cəzasına məhkum edilmiş, CM-nin 69.4-cü maddəsi tətbiq edilməklə onun həbsdə saxlanıldığı 2 ay 29 gün müddət nəzərə alınıb təyin olunmuş 4500 manat miqdarında cərimə cəzası 1500 manat miqdarında yüngülləşdirilərək üzərində qəti olaraq 3000 mant miqdarında cərimə cəzası saxlanılmışdır. Bundan sonra, Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli, 7(059)-6/2015 saylı qərarına əsasən Təqsirləndirilən şəxs bu məhkəmənin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə təyin edilmiş 3000 manat məbləğində cərimə cəzası hər ay qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla, 2 il müddətinə islah işləri cəzası ilə əvəz edilmişdir. Daha sonra, Təqsirləndirilən şəxs “28 May-Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2016cı il tarixli Qərarının 1.5-ci bəndinə əsasən Siyəzən rayon icra və probasiya şöbəsinin xx xxxx 2016-cı il tarixli qərarı ilə cəzadan azad olunduğu üçün qeydiyyatdan çıxarılmış, bununla da, Təqsirləndirilən şəxs üzərində heç bir çəkilməmiş cəza qalmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmayan şəxsdir. Cinayət işinin 16-ci vərəqəsindəkixx xxxxx 2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs elə həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 63-64-cü vərəqələrindəki xx xxxxx 2020-ci il tarixli tutulmuş şəxsin azad edilməsivə qətimkan tədbirinin seçilməsi haqqında qərarlardan görünür ki, Ağayev X5 RPŞ-nin MSY-dən azad edilmiş və onun barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 93-cü vərəqəsində olan xx xxx 2020-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan, işin 92-civərəqəsində olan Siyəzən RPŞ-nin xx xxx 2020-ci il tarixli, 183-4672-1220 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə keçirilmiş axtarış tədbirləri nəticəsində Siyəzən rayonu ərazisində tutularaq Siyəzən RPŞ-nin MSY-yətəhvil verilmişdir. Cinayət işinin 99-100-ci vərəqələrindəki xx xxx 2020-ci il tarixli qətimkan tədbirinin ləğv edilməsi barədə qərardan görünür ki, xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirixx xxx 2020-ci il tarixdə ləğv edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 107-109-cu vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 4(059)-14/2020saylı məhkəmənin həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 02 ay 03 gün müddətinə həbs növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 122-123-cü vərəqələrində olan arayış və xasiyyətnamədən, eləcə də şəxsi məlumatlardan çıxarışdan görünür ki, himayəsində xx xxxxxx 2004-cü il təvəllüdlü Rafiq adında bir yetkinlik yaşına çatmayan övladı olan Siyəzən şəhəri, ünvan 1 ünvanında yaşamış Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama və daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işini materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qüvvəsində saxlanılmasına, habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsi ilə razılaşır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını və barəsində yaşayış yeri üzrə şikayətin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs şəxsiyyətini və onun tərəfindən yenidən bu dəfə qəsdən başqa kateqoriyadan olan cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin 1/3 hissəsinə yaxın həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,216 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd Compakt Disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1(bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 1(bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 1(bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,216 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və Təqsirləndirilən şəxs üzərində xx xxxxx 2020-ci il tarixdə videoçəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd CD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 114 (bir yüz on dörd) manat ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-43/2020
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-43/2020
01.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver