Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 1(059)-46/2023 07.11.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs14, Təqsirləndirilən şəxs X3 iştirakları ilə 07 noyabr 2023-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında 09 yanvar 1978-ci il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2şamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan X3 Azərbaycan Respublikasının CM-in 162-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: X9 direktoru olduğu "xxxx" MMC-nin Siyəzən rayonu ərazisində Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsinin tikintisi işlərinin icrası ilə əlaqədar, 2021-ci ilin fevral ayından 05 aprel 2021-ci il tarixədək Zərərçəkmiş şəxs13, 04 may 2021-05 sentyabr 2021-ci il tarixlərdə Zərərçəkmiş şəxs3, 13 aprel 2021-19 iyul 2021-ci il tarixlərdə Zərərçəkmiş şəxs9, 2021-ci ilin may ayında (16 gün müddətində) Zərərçəkmiş şəxs11, 15 aprel 2021-10 iyul 2021-ci il tarixlərdə Zərərçəkmiş şəxs12, 04 may 2021-27 may 2021-ci il tarixlərdə Zərərçəkmiş şəxs2, 04 may 2021-20 iyun 2021-ci il tarixlərdə Zərərçəkmiş şəxs4, 2021-ci ilin may ayının sonundan iyul ayının ilk həftəsinədək Zərərçəkmiş şəxs8, 20 may 2021-ci il tarixdən 2 ay müddətində Zərərçəkmiş şəxs10, 25 may 2021-ci il tarixdən 3 ay müddətində Zərərçəkmiş şəxs6, 2021-ci ilin may-avqust aylarında Zərərçəkmiş şəxs1, 04 may 2021-04 avqust 2021-ci il tarixlərdə Zərərçəkmiş şəxs14, 2021-ci ilin iyul-avqust aylarında Zərərçəkmiş şəxs5 və 07 iyun 2021-05 iyul 2021-ci il tarixlərdə Zərərçəkmiş şəxs7 olmaqla, 14 nəfər işçini Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, işlərin görülməsinə cəlb etmişdir. Əvvəlki məhkəmə iclasında təqsirləndirilən şəxs X12 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, "xxxx" MMC-nin məsul şəxsi olsa da, zərərçəkmiş şəxslərlə müqavilə MMC-nin hüquqşünasları tərəfindən bağlanmalı olmuşdur. O, 2019-cu ildən "xxxx" MMC-nin baş direktoru vəzifəsində işləmişdir. Bundan başqa, həmin şirkət 14 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmışdır. Sözügedən MMC yol-tikinti işləri, qaz borularının çəkilməsi və digər işlərin yerinə yetirilməsi üçün təsis edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs3 şirkətin Giləzi qəsəbəsində yerləşən ofisində kamera qurğularının quraşdırılması üçün özünün müraciəti əsasında şirkətdə işləyən Samir Şükürov tərəfindən 2021-ci ilin may ayında dəvət edilmişdir. Zərərçəkmiş şəxs3 10-15 gün ərzində şirkətin ofisinə kamera qurğularını quraşdırmış, habelə 1 həftə sonra işləri dayandığından ondan materialların mühafizəsi üçün orada dayanmasını xahiş etmiş, lakin bu işlə əlaqədar Zərərçəkmiş şəxs3la əmək müqaviləsi bağlamamış, həmçinin işin müqabilində sonuncuya 500 manat əmək haqqı verməli olmuş, habelə o, sonradan Zəngilan şəhərində onunla 8 ay işləmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs3 ona məxsus 5 ədəd akkumulyatorun 2 ədədini özü, digər 3 ədədini isə Samir Şükürov ilə birlikdə oğurlamışdır. Belə ki, Zərərçəkmiş şəxs3 Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində işləmiş, habelə sonuncuya borcu qalmamış, ona olan borcunu Zəngilan rayonuna gedərkən yolda ödəmiş, həmçinin sonuncu Zəngilan rayonunda müqavilə bağladığı başqa şirkətdə də, onunla birlikdə işləmişdir. Bundan əlavə, Zərərçəkmiş şəxs14 maşın ustası kimi tanımış, sonuncu təxminən 2 aya yaxın şirkətin maşınlarında nasazlıq olduqda maşın ustası kimi xidmət göstərmiş, həmçinin onunla da əmək müqaviləsi bağlamamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs4 "xxxx" MMC-də sürücü, Zərərçəkmiş şəxs9 aşbaz köməkçisi, Zərərçəkmiş şəxs2 sürücü, Zərərçəkmiş şəxs5 fəhlə, Zərərçəkmiş şəxs1 sürücü, Zərərçəkmiş şəxs12 2 aya yaxın aşbaz, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs11 sürücü kimi işləsələr də, onlarla əmək müqaviləsi bağlamamışdır. Zərərçəkmiş şəxs5 150-200 manat borcu qalmışdır. Bundan əlavə, Zərərçəkmiş şəxs13 şəxsi avtobusu olduğundan, onunla icarə müqaviləsi bağlasa da, əmək müqaviləsi bağlamamışdır. Həmçinin, Zərərçəkmiş şəxs7la sonuncunun şəxsi avtobusu vasitəsilə şirkətin işçilərinin Siyəzən rayonu ərazisinə daşıması üçün, heç bir müqavilə bağlamamış, habelə 750 manat əmək haqqı verməli olsa da, ona 450 manat borcu qalmışdır. Sürücüləri yoxlamaq üçün bir neçə günlük işə qəbul etdiyi üçün onlarla müqavilə bağlamamışdır. Bundan əlavə, sonuncuların hər biri ilə müqavilə bağlamaq MMC-nin hüquqşünasının məsuliyyətsizliyi səbəbindən olmuşdur. Bununla yanaşı, təqsirləndirilən şəxs Qurban Əliyev sonuncu məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, zərərçəkmiş şəxslərə qeyd etdikləri mələğdə borcu qalsa da, azad edildikdən sonra vurulmuş ziyanları tam ödəyib yekunlaşdıracaqdır. Odur ki, cinayət işi üzrə icraatın bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmir. Təqsirləndirilən şəxs X2 tam təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmə iclasında, həmçinin məhkəməyədək icraat zamanı verdikləri ifadələri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs X5 əvvəllər tanımamış, habelə sonuncuya qarşı heç bir ədavət və düşmənçiliyi olmamışdır. Samir Şükürov adlı şəxs ona Siyəzən rayonu ərazisində yol tikinti işlərinin getməsini, bu səbəbdən də orada şəxsi kompüteri olan işçiyə ehtiyac olmasını bildirdiyi üçün sonuncu ilə razılaşıb, "xxxx" MMC-nin Bakı şəhəri Binəqədi rayonunda yerləşən ofisinə yollanmışlar. Orada, kadrlar üzrə mütəxəssis olan Samirə adlı xanıma lazımı sənədləri təqdim etmiş və kompüter mütəxəssisi kimi işə qəbul edilməklə, kompüterlə qeydiyyat işlərini görməyə başlamışdır. Bir müddət sonra, “Kontakt Home” mağazasından telefon sifariş verdiyi vaxt əmək müqaviləsinin sistemə əlavə olunmadığı ona məlum olduqda, Qurban Əliyevdən əmək müqaviləsini, habelə ona verilməli olan əmək haqqı kartını tələb etdiyində sonuncu bir ay ərzində veriləcəyini bildirsə də, qeyd edilənlər ona təqdim olunmamışdır. Bundan əlavə, ona hər ay 500 manat məbləğində məvacib verilməsi vəd olunsa da, işlədiyi 104 gün ərzində, yəni, 04 may 2021-ci il tarixdən, 05 sentyabr 2021-ci il tarixədək, Qurban Əliyev ona cəmi 201 manat vermiş, habelə hazırda ona 2167 manat borcu qalmışdır. Bundan başqa, işdən çıxan vaxt kompüteri də orada qalmışdır. Belə ki, Ağcabədi rayonunda işlədiyi vaxt Samir Şükürov axşam saat təxminən 23-00:00 radələrində yenidən ona zəng vuraraq, Qurban Əliyevin onu təkrarən işə dəvət etdiyini, habelə birinci layihədən, yəni Siyəzəndə olan borcunu verməyəcəyini, Zəngilan rayonunda işlədikcə maaşını verəcəyini bildirdikdən sonra işlədiyi yeri tərk edərək, borcunu geri almaq məqsədilə Qurban Əliyev ilə birlikdə Zəngilan rayonuna işləməyə yollanmışdır. Lakin, sonuncu hələ də, borcunu geri qaytarmamışdır. Odur ki, Qurban Əliyevdən ona olan borcunu geri qaytarmasını tələb edir. Zərərçəkmiş şəxs1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs X5 əvvəllər tanımamış, habelə sonuncuya qarşı heç bir ədavət və düşmənçiliyi olmamışdır. 2021-ci ilin may ayında "xxxx" MMC-də işə başlamış, həmçinin işə başladıqda ilk öncə Qurban Əliyevin qardaşını daha sonra isə özünü tanımışdır. İşə sürücü kimi başlayaraq, MMC-yə məxsus “Kamaz Euro 2” markalı yük avtomobili idarə etməklə, çınqıl daşımışdır. Eyni zamanda, işə başlamazdan əvvəl Qurban Əliyev ilə aylıq 750 manat əmək haqqı alacağı, habelə onunla əmək müqaviləsi bağlanacağı ilə razılaşsa da, onunla heç bir müqavilə bağlanmamışdır. Qurban Əliyevin nəzarətində olmaqla, 2 aya yaxın Siyəzən rayonunun Böyük Həmyə kəndi ərazisində işləmiş, bu müddət ərzində sonuncudan çətinliklə ümumilikdə 150 manat pul almışdır. Ona məvacibinin verilmədiyini görüb 04 iyul 2021-ci il tarixdə işdən çıxmışdır. Odur ki, Qurban Əliyevdən ona olan 600 manat borcunu geri qaytarmasını tələb edir. Zərərçəkmiş şəxs11 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs X5 əvvəllər tanımamış, habelə sonuncuya qarşı heç bir ədavət və düşmənçiliyi olmamışdır. 13 may 2021-ci il tarixdə Zərərçəkmiş şəxs14 onunla əlaqə saxlayaraq, Siyəzən rayonu ərazisində yol-tikinti işləri aparılması ilə əlaqədar sürücüyə ehtiyac olmasını bildirmiş, habelə sonuncu X14 ilə birlikdə gəlib onu götürmüşlər. İşə qəbul olduğu gün Bakı şəhərinə 2 dəfə yollanaraq oradan "xxxx" MMC-yə məxsus yük maşınlarını Xızı rayonu Giləzi qəsəbəsinə gətirmiş, habelə 750 manat məvacib alacağı ilə razılaşdıqdan sonra qeyd edilən MMC-də işə başlamışdır. Bu zaman, vəzifə öhdəliyi yük maşınının sürücüsü kimi Siyəzən rayonunun Gil-Gilçay qəsəbəsindən, Xızı rayonu Giləzi qəsəbəsinə çınqıl daşımaq olmuş, işlədiyi müddət ərzində Qurban Əliyev ona 50 manat pul vermiş, habelə onunla əmək müqaviləsi bağlanacağını bildirmiş olsa da, vədlərinə əməl etməmişdir. Qurban Əliyev yalançı vədlər verməklə, növbəti ayın əvvəlində əmək müqaviləsi bağlancağını bildirdiyi üçün bu sözlərə inanmayıb 28 may 2021-ci il tarixdə işdən çıxmışdır. Odur ki, Qurban Əliyevdən ona olan borcunu geri qaytarmasını tələb edir. Zərərçəkmiş şəxs2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs X5 əvvəllər tanımamış, habelə sonuncuya qarşı heç bir ədavət və düşmənçiliyi olmamışdır. O, Zərərçəkmiş şəxs11 bir gün sonra, yəni 14 may 2021-ci il tarixdə sürücü kimi "xxxx" MMCdə işə başlamış, işə başladığı gün Qurban Əliyev ona əmək müqaviləsi bağlanmasından ötrü şəxsiyyət vəsiqəsini Zərərçəkmiş şəxs3 verməsini bildirmişdir. Şəxsiyyət vəsiqəsini Zərərçəkmiş şəxs3 təqdim etdikdən sonra sonuncu vəsiqənin şəklini çəkməklə ona geri qaytarmışdır. Lakin, sonradan onlara pul verilmədiyini görüb 28 may 2021-ci il tarixdə Zərərçəkmiş şəxs11 ilə birlikdə işdən çıxmışdır. Bundan 3 gün sonra, yəni 01 iyun 2021-ci il tarixdə Zərərçəkmiş şəxs4 ilə birlikdə yenidən işə başlamış və 20 iyun 2021-ci il tarixədək işləmişdir. O, Qurban Əliyevdən cəmi 100 manat pul almışdır. Odur ki, Qurban Əliyevdən ona olan 700 manat borcunu geri qaytarmasını tələb edir. Zərərçəkmiş şəxs4 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs X5 əvvəllər tanımamış, habelə sonuncuya qarşı heç bir ədavət və düşmənçiliyi olmamışdır. 14 may 2021-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs14 ilə danışan zaman sonuncuya işsiz olmasını bildirmiş və o, ona Siyəzən rayonu ərazisində çəkilməkdə olan yeni yol layihəsində sürücü işinin olmasını söyləmişdir. Bundan sonra, Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində olan "xxxx" MMC-nin ofisinə yollanmışdır. X10 əmək müqaviləsi bağlanmasından ötrü şəxsiyyət vəsiqəsini Zərərçəkmiş şəxs3 verməsini bildirmiş, şəxsiyyət vəsiqəsini sonuncuya təqdim etdikdən sonra Zərərçəkmiş şəxs3 vəsiqənin şəklini çəkməklə ona geri qaytarmış, habelə ona əmək haqqı kartının da veriləcəyi vəd olunmuşdur. Belə ki, aylıq 750-800 manat məvacibin müqabilində razılaşmaqla işə başlasa da, Qurban Əliyev ona 50 manat pul vermiş və hazırda hesablamasına görə ona 1380 manat borcu qalmışdır. Orada işlədiyi 1 ay 6 gün müddət ərzində ** JM *** və ** JM *** dövlət qeydiyyat nişanlı yük maşınları onun istifadəsində olmuş, habelə hər ikisini işlək vəziyyətdə təhvil vermişdir. Odur ki, Qurban Əliyevdən ona olan 1380 manat borcunu geri qaytarmasını tələb edir. Zərərçəkmiş şəxs12 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs X5 əvvəllər tanımamış, habelə sonuncuya qarşı heç bir ədavət və düşmənçiliyi olmamışdır. "xxxx" MMC-də sürücü kimi işləyən Vüqar adlı şəxsin yol-tikinti işlərində işləyən fəhlələrə yemək bişirilməsindən ötrü orada aşpaza ehtiyac olmasını bildirməsindən sonra iş ilə bağlı MMCnin Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində olan “Laçın” kafesinin yaxınlığındakı ofisində Qurban Əliyev ilə görüşmüş və sonuncu onu işə götürmüşdür. İşə götürüldüyü 15 aprel 2021-ci il tarixdə orada, 16-17 fəhlə olduğu üçün ilk vaxtlarda ona təklif edilən 450 manat əmək haqqı ilə razılaşsa da, sonradan 70 fəhlə olduğuna görə 600 manat əmək haqqı veriləcəyinə söz verilmişdir. Bundan başqa, ona əmək haqqı kartı veriləcəyi bildirilsə də, heç bir vədə əməl olunmamışdır. O, orada 10 iyul 2021-ci il tarixədək işləmiş, habelə işlədiyi müddət ərzində Qurban Əliyev ona bir dəfə 100 ABŞ dolları, ikinci dəfə isə 200 manat məbləğində pul vermiş və hazırda 1200 manat borcu qalmışdır. Odur ki, Qurban Əliyevdən ona olan 1200 manat borcunu geri qaytarmasını tələb edir. Zərərçəkmiş şəxs13 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs X5 əvvəllər tanımamış, habelə sonuncuya qarşı heç bir ədavət və düşmənçiliyi olmamışdır. Onun iki sərnişin avtobusu var və hazırda Siyəzən-Bakı xətti üzrə sərnişin daşıma ilə məşğul olur. 2021-ci ildə "xxxx" pandemiyasına görə işsiz olduğundan "xxxx" MMC-də işləmək məcburiyyətində olmuşdur. Orada ilk öncə özünü müdirdən sonra ikinci şəxs kimi təqdim edən Əzməmməd adlı şəxsi, təxminən işləyəndən 10 gün sonra Qurban Əliyevi tanımışdır. İşə 2021-ci ilin mart ayında, yəni təqribən Novruz bayramından 4-5 gün əvvəl başlamış, həmçinin işə başlamazdan əvvəl 1200 manat əmək haqqı alacağı ilə razılaşmış, daha sonra maşınına baxış keçirilmişdir. Bundan əlavə, işə qəbul edilməsi ilə bağlı onunla heç bir əmək müqaviləsi bağlanmamış, habelə əmək müqaviləsinin olması onun üçün vacib olmamışdır. MMC-də vəzifə öhdəliyi servis kimi öz şəxsi avtobusu ilə işçiləri Siyəzən rayonu yazısı olan lövhədən Xızı rayonunun Giləzi qəsəbəsi ərazisinə daşımaq olmuşdur. Orada, 25 iyun 2021-ci il tarixədək işləmiş, bu müddət ərzində Qurban Əliyev ona bir dəfə 300 manat, ikinci dəfə isə 200-250 manat məbləğində pul vermişdir. Qurban Əliyevin hazırda ona 1900 manat borcu vardır. Bundan əlavə, Qurban Əliyevin şirkətdə müsbət davranışlarının şahidi olmuşdur. Bu səbəbdən də, Qurban Əliyevdən yalnız zəhmət haqqı olaraq, ona olan 1900 manat borcunu qaytarmasını tələb edir. Zərərçəkmiş şəxs6 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs X5 əvvəllər tanımamış, habelə sonuncuya qarşı heç bir ədavət və düşmənçiliyi olmamışdır. 2021-ci ilin may ayının təxminən 20-25-i aralığında qonşusu Zərərçəkmiş şəxs1 ona "xxxx" MMC-də sürücü işinin olmasını bildirdikdə, buna etiraz etməyərək, Qurban Əliyev ilə görüşüb, aylıq 750 manat əmək haqqı alacağına dair razılaşmış və Zərərçəkmiş şəxs3 da, şəxsiyyət vəsiqəsinin fotosonu çəkmişdir. Bundan sonra, onunla əmək müqaviləsinin bağlanacağı bildirilsə də, ona yalnız yol vərəqəsi təqdim edilmişdir. Bundan başqa, orada vəzifə öhdəliyi istifadəsində olan ** JM *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Siyəzən rayonunun Çandahar və Yenikənd kəndlərinə, eləcə də, Xızı rayonunun Giləzi qəsəbəsi ərazisinə çınqıl daşımaq olmuşdur. MMC-də 2 ay işləyib oradan çıxmışdır. Bundan başqa, Qurban Əliyevin qardaşından ona olan borcun bir qismini aldığı üçün Qurban Əliyevin ona hazırda 550 manat borcu qalmışdır. Odur ki, Qurban Əliyevdən ona olan borcunu geri qaytarmasını tələb edir. Zərərçəkmiş şəxs7 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs X5 əvvəllər tanımamış, habelə sonuncuya qarşı heç bir ədavət və düşmənçiliyi olmamışdır. 07 iyun 2021-ci il tarixdə, **-SG-*** dövlət qeydiyyat nişanlı şəxsi sərnişin avtobusu ilə "xxxx" MMC-də sürücü kimi işə başlamış, vəzifə öhdəliyi işçiləri səhər saatlarında işə daşımaq və işdən sonra Xızı rayonunun Giləzi qəsəbəsi ərazisindən kəndlərə aparmaq olmuşdur. Habelə, bu işin müqabilində aylıq 850 manat əmək haqqı alacağı ilə razılaşmışdır. Daha sonra ona, ərazinin fotoşəkillərini çəkmək üçün gələn fotoqrafı ərazidə gəzdirmək tapşırılmışdır. Bundan sonra, gündə iki-üç dəfə Siyəzən rayonunun ərazisinə gəlmək məcburiyyətində qalmışdır ki, bu da ona sərf etməmişdir. Sonradan ona, 1000 manat əmək haqqı veriləcəyi və əmək müqaviləsinin bağlanacağı söz verilsə də, vədlərinə əməl etməmişlər. Beləliklə, 05 iyul 2021-ci il tarixdə işdən çıxmışdır. İşdən çıxdıqdan sonra, yəni 2022-ci ilin yanvar ayında dəfələrlə etdiyi zənglərdən sonra Qurban Əliyev ona 200 manat ödəniş etmiş və hazırda ona 800 manat borcu qalmışdır. Odur ki, Qurban Əliyevdən ona olan borcunu geri qaytarmasını tələb edir. Zərərçəkmiş şəxs10 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs X5 əvvəllər tanımamış, habelə sonuncuya qarşı heç bir ədavət və düşmənçiliyi olmamışdır. Zaur adlı tanışı ilə birlikdə Qurban Əliyevin yanına gedib işlə bağlı görüşdükdən sonra aylıq 750 manat əmək haqqı müqabilində razılaşıb, sürücü kimi 20 may 2021-ci il tarixdə "xxxx" MMC-də işə başlamış, işə başladığı gün Qurban Əliyev ona əmək müqaviləsi bağlanmasından ötrü şəxsiyyət vəsiqəsini Zərərçəkmiş şəxs3 verməsini bildirmişdir. Şəxsiyyət vəsiqəsini Zərərçəkmiş şəxs3 təqdim etdikdən sonra, sonuncu vəsiqəsinin şəklini çəkib ona geri qaytarmışdır. Bundan başqa ona, müqavilənin veriləcəyi bildirilsə də, heç bir əmək haqqı müqaviləsi təqdim edilməmişdir. Bundan başqa, orada sürücü kimi çınqıl daşımış, habelə bütün işlərə Qurban Əliyev və onun oğlu nəzarət etmişdir. Orada iş bağlanana kimi, yəni iki ayadək işləyib 21 iyul 2021-ci il tarixdə işdən çıxmışdır. İşlədiyi vaxt ərzində Qurban Əliyev ona 350 manat ödəniş etmiş və hazırda 585 manat borcu qalmışdır. Qurban Əliyev qalıq pulu verəcəyini bildirsə də, hələ də verməmiş və hansı səbəbdən də verilmədiyi ona məlum olmamışdır. Odur ki, Qurban Əliyevdən ona olan borcunu geri qaytarmasını tələb edir. Zərərçəkmiş şəxs9 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs X5 əvvəllər tanımamış, habelə sonuncuya qarşı heç bir ədavət və düşmənçiliyi olmamışdır. İş axtardığını bildikləri üçün Zərərçəkmiş şəxs13 və Əzməmməd adlı şəxs 11 aprel 2021-ci il tarixdə onlara gəlib ona "xxxx" MMC-də aşpaz köməkçisinə ehtiyac olmasını bildirib iş təklifi etmiş, habelə aylıq 400 manat əmək haqqı veriləcəyini də söyləmişlər. Bununla razılaşıb 13 aprel 2021-ci il tarixdə aşpaz köməkçisi kimi işə başlamışdır. Sonradan işçilərin sayı artdığı üçün əmək haqqı 500 manata yüksəldilmişdir. Daha sonra, aşpaz işdən çıxdığı üçün, həm qabyuyan, həm də aşpaz kimi işlədiyinə görə ona 700 manat əmək haqqı verəcəklərini bildirmişlər. Bu vaxt orada Qurban Əliyev deyil, sonuncunun oğlu Həsən olmuşdur. Eyni zamanda, əmək müqaviləsinin bağlanacağı bildirilsə də, onunla heç bir əmək müqaviləsi bağlanılmamışdır. Əmək haqqı 700 manat olduqdan sonra 19 gün işləmiş, 19 iyul 2021-ci il tarixdə işdən çıxmışdır. 19 gün müddət üçün alacağı məvacib 500 manat təşkil edir. Qurban Əliyevin ona əvvəlki aydan 60 manat da borcu qaldığından hazırda ona 560 manat borcu qalmışdır. Odur ki, Qurban Əliyevdən ona olan borcunu geri qaytarmasını tələb edir. Zərərçəkmiş şəxs14 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs X5 əvvəllər tanımamış, habelə sonuncuya qarşı heç bir ədavət və düşmənçiliyi olmamışdır. 2009-cu idən 2021-ci ilin aprel ayındadək Qurban Əliyevlə əlaqəsi olmamış, habelə 2021-ci ilin may ayında sonuncu özü onunla əlaqə saxlayaraq, Siyəzən rayonu ərazisində yeni layihə götürdüyünü, bununla bağlı görüşüb danışmaq istədiyini bildirmişdir. Bundan sonra, Dostluq kafesində Qurban Əliyev ilə görüşüb iş barəsində söhbətləşərkən sonuncu ona 9 ədəd “Kamaz” markalı avtomaşının olmasını, habelə onunla işləməsini və 1500 manat əmək haqqı verəcəyini bildirərək, iş təklifi etmişdir. Həmin ərəfədə yük maşını sürücüsü kimi başqa şirkətdə işləmişdir. Beləliklə, idarəçiliyində olan maşını təhvil verərək, Qurban Əliyevin təklifi ilə 04 may 2021-ci il tarixdə "xxxx" MMC-də usta kimi işə başlamışdır. Vəzifə öhdəliyi orada olan yük maşınlarını təmir etmək olmuşdur. İşlərə qardaşı nəzarət etmişdir. Bundan başqa, orada işçiyə ehtiyac olduğu üçün tanıdığı şəxslərə iş təklifi etmiş, habelə onlar da şərtlərlə razılaşıb gəlmişlər. Orada işlədiyi vaxt ərzində onunla əmək müqaviləsi bağlanmamışdır. 04 avqust 2021-ci il tarixədək orada işləməklə, ümumilikdə 200 manat pul almışdır. X4 4300 manat borcu qalmışdır. Odur ki, Qurban Əliyevdən ona olan borcunu geri qaytarmasını tələb edir. Zərərçəkmiş şəxs5 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs X5 əvvəllər tanımamış, habelə sonuncuya qarşı heç bir ədavət və düşmənçiliyi olmamışdır. 07 iyun 2021-ci il tarixdə Xızı rayonu Giləzi qəsəbəsi ərazisində Qurban Əliyev ilə görüşüb işlə bağlı razılığa gəldikdən sonra fəhlə kimi "xxxx" MMC-də işə başlamış, işə başladığı gün Qurban Əliyev ona əmək müqaviləsi bağlanmasından ötrü şəxsiyyət vəsiqəsini Zərərçəkmiş şəxs3 verməsini bildirmişdir. Şəxsiyyət vəsiqəsini sonuncuya təqdim etdikdən sonra Zərərçəkmiş şəxs3 vəsiqənin şəklini çəkməklə ona geri qaytarmışdır. Müqavilənin veriləcəyi bildirilsə də, ona heç bir əmək müqaviləsi təqdim edilməmişdir. Habelə, Qurban Əliyev ona aylıq 500 manat əmək haqqı veriləcəyini söyləsə də, işlədiyi 2 ay ərzində hər dəfəsində 200 manat olmaqla, cəmi 400 manat pul vermiş və hazırda ona 600 manat borcu qalmışdır. Pulun verilməmə səbəbini soruşduqda isə bəhanə kimi layihənin hesabına pulun köçməməsini bildirmişdir. Odur ki, Qurban Əliyevdən ona olan borcunu geri qaytarmasını tələb edir. Zərərçəkmiş şəxs8 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs X5 əvvəllər tanımamış, habelə sonuncuya qarşı heç bir ədavət və düşmənçiliyi olmamışdır. o, hazırda Laçın rayonunda sürücü kimi işləyir. 2021-ci ilin may ayının axırlarında Siyəzən rayonu ərazisində yol tikintisini həyata keçirən "xxxx" MMC-də işləmək üçün boş iş yerinin olduğunu eşitmiş və Xızı rayonunun Giləzi qəsəbəsinə gedib həmin MMC-nin rəhbəri Qurban Əliyevlə görüşmüş, daha sonra sonuncunun şəriki Nicat adlı şəxslə danışmış, şəxsi “Kamaz” markalı yük avtomobilinin olması barədə Qurban Əliyevə məlumat vermiş, həmçinin sonuncu ona aylıq 1600 manat maaş alacağını bildirmiş, habelə həmin ərəfədə işə başlamışdır. Onun işi ələk vasitəsilə ələnmiş qrabeli yol tikintisi aparılan əraziyə daşımaqdan ibarət olmuş, işlərə Qurban Əliyev özü nəzarət etmişdir. Sözügedən şirkətin işi ödənişli Bakı-Quba yolunun alternativ hissəsinin Siyəzən rayon ərazisindən keçən hissəsində yol tikinti işləri aparmaq olmuşdur. O, 1 ay yarım ərzində, daha doğrusu 2021ci ilin may ayının sonundan həmin ilin iyul ayının ilk həftəsinədək bu işləri görmüşdür. Qurban Əliyev ona bir neçə dəfə, yəni 100, 500 manat olmaqla, 3 dəfə pul vermiş, lakin, onunla nə əmək müqaviləsi bağlamış, nə də əmək haqqı kart verməmiş, buna ehtiyacın olmadığını bildirmişdir. X4 1200 manat borclu qalmışdır. Odur ki, qalıq pulu ödənilmədiyi üçün Qurban Əliyevdən şikayətçidir. Məhkəmə iclasında iştirak edən Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, 2019-cu ildən 2021-ci ilin yay aylarınadək "xxxx" MMC-də icraçı direktor vəzifəsində işləmiş, "xxxx" virusuna yoluxduğu üçün işdən uzaqlaşmışdır. Belə ki, MMC qaz boruları və yol çəkilişləri ilə məşğul olmuşdur. Orada işlədiyi vaxtlarda "xxxx" MMC-nin vəzifəsi Bakı-Rusiya ödənişli yolunun çəkilməsində asfalt qatına qədər olan işlərinin görülməsi olmuşdur. MMC həmin vaxtlarda Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində fəaliyyət göstərmiş, onun vəzifə öhdəliyi isə tapşırığa əsasən karyerdən çıxan maşınların yüklərinə nəzarət etmək olmuşdur. Bu səbəbdən də, işçilərin əksəriyyətindən xəbəri olmamış, habelə işçiləri o, işə götürməmiş, eyni zamanda, müqavilələrin bağlanması və ya məvaciblərin hansı formada verilməsindən xəbəri olmamışdır. Belə ki, işçilərin əksəriyyətini Qurban Əliyev işə götürdüyündən əmək haqqını da özü vermişdir. Bundan başqa, əmək müqavilələrinin bağlanmasını eşitsə də, bu barədə dəqiq məlumatı yoxdur. MMC-də işçi axtarıldığını ona bildirdikləri üçün işçilərdən ikisini, yəni Zərərçəkmiş şəxs13 ilə Zərərçəkmiş şəxs9 işə o, cəlb etsə də, onları Qurban Əliyev işə götürmüşdür. Zərərçəkmiş şəxs13 “Ford Transit” markalı avtomaşını olduğundan orada sürücü kimi, Zərərçəkmiş şəxs9 isə aşpaz köməkçisi kimi işləmişlər. Bundan başqa, orada işlədiyi dövrdə Zərərçəkmiş şəxs9 müqaviləsinin olmasını soruşduğunda sonuncu əmək müqaviləsinin bağlandığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Şahid3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, 2021-ci ilin aprel ayından Siyəzən rayonu ərazisində Bakı-Rusiya ödənişli yol layihəsinin çəkilişi zamanı "xxxx" MMC-də sahə rəisi kimi işləmiş, Qurban Əliyevi də oradan tanımışdır. İlham Qurbanov adlı şəxs ona sözügedən MMC-də sahə rəisi vəzifəsinə işçi lazım olduğunu bildirmiş, Qurban Əliyev isə onunla əlaqə saxlayaraq onu işə götürmüş, 17 may 2021-ci il tarixdə isə işdən çıxmışdır. Daha sonra, 17 oktyabr 2021-ci il tarixdən 21 dekabr 2021-ci il tarixədək Zəngilan rayonunda eyni vəzifədə işləmiş, vəzifə öhdəliyi sahədə işçiləri texnikanı idarə etmək, dolma yarma işlərini yerinə yetirmək olmuşdur. Bundan başqa, işçilərlə müqavilə bağlamaq onun vəzifəsi olmamışdır. O, işə başlayanda işçilərin hamısı olmuş və əlavə işçiyə ehtiyac olmamışdır. Bundan başqa, maliyyə işlərinə də aidiyyəti olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Şahid2 məhkəməyə ünvanladığı teleqramlarda oğlunun səhhətində olan problemlərlə bağlı sonuncunun müalicəsi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş edib, istintaqda verdiyi ilkin ifadəsini təsdiq etdiyini bildirmişdir. Beləliklə, Şahid2, Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən elan edilmiş məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, təxminən 22 sentyabr 2019-cu il tarixdən 17 avqust 2021-ci il tarixə kimi "xxxx" MMC-də direktor müavini vəzifəsində işləmiş və orada fəaliyyət göstərərkən şirkət hələ Zəngilan rayonu ərazisində işlərin görülməsinə başlamamışdır. O, şirkətin direktoru Qurban Əliyevin tapşırığı ilə "xxxx" MMC-də işə qəbul olmaq istəyən şəxslərin sənədlərini, yəni şəxsiyyət vəsiqələrini, sağlamlıq haqqında arayışlarını, hərbi biletlərinin surətlərini və işə qəbul olma ilə bağlı ərizələrini götürüb, Qurban Əliyevin özünə təqdim etmiş, işçilərlə müqaviləni sonuncu özü bağlamışdır. O, "xxxx" MMC-də yalnız Qurban Əliyevin tapşırıqlarını yerinə yetirmiş, adları çəkilən şəxslərdən Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs13 sənədlərini qəbul etmişdir. Seymur Cəlilovun kim olduğunu, ondan sənəd götürüb-götürmədiyini isə xatırlamır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, habelə Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin 18 oktyabr 2023-cü il tarixli, 47-4/2-7549 nömrəli məktubuna görə məhkəmə iclasına məcburi qaydada gətirilməsi mümkün olmayan Şahid4, Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən elan edilmiş məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, təxminən 06 dekabr 2021-ci il tarixdən "xxxx" MMC-də baş mexanik, 02 iyun 2022-ci il tarixdən direktor olaraq fəaliyyət göstərir. "xxxx" MMC 30 oktyabr 2021-ci il tarixdən 31 iyul 2022-ci il tarixə kimi “Kalyon RSY” və "xxxx" MMC ilə bağlanmış subpodrat müqaviləsi əsasında Zəngilan rayonu ərazisində fəaliyyət göstərmişdir. Bundan əlavə, "xxxx" MMC 30 oktyabr 2021-ci il tarixdən təxminən 2022-ci ilin aprel ayına kimi onlarla bağlanmış subpodrat müqavilə əsasında Zəngilan rayonu ərazisində fəaliyyət göstərmiş, həmin MMC-nin direktoru Qurban Əliyev olmuşdur. Cinayət işinin İİ cild 44-cü səhifəsindəki Azərbaycan Respublikası Vergilər Nazirliyi 14 saylı Ərazi Vergilər İdarəsinin Kommersiya qurumunun Dövlət Reyestrindən çıxarışının surətindən görünür ki, 07 yanvar 2019-cu il tarixində qeydiyyata alınmış "xxxx" MMC Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən "xxxx" prinsipi ilə dövlət qeydiyyatına alınmaqla, MMC-nin qanuni təmsilçisi X6r. Cinayət işinin İ cild 228-229-cu vərəqələrindəki Siyəzən rayon prokurorluğunun 28 iyul 2022-ci il tarixli, ********* nömrəli məktubundan, eləcə də İİ cild 106-cı səhifəsindəki Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 18 avqust 2022-ci il tarixli, **********2 nömrəli məktubundan görünür ki, 28 iyul 2022-ci il tarixdə Siyəzən rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə sorğu ilə zərərçəkmiş şəxslərlə "xxxx" MMC arasında Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsinin bağlanılıb-bağlanılmaması, müsbət halda həmin əmək müqavilələrinin hüquqi qüvvəyə minib-minməməsi barədə rayon prokurorluğuna məlumat verilməsi xahiş edilmiş, lakin, cavab məktubunda qeyd olunan şəxslərin adına "xxxx" MMC (VÖEN: **********) tərəfindən Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə əmək müqaviləsi bildirişlərinin daxil edilmədiyi bildirilmişdir. Cinayət işinin İİİ cild 53-56-cı səhifələrindəki Azərbaycan Respublikasının Baş Prokurorluğu Kriminalistika və informasiya texnologiyaları idarəsinin 15 noyabr 2022-ci il tarixli məktubu ilə təqdim edilmiş DİN-in Vahid məlumat axtarış sistemində məhkumluq barədə ilkin əməliyyat məlumatından, eləcə də iş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, X1 dəfə Ağcabədi Rayon Məhkəməsinin 22 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.4-cü maddəsi tətbiq edilməklə, 4800 manat cərimə cəzasına məhkum edilmiş, habelə bu cərimə ödənilmişdir. Bununla da, Qurban Əliyev hazırkı əmələ münasibətdə üzərində məhkumluğu olmayan şəxsdir. Cinayət işinin İ cildinin 247-248-ci vərəqələrində olan 03 avqust 2022-ci il tarixli, həmçinin işin İİİ cildinin 13-cü vərəqəsindəki 05 noyabr 2022-ci il tarixli məcburi gətirilmə haqqında qərarlardan görünür ki, həmin tarixdə X3 barəsində məcburi gətirilmə tətbiq edilmişdir. Cinayət işinin İV cildinin 12-13-cü vərəqələrində olan 08 fevral 2023-cü il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbiri haqqında” qərardan görünür ki, həmin tarixdə X3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Eyni zamanda, bu qərardan, eləcə də cinayət işinin İİİ cildinin 187-188-ci vərəqələrindəki 23 dekabr 2022-ci il tarixli başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin seçilməsi barədə və bu cildin 203-204-cü vərəqələrində olan 13 yanvar 2023-cü il tarixli istintaqdan gizləndiyi üçün təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında qərarlardan görünür ki, X9 02 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 162-1.1 və 308.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsə də, olduğu yer məlum olmadığından barəsində həmin maddələrlə ittiham elan edilməsi mümkün olmamış, habelə istintaqdan gizləndiyi və olduğu yerin məlum olmaması səbəbindən ittiham elan etmək üçün onun barəsində axtarış elan edilməklə, tutulması haqqında eyni tarixli qərar qəbul edilərək, icrası üçün Zəngilan RPŞ-yə göndərilmiş, lakin, Qurban Əliyev 23 dekabr 2022-ci il tarixdə rayon prokurorluğuna könüllü gələrək, təqsirləndirilən şəxs qismində ifadə vermişdir. Bundan sonra, 23 dekabr 2022-ci il tarixli qərarla X9 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsə də, sonuncu cinayət prosesini həyata keçirən orqanın icazəsi olmadan başqa yerə gedərək, ondan gizlənmiş, dəfələrlə çağırışlar üzrə gəlməyərək, onun barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozmuşdur. Bu səbəbdən də, 13 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara, görə Qurban Əliyevin barəsində axtarış elan edilməklə, tutulma haqqında qərar qəbul edilmiş, həmçinin o, 08 fevral 2023-cü il tarixdə Zəngilan rayon prokurorluğuna gətirilərək, təqsirləndirilən şəxs qismində əlavə olaraq ifadə vermişdir. Cinayət işinin materiallarında olan Siyəzən Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 1(059)-46/2023 saylı qərarından görünür ki, X9 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, sonuncu məhkəməyə gəlməmiş, buna görə də 13 iyun 2023-cü il tarixdə onun Siyəzən Rayon Məhkəməsinə məcburi gətirilməsi barədə qərar qəbul olunmuşdur. Lakin, cinayət işinin materiallarına əlavə edilmiş Siyəzən RPŞ-nin 24 iyun 2023-cü il tarixli, 3-13-106/2-7555/2023 saylı məktubundan görünür ki, təqsirləndirilən şəxs X3 yaşadığı yeri müəyyən etmək mümkün olmadığı üçün onun 22 iyun 2023-cü il tarixdə məcburi qaydada Siyəzən Rayon Məhkəməsinə gətirilməsi barədə qərarın icrasını təmin etmək mümkün olmamışdır. Bundan əlavə, Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin 22 iyun 2023-cü il tarixli, 3-13-54-2/2-5074/23 saylı məktubunda da, sözügedən polis bölməsinin inzibati ərazisində təqsirləndirilən şəxsin yaşayış yeri kimi göstərdiyi Əlicanov küçəsinin olmadığı və bu səbəbdən də məcburi gətirilmə qərarının icrasının mümkünsüz olduğu göstərilmişdir. Cnayət işinin materiallarında olan Siyəzən Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 1(059)-46/2023 saylı qərarından görünür ki, X9 barəsində seçilmiş "polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan olunmaqla, iş üzrə icraat təqsirləndirilən şəxs Qurban Əliyev tapılanadək dayandırılmışdır. Cinayət işinin materiallarında olan 30 iyul 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan, Siyəzən RPŞ-nin eyni tarixli, 3-13-106/2-9138/2023 nömrəli məktubundan, eləcə də Siyəzən Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 1(059)-46/2023 saylı qərarından görünür ki, X9 30 iyul 2023-cü il tarixdə Bakı şəhəri ərazisində saxlanılaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasına təqdim olunmasından ötrü Siyəzən RPŞ-nin MSY-yə təhvil verilmiş, həmçinin cinayət işi üzrə icraat 01 avqust 2023-cü il tarixdə təzələnmişdir. Cinayət işinin İİİ cild 100-101-ci vərəqələrində olan xasiyyətnamədən və arayışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan X9 barəsində Tovuz RİHB-nin Tovuz şəhəri İƏD üzrə nümayəndəliyinə heç bir şikayət ərizəsi və ləkələyici material daxil olmamışdır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs6 tərəfindən 26 sentyabr 2023-cü il tarixdə tərtib edilmiş ərizələrdən görünür ki, onlara dəymiş ziyan X9 tərəfindən ödənilmədiyindən sonuncudan şikayətçidirlər. Cinayət işinin İİİ cild 110-111-ci vərəqələrində olan 02 dekabr 2022-ci il tarixli, 206- 207-ci vərəqələrindəki 13 yanvar 2023-cü il tarixli cinayət təqibi üzrə icraatın dayandırılması, 152-153-cü vərəqələrindəki 20 dekabr 2022-ci il tarixli və 08 fevral 2023cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərarlardan görünür ki, müvafiq olaraq bu cinayət işi üzrə icraat ilk dəfə 02 dekabr 2022-ci il tarixdə dayandırılsa da, 20 dekabr 2022-ci il tarixdə təzələnmiş, ikinci dəfə 13 yanvar 2023-cü il tarixdə dayandırıldıqdan sonra 08 fevral 2023-cü il tarixdə təzələnmişdir. Beləliklə, X3 direktoru olduğu "xxxx" MMC-nin Siyəzən rayonu ərazisində Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsinin tikintisi işlərinin icrası ilə əlaqədar 14 nəfər zərərçəkmiş şəxsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, işlərin görülməsinə cəlb etməsi cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, X3 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 162- 1.1-ci maddəsi ilə tövsif edilmişdir. Buna baxmayaraq, məhkəmənin baxış iclası zamanı müdafiəçi və təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etməmişlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət törətdiyi gündən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Qeyd olunan Məcəllənin 162-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Sözgedən Məcəllənin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Bu mənada, X3 təqirləndirildiyi CM-in 162-1.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Təqsirləndirilən şəxs X7 CM-in 162-1.1-ci maddəsi ilə elan edilmiş ittihamdan və məhkəmə baxışında tədqiq edilmiş sübutların məcmusundan müəyyən olunmuşdur ki, X9 direktoru olduğu "xxxx" MMC-nin Siyəzən rayonu ərazisində Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsinin tikintisi işlərinin icrası ilə əlaqədar, 2021-ci ilin fevral ayından 05 aprel 2021-ci il tarixədək Zərərçəkmiş şəxs13, 04 may 2021-05 sentyabr 2021-ci il tarixlərdə Zərərçəkmiş şəxs3, 13 aprel 2021-19 iyul 2021-ci il tarixlərdə Zərərçəkmiş şəxs9, 2021-ci ilin may ayında (16 gün müddətində) Zərərçəkmiş şəxs11, 15 aprel 2021-10 iyul 2021-ci il tarixlərdə Zərərçəkmiş şəxs12, 04 may 2021-27 may 2021-ci il tarixlərdə Zərərçəkmiş şəxs2, 04 may 2021-20 iyun 2021-ci il tarixlərdə Zərərçəkmiş şəxs4, 2021-ci ilin may ayının sonundan iyul ayının ilk həftəsinədək Zərərçəkmiş şəxs8, 20 may 2021-ci il tarixdən 2 ay müddətində Zərərçəkmiş şəxs10, 25 may 2021-ci il tarixdən 3 ay müddətində Zərərçəkmiş şəxs6, 2021-ci ilin may-avqust aylarında Zərərçəkmiş şəxs1, 04 may 2021-04 avqust 2021-ci il tarixlərdə Zərərçəkmiş şəxs14, 2021-ci ilin iyul-avqust aylarında Zərərçəkmiş şəxs5 və 07 iyun 2021-05 iyul 2021-ci il tarixlərdə Zərərçəkmiş şəxs7 olmaqla, 14 nəfər işçini Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, işlərin görülməsinə cəlb etmişdir. Göründüyü kimi hazırkı cinayət işi üzrə sonuncu hadisə 04 may 2021-ci il tarixdən başlamaqla, 05 sentyabr 2021-ci il tarixdə yekunlaşmış, bununla da cinayətlərin törədildiyi gündən iki ildən artıq müddət keçmişdir. Həmçinin, Azərbaycan Respublikası CM-in 162-1.1-ci maddəsində göstərilən cinayət formal tərkibli olmaqla, xeyli sayda (“on nəfər və ondan çox olan işçilərin” Cinayət Məcəlləsinin 162-1-ci maddəsinin “Qeyd” hissəsinin İ hissəsi) işçinin hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edildiyi andan başa çatmış sayılır. Hətta, cinayət işinin icraatının dayandırılması və təzələnməsi ilə əlaqədar hesablanmış müddətlər (cəmi 1 ay 28 gün cinayət işinin icraatının dayandırılması müddəti) nəzərə alınsa belə, həmin müddət iki illik müddətin ötürülməsinə mane ola bilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Bu Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırmaqla, həmçinin müdafiə tərəfinin razılığını, habelə təqsirləndirilən şəxsin özünü cinayət əməli üzrə tam şəkildə təqsirli bilməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə xitam verilməli və o, Azərbaycan Respublikası CPM-nin 39.1.3 və 43.3-cü maddələri tətbiq edilməklə, bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Eyni zamanda məhkəmə hesab edir ki, X9 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, bu qərar elan olunduqdan dərhal sonra məhkəmə iclası zalında həbsdən azad olunmalıdır. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak, eləcə də məhkəmə məsrəfi yoxdur. Həmçinin, X3 cinayət əməlini törətməsi nəticəsində zərərçəkmiş şəxslərə dəymiş maddi zərəri mülki icraat qaydasında tələb etmək hüquqlarının olması onlara izah edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 39-cu, 43-cü, 344-347-ci, 356-cı, 358-ci və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə xitam verilsin və o, Azərbaycan Respublikası CPM-nin 39.1.3 və 43.3-cü maddələri tətbiq edilməklə, bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad edilsin. X9 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, bu qərar elan olunduqdan dərhal sonra məhkəmə iclası zalında həbsdən azad olunsun. X3 cinayət əməlini törətməsi nəticəsində zərərçəkmiş şəxslərə dəymiş maddi zərəri mülki icraat qaydasında tələb etmək hüquqlarının olması onlara izah edilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-46/2023
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №1(059)-46/2023
07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver