Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-46/2020 08.09.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 2020-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1980-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 1,315 qram çəkidə narkotik vasitə olan heroin əldə edib üzərində saxlayaraq daşımış, xx xxxxx 2020-ci il tarixdə, saat 19:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Siyəzən şəhəri, İ.Qayıbov küçəsində saxlanılaraq Siyəzən RPŞ-yə gətirilmiş, növbətçi hissədə üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən kibrit qutusunun içərisindən bir ədəd şəffaf sellofona bükülmüş halda, kustar üsulla hazırlanmış 1,315 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, narkotik vasitə istifadəçisi olduğundan xx xxxxx 2020-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən keçmiş məhkum yoldaşı, İran İslam Respublikası vətəndaşı olan Behzadın istifadəsində olan +98-***-***-**-** saylı mobil nömrəyə zəng edərək sonuncudan narkotik vasitə istədikdə, Behzad onu Bakı şəhərində yaşayan “Kəbləye” ləqəbli şəxsin istifadəsində olan ***-***- **-** mobil nömrəsinə zəng etməsini məsləhət görərək sonuncudan narkotik vasitə ala biləcəyini bildirmişdir. O da, öz növbəsində “Kəbləye” ləqəbli şəxsə zəng edərək sonuncuya tanışlıq verib nömrəni Behzaddan aldığını bildirmiş, “Kəbləye” ləqəbli şəxs isə cavabında “nömrəni Behzad veribsə problem deyil” deyərək Bakı şəhərinə gəlib ona zəng etməsini bildirmişdir. Beləliklə, xx xxxxx 2020-ci il tarixdə Bakı şəhərinə getmiş, təxminən saat 11:00 radələrində “Kəbləye” ləqəbli şəxsə zəng edərək Bakı şəhərində olduğunu qeyd etmiş, sonuncu isə ona “İnşaatçılar” metro stansiyasının yaxınlığında görüş təyin etmişdir. Onlar “İnşaatçılar” metro stansiyasının girişində görüşmüş və “Kəbləye” ləqəbli şəxs ona 30 manat pulun müqabilində 1 büküm narkotik vasitə olan heroin vermişdir. O, Kəbləyedən aldığı bükümdəki narkotik vasitə heroinin çəkisini soruşduqda, sonuncu ona bükülünün içərisində 1,4 qram heroin olduğunu bildirmişdir. Beləliklə, o, kibrit qutusunu götürərək özünün istifadəsi üçün Siyəzən şəhərinə yaşadığı evə gətirsə də, imkan tapıb istifadə edə bilməmişdir. Növbəti gün, yəni xx xxxxx 2020-ci il tarixdə, təxminən saat 19:00 radələrində aldığı narkotik vasitəni istifadə etmək məqsədilə götürərək yaşadığı küçəyə çıxmış, bu zaman bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar. Tanımadığı mülki geyimli şəxslər ona yaxınlaşıb, özlərini polis əməkdaşları kimi təqdim edərək, narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün üzərinə baxış keçirilməsi məqsədilə onlarla Siyəzən RPŞ-yə getməli olduğunu bildirdikdə, o, onlarla getməyə razılıq vermişdir. RPŞ-nin növbətçi hissəsində üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və bundan əvvəl qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Həmçinin, üzərində keçiriləcək şəxsi axtarış zamanı müdafiə hüququ təmin olunmaqla fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi ona təqdim edilmiş o, da buna etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı əvvəlcə ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulduqda, o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 30 manat pul müqabilində aldığı 1 ədəd kibrit qutusunun içərisində olan 1 ədəd şəffaf sellofan bükülüdə olan narkotik vasitə heroin olduğunu və qeyd olunan narkotik vasitəni Bakı şəhərində “Kəbləye” ləqəbli şəxsdən aldığını bildirmişdir. Daha sonra, üzərində şəxsi axtarış davam etdirilsə də, qanunla qadağan olunmuş başqa vasitə aşkar olunmamışdır. Üzərində keçirilən şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş həmin bükülü müvafiq qaydada qablaşdırılmış, bundan sonra bu barədə protokol tərtib edilmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, eləcə də himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasının nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki,Siyəzən şəhəri sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar tərtib etmiş, RPŞ-nin Təminat hissəsinin sürücüsü X1 və PPXT-nin polis nəfəri Şahid2 iştirakları ilə təlimatlandırma keçirilmişdir. Bunun nəticəsində, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə, saat 19:00 radələrində Siyəzən şəhəri, İ.Qayıbov küçəsində saxlanılmış, sonuncuya özlərini təqdim edərək narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı şübhəli olduğunu bildirib, onu RPŞ-yə dəvət edərək, ora gətirmişlər. Bundan sonra, növbətçi hissədə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçiriləcəyi elan edilmiş, videoçəkiliş RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti Şahid4 tərəfindən həyata keçirilmişdir. Bundan əvvəl Təqsirləndirilən şəxs və digər iştirakçılara qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, həmçinin Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarış zamanı onun müdafiə hüququnun təmin olunması məqsədilə şəxsi axtarışda Müdafiəçi da, iştirakı təmin edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquq və vəzifələrin izah edilməsi barədə bildiriş təqdim edilmiş, şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən kibrit qutusundakı şəffaf selofan paketdə narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 268 manat pulu müdafiəçisi Müdafiəçi özü təqdim etmiş, aşkar edilərək götürülmüş narkotik vasitələr isə müvafiq qaydada qablaşdırılıb, möhürlənməklə, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, müstəntiqin göstərişi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış ilə bağlı tərtib olunmuş protokol da doğru olduğundan iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahidlər Siyəzən RPŞ-nin PPXT-nin polis nəfəri Şahid2, KTQ-nin baş inspektor kriminalisti Şahid4, məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahid Təminat hissəsinin sürücüsü X2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 36-37-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 6/378 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş kibrit qutusunun içərisində olan bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,315 qram tünd qəhvəyi rəngli tozşəkilli maddə küstar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra heroinin qalıq çəkisi 1,265 qram təşkil etmişdir. Cinayət işinin 35-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış materialların məhkəmə ekspertizası tədqiqatnın dəyəri 114 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 123-124 vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X5 Ekspert komissiyası tərəfindən xx xxxxx 2020-ci il tarixdə verilmiş 1002 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 24-25-ci vərəqələrində olan xx xxxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində tünd göy rəngli idman gödəkcəsi, qara rəngli idman şalvarı və mavi rəngli rezin ayaqqabı olmuş, bu zaman ona qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunduqda, sonuncu əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd kibrit qutusunu çıxararaq təqdim etmiş, həmin kibrit qutusu açıldıqda onun içərisindən 1 ədəd şəffaf bükülüdə tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin kütlənin “kokos” olduğunu bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzəri axtarılmağa başlanılmış bu zaman sonuncunun üzərindən 268 manat nağd pul götürülmüş, lakin əhəmiyyət kəsb etmədiyindən sonuncunun özünə geri qaytarılmışdır. Daha sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş “Nikon” markalı aparat vasitəsilə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 68-ci vərəqəsində olan xx xxxxx 2020-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında, eləcə də işin 140-145-ci vərəqələrində olan xx xxxx 2020-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 1,265 qram təşkil edən qəhvəyi rəngli, tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Siyəzən RPŞ-nin təminat hissəsinə təhvil verilmişdir. Həmçinin sonuncu qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, habelə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 234.2 və 234.4.3-cü maddələrinin tərkibi olmadığından həmin xüsusat üzrə onun barəsində cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda, xx xxxxx 2020-ci il tarixdə onun üzərində Siyəzən RPŞ-nin növbətçi hissəsində şəxsi axtarış keçirilməsi prosesinin videogörüntüləri köçürülmüş 1 ədəd, eləcə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 vasitəsilə alınmış məlumatların yerləşdiyi 1 ədəd CD disklər iş üzrə maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 80-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X4 xx xxxxx 2020-ci il tarixli tələbnaməsindən, işin 112-122-ci vərəqələrində olan X12 İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli, 1-(101)-673/2009 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs X12 İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək CM-in 66.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq əmlakı müsadirə olunmamaqla 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 05 ay 21 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx xxxxxx 2019-cu il tarixdə isə cəzasını çəkib qurtardığından qeydiyyatdan çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Cinayət işinin 17-ci vərəqəsindəki xx xxxxx 2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs elə həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 64-65-ci vərəqələrindəki xx xxxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi və tutulmuş şəxsin MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Quliyev X7 RPŞ-nin MSY-dən azad edilmiş və onun barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 98-99-cu vərəqələrində olan arayış və xasiyyətnamədən, eləcə də şəxsi məlumatlardan çıxarışdan görünür ki, himayəsində xx xxxxxx 2006-cı il təvəllüdlü Mahmud və xx xxxxxx 2007-ci il təvəllüdlü Taleh adında iki yetkinlik yaşına çatmayan uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından təxminən 8 dəfə artıq miqdarda narkotik vasitə olan heroini əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə xx xxxx 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qüvvəsində saxlanılmasına, habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2 və 234.4.3-cü maddələrinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsi ilə razılaşır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını, eləcə də yaşayış yeri üzrə barəsində şikayət olmamaqla, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində -onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmasını, Təqsirləndirilən şəxs şəxsiyyətini və onun tərəfindən eyni kateqoriyadan cinayət əməlinin yenidən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın üçdə ikisi həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də təminat hissəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 1,265 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və Təqsirləndirilən şəxs üzərində xx xxxxx 2020-ci il tarixdə videoçəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 01 ədəd, eləcə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 vasitəsilə alınmış məlumatların yerləşdiyi 01 ədəd CD disklər cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (bir yüz on dörd) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də təminat hissəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 1,265 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və Təqsirləndirilən şəxs üzərində xx xxxxx 2020-ci il tarixdə videoçəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 01 ədəd, eləcə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 vasitəsilə alınmış məlumatların yerləşdiyi 01 ədəd CD disklər cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 114 (bir yüz on dörd) manat ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-46/2020
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-46/2020
08.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver