Məhkəmə qərarları › İş №1(059)-44/2024

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-44/2024

06.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-44/2024 06.08.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin nümayəndələri Nümayəndə1 və Qanuni nümayəndə, Müdafiəçilər-fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə 06 avqust 2024-cü il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1992-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, “1 nömrəli X4” MMC-də yolların təmiri üzrə ixtisassız fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Siyəzən rayonunun Eynibulaq kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri, xx xxxxxx 2001-ci il tarixdə Siyəzən rayonunun Eynibulaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Siyəzən rayonunun Eynibulaq kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan qrup halında birləşərək, vahid niyyətlə 16 noyabr 2023-cü il tarixdən 29 dekabr 2023- cü il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda, eyni mənbə olan, Siyəzən rayonunun Eynibulaq kəndi ilə həmin rayonun Sədan kəndi ərazisindən keçən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin 1 saylı Neft və Qazçıxarma sahəsinin 4 saylı Neft və qaz hasilatı xidmət sahəsində aid, 1855 saylı istismar quyusunun qəbul körpüsündən 72 manat dəyərində 60 metr uzunluğunda 73 mm-lik, 32 manat dəyərində 16 metr uzunluğunda 168 mm-lik, 120 manat dəyərində 100 metr uzunluğunda 73 mm-lik qaz xətləri borusunu, 140 manat dəyərində 40 metr uzunluğunda “SAP 4212928” adlı neft borusu kəmərini, ümumilikdə 364 manat dəyərində neft-qaz xətləri borularını qazanc əldə etmək məqsədi ilə oğurlamaqla, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin "Siyəzənneft” Neft və Qazçıxarma idarəsinə maddi ziyan vuraraq, gizli olaraq talamışdır. Həşimov X2 Sülhəddin İlham oğlu ilə qabaqcadan əlbir olan qrup halında birləşərək, vahid niyyətlə 16 noyabr 2023-cü il tarixdən 29 dekabr 2023- cü il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda, eyni mənbə olan, Siyəzən rayonunun Eynibulaq kəndi ilə həmin rayonun Sədan kəndi ərazisindən keçən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin 1 saylı Neft və Qazçıxarma sahəsinin 4 saylı Neft və qaz hasilatı xidmət sahəsində aid, 1855 saylı istismar quyusunun qəbul körpüsündən 72 manat dəyərində 60 metr uzunluğunda 73 mm-lik, 32 manat dəyərində 16 metr uzunluğunda 168 mm-lik, 120 manat dəyərində 100 metr uzunluğunda 73 mm-lik qaz xətləri borusunu, 140 manat dəyərində 40 metr uzunluğunda “SAP 4212928” adlı neft borusu kəmərini, ümumilikdə 364 manat dəyərində neft-qaz xətləri borularını qazanc əldə etmək məqsədi ilə oğurlamaqla, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin "Siyəzənneft” Neft və Qazçıxarma idarəsinə maddi ziyan vuraraq, gizli olaraq talamışdır. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, digər Təqsirləndirilən şəxs2 bibisi oğlu olmaqla yanaşı, hər ikisi Siyəzən rayonunun Eynibulaq kəndində yaşayır və təsərrüfatlarında olan heyvanları yaşadıqları rayonunun Sədan kəndi ərazisindəki otlaq sahələrinə birlikdə aparırlar. Beləliklə, Təqsirləndirilən şəxs2 ilə birlikdə heyvanları otlaq sahəsinə apararkən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” Neft və Qazçıxarma idarəsinə məxsus qaz xətləri borusunu oğurlamaq qərarına gəlmişlər. Bu məqsədlə, 16 noyabr 2023-cü il tarixdə, təxminən saat 17:00 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə Siyəzən rayonunun Sədan kəndi ərazisindəki “palıd dağı” deyilən ərazidə olmaqla, “Siyəzənneft” Neft və Qazçıxarma idarəsinə məxsus qaz xətləri borusunun olduğu əraziyə gedib diametri 70 millimetr olmaqla, 60 metr uzunluğunda qaz xətləri borusunu dəmir kəsən mişar ilə 10 hissəyə bölüb, Təqsirləndirilən şəxs2 məxsus at vasitəsi ilə sürüyərək, bərabər saylarda aralarında bölüşdürüb yaşadıqları evlərə aparmışlar. Bu minvalla, həmin ərazidən 29 noyabr 2023-cü il tarixdə, təxminən saat 20:00 radələrində diametri 160 millimetr olmaqla, 16 metr uzunluğunda qaz xətləri borusunu 4 hissəyə bölüb, 01 dekabr 2023-cü il tarixdə, təxminən saat 19:00 radələrində diametri 73 millimetr olmaqla, 60 metr uzunluğunda qaz xətləri borusunu 3 hissəyə bölüb, 06 dekabr 2023-cü il tarixdə, təxminən saat 18:00 radələrində diametri 73 millimetr olmaqla, 40 metr uzunluğunda qaz xətləri borusunu 4 hissəyə bölüb, 29 dekabr 2023-cü il tarixdə, təxminən saat 20:00 radələrində 40 metr uzunluğunda “SAP 4212928” adlı neft borusu kəmərini 4 hissəyə bölüb eyni üsul və bərabər saylarda məişət işlərində təsərrüfat təyinatlı istifadə etmək üçün yaşadıqları evlərə aparmışlar. Bundan sonra, yaşadığı evə gəlmiş polis əməkdaşları həmin boruları oradan götürmüşlər. Eyni zamanda, hadisəni Təqsirləndirilən şəxs2 ilə birlikdə törətmişlər. Odur ki, əməlindən səmimi peşmançılıq hissi keçirməsinin, “1 nömrəli X4” MMC-də fəhlə işləməklə, iş yerinin Siyəzən və Xızı rayonlarının ərazilərini əhatə etməsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, digər Təqsirləndirilən şəxs1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə verməklə, yanaşı törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tam təqsirli olmaları özlərinin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndələrinin verdikləri izahatlarla, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, zərərçəkmiş şəxsin nümayəndəsi Qanuni nümayəndə məhkəmə baxış iclasında izahatında göstərdi ki, o, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin 1 saylı Neft-Qaz çıxarma sahəsinin rəisi vəzifəsində işləməklə, yanaşı baş vermiş cinayət hadisəsi nəticəsində idarənin balansında olmaqla, oğurlanmış borulara cavabdeh şəxsdir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Siyəzən rayonunun Sədan kəndi ərazisində yerləşən 4 saylı Neft və qaz hasilatı sahəsindən qaz xətləri boruları kəsilərək talanması nəticəsində idarəyə cəmi 2728,56 manat ziyan dəymiş, habelə bu barədə rəsmi məlumatı ibtidai istintaq orqanına təqdim etmişlər. Lakin, boruların əvvəlki qaydada bərpa olunmasına çəkiləcək xərc məhkəməyədək istintaq zamanı nəzərə alınmamış, habelə ittihamda bu ziyanın cəmi 364 manat təşkil etdiyi qeyd edilmişdir. Eyni zamanda, Siyəzən RPŞ-nin CAB-ın rəisi X1 məlumatı, təmsil etdiyi idarənin rəisinin göstərişi ilə yararsız vəziyyətə salınmış borular hissələrə bölünmüş formada təqsirləndirilən şəxslərin yaşadıqları evlərdən götürülərək, idarənin mərkəzi anbarına təhvil verilmişdir. Hazırda təqsirləndirilən şəxslər tərəfindən idarəyə dəymiş 2728,56 manat məbləğində ziyan tam olaraq ödənildiyindən onlara qarşı heç bir şikayət və tələbləri yoxdur. Həmçinin, zərərçəkmiş şəxsin digər nümayəndəsi Nümayəndə1 məhkəmə baxış iclasında izahatında göstərdi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törədikləri cinayət əməli nəticəsində təmsil etdiyi idarəyə ümumilikdə 2728,56 manat məbləğində ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslər tərəfindən idarəyə dəymiş ziyan tam olaraq ödənildiyindən onlara qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 102-103-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 fevral 2024-cüil tarixli, 9/3118 nömrəli ekspert rəyindən görünür ki, nəzəri qaydada, ekspertiza tədqiqatına təqdim edilməməklə, ekspertiza təyini haqqında qərarda göstərilən malların (təqdim edilməyən istifadə olunmuş mallar orta istismar intensivliyi parametrlərinə uyğun olaraq) orta bazar qiyməti, o cümlədən uzunluğu 60 metr, bir metrinin qiyməti 1,20 manat, diametri 73 mm olan qaz xətti borusunun ümumi dəyəri 72 manat, uzunluğu 16 metr, bir metrinin qiyməti 2 manat, diametri 168 mm olan qaz xətti borusunun ümumi dəyəri 32 manat, uzunluğu 100 metr, bir metrinin qiyməti 1,20 manat, diametri 73 mm olan qaz xətti borusunun ümumi dəyəri 120 manat, uzunluğu 40 metr, bir metrinin qiyməti 3,50 manat, “SAP 4212928” neft kəməri borusunun ümumi dəyəri 140 manat olmaqla, cəmi dəyəri təxminən 364 manat müəyyən edilir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 101-ci səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 61-ci səhifəsində olan “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin rəisi Ayaz Bağırov tərəfindən tərtib olunmaqla, Siyəzən RPŞ-nin rəisinə ünvanlanmış 07 yanvar 2024-cü il tarixli, 14-2-1/2-1/2024 nömrəli məktubdan görünür ki, “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin 1 saylı Neft-Qaz çıxarma sahəsinin 4 saylı NQH xidməti sahəsinin ərazisində (quyu 1855) baş vermiş oğurluq hadisəsi ilə bağlı idarəyə dəymiş ziyanın, o cümlədən, uzunluğu 100 metr, bir metrinin qiyməti 0,97 manat “SAP 4212928” qaz xəttinin ümumu dəyəri 97 manat, uzunluğu 60 metr, bir metrinin qiyməti 1,14 manat silinmiş boru 2.0” (60 mm) qiyməti 68,40 manat, uzunluğu 16 metr, bir metrinin qiyməti 1,77 manat silinmiş boru 6” (168 mm) qiyməti 28,32 manat, mütəxəssis və fəhlələrin əmək haqqı 437,70 manat, DSMF ayrılmalar 96,29 manat, sərf olunmuş material xərci 30,72 manat, sərf olunmuş nəqliyyat xərci 1416 manat, qaimə xərci (20%) 415,49 manat, neft xətti (SAP 4212928) 138,64 manat olmaqla, cəmi 2728,56 manat olması qeyd olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 160-169-cu səhifələrində olan müvafiq olaraq 08 və 09 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” Neft və Qazçıxarma idarəsinin 1 saylı NQÇ sahəsinin 4 saylı NQH xidməti sahəsinin ərazisindən 60 metr uzunluğunda 73 mm-lik, 16 metr uzunluğunda 168 mm-lik, 100 metr uzunluğunda 73 mm-lik qaz xətti borularını və 40 metr uzunluğunda “SAP 4212928” adlı neft borusunu oğurlamalarını etiraf etmiş, habelə təqsirləndirlən şəxslər baş vermiş hadisənin törədilmə mexanizmini təfərrüatlı şəkildə izah edərək, olanları bir daha təsdiq etmişlər. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 170-183-cü səhifələrində olan 18 iyun 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə elan olunmuş ittiham və barələrində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, habelə sonuncuların əməllərində CM-nin 177.2.2-ci,177.2.3-cü və 180-cı maddələrinin tərkibinin olmaması müəyyən edilmişdir. Eyni zamanda, cinayət işi üzrə törədilmiş əməl nəticəsində zərərçəkmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinə dəymiş ziyanın cəmi məbləği 364 manat olduğundan, əməl nəticəsində dəymiş ziyanın digər hissəsi barədə yəni, 2364,56 manata (2728,56-364) dair mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edilməsi hüququ izah olunmuşdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” Neft və Qazçıxarma idarəsinin 1 saylı NQÇ sahəsinin 4 saylı NQH xidməti sahəsinə aid, 1855 sayı istismar quyusunun qəbul körpüsünü 60 metr uzunluğunda 73 mm-lik, 16 metr uzunluğunda 168 mm-lik, 100 metr uzunluğunda 73 mm-lik qaz xətləri borşunu və 40 metr uzunluğunda “SAP 4212928” adlı neft borusu kəmərini şəxsi məişət işlərində təsərrüfat təyinatlı istifadə etdiklərindən, cinayət işi üzrə maddi sübutun əldə edilməsinin mümkün olmaması nəzərə alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 82-ci və 85-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 19 və 27 fevral 2024-cü il tarixli tələbnamələrindən görünür ki, müvafiq olaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 19-cu vərəqəsində olan 05 yanvar 2024-cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 53-cü vərəqələrində olan 07 yanvar 2024-cü il tarixli tutulmuş şəxsin həbsdən azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə MSY-dən azad edilərək, onun barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 156-cı vərəqəsində olan qətimkan tədbirinin seçilməsi barədə 06 iyun 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində qeyd olunan tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 87-90-cı vərəqələrində olan arayışlardan və xasiyyətnamələrdən, eləcə də iş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 26 iyul 2015-ci il təvəllüdlü Aysun və 21 yanvar 2017-ci il təvəllüdlü Sənan adında iki azyaşlı övladı olan, “1 №-Li X4” MMC-də fəhlə işləyən və Siyəzən rayonu, Eynibulaq kəndində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs1, həmçinin Siyəzən rayonu, Eynibulaq kəndində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs2 barəsində Siyəzən RİHB-nin Eynibulaq kənd İƏD üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi ərizə-şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Beynəlxalq Bankının 02 avqust 2024-cü il tarixli, BPM**********08 nömrəli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs2 atası Vahid Həşimov tərəfindən “Azneft” İstehsalat Birliyinə 2730,36 manat ziyan ödənilmişdir. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxs Socar “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin nümayəndələri Nümayəndə1 və Qanuni nümayəndə tərəfindən 06 avqust 2024-cu il tarixdə tərtib olunmuş ərizələrdən, görünür ki, təqsirləndirilən şəxslər tərəfindən “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinə vurulmuş ümumilikdə 2728,56 manat ziyan tam olaraq ödəndiyindən, onların təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbləri yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət əhəmiyyətli təbii qaz və neft kəməri borularına münasibətdə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talama cinayət əməllərini törətmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxslərin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə yanaşı zərərçəkmiş şəxsin nümayəndələrinin izahatları, ekspertiza rəyi və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-2-ci maddələri ilə tövsif edilmiş və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində iki yetkinlik yaşına çatmayan övladı olmaqla, zərərçəkmiş şəxsə vurmuş olduğu zərəri ödəməsini, sonuncunun ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını, faydalı əmək fəaliyyəti ilə məşğul olmasını, cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinin 1-ci hissəsinin 13cü bəndinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun dövlət əhəmiyyətli təbii qaz və neft kəməri borularına münasibətdə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talama cinayət əməlini törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam olaraq ödənilməsini, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yüngülləşdirici halların mövcudluğunu, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddinin 5/6 hissəsi həcmində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 05 yanvar 2024-cü il tarixdən 07 yanvar 2024-cü il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən və Xızı rayonlarının ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən və Xızı rayonlarının ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini, gəncliyini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə vurulmuş zərərin ödənilməsini, sonuncunun ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinin 1-ci hissəsinin 13cü bəndinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun dövlət əhəmiyyətli təbii qaz və neft kəməri borularına münasibətdə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talama cinayət əməlini törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam olaraq ödənilməsini, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yüngülləşdirici halların mövcudluğunu, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddinin 5/6 hissəsi həcmində cəza təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınıb Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən və Xızı rayonlarının ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən və Xızı rayonlarının ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertizanın dəyəri olan cəmi 50 (əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar