Məhkəmə qərarları › İş №1(059)-50/2020

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-50/2020

15.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-50/2020 15.09.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 2020-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1979-cu ildə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, üzərində məhkumluğu olmayan, “Azəriqaz” İB-nin Xaçmaz RQİİ-nin Siyəzən xidməti sahəsində fəhlə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 1,685 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində saxlamış, xx xxxxx 2020-ci il tarixdə, saat 19:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sərnişin qismində əyləşdiyi qardaşı Şahid1 idarə etdiyi **-SO-*** dövlət qeydiyyat nişanlı, qara rəngli, “VAZ 2107” markalı avtomobil ilə Siyəzən rayonu, Qalaşıxı kəndi ərazisində saxlanılaraq RPŞyə gətirilmiş, orada növbətçi hissədə onun üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə sol ayağındakı qara rəngli corabının iç hissəsindən 1 ədəd şəffaf rəngli sellofana bükülü vəziyyətdə aşkar olunaraq müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 15 il olar narkotik vasitə heroini inyeksiya yolu ilə qəbul edir, hətta, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar məhkumluğu olmuşdur. Qardaşı Fariz taksi fəaliyyəti ilə məşğul olduğu üçün xx xxxxx 2020-ci il tarixdə, saat 12:00 radələrində sonuncuya zəng edərək, oğlunun dərmanlarını almaq üçün Bakı şəhərinə getməli olduğunu bildirmişdir. Belə ki, oğlu Zeynal Zeynallı böyrək çatışmazlığı xəstəliyinə görə dövlət qeydiyyatına alınıb və hər 25 gündən bir o, Bakı şəhərinə gedərək oğlunun dərmanlarını alır. Fariz onunla razılaşaraq, danışıqlarından təxminən yarım saat sonra idarə etdiyi qara rəngli, **-SO-*** dövlət qeydiyyat nişanlı, “VAZ-2107” markalı avtomobillə gəlmişdir. Bundan sonra, onlar birlikdə Bakı şəhərinə yola düşmüş və o, Farizə Bakı şəhərində yerləşən “Semaşko” adlanan xəstəxanaya sürməsini istəmiş, həmin xəstəxanaya çatanda Farizdən onu maşında gözləməsini xahiş edib, özü xəstəxanaya daxil olaraq dərmanları almaq üçün növbə gözləmişdir. Təxminən bir saatdan sonra dərmanları alıb geri qayıdarkən xəstəxananın həyətində yerdə şəffaf sellofan bükülü diqqətini çəkmiş, o, həmin bükülünü götürüb içinə baxmış, narkotik vasitə istifadəçisi olduğu üçün bükülüdəki qəhvəyi rəngli maddənin narkotik vasitə heroin olduğunu bilmişdir. O, dərhal bükülünü sonra rahat vaxtda az-az öz dozasına uyğun olaraq istifadə etməsi məqsədilə, sol ayağındakı qara rəngli corabın içərisinə qoymuşdur. Daha sonra, avtomobilə geri dönərək qardaşına dərmanları aldığını, artıq Siyəzən şəhərinə qayıda biləcəklərini bildirib Siyəzən rayonuna yola düşmüşlər. Onlar koronovirus pandemiyası ilə əlaqədar Siyəzən rayonu, Qalaşıxı kəndi ərazisində qurulmuş posta çatanda polis əməkdaşları avtomobili dayandıraraq onlara yaxınlaşıb özlərini təqdim edərək, Siyəzən RPŞ-nin əməkdaşları olduqlarını, üzərlərində və qardaşının idarə etdiyi avtomobildə narkotik vasitə saxlamaqda şübhəli olduqlarını bildirməklə, şəxsi axtarış və avtomobilə baxış keçirilməsindən ötrü onları RPŞ-yə dəvət etmişlər. Siyəzən RPŞ-nin növbətçi hissəsində üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməzdən əvvəl ona qanunvericiliklə nəzərədə tutulmuş hüquq və vəzifələri izah olunmuş, həmçinin üzərində keçiriləcək şəxsi axtarış zamanı müdafiə hüququ təmin olunmaqla fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi ona təqdim edilmiş, o, həm üzərində keçiriləcək şəxsi axtarış zamanı, həm də cinayət prosesinin digər mərhələlərində hüquqlarının Müdafiəçi tərəfindən müdafiə edilməsinə hər hansı etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya olduğu təqdirdə, könüllü təqdim etməsi təklif edildikdə, o, sol ayağındakı qara rəngli corabın içərisindən narkotik vasitə heroin olan şəffaf rəngli sellofan bükülünü təqdim edərək, həmin maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra, şəxsi axtarış davam etdirilsə də, üzərindən qanunla qadağan olunmuş başqa vasitə aşkar olunmamışdır. Üzərində keçirilən şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş içərisində narkotik vasitə heroin olan 1 ədəd şəffaf rəngli bükülü 1 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmaqla möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, bu barədə tərtib olunmuş protokol da ucadan oxunduqdan sonra imzalanmışdır. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasının, eləcə də övladlarından birinin böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkməsinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs üzərində, həmçinin onun qardaşı Şahid1 üzərində və idarə etdiyi **-SO-*** dövlət qeydiyyat nişanlı, qara rəngli, “Vaz 2107” markalı minik avtomobilində narkotik vasitə gəzdirmələri barədə xx xxxxx 2020-ci il tarixdə əməliyyat aparatına daxil olmuş məlumat əsasında tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunmuş və RPŞ-nin rəisinin imzası ilə təsdiq edilmişdir. Bundan sonra, RPŞ-nin rəhbərliyinin tapşırığı ilə xx xxxxx 2020-ci il tarixdə Siyəzən RPŞ-nin Təminat hissəsinin sürücüsü X1 və DYPB YPX-nin inspekoru Şahid5 ilə birlikdə təxminən saat 19:00 radələrində Siyəzən rayonu, Qalaşıxı kəndi ərazisinə gedərək, mövcud koronovirus pandemiyası ilə əlaqədar Bakı şəhəri istiqamətindən Siyəzən rayonuna daxil olan avtomobillərin yoxlanılması məqsədilə qurulmuş stasionar postun yaxınlığında dayanıb, ətraf ərazini müşahidəyə götürmüşlər. Bir qədər sonra Təqsirləndirilən şəxs qardaşı Şahid1 idarə etdiyi **-SO-*** dövlət qeydiyyat nişanlı, qara rəngli, “Vaz 2107” markalı minik avtomobil ilə Bakı şəhəri istiqamətindən gələrək posta yaxınlaşdıqlarını görmüşlər. Onlar tərəfindən Şahid1 idarə etdiyi avtomobil saxlanılmış, bundan sonra, həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim edib, üzərilərində və idarə etdikləri avtomobildə narkotik vasitə gəzdirmələrinə dair əsaslı şübhə olduğunu bildirməklə, həmin şəxslərin üzərində şəxsi axtarış və idarə etdikləri avtomobilə baxış keçirilməsi məqsədilə onları Siyəzən RPŞ-nə dəvət etmişlər. Həm Firuz, həm də, Fariz üzərilərində şəxsi axtarışın və sonuncunun idarə etdiyi avtomobilə isə baxışın keçirilməsinə etirazlarının olmadığını bildirərək onlarla Siyəzən RPŞ-yə getmişlər. Əvvəlcə Siyəzən RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarışa başlanılmış, bundan qabaq Təqsirləndirilən şəxs və digər iştirakçılara qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarış zamanı müdafiə hüququnun təmin olunması məqsədi ilə şəxsi axtarışda Müdafiəçi da iştirakı təmin edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa, könüllü təqdim etməsi təklif olunduqda, Təqsirləndirilən şəxs sol ayağındakı qara rəngli corabının iç hissəsindən içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olan 1 ədəd şəffaf rəngli sellofan bükülünü çıxaraq təqdim etmiş, habelə həmin sellofanın içərisindəki kütlənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra, 1 ədəd şəffaf rəngli sellofan bükülünün içərisində olan narkotik vasitə heroinə bənzər kütlə onlar tərəfindən 1 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Həmçinin, bu barədə tərtib olunmuş protokol da ucadan oxunduqdan sonra imzalanmışdır. Bundan əlavə, keçirilmiş müvafiq ekspertizanın rəyindən sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd şəffaf rəngli sellofan bükülüdə olan kütlənin narkotik vasitə heroin olduğu müəyyən olunmuşdur. Bundan əlavə, növbətçi hissədə Şahid1 üzərində də, videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə başlanılmış, bundan əvvəl Şahid1 və digər iştirakçılara qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, həmçinin onun üzərinə keçiriləcək şəxsi axtarış zamanı onun müdafiə hüququnun təmin olunması məqsədi ilə şəxsi axtarışda Müdafiəçi da iştirakı təmin edilmişdir. Şəxsi axtarış zamanı Şahid1 üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmamışdır. Bundan sonra, bu barədə də tərtib olunmuş protokol ucadan oxunduqdan sonra imzalanmışdır. Eyni zamanda, Şahid1 saxlanılarkən idarə etdiyi **-SO-*** dövlət qeydiyyat nişanlı, qara rəngli, “Vaz 2107” markalı minik avtomobilinə də, Siyəzən RPŞ-nin inzibati binasının həyətində Müdafiəçi iştirakı ilə videoçəkiliş vasitəsilə baxış keçirilmiş, bu zaman həmin avtomobildən də qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmamışdır. Bundan sonra, avtomobilə keçirilmiş baxış ilə əlaqədar tərtib olunmuş protokol da ucadan oxunduqdan sonra imzalanmışdır. Məhkəmə istintaqında digər şahidlər Siyəzən RPŞ-nin DYPB YPX-nin inspektoru Şahid5, KTQ-nin baş inspektor kriminalisti Şahid3, İTB-nin sahənin polis nəfəri Şahid6, eləcə də məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Təminat hissəsinin sürücüsü X2 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, o, etibarnamə əsasında **- SO-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2107” markalı avtomobili idarə edir. X7 onun doğma qardaşıdır. xx xxxxx 2020-ci il tarixdə təxminən saat 12:00 radələrində qardaşı Təqsirləndirilən şəxs ona zəng edərək, böyrək çatışmazlığından əziyyət çəkən oğlu Zeynal Zeynallının dərmanlarını almaq üçün Bakı şəhərinə getməli olduğunu bildirib, bu məqsədlə onu Bakı şəhərinə aparmağını xahiş etdikdə, o, razılaşmışdır. Danışıqlarından təxminən yarım saat sonra onlar görüşərək, birlikdə Bakı şəhərinə getmək üçün yola düşmüşlər. Bu zaman Firuz ona el arasında hamının “Semaşko” kimi tanıdığı 1 saylı X12 gedəcəklərini bildirmiş, o, da avtomobili həmin istiqamətdə idarə etmişdir. Onlar Bakı şəhərinə gedərkən heç bir yerdə dayanmamış, ora çatdıqdan sonra, isə o, avtomobilini xəstəxanaya yaxın bir yerdə park etmişdir. Bundan sonra, Firuz xəstəxanaya gedib dərmanları alıb geri qayıdacağını, onun isə avtomobildə gözləməsini xahiş etmiş, o da, qardaşı Təqsirləndirilən şəxs ilə razılaşmışdır. Təxminən yarım saatdan sonra qardaşı Firuz əlində dərmanlar olan bağlama ilə geri qayıtdıqdan sonra onlar yenidən Siyəzən rayonu istiqamətində yolda düşmüşlər. Onlar koronovirus pandemiyası ilə əlaqədar Siyəzən rayonunun Bakı şəhəri tərəfdən gələn istiqamətində, Siyəzən rayonu, Qalaşıxı kəndi ərazisində qurulmuş polis postuna çatanda polis əməkdaşları avtomobili dayandırıb, onlara yaxınlaşaraq özlərini təqdim etməklə, üzərilərində, eləcə də idarə etdikləri avtomobildə narkotik vasitə saxlamaqda şübhəli olduqlarını bildirməklə, üzərilərində şəxsi axtarış və avtomobilə baxış keçirilməsi məqsədilə RPŞ-yə dəvət etmişlər. Bundan sonra, onların gəldikləri növbətçi hissədə əvvəlcə qardaşı Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. O, həmin şəxsi axtarışda iştirak etməsə də, sonradan qardaşı Firuzun üzərindən narkotik vasitə heroin aşkar olunduğunu öyrənmiş, bunu öyrəndiyində isə qardaşının həmin narkotik vasitəni necə və hardan əldə etməsi onu təəccübləndirmişdir. Çünki, onlar Bakı şəhərinə yalnız xəstəxanaya gedib qayıtmış və o, avtomobili başqa heç bir yerdə saxlamamış, həmçinin, qardaşı Firuzun üzərində narkotik vasitə heroin olmasından məlumatı olmamışdır. Qardaşı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilib yekunlaşdıqdan sonra, Müdafiəçi iştirakı ilə əvvəlcə videoçəkiliş vasitəsilə onun üzərində şəxsi axtarış, daha sonra isə saxlanılarkən idarə etdiyi **-SO-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2107” markalı avtomobilə baxış keçirilmişdir. Bu zaman nə onun üzərindən, nə də, idarə etdiyi avtomobildən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmamışdır. Daha sonra, həm üzərində videoçəkiliş ilə keçirilən şəxsi axtarış, həm də idarə etdiyi avtomobilə keçirilmiş baxış ilə əlaqədar protokollar tərtib olunaraq ucadan oxunmuş və doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 67-69-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 6/568 nömrəli rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs” sözləri qeyd olan zərfdəki, 1 ədəd bükümdə, təmiz çəkisi 1,685 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli qanuni ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,05 qram sərf olunduqdan sonra heroinin qalıq çəkisi 1,635 qram təşkil etmişdir. Cinayət işinin 66-cı vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış materialların məhkəmə ekspertizasının dəyəri 114 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 142-143-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X4 Ekspert komissiyası tərəfindən xx xxx 2020-ci il tarixdə verilmiş 1306 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 26-27-ci, 47-48-ci və 51-52-ci vərəqələrində olan xx xxxxx 2020-ci il tarixli şəxsi axtarış, eləcə də, baxış keçirilməsi və götürmə haqqında protokollardan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində qara rəngli qolsuz gödəkcə, tünd qırmız rəngli uzun qollu köynək, qara rəngli cins şalvar və qəhvəyi rəngli ipli ayaqqabılar olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda, sonuncu sol ayağındakı qara rəngli corabın iç hissəsindən, içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olan 1 ədəd şəffaf rəngli sellofan büklünü təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükülünün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, habelə Bakı şəhərində yerləşən “Semaşko” adlanan xəstəxananın həyətində yerdən tapdığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, sonuncunun üzərində başqa qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olan şəffaf rəngli bükülü 1 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, möhürləndikdən sonra, zərfin üzəri imzalanmışdır. Həmçinin, şəxsi axtarış zamanı Şahid1 əynində qara rəngli qolsuz gödəkcə, qara rəngli, uzunqollu köynək, göy rəngli cins şalvar və qara rəngli, ipli ayaqqabı olmuşdur. Şəxsi axtarış zamanı Şahid1 üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda, sonuncu üzərində qanunla qadağan olunmuş əşya və predmet olmadığını bildirmişdir. Bundan sonra, Şahid1 üzərində şəxsi axtarış davam etdirilmiş, lakin sonuncunun üzərində başqa qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Bundan əlavə, baxış keçirilən avtomobil qara rəngli olmaqla, 2007-ci ilin istehsalı olan “VAZ 2107” markalı minik avtomobilidir. Bu zaman Şahid1 avtomobildə hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet varsa, könüllü təqdim etməsi təklif olunduqda, sonuncu avtomobilində qanunla qadağan olunmuş əşya və predmet olmadığını bildirmişdir. Bundan sonra, baxış davam etdirilsə də, Şahid1 saxlanılarkən idarə etdiyi bu avtomobildən qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış və baxış keçirilməsi zamanı videoçəkiliş “Nikon” markalı aparat vasitəsilə aparılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 78-79-cu, eləcə də 85-ci vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin xx xxxxx 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 1,635 qram təşkil edən narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Siyəzən RPŞ-də olan maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs, Şahid1 üzərilərində şəxsi axtarış aparılması, eləcə də, Şahid1 idarə etdiyi “VAZ 2107” markalı, qara rəngli, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilə isə baxış keçirilməsi prosesinin video görüntüləri köçürülmüş 3 ədəd CD disk cinayət işi materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 162-174-cü vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, habelə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddələrinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 123-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X3 xx xxx 2020-ci il tarixli tələbnaməsindən, eləcə də işin 135-140-cı vərəqələrində olan X14 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxx 2004-cü il tarixli hökmünün surətindən görünür ki, Zeynallı (Zeynalov) X10 Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxx 2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.4.1-ci maddəsi ilə təqsirli bilinib 5 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, habelə xx xxxxxx 2008-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 12-ci vərəqəsində olan xx xxxxx 2020ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs elə həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 99-100-cü vərəqələrində olan xx xxxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 148-152-ci vərəqələrində olan arayışlardan və xasiyyətnamədən, şəxsiyyət vəsiqələrinin, eləcə də 154-155-ci vərəqələrdəki epikrizlərin surətlərindən görünür ki, himayəsində xx xxx 2003-cü il təvəllüdlü Məmmədağa və xx xxxx 2008-ci il təvəllüdlü böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkən Zeynal adında iki oğlu olan ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs “Azəriqaz” İB-nin Xaçmaz RQİİ-nin Siyəzən xidməti sahəsində fəhlə işləyir, habelə onun barəsində Siyəzən RİH-nin Mənzil İstismar Sahəsinə şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qüvvəsində saxlanılmasına, habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsi ilə razılaşır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını, övladının birinin böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkməsini, həmçinin faydalı əmək fəaliyyəti ilə məşğul olmasını, yaşayış yeri üzrə müsbət xaraterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs şəxsiyyətini və onun tərəfindən eyni kateqoriyadan cinayət əməlinin yenidən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, həmçinin barəsində yüngülləşdirici halların olmasını, xüsusilə övladlarından birinin böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 21:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 21:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17-1.6-cı maddəsinə əsasən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 1,635 qram çəkidə narkotik vasitə sayılan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və Təqsirləndirilən şəxs, Şahid1 üzərilərində şəxsi axtarış aparılması, eləcə də, Şahid1 idarə etdiyi “VAZ 2107” markalı, qara rəngli, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilə isə baxış keçirilməsi prosesinin video görüntüləri köçürülmüş 3 ədəd CD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manatməhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 21:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 21:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 1,635 qram çəkidə narkotik vasitə sayılan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və Təqsirləndirilən şəxs, Şahid1 üzərilərində şəxsi axtarış aparılması, eləcə də, Şahid1 idarə etdiyi “VAZ 2107” markalı, qara rəngli, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilə isə baxış keçirilməsi prosesinin video görüntüləri köçürülmüş 3 ədəd CD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar