Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-46/2022 24.05.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 24 may 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1979-cu il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, orta təhsilli, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,586 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib, idarə etdiyi avtomobildə saxlayaraq, daşımış, 30 yanvar 2022-ci il tarixdə, saat 11:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli olduğu üçün idarə etdiyi “Hyundai Sonata” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Siyəzən şəhərinin H.Əliyev küçəsi ərazisində saxlanılaraq, üzərində şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilməsindən ötrü gətirildiyi Siyəzən RPŞ-nin inzibati binasının həyətində idarə etdiyi avtomobilə keçirilən baxış zamanı sürücü üçün nəzərdə tutulmuş yerdə ayaqaltı adlanan hissənin altında avtomobilin döşəməsində 1 ədəd şəffaf sellofan bükülüdə həmin 1,586 qram çəkidə ağ rəngli, kristalşəkilli, psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, 29 yanvar 2022-ci il tarixdə, saat 15-16:00 radələrində Bakı şəhərindən Siyəzən şəhərinə gələrək, bacısının yaşadığı Siyəzən şəhəri Gənclik qəsəbəsinə getmiş, orada avtomobilini saxlayıb, düşdükdən sonra yerdə bir ədəd sellofan bükülü görmüş, marağını çəkən bükülünü yerdən götürüb, baxarkən içərisində psixotrop maddə “patı” deyilən metamfetamin olduğunu müəyyən etmiş, habelə bükülünü sürücü tərəfdən avtomobilin ayaqaltı hissəsində gizlətmiş, həmçinin bacısıgilə getmədən Şabran şəhərinə getmiş, gecəni orada dayısıgildə qalmışdır. 30 yanvar 2022-ci il tarixdə, saat 11:00 radələrində Şabran şəhərindən Siyəzən şəhərinə qayıtmış, H.Əliyev küçəsində yerləşən Mədəniyyət mərkəzindən bir qədər qabaqda idarə etdiyi avtomobil DYP əməkdaşları tərəfindən saxlanılmış, həmçinin ona yaxınlaşmış polis əməkdaşlarının dəvəti əsasında onlarla Polis Şöbəsinə getmiş, orada keçirilmiş baxış zamanı psixotrop maddə olan metamfetamin sürücü tərəfdən avtomobilin ayaqaltı hissəsində aşkar edilərək, götürülmüşdür. Baxış videoçəkilişlə aparılmış, orada Müdafiəçi, DYP-nin əməkdaşları, Şahid, eləcə də müstəntiq Rəhmin Zeynalov olmuşdur. Sorğu əsasında o, aşkar edilmiş predmetin ona aid olduğunu bildirmiş, habelə istifadə etdiyini qeyd etmişdir. Bundan sonra, müvafiq qaydada sənədləşdirmə işləri aparılmaqla, predmet qablaşdırılmışdır. Bundan əlavə, polis əməkdaşları tərəfindən qeyri-insani rəftar və ya ləyaqəti alçaldan hərəkətlərə, fiziki və ya psixi təsirə məruz qalmamışdır. Təxminən 1 ilə yaxın olar psixotrop maddədən mütəmadi olmasa da, aradabir istifadə etmiş, bundan ailəsinin məlumatı olmamış, həmçinin, saxlanıldıqdan sonra istifadə etməmişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ifadə verməkdən imtina etsə də, şahid Siyəzən RPŞ-nin CAB-ın rəisi Şahid Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən elan edilmiş, həmçinin məhkəmə iclasında təsdiq etdiyini bildirdiyi məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və idarə etdiyi Hyundai Sonata markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilində daşıması barədə 30 yanvar 2022-ci il tarixdə əməliyyat aparatına daxil olmuş məlumat əsasında onun tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair tərtib olunmuş müvafiq qərar RPŞ-nin rəisinin imzası ilə təsdiq edilmiş, habelə həmin gün saat 11:00 radələrində RPŞ-nin rəhbərliyinin tapşırığı ilə Siyəzən RPŞ-nin DYPB-nin YPX inspektorları X5 və X2 ilə birlikdə Siyəzən şəhərinin H.Əliyev küçəsində dayanaraq ətraf ərazini müşahidəyə götürmüşlər. Bir qədər sonra Təqsirləndirilən şəxs idarə etdiyi Hyundai Sonata markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Şabran rayonu istiqamətindən gəldiyini görmüş, həmin vaxt DYP-nin əməkdaşları tərəfindən dərhal Təqsirləndirilən şəxs avtomaşını saxlaması işarəsi verilmiş, sonuncu avtomobili saxladıqdan sonra onlar ona yaxınlaşıb, özlərini təqdim edərək, Siyəzən RPŞ-nin əməkdaşları olduqlarını, üzərində və idarə etdiyi avtomobildə narkotik vasitə gəzdirməsinə dair əsaslı şübhə olduğunu bildirərək, şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilməsi məqsədilə RPŞ-yə dəvət etmiş, Təqsirləndirilən şəxs etiraz etmədiyindən, həmçinin razılığı əsasında o, DYP-nin əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs idarəsindəki avtomobillə birlikdə Siyəzən RPŞ-yə aparmışdır. Siyəzən RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə başlanılmış, bundan əvvəl sonuncuya və digər iştirakçılara qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, həmçinin Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarış zamanı sonuncunun müdafiə hüququnun təmin olunması məqsədi ilə şəxsi axtarışda Müdafiəçi da iştirakı təmin edilmişdir. Keçirilmiş baxışda həmçinin Siyəzən RPŞ-nin YYÇ-nin X7 Qrupunun baş inspektoru X4 da iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda, o, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olmadığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı onun əynində olan qara rəngli paltonun iç cibindən avtomobilə dair sənədlər, sol yan cibindən siqaret və alışqan, paltonun sağ yan cibindən qara rəngli tibbi maska və əynində olan şalvarın kəmər hissəsinə keçirdiyi içərisində avtomobilin açarı da olan açar qabı aşkar olunsa da, qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Şəxsi axtarış yekunlaşdırılmazdan əvvəl Təqsirləndirilən şəxs şəxsi axtarış bitdikdən sonra idarə etdiyi Hyundai Sonata markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçiriləcəyi bildirilməklə, avtomobildə qanunla qadağan olunmuş əşya və ya predmetlərin olub-olmaması soruşulduqda, Təqsirləndirilən şəxs ona məxsus avtomobildə yalnız bıçaq ola biləcəyini və baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış bitdikdən sonra RPŞ-nin həyətində olan ona məxsus avtomobilə baxış keçirilməyə başlanılmış, bundan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq, sonuncunun müdafiə hüququnun təmin olunması məqsədi ilə şəxsi axtarışda Müdafiəçi da iştirakı təmin edilmişdir. Təqsirləndirilən şəxs özünə məxsus avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini bildirərək, bu barədə ərizə təqdim etmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs avtomobilində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa, könüllü olaraq təqdim etməsi təklif olunduqda, o, nəqliyyat vasitəsində qanunla qadağan olunmuş predmet olduğunu bildirməklə, avtomobilin sürücü üçün nəzərdə tutulmuş hissəsində, ayaqaltını qaldıraraq, avtomobilin döşəməsində olan bir ədəd şəffaf sellofan bükülüsünü təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülünün içərisindəki kütlənin “patı” olduğunu bildirmişdir. Həmin bükülüyə müstəntiq Rəhmin Zeynalov tərəfindən baxış keçirilərkən bükülünün açılacağı təqdirdə, dağılma ehtimalı olduğundan və iştirakçılar tərəfindən bükülüdə olan kütlə aydın göründüyündən onun açılması zərurəti yaranmamış, bükülü daha sonra qablaşdırılması üçün avtomobilin arxa yük yerinin üzərinə qoyulmuşdur. Bundan sonra, müstəntiqin göstərişinə əsasən o, Təqsirləndirilən şəxs məxsus avtomobilə baxış keçirməyə davam etmiş, əvvəlcə ön oturacaqlara, daha sonra isə ardıcıllıqla arxa oturacaqlara və avtomobilin salonuna baxış keçirilmiş, avtomobilin salonuna baxış zamanı oradan əlavə qanunla qadağan olunmuş əşya və ya predmetlər aşkar olunmamışdır. Daha sonra, avtomobilin yük yerinə baxış keçirilmiş və orada avtomobilə aid ehtiyat hissələri, çanta və sair əşyaların olması müəyyən olunsa da, qanunla qadağan olunmuş əşya və ya predmetlər aşkar olunmamışdır. Bundan əlavə, avtomobilin mühərrik hissəsinə baxış keçirilmiş və oradan da qanunla qadağan olunmuş əşya və ya predmetlər aşkar olunmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bir ədəd şəffaf sellofan bükülü müstəntiq tərəfindən bir ədəd zərfə qoyularaq zərfin üzəri möhürlənməklə, Təqsirləndirilən şəxs və bütün digər iştirakçılar tərəfindən imzalanmış, bundan sonra tərtib olunaraq ucadan oxunmuş protokolun doğruluğunu o, Təqsirləndirilən şəxs və digər iştirakçılar təsdiq etmişlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 44-46-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 yanvar 2022-ci il tarixli, 6/617 saylı ekspert rəyindən görünür ki, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №96” dairəvi möhür əksi və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,586 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 1,536 qram təşkil etmişdir. Cinayət işinin 43-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 111-112-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 15 mart 2022-ci il tarixdə verilmiş, 1306 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 28-29-cu vərəqələrində olan 30 yanvar 2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında, eləcə də işin 32-33-cü vərəqələrində olan eyni tarixli baxış keçirilməsi və götürmə haqqında protokollardan görünür ki, 30 yanvar 2022-ci il tarixdə, saat 11:47-dən saat 11:53-dək və 11:56-dan 12:09-dək olan müddət ərzində müvafiq olaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və idarə etdiyi “Hyundai Sonata” markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmasa da, sonuncunun avtomobilinin sürücü üçün nəzərdə tutulmuş yerdə ayaqaltı adlanan hissənin altında avtomobilin döşəməsində 1 ədəd şəffaf sellofan bükülüdə ittihamın əsasını təşkil edən psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və avtomobilə baxış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 75-76-cı vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin rəisinin 01 fevral 2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında, eləcə də işin 114-121-ci vərəqələrində olan 22 aprel 2022-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs avtomobilindən götürülmüş qalıq çəkisi 1,536 qram təşkil edən psixotrop maddə metamfetamin kütləsi maddi sübut kimi tanınmaqla, Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin 30 yanvar 2022-ci il tarixdə Siyəzən RPŞ-nin növbətçi hissəsində və inzibati binasının həyətində müvafiq olaraq Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarışın və baxışın video görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd kompakt disk də maddi sübut kimi tanınmaqla, cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 98-99-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 24 mart 2022-ci il tarixli tələbnaməsindən, işin 106-108-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 09 iyul 2009-cu il tarixli, 1(059)-11/2009 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 09 iyul 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib, 2 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 67-ci maddəsi tətbiq edilməklə, Siyəzən Rayon Məhkəməsinin 17 yanvar 2006-cı il tarixli hökmü ilə ona təyin edilmiş cəzanın çəkilməmiş qalan 3 ay 6 gün hissəsi qismən birləşdirilmiş və onun üzərində qəti olaraq 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, habelə o, 09 iyul 2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 22-ci vərəqəsində olan 30 yanvar 2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 72-73-cü vərəqələrində olan 01 fevral 2022-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 109-110-cu vərəqələrində olan arayışdan, xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə edilmiş Abşeron RİH Mənzil- Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin 4 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən 23 may 2022-ci il tarixdə tərtib edilmiş 1207 saylı arayışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama və daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlini səmimi etiraf etməklə, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, qeydiyyatda olduğu yer üzrə barəsində şikayət olmamasını müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən əvvəllər məhkum edilsə də, uzun müddət hüquqazidd əməllərdən uzaq olmasını, törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etməklə, artıq cinayət işinin məhkəməyədək icraat dövründə islah yoluna qədəm qoymasını nümayiş etdirməsini, habelə pis vərdişindən kənarlaşmasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində onun islahına nail olunacağının müəyyən olunmamasını, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 30 yanvar 2022-ci il tarixdən 01 fevral 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Abşeron rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Abşeron rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs nəqliyyat vasitəsindən götürülmüş qalıq çəkisi 1,536 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübutlar, 30 yanvar 2022-ci il tarixdə Siyəzən RPŞ-nin növbətçi hissəsində və inzibati binasının həyətində müvafiq olaraq Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarışın və baxışın video görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd kompakt disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Abşeron rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Abşeron rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs nəqliyyat vasitəsindən götürülmüş qalıq çəkisi 1,536 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübutlar, 30 yanvar 2022-ci il tarixdə Siyəzən RPŞ-nin növbətçi hissəsində və inzibati binasının həyətində müvafiq olaraq Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarışın və baxışın video görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd kompakt disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X3, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-46/2022
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-46/2022
24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver