Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-49/2020 08.09.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 2020-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxx 1966-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, üzərində məhkumluğu olmayan, Siyəzən şəhəri, X10 küçəsi, ev 63 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 0,418 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək üzərində saxlamış, xx xxxxx 2020-ci il tarixdə saat 15:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Siyəzən şəhəri, M.Ə.Rəsulzadə küçəsi ərazisində saxlanılaraq RPŞ-yə gətirilmiş, orada növbətçi hissədə onun üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülü vəziyyətdə aşkar olunaraq müvafiq qaydada götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 2011-ci ildən etibarən arada müəyyən fasilələrlə narkotik vasitə heroindən istifadə edir və əvvəllər də, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar məhkum olunmuşdur. xx xxxxx 2020-ci il tarixdə Siyəzən şəhəri, Şəhriyar küçəsində, “Dəmiryolunun üstü” adlanan ərazidən işdən qayıdarkən yerdə gümüşü rəngli siqaret kağızı bükülüsü görmüş, həmin bükülü diqqətini cəlb etdiyindən bükülünü götürüb açıb içərisinə baxdıqda içərisində narkotik vasitə olan heroin olduğunu görmüşdür. Həmin narkotik vasitəni münasib yer və zaman tapıb istifadə etmək məqsədi ilə götürüb əynində olan uzunqollu gödəkcənin sol yan cibinə qoymuşdur. Elə bu minvalla, yolla piyada evə gedərkən Siyəzən şəhəri, M.Rəsulzadə küçəsində bir neçə nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etməklə Siyəzən RPŞ-nin əməkdaşları olduqlarını, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək, şəxsi axtarış aparılmasından ötrü onu RPŞ-yə dəvət etmişlər. O, polis əməkdaşları ilə getməyə razılıq verdikdən sonra rayon Polis Şöbəsinə gətirilmişdir. Orada növbətçi hissədə üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməzdən əvvəl qanunvericiliklə nəzərədə tutulmuş hüquq və vəzifələri izah olunmaqla, bu zaman müdafiə hüququnun təmin olunması üçün vəkil Müdafiəçi ona təqdim edilmiş və o, buna etiraz etməmişdir. Şəxsi axtarış zamanı əvvəlcə üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olub-olmaması soruşulmş və o, üzərində narkotik vasitə olan heroin olduğunu bildirərək, qara rəngli uzunqol gödəkcəsinin sol yan cibindən içərisində narkotik vasitə olan gümüşü rəngli siqaret kağızı bükülüsünü təqdim etmişdir. Daha sonra, üzərində şəxsi axtarış davam etdirilsə də, qanunla qadağan olunmuş başqa vasitə aşkar olunmamışdır. Üzərində keçirilən şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş həmin 1 ədəd siqaret kağızı bükülüsü ağ rəngli zərfə qoyularaq üzəri möhürlənmdikdən sonra, o, zərfin üzərini imzalamışdır. Daha sonra, üzərində şəxsi axtarışın keçirilməsinə dair protokol yazılaraq, ucadan oxunmuş və doğru olduğuna görə iştirçılar tərəindən imzalanmıdır. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirmsinin, eləcə də himayəmdə bir yetkinlik yaşına çatmayan övladının olmasının nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etməsi və üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əməliyyat aparatına daxil olmuş məlumat əsasında tərəfindən protokol tərtib olunaraq, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul edilmiş, əməliyyat qrupuna Siyəzən RPŞ-nin Təminat hissəsinin sürücü polis nəfəri Şahid2 və Məlumat portalının operatoru Şahid3 Qiyas oğlu daxil edilmişlər. RPŞ-nin rəhbərliyinin tapşırığı ilə xx xxxxx 2020-ci il tarixdə əməliyyat qrupu ilə birlikdə təxminən saat 15:00 radələrində Siyəzən şəhəri, M.Rəsulzadə küçəsində dayanaraq ətrafı müşahidəyə götürdükdən sonra Təqsirləndirilən şəxs piyada getdiyini görmüşlər. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək, narkotik vasitə gəzdirməsinə dair əsaslı şübhə olduğunu bildirməklə, onu üzərində şəxsi axtarış keçirilməsi məqsədilə Siyəzən RPŞ-yə dəvət etmişlər. Bu zaman Təqsirləndirilən şəxs buna etiraz etməyərək, onlarla birlikdə rayon Polis Şöbəsinə getmiş və orada növbətçi hissədə üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış RPŞ-nin İB-nin müstəntiqi Bədirşah Vəlimətov tərəfindən aparılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs və digər iştirakçılara qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, həmçinin üzərinə keçiriləcək şəxsi axtarış zamanı müdafiə hüququnun təmin olunması məqsədi ilə Müdafiəçi də iştirakı təmin edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş əşya və predmet olduğu təqdirdə könüllü təqdim etməsi təklif olunduqda sonuncu üstündə narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan qara rəngli, uzunqol gödəkçənin sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükülünün içərisində gümüşü rəngli siqaret kağızı bükülüsünü təqdim etmiş, həmin bükülünün açılması müstəntiq tərəfindən ona tapşırılmışdır. Bükülü açıldıqda içərisində açıq qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Daha sonra, Təqsirləndirilən şəxs üzərində başqa qanunla qadağan olunmuş vasitə və ya predmetin olub-olmaması soruşulduqda, sonuncu üzərində belə bir predmet və ya vasitə olmadığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs ciblərinin və üzərinin axtarılması ona tapşırılmış, lakin Familin üzərində başqa qanunla qadağan olunmuş hər hansı predmet və ya vasitə aşkar edilməmişdir. X5 tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükülü 1 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlə möhürlənmişdir. Təqsirləndirilən şəxs, o və digər iştirakçılar həmin zərfin üzərinə imza etdikdən sonra protokol tərtib olunmuş, ucadan oxunmuşdur. Protokol doğru olduğundan Təqsirləndirilən şəxs, o və digər iştirakçılar imza etmişlər. Məhkəmə istintaqında şahidlər Siyəzən RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti Şahid4, Təminat hissəsinin sürücüsü X1 və Məlumat portalının operatoru Şahid3 Qiyas oğlu,eləcə də məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş RPŞ-nin növbətçi hissəsinin məsul növbətçisi Şahid5, Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 32-34-cü vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 6/567 nömrəli rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş...” sözləri yazılmış zərfdəki, 1(bir) ədəd bükümdə, təmiz çəkisi 0,418 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli qanuni ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,05 qram istifadə olunduqdan sonra qalıq çəki 0,368 qram təşkil edir. Cinayət işinin 31-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış materialların məhkəmə ekspertizasının dəyəri 114 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 99-100-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X3 Ekspert komissiyası tərəfindən xx xxx 2020-ci il tarixdə verilmiş 1293 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Tiryək” alkoloidlərinin tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 22-23-cü vərəqələrində olan xx xxxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs başında qara rəngli papaq, əynində qara rəngli uzunqol gödəkcə, boz rəngli uzunqol köynək, qara rəngli klassik şalvar, qara rəngli ipli ayaqqabı olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda, sonuncu əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş gümüşü rəngli siqaret kağızı büklüsünü təqdim etmişdir. Həmin şəffaf rəngli sellofana bükülmüş gümüşü rəngli siqaret kağızı büklüsü açıldığında içərisində açıq qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Həmin gümüşü rəngli siqaret kağızı büklüsü açılan zaman üzərində olan şəffaf sellofan yararsız vəziyyətə düşdüyündən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü içərisində olan kütlə ilə birlikdə ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmışdır. Şəxsi axtarış zamanı videoçəkiliş “Nikon” markalı aparat vasitəsilə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 44-45-ci vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin xx xxxxx 2020-c il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,368 qram təşkil edən narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 102-107-ci vərəqələrində olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, habelə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanması rədd edilmiş və material ayrılaraq rayon prokurorluğuna göndərilmişdir. Həmçinin, qərardan görünür ki, xx xxxxx 2020-ci il tarixdə təqsirləndirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarışın videogörüntüləri köçürülmüş 01 (bir) ədəd Compakt Disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün cinayət işi materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 75-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 xx xxxx 2020-ci il tarixli tələbnaməsindən, işin 82-88-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin məhkəmənin eyni tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2, 234.1 və 128-ci maddələri ilə təqsirli bilinib, bu Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə cəzaları qismən toplama yolu ilə qəti olaraq əmlakı müsadirə olunmamaqla 04 il 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Suraxanı Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx xxxx 2016-cı il tarixdə isə şərti cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 16-cı vərəqəsində olan xx xxxxx 2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs elə həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 60-61-ci vərəqələrində olan xx xxxxx 2020-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Zahidov X6 RPŞ-nin MSY-dən azad edilmiş və onun barəsində həmin tarixdə «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 78-79-cu vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işini materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında xx xxx 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qüvvəsində saxlanılmasına, habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsi ilə razılaşır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun yaşını, əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xaraterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq, yəni təxminən 3 dəfəyə yaxın miqdarda narkotik vasitə olan heroini saxlamasını, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu,habelə, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, eləcə də şəxsiyyətini və tərəfindən yenidən qəsdən eyni kateqoriyadan olan cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, həmçinin yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanınson həddinin 1/3 hissəsi həcmində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,368 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və Təqsirləndirilən şəxs üzərində xx xxxxx 2020-ci il tarixdə videoçəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 01 ədəd CD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (bir yüz on dörd) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,368 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və Təqsirləndirilən şəxs üzərində xx xxxxx 2020-ci il tarixdə videoçəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 01 ədəd CD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 114 (bir yüz on dörd) manat ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-49/2020
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-49/2020
08.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver