Məhkəmə qərarları › İş №1(059)-48/2024

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-48/2024

29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-48/2024 29.10.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 nümayəndəsi və vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə, 29 oktyabr 2024-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxxx 1992-ci il tarixdə Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 15 fevral 2024-cü il tarixdə, saat 13:30 radələrində Bakı-Quba- Dağıstan sərhədi yolunun Siyəzən rayonu ərazisindən keçən 103-cü kilometrliyində idarə etdiyi “Kia Rio” markalı, ** MC *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Quba istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər iştirakçılarına, onların nəqliyyat vasitələrinə zərər vurmamalı və həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etməyib idarəetməni itirmiş və avtomobil hərəkət hissəsindən çıxaraq yolun sağ kənarına aşmış, nəticədə avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs1 ehtiyatsızlıqdan politravma-onurğanın döş nahiyəsinin qapalı travması, 12-ci döş fəqərəsinin onurğa kanalını tam qapayan və onurğa beyninin anatomik qırılması ilə müşayiət olunan fəsadlaşmış qəlpəli sınığı, sağ kürək sümüyünün sınığı, qabırğaların ikitərəfli çoxsaylı sınıqları, sağtərəfli hemopnevmotoroks (döş boşluğuna qan və hava yığıntısı), döş fəqərələrinin tinli və 1-2-ci bel fəqərələrinin köndələn çıxıntılarının sınıqları, sağ bazu sümüyünün yerdəyişən qapalı qəlpəli sınığı, başın təpə nahiyəsinin əzilmiş yarası və ənsə nahiyəsinin hematoması kimi həyat üçün təhlükəli olması əlamətinə əsasən sağlamlığa ağır, Zərərçəkmiş şəxs2 isə ehtiyatsızlıqdan baş beyin silkələnməsi, alın nahiyəsinin əzilmiş yarası və dərialtı hematoması, döş sümüyünün kompression sınığı, sağ 2-ci və 4-cü qabırğaların sınıqları, 3,4,5,6-cı və 12-ci döş fəqərə cisimlərinin kompression fəsadlaşmamış sınıqları kimi səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır bədən xəsarəti almasına səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, mülki iddianı isə qismən qəbul edərək ifadəsində göstərdi ki, onun B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi olmaqla yanaşı, X11 məxsus “Kia Rio” markalı, ** MC *** dövlət qeydiyyat nişanlı avtomobili aylıq 620 manat müqabilində etibarnamə əsasında idarə etmiş, habelə həmin avtomobil ilə həftənin şənbə və bazar günləri Bakı-Xaçmaz və ya əks istiqamətində sərnişin daşıyaraq, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuşdur. 14 fevral 2024-cü il tarixdə, axşam saatlarında Bakı şəhərində olarkən xalası oğlu X7 mobil telefonuna zəng edib, onun arvadı Fəridənin dayısı arvadı Zərərçəkmiş şəxs2 və sonuncunun qızı Zərərçəkmiş şəxs1 15 fevral 2024-cü il tarixdə Bakı şəhərinin Zığ qəsəbəsindən götürüb, Xaçmaz rayonuna aparmasını xahiş etdik də, razılaşmışdır. Habelə, bu telefon danışığı zamanı Tahirdən, Qəsidə və Gülnarın rayona getmək üçün Bakı şəhərində Şamaxinka adlanan ərazisinə gəlmələrini istəyib, sonuncular gələ bilməyəcəyi təqdirdə, onları Zığ qəsəbəsindən götürəcəyini qeyd etmişdir. Beləliklə, 15 fevral 2024-cü il tarixdə, saat təxminən 12:00 radələrində Qəsidə və onun qızı Gülnar sonuncunun əri Bəhruz tərəfindən Bakı şəhərində yerləşən “İmperial” şadlıq sarayının qarşısına gətirilmiş, habelə bu zaman Qəsidə onun idarə etdiyi avtomobilin arxa sol, Gülnar isə arxa sağ tərəfindən əyləşmiş və onlar Xaçmaz rayonu istiqamətində hərəkət etməyə başlamış, həmçinin bu zaman onları aparmağı müqabilində gediş haqqı danışmamış və pul almamışdır. Həmin tarixdə, saat 13:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Siyəzən rayonu ərazisindən keçən 103cü km-də, yəni, həmin rayonun ərazisində yerləşən balıq bazarının yanında idarə etdiyi avtomobillə Quba istiqamətində saatda 80 km sürətlə yolun hərəkət hissəsinin sol zolağı ilə hərəkətdə olarkən, onunla eyni istiqamətdə hərəkət etməklə, arxadan gələn “Mercedes” markalı avtomobilin sürücüsü “yanıb sönmə” xəbərdarlığı edərək, ondan yol verməsini istəmişdir. Beləliklə, idarə etdiyi avtomobili yolun hərəkət hissəsinin sağ zolağı istiqamətində, çala-çuxurun çox olduğu istiqamətdə hərəkət etdirmiş və həmin an avtomobili yolda olan çuxura düşmüşdür. Bundan bir-iki saniyə sonra, avtomobilində heç bir nasazlıq yaranmadığını müəyyən etsə də, təxminən üç-dörd dəqiqə sonra, avtomobilinin sağ tərəfə istiqamətləndiyini görmüş, bu zaman, idarə etdiyi avtomobili yolun hərəkət hissəsinin sağında dayanmış “Toyota Prado” markalı avtomobili vurmamaq üçün sükanı sola, beton arakəsməyə vurmamaq üçün təkrar sağa istiqamətləndirmiş, elə bu an idarə etdiyi avtomobil yolun hərəkət hissəsindən çıxaraq 4 dəfə fırlanıb, çökək sahəyə aşmışdır. Gözünü açdığında avtomobildə Gülnarı və Qəsidəni görməmiş, avtomobildən çıxdığında isə sonuncunun avtomobildən 10 metr uzaqlıqda, yerdə uzanan vəziyyətdə olduğunu görmüşdür. Habelə, inilti səsini eşidib, səs gələn istiqamətində getmiş, həmçinin, Gülnarın qamışlıq ərazidə olduğunu görüb, ətrafdakı şəxslərin köməyi ilə onu oradan götürmüşdür. Bundan sonra, tibb işçiləri və polis əməkdaşları hadisə yerinə gəlmiş, Qəsidə və Gülnarı TTY avtomobili ilə Siyəzən rayon MDM-nə aparmışlar. Həmin vaxt xəsarət alsa da, özünü idarə edə bilmişdir. Həmçinin, qızıl-zinət əşyalarının olduğu çantanı Gülnara vermiş, habelə sonuncunun istəyi ilə onun əri Bəhruza zəng edib, qəza hadisəsi barədə məlumat vermişdir. Daha sonra, Siyəzən rayon MDM-nin göndərişi əsasında zərərçəkmiş şəxslər Sumqayıt şəhərində yerləşən xəstəxanaya aparılmış, ora arvadı, Bəhruz və digər qohumları gəlmişlər. Sumqayıt şəhərinə gedən zaman müstəntiqə zəng edib, bu barədə məlumat vermiş, məhz bu üzrlü səbəbdən hadisə yerindən uzaqlaşdığını bildirmişdir. Həmçinin, müstəntiq tərəfindən Sumqayıt şəhərində yerləşən xəstəxanada sərxoşluq və narkoloji ekspertizadan keçirilmişdir. Zərərçəkmiş şəxs1 vəziyyəti ağır olduğu üçün, hadisə baş verən tarixdə zərərçəkmiş şəxslər Bakı şəhərində yerləşən “X2” aparılsa da, sonuncuların oradan 1 saylı X16 aparılması istənilmiş, bu zaman Gülnarın hospitaldan çıxışına icazə verilmiş, lakin, ödənişin edilməsi məqsədi ilə Qəsidə hospitalda saxlanılmışdır. Bununla bağlı ona məlumat verilərkən baldızı Gülşən Əhmədzadənin bank kart hesabına 480 manat məbləğində pul göndərmiş, habelə Gülnarın dayısı oğlu Vüsal ödəniş etdikdən sonra, Qəsidənin hospitaldan çıxışına icazə verilmişdir. Qeyd edir ki, 1 saylı X9 vermək lazım olduğu bildirildik də, ilk qan verən o, olmuş, həmçinin zərərçəkmiş şəxslərin tibbi xərclərinə bacardığı maddi köməkliyi edəcəyinə dair vəd vermişdir. Bundan başqa, Gülnarın daxili qan axması olduğu, həmçinin sonuncunun Almaniya Federativ Respublikasında yaşayan bacısının gəlməsi üçün, Gülnar təxminən 4-5 gün sonra, yəni 20 fevral 2024-cü il tarixdə cərrahi əməliyyat olunmuşdur. Bundan əlavə, anası və dayısı İmran Ağayev, sonuncuya verdiyi 10 000 manat məbləğində pul ilə Gülnarın cərrahi əməliyyat olunduğu X3 getmiş, orada zərərçəkmişin yaxınlarına əməliyyatın İcbari tibbi sığorta vasitəsi ilə edilməsini təklif etsə də, razılaşmamışlar. Bununla belə, dayısı məbləğin 7000 manatını əməliyyatı aparan həkimlərə və digər xərclərə ödəmiş, qalıq qalan 3000 manat məbləğində pul az miqdar təşkil etdiyindən zərərçəkmiş şəxslərin yaxınları tərəfindən qəbul olunmamışdır. Eyni zamanda, mülki iddianı qismən qəbul edir. Hesab edir ki, Zərərçəkmiş şəxs1 tibbi xərcləri çıxmış, habelə bu məbləğ 20 000 manat təşkil edə bilər. Belə olan halda, cərrahi əməliyyat üçün verdiyi 7000 manat məbləğ tələb olunan məbləğdən çıxıldığı təqdirdə, zərərçəkmiş şəxs, mülki iddiaçıya hissə-hissə 13 000 manat pul ödəyə bilər. Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, o cümlədən zərərçəkmiş şəxsin nümayəndəsinin məhkəmə istintaqı zamanı verdiyi izahatla, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 nümayəndəsi və vəkili Müdafiəçi2 məhkəmə baxış iclasında izahatında göstərdi ki, tərəflərindən təqdim edilməklə, məhkəmənin nəzərdən keçirdiyi mülki iddia ərizəsində fikirlərini geniş şəkildə qeyd etmişlər. Zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 istər sübut, istərsə də, sübutsuz müalicəsinə xərclənən maddi vəsaitlər vardır. Belə ki, tibb bacısına iynə vurulması üçün edilən ödəniş hər-hansı qəbzlə həyata keçirilmir. Həmçinin, son bir ay yarım ərzində Zərərçəkmiş şəxs1 müalicə və müayinəsinə 2000 manat məbləğdən artıq pul xərclənib. Bundan başqa, zərərçəkmiş şəxslər hər şeyi unutmaq istəmiş, Təqsirləndirilən şəxs ailə üzvlərinin barışıq üçün gələcəklərini gözləmiş, lakin, sonuncular tərəfindən heç bir addım atılmamaqla yanaşı, köməklik göstərilməmişdir. Odur ki, mülki iddiada qeyd edilmiş maddi ziyan olan 31325 manat və mənəvi zərərə görə 5000 manat məbləğində pulun tutularaq zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1, Azərbaycan Respublikası CPM-in 330.1-ci maddəsinə əsasən elan edilmiş məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, bibisi qızı X8 əri olan Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olduğunu eşitmişdir. Bundan başqa, anası Zərərçəkmiş şəxs2 ilə Bakı şəhərindən Xaçmaz rayonuna getməyi qərarlaşdırdıqdan sonra, sonuncu taksi fəaliyyəti ilə məşğul olan qohumu Tahirə zəng etmiş, habelə 15 fevral 2024-cü il tarixdə, səhər saatlarında anası Qəsidə Tahirə yenidən zəng etdikdə, sonuncu gec gələcəyini və xalası oğlu Təqsirləndirilən şəxs ilə getmələrini bildirmişdir. Bundan sonra, əri X5 idarə etdiyi avtomobillə anası Qəsidəni və onu Bakı şəhəri “Şamaxinka” adlanan əraziyə gətirmiş, orada onlar Əhmədin idarə etdiyi “Kia Rio” markalı, ** MC *** dövlət qeydiyyat nişanlı avtomobilə o, arxa sol, anası Qəsidə isə arxa sağ oturacaqda əyləşmişlər. Beləliklə, əri Bəhruzla sağollaşdıqdan sonra, Əhməd avtomobili işə salaraq, yola düşmüşlər və elə həmin andan sonuncu telefonu əlinə götürərək, ondan istifadə etməyə, mesaj yazmağa başlamışdır. Bakı-Quba-Dağıstan sərhədi yolunda Quba istiqamətində bir neçə kilometr getdikdən sonra Əhmədin avtomobili nahamar yerdən keçdikdə qorxduğu üçün qışqırmış və bu zaman sonuncudan bir qədər ehtiyatlı sürməyi xahiş etsə də, Əhməd avtomobili yenə yüksək sürətlə hərəkət etdirməyə davam etmişdir. Həmin tarixdə yəni, 15 fevral 2024-cü il tarixdə, saat 13:30 radələrində Bakı-Quba- Dağıstan sərhədi yolunun Siyəzən rayonu ərazisindən keçən 103-cü km-də Əhməd yüksək sürət səbəbindən idarə etdiyi avtomobilin idarəetməsini itirmiş, habelə sonuncu avtomobili sola və sağa manevr etdirmiş və bu zaman avtomobil yolun hərəkət hissəsindən çıxaraq, aşmışdır. Avtomobil aşan zaman anası Qəsidə ilə birlikdə avtomobildən kənara düşmüşlər. Ətrafdakı şəxslər onlar yaxınlaşmış və bundan sonra, hadisə yerinə tibb işçiləri gəlmiş, həmçinin öncə Siyəzən MDM-nə, oradan Sumqayıt TTYX-na, sonradan isə Bakı şəhəri X3 aparılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş Zərərçəkmiş şəxs2 məhkəməyə 22 oktyabr 2024-cü il tarixdə ünvanlamış teleqramında səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iclasın onun iştirakı olmadan keçirilməsini və Təqsirləndirilən şəxs ən ağır həddə cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası CPM-in 330.1-ci maddəsinə əsasən elan edilmiş məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, baldızı qızı X8 əri olan Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olduğunu bilmişdir. Bundan başqa, qızı Gülnarla Bakı şəhərindən Xaçmaz rayonuna getməyi qərarlaşdırdıqdan sonra taksi fəaliyyəti ilə məşğul olan qohumları Tahirə zəng etmiş, habelə sonuncuya 15 fevral 2024-cü il tarixdə, səhər saatlarında yenidən zəng etdikdə o, gec gələcəyini və xalası oğlu Təqsirləndirilən şəxs ilə getmələrini bildirmişdir. Qızı Gülnarın əri X5 idarə etdiyi avtomobillə onları Bakı şəhəri “Şamaxinka” adlanan əraziyə gətirmiş, orada isə Əhmədin idarə etdiyi “Kia Rio” markalı, ** MC *** dövlət qeydiyyat nişanlı avtomobilə, o, arxa sağ, qızı isə arxa sol oturacaqda əyləşmişlər. Elə həmin andan Əhməd telefonu əlinə götürərək, ondan istifadə etməyə, mesaj yazmağa başlamışdır. Bakı-Quba-Dağıstan sərhədi yolunda Quba istiqamətində bir neçə kilometr getdikdən sonra, Əhmədin avtomobili nahamar yerdən keçdikdə Gülnar qorxduğu üçün qışqırmış və birincidən bir qədər ehtiyatlı sürməyi xahiş etsə də, Əhməd avtomobili yenə yüksək sürətlə hərəkət etdirməyə davam etmişdir. Həmin tarixdə yəni, 15 fevral 2024-cü il tarixdə, saat 13:30 radələrində Bakı-Quba- Dağıstan sərhədi yolunun Siyəzən rayonu ərazisindən keçən 103-cü km-də Əhməd yüksək sürət səbəbindən idarə etdiyi avtomobilin idarəetməsini itirmiş, habelə sonuncu avtomobili sola və sağa manevr etdirmiş və bu zaman avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşmışdır. Avtomobil aşan zaman qızı ilə avtomobildən kənara düşmüşlər. Ətrafdakı şəxslər onlar yaxınlaşmış və bundan sonra, hadisə yerinə tibb işçiləri gəlmiş, həmçinin öncə Siyəzən MDM-nə, oradan Sumqayıt TTYX-na, sonradan isə Bakı şəhərinə aparılmışlar. Məhkəmə iclasında elan edilmiş, işin 74-75-ci səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 may 2024-cü il tarixli, 8/1116 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Kia Rio” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin İİİ bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə iclasında elan edilmiş, işin 73-cü səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş, işin 65-67-ci səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 məhkəmə-tibb ekspertizasının 08 aprel 2024-ci il tarixli, 58 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində politravma-onurğanın döş nahiyəsinin qapalı travması, 12-ci döş fəqərəsinin onurğa kanalını tam qapayan və onurğa beynin anatomik qırılması ilə müşayiət olunan fəsadlaşmış qəlpəli sınığı, sağ kürək sümüyünün sınığı, qabırğaların ikitərəfli çoxsaylı sınıqları, sağtərəfli hemopnevmotoraks (döş boşluğuna qan və hava yığıntısı), döş fəqərələrinin tinli və 1-2-ci bel fəqərələrinin köndələn çıxıntılarının sınıqları, sağ bazu sümüyünün yerdəyişən qapalı qəlpəli sınığı, başın təpə nahiyəsinin əzilmiş yarası və ənsə nahiyəsinin hematoması aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə baş verilmiş yolnəqliyyat hadisəsi nəticəsində yarana bilər, yaranma müddəti 15 fevral 2024-cü il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olması əlamətinə əsasən sağlamlığa ağır zərər vurmaya aid edilir. Məhkəmə iclasında elan edilmiş, işin 68-69-cu səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 məhkəmə-tibb ekspertizasının 08 aprel 2024-ci il tarixli, 59 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində baş beyin silkələnməsi, alın nahiyəsinin əzilmiş yarası və dərialtı hematoması, döş sümüyünün kompression sınığı, sağ 2-ci və 4-cü qabırğaların sınıqları, 3,4,5,6-cı və 12-ci döş fəqərə cisimlərinin kompression fəsadlaşmamış sınıqları aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilər, yaranma müddəti 15 fevral 2024-cü il tarixə uyğundur, səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İş üzrə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə təqsirli olması cinayət işinə əlavə olunmuş, ibtidai istintaq zamanı keçirilmiş hadisə yerinə və nəqliyyat vasitələrinə baxış keçirilməsi haqqında protokollarla da, sübuta yetirilir. Məhkəmə iclasında elan edilməklə, işin 37-ci səhifələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 26 fevral 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş, işin 24-cü səhifəsində olan BD seriyalı, 603871 saylı sürücülük vəsiqəsinin surətindən, həmçinin işin 35-ci səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsinin 23 fevral 2024-cü il tarixli, 3-13-16/2- 30421/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 16 noyabr 2021-ci il tarixdən 16 noyabr 2031-ci il tarixədək “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Məhkəmə iclasında elan edilmiş işin 19-cu səhifəsində olan 15 fevral 2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 684 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı onun alkoqol qəbul etməsi aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş işin 25-ci səhifəsində olan BD seriyalı, 403285 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, eləcə də işin 26-cı səhifəsində olan 06 yanvar 2024-cü il tarixli etibarnamənin surətlərindən görünür ki, “Kia Rio minik” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X13 bu avtomobili 06 yanvar 2024-cü il tarixdən 07 yanvar 2025-ci il tarixədək idarə etmək üçün Təqsirləndirilən şəxs etibar etmişdir. Məhkəmə iclasında elan edilmiş işin 78-ci səhifəsində olan maddi sübutun tanınması haqqında eləcə də, işin 123-127-ci səhifələrində olan sübutların qiymətləndirilməsi haqqında müvafiq olaraq 01 iyun 2024-cü il və 29 iyun 2024-cü il tarixli qərarlardan görünür ki, “Kia Rio” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmaqla, saxlanması üçün sahibi X11 qaytarılması nəzərə alınmış və sözü gedən avtomobilin əzilməsi nəticəsində ziyan dəyməsi faktı Təqsirləndirilən şəxs elan ediləcək ittihama daxil edilməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 106-107-ci vərəqələrində olan 28 iyun 2024-ci il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 121-122-ci səhifələrində olan arayışdan və xasiyyətnamədən, eləcə də, iş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 13 yanvar 2018-ci il təvəllüdlü Cavid adında bir azyaşlı övladı olan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Xaçmaz MKTİ-yə heç bir şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilməklə, iş materiallarına əlavə edilmiş iddia ərizəsindən, Siyəzən Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 1(059)-48/2024 saylı protokolundan, eləcə də qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 sağlamlığına vurulmuş ziyana görə cinayət işi üzrə mülki iddiaçı kimi tanınmış, o cümlədən mülki cavabdeh Təqsirləndirilən şəxs sağlamlığına vurulmuş ziyana görə 31325 manat maddi, 5000 manat mənəvi zərərin əvəzinin tutulmasını tələb etmiş, həmçinin, o, mülki iddia ilə məhkəməyə müraciət edərkən cəmi 210,40 (iki yüz on manat, 40 qəpik) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə istintaqı zamanı nümayiş etdirilmiş, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 məhkəməyə müraciət etdiyi bir ədəd CD diskin yaddaşına köçürülmüş videogörüntüdən görünür ki, o, xx xxxxxxx 1986-cı ildə Xaçmaz şəhərində doğulmuş, orta təhsilini orada bitirdikdən sonra hüquq fakultəsinə daxil olmuş, habelə 12 il bank sahəsində əməliyyatçı kassir vəzifəsində çalışmışdır. 15 fevral 2024-cü il tarixdə əri X5 idarə etdiyi avtomobillə anası Qəsidəni və onu Bakı şəhəri “Şamaxinka” adlanan əraziyə gətirmiş, orada onlar Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” markalı, ** MC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xaçmaz rayonuna yola düşmüşlər. Təqsirləndirilən şəxs avtomobili idarə etməyə başladığı andan telefonu əlinə götürərək, ondan istifadə etməyə, mesaj yazmağa başlamışdır. Bakı-Quba-Dağıstan sərhədi yolunda Quba istiqamətində bir neçə kilometr getdikdən sonra Əhmədin avtomobili nahamar yerdən keçdikdə qorxduğu üçün qışqırmış, Əhməd isə "nə oldu ? qorxdunuz? qorxmayın, qorxmayın deyərək gülmüşdür". Həmin tarixdə yəni, 15 fevral 2024-cü il tarixdə, saat 13:30 radələrində Bakı- Quba-Dağıstan sərhədi yolunun Siyəzən rayonu ərazisindən keçən 103-cü km-də Əhməd yüksək sürət səbəbindən avtomobilin idarəetməsini itirmiş, habelə sonuncu avtomobili sola və sağa manevr etdirmiş və bu zaman avtomobil yolun hərəkət hissəsindən çıxaraq, aşmış, nəticədə anası Qəsidə ilə birlikdə avtomobildən kənara düşmüşlər. Ətrafdakı şəxslər onlara yaxınlaşmış və bundan sonra, hadisə yerinə tibb işçiləri gəlmiş, həmçinin öncə Siyəzən MDM-nə, oradan Sumqayıt TTYX-na, sonradan isə Bakı şəhəri X3 aparılmışdır. Belə ki, o, xəstəxanada olduğunda ayaqlarını hiss etmədiyini görmüş və travmasının nə qədər ağır olduğunu anlamışdır. Hətta, xəstəxana da, onun ölümünə yarım saat vaxtının qaldığı bildirilmiş, bundan sonra, 1 saylı X16 aparılmışdır. Orada onun ağciyərlərinin açılması üçün drenaj qoyulmuş, habelə 4 gün reanimasiyada qalmışdır. Bu müddət ərzində əri Bəhruz və bacısı Nümayəndə ona cərrahi əməliyyatı üçün həkim axtarmış və tapmışlar. Bundan sonra, onlar Təqsirləndirilən şəxs və sonuncunun ailəsinə həkim tapdıqlarını və həkimlə gedib söhbət etməli olduqlarını bildirmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs ailəsi həkimin yanına gedərək əməliyyat xərclərini İcbari Tibbi Sığorta ilə etməsini istəmişlər. Daha sonra, həkim onun əri Bəhruza, Əhmədin ailəsinin əməliyyat xərclərini sığorta ilə ödənilməsinin təklif etdiyini bildirmiş və ümumiyyətlə sığorta ilə bu əməliyyatı etmədiyini, ödənişi dərhal ödəməklə əməliyyatı edəcəyini qeyd edib, əks halda onu məşğul etməmələrini, başqa həkim tapmalarını məsləhət görmüşdür. Beləliklə, əri Bəhruz, həkimə narahat olmamasını, ödənişi dərhal ödəcəyini bildirmiş və dostundan borc alaraq əməliyyat xərcini özü çəkməklə onu əməliyyat etdirmişdir. Bundan başqa o, Əhmədin əməliyyat xərclərini ödəməməsi səbəbindən əməliyyata 4 gün gecikmişdir. Belə ki, onurğa əməliyyatının ilk 24 saat ərzində həyata keçirilməsi sonradan xəstənin daha qısa müddətdə sağalmağına imkan yaradır. Lakin, Əhməd və onun ailəsinin 4 gün əməliyyat xərcini gecikdirmələri, onlara pulu ödəyəcəklərini deyib vaxt itirmələrinə səbəb olmuşdur. Həmçinin, bacısı Günay əməliyyat xərclərini hansı səbəbdən ödəmədiklərini soruşduqda, Əhmədin anası "səndə bacısan siz ödəyin mənim pulum yoxdur, oğlumu isə istəyirsinizsə tutdurun" deyə bildirmişdir. Beləliklə, əməliyyat və xəstəxana xərcləri əri Bəhruz və ailəsi tərəfindən qarşılanmış, habelə xəstəxanada olduğu müddət ərzində isə Əhməd və ailəsi onunla maraqlanmamış, yanına gəlməmiş, baş verənlərdən məsuliyyət daşıdıqlarını qəbul etməməklə, yanaşı üzr istəməmişlər. Hadisədən 4 ay keçdikdən sonra fizioterapiya xərclərinin ödənilməsinə yardım etmələri üçün bacısı Günay, Əhmədin ailəsi ilə yenidən əlaqə saxlamışdır. Belə ki, müalicə üçün zəruri olan korsetlər və digər avadanlıqların qiymətləri 2000-3000 manat dəyərində olması səbəbindən onlara səs göndərərək səbəb olduqları vəziyyəti qəbul edib, yardım etməli olduqlarını qeyd etmişdir. Lakin, bacısının göndərdiyi səsə heç bir cavab verilməmişdir. Bundan başqa, onun əməliyyat xərclərinə, fizioterapiyasına, sidik kisəsinə və ayaqlarına verilən stimulizasiya prosesinə göstərilən xərclər çox yüksəkdir və ailəsində yalnız əri işləyir. Belə ki, əri Bəhruz da, artıq nə edəcəyini, necə çatdıracaqını bilmir, çünki, kredit borcları, xəstəxanaya çəkilən xərclər, əlavə xərclərin məbləği yüksəkdir, habelə onlar 8 aydır ki, əməliyyat borcunu ödəyə bilməyiblər. O, artıq ərinin üzünə baxmağa utanır çünki Bəhruz hər şeyi təkbaşına etmək məcburiyyətində qalmışdır. Belə ki, Bəhruz səhər işə gedir sonra qızını məktəbə, daha sonra isə onu fizioterapiyaya aparır, sonra digər qızını məktəbə aparıb onu isə fizioterapiyadan götürərək evə gətirib yenidən işə qayıdır. Habelə, anası kəllə-beyin travması aldığından gəzə və özünü idarə edə bilməsə də, ona kömək edir. Lakin, fizioterapiyanı yarıda saxlamaq məsləhət görülmür bu səbəbdən davamlı olaraq prosedurlar edilsə də, hələ heç bir nəticə yoxdur, habelə fizioterapiya xərcləri çox yüksəkdir. Həmçinin, o və anası Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs ən ağır cəza verilməsini xahiş edir. Çünki, nə Əhməd nə də, onun ailəsi hadisədə özlərini günahkar bilmirlər. Odur ki, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs ən ağır həddə cəza təyin edilməsini və mülki iddianın təmin olunması barədə hökm çıxarılmasını xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması cinayət işinə əlavə olunmuş materiallarla sübuta yetirildi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən (mülki cavabdeh) şəxsin, zərərçəkmiş şəxs, mülki iddiaçının nümayəndəsi və vəkilinin ifadələri, o cümlədən, zərərçəkmiş şəxslərin məhkəməyədək ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirəndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, dəymiş ziyanı ödəməməsini, törətdiyi əmələ görə mənəvi sarsıntı və iztirab keçirməməsini, bu əməli nəticəsində zərərçəkmiş şəxslərin ağır həyat şəraitinə düçar olmasını dərk etməməsini, zərərçəkmiş şəxslərə qarşı laqeyd və etinasız münasibət göstərməsini, sonuncuların ondan şikayət etməsini, beləliklə şəxsiyyətini səciyyələndirən bu kimi halların mövcud olmasını, habelə həyat şəraitini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsini və məhkəmə iclas zalından həbs edilməklə, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsini qanuni, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilməklə onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli 29 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan əlavə, məhkəmə qeyd edir ki, cəza cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan...Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında da qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarının 65-ci bəndinə əsasən məhkəmələr mülki iddialara baxarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən CPM-in 179-188-ci, eləcə də 346.1.17, 353.2.9, 353.3.4, 353.4.10, 353.5.3, 353.5.4, 354-cü maddələrinin tələblərinə əməl etməlidir. O cümlədən nəzərə alınmalıdır ki, CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar cinayət-prosessual qanunda nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının cinayət prosesində tətbiq edilməsinə yol verilir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsinə dair mülki iddiası qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181-ci maddəsinin İİİ hissəsinin İ bəndinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, zərər çəkmiş şəxsin müalicəsi və ona qulluq göstərilməsi xərcləri şəklində özünü göstərir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179-cu maddəsini İİ və İİİ hissələrinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Hazırkı, tələb bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudovun Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübut etmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğundan, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin İİ və İİİ hissələrinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. Mülki Məcəllənin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddia qaldıraraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində sağlamlığına vurulmuş maddi ziyana görə 31325 manat, mənəvi zərər görə isə 5000 manat məbləğində vəsaitin ona ödənilməsini tələb edir. Hazırki iş üzrə verilmiş ittihamdan və məhkəmə tibbi ekspertiza rəyindən də göründüyü kimi təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 sağlamlığına ağır zərər vurulmuşdur. Zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 sağlamlığına vurulmuş maddi ziyanı 31325 manat məbləğində qiymətləndirsə də, sonuncunun nümayəndəsi və vəkili Müdafiəçi2 təqdim etdiyi o cümlədən, 84 ədəd qəbzdən Milli İdman Tibb və Reabilitasiya İnstitutuna 3978 manat 87 qəpik, 9 ədəd qəbzdən X3 6779 manat 44 qəpik, 8 ədəd qəbzdən “Rəhimə Atəş” fizioterapiya mərkəzinə 930 manat, 2 ədəd qəbzdən "xxxx" MMC-yə 48 manat, 12 ədəd qəbzdən müxtəlif apteklərə 219 manat 49 qəpik olmaqla, cəmi 11 955 manat 80 qəpik məbləğində ödəniş olunduğu müəyyən olunur. Həmçinin, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 tibbi xərclərinin olduğunu, habelə bu məbləğin 20 000 manat təşkil edə biləcəyini bildirib, mülki iddianı qismən etiraf etməklə, qismən qəbul etmişdir. Belə olan halda məhkəmə zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 sağlamlığına vurulmuş ziyanın 20 000 manat məbləğində, mənəvi zərərə görə ödənilməli olan pulun məbləğini isə zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri ilə əlaqədar keçirdiyi fiziki, mənəvi iztirabların xarakterini, cinayət törətmiş şəxsin təqsirlilik dərəcəsini, maddi vəziyyətini və verilmiş mülki iddianın həllinə təsir göstərən digər halları nəzərə alaraq, ağlabatanlıq və ədalətlilik kimi meyarlar baxımından kompensasiyanın məbləğini 5000 manat məbləğində müəyyən etməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin qərarın 3-cü bəndinə əsasən plenum izah edir ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin qərarın 6-cı bəndinə əsasən plenum izah edir ki, mənəvi zərərin ödənilməsi tələbi bu tələbin irəli sürülməsinə səbəb olmuş iddia ilə birlikdə və yaxud belə iddia olmadan müstəqil, habelə cinayət mühakimə icraatı zamanı irəli sürülə bilər. Bu qərarın 10-cu bəndinə əsasən plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə belə hesab edir ki, törədilmiş cinayət nəticəsində zərərçəkmiş şəxs həm fiziki olaraq xəsarətlər almış, həm də, mənəvi sarsıntılar keçirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il qərarının 71-ci bəndində əsasən məhkəmələr cinayət qanununda nəzərdə tutulmuş əməllə vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddialara baxarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2008ci il 3 noyabr tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarında ifadə olunmuş hüquqi mövqelərdən irəli gələn yanaşmanı rəhbər tutmalı, o cümlədən mənəvi zərərə görə ödənilməli olan pulun məbləğini müəyyən edərkən zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri ilə əlaqədar keçirdiyi fiziki, mənəvi iztirabların xarakterini, cinayət törətmiş şəxsin təqsirlilik dərəcəsini, maddi vəziyyətini, zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin cinayətin törədilməsinə təsir edib-etməməsini və verilmiş mülki iddianın həllinə təsir göstərən digər halları nəzərə almalı, hər bir halda ağlabatanlıq və ədalətlilik kimi meyarlar baxımından kompensasiyanın məbləğini nəzərdən keçirməlidir. Mülki iddianın mənəvi zərərlə bağlı hissəsinə məhkəmə münasibət bildirərək qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Göründüyü kimi zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 sağlamlığına ziyan vurulması ilə bərabər baş vermiş hadisə sonuncunun mənəvi sarsıntı yaşamasına, əsəb və stress keçirməsinə, fəal ictimai həyat tərzindən məhrum olmasına, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılmasına və ya həmin hüquqlardan məhrum olmasına, sağlamlığına xəsarət yetirilməsinə səbəb olmuş, beləliklə də, onun şəxsi qeyri-əmlak hüquqları pozulmuşdur. Bununla da, məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi ilə əlaqədar zərərçəkmiş şəxs, mülki iddiaçının sağlamlığına zərərin vurulması nəticəsində yaşadığı sarsıntı özözlüyündə mənəvi zərərin vurulması kimi qiymətləndirilməlidir. Belə olan halda məhkəmə mənəvi zərəri mülki iddiada göstərildiyi kimi 5000 manat həddində müəyyən edir və hesab edir ki, həmin məbləğdə vurulmuş mənəvi ziyanın təqsirləndirilən şəxs, mülki cavabdehdən zərərçəkmiş şəxs, mülki iddiaçının xeyrinə tutulması ədalətli və ağlabatandır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək mülki iddiaya münasibətdə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs, mülki iddiaçı X1 xeyrinə sağlamlığa vurulmuş 20 000 manat məbləğində maddi ziyanın və 5000 manat məbləğində mənəvi zərərin əvəzi olmaqla, cəmi 25000 manat pul tutularaq ödənilməli, həmçinin iddia tələbi üzrə ödənilmiş cəmi 210,40 (iki yüz on manat, 40 qəpik) manat məhkəmə xərci iddia ərizəsində və məhkəmə baxışında təqsirləndirilən şəxs, mülki cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçı tərəfə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Adı qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmçinin, məhkəmə iddianın “ maddi zərərin qalıq məbləğinin cavabdehdən alınıb iddiaçıya ödənilməsi”nə dair hissəsinə münasibətdə qeyd edilir ki, tələb bu hissədə hər hansı bir mötəbər sənəd və ya sübutlarla təsdiq edilmədiyindən təmin edilməsi istisna edilir. Eyni zamanda, məhkəmə cavabdehin iddiaçıya xəstəxana xərclərinə görə 7000 manat vəsait ödəməsinə dair göstərdiyi xüsusatlara münasibətdə qeyd edir ki, o, məhkəmə istintaqı zamanı istinad etdiyi bu kimi halları sübut edə bilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Kia Rio” markalı, ** MC *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibi, X11 qaytarılmış hesab edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Kia Rio” markalı, ** MC *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibi, X11 qaytarılmış hesab edilsin. Zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsinə dair mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə 20 000 (iyirmi min) manat məbləğində maddi ziyanın və 5000 (beş min) manat məbləğində mənəvi zərərin əvəzi olmaqla, cəmi 25 000 (iyirmi beş min) manat məbləğində pul tutularaq ödənilsin. İddia tələbi üzrə ödənilmiş cəmi 210,40 (iki yüz on manat, 40 qəpik) manat məhkəmə xərci zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 aid edilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 85 (səksən beş) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar