Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-45/2022 21.06.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 21 iyun 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxxxx 1994-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 1,524 qram psixotrop maddə metamfetamini, 0,706 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı və 0,018 qram çəkidə yarı bölünmüş vəziyyətdə narkotik vasitə metadon həbini üzərində saxlamış, 11 fevral 2022-ci il tarixdə, saat 16:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı X3 yaşadığı Siyəzən rayonunun Zarat kəndində yerləşən ünvanda saxlanılaraq, üzərində şəxsi axtarış keçirilmiş, həmin psixotrop maddənin 1,076 qramı üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sol iç cibindən 1 ədəd “Rothmans” markalı siqaret qutusunun içərisindəki bir ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda çəkiləri 0,622 qram və 0,454 qram olmaqla 2 ədəd şəffaf sellofan bükülülərdə, 0,448 qramı əynində olan qara rəngli gödəkcənin altdındakı qara rəngli idman gödəkcəsinin qabaq sağ yan cibindən 1 ədəd “Rothmans” markalı siqaret qutusunun içərisində 1 ədəd şəffaf sellofan bükülüdə hər birinin ayrı-ayrılıqda çəkiləri 0,063 qram, 0,060 qram, 0,071 qram, 0,072 qram, 0,048 qram, 0,062 qram, 0,072 qram olmaqla, 7 ədəd ağ-gümüşü rəngli siqaret kağızı bükülülərində, 0,706 qram çəkidə qurudulmuş marixuana əynində olan qara rəngli gödəkcənin sol iç cibindən 1 ədəd “Rothmans” markalı siqaret qutusunun içərisində hər birinin ayrı-ayrılıqda çəkiləri 0,355 qram və 0,351 qram olmaqla, 2 ədəd ağ rəngli kağız bükülülərdə, təsiredici maddəsi 0,018 qram çəkidə olan yarı bölünmüş vəziyyətdə narkotik vasitə metadon həbi əynində olan qara rəngli gödəkcənin sol iç cibindən 1 ədəd “Rothmans” markalı siqaret qutusunun içərisindəki bir ədəd kibrit qutusunda 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsündə aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, 234.1-ci maddəsi ilə təqsirli təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, 11 fevral 2022-ci il tarixdə, təxminən saat 15-16:00 radələrində dayısıoğlunun yaşadığı ünvana getməli olsa da, anasının əmisi oğlu Rzaqulu Əhmədovun yaşadığı Siyəzən rayonunun Zarat kəndinə getmiş, sonuncunun evdə yatdığını görmüş, habelə orada bir qədər oturduqdan sonra Rzaqulu yuxudan oyanıb, ac olduğunu bildirmiş, özü də yemək yemədiyindən ona 3 manat pul verərək, çörək və kolbasa almasını istəmişdir. Rzaqulu Əhmədov qeyd edilənləri alıb, qayıtdığı məqamda Şahid2 da olduqları ünvana gəlmiş, habelə əyləşib, yemək yeyərkən polis əməkdaşları ünvana daxil olmuşlar. Bundan sonra, polis əməkdaşları onları əyləşdikləri yerdən uzaqlaşdırmış, evə və üzərilərinə baxış keçirməyə başlamışlar. Əvvəlcə kimin üzərinə baxış keçirilməsini dəqiq xatırlamır. Evə baxış keçirildikdən sonra, üzərinə keçirilmiş şəxsi axtarış zamanı o, psixotrop maddə “şüşə” adlanan metamfetamini, iki büküm marixuananı, bir həbin yarısı həcmində metadonu gödəkcəsinin yan və iç ciblərindən çıxararaq təqdim etmişdir. Bundan sonra, saxlanılaraq RPŞ-yə aparılmışlar. Eyni zamanda, üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitələri və psixotrop maddəni “instagram” sosial şəbəkəsi vasitəsi ilə tanımadığı bir nəfər şəxsdən əldə etmişdir. Belə ki, tanımadığı şəxslə sövdələşməyə əsasən narkotik vasitələri və psixotrop maddələri əldə etmək məqsədi ilə 10 fevral 2022-ci il tarixdə 100 manat pulu Siyəzən rayonunun Böyük Həmyə kəndinə gedən yolda olan körpünün yanına qoymuş, habelə pulu qoyduğu yerin şəklini çəkib, həmin şəxsə göndərmiş və növbəti gün, yəni 11 fevral 2022-ci il tarixdə, saat 08-09:00 radələrində sözügedən körpünün yanından sifariş verdiyi narkotik vasitələri və psixotrop maddələri götürmüşdür. Bundan başqa, o, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Belə ki, tutuldğu gün üzərindən aşkar olunmuş narkotik vasitələri və psixotrop maddəni elə həmin gün bükümlərə öz şəxsi istifadəsi üçün gözəyarı Rzaqulu yatarkən ayırmış, habelə bu zaman tərəzisi olmamışdır. Yaşadığı rayonda onu tanıyanlar necə şəxs olmasını bilmiş, tutulanadək o, “Beşbarmaq Pirinin altı” deyilən yerdə bir gündən bir kababçı işləməklə, gündəlik 20-30 manat qazanc əldə etmiş, bu səbəbdən də onun həmin predmetləri kiməsə göndərib, əvəzində pul almasına ehtiyacı olmamışdır. O, ümumiyyətlə saxlanılmamışdan əvvəl üzərindən aşkar olunaraq, götürülmüş narkotik vasitələrin və psixotrop maddənin hamısından istifadə etmişdir. Belə ki, balaca bükümlərə ayırdığı metamfetaminlərdən 6-7 bükümünü gün ərzində çəkmək yolu ilə istifadə etmişdir. Həmçinin, aldığı metamfetaminlər onun istifadəsinə iki gün ərzində kifayət etməli idi. O, birinci metamfetamindən, daha sonra narkotik vasitələrdən istifadə etmişdir. Marixuanadan ümumiyyətlə, aradabir 2-3, bəzən 4 gündən bir istifadə etsə də, metamfetamindən gündəlik istifadə etmişdir. Metadon həbini isə metamfetamin və marixuana olmayanda, sakitləşmək məqsədilə, habelə saxlanıldığı gün əldə etdiyi vaxt həbin yarısından dərhal istifadə etmişdir. O, saxlanılmamışdan əvvəl təxminən 1 il ərzində narkotik vasitələrdən və psixotrop maddədən istifadə etmiş, lakin onların satış ilə məşğul olmamışdır. Eyni zamanda, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki və psixi təsir olunmamış, habelə qanunsuz hərəkətlərə məruz qalmamışdır. Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsinə münasibətdə qeyd edir ki, o, baş verənləri təfərrüatlı şəkildə izah etmiş, habelə bu zaman fikirlərini səlis şəkildə ifadə etməklə, törətdiyi əməlin mahiyyətini dəqiqliklə aydınlaşdırmışdır. Bu səbəbdən də, Təqsirləndirilən şəxs məhkəməyədək, eləcə də məhkəmə istintaqı zamanı verdiyi ifadə obyektiv həqiqəti çatdırmaqla, daha əsaslı, inandırıcı və mötəbər hesab edilməli, o cümlədən nəzərə alınmalıdır. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə deyil, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması özünün ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs sinif yoldaşı Əmrahın bibisi oğlu olduğundan, onu uşaqlıq illərindən tanıyır. 11 fevral 2022-ci il tarixdə, təxminən saat 15-16:00 radələrində yaşadığı evin yaxınlığında olarkən, Rzaqulu Əhmədovun yaşadığı evə getmişdir. Evə daxil olarkən Cəmilin və Rzaqulunun yuxayanın ətrafında yemək yediklərini görüb, onların yanında əyləşmişdir. Bundan təxminən 2-3 dəqiqə sonra, polis əməkdaşları evə daxil olmuş, sonuncular tərəfindən üzərində şəxsi axtarış keçirilməsini hazırda dəqiq xatırlamasa da, Cəmilin və Rzaqulunun üzərində şəxsi axtarış, həmçinin sonuncunun evinə baxış keçirmişlər. Müdafiəçi iştirakı ilə, eləcə də videoçəkiliş vasitəsi ilə aparılan şəxsi axtarış zamanı Cəmilin üzərindən 2 ədəd “Rothmans” markalı siqaret qutusu aşkar edilmiş, habelə həmin qutuların içərisindəki şəffaf sellofan bükülülər müstəntiq tərəfindən açılıb, iştirakçılara nümayiş etdirilsə də, bükülülərdəki kütlənin nə olduğunu bilməmişdir. Bundan sonra, polis əməkdaşları tərəfindən evin digər otaqlarına baxış keçirilsə də, o, həmin baxışda iştirak etməmişdir. Daha sonra, aşkar edilmiş predmentlərin qablaşdırıldığı zərflərin üzərinə imza etmişlər. Məhkəmə iclasında şahid Siyəzən RPŞ-nin CAB-ın rəisi Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, 11 fevral 2022-ci il tarixdə X3 yaşadığı Siyəzən rayonunun Zarat kəndindəki evdə narkotik istifadəçisi olan şəxlərin toplaşması barədə daxil olmuş məlumat əsasında Müdafiəçi da iştirakı ilə satış və istifadə hallarının araşdırılması məqsədilə sözügedən ünvanda əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Bu əməliyyat-axtarış tədbirlərinin nəticəsi olaraq, evdə keçirilən baxış zamanı Cəmilin üzərindən və Rzaqulun evindən narkotik vasitələr aşkar edilsə də, Şahid2 qanunla qadağan olunmuş predmet aşkar edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərində metamfetaminə və marixuanaya bənzər kütlələr aşkar edilmiş, o cümlədən həmin çoxsaylı bükümlərdə olan predmetləri sonuncunun özü təqdim etmişdir. Sənədləşdirmə aparıldıqdan sonra Təqsirləndirilən şəxs və digərləri RPŞyə aparılmışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs dəqiq olaraq, kiməsə narkotik vasitə və ya psixotrop maddə satması barədə məlumat yoxdur. Sadəcə içərisində narkotik vasitə və ya psixotrop maddə olan bükümlərin sayı satış ehtimalında şübhə yaratmışdır. Həmçinin, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı qeyri-qanuni hərəkətlərə yol verilməmiş və narkotiklərin alınma mənbəyi ilə bağlı aparılan sorğu-sual zamanı sonuncu onları tapdığını bildirmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 44-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 2022-ci il tarixli, 6/884 saylı ekspert rəyindən görünür ki, üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” və s. yazılar, imzalar olan 1 ədəd zərfdə 1 ədəd “Rothmans” etiketli siqaret qutusundakı 7 ədəd gümüşü kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,063 qram, 0,060 qram, 0,071 qram, 0,072 qram, 0,048 qram, 0,062 qram, 0,072 qram; ümumi təmiz çəkiləri 0,448 qram ağ rəngli, kristalşəkilli maddə kütləsi ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, digər “Rothmans” etiketli siqaret qutusundakı 1 ədəd kibrit qutusunda 2 ədəd p/e bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,622 qram, 0,454 qram ümumi təmiz çəkiləri 1,076 qram ağ rəngli, kristalşəkilli maddə kütlələri də kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 1 ədəd bükümdə çəkisi 0,154 qram olan qəhvəyi rəngli həbin (bir həbin yarısı) tərkibində təsiredici maddəsi 0,018 qram narkotik vasitə metadon müəyyən edilmişdir. Metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Metadon Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələrin siyahısına daxildir, Limon turşusu nəzarətdə olan maddələrin siyahısına daxil deyildir. Tədqiqata 0,09 qram sərf edildikdən sonra metamfetaminin qalıq çəkisi 1,434 qram, 0,77 qram həb sərf edildikdən sonra isə həbin (metadon) qalıq çəkisi 0,77 qram təşkil etmişdir. Cinayət işinin 43-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, materialların məhkəmə ekspertizasının dəyəri 110 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 47-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 2022-ci il tarixli, 7/135 saylı ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən...” yazısı imzalar olan kağız paketdəki “Rothmans” adlı siqaret qutusunda kibrit qutusunun içərisində 2 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,355 qram; 0,351 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 0,706 qramdır. Tədqiqata 0,04 qram sərf edildikdən sonra qurudulmuş marixuananın çəkisi 0,666 qram təşkil etmişdir. Cinayət işinin 46-cı vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə-bioloji ekspertizasının dəyəri 78,82 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 157-158-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 07 aprel 2022-ci il tarixdə verilmiş 1662 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələr və digər psixoaktiv maddələr qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 24-27-ci vərəqələrində olan şəxsi axtarış, baxış və götürmə haqqında protokoldan görünür ki, 11 fevral 2022-ci il tarixdə saat 16:50-dən saat 17:32-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində X3 yaşadığı Siyəzən rayonunun Zarat kəndində yerləşən ünvanda keçirilən şəxsi axtarış zamanı psixotrop maddə metamfetaminə bənzər kütlə onun əynində olan qara rəngli gödəkcənin sol iç cibindən 1 ədəd “Rothmans” markalı siqaret qutusunun içərisindəki bir ədəd kibrit qutusunda 2 ədəd şəffaf sellofan bükülülərdə, bu gödəkcənin altdındakı qara rəngli idman gödəkcəsinin qabaq sağ yan cibindən 1 ədəd “Rothmans” markalı siqaret qutusunun içərisində 1 ədəd şəffaf sellofan bükülüdə, 7 ədəd ağ-gümüşü rəngli siqaret kağızı bükülülərində, qurudulmuş marixuanaya bənzər kütlə əynində olan qara rəngli gödəkcənin sol iç cibindən 1 ədəd “Rothmans” markalı siqaret qutusunun içərisində 2 ədəd ağ rəngli kağız bükülülərdə, yarı bölünmüş vəziyyətdə narkotik vasitə metadon həbinə bənzər kütlə isə əynində olan qara rəngli gödəkcənin sol iç cibindən 1 ədəd “Rothmans” markalı siqaret qutusunun içərisindəki bir ədəd kibrit qutusunda 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsündə aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 89-91-ci vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin 14 fevral 2022-ci il tarixli maddi sübut kimi tanınmaq, eləcə də işin 164-183-cü vərəqələrində olan 19 aprel 2022-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1,434 qram qalıq çəkidə psixotrop maddə metamfetamin kütləsi, 0,77 qram qalıq əkidə metadon həbi, 0,666 qram qalıq çəkidə qurudulmuş marixuana kütləsi cinayət işi üzrə maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, həmçinin digər maddi sübutlar, 11 fevral 2022-ci il tarixdə X3 yaşadığı Siyəzən rayonunun Zarat kəndində yerləşən evində Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışın videogörüntülərini yaddaşına köçürüldüyü 1 ədəd, eləcə də Rzaqulu Əhmədovun istifadəsində olmuş mobil nömrəyə dair məlumatların yaddaşına köçürüldüyü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd, ümumilikdə 2 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 114-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 02 mart 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 83-84-cü vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 13 fevral 2022-ci il tarixli, 4(059)-5/2022 saylı məhkəmənin həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 11 fevral 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 120-121-ci vərəqələrində olan arayışdan, xasiyyətnamədən, iş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən çıxarışdan, xidməti xasiyyətnamənin, eləcə də vəsiqələrin surətlərindən görünür ki, himayəsində 10 noyabr 2021-ci il təvəllüdlü Turan adında azyaşlı uşağı olan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Eyni zamanda, xidmətdə olduğu müddətdə özünü nümunəvi hərbçi kimi göstərmiş Təqsirləndirilən şəxs qardaşı Emil Eldarov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməklə, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs münasibətdə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, onun bu əməlində CM-nin 234.1-ci maddəsinin tərkibinin mövcud olduğu təsdiq olunsa da, CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin əlamətinin olmadığı müəyyən olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifinə münasibət bildirərək hesab edir ki, istintaq orqanı tərəfindən onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Hazırda isə təqsirləndirilən şəxsin ona istinad edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsinə yaranmış şübhələr onun ittiham edildiyi əmələ aidiyyətinin təsdiq edilməsinə maneə yaradır. Qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs ittiham olunduğu əməl düzünə və yanakı sübutlarla təsdiq edilməlidir. Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin, narkotik vasitə marixuana, eləcə də metadon həbini əldə edib, üzərində daşıması öz təsdiqini tapsa da, onun həmin narkotik vasitələr və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi xüsusatı öz təsdiqini tapmır. Belə ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs istinad edilən ittihamı verərkən bükülülərin say çoxluğuna istinad etsə də, məhkəmə iclası zamanı sonuncunun birbaşa narkotik vasitələr və ya psixotrop maddəni kiməsə satması, maraq naminə təqdim edilməsi öz təsdiqini tapmamışdır. Çünki, həm ibtidai araşdırmada, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadələrdə, eləcə də şahidlərin ifadələrində onun narkotik vasitə və ya psixotrop maddələri satmaq niyyəti müəyyən edilməmiş, həmçinin digər şəxslərə də satış faktı aşkarlanmamışdır. Digər tərəfdən təqsirləndirilən Təqsirləndirilən şəxs irəli sürülən ittihamın, o cümlədən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin mahiyyətini təşkil edən həmin narkotik vasitənin və psixotrop maddənin çoxsaylı bükülülərə ayrılmaqla bağlamalarda saxlanması məqsədilə onların hazırlanması üçün avadanlığın olması halı müəyyənləşdirilməmiş, həmçinin əməlin törədilmə şəraiti təfərrüatlı öyrənilməmişdir. Çünki, "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində bu hallar göstərilməklə, satış məqsədinin müəyyən olunması üçün mühüm əhəmiyyət kəsb etdiyi xüsusilə vurğulanmışdır. Göründüyü kimi, əməlin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməsi üçün ilk olaraq aşkar olunmuş psixotrop maddənin, eləcə də narkotik vasitənin əldə edilməsinin, saxlanılmasının, daşınmasının, hazırlanmasının və s. hərəkətlərin satış məqsədi ilə edilməsi sübuta yetirilməlidir. Narkotik vasitə satış məqsədi olmadan qanunsuz olaraq əldə olunaraq saxlanılırsa, həmin əməl narkotik vasitənin şəxsi istehlak miqdarından artıq istənilən miqdarda olduğu halda da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası CPM-nın 21-ci maddəsinin İİ və İİİ bəndlərinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 1-ci bəndinin 4-cü abzasına əsasən yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Bundan əlavə, Təqsirləndirilən şəxs əldə etməklə, üzərində saxladığı narkotik vasitələri və psixotrop maddəni üçüncü şəxslərə satmaqla, mənfəət (qazanc) əldə etməsi ibtidai istintaq orqanı tərəfindən təfərrüatlı araşdırılmamış, qeyd olunan maddə və vasitələrin alınıb-verilməsi birbaşa, yəni əməliyyat-axtarış fəaliyyəti nəticəsində müəyyən edilməmiş, istehlakçıların dairəsi müəyyənləşdirilməklə, onlarla Təqsirləndirilən şəxs üzləşdirilməsi təşkil edilməmiş, habelə Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham onun ifadələrində öz təsdiqini tapmamasına baxmayaraq, bu ittiham kifayət qədər mötəbər sübut sayılmayan, psixotrop maddə və narkotik vasitələrin satışına münasibətdə hadisənin birbaşa şahidi olmayan polis əməkdaşlarının ifadələrinə, satışla bağlı məlumat verməmiş Şahid2 ifadəsinə, eləcə də çoxsaylı bükülülərin olmasına əsaslanmaqla verilmişdir ki, burada da, Təqsirləndirilən şəxs niyyətinin mənfəət əldə etməsi, o cümlədən psixotrop maddə və narkotik vasitələri satmaq olması öz təsdiqini tapmamışdır. Eyni zamanda, mötəbər sübutlardan, o cümlədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 Ekspert komissiyasının məhkəmənarkoloji ekspertizasının rəyindən də göründüyü kimi Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələr və digər psixoaktiv maddələrin qəbulu nəticəsində asılılıq sindromu yaranmış, habelə onun məcburi müalicəyə ehtiyacı vardır. Sözügedən bu halın özü də Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda aşkar edilmiş müxtəlif növdə və bükülülərdə narkotik vasitə və psixotrop maddələrin sonuncunun narkotik aludəçisi kimi özü tərəfindən istifadə edilməsinə, şəxsi istifadəsi üçün saxlanılmasına və əldə edilməsinə dəlalət etməklə, yanaşı, onun əməlində satış məqsədinin olmasını istisna edir. Beləliklə, Qanunun və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarınan müddəaları ilə iş üzrə müəyyən edilmiş sübutların əlaqəli şəkildə təhlili Təqsirləndirilən şəxs əməlində CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması ilə bağlı ittihamın cinayət işi üzrə müəyyən edilmiş sübutların məcmuyu ilə təsdiq olunmaması və ehtimallara əsaslanması barədə qənaətə gəlməyə əsas verir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində qeyd olunmuşdur ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində isə təsbit edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsində sübutlar sadalanmış, onların aşağıdakılardan ibarət olduğu müəyyən edilmişdir. 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir (CPM-nin 139.0 və 139.0.1-ci maddələri). Qeyd olunan Məcəllənin 144-cü maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Beləliklə, iş materiallarından görünür ki, ibtidai araşdırma orqanı kifayət qədər sübut olmadan əsassız olaraq Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni satması və qanunsuz olaraq əldə etdiyi narkotik vasitələri və psixotrop maddəni satış məqsədi ilə saxlaması, yəni həmin predmetləri saxlamaqda onu satmaq niyyətinin olması barədə düzgün olmayan nəticəyə gəlmişdir. İbtidai istintaq bu zaman şəxsi mülahizəyə əsaslanmış, buna kifayət qədər mötəbər sübutlar olmadığı halda, ehtimallar əsasında Təqsirləndirilən şəxs psixotrop maddə və narkotik vasitələri satması, aşkar edilmiş predmetləri saxlamaqda onları satmaq niyyətinin olması qənaətinə gəlmişlər. Halbuki, Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsində qeyd edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Habardo İspaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. “Hoanq Fransaya qarşı” işdə Məhkəmə qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. CPM-nin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin V.Bayramov və qeyrilərinin şikayətləri üzrə 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması ilə bağlı həyati əhəmiyyətli məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmə hökmü əsaslı və qanuni olmalıdır (CPM 349.3). Məhkəmə hökmünün əsaslığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə iclasında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs psixotrop maddə və narkotik vasitələri satması və üzərində saxlamaqda onları satmaq niyyətinin olması işdə olan mötəbər sübutlarla müəyyən olunmadığından onun əməli satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə və narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama kimi qiymətləndirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair" 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək, Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdardan artıq psixotrop maddə və narkotik vasitələri əldə edib, üzərində saxlaması ilə əlaqədar əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, o, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə və narkotik vasitələri əldə etsə də, həmin predmetləri satış məqsədi ilə əldə etməsi xüsusatı öz təsdiqini tapmadığından, onun əməli Azərbaycan Respublikası CM-nın 234.2ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalı və ona qeyd olunan maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən qazi qardaşı olaraq gənc olmaqla, himayəsində bir azyaşlı uşağının olmasını və barəsində yaşayış yeri üzrə şikayət olmamaqla, müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, buna baxmayaraq şəxsiyyətini (narkotik vasitələrə meylli olmaqla, ictimai faydalı işlə məşğul olmamasını, narkotik vasitə və psixotrop maddənin təbliğində iştirakını), habelə barəsində olan yuxarıdakı yüngülləşdirici halları, o cümlədən qazi qardaşı olmaqla, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin 1/3 hissəsi həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 11 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olmaqla, Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1,434 qram qalıq çəkidə psixotrop maddə metamfetamin kütləsi, 0,77 qram çəkidə metadon həbi, 0,666 qram çəkidə qurudulmuş marixuana kütləsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübutlar, 11 fevral 2022-ci il tarixdə X3 yaşadığı Siyəzən rayonunun Zarat kəndində yerləşən evində Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışın videogörüntülərini yaddaşına köçürüldüyü 1 ədəd, eləcə də Rzaqulu Əhmədovun istifadəsində olmuş mobil nömrəyə dair məlumatların yaddaşına köçürüldüyü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd, ümumilikdə 2 ədəd disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 188,82 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 11 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1,434 qram qalıq çəkidə psixotrop maddə metamfetamin kütləsi, 0,77 qram çəkidə metadon həbi, 0,666 qram çəkidə qurudulmuş marixuana kütləsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübutlar, 11 fevral 2022-ci il tarixdə X3 yaşadığı Siyəzən rayonunun Zarat kəndində yerləşən evində Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışın videogörüntülərini yaddaşına köçürüldüyü 1 ədəd, eləcə də Rzaqulu Əhmədovun istifadəsində olmuş mobil nömrəyə dair məlumatların yaddaşına köçürüldüyü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd, ümumilikdə 2 ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 188,82 (bir yüz səksən səkkiz manat 82 qəpik) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-45/2022
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-45/2022
21.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver