Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-47/2020 03.09.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 2020-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1980-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən ümumi təmiz çəkisi 1,205 qram çəkidə narkotik vasitə olan heroin, ümumi təmiz çəkisi 0,054 qram psixotrop maddə olan metafetamin, təsiredici maddəsinin miqdarı 0,02 qram olan narkotik vasitə metadon əldə edərək, həmin narkotik vasitələrdən 0,032 qram heroini xx xxxxx 2020-ci il tarixdə təxminən saat 15:00 radələrində Şahid7 yaşadığı Siyəzən şəhəri, Ə.Vahid küçəsi, 66 nömrəli evin həyətində 9 manata sataraq, qalanını yaşadığı həmin ünvanda saxlamış, xx xxxxx 2020-ci il tarixdə saat 16:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən yaşadığı qeyd olunan evə baxış keçirilən zaman oranın yataq otağındakı çarpayının yanında olan stulun üzərindən 1 ədəd sarı rəngli sellofan bükülünün içərisindən 1,173 qram çəkidə narkotik vasitə olan heroin, 05 ədəd gümüşü rəngli siqaret kağızı bükülülərinin içərisindən ayrı-ayrılıqda təmiz çəkiləri 0,008 qram, 0,008 qram, 0,014 qram, 0,012 qram və 0,012 qram olmaqla, ümumi təmiz çəkiləri 0,054 qram çəkidə psixotrop maddə olan metafetamin, 1 ədəd üzərində “Methodone-40” sözləri olan blister kəsiyinin içərisindən 1 ədəd yarımçıq tabletdə narkotik vasitə olan metadon və 1 ədəd işlək vəziyyətdə səthində psixotrop maddə metafetaminin izləri olan elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 2-3 il olar narkotik vasitə heroindən və şüşə adlandırılan psixotrop maddə metafetamindən istifadə edir. Bundan başqa, Şahid7 Siyəzən şəhər sakini kimi tanımış və sonuncunun narkotik vasitə heroindən istifadə etdiyini bilmişdir. xx xxxxx 2020-ci il tarixdə Şahid7 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən istifadəsində olan ***-***-**-** saylı mobil telefona zəng vuraraq ondan narkotik vasitə olan heroin istəmiş, o, də Rüfətə belə şeyə görə ona zəng vurmamasını xahiş etmişdir. Bir az sonra Şahid7 yenidən ona zəng edərək evinin qarşısında olduğunu, vəziyyətinin pis olduğunu bildirmiş, o, da həyətdə Rüfətin doğrudan da pis vəziyyətdə olduğunu görmüşdür. Şahid7 ona yalvarmağa başlayaraq ondan narkotik vasitə heroin istəmiş, o, da Rüfətə yazığı gəldiyi üçün sonuncuya bir büküm narkotik vasitə heroin vermiş, lakin, ona heroini onların həyətində istifadə edib getməsini xahiş etmişdir. Bu zaman həyətlərində təmir işləri ilə əlaqədar işləyən ustanın çağırışına getmiş, qayıdarkən Rüfətin həyətdən çöldə maşına əyləşdiyini gördükdə ondan hara getdiyini soruşmuşdur. Sonuncu “əmi, işim var getməliyəm, 9 manat pulu qoydum həyətinizdəki daşın üstünə” deyərək cavab vermişdir. O isə öz növbəsində ona pulu götürməsini, verdiyi narkotik vasitəni pul müqabilində vermədiyini bildirmişdir. Rüfət isə öz növbəsində “səndən dəfələrlə borc pul almışam, ordan çıx” deyərək çıxıb getmişdir. Şahid7 dəfələrlə ondan maddi imkanı olmadığı üçün pul istəmiş, o da, həmişə yazığı gəldiyi üçün az da olsa, Rüfətə çörək pulu vermişdir. Şahid7 getməsindən təxminən 10-15 dəqiqə sonra yaşadığı evin qarşısında dayandığı zaman polis əməkdaşları ona yaxınlaşaraq yaşadığı evdə narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirdikdə, o, polis əməkdaşlarına yaşadığı evdə narkotik vasitə heroin və psixotrop maddə metafetamin saxladığını, evinə baxış keçirilməsinə etirazının olmadığını söyləmiş, bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi iştirakı ilə yaşadığı evə videoçəkiliş vasitəsilə baxış keçirilmiş, baxış zamanı özü könüllü olaraq yaşadığı otaqda olan çarpayının yanındakı stulun üzərindən 5 ədəd gümüşü rəngli siqaret kağızı bükülülərinin içərisində psixotrop maddə metafetamini, üzərində “DİPRA BPL” sözləri yazılan içərisində 4 ədəd bütöv, 1 ədəd yarımçıq çəhrayı rəngli dərman həbləri olan listi, üzərində “Methodone-40” sözləri yazılan 1 ədəd yarımçıq həb olan listi, 1 ədəd narkotik vasitə çəkmək üçün istifadə olunan müştüyü, 1 ədəd sarı rəngli sellofan bükülünün içərisində narkotik vasitə heroini və 1 ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Həmin dərmanları ağrıkəsici əvəzində istifadə etsə də, elektron tərəzidən narkotik vasitəni satarkən ölçmək məqsədilə istifadə etməmişdir. Odur ki, qeyd etdiyi bu halların, eləcə də himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bilsə də, hazırda ziddiyyətli ifadə verərək təqsirini qismən etiraf etməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün ibtidai istintaq zamanı etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yerləşən evində ailə üzvləri ilə birlikdə yaşayır. O, hal-hazırda heç bir yerdə işləmir. Təxminən 2-3 il olar, narkotik vasitə heroindən və şüşə adlandırlan psixotrop maddə metafetamindən istifadə edir. Şahid7 Siyəzən şəhər sakini kimi tanımış və onun narkotik vasitə heroindən istifadə etdiyini bilmişdir. xx xxxxx 2020-ci il tarixdə Şahid7 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil telefona zəng vuraraq ondan narkotik vasitə olan heroin istəmiş, o da Rüfətə belə şeyə görə ona zəng vurmamısını istəmişdir. Bir az sonra Şahid7 ona zəng edərək evinin qarşısında olduğunu, vəziyyətinin pis olduğunu bildirmiş, o da həyətdə Rüfətin pis vəziyyətdə olduğunu görmüşdür. Şahid7 ona yalvarmağa başlamış və ondan narkotik vasitə heroin istədikdə, o, Rüfətə yazığı gəldiyi üçün bir büküm narkotik vasitə heroin vermiş, sonuncu da ona məcburi şəkildə 9 manat pul verib, 1 manatının olmadığını qeyd etmişdir. Bundan sonra, Rüfət çıxıb getmiş, o isə Rüfətə birdə evlərinə gəlməməsini bildirmişdir. Təxminən saat 16:00 radələrində o, yaşadığı evin qarşısında dayanarkən polis əməkdaşları ona yaxınlaşaraq yaşadığı evdə narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmiş, o, da polis əməkdaşlarına yaşadığı evdə narkotik vasitə heroin və psixotrop maddə metafetamin saxladığını, evinə baxış keçirilməsinə etirazının olmadığını söyləyib, bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi iştirakı ilə yaşadığı evə videoçəkiliş vasitəsilə baxış keçirilmiş, bu zaman yaşadığı otaqda olan çarpayının yanındakı stulun üzərindən 5 ədəd gümüşü rəngli siqaret kağızı bükülülərinin içərisində psixotrop maddə metafetamin, üzərində “DİPRA BPL” sözləri yazılan içərisində 4 ədəd bütöv, 1 ədəd yarımçıq çəhrayı rəngli dərman həbləri olan list, üzərində “Methodone-40” sözləri yazılan 1 ədəd yarımçıq həb olan list, 1 ədəd narkotik vasitə çəkmək üçün istifadə olunan müştük, 1 ədəd sarı rəngli sellofan bükülünün içərisində narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Həmin dərmanları o, ağrıkəsici əvəzində, elektron tərəzidən isə narkotik vasitəni satarkən ölçmək məqsədilə istifadə etmişdir. Məhkəmə istintaqında şahid Siyəzən RPŞ-nin cinayət axtarış bölməsinin bölmə rəisi Şahid1 ifadəsində göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şahid7 qanunsuz olaraq narkotik vasitə istifadə etməsi və üzərində saxlaması barədə əməliyyat aparatına daxil olmuş məlumat əsasında onun tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunmuş, əməliyyat qrupuna Siyəzən RPŞ-nin ƏRQ-nin kiçik inspektoru Şahid3, Məlumat Portalının operatoru Şahid4 Qiyas oğlu və RPŞ-nin DYPB-nin YPX inspektoru Sultanov Abuzər Yavər oğlu daxil edilmişlər. Həmin gün təxminən saat 15:00 radələrində RPŞ-nin rəhbərliyinin tapşırığı ilə əməliyyat qrupu ilə birlikdə Siyəzən şəhəri, H.Əliyev küçəsində dayanaraq ətrafı müşahidəyə götürmüş, bir qədər sonra Şahid7 idarə etdiyi **-BD-*** dövlət qeydiyyat nişanlı, yaşıl rəngli, “VAZ 2106” markalı minik avtomobili ilə Siyəzən şəhəri, H.Əliyev küçəsində hərəkət etdiyini görüldükdə, tərəflərindən saxlanılmışdır. Bundan sonra, Şahid7 yaxınlaşaraq özlərini təqdim edib, sonuncuya üzərində və idarə etdiyi avtomobildə narkotik vasitə gəzdirməsinə dair əsaslı şübhə olduğunu bildirərək onu şəxsi axtarışın və idarə etdiyi avtomobilə baxışın keçirilməsi məqsədilə Siyəzən RPŞ-yə dəvət etmişlər. Şahid7 da üzərində şəxsi axtarışın və idarə etdiyi avtomobilə baxışın keçirilməsinə etirazının olmadığını bildirərək onlarla birlikdə RPŞ-yə getməyə razılığını vermişdir. Tərəflərindən Şahid7 RPŞ-yə gətirilmiş və sonuncu barəsində araşdırma aparılması RPŞ-nin İB-nin müstəntiqi Bədirşah Vəlimətova həvalə olunmuşdur. Əvvəl RPŞ-nin növbətçi hissəsində Şahid7 üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarışa başlanılmış, bundan əvvəl Rüfətə və digər iştirakçılara qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, həmçinin, Şahid7 üzərinə keçiriləcək şəxsi axtarış zamanı müdafiə hüququnun təmin olunması məqsədi ilə şəxsi axtarışda müdafiəçi Yəhyə Nəzərovun da iştirakı təmin edilmişdir. Şəxsi axtarış zamanı Şahid7 üzərində qanunla qadağan olunmuş əşya və predmet olmadığını, lakin, idarə etdiyi avtomobildə “kokos”, yəni narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra, şəxsi axtarışı aparan müstəntiq Bədirşah Vəlimətov tərəfindən Şahid7 əynində olan paltarlarının ciblərinin axtarılması ƏRQ-nin kiçik inspektoru Şahid3 tapşırılmış, habelə Şahid7 cibləri axtarılsa da, qanunla qadağan olunmuş hər hansı predmet və ya vasitə aşkar olunmamışdır. Daha sonra, RPŞ-nin inzibati binasının həyətində Şahid7 saxlanılarkən idarə etdiyi “VAZ 2106” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı, yaşıl rəngli minik avtomobilinə baxış keçirilməsinə başlanılmış, bundan əvvəl isə sonuncuya avtomobilində qanunla qadağan olunmuş əşya və ya predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Şahid7 şəxsi axtarışda qeyd etdiyi kimi avtomobilində “kokos”, yəni narkotik vasitə heroin olduğunu bildirərək, avtomobilin qapısını açıb, narkotik vasitənin avtomobilin salonunda sürətlər qutusunun yanında olduğunu göstərmişdir. Bundan sonra, Şahid7 avtomobilin salonunda sürətlər qutusunun yanından 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsünü müstəntiqə təqdim etmiş, həmin bükülü açılıraraq içərisindəki qəhvəyi rəngli maddə iştirakçılara göstərilmişdir. Şahid7 həmin bükülüdəki maddəni haradan əldə etdiyi soruşulduqda, sonuncu həmin bükülünü Namiq adlı şəxsdən 9 manata aldığını qeyd etmişdir. Bundan sonra, müstəntiq tərəfindən Şahid3 Şahid7 iştirakı ilə avtomobilin axtarılması tapşırılsa da, avtomobildə başqa qanunla qadağan olunmnuş predmet və ya vasitə aşkar olunmamışdır. Daha sonra, Şahid7 idarə etdiyi avtomobilin salonunda sürətlər qutusunun yanından təqdim etdiyi 01 ədəd gümüşü rəngli siqaret kağızı müstəntiq tərəfindən 1 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürləndikdən sonra imzalanmışdır. Bu barədə tərtib edilmiş protokol da ucadan oxunduqdan sonra imzalanmışdır. Bundan sonra, Şahid7 təkrarən izahat verərək üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər kütləni Siyəzən rayon sakini Namiq adlı şəxsdən aldığını bildirmişdir. Belə ki, Şahid7 narkotik vasitəni əldə etdiyi Namiq adlı şəxsin Siyəzən şəhər sakini Təqsirləndirilən şəxs olduğu müəyyənləşdirilmiş, həmçinin həmin şəxsin ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi RPŞ-nin CABın baş əməliyyat müvəkkili Şahid2 həvalə edilmişdir. Məhkəmə istintaqında şahid Siyəzən RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən və bununla bağlı Siyəzən RPŞ-yə gətirilən Şahid7 baxış zamanı, həmçinin izahatı alınarkən idarə etdiyi avtomobildən aşkarlanan narkotik vasitəni əldə etdiyi Namiq adlı şəxsin şəxsiyyəti araşdırılmış, bu zaman həmin şəxsin Siyəzən şəhər sakini Təqsirləndirilən şəxs olduğu və narkotik vasitəni sonuncudan aldığı müəyyənləşdirilmiş, bundan sonra, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ona həvalə edilmişdir. xx xxxxx 2020-ci il tarixdə ünvan 5 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etməsi, yaşadığı evində qanunsuz olaraq narkotik vasitə saxlaması və satması barədə daxil olan məlumatın yoxlanılması və sonuncunun ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü tərəfindən müvafiq sənədləşmə aparılmış, bununla bağlı rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna RPŞ-nin ƏRQ-nin kiçik inspektoru Şahid3 və RPŞ-nin PPXT-nin manqa komandiri Şahid5 daxil edilmişlər. Bundan sonra, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı Siyəzən şəhəri, Ə.Vahid küçəsini müşahidəyə götürülmüş, bu zaman sonuncunun yaşadığı evin darvazasının qarşısında dayandığını görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs RPŞ-nin əməkdaşları olduqlarını və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, bununla əlaqədar evinə baxış keçirilməli olduqlarını bildirmişlər. Müstəntiq Bədirşah Vəlimətov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, habelə ona Müdafiəçi təqdim edilmişdir. Təqsirləndirilən şəxs da Müdafiəçi iştirak etməsini istədiyini, həmçinin yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra bu barədə ərizə ilə müraciət etmişdir. Müstəntiq Bədirşah Vəlimətov Təqsirləndirilən şəxs yaşadığı Siyəzən şəhəri, Ə.Vahid küçəsində yerləşən 66 saylı evində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını soruşduqda sonuncu öz istifadəsi üçün narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin vasitəni təqdim etməsi təklif olunduqda isə sonuncu evin içərisinə keçərək, özünə məxsus yataq otağında çarpayının yanında olan stulun üstündəki bükülüləri göstərmişdir. Müstəntiq tərəfindən stulun üstündəki predmetlərə baxış keçirilməsi bildirildikdən sonra oradan 5 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü aşkar edilərək müstəntiqə təqdim olunmuşdur. Bükülülərin içərisi açıldıqda orada ağ rəngli, kristalşəkilli maddə olduğu müəyyən edilmiş və Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu soruşulduqda, sonuncu “şüşə”, yəni psixotrop maddə olan metafetamin olduğunu bildirmişdir. Bundan sonra, həmin bükülülər ardıcıllıqla açılaraq iştirakçılara göstərilmiş, daha sonra üzərində “metodon 40” yazıldığı qeyd edilən içərisində bir ədəd yarımçıq həb olan kəsilmiş dərman listi və üzərində “diprabfl” yazıldığı qeyd edilən içərisində 4 ədəd tam, bir ədəd yarımçıq həb olan dərman listi, habelə, bir ədəd “Davudov” markalı siqaret qutusu götürüldükdə isə orada sarı rəngli sellofan bükülü aşkar edilmişdir. Təqsirləndirilən şəxs sellofan bükülüdəki maddənin nə olduğu soruşulduqda, sonuncu həmin maddənin narkotik vasitə heroin olduğunu bildirdikdən sonra bükülüdəki qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə iştirakçılara göstərilərək, yenidən siqaret qutusunun içərisinə qoyulmuşdur. Bundan sonra, bir ədəd narkotik vasitə qəbul etmək üçün istifadə edildiyi qeyd edilən siqaret dənəsi formalı kağız müştük və bir ədəd işlək vəziyyətdə olduğu qeyd edilən boz rəngli elektron tərəzi aşkar edilərək stulun üzərinə qoyulmuş, daha sonra, müstəntiq tərəfindən tərəzi, 5 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü, 1 ədəd sarı rəngli sellofan bükülü, üzərində “metodon 40” yazıldığı qeyd edilən içərisində 1 ədəd yarımçıq həb olan kəsilmiş dərman listi, üzərində “diprabfl” yazıldığı qeyd edilən içərisində 4 ədəd tam, bir ədəd yarımçıq həb olan dərman listi, 1 ədəd narkotik vasitə istifadə etmək üçün olduğu, siqaret kağızından hazırlandığı qeyd edilən müştük adlanan vasitə 1 ədəd boş zərfin içərisinə qoyulub qablaşdırılaraq möhürlənmiş və üzəri iştirakçılar tərəfidən ardıcıllıqla imzalanmışdır. Bundan sonra, müstəntiq Bədirşah Vəlimətov Təqsirləndirilən şəxs yaşadığı evdə qanunla qadağan olunmuş hər hansı başqa əşya və ya predmetin olub-olmamasını soruşduqda, sonuncu başqa heç nə olmadığını bildirmiş, daha sonra, onun ətrafının axtarılması tapşırılmış, lakin, qanunla qadağan olunmuş başqa vasitə və ya predmet aşkar olunmamışdır. Sonda müstəntiq tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş vasitələr qeyd edilmiş, həmçinin iştirakçılara sonuncunun yaşadığı evinə keçirilən baxışla bağlı hər hansı etirazlarının olub-olmaması soruşulmuş və heç bir etiraz daxil olmadıqdan sonra müstəntiq Bədirşah Vəlimətov tərəfindən protokol tərtib olunaraq ucadan oxunmuş və doğru olduğundan Təqsirləndirilən şəxs, o və digər iştirakçılar imza etmişlər. Məhkəmə istintaqında digər şahidlər Siyəzən RPŞ-nin Əməliyyat rabitə qrupunun kiçik inspektoru Şahid3, Uçot-qeydiyyat və statistika işləri qrupunun operatoru Şahid4 Qiyas oğlu, PPXT-nin manqa komandiri Şahid5 və KTQ-nin baş inspektor kriminalisti Şahid6 şahidlər Şahid1 və Şahid2 ifadəsini təsdiq etməklə analoji ifadələr vermişlər. Məhkəmə istintaqında Şahid7 ifadəsində göstərdi ki, Siyəzən rayonu, Böyük Həmyə kənd orta məktəbində idman müəllimi işləyir. Təxminən 3 aya yaxın müddət olar, narkotik vasitə heroini çəkmək yolu ilə qəbul edir. Təqsirləndirilən şəxs Siyəzən şəhər sakini kimi tanımış və baş verənlərə kimi sonuncu ilə yaxın münasibəti olmuşdur. Bundan əlavə o, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyini və satışı ilə məşğul olduğunu da əvvəlcədən bilmişdir. xx xxxxx 2020-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nar mobil nömrəsinə zəng vuraraq onda narkotik vasitə olub-olmamasını soruşduqda sonuncu ona narkotik vasitə təşkil edə biləcəyini bildirmişdir. O, Namiqin narkotik vasitə olan heroinin bir bükümünü 10 manata satdığını əvvəlcədən bildiyindən, telefonda qiymət danışmamışdır. Bundan sonra, o, Namiqin yaşadığı, ünvan 6 ünvanında yerləşən evinin qarşısına gəlmiş, evin qapısını açaraq içəri həyətə girmiş və orada Təqsirləndirilən şəxsla görüşmüşdür. Namiq ona 1 bükümdə narkotik vasitə olan heroin vermiş, o da, bunun əvəzində sonuncuya 9 manat pul vermişdir. Cibində 10 manat olmadığı üçün o, bu dəfə narkotik vasitə heroini Namiqdən 9 manata almışdır. Daha sonra, idarə etdiyi avtomobilə əyləşib həmin bükülünü sürətlər qutusunun yanına qoymuşdur. O, idarə etdiyi avtomobil ilə Siyəzən şəhəri, H.Əliyev küçəsində hərəkətdə olduğu zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Siyəzən RPŞ-yə gətirilmiş, videoçəkiliş vasitəsilə müdafiəçi Nəzərov Yəhyə Qürbət oğlunun iştirakı ilə üzərində şəxsi axtarış, idarə etdiyi avtomobilə isə baxış keçirilmişdir. Üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmasa da, idarə etdiyi avtomobildən Təqsirləndirilən şəxs 9 manata aldığı 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsündə olan narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Şahid8 ifadəsində göstərdi ki, o, ünvan 5 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır və “xxxxxxxxxxxxxxx” ASC-də fəhlə işləyir, Təqsirləndirilən şəxs isə əridir. O, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu çoxdan bilmişdir. Belə ki, Namiq əvvəlki illərdə də, onunla ailəli olduğu vaxtda narkotik vasitə istifadə etdiyinə görə məhkum olunmuşdur. Lakin, təzəlikcə yəni, hazırda tutulduğu vaxta qədər narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilməmişdir. Bundan əlavə, Namiq heç vaxt onun yanında narkotik vasitə istifadə etməmişdir. O, Namiqin evdə olduğu zaman polis əməkdaşlarının evə gələrək, baxış keçirdiyini, evdən narkotik vasitə aşkar etdiklərini və Namiqi narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması ilə əlaqədar rayon Polis Şöbəsinə apardıqlarını sonradan öyrənmişdir. Həmin gün evdə olmamış və Namiqin tutulduğu vaxta qədər belə bir haldan xəbəri olmamışdır. Belə ki, məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 71-75-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 6/566 saylı ekspert rəyindən görünür ki, üzərində "Şahid7 idarə etdiyi avtomobildən aşkar olunaraq götürülmüş..." əl yazıları olan zərfdəki (№1) 01 ədəd bükümdə təmiz çəkisi 0,032 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Həmçinin, rəydən görünür ki, üzərində "Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanından aşkar olunaraq götürülmüş..." əl yazıları olan (№2) 01 ədəd bükümdə təmiz çəkisi 1,173 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,008 qram; 0,008 qram; 0,014 qram; 0,012 qram; 0,012 qram, ümumi təmiz çəkisi 0,054 qram ağ rəngli kristal şəkilli kütlə isə kustar üsulla hazırlanmış psixotrop maddə - metafetamindir; 01 ədəd kustar qaydada hazırlanmış kağız borucuğun daxilində, qabarit ölçüləri 11x6 sm olan elektron tərəzinin səthində metafetaminin izləri; 01 ədəd üzərində “DİPRA BFL” sözləri olan blister kəsiyindəki 3.5 ədəd uzunsov formalı çəhrayı rəngli tabletlərin tərkibində parasetamol maddəsi, 01 ədəd üzərində "Methodone-40" sözləri olan blister kəsiyində 0,5 ədəd (bir tabletin yarısı) dairəvi formalı açıq qəhvəyi rəngli tabletin tərkibində təsiredici maddəsinin miqdarı 0,02 qram olan narkotiki vasitə-metadon müəyyən edilmişdir. Bundan əlavə, rəydən görünür ki, Şahid7 idarə etdiyi avtomobildən aşkar olunmuş narkotik vasitə heroinlə Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş heroin tərkiblərinə görə öz aralarında uyğunluq təşkil edirlər. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), metafetamin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ), metadon isə “Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələr”in siyahısına (Siyahı İİ) daxildir. Parasetamol maddəsi qeyd edilən siyahılara, o cümlədən xx xxxx 2016-cı il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş ”Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahıları”na daxil deyildir. 1 nömrəli zərfdən tədqiqata 0,02 qram narkotik vasitə olan heroin sərf edildikdən sonra heroinin qalıq çəkisi 0,012 qram, 2 nömrəli zərfdən isə eyni miqdarda sərf edildikdən sonra heroinin qalıq çəkisi 1,153 qram, metafetamindən 0,02 qram istifadə edildikdən sonra bu maddənin qalıq çəkisi 0,034 qram təşkil etmiş, 0,5 hissə metadon tabletinin isə yarısı tədqiqata sərf edilmişdir. Cinayət işinin 70-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış materialların məhkəmə ekspertizasının dəyəri 109,90 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 183-184-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi Yoxlama Ekspert komissiyası tərəfindən xx xxxxx 2020-ci il tarixdə verilmiş 1135 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vadır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 22-23-ci, 26-27-ci və 56-58-ci vərəqələrində olan şəxsi axtarış, baxış keçirilməsi və götürmə haqqında xx xxxxx 2020-ci il tarixli protokollardan görünür ki, şəxsi axtarış zamanı Şahid7 əynində göy rəngli uzunqol gödəkcə, boz rəngli uzunqol köynək, göy rəngli cins şalvar, qara rəngli ipsiz ayaqqabı olmuş, bu zaman Şahid7 üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda sonuncu üzərində deyil, idarə etdiyi avtomobildə qanunla qadağan olunmuş əşya və predmet olduğunu bildirmişdir. Bundan sonra, Şahid7 üzərində şəxsi axtarış davam etdirilsə də, üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmamışdır. Şifahi sorğu zamanı Şahid7 saxlanılarkən idarə etdiyi avtomobildə 1 çet (büküm) narkotik vasitə heroinin bir növü olan kakos olduğunu bildirmişdir. Bundan əlavə, baxış keçirilən avtomobil yaşıl rəngli rəngli olmaqla, 1983-cü ilin istehsalı olan “VAZ 2106” markalı, ** BD *** minik avtomobilidir. Baxış zamanı Şahid7 avtomobildə hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet varsa, könüllü təqdim etməsi təklif olunmuş, sonuncu avtomobilində qanunla qadağan olunmuş 1 ədəd bükümdə narkotik vasitə heroin olduğunu bildirmiş və avtomobilin qabaq sol qapısını özündə olan açar vasitəsilə açaraq avtomobilin salonunda sürətlər qutusunun yanında olan 1 ədəd ağ rəngli sellofana bükülmüş gümüşü rəngli siqaret kağızı bükülüsünü təqdim etmişdir. Həmin bükülü açıldığında içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Şahid7 şifahi sorğu zamanı həmin 1 ədəd ağ rəngli sellofana bükülmüş gümüşü rəngli siqaret kağızı bükülüsünü xx xxxxx 2020-ci il tarixdə Siyəzən şəhər sakini Namiq adlı şəxsdən 9 manat nağd pulun müqabilində aldığını bildirmişdir. Bundan sonra, Siyəzən RPŞ-nin ƏRQ-nin kiçik inspektoru Şahid3 tərəfindən Şahid7 saxlanılarkən idarə etdiyi avtomobilinə baxış keçirilməsi davam etdirilsə də, avtomobildən qanunla qadağan olunmuş əlavə əşya və predmet aşkar olunmamışdır. Bundan əlavə, baxış keçirilən yer Təqsirləndirilən şəxs yaşadığı Siyəzən şəhəri, Ə.Vahid küçəsində yerləşən 66 nömrəli evdir. Evə giriş qırmızı rəngli dəmir darvaza vasitəsilədir. Namiq Məhhərrəmov qapını açaraq iştirakçıları içəri dəvət etmiş, həyətə daxil olduqda sağ tərəfdə 1 (bir) mərtəbəli yaşayış evinin olduğu müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evdə qanunla qadağan olunmuş hər hansı əşya və predmetin olduğu soruşulduğunda sonuncu yaşadığı evdə qanunla qadağan olunmuş narkotik vasitə saxladığını bildirmişdir. Həmin yaşayış evinə giriş 2 laylı ağ rəngli taxta qapı vasitəsilədir. Yaşayış evinə daxil olduqda dəhliz və yanaşı olmaqla 3 otağın olduğu, eləcə də evdə təmir bərpa işləri aparıldığına görə dəhlizlə digər 2 otağın boş olduğu müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs dəhlizin yuxarı hissəsində olan 3cü otağa daxil olaraq, həmin otaqda olan çarpayının yanındakı stulun yanına gedərək, stulun üzərində olan bükülüləri göstərib, evində saxladığı narkotik vasitənin həmin bükülülərin içərisində olduğunu bildirmişdir. Siyəzən RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid2 tərəfindən ilk əvvəl stulun üzərində olan 5 ədəd gümüşü rəngli siqaret kağızı bükülüləri ayrı-ayrılıqda götürülərək açılmış və bükülülər açıldığında içərilərində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfemtaminə bənzər kütlələr olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükülülərin içərisindəki kütlələrin “şüşə” adlandırılan psixotorop maddə metafetamin olduğunu bildirmiş, daha sonra, həmin stulun üzərində “DİPRA BPL” sözləri yazılan içərisində 4 ədəd bütöv, 1 ədəd yarımçıq çəhrayı rəngli dərman həbləri olan list, üzərində “Methodone-40” sözləri yazılan 1 ədəd yarımçıq həb olan list, 1 ədəd narkotik vasitə çəkmək üçün istifadə olunan müştük, 1 ədəd “Davudov” markalı siqaret qutusunun içərisindən sarı rəngli sellofan bükülü və 1 ədəd işlək vəziyyətdə olan gümüşü rəngli elektron tərəzi aşkar olunmuşdur. Şahid2 tərəfindən həmin sarı rəngli sellofan bükülü açıldığında içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Bundan sonra, götürülmüş əşyalar bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs və digər iştirakçılar həmin zərfin üzərinə imza etmişlər. Baxış davam etdirilsə də, evdən qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış və baxış keçirilməsi zamanı videoçəkiliş “Nikon” markalı aparat vasitəsilə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 92-93-cü vərəqələrində olan xx xxxxx 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Şahid7 götürülmüş qalıq çəkisi 0,012 qram, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş qalıq çəkisi 1,153 qram olan narkotik vasitə heroin kütlələri, qalıq çəkisi 0,034 qram metafetamin, 0,5 hissə metadon tabletinin yarısı, səthində metafetaminin izləri müəyyən edilmiş qabarit ölçüləri 11x6sm olan elektron tərəzi və daxilində metafetaminin izləri müəyyən edilmiş 01 ədəd kustar qaydada hazırlanmış kağız borucuq cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 194-206-cı vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin xx xxxx 2020-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, habelə Şahid7 barəsində Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.1-ci maddələri ilə və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət təqibi rədd edilmiş və materiallar ayrılaraq rayon prokurorluğuna göndərilmişdir. Həmçinin qərardan görünür ki, xx xxxxx 2020-ci il tarixdə Şahid7 üzərində və idarə etdiyi “VAZ 2106” markalı yaşıl rəngli, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş ilə keçirilmiş şəxsi axtarışın və baxışın eləcə də, Təqsirləndirilən şəxs yaşadığı Siyəzən şəhəri, Ə.Vahid küçəsində yerləşən 66 nömrəli evə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 3 ədəd, eləcə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya və Kommunikasiya İdarəsi vasitəsilə alınmış məlumatların yerləşdiyi 1 ədəd CD disklər iş üzrə maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 138-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx xxxx 2020-ci il tarixli tələbnaməsindən, həmçinin işin 175-179-cu vərəqələrində olan Biləsuvar Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 1(022)-28/2015 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinməklə, CM-nin 66.3-cü maddəsi tətbiq olunub, ona qəti olaraq 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx xxx 2018-ci il tarixdə isə o, cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir və o, üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 118-119-cu vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 4(059)-12/2020 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri həbs seçilmiş, həbsdə saxlama müddəti 03 ay həddində müəyyən edilməklə, həbs etmənin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 110-111-ci vərəqələrindəki şəxsiyyə vəsiqələrinin surətindən, eləcə də işin 150-151-ci vərəqələrində olan arayış və xasiyyətnamədən görünür ki, himayəsində xx xxxxxx 2011-ci il təvəllüdlü Kamil, xx xxxxxx 2013-cü il təvəllüdlü Səma adında iki yetkinlik yaşına çatmayan uşağı olan Siyəzən şəhəri, Ə.Vahid küçəsindəki 66 nömrəli evdə yaşamış Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, daşıma, qanunsuz olaraq narkotik vasitələri satma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" xx xxxx 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin faktiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 1,205 qram təşkil edən narkotik vasitə olan heroini, ümumi təmiz çəkisi 0,054 qram psixotrop maddə olan metafetamini, təsiredici maddəsinin miqdarı 0,02 qram olan narkotik vasitə metadonu qanunsuz olaraq əldə etməsi, həmin narkotik vasitələrdən 0,032 qram heroini Şahid7 9 manata satması, eləcə də, qalanını yaşadığı ünvan 6 ünvanında yerləşən evində saxlaması, qeyd edilən ünvana baxış keçirilərkən evin Təqsirləndirilən şəxs yaşadığı yataq otağındakı çarpayının yanında olan stulun üzərindən 1 ədəd sarı rəngli sellofan bükülünün içərisindən 1,173 qram çəkidə narkotik vasitə olan heroinin, 05 ədəd gümüşü rəngli siqaret kağızı bükülülərinin içərisindən ayrı-ayrılıqda təmiz çəkiləri 0,008 qram, 0,008 qram, 0,014 qram, 0,012 qram və 0,012 qram olmaqla, ümumi təmiz çəkiləri 0,054 qram çəkidə psixotrop maddə olan metafetaminin, 1 ədəd üzərində “Methodone-40” sözləri olan blister kəsiyinin içərisindən 1 ədəd yarımçıq tabletdə narkotik vasitə olan metadonun və 1 ədəd işlək vəziyyətdə səthində psixotrop maddə metafetaminin izləri olan elektron tərəzinin aşkar edilməsi, satışın həyata keçirilməsi üçün görülən tədbirlərin dairəsini özündə ehtiva etmişdir ki, bu da nəticə etibarilə, Təqsirləndirilən şəxs hərəkətlərinin satış məqsədi ehtiva etməsinə dəlalət edir. Həmçinin, məhkəmə istintaqında Şahid7 da ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğunu bildiyini, o cümlədən ondan şəxsi istehlakı məqsədilə 09 manat pul müqabilində narkotik vasitə heroin aldığını qeyd etməsi də, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı hərəkətlərini davam etdirdiyini istisna etmir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını və barəsində yaşayış yeri üzrə şikayət olmamaqla, müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmasını, Təqsirləndirilən şəxs şəxsiyyətini və onun tərəfindən cinayət əməlinin yenidən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, eyni zamanda barəsində yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamını və Təqsirləndirilən şəxs hazırkı əməlini məhkumluğunun ödənilməsinə az müddət qalmış törədilməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısında cəza təyin edilməlidir. Məhkəmə, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Şahid7 idarə etdiyi “VAZ 2106” markalı yaşıl rəngli, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilindən götürülmüş qalıq çəkisi 0,012 qram, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş qalıq çəkisi 1,153 qram olan narkotik vasitə heroin kütlələri, qalıq çəkisi 0,034 qram metafetamin,0,5 hissə metadon tabletinin yarısı, səthində metafetaminin izləri müəyyən edilmiş qabarit ölçüləri 11x6 sm olan elektron tərəzi və daxilində metafetaminin izləri müəyyən edilmiş 01 ədəd kustar qaydada hazırlanmış kağız borucuq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Şahid7 üzərində və idarə etdiyi “VAZ 2106” markalı yaşıl rəngli, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş ilə keçirilmiş şəxsi axtarışın və baxışın eləcə də, Təqsirləndirilən şəxs yaşadığı Siyəzən şəhəri, Ə.Vahid küçəsində yerləşən 66 nömrəli evə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 3 ədəd, eləcə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya və Kommunikasiya İdarəsi vasitəsilə alınmış məlumatların yerləşdiyi 1 ədəd, cəmi 4 ədəd CD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Şahid7 idarə etdiyi “VAZ 2106” markalı yaşıl rəngli, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilindən götürülmüş qalıq çəkisi 0,012 qram, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş qalıq çəkisi 1,153 qram olan narkotik vasitə heroin kütlələri, qalıq çəkisi 0,034 qram metafetamin,0,5 hissə metadon tabletinin yarısı, səthində metafetaminin izləri müəyyən edilmiş qabarit ölçüləri 11x6 sm olan elektron tərəzi və daxilində metafetaminin izləri müəyyən edilmiş 01 ədəd kustar qaydada hazırlanmış kağız borucuq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Şahid7 üzərində və idarə etdiyi “VAZ 2106” markalı yaşıl rəngli, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş ilə keçirilmiş şəxsi axtarışın və baxışın eləcə də, Təqsirləndirilən şəxs yaşadığı Siyəzən şəhəri, Ə.Vahid küçəsində yerləşən 66 nömrəli evə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 3 ədəd, eləcə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya və Kommunikasiya İdarəsi vasitəsilə alınmış məlumatların yerləşdiyi 1 ədəd, cəmi 4 ədəd CD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-47/2020
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-47/2020
03.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver