Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-50/2022 21.06.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 21 iyun 2022-ci il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1992-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 07 fevral 2022ci il tarixdə, saat 10:30 radələrində Zərərçəkmiş şəxs yaşadığı Siyəzən şəhərinin Vidadi küçəsindəki 9 saylı fərdi yaşayış evinə pəncərəni itələyib, açaraq qanunsuz daxil olmaqla, oradan 6 manat dəyərində 8,04 qram kütləli, üzərində qara rəngli qaş olan, dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan gümüşü rəngli üzüyü, 4 manat dəyərində 7,96 qram kütləli, üzərində qəhvəyi rəngli qaş olan, dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli qaşlara aid olmayan gümüşü rəngli üzüyü, 4 manat dəyərində 11,01 qram kütləli, üzərində çoxsaylı qaşlar olan, mis əsaslı ərintidən hazırlanmış, qaşları qiymətli qaşlara aid olmayan gümüşü rəngli sırğanı, 2 manat dəyərində 12,28 qram kütləli, üzərində çoxsaylı qaşlar olan, qırıq vəziyyətdə, mis əsaslı ərintidən hazırlanmış, qaşları qiymətli qaşlara aid olmayan gümüşü rəngli qolbağı, 54 manat dəyərində 10,74 qram kütləli, kilid və qulaqcıqlarında “925” damğası olan, 925 əyarlı gümüşdən hazırlanmış gümüşü rəngli boyunbağını, 3 manat dəyərində 19,29 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli, dəmir əsaslı ərintidən hazırlanmış, qaşları qiymətli daşlara aid olmayan kulonlu boyunbağını, 16 manat dəyərində üzərində aksiz markası olan 4 qutu “Sobranie” markalı siqaretləri, 14,80 manat dəyərində aksiz markası olan, 4 qutu “Kent” markalı siqaret qutularını, 20 manat dəyərində istifadədə olmuş, Çin istehsallı, “KGTEL” markalı, “C2-01” model **********73717 və **********73725 İMEİ kodlu qara rəngli mobil telefonu, 280 manat dəyərində istifadədə olmuş, Hindistan istehsallı, Samsung Galaxy A51“ markalı SM-A515F/DSN model, 128 GB yaddaş tutumlu, 3552xx/xx/341695/3 və 3552xx/xx/341695/1 İMEİ kodlu üzlük ilə birlikdə qara rəngli mobil telefonu, 10 manat dəyərində istifadədə olmuş, qara rəngli, üzərində “Samsung” EP-TA200 yazıları olan, Hindistan istehsallı cərəyan qidalandırıcını (adaptor), 2 manat dəyərində üzərində markalanma göstəriciləri olmayan, şüşə flakonda, az hissəsi istifadə edilmiş ətri, 400 manat dəyərində 5,9 qram çəkidə, üzərində 5 sotluq 5 ədəd “Belgia” istehsallı ağ brilyant qaşlar olan, 750 əyarlı, təxminən 17 il əvvəl alınmış qızıl kişi üzüyünü, 200 manat dəyərində 1 ədəd 2,9 qram çəkidə, üzərində 5 ədəd ağ adi qaşlar olan, 583 əyarlı, təxminən 15 il əvvəl alınmış qızıl kişi üzüyünü, 3000 manat dəyərində 1 ədəd “Луч” markalı həm özü həm qolbağı qızıldan olmaqla, saatın özündə olan qızılın çəkisi 11 qram, qızıl qolbağının çəkisi isə 35 qram olan, 583 əyarlı qızıl kişi saatını, 2 ədəd 1 manatlıq pul əskinasını, 8 ədəd 50 qəpiklik dəmir pulları, ümumilikdə 27 manat dəyərində dəmir pulları, yataq otağında olan döşəklərin arasında saxladığı 850 manat məbləğində nağd pulu oğurlayaraq, ümumilikdə zərərçəkmiş şəxsə 4898,8 manat məbləğində maddi ziyan vurmaqla, oğurluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, 07 fevral 2022-ci il tarixdə, təxminən saat 10-11:00 radələrində Siyəzən şəhərinin Vidadi küçəsindəki 9 saylı evdə yerləşən Zərərçəkmiş şəxs evindən oğurluq etmişdir. Belə ki, ilk olaraq evin hasarından həyətə daxil olmuş, sonra evin birinci mərtəbəsində yerləşən pəncərəni açmaqla evin həmin mərtəbədəki otağına daxil olmuş, daha sonra isə daxil olduğu otağın evə açılan qapısını itələyib, kilidini sındırmaqla, evin ikinci mərtəbəsinə qalxmışdır. Bundan sonra, orada üzbə-üzdə olan birinci yataq otağına daxil olmuş, habelə oradan mobil telefon və gümüş qolbaqlar götürmüş, habelə götürdüyü əşyaları əlində saxlamaqla, ikinci yataq otağına daxil olmuş, oradan isə çarpayının altından 1 ədəd qızıl saatı, 2 ədəd qızıl üzüyü, döşəyin altından təxmini 800 manatdan çox məbləğində kağız pulları, həmçinin qəpik pulları, habelə otaqdan müxtəlif markalı siqaret qutularını oğurlamışdır. Sonradan, digər otaqlara daxil olmadan, evdən çıxıb getmişdir. Bundan sonra, oğurladığı əşyaları hazırda fəaliyyətini dayandırdıqları çörək bişirmə sexinə qoymuş, habelə həmin gün 1 ədəd qızıl saatı və 2 ədəd qızıl üzüyü Bakı şəhərində “Memar Əcəmi” metro stansiyasının yaxınlığında tanımadığı, qızıl alqı-satqısı ilə məşğul olan şəxsə cəmi, 3600 manat müqabilində satmışdır. Qeyd edir ki, həmin şəxs qızılların oğurluq olduğunu bilməmişdir. Bundan başqa, hadisədən 5-7 gün sonra Bakı şəhərində olarkən atası gecə saatlarında mobil telefonuna zəng vurub, onu soruşduqlarını bildirdikdə, oğurluq etdiyini etiraf etmiş, həmçinin çörək bişirmə sexinə qoyduğu əşyaların yerini bildirmiş, habelə daha sonra, yəni, 11 fevral 2022-ci il tarixdə Rayon Polis Şöbəsində gedib, baş vermiş hadisəni nəql etmişdir. Bundan əlavə, dəymiş ziyanı həm pul formasında, həm də əşya olaraq ödəmişdir. Belə ki, oğurladığı qızıl saat əridildiyindən, əvəzində öz istəkləri ilə başqa bir qızıl saat, həmçinin qızıl üzüklərin və pulun əvəzini qarşı tərəfə qaytarmışdır. Ailəli olmaqla, himayəsində bir azyaşlı övladının olmasının və tutduğu əməldən peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin verdiyi ifadələrlə, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs məhkəmə baxış iclasında ifadəsində göstərdi ki, Siyəzən şəhərinin Vidadi küçəsindəki 9 saylı evdə yerləşən bacısı Şahid mülkiyyətində olan fərdi yaşayış evində sonuncu və onun hal-hazırda müddətli həqiqi hərbi xidmətdə olan oğlu ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs hadisədən öncədə tanımış, sonuncu ilə uzaq qohumluq münasibətləri olsa da, bir-birilərinin evinə gedib-gəlmiş, habelə aralarında hər hansı ədavət və düşmənçilikləri olmamış, həmçinin görüşdükləri vaxt salamlaşmışlar. Qeyd edir ki, 07 fevral 2022-ci il tarixdə, təxminən saat 12:30-13:00 radələrində işdə olarkən bacısı Azadə mobil telefonuna zəng edərək, evə gəlib-gəlmədiyini soruşub, evin pəncərəsinin sındırıldığını və evdən oğurluq olunduğunu bildirmişdir. Bundan sonra, işdən icazə alıb evə gəlmiş, habelə həmin vaxt bacısı da, işdə olmuşdur. Sonra, evlərinə gəlmiş polis əməkdaşları ilə birgə keçirtdikləri baxış zamanı birinci yataq otağından qadına aid iki ədəd sepin və gümüş üzüyün "büjuteryaların", həmçinin mətbəxdən gətirilmiş stulun vasitəsi ilə dolabın çəkməcəsindən bacısı oğluna məxsus iki ədəd mobil telefonların, ona məxsus yataq otağından gödəkcəsinin cibindəki əl dəsmalına bükülmüş qızıl saatının, həmin otaqdan habelə iki ədəd qızıl üzüyünün, aliment və kredit borclarını ödəmək üçün ayırdığı 850 manat məbləğində kağız pulunun və təxminən cəmi 20 manat məbləğində qəpik pullarının oğurlandığını görmüşdür. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə (həm əşya, həm də pul olaraq) ödənilmişdir. Belə ki, oğurlanmış qızıl saatın əvəzində başqa bir qızıl saat, iki ədəd qızıl üzüyün əvəzində isə 600 manat məbləğində pul ona qaytarılmışdır. Bu səbəbdən də, təqsirləndirilən şəxsdən şikayətçi deyildir. Məhkəmə iclasında Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs hadisədən öncədə tanımış, sonuncu ilə uzaq qohumluq münasibətləri olsa da, bir-birilərinin evinə gedib-gəlməmiş, həmçinin görüşdükləri vaxt salamlaşmasalar da, aralarında hər hansı ədavət və düşmənçilikləri olmamışdır. 07 fevral 2022-ci il tarixdə, təxminən saat 08:40 radələrində evi səliqəli vəziyyətdə qoyub işə getmişdir. Qeyd edir ki, qardaşı Zaur növbəli iş rejimi ilə işlədiyindən həmin gün ondan öncə, təxminən saat 06:45-07:15 radələrində işə getmişdir. Bundan sonra, təxminən saat 12:45 radələrində nahar etmək üçün evə gəlmiş, evin dəmirdən olan giriş qapısını açıb, pilləkənlə evin ikinci mərtəbəsinə qalxıb, aldığı almaları mətbəxdə masanın üzərində qoyduqdan sonra, gödəkcəsini çıxartmaq üçün yataq otağına daxil olmuş, bu zaman evin qarışıq vəziyyətdə olduğunu, mətbəxdən stulun gətirib yataq otağındakı dolabın qarşısına qoyulduğunu görmüşdür. Həmin vaxt, stulun üstünə çıxdığında, dolabın çəkməcəsindən hazırda müddətli həqiqi hərbi xidmətdə olan oğlu Elnur Hacıyevə məxsus “Samsung A 51” markalı və markasını xatırlamadığı bir ədəd sadə mobil telefon qutularının yerində olsa da, mobil telefonların yerində olmadığını, həmçinin təxminən 7-8 çəkməcəsi olan dolabın çəkməcələri axtarılsa da, heç nəyin götürülmədiyini, otaqdan çox sayda qadın bəzək əşylarının götürüldüyünü görmüşdür. Bundan sonra, qardaşı Zaurun mobil telefonuna zəng edib, baş vermiş hadisəni bildirmiş, habelə sonuncunun istəyi ilə onun yataq otağına baxdığında qəhvəyi rəngli əl yaylığına bükdüyü, qolbağı ilə birlikdə təxminən 50 qram olan qızıl saatı bağladığı əl yaylığının yatağın üstündə olduğunu, qeyd olunan saatın isə yerində olmadığını, biri brilyant qaşlı olmaqla, 2 ədəd qızıl üzüyün, sonuncunun əmək haqqından qalmış 850 manat məbləğində pulun, eləcə də, sellofana bükülmüş 50 qəpiklik dəmir pulların yerində olmadığını görmüşdür. Həmin vaxt Zaur işdən icazə alıb evə gəlmiş, həmçinin o, bu müddətdə DİN-nin 102 xidmətində zəng vurub, hadisə barədə məlumat vermişdir. Çağırışa gəlinmədiyindən təkrar 102 xidmətinə müraciət etmiş, bundan sonra polis əməkdaşları, eləcə də, RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini Əhməd Nəcəfov gəlib, baxış keçirtmiş, habelə sənədləşmə işləri aparılmışdır. Bundan başqa, oğurluq hadisəsinin Mirzəcan tərəfindən törədildiyini güman etməmiş, hadisəsinin sonuncu tərəfindən törədildiyini sonradan eşitmişlər. Bundan başqa, evlərində olan əşyaların bütün səlahiyyəti qardaşı Zərərçəkmiş şəxsdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 97-99-cu səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli, 9/1315-6/1251 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən 12 adda əşyaların, o cümlədən 1 ədəd 8,04 qram kütləli, üzərində qiymətli daşlara aid olmayan qara rəngli qaşı olan dəmir əsaslı ərintidən hazırlanmış gümüşü rəngli üzüyün hadisə baş verən tarixə, yəni 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti 6 manat, 1 ədəd 7,96 qram kütləli, üzərində qiymətli daşlara aid olmayan qəhvəyi rəngli qaşı olan dəmir əsaslı ərintidən hazırlanmış gümüşü rəngli üzüyün qiyməti 4 manat, 1 cüt 11,01 qram kütləli, üzərində qiymətli daşlara aid olmayan çoxsaylı qaşlar olan mis əsaslı ərintidən hazırlanmış gümüşü rəngli sırğanın qiyməti 4 manat, 1 ədəd 12,28 qram kütləli, üzərində qiymətli daşlara aid olmayan çoxsaylı qaşlar olan mis əsaslı ərintidən hazırlanmış, qırıq vəziyyətdə, gümüşü rəngli qolbağın qiyməti 2 manat, 10,74 qram kütləli, kilid və qulaqcıqlarında “925” damğası olan, 925 əyarlı gümüşdən hazırlanmış gümüşü rəngli boyunbağının qiyməti 54 manat, 1 ədəd 19,29 qram kütləli, üzərində qiymətli daşlara aid olmayan rəngsiz, şəffaf qaşlar olan (bir qaş yeri boş), dəmir əsaslı ərintidən hazırlanmış gümüşü rəngli (bəzi hissələrinin rəngi dəyişmişdir), kulonlu boyunbağının qiyməti 3 manat, 4 qutu üzərində aksiz markası olan “Sobranie” markalı siqaretin (tədqiqata bir qutu təqdim edilib) qiyməti ümumilikdə 16 manat, 4 qutu üzərində aksiz markası olan, “Kent” markalı siqaretin (tədqiqata bir qutu təqdim edilib) qiyməti ümumilikdə 14,80 manat, 1 ədəd istifadədə olmuş, Çin istehsallı, “KGTEL” markalı, “C2-01” model **********73717 və **********73725 İMEİ kodlu qara rəngli mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq qiyməti 20 manat, 1 ədəd istifadədə olmuş, Hindistan istehsallı, "Samsung Galaxy A51" markalı, SM-A515F/DSN model, 128 GB yaddaş tutumlu, 3552xx/xx/341695/3 və 3552xx/xx/341695/1 İMEİ kodlu qara rəngli mobil telefonun (üzlük ilə birlikdə) qiyməti 280 manat, 1 ədəd istifadədə olmuş, qara rəngli, üzərində “Samsung” EP-TA200 yazıları olan, Hindistan istehsallı cərəyan qidalandırıcının (adaptorun) qiyməti 10 manat, 1 ədəd üzərində markalanma göstəriciləri olmayan, şüşə flakonda, az hissəsi istifadə edilmiş ətrin qiyməti 2 manat, ümumilikdə 415,80 manat müəyyən edilmişdir. Digər tədqiqata təqdim edilməyən 2 ədəd kişi üzüyünün üzərindəki qaşların istehsal yeri, keyfiyyəti, növü, ölçüləri, təmizliyi və s. barədə məlumatlar olmadığından qiymətləndirmə aparılmamış, 1 ədəd “Luç” markalı həm özü, həm qolbağı qızıldan olmaqla, saatın özündə olan qızılın çəkisi 11 qram, qızıl qolbağının çəkisi 35 qram olan, 583 əyarlı qızıl kişi saatı tədqiqata təqdim edilmədiyindən qiymətləndirmə aparılması mümkün olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 96-cı səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə iqtisad ekspertizası tədqiqatının dəyəri 110 (bir yüz on) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 105-ci səhifəsində olan 01 aprel 2022ci il tarixli qəbzdən, eləcə də işin 113-125-ci vərəqələrində olan 30 may 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 08 fevral 2022-ci il tarixdə Siyəzən şəhərinin H.Əliyev küçəsi ərazisində Beynəlxalq avtovağzalın yaxınlığında çörək bişirmə sexinə keçirilən baxış zamanı aşkar olunmaqla, götürülmüş 8,04 qram kütləli, üzərində qara rəngli qaş olan, dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan gümüşü rəngli üzük, 7,96 qram kütləli, üzərində qəhvəyi rəngli qaş olan, dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli qaşlara aid olmayan gümüşü rəngli üzük, 11,01 qram kütləli, üzərində çoxsaylı qaşlar olan, mis əsaslı ərintidən hazırlanmış, qaşları qiymətli qaşlara aid olmayan gümüşü rəngli sırğa, 12,28 qram kütləli, üzərində çoxsaylı qaşlar olan, qırıq vəziyyətdə, mis əsaslı ərintidən hazırlanmış, qaşları qiymətli qaşlara aid olmayan gümüşü rəngli qolbaq, 10,74 qram kütləli, kilid və qulaqcıqlarında “925” damğası olan, 925 əyarlı gümüşdən hazırlanmış gümüşü rəngli boyunbağı, 19,29 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan (bir qaş yeri boş), gümüşü rəngli (bəzi hissələrinin rəngi dəyişmişdir), dəmir əsaslı ərintidən hazırlanmış, qaşları qiymətli daşlara aid olmayan kulonlu boyunbağı, üzərində aksiz markası olan 3 qutu “Sobranie” markalı siqaret (tədqiqata bir qutu təqdim edilib), aksiz markası olan, 3 qutu “Kent” markalı siqaret (tədqiqata bir qutu təqdim edilib), istifadədə olmuş, Çin istehsallı, “KGTEL” markalı, “C2- 01” model **********73717 və **********73725 İMEİ kodlu qara rəngli mobil telefon, istifadədə olmuş, Hindistan istehsallı, “Samsung Galaxy A51” markalı, SM-A515F/DSN model, 128 GB yaddaş tutumlu, 3552xx/xx/341695/3 və 3552xx/xx/341695/1 İMEİ kodlu qara rəngli mobil telefon (üzlük ilə birlikdə), istifadədə olmuş, qara rəngli, üzərində “Samsung” EP-TA200 yazıları olan, Hindistan istehsallı cərəyan qidalandırıcı (adaptor), üzərində markalanma göstəriciləri olmayan, şüşə flakonda, az hissəsi istifadə edilmiş ətir iş üzrə maddi sübut hesab edilməklə, həmin əmlaklar 01 aprel 2022-ci il tarixdə qəbz vasitəsilə Zərərçəkmiş şəxs qaytarılmış, həmçinin 08 fevral 2022-ci il tarixdə oğurlanmış əşyalardan bir qisminin olduğu çörək bişirmə sexinə keçirilən baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt Disk də cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanması üçün cinayət işi materiallarına əlavə olunmuşdur. Cinayət işinin 80-ci vərəqəsindəki Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən 28 fevral 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 52-ci vərəqəsində olan 11 fevral 2022ci il tarixli axtarışda olan şəxsin özünü könüllü olaraq təqdim etməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs, onunla 11 fevral 2022-ci il tarixdə aparılan profilaktiki söhbət nəticəsində özü Siyəzən RPŞ-yə gedərək, qeyd olunan cinayət əməlini könüllü boynuna alıb, özünü təqdim etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 69-70-ci vərəqələrində olan 13 fevral 2022-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 109-110-cu vərəqələrində olan arayışdan və xasiyyətnamədən, eləcə də 112-ci vərəqədəki doğum haqqında şəhadətnamənin surətindən görünür ki, himayəsində 15 may 2017-ci il təvəllüdlü Yusif adında bir azyaşlı uşağı olmaqla, Siyəzən şəhərinin A.Qaradağlı küçəsindəki 23 saylı evdə yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən 07 iyun 2022-ci il tarixdə tərtib edilmiş ərizədən görünür ki, ona dəymiş zərər tam şəkildə ödənildiyinə görə onun təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur, həmçinin sonuncuya həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyi, maddi sübutlar və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talaması tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, himayəsində bir azyaşlı uşağı olmaqla, gəncliyini, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını, yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamaqla, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, o cümlədən törədilmiş əməlin az ağır cinayətlər kateqoriyasına aid olmasını, ictimai təhlükəlilik dərəcəsini, habelə, cəzasını ağırlaşdıran halın mövcud olmamasını və yüngülləşdirici halların olmasını, o cümlədən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, onun şəxsiyyətinin cəmiyyətdə müsbət xarakterizə olunmaqla, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddi həcmində cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 11 fevral 2022-ci il tarixdən 13 fevral 2022-ci il tarixə həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin V və Vİ bəndlərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalı, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 08 fevral 2022-ci il tarixdə Siyəzən şəhərinin H.Əliyev küçəsi ərazisində Beynəlxalq avtovağzalın yaxınlığında çörək bişirmə sexinə keçirilən baxış zamanı aşkar olunmaqla, götürülmüş 8,04 qram kütləli, üzərində qara rəngli qaş olan, dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan gümüşü rəngli üzük, 7,96 qram kütləli, üzərində qəhvəyi rəngli qaş olan, dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli qaşlara aid olmayan gümüşü rəngli üzük, 11,01 qram kütləli, üzərində çoxsaylı qaşlar olan, mis əsaslı ərintidən hazırlanmış, qaşları qiymətli qaşlara aid olmayan gümüşü rəngli sırğa, 12,28 qram kütləli, üzərində çoxsaylı qaşlar olan, qırıq vəziyyətdə, mis əsaslı ərintidən hazırlanmış, qaşları qiymətli qaşlara aid olmayan gümüşü rəngli qolbaq, 10,74 qram kütləli, kilid və qulaqcıqlarında “925” damğası olan, 925 əyarlı gümüşdən hazırlanmış gümüşü rəngli boyunbağı, 19,29 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan (bir qaş yeri boş), gümüşü rəngli (bəzi hissələrinin rəngi dəyişmişdir), dəmir əsaslı ərintidən hazırlanmış, qaşları qiymətli daşlara aid olmayan kulonlu boyunbağı, üzərində aksiz markası olan 3 qutu “Sobranie” markalı siqaret (tədqiqata bir qutu təqdim edilib), aksiz markası olan, 3 qutu “Kent” markalı siqaret (tədqiqata bir qutu təqdim edilib), istifadədə olmuş, Çin istehsallı, “KGTEL” markalı, “C2-01” model **********73717 və **********73725 İMEİ kodlu qara rəngli mobil telefon, istifadədə olmuş, Hindistan istehsallı, “Samsung Galaxy A51” markalı, SM-A515F/DSN model, 128 GB yaddaş tutumlu, 3552xx/xx/341695/3 və 3552xx/xx/341695/1 İMEİ kodlu qara rəngli mobil telefon (üzlük ilə birlikdə), istifadədə olmuş, qara rəngli, üzərində “Samsung” EP-TA200 yazıları olan, Hindistan istehsallı cərəyan qidalandırıcı (adaptor), üzərində markalanma göstəriciləri olmayan, şüşə flakonda, az hissəsi istifadə edilmiş ətir Zərərçəkmiş şəxs qaytarılmış hesab edilməli, həmçinin digər maddi sübut, 08 fevral 2022-ci il tarixdə oğurlanmış əşyalardan bir qisminin olduğu çörək bişirmə sexinə keçirilən baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd kompakt disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 110 (bir yüz on) manat məbləğində vəsait Təqsirləndirilən şəxs alınıb Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 08 fevral 2022-ci il tarixdə Siyəzən şəhərinin H.Əliyev küçəsi ərazisində Beynəlxalq avtovağzalın yaxınlığında çörək bişirmə sexinə keçirilən baxış zamanı aşkar olunmaqla, götürülmüş 8,04 qram kütləli, üzərində qara rəngli qaş olan, dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan gümüşü rəngli üzük, 7,96 qram kütləli, üzərində qəhvəyi rəngli qaş olan, dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli qaşlara aid olmayan gümüşü rəngli üzük, 11,01 qram kütləli, üzərində çoxsaylı qaşlar olan, mis əsaslı ərintidən hazırlanmış, qaşları qiymətli qaşlara aid olmayan gümüşü rəngli sırğa, 12,28 qram kütləli, üzərində çoxsaylı qaşlar olan, qırıq vəziyyətdə, mis əsaslı ərintidən hazırlanmış, qaşları qiymətli qaşlara aid olmayan gümüşü rəngli qolbaq, 10,74 qram kütləli, kilid və qulaqcıqlarında “925” damğası olan, 925 əyarlı gümüşdən hazırlanmış gümüşü rəngli boyunbağı, 19,29 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan (bir qaş yeri boş), gümüşü rəngli (bəzi hissələrinin rəngi dəyişmişdir), dəmir əsaslı ərintidən hazırlanmış, qaşları qiymətli daşlara aid olmayan kulonlu boyunbağı, üzərində aksiz markası olan 3 qutu “Sobranie” markalı siqaret (tədqiqata bir qutu təqdim edilib), aksiz markası olan, 3 qutu “Kent” markalı siqaret (tədqiqata bir qutu təqdim edilib), istifadədə olmuş, Çin istehsallı, “KGTEL” markalı, “C2- 01” model **********73717 və **********73725 İMEİ kodlu qara rəngli mobil telefon, istifadədə olmuş, Hindistan istehsallı, “Samsung Galaxy A51” markalı, SM-A515F/DSN model, 128 GB yaddaş tutumlu, 3552xx/xx/341695/3 və 3552xx/xx/341695/1 İMEİ kodlu qara rəngli mobil telefon (üzlük ilə birlikdə), istifadədə olmuş, qara rəngli, üzərində “Samsung” EP-TA200 yazıları olan, Hindistan istehsallı cərəyan qidalandırıcı (adaptor), üzərində markalanma göstəriciləri olmayan, şüşə flakonda, az hissəsi istifadə edilmiş ətir Zərərçəkmiş şəxs qaytarılmış hesab edilsin, həmçinin digər maddi sübut, 08 fevral 2022-ci il tarixdə oğurlanmış əşyalardan bir qisminin olduğu çörək bişirmə sexinə keçirilən baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd kompakt disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 110 (bir yüz on) manat ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-50/2022
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-50/2022
21.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver