Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-5/2022 25.01.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, 25 yanvar 2022-ci il tarixdə Siyəzən Rayon Məhkəməsinin binasında xx xxxxxx 1989-cu il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Siyəzən şəhəri, S. Xeyrullayev küçəsi, ev 76 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti və özgə əmlakını gizli olaraq talama məqsədi ilə 11 iyun 2021-ci il tarixdən 16 iyun 2021-ci il tarixədək olan müddət ərzində, müxtəlif vaxtlarda yaşadığı Siyəzən şəhərinin S.Xeyrullayev küçəsindəki 76 saylı evdə yerləşən saxlanc yerindən qardaşı Zərərçəkmiş şəxs məxsus 100 manat dəyərində 1 ədəd “Bosch” markalı, GWS-20-230 model laqondanı, 50 manat dəyərində 1 ədəd “Bort” markalı laqondanı, 35 manat dəyərində 1 ədəd markası silinmiş (kiçik) laqondanı, 50 manat dəyərində 1 ədəd “Ural-zid” markalı perforatoru, 90 manat dəyərində 1 ədəd “Euromax” markalı perforatoru, 20 manat dəyərində 1 ədəd 175/70R13 ölçülü disk təkəri, 25 manat dəyərində 1 ədəd kiçik ölçülü dreli, 15 manat dəyərində 1 ədəd avtomobil qaldırıcısını, 65 manat dəyərində 1 ədəd Zil markalı avtomobilə aid statoru, 25 manat dəyərində 1 ədəd “Cokol” markalı lobziki və 25 manat dəyərində 1 ədəd “Candan” markalı plastik boru yapışdıran ütünü oğurlamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 500 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda yəni 0,202 qram çəkidə narkotik vasitə olan heroin əldə edib, üzərində saxlayaraq daşımış, 21 avqust 2021-ci il tarixdə, saat 12:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Siyəzən şəhərinin S.Xeyrullayev küçəsində saxlanılaraq, gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol arxa cibindən 1 ədəd gümüşü rəngli kağız bükülüdə ümumi təmiz çəkisi 0,202 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Bundan əlavə, o, təkrarən tamah niyyəti və özgə əmlakını gizli olaraq talama məqsədi ilə 30 avqust 2021-ci il tarixdə, saat 15:00 radələrində yaşadığı Siyəzən şəhərinin S.Xeyrullayev küçəsindəki 76 saylı evdən qardaşı Zərərçəkmiş şəxs məxsus 100 manat dəyərində Almaniya istehsalı olan 1 ədəd “West” markalı tozsoranı və 30 manat dəyərində 1 ədəd 0,5 mm-lik dəmir materialdan hazırlanmış, eni 40 sm, uzunluğu 1 metr və hündürlüyü 12 sm, ayaqları 14-lük armaturdan hazırlanmış, yerdən hündürlüyü 20 sm olan manqalı oğurlamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 130 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən iki ilə yaxın olar, narkotik vasitə heroindən istifadə edir. Zərərçəkmiş şəxs qardaşıdır, onunla əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamış, sonuncu ilə bir ünvanda qeydiyyatda olsa da, qardaşı ailəsi ilə birlikdə Bakı şəhərində yaşayaraq, orada işləyir, özünə aid əşyaları isə yaşadıqları evin həyətində olan saxlanc yerində saxlamışdır. 10 iyun 2021-ci il tarixdə, saat 10:00 radələrində narkotik vasitəyə olan tələbatını ödəməkdən ötrü, habelə pulu olmadığı üçün oğuluq etmək qərarına gəlmiş, bu məqsədlə yaşadığı evin həyətindəki saxlanc yerinə daxil olub, orada qardaşı Cəlala məxsus 3 ədəd laqondanı, 2 ədəd perforatoru, 1 ədəd Vaz markalı avtomaşına məxsus diski təkəri, 2 ədəd dreli, 1 ədəd avtomobil qaldırıcını, 1 ədəd Zil markalı avtomaşına məxsus statoru, 3 ədəd malanı, 2 ədəd süngərli malanı və evlərin təmirində istifadə olunan elektrik vasitəsilə işləyən ütünü nəzərdən keçirdib saxlanc yerindən çıxmışdır. Növbəti gün, yəni 11 iyun 2021-ci il tarixdə, saat 10:00 radələrində həmin əşyalardan 1 ədəd laqondanı və 1 ədəd perforatoru saxlanc yerindən çıxardıb, evin həyətinə qoymuş və bunda sonra, Siyəzən şəhər ərazisinə çıxmışdır. Siyəzən şəhər, H. Əliyev küçəsi ərazisində olarkən rayonda usta kimi işləyən Bəxtiyarı görüb, ona yaxınlaşmış, sonuncuya söhbət əsnasında pula ehtiyacı olduğu üçün özünə məxsus 1 ədəd laqonda və 1 ədəd perforator satdığını bildirmiş, Bəxtiyar isə həmin əşyaları görmək istədiyini bildirdikdə, ona məxsus avtomobillə yaşadığı ünvanın qarşısına gəlmişlər. Bundan sonra, yaşadığı evin həyətinə qoyduğu böyük ölçüdə olan 1 ədəd laqondanı və 1 ədəd perforatoru Bəxtiyara göstərmək üçün çölə çıxartmış və laqondanı 50 manata, perforatoru isə 30 manata satdığımı bildirmişdir. Bəxtiyar laqondanı 40 manata, perforatoru isə 20 manata ala biləcəyini bildirdikdə, sonuncu ilə razılaşıb 60 manat müqabilində həmin əşyaları Bəxtiyara satmış və əldə etdiyi pulu öz istifadəsi üçün marketdə ərzaq məhsullarına xərcləmişdir. Bundan başqa, həmin gün saat 12:00 radələrində qardaşı Cəlala məxsus əşyalardan 1 ədəd perforatoru və 1 ədəd təmir aləti olan lobziki oğurlayaraq qonşuluğunda yaşayan Ədalətin yaşadığı evin qapısına aparmış, orada sonuncunu çağırıb, həmin əşyaları ona göstərərək, özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün perforatoru 40 manata, lobziki isə 22 manata satdığını bildirmişdir. Ədalət onunla razılaşıb, 62 manat müqabilində həmin əşyaları aldıqdan sonra, həmin pulu da öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, həmin gün saat 15:00 radələrində evə qayıdaraq, qardaşı Cəlala məxsus əşyalardan Zil markalı avtomaşına aid statoru götürüb, küçəyə çıxmış, bu zaman qonşuluğunda yaşayan, Zil markalı avtomobil idarə etdiyini bildiyi Mehdini görüb, özünə məxsus bir ədəd Zil markalı avtomobilə aid statoru maddi imkanı olmadığı üçün satmaq istədiyimi söyləmiş, sonuncu statora baxıb qiymətini soruşduqda, “30 manata satıram” deyə cavab vermişdir. Bundan sonra, Mehdi həmin statora 25 manat pul verəcəyini bildirmiş, pula ehtiyacı olduğu üçün sonuncu ilə razılaşaraq 25 manat pulun müqabilində həmin statoru ona satmış, həmin 25 manat pulu da ərzaq mağazasında ehtiyacları üçün xərcləmişdir. Bundan əlavə, 12 iyun 2021-ci il tarixdə, səhər saat 10:00 radələrində qardaşı Cəlala məxsus əşyalardan 1 ədəd böyük ölçüdə olan dreli oğurlayıb, Siyəzən şəhəri, H. Əliyev küçəsində yerləşən Turalın işlətdiyi dönərxanaya gətirərək, sonuncuya evdə xəstəsi olduğu üçün 15 manat pula ehtiyacı olduğunu bildirmişdir. Tural pulunun olmadığını bildirdikdə, sellofanda olan 1 ədəd dreli sonuncuya vermiş, saxlayacağı təqdirdə pulunu gətirib geri verəcəyini söyləmiş, bundan sonra, sonuncu dreli götürüb, ona 15 manat pul vermişdir. Bundan əlavə, 13 iyun 2021-ci il tarixdə qardaşı Cəlala məxsus əşyalardan 1 ədəd laqonda və 1 ədəd təmir aləti olan elektrik vasitəsilə işləyən ütünü oğurlamış, Turalın işlədiyi dönərxanaya apararaq, sonuncuya anası xəstə olduğu üçün onu Bakı şəhərinə aparmalı olduğunu, buna görə də 30 manat pula ehtiyacı olduğunu bildirmiş, həmin əşyaları Turala verib, əvəzində aldığı 30 manat məbləğində pulu da öz ehtiyacları üçün xərcləmişdir. Növbəti gün, yəni 14 iyun 2021-ci il tarixdə, saat 13:00 radələrində evdən çıxaraq, Siyəzən şəhəri İcra hakimiyyətinin inzibati binasının qarşısına gəlmiş, taksi sürücüsü kimi fəaliyyət göstərən Daşqına yaxınlaşaraq, özünə məxsus 1 ədəd Vaz markalı avtomaşına aid diski təkəri satmaq istədiyini bildirmiş, sonuncu həmin təkərə baxmaq istədiyini söyləmişdir. Bundan sonra, Daşqın ilə birlikdə onun idarə etdiyi Vaz 2115 markalı avtomaşınla yaşadığı ünvanın qarşısına gəlmiş, orada qardaşı Cəlala məxsus əşyalardan 1 ədəd diski təkəri oğurlayaraq, çölə çıxartmış, Daşqın təkərə baxış etdikdən sonra qiymətini soruşduqda, həmin diski təkəri 10 manata satdığını bildirmiş, Daşqın isə öz növbəsində 8 manat pulunun olduğunu bildirdikdə, onunla razılaşıb, həmin diski təkəri 8 manat pulun müqabilinə Daşqına satdıqdan sonra, həmin pulu da xərcləmişdir. Bundan başqa, tarixini dəqiq xatırlamadığı vaxtda qardaşı Cəlala məxsus əşyalardan 1 ədəd kiçik ölçüdə dreli məhəlləyə çıxararaq, Siyəzən rayonu, Sədan kənd sakini kimi tanıdığı Cavidə göstərərək, satdığımı bildirmişdir. Cavid drelin kimə məxsus olduğunu soruşduqda, sonuncuya drelin özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün 25 manata satdığımı demiş, Cavid cibində 8 manat pulunun olduğunu bildirdikdə, onunla razılaşmış, həmin direli 8 manat pulun müqabilinə Cavidə satdıqdan sonra, həmin pulu öz ehtiyacları üçün xərcləmişdir. 14 iyun 2021-ci il tarixdə, saat 15:00 radələrində küçədə olarkən Eldar adlı şəxsə yaxınlaşmış, domkratının olduğunu və satmaq istədiyini bildirdikdə, sonuncu domkratı baxmaq üçün gətirməsini istəmiş, bundan sonra, qardaşı Cəlala məxsus domkratı saxlanc yerindən oğurlayaraq, Eldara göstərib 10 manata satdığını bildirmiş, sonuncu razılaşaraq, həmin məbləğdə pulu ona vermiş və o da, 10 manat pulu həmin gün xərcləmişdir. Bundan əlavə, 16 iyun 2021-ci il tarixdə Siyəzən şəhərində olarkən, Siyəzən RPŞ-nin əməkdaşları ona yaxınlaşıb, oğurluqda şübhəli olduğunu bildirərək, özləri ilə RPŞ-yə aparmışlar. RPŞ-yə gətirildikdən sonra yaşadığı evin saxlanc yerində qardaşı Cəlala məxsus olan əşyaları oğurladığını bildirmişdir. Qardaşı Cəlal ondan şikayət etdiyi üçün bir müddət sonuncuya məxsus olan əşyaları oğurlamamışdır. 20 avqust 2021-ci il tarixdə, təxminən saat 20:00 radələrində yaşadığım ünvanın yaxınlığında gəzişərkən, diqqətini cəlb etməklə, yerdən götürdüyü, habelə içərisində narkotik vasitə heroin olan bir ədəd gümüşü rəngli siqaret kağızı bükülüsünü əynində olan şalvarın sol arxa cibinə qoyub, yaşadığı ünvana gəlmiş və artıq axşam saatları olduğundan narkotik vasitəni həmin gün istifadə etməmişdir. Növbəti gün, 21 avqust 2021-ci il tarixdə, təxminən saat 12:00 radələrində yaşadığı ünvandan çıxaraq, mağazaya gedərkən, bir gün əvvəl tapdığı narkotik vasitə heroin şalvarının cibində olmuş və həmin vaxt, yaşadığı məhəllədə polis əməkdaşları mənə yaxınlaşıb, özlərini təqdim edərək, Siyəzən RPŞ-nin əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğumu bildirib üzərimdə şəxsi axtarış keçirilməsi məqsədilə RPŞyə dəvət etdilər. RPŞ-nin növbətçi hissəsində Müdafiəçi iştirakı ilə üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman, təklif əsasında əynində olan qara rəngli şalvarın sol arxa cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsünü və 1 manatlıq pul əsginazları formasında ümumilikdə 5 manat kağız pulu çıxarıb masanın üzərinə qoymuş, daha sonra təqdim etdiyi 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü polis əməkdaşları tərəfindən açıldıqda içərisində heroin kütləsi aşkar olunmuş və şifahi sorğu zamanı bükülüdə olan kütlənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə heroini bir gün əvvəl yaşadığı məhəllədə yerdən tapdığını, istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan sonra, aşkar olunmuş 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü müstəntiq tərəfindən ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürləndikdən sonra, o, və digər iştirakçılar tərəfindən imzalanmışdır. Sonra, bu barədə tərtib olunmuş protokol, ucadan oxunmuş və doğruluğu imzalara təsdiq edilmişdir. Həmin gün şübhəli şəxs qismində tutulduqdan 48 saat sonra, 23 avqust 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə, RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Bir müddət sonra, yenidən pulunun olmadığını görüb qardaşı Cəlala məxsus əşyaları oğurlamaq qərarına gəlmiş, habelə 30 avqust 2021-ci il tarixdə, təxminən saat 14:00 radələrində “West” markalı tozsoranı satmaq məqsədilə küçəyə çıxıb müştəri axtarmağa başlamışdır. Siyəzən şəhəri A. Qaradağlı küçəsi ilə piyada hərəkətdə olan zaman evlərinin qarşısında Siyəzən şəhər sakini kimi tanıdığı X8 ilə rastlaşmış, söhbət əsnasında satılıq tozsoran olduğunu və 50 manata satdığını bildirmiş, sonuncu tozsoranı almaq niyyəti olduğunu, lakin tozsorana baxmaq istədəyini bildirmişdir. Sonra, yaşadığı evə gəlib, tozsoranı götürüb çıxmış və həmin vaxt, evdə heç kim olmadığından onu görən olmamışdır. Bundan sonra, Vüsalın yaşadığı evə getmiş, sonuncu tozsoranı götürüb yaşadığı evdə işləyib-işləmədiyini yoxlamış, işlədiyinə əmin olduqdan sonra 30 manata ala biləcəyini, pulun qalan 10 manatını isə səhər verəcəyini bildirmişdir. Vüsaldan 30 manatı götürüb oradan uzaqlaşmış və həmin puluda şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan sonra, yaşadığı ünvana gələrək, həyətyanı sahədə olan qardaşı Cəlalın öz şəxsi vəsaiti hesabına düzəltdiyi manqalı görüb onu da oğurlayaraq satmaq qərarına gəlmişdir. Bu məqsədlə manqalı götürüb Siyəzən şəhəri H. Əliyev küçəsinə çıxaraq, dövlət qeydiyyat nişanını bilmədiyi Qazel markalı avtomobillə metal qəbulu ilə məşğul olan tanımadığı şəxsə 5 manat müqabilində satmış, əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. Törətdiyi əməlləri etiraf edərək, səmimi peşmançılıq hissi keçirməsini, zərəçəkmiş şəxsə dəymiş zərərin tam şəkildə ödənilməsini, habelə sonuncunun ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasının nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 2 ünvanda qeydiyyatda olsa da, ailəsi ilə birlikdə ünvan 3nvanında kirayədə yaşayır, habelə Bakı şəhərində yerləşən “Sədərək” ticarət mərkəzində satıcı işləyir. Təqsirləndirilən şəxs balaca qardaşıdır, sonuncu ilə əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmasa da, Elnurun narkotik vasitələrin aludəçisi olduğunu və tüfeyli həyat tərzi keçirdiyini bildiyindən, münasibətləri yaxşı olmayıb. İşi ilə bağlı lazım olan hər bir avadanlığı öz şəxsi vəsaiti hesabına alıb, qeydiyyatda olduğu evin həyətində olan saxlanc yerində yerləşdirib, həmin saxlanc yerinin açarını özündə saxlasa da, saxlanc yerinin qapısı ara-sıra açıq vəziyyətdə də olmuşdur. 10 iyun 2021-ci il tarixdə Siyəzən şəhərində olarkən, həmin saxlanc yerində olan əşyalara baxış keçirmiş, həmin əşyaların yerində olduğunu gördükdən sonra Bakı şəhərinə getmişdir. Bundan bir neçə gün sonra yəni, 16 iyun 2021ci il tarixdə Siyəzən şəhərində yaşayan valideynlərinə baş çəkmək üçün yaşadığı ünvana gəlib, valideynləri ilə görüşmüş, bundan sonra drel lazım olduğundan saxlanc yerinə baş çəkdiyində həmin alətin yerində olmadığını görmüş və qardaşı Elnurdan şübhələnərək saxlanc yerinə baxış keçirməyə başlamışdır. Bu zaman orada saxladığı 3 ədəd laqondanın, 2 ədəd perforatorun, 1 ədəd Vaz markalı avtomaşına məxsus disk təkərin, 1 ədəd drelin, 1 ədəd avtomobil qaldırıcının, 1 ədəd Zil markalı avtomaşına məxsus statorun, 1 ədəd təmir aləti olan elektriklə işləyən ütünün və 1 ədəd təmir aləti olan lobzikin yerində olmadığını görmüşdür. Elnurdan həmin əşyaların götürüb-götürmədiyini soruşduğunda, sonuncu məlumatının olmadığını bildirmiş, Elnura bu barədə polisə məlumat verəcəyini dediyində isə, Elnur, “mənlik deyil, get nə istəyirsən et” deyə cavab vermişdir. Bundan sonra, Siyəzən RPŞ-yə gedərək bu barədə ərizə ilə müraciət etmiş və sonradan həmin əşyaların qardaşı Elnur tərəfindən oğurlanaraq müxtəlif şəxslərə satıldığını öyrənmişdir. Daha sonra, həmin əşyalar ona qaytarılmış və qardaşı Elnurun narkotik vasitələrdən istifadə etdiyi üçün tutulduğunu öyrənmişdir. Bundan bir müddət sonra Siyəzən şəhərinə gəlməmişdir. 30 avqust 2021-ci il tarixdə, təxminən saat 21:00 radələrində hal-əhval tutmaq üçün atası Mirzəli və anası Həbibə ilə telefon əlaqəsi saxlayarkən söhbət zamanı atası, qardaşı Elnurun onun öz şəxsi vəsaiti hesabına aldığı “West” markalı tozsoranı və həyətdə olan onun öz şəxsi vəsaiti hesabına düzəltdiyi dəmir materialdan olan manqalı apardığını bildirmişdir. Atası ilə telefon danışığını bitirdikdən sonra, qardaşı Elnurun ona məxsus tozsoranı və manqalı oğurlaması barədə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş, növbəti gün Siyəzən RPŞ-yə gələrək, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar ərizə ilə müraciət edib, qeyd olunan əşyaların da, qardaşı Elnur tərəfindən oğurlandığını qeyd etmişdir. Bir müddət sonra, Elnurun tozsoranı satdığı şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək, həmin tozsoran ona geri qaytarılmışdır. Qardaşı Elnur tərəfindən oğurlanmış bütün əşyaları öz şəxsi vəsaiti hesabına alaraq qeydiyyatda olduğu evin həyətindəki saxlanc yerinə qoymuş, həmçinin həmin əşyaların alınmasında Elnurun hər hansı bir payı olmamışdır. Hazırda təqsirləndirlən şəxs tərəfindən dəymiş ziyan tam şəkildə ödənildiyindən sonuncuya qarşı şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqı zamanı Şahid6 ifadəsində göstərdi ki, təxminən 2021-ci ilin iyun ayının ortalarında dəqiq tarixi xatırlamadığı vaxtda, Siyəzən şəhəri, S. Xeyrullayev küçəsində olarkən Siyəzən şəhər sakini kimi tanıdığı Elnur adlı şəxs ona yaxınlaşaraq, özünə məxsus 1 ədəd kiçik ölçüdə laqondası olduğunu, pula ehtiyacı olduğu üçün onu satdığını bildirmişdir. Elnurdan laqundaya baxmaq istədiyini, harada olduğunu və neçəyə satdığını soruşduğunda, sonuncu sözügedən laqondanı 25 manata satdığını bildirmişdir. Elnura cibində 8 manat pulunun olduğunu bildirdiyində isə sonuncu onunla razılaşmış və avtomobilinə əyləşərək yaşadığı ünvana getmişlər. Elnurun yaşadığı Siyəzən şəhəri, S. Xeyrullayev küçəsində yerləşən 76 nömrəli evin qarşısına gəldiklərində, sonuncu avtomobildən düşüb, evə daxil olduqdan bir müddət sonra 1 ədəd kiçik ölçülü laqunda ilə evdən çölə çıxmış və o, laqondaya baxıb, 8 manat pulun müqabilində onu Elnurdan alaraq, avtomobilinin salonuna qoymuşdur. 16 iyun 2021-ci il tarixdə Siyəzən şəhəri ərazisində olarkən, RPŞ-nin əməkdaşları ona yaxınlaşıb, Elnurdan almış olduğu laqondanın oğurluq olduğunu bildirərək, RPŞ-yə dəvət etmişlər. RPŞ-yə gəldikdən sonra polis əməkdaşlarına baş verənləri nəql etmiş və aldığı laqondanı onlara təqdim etdikdən sonra, bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid X6 ifadəsində göstərdi ki, Siyəzən rayonu ərazisində özünə məxsus Vaz 2115 markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. 13 iyun 2021-ci il tarixdə, saat 13:00 radələrində Siyəzən şəhər İcra Hakimiyyətinin qarşısında olarkən, Siyəzən şəhər sakini kimi tanıdığı Elnur adlı şəxs ona yaxınlaşaraq, Vaz markalı avtomobilə aid olan bir ədəd disk təkərin olduğunu bildirmiş, Elnurdan disk təkərin harada olması və neçəyə satması barədə soruşduğunda, sonuncu disk təkərin yaşadığı ünvanın həyətyanı sahəsində olduğunu bildirmişdir. Bundan sonra, Elnur onun avtomobilinə əyləşmiş və onlar Siyəzən şəhəri, S. Xeyrullayev küçəsində yerləşən 76 nömrəli evin qarşına getmişlər. Bu zaman Elnur avtomobildən düşmüş, evə daxil olduqdan bir müddət sonra disk təkəri çölə çıxartmış və o, neçəyə satdığnı soruşduğunda Elnur, 10 manat müqabilində satdığını bildirmişdir. O, həmin təkərin köhnə vəziyyətdə olduğunu görüb, 8 manat pul verəcəyini söylədiyində, Elnur razılaşmış və təkəri 8 manat müqabilində almış, ehtiyat disk təkəri olmadığından avtomaşının yük hissəsinə qoymuşdur. 16 iyun 2021-ci il tarixdə Siyəzən şəhəri ərazisində olarkən, RPŞ-nin əməkdaşları ona yaxınlaşmış, almış olduğu disk təkərin oğurluq olduğunu bildirərək, RPŞ-yə dəvət etmişlər. RPŞ-yə gəldikdən sonra polis əməkdaşlarına baş verənləri nəql etmiş və aldığı əşyaları təqdim etdikdən sonra, bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı Şahid5 Zahid oğlu ifadəsində göstərdi ki, 13 iyun 2021-ci il tarixdə Siyəzən şəhərinin Heydər Əliyev küçəsində yerləşən işlədiyi dönərxanada olarkən, Siyəzən şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs yanına gəlmiş, evdə xəstəsi olduğunu və 15 manat pula ehtiyacı olduğunu bildirmiş, o da, sonuncuya pulunun olmadığını qeyd etmişdir. Bundan sonra, Elnur əlində olan sellofan torbanın içərisində olan 1 ədəd dreli ona təqdim edərək satdığını bildirmiş, o da, Elnura drelin lazım olmadığını qeyd edib, xəstəsi olduğu üçün sonuncuya 15 manat pul vermişdir. Bundan sonra, Elnur əlində olan 1 ədəd dreli ona verərək, pulu götürüb getmişdir. 14 iyun 2021-ci il tarixdə, saat 13:00 radələrində Elnur yenidən işlədiyi yerə yaxınlaşaraq, anasının xəstə olduğunu, Bakı şəhərinə aparmaq üçün pulunun olmadığını, əlində özü ilə gətirdiyi 1 ədəd laqundanı və 1 ədəd təmir aləti olan elektriklə işləyən ütünü satdığını bildirmişdir. O, Elnura həmin əşyaların ona lazım olmadığını desə də, sonuncu çox xahiş etdikdən sonra, Elnura 30 manat pul verib, həmin əşyaları ondan götürərək, dönərxanaya qoymuşdur. 16 iyun 2021ci il tarixdə Siyəzən şəhəri ərazisində olarkən, RPŞ-nin əməkdaşları ona yaxınlaşmış, almış olduğu əşyaların oğurluq olduğunu bildirərək, RPŞ-yə dəvət etmişlər. RPŞ-yə gəldikdən sonra polis əməkdaşlarına baş verənləri nəql etmiş və aldığı əşyaları təqdim etdikdən sonra, bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, 14 iyun 2021-ci il tarixdə, saat 15:00 radələrində Siyəzən şəhəri, S.Xeyrullayev küçəsində yerləşən avtomaşınların təmiri sexində olarkən Siyəzən şəhər sakini kimi üzdən tanıdığı Təqsirləndirilən şəxs ona yaxınlaşaraq özünə məxsus avtomobilin qaldırıcısını satmaq istədiyini bildirmiş və o, avtomobilində qaldırıcı olmadığından həmin əşyanı almaq istəmişdir. Bundan sonra, Elnur oradan çıxıb getmiş və bir neçə dəqiq sonra əlində qaldırıcı onun olduğu yerə qayıtmışdır. O, Elnurdan həmin qaldırıcını neçəyə satmasını soruşmuş, sonuncu isə ona həmin əşyanı 10 manata satmasını bildirdikdə, o, qaldırıcını Elnurdan 10 manat müqabilində alaraq avtomaşının yük hissəsinə qoymuşdur. 16 iyun 2021-ci il tarixdə o, Siyəzən şəhəri ərazisində olarkən Siyəzən RPŞ-nin əməkdaşları ona zəng edərək, Elnurdan almış olduğu qaldırıcının oğurluq olduğunu bildirmiş və onu RPŞ-yə dəvət etmişlər. O, RPŞ-də olarkən baş verənləri polis əməkdaşlarına danışmış və aldığı qaldırıcını sonunculara təqdim etdikdən sonra bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid Ucar RPŞ-nin PPBT-nin komandiri Şahid2 ifadəsində göstərdi ki, Siyəzən RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili işlədiyi vaxt yəni, 21 avqust 2021-ci il tarixdə Siyəzən şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi barədə əməliyyat aparatına daxil olmuş məlumat əsasında CAB-ın rəisi Fikrət Məstəliyev tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair tərtib olunmuş müvafiq qərar RPŞ-nin rəisinin imzası ilə təsdiq edilmiş və onun NMQ-nun əməliyyat müvəkkili Şahid1, CAB-ın sabiq əməliyyat müvəkkili X7 və növbətçi hissəsinin sürücüsü X4 iştirakları ilə təlimatlandırılma keçirilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs yaşadığı Siyəzən şəhəri, S.Xeyrullayev küçəsində görüb ona yaxınlaşaraq özlərini təqdim etməklə, üzərində narkotik vasitə gəzdirməsinə dair əsaslı şübhə olduğunu bildirib, üzərində şəxsi axtarış aparılması məqsədilə Siyəzən RPŞ-yə dəvət edilmiş və o, razılıq əsasında rayon Polis Şöbəsinə aparılmışdır. RPŞ-nin növbətçi hissəsində onun, Şahid1 və RPŞ-nin növbətçi köməkçisi X9 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Bundan əvvəl Təqsirləndirilən şəxs və digər iştirakçılara qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, həmçinin Təqsirləndirilən şəxs müdafiə hüququnun təmin olunması məqsədi ilə şəxsi axtarışda Müdafiəçi də iştirakı təmin edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif əsasında əynində olan qara rəngli şalvarın sol arxa cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsünü və əynində olan qara rəngli şalvarın sağ arxa cibindən kağız pulları çıxararaq masanın üzərinə qoymuşdur. İlk növbədə pullar sayılmış və bu zaman orada 1 manatlıq əskinaslar formasında olmaqla, ümumilikdə 5 manat pul olması müəyyən olunmuşdur. Sonra, təqdim edilmiş bükülü İB-nin müstəntiqi Rəhmin Zeynalov tərəfindən açıldığında içərisində qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən olunmuş, bundan sonra həmin bükülü aşkar olunduğu formada bağlanaraq, masanın üzərinə qoyulmuşdur. Daha sonra, tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, sonuncunun üzərindən əlavə qanunla qadağan olunmuş əşya və ya predmetlər aşkar olunmamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 5 ədəd 1 manatlıq əskinaslarda olmaqla, ümumilikdə 5 manat məbləğində pul ona geri qaytarılmış, 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü isə bir ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, habelə iştirakçılar tərəfindən ərizə, şikayət, təklif daxil olmamışdır. Bundan əlavə, tərtib olunmuş protokol iştirakçılar arasında ucadan oxunaraq, doğruluğu imzalarla təsdiq olunmuşdur. Şəxsi axtarışın videogörüntüləri X1 baş inspektoru X5 tərəfindən “Nikon” markalı aparatla qeydə alınmışdır. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahid Siyəzən RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 162-163-cü vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2021-ci il tarixli, 9/4214 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən malların istifadə olunması nəzərə alınmaqla, 1 ədəd “Bosch” markalı, GWS-20-230 model laqondanın 2021-ci ilin iyun ayına olan orta bazar qiyməti təxminən 100 manat, 1 ədəd “Bort” markalı laqondanın qiyməti 50 manat, 1 ədəd markası silinmiş (kiçik) laqondanın qiyməti 35 manat, 1 ədəd “Ural-zid” markalı perforatorun qiyməti 50 manat, 1 ədəd “Euromax” markalı perforatorun qiyməti 90 manat, 1 ədəd 175/70R13 ölçülü disk təkərin qiyməti 20 manat, 1 ədəd kiçik ölçülü drelin qiyməti 25 manat, 1 ədəd avtomobil qaldırıcısının qiyməti 15 manat, 1 ədəd Zil markalı avtomobilə aid statorun qiyməti 65 manat, 1 ədəd “Cokol” markalı lobzikin qiyməti 25 manat və 1 ədəd “Candan” markalı platik boru yapışdıran ütünün qiyməti 25 manat müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 161-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəməəmtəəşünaslıq ekspertizasının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 35-36-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2021-ci il tarixli, 6/3641 nömrəli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №96” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,202 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in l siyahısına daxildir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra heroinin qalıq çəkisi 0,152 qram təşkil etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 34-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə fiziki-kimyəvi ekspertizasının dəyəri 65 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 199-200-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 sentyabr 2021-ci il tarixli, 9/6437 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş və ekspertiza təyini haqqında qərarda göstərilən malların istifadədə olması nəzərə alınmaqla, 1 ədəd Almaniya istehsalı olan “West” markalı tozsoranın 2021-ci ilin avqust ayına olan orta bazar qiyməti təxminən 100 manat, 1 ədəd 0,5 mm-lik dəmir materialdan hazırlanmış, eni 40 sm, uzunluğu 1 metr və hündürlüyü 12 sm, ayaqları 14-lük armaturdan hazırlanmış, yerdən hündürlüyü 20 sm olan manqalın nəzəri qaydada qiyməti 30 manat müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 198-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 24-25-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən 24 sentyabr 2021-ci il tarixdə verilmiş 3609 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 24-25-ci vərəqələrində olan 21 avqust 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Elnur Məmmədarovun əynində boz rəngli köynək, qara rəngli şalvar, ağ rəngli yay ayaqqabısı və başında boz rəngli yay papağı olmuş, bu zaman ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda, o, üzərində qanunla qadağan olunmuş narkotik vasitə “kokos” olduğunu bildirmiş, habelə əynində olan qara rəngli şalvarın sol arxa cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsünü və əynində olan qara rəngli şalvarın sağ arxa cibindən kağız pulları çıxararaq masanın üzərinə qoymuşdur. Əvvəlcə pullar sayılmış və bu vaxt orada 1 manatlıq əskinaslar formasında olmaqla, ümumilikdə 5 manat pul olması müəyyən olunmuşdur. Daha sonra, təqdim edilmiş bükülü açıldığında içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən edilmişdir. Bundan sonra, həmin gümüşü rəngli siqaret kağızı bükülüsü aşkar olunduğu formada bağlanmış və masanın üzərinə qoyulmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, üzərindən əlavə qanunla qadağan olunmuş əşya və ya predmetlər aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 5 ədəd 1 manatlıq əskinaslarda olmaqla, ümumilikdə 5 manat məbləğində pul ona geri qaytarılsa da, 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü müvafiq qaydada qablaşdırılmışdır. Şəxsi axtarış zamanı “Nikon” markalı fotoaparat vasitəsi ilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 43-44-cü vərəqələrində olan 22 avqust 2021-ci il tarixli maddi sübut kimi tanımaq haqqında, işin İİ cild 26-43-cü vərəqələrində olan 15 noyabr 2021-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə qərarlardan, eləcə də cinayət işinin İ cild 165, 237-ci vərəqələrindəki qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 0,152 qram təşkil edən narkotik vasitə olan heroin iş üzrə maddi sübut kimi tanınmaqla, Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, 21 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarışın video görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt Disk isə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Bundan əlavə, iş üzrə maddi sübut kimi tanınmış “Bosch” markalı, GWS-20-230 model laqonda, 1 ədəd “Bort” markalı laqonda, 1 ədəd markası silinmiş (kiçik) laqonda, 1 ədəd “Ural-zid” markalı perforator, 1 ədəd “Euromax” markalı perforator, 1 ədəd 175/70R13 ölçülü diski təkər, 1 ədəd kiçik ölçülü drel, 1 ədəd Zil markalı avtomobilə aid stator, 1 ədəd “Cokol” markalı lobzik, 1 ədəd “Candan” markalı plastik boru yapışdıran ütü və 1 ədəd Almaniya istehsalı olan “West” markalı tozsoran Zərərçəkmiş şəxs qaytarılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 74-75-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 17 sentyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 17-ci vərəqəsində olan 21 avqust 2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 59-60-cı vərəqələrində olan 23 avqust 2021-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş işin İ cild 83-84-cü vərəqələrində olan arayış və xasiyyətnamədən görünür ki, Siyəzən şəhəri, S. Xeyrullayev küçəsi, ev 76 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayonu İcra Hakimiyyətinin Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. İşdə olan zərərçəkmiş şəxsin 21 dekabr 2021-ci il tarixdə tərtib etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam şəkildə ödənildiyindən, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamaqla, yanaşı təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxmışdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib saxlama, daşıma eləcə də, təkrarən özgənin əmlakını gizli olaraq talama cinayətlərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyi, təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1 və 177.2.2-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməklə, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını, zərəçəkmiş şəxsə dəymiş zərərin tam şəkildə ödənilməsini, habelə sonuncunun ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə, mülkiyyətə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, şəxsiyyətini (narkotik vasitələrə meylli olmaqla, ictimai faydalı işlə məşğul olmamasını, əvvəllər bu kateqoriyalardan törətdiyi inzibati xəta əməllərinə görə verilmiş tənbehlərdən nəticə çıxarmamasını, bununla da, hüquqazidd əməllərini davam etdirməsini, islah, o cümlədən tərbiyə olunmamasını, yeni cinayət törətməyə meylliyini), cəzasını ağırlaşdıran halın mövcud olmamasını, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, törətdiyi əməli etiraf etməklə, əməlindən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə barəsində şikayətin daxil olmaması, zərəçəkmiş şəxsə dəymiş zərərin tam şəkildə ödənilməsi, habelə sonuncunun ona qarşı şikayətinin, eləcə də tələbinin olmaması kimi yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.2-ci və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 21 avqust 2021-ci il tarixdən 23 avqust 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 25 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 0,152 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 21 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarışın video görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt Disk cinayət işində saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus “Bosch” markalı, GWS-20-230 model laqonda, 1 ədəd “Bort” markalı laqonda, 1 ədəd markası silinmiş (kiçik) laqonda, 1 ədəd “Ural-zid” markalı perforator, 1 ədəd “Euromax” markalı perforator, 1 ədəd 175/70R13 ölçülü diski təkər, 1 ədəd kiçik ölçülü drel, 1 ədəd Zil markalı avtomobilə aid stator, 1 ədəd “Cokol” markalı lobzik, 1 ədəd “Candan” markalı plastik boru yapışdıran ütü və 1 ədəd Almaniya istehsalı olan “West” markalı tozsoran Zərərçəkmiş şəxs qaytarılmış hesab edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 165 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, qəti olaraq təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 25 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 0,152 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 21 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarışın video görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt Disk cinayət işində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus “Bosch” markalı, GWS-20-230 model laqonda, 1 ədəd “Bort” markalı laqonda, 1 ədəd markası silinmiş (kiçik) laqonda, 1 ədəd “Ural-zid” markalı perforator, 1 ədəd “Euromax” markalı perforator, 1 ədəd 175/70R13 ölçülü diski təkər, 1 ədəd kiçik ölçülü drel, 1 ədəd Zil markalı avtomobilə aid stator, 1 ədəd “Cokol” markalı lobzik, 1 ədəd “Candan” markalı plastik boru yapışdıran ütü və 1 ədəd Almaniya istehsalı olan “West” markalı tozsoran Zərərçəkmiş şəxs qaytarılmış hesab edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 165 (bir yüz altmış beş) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X3, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-5/2022
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-5/2022
25.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver