Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-49/2023 26.09.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə 26 sentyabr 2023-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1984-cü il tarixdə Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaq məqsədilə 18 fevral 2023-cü il tarixdə, saat 11:00 radələrində Zərərçəkmiş şəxs məxsus “Mercedes Benz C180” markalı, ** XM *** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin qismində əyləşərək, Siyəzən şəhərində yerləşən Mərkəzi parkın yaxınlığında avtomobilin ön oturacaqları arasındakı qoltuqaltına qoyulmuş içərisində 500 manat pul əskinası olan 10 manat dəyərində 1 ədəd 11x21 sm ölçüdə, qəhvəyi rəngli, üzərində “Giorgio Armani” yazıları olan pulqabını oğurlayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 510 manat ziyan vuraraq, özgənin əmlakını gizli olaraq talamaqla, oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, 18 fevral 2023-cü il tarixdə, saat 11:00 radələrində Şabran rayonunda evdən çıxıb yol maşını ilə Siyəzən şəhərinə gəlmiş, habelə dolanışığı zəif olduğundan oğurluq etmək qərarına gələrək, Siyəzən şəhərində yerləşən avtomaşın təmiri sexlərinin qarşısında dayanan alüminium rəngli “Mercedes Benz” markalı avtomaşına yaxınlaşıb sürücüyə Şabran rayonuna getmək istədiyini bildirdikdə, sonuncu işinin olduğunu onu Şabran rayonuna apara bilməyəcəyini qeyd etmiş, bu səbəbdən də həmin sürücüdən onu Siyəzən şəhərinin mərkəzində düşürməsini istəmişdir. Bundan sonra, o, Siyəzən şəhərinin mərkəzində olan parka çatana yaxın avtomaşının qoltuqaltına baxmış, bu zaman sürücü ona fikir verməmiş, habelə o, oradakı pulqabını gizli olaraq oğurlayıb cibinə qoyaraq, avtomaşından düşmüş, həmçinin kənara çəkilib parkın içərisində pulqabına baxmış və orada hər biri 100 manat pul əskinasından ibarət olan cəmi 500 manat pul olduğunu görmüşdür. Bundan başqa, pulqabında 4 ədəd müxtəlif banklara məxsus plastik kartlar və bir neçə ədəd sənəd də olmuş, pulqabındakı pulu və bank kartlarını götürdükdən sonra pulqabını dəmiryolunun kənarına tullamışdır. Daha sonra o, başqa taksi ilə Şabran şəhərinə getmiş, həmçinin oğurladığı pulu orada öz ehtiyacları üçün xərcləmiş, bank kartlarını isə istifadə edə bilmədiyi üçün Şabran şəhərində tullamışdır. Bundan əlavə, əvvəllər məhkum olunmasa da, xırda talama əməllərinə görə dəfələrlə inzibati qaydada tənbeh edilmişdir. Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, idarə etdiyi “Mercedes Benz C180” markalı, ** XM *** dövlət qeydiyyat nişanlı avtomobilin təkər yerindən səs gəldiyi üçün o, 18 fevral 2023-cü il tarixdə, saat 11:00 radələrində Siyəzən şəhərində yerləşən avtomaşın təmiri sexinə getmiş, habelə usta ilə söhbət edərkən Təqsirləndirilən şəxs avtomobilinə əyləşərək, onu Şabran rayonuna aparmasını xahiş etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs Siyəzən şəhərində yerləşən mərkəzi parkın yaxınlığında avtomobildən düşərək, ona daha Şabran rayonuna getməli olmadığını bildirmiş, həmçinin yolboyu aşağı istiqamətdə hərəkət etməyə başlamışdır. Onun həmin vaxt Təqsirləndirilən şəxs ona aid pulqabını oğurlamasından xəbəri olmamışdır. Bundan əlavə, pulqabında ona məxsus şəxsiyyət, sürücülük vəsiqələri, avtomobilinin qeydiyyat şəhadətnaməsi, habelə bəzi problemlərini həll etmək üçün satdığı danasına görə əldə etdiyi hər biri 100 manat pul əskinasından ibarət olan cəmi 500 manat pul və müxtəlif banklara aid plastik kartlar olmuşdur. Eyni zamanda, pulqabı Təqsirləndirilən şəxs tərəfindən “Dəmiryolu” deyilən ərazidə bazarın yaxınlığında karton qutuların yanına atılmış, habelə şəxsiyyət, sürücülük vəsiqələri və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə birlikdə tapılmasına baxmayaraq, oğurlanmış 500 manat pul və plastik bank kartları pulqabında olmamışdır. 19 fevral 2023-cü il tarixdə Əhməd adlı tanışı sənədlərinin olduğu yer barədə ona məlumat verdikdə, o, həmin yerə getmiş və pulqabı ilə birlikdə sənədlərini tapmış, habelə həmin gün Siyəzən RPŞ-yə müraciət etmişdir. Təqsirləndirilən şəxs ona vurduğu zərəri ödəmədiyi üçün ondan şikayətçidir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 80-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 aprel 2023-cü il tarixli, 9/2181 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd 11x21 sm ölçüdə, qəhvəyi rəngli, üzərində “Giorgio Armani” yazıları olan portmanenin istifadədə olması nəzərə alınmaqla, 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti təxminən 10 manat müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 79-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatnın dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 04-12-ci vərəqələrində olan 19 fevral 2023-cü il tarixli baxış keçirmə və götürmə haqqında protokoldan, fotoşəkillərdən, eləcə də iş materiallarına əlavə edilmiş çıxarış-məlumatdan görünür ki, Zərərçəkmiş şəxs məxsus “Mercedes Benz C180” markalı, ** XM *** dövlət qeydiyyat nişanlı avtomobilin ön oturacaqları arasındakı saxlanc yerindən pullar götürülsə də, avtomobildə sınma, qırılma əlamətləri aşkar edilməmiş, bundan əlavə, şabalıdı rəngli pulqabı “Xəzri” marketin sağ tərəfindəki zibillik yerindən içərisində şəxsiyyət, sürücülük vəsiqələri və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə birlikdə tapılmasına baxmayaraq, oğurlanmış 500 manat pul və 3 ədəd "xxxx" ASC-yə məxsus kartlar pulqabında olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 83-86-cı vərəqələrindəki 09 may 2023cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan, eləcə də işin 88-ci vərəqəsində olan 10 may 2023-cü il tarixli maddi sübutun təhvil verilməsi haqqında protokoldan görünür ki, 1 ədəd 11x21 sm ölçüdə, qəhvəyi rəngli, üzərində “Giorgio Armani” yazıları olan portmane maddi sübut kimi tanınaraq, saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. Cinayət işinin 76-cı vərəqəsindəki Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən 20 aprel 2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 35-ci vərəqəsində olan 05 aprel 2023cü il tarixli şübhəli şəxs qismində tutma haqqında qərardan, eləcə də işin 43-cü səhifəsindəki eyni tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 00:40-da Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 62-63-cü vərəqələrində olan 06 aprel 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə, saat 13:40-da Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarında olan Siyəzən Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 1(059)-49/2023 saylı qərarından, Şabran RPŞ-nin 10 iyul 2023-cü il tarixli, 3-13-107/2-10243/2023 nömrəli, eləcə də Siyəzən RPŞ-nin 11 iyul 2023-cü il tarixli, 3-13-106/2-8275/2023 nömrəli məktublarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, sonuncu məhkəməyə gəlməmiş, buna görə də 22 iyun 2023-cü il tarixdə onun Siyəzən Rayon Məhkəməsinə məcburi gətirilməsi barədə qərar qəbul olunmuş, lakin, olduğu (yaşadığı) yer müəyyən edilmədiyindən onun məcburi gətirilməsi mümkün olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarında olan Siyəzən Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 1(059)-49/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə axtarış elan olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarında olan 29 iyul 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan, eləcə də eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs 29 iyul 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayonunun ərazisində saxlanılaraq, Siyəzən Rayon Məhkəməsinə təqdim olunması üçün RPŞ-yə gətirilmiş və məhkəmə iclaslarında iştirak edəcəyinə vəd vermişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarında olan Siyəzən Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 1(059)-49/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarında olan 14 sentyabr 2023cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan, Siyəzən RPŞ-nin eyni tarixli, 3-13-106/2-11527/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şabran şəhəri ərazisində saxlanılaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına təqdim olunmasından ötrü Siyəzən RPŞ-yə gətirilməklə, RPŞ-nin MSY-yə təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 68-70-ci vərəqələrində olan arayışlardan və xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan, Şabran Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 3(031)-227/2023 saylı və Xaçmaz Rayon Məhkəməsinin 02 avqust 2023cü il tarixli, 3(067)-874/2023 saylı qərarlarından görünür ki, himayəsində 30 aprel 2007-ci il təvəllüdlü Ayan və 12 may 2008-ci il təvəllüdlü İlkin adında iki yetkinlik yaşına çatmayan uşağı olmaqla, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Xaçmaz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Bununla belə, Təqsirləndirilən şəxs 2019-2023-cü illər ərzində Azərbaycan Respublikası İXM-nin 227-ci, 206-cı və 535.1-ci maddələri ilə təqsirli bilinib, dəfələrlə inzibati məsuliyyətə cəlb edilmişdir. Hətta, Təqsirləndirilən şəxs sonuncu dəfə Xaçmaz Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 25 gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun məhkəməyədək istintaq dövründə vermiş olduğu etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarının İ, İİ bəndlərinə və XİX bəndinin İİ cümləsinə əsasən talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı əşyanın gizlin götürülməsi saxlanc yerlərinə daxil olma kimi qiymətləndirilə bilməz. Cinayət işinin faktiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs 18 fevral 2023-cü il tarixdə, saat 11:00 radələrində Zərərçəkmiş şəxs “Mercedes Benz C180” markalı, ** XM *** dövlət qeydiyyat nişanlı avtomobilində sərnişin qismində olarkən sonuncunun yanında, lakin onun hiss etmədiyi şəraitdə avtomobilin ön oturacaqları arasındakı qoltuqaltına qoyulmuş içərisində 500 manat pul əskinası olan 10 manat dəyərində 1 ədəd 11x21 sm ölçüdə, qəhvəyi rəngli, üzərində “Giorgio Armani” yazıları olan pulqabını tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürməklə, zərərçəkmiş şəxsə məxsus əmlakı oğurlamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Bununla da, qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törətdiyi əməldə mülkiyyətə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, Təqsirləndirilən şəxs şəxsiyyətini (narkotik vasitələrə meylli olmaqla, ictimai faydalı işlə məşğul olmamasını, əvvəllər bu kateqoriyadan dəfələrlə törətdiyi inzibati xəta əməllərinə görə verilmiş tənbehlərdən nəticə çıxarmamasını, eyni hüquqazidd hərəkətlərini son zamanlara qədər davam etdirməsini, yeni cinayət törətməyə meylliyini, bunun isə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırmasını), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən qaçıb gizlənməsini və barəsində məcburi gətirmə, axtarış tətbiq olunmasını, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə yenidən eyni kateqoriyadan olan cinayət əməli törətməsinə, həmçinin hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, eyni zamanda bir növ özünə peşə kimi seçdiyi hüquqazidd əməllərini davam etdirəcəyinə kifayət qədər əsaslar olmasını, zərərin cüzi qisminin onun iradəsindən kənar qaytarılmaqla, əhəmiyyətli hissəsinin ödənilməməsini, pis vərdişi səbəbindən himayəsindəki yetkinlik yaşına çatmayan uşaqlarının tərbiyəsinə mənfi təsir göstərməsini, bununla belə, barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yuxarıda sadalanan yüngülləşdirici halın olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın yuxarı həddinin 3/8 hissəsi həcmində cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 05 aprel 2023-cü il tarixdə, saat 00:40-dan 06 aprel 2023-cü il, saat 13:40-a kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 14 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin V bəndinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd 11x21 sm ölçüdə, qəhvəyi rəngli, üzərində “Giorgio Armani” yazıları olan portmane Zərərçəkmiş şəxs qaytarılmış hesab edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Həmçinin, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində ona dəymiş qalıq zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 14 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd 11x21 sm ölçüdə, qəhvəyi rəngli, üzərində “Giorgio Armani” yazıları olan portmane Zərərçəkmiş şəxs qaytarılmış hesab edilsin. Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində ona dəymiş qalıq zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-49/2023
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-49/2023
26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver