Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-45/2023 13.06.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 13 iyun 2023-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında 12 avqust 1965-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "X5" MMC-də ictimai işlər üzrə sosial işçi vəzifəsində çalışan, Siyəzən Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 1(059)-25/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, CM-nin 68.1.1-1-ci, 67.1-ci maddələri tətbiq edilməklə, qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 7(010)- 467/2021 saylı qərarı ilə cəzasının çəkilməmiş qalan 05 ay 05 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmçinin cəzasının müddəti başa çatdığı üçün 11 mart 2022-ci il tarixdə qeydiyyatdan çıxarılmış, üzərində məhkumluğu olan, Siyəzən şəhərinin H. Əliyev küçəsindəki 23 saylı evin 1-ci mənzilində qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 0,275 qram təşkil edən narkotik vasitə heroini üzərində saxlamış, 20 fevral 2023-ci il tarixdə, saat 15:55 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Siyəzən şəhərinin H.Əliyev küçəsində yerləşən H.Əliyev parkının ərazidə saxlanılaraq, gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli gödəkcənin sol yan cibindən 1 ədəd siqaret kağızı bükülüsünə bükülmüş vəziyyətdə təmiz çəkisi 0,275 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməməklə, ifadəsində göstərdi ki, 20 fevral 2023-cü il tarixdə, saat 15:00 radələrində Siyəzən RPŞ-nin CAB-ın rəisi Fikrət Məstəliyev 4 nəfər əməliyyat müvəkkili ilə birlikdə onu Siyəzən şəhərinin H. Əliyev küçəsində yerləşən eyni adlı parkın ərazisində saxlayaraq, RPŞ-yə aparmışdır. Orada üzərinə baxış keçirilmədən o otaqdan bu otağa gəzdirilmişdir. O, üzərində nə varsa daim könüllü surətdə təqdim etmişdir. Ondan aşkar edilmiş predmet isə CAB-ın rəisi Fikrət Məstəliyevin təzyiqi ilə cibinə qoyulmuşdur. Belə ki, Fikrət Məstəliyev ona, onsuz da adının ləkəli olduğunu, barəsində narkotik vasitənin satışıyla məşğul olması və ya kuryerlik etməsi ilə də sənədləşdirmə işləri apara, müvəqqəti saxlama yerindəki adamından isə ona qarşı satış həyata keçirməsi ilə bağlı bildirməsi üçün istifadə edə biləcəyini qeyd etmiş, məhz bundan qorxduğu üçün o, tərtib edilmiş sənədləri imzalamışdır. Beləliklə, onun üzərində hər hansı bir qanunsuz predmet, o cümlədən narkotik vasitə olmamışdır. O, RPŞ-də olarkən döyülməməklə, işgəncəyə məruz qalmasa da, psixi təzyiqlə qarşılaşmışdır. Bundan əlavə, sonuncu dəfə azadlığa çıxdıqdan sonra 1-2 dəfə narkotik vasitədən istifadə etsə də, hazırda istifadə etmir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs Siyəzən RPŞ-nin əməkdaşının qanunsuz hərəkətlərinə, habelə onun psixi təsirinə məruz qalması, həmçinin üzərindən aşkar olunan ittihamın əsasını təşkil edən narkotik vasitənin ona aid olmadığını bildirməsi, bununla da təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün məhkəməyədək istintaq dövründə vermiş olduğu etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Halbuki, məhkəmə iclasında elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs özünü ona verilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, o, təxminən 7-8 il olar narkotik vasitə olan marixuanadan çəkmə üsulu ilə istifadə etsə də, təxminən 1 il olar narkotik vasitə heroindən aradabir çəkmə üsulu ilə istifadə etməyə başlamışdır. İstifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi vardır. 20 fevral 2023-cü il tarixdə, saat 15:00 radələrində Siyəzən şəhərinin H.Əliyev küçəsində yaşadığı evin yaxınlığında asfalt yolun kənarında səkinin üzərində yerdən içərisində qəhvəyi rəngli narkotik vasitə heroin olan gümüşü rəngli bir ədəd bükülünü götürüb, istifadə etmək üçün əynindəki boz rəngli gödəkcənin sol yan cibinə qoymuşdur. Elə həmin ərəfədə Siyəzən şəhərinin Heydər Əliyev küçəsində yerləşən eyni adlı parkın ərazisində piyada gəzərkən mülki geyimli şəxslər ona yaxınlaşıb, polis əməkdaşları olduqlarını bildirmiş və onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu qeyd edərək, üzərinə şəxsi axtarış aparılması üçün onu Siyəzən RPŞ-yə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Siyəzən RPŞ-nin növbətçi hissəsinə getmiş, ona hüquq və vəzifələri izah olunduqdan sonra bu barədə bildiriş verilmiş və Müdafiəçi iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Üzərində şəxsi axtarış keçirilən zaman polis əməkdaşları ondan üzərində qanunla qadağan olunmuş əşyanın olub-olmadığını soruşduqda, o əynində olan boz rəngli gödəkcənin sol yan cibindən 1 ədəd Prima markalı siqaret qutusunun içərisində 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümün içərisində olan narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra, polis əməkdaşları üzərində şəxsi axtarış aparmış və bu zaman üzərindən 1 ədəd qara təsbeh, 3 ədəd 20 qəpiklik əskinas olmaqla, 60 qəpik pul, dəmir pulları itməsin deyə yapışdırdığı 1 ədəd dairəvi maqnit, 1 ədəd alışqan aşkar olunsa da, qanunla qadağan olunmuş başqa hər hansı bir predmet və əşya aşkar olunmamışdır. Bundan sonra, üzərindən aşkar olunmuş bir ədəd gümüşü rəngli narkotik vasitə olan heroin bükümünü içərisinə qoyduğu Prima markalı siqaret qutusu içərisində üç ədəd siqaretlə birgə, 1 ədəd qara təsbeh, üç ədəd 20 qəpiklik əskinas olmaqla, 60 qəpik pul, dəmir pulları itməsin deyə yapışdırdığı 1 ədəd dairəvi maqnit, 1 ədəd alışqan iş üçün əhəmiyyət kəsb etmədiyinə görə özünə qaytarılmış, üzərindən aşkar edilmiş 1 ədəd gümüşü rəngli bükümdə olan narkotik vasitə heroin isə 1 ədəd boş ağ zərfdə qablaşdırılmış və həmin zərfin üzəri möhürləndikdən sonra zərflərin doğruluğu o, eləcə də orada iştirak edən iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra, iştirakçılardan və ondan hər hansı bir şikayətlərinin olub-olmaması soruşulduqda, onlar şikayət və tələblərinin olmadığını bildirdikdən sonra şəxsi axtarış keçirilməsi prosesi yekunlaşdırılmışdır. Ona qarşı hər hansı bir fiziki və psixi təsir olmamış, izahatını özü sərbəst formada vermişdir. Eyni zamanda, o, narkotik vasitələrin satışı ilə məşğul olmamaqla, yanaşı üzərindən aşkar olunmuş narkotik vasitəni şəxsi istifadəsi üçün saxlamışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, habelə aralarında hər hansı bir ədavət və düşmənçilik olmamışdır. Belə ki, 20 fevral 2023cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında, sonuncu həmin gün, saat 15:00 radələrində Siyəzən şəhərinin Heydər Əliyev küçəsi ərazisində saxlanılaraq, üzərində şəxsi axtarış aparılması məqsədilə Siyəzən RPŞ-yə gətirilmişdir. Orada növbətçi hissədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmaqla, bu barədə bildiriş təqdim edilmiş və bundan sonra videoçəkilişlə, eləcə də müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilərkən Vaqifə üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda, sonuncu deməsinə görə içərisində narkotik vasitə heroin olan üzərindəki 1 ədəd bükülünü çıxararaq, təqdim etmiş, habelə müstəntiq tərəfindən bu bükülüyə baxış keçirildikdə, içərisində heroinə bənzər kütlə aşkar edilmişdir. Daha sonra, aşkar edilmiş bükülü bir ədəd ağ rəngli zərfə qablaşdırılmış, üzəri möhürlənməklə, bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki təsir və ya psixi təzyiqə məruz qalmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat tədbirində və şəxsi axtarış zamanı Siyəzən RPŞ-nin CAB-ın bölmə rəisi Fikrət Məstəliyev iştirak etməmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 36-37-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 fevral 2023-cü il tarixli, 6/1052 saylı ekspert rəyindən görünür ki, üzərində “... imza Təqsirləndirilən şəxs...” sözləri və imzalar qeyd edilmiş kağız paketdə 1 ədəd bükümdə təmiz çəkisi 0,275 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata 0,05 qram heroin istifadə olunduqdan sonra onun qalıq çəkisi 0,225 qram təşkil etmişdir. Cinayət işinin 35-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış materialların məhkəmə ekspertizası tədqiqatının dəyəri 55 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 87-88-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 01 mart 2023-cü il tarixdə verilmiş 1176 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 24-25-ci vərəqələrində olan 20 fevral 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan, eləcə də işin 47-ci vərəqəsindəki məhkəmə iclasında tədqiq edilmiş bir ədəd Kompakt diskin yaddaşına köçürülmüş videogörüntüdən görünür ki, 20 fevral 2023-cü il tarixdə saat 16:07-dən saat 16:14-dək olan müddət ərzində Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkcənin sol yan cibindən 1 ədəd siqaret kağızı bükülüsünə bükülmüş vəziyyətdə ittihamın əsasını təşkil edən narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Eyni zamanda, videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni sərbəst şəkildə kənar təsir olmadan təqdim etməsi vizual müşahidə edilmişdir. Şəxsi axtarış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 69-70-ci və 101-107-ci vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin müvafiq olaraq 26 fevral 2023-cü il tarixli maddi sübut kimi tanımaq, eləcə də 30 aprel 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,225 qram narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilsə də, onun üzərinə 20 fevral 2023-cü il tarixdə keçirilmiş şəxsi axtarış görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt Disk cinayət işi üzrə maddi sübut kimi tanınmaqla, saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 90-91-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 17 mart 2023-cü il tarixli tələbnaməsindən, işin 79-84-cü vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 1(059)-25/2021 saylı hökmünün, eləcə də iş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 7(010)-467/2021 saylı qərarının surətlərindən və Siyəzən rayon icra və probasiya şöbəsinin 06 mart 2023-cü il tarixli, 245/2023-64-1 nömrəli məktubundan görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, CM-nin 68.1.1-1ci, 67.1-ci maddələri tətbiq edilməklə, qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 05 ay 05 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmçinin cəzasının müddəti başa çatdığı üçün 11 mart 2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Bununla da, Nicat Əhədov hazırkı əmələ münasibətdə üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 18-ci vərəqəsində olan 20 fevral 2023cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 60-61-ci vərəqələrində olan 22 fevral 2023-cü il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 67-68-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Siyəzən şəhərinin H. Əliyev küçəsindəki 23 saylı evin 1-ci mənzilində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Siyəzən Mənzil İstismar Sahəsinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Yəni, Təqsirləndirilən şəxs məhkəmə istintaqında qeyd etdiklərini təsdiq edəcək mötəbər sübuta malik olmamış, habelə onun bildirdikləri cinayət işində olan digər sənədlərlə öz təsdiqini tapmamışdır. Belə olan, halda Təqsirləndirilən şəxs saxlanılarkən Siyəzən RPŞ-nin əməkdaşının qanunsuz hərəkətlərinə, habelə onun psixi təsirinə məruz qalmasına, həmçinin üzərindən aşkar olunan ittihamın əsasını təşkil edən narkotik vasitənin ona aid olmadığını bildirməsinə münasibətdə qeyd etdiklərinə məhkəmə tərəfindən daxil inam yaranmamış, habelə həmin fikirlərin öz mənafeyinə uyğun deyilməklə, məsuliyyətdən yayınmaq niyyəti ilə ifadə olunmuş söz və mülahizələrdən ibarət olduğu aşkarlanmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən onun kifayət qədər yaşda olmaqla, faydalı əmək fəaliyyəti ilə məşğul olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Bu Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmasını, Təqsirləndirilən şəxs şəxsiyyətini və onun tərəfindən eyni kateqoriyadan cinayət əməlinin qəsdən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, törətdiyi əmələ münasibətdə qeyri-səmimilik nümayiş etdirməsini, bununla da narkotik vasitə aludəçisi kimi hüquq pozuntusuna meylli olmasını, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, bununla belə, barəsində yuxarıda sadalanan cəzasını yüngülləşdirici halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin ½ hissəsi həcmində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 20 fevral 2023-cü il tarixdən 22 fevral 2023-cü il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 13 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,225 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut, Təqsirləndirilən şəxs üzərində 20 fevral 2023cü il tarixdə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 55 (əlli beş) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,225 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üzərində 20 fevral 2023-cü il tarixdə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 55 (əlli beş) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-45/2023
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-45/2023
13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver