Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-50/2025 13.01.2026 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 13 yanvar 2026-cı il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1992-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 may 2012-ci il tarixli, 1(101)-355 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08 oktyabr 2020-ci il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar olaraq cəza çəkməkdən azad olunmuş, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, xeyli miqdarda, yəni 435,995 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış və Siyəzən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 20 avqust 2025-ci il tarixdə saat 21:41-də Siyəzən rayonunun ərazisində, Qalaaltı yolu istiqamətində saxlanılaraq, üstü yoxlanılan zaman həmin çəkidə narkotik vasitə qurudulmuş marixuana sağ əlində olan sarı rəngli sellofanın içərisindəki şəffaf rəngli sellofanın içərisindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü gah təqsirli bilərək, gah da təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, sonuncu dəfə 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, habelə 05 il bundan əvvəl cəzasının sonu ilə azad edilmişdir. Belə ki, cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra, əvvəl ofisiant kimi işləsə də, sonra Bakı şəhərində kirayə evdə yaşamaqla “Sea Breeze” də işləmiş, habelə, iş qrafikinə əsasən ayın 26 günü işdə, 4 günü evdə olmuş, evdə olduğu zamanlarda yaşadığı Siyəzən rayonuna gəlmişdir. Həmçinin ara-sıra narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Beləliklə, tarixini dəqiq xatırlamasa da, haqqında həbs qətimkan tədbiri seçildiyi gündən bir gün öncə Siyəzən rayonuna gəlmiş, habelə kirli paltarlarını yaşadığı evə qoyub, rayon ərazisində “Şirin bank” adlanan yerə yaxın olmaqla, tanışı Şahid3 yaşadığı evə getmişdir. Belə ki, Şahid3 yaşadığı evin həyətində ev quşları saxladığı üçün o, həmin quşları seyr etmək məqsədi ilə birincinin yaşadığı evə getmiş, habelə bu zaman X1 da orada olmuşdur. Bundan sonra yəni, təxminən saat 17-18:00 radələrində Şahid3 yaşadığı evə gəlmiş Vasif və Elçin adlı polis əməkdaşları onu, Muradxanı və Vicayı saxlayaraq, üzərilərində, onun idarəçiliyində olan avtomobilə, Vicayın ailəsi ilə birgə yaşadığı evə axtarış keçirsələr də, hər-hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra, İkram adlı polis əməkdaşı onun avtomobilinə 200 qram narkotik vasitə yerləşdirməsini təklif etsə də, o, bu təklif ilə razılaşmamışdır. Lakin, onunla birlikdə saxlanılmış şəxslərin cinayət məsuliyyətinə cəlb ediləcəyi hədəsi ilə üzləşdiyi üçün polis əməkdaşları ilə razılaşmış, habelə sonuncuların təklifi əsasında Siyəzən rayonunun ərazisində yerləşən, Qalaaltı yolu istiqamətinə gedilmiş, həmçinin üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Bundan sonra, o və onunla birlikdə saxlanılan Vicay və Muradxan adlı şəxslər rayon Polis Şöbəsinə aparılmış, habelə o, müvafiq sənədlərə imza etdikdən sonra, Vicay və Muradxan sərbəst buraxılmışdır. Bundan başqa, üzərində şəxsi axtarış keçirilməsi məqsədi ilə Siyəzən rayonunun ərazisində bir çox yerlərə aparılsa da, polis əməkdaşları getdikləri bu yerlərdə daha əvvəl tutulmuş şəxslərin şəxsi axtarışını keçirdikləri üçün bundan imtina etmişlər. Həmçinin, bu halı rayon ərazisində quraşdırılmış təhlükəsiz şəhər kameralarının görüntülərinə baxdıqda müəyyən etmək olar. Bundan başqa saxlanılarkən üzərində olan mobil telefonu polis əməkdaşı İkram tərəfindən ondan alınmış, hazırki tarixə kimi nə ona, nə də ki, ailə üzvlərinə qaytarılmamışdır. Həmçinin, istifadəsində olmuş mobil telefonun üzərində olmaqla, saxlanılmamışdan təxminən 10 gün əvvəl aldığı ***-***-**-** və ***-***- **-** saylı mobil nömrələrin antenna dairələri müəyyən olunacağı təqdirdə ifadəsində göstərdikləri öz təsdiqini tapacaqdır. Sonrakı məhkəmə iclaslarında Təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclasında verdiyi ifadəsindəki işin faktiki halları ilə bağlı qeyd etdiklərini təkzib etmiş, habelə o, sonuncu məhkəmə iclası zamanı özünü təqsirli bilməklə, bu barədə ərizə təqdim etmiş, həmçinin işin faktiki hallarının məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində olduğu kimi olmasını təsdiqləmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ziddiyətli ifadələr verərək gah törətdiyi əməli etiraf edib, gah da etiraf etməsə də, ona elan olunmuş ittiham üzrə təqsirli olması şahidin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə ittiham elan edilərkən özünü təqsirli bilib, ifadəsində göstərmişdir ki, ünvan 1-də qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər 1 dəfə məhkum olunmuş, sonuncu dəfə xx.xx.2020-ci il tarixdə həbsdən azad olunmuşdur. Mahiyyəti üzrə bildirir ki, uzun müddətdir narkotik vasitə istifadə edir. Hal-hazırda rəsmi olaraq heç yerdə işləmir. Gündəlik maddi təlabətını ödəmək üçün metal tullantılar yığıb satır. Təxminən 2 ay əvvəl metal tullantılar toplayan zaman Siyəzən rayonunda yerləşən “Məsmə” dərəsi adlanan əraziyə getmiş, orada olan zaman yerdə sarı rəngli sellofan torba olduğunu görmüş və həmin torbanı yerdən götürüb qaçmışdır. İçərisində başqa bir şəffaf rəngli torba olduğunu, onun içərisində isə narkotik vasitə qurudulumuş marixuanaya bənzər kütlə olduğunu görmüşdür. O, həmin sellofanı evə aparmağa qorxduğu üçün, sellofanı həmin yerdən götürüb, Qalaaltına gədən yolun kənarında olan kolluqların arasında gizlətmişdir. xx.xx.2025-ci il tarixdə həmin içərisində marixuanaya bənzər kütlə olan sellofanı götürüb evə aparmaq istəyərkən saat 21:41 radələrində Siyəzən rayonu ərazisində, Qalaaltı istiqamətində getdiyi zaman 3 nəfər mülki geyimdə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, onun narkotik vasitələri saxlamaqda şübhəli olduğunu bildirərək, ona üzərində narkotik vasitə olub olmadığını, varsa təqdim etməyini təklif etmişlər. Bu zaman polis əməkdaşlarından biri çəkiliş aparmışdır. Bu təklifdən sonra o, sağ əlində saxladığı 1 (bir) ədəd sarı rəngli sellofanı təqdim etmiş, qeyd olunan sarı rəngli torbaya baxış keçirilmiş, içərisindən başqa bir ədəd şəffaf rəngli sellofon olduğu, həmin sellofanın içərisində isə qurudulmuş marixuanaya bənzər kütlələrin olduğu aşkar edilmişdir. Sonra həmin kütlə 01 ədəd boş zərfə qoyularaq qablaşdırılmış o, və polis əməkdaşları tərəfindən imzalanmış və götürülmüşdür. Bundan sonra onun üstü yoxlanılmış, yoxlama zamanı üzərindən qanunla qadağan olunan başqa heç nə aşkar olunmamışdır. RPŞ-nin İstintaq Bölməsində üzərindən aşkarlanan qanunsuz əşya və predmetlərə baxış keçirilmiş bundan sonra ona vəkillərin siyahısı təqdim olunmuş və o, hüquq və vəzifələrini müdafiə etməsi üçün Müdafiəçi seçmişdir. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs hadisədən əvvəl tanımamış, sonuncuya qarşı düşmənçilik və ədavəti olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və üzərində daşıması barədə 20 avqust 2025-ci il tarixdə əməliyyat aparatına daxil olmuş məlumat rayon Polis Şöbəsinin rəhbərliyinə məruzə olunmuş, habelə rəhbərliyin tapşırığına əsasən o, CAB-nin əməliyyat müvəkkili X4 və NMQ-nın əməliyyat müvəkkili X7 ilə birlikdə elə həmin tarixdə, saat 21:41 radələrində Siyəzən rayonu ərazisində “Qalaaltı”yolu istiqamətində getmişlər. Beləliklə, həmin əraziyə çatdıqda Təqsirləndirilən şəxs “Qalaaltı”yolu istiqamətində getdiyinin və əlində sellofan torba olduğunun şahidi olub, daxil olmuş məlumatın yoxlanılması üçün video çəkilişdən istifadə etməklə ona yaxınlaşaraq, özlərini təqdim etmişlər. Bu zaman Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına etiraz etməmiş, habelə sonuncuya hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs təklif əsasında sağ əlində saxladığı sarı rəngli sellofanı təqdim etmişdir. Habelə, baxış keçirilərkən həmin sellofan torbanın içərisindəki şəffaf rəngli sellofan torbanın içərisində yaşın rəngli qurudulmuş narixuanaya bənzər kütlələrin olması müəyyən edilmişdir. Daha sonra, təqdim edilmiş kütlələr sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilmiş və boş zərfdə qablaşdırılmalqa, qablaşdırmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 41-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 avqust 2025-ci il tarixli, 20/749 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası DİN “Zərflər üçün 96 nömrəli möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə; 1 /imza/ Nuriyev; 2./imza/ İsayev;3./imza/ Məmmədov; tərtib etdi: Siyəzən RPŞ-nin İB-müstəntiqi /imza/ Camal Əliyev” əl yazıları olan kisə bağlamadakı 01 ədəd torbada təmiz çəkisi 435,995 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,2 qram marixuana istifadə olunduqdan sonra onun qalıq çəkisi 435,795 qram təşkil etmişdir. Cinayət işinin 40-cı vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların bioloji ekspertizası tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 110-111-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən 12 sentyabr 2025-ci il tarixdə verilmiş 5697 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəsissəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 13-14-cü vərəqələrində olan 20 avqust 2025-ci il tarixli əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında protokoldan, eləcə də, işin 15-16-cı vərəqələrində olan məhkəmə iclasında tədqiq edilmiş iki ədəd kompakt diskin yaddaşına köçürülmüş videogörüntüdən görünür ki, həmin gün saat 22:44-dən saat 22:59-dək olan müddət ərzində Siyəzən rayonunun ərazisində, Qalaaltı yolu istiqamətində Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman sonuncu ittihamın əsasını təşkil edən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni sağ əlində olan bir ədəd sarı rəngli sellofan torbanın içərisindəki bir ədəd şəffaf rəngli sellofan torbanın içərisində təqdim etmişdir. Yoxlama zamanı “Redmi” markalı mobil telefon vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 71-ci vərəqəsində olan 24 avqust 2025-ci il tarixli maddi sübut kimi tanımaq və işin 120-127-ci vərəqələrində olan 13 oktyabr 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, habelə, onun əməlində CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 435,795 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilsə də, sonuncunun 20 avqust 2025-ci il tarixdə üstününü yoxlanılması və təqdim olunan əşyalara baxış keçirilməsi və götürülməsi görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd kompakt disk cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 79-80-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 01 sentyabr 2025-ci il tarixli tələbnaməsindən və işin 95-102-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 may 2012-ci il tarixli, 1(101)-355 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 may 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət törədilməsində təqsirli bilinərək, 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 08 oktyabr 2020-ci il tarixdə isə cəza müddətinin sona çatması ilə əlaqədar olaraq cəza çəkməkdən azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 66-70-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 22 avqust 2025-ci il tarixli, 4(059)-31/2025 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 20 avqust 2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 82-84-cü vərəqələrində olan arayışlardan və xasiyyətnamədən görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstə kimi qeydiyyata alınmamış, barəsində Siyəzən MİS-ə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda əldə edib saxlama və daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün, şahidin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə yanaşı, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq sübutların qiymətləndirilməsi barədə 13 oktyabr 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs 22 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qüvvəsində saxlanılmasına, habelə sonuncunun əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ziddiyətli ifadələrlə bağlı qeyd edir ki, məhkəməyədək istintaq zamanı Təqsirləndirilən şəxs özünü 234.1-ci maddəsi ilə təqsirli bilmiş, məhkəmə istintaqı zamanı həmin vaxt ona hər hansı fiziki və psixi zor işlətmədən sərbəst ifadə verdiyini qeyd etmişdir. Həmçinin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatətə baxarkən də o, özünü təqsirli bilərək bu məzmunda ifadə vermişdir. Həmçinin sonuncu məhkəmə iclasında sərbəst ifadə verərək yenə də, öz təqsirini etiraf etmiş, hətta ərizə ilə məhkəməyə müraciət edərək anten məlumatlarının götürülməsi və şahidlərin dindirilməsi barədə vəsatətindən imtina etmişdir. Bu zaman o, fikirlərini səlis şəkildə ifadə etməklə, törətdiyi əməlin mahiyyətini dəqiqləşdirmişdir. Bu səbəbdən də, Təqsirləndirilən şəxs işin faktiki halları ilə bağlı məhkəməyədək verdiyi ifadə obyektiv həqiqəti çatdırmaqla, daha əsaslı, inandırıcı və mötəbər hesab edilməli, o cümlədən nəzərə alınmalıdır. Çünki, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Bundan başqa Təqsirləndirilən şəxs anten məlumatlarının götürülməsi barədə vəsatətindən imtina etsə də, onun +**********06 və +**********03 saylı mobil nömrələrinin anten məlumatları əldə edilərək məhkəmə iclasında tədqiq edilmiş, +**********03 saylı mobil nömrənin xx.xx.2025-ci il tarixdən sonra anten məlumatlarının qeyd edilmədiyi, +**********06 saylı mobil nömrənin anten məlumatlarına görə isə onun hadisə baş verən gün, yəni 20 avqust 2025-ci il tarixdə saat 19:04-dən Siyəzən rayonu, Qala-altı yolunda olduğu müəyyən edilmişdir. Bununla da Təqsirləndirilən şəxs “17-18:00 radələrində Şahid3 yaşadığı evdə olması, daha sonra polis şöbəsinə aparılması, Siyəzənin bir neçə yerinə getdikdən sonra 21:41 radələrində Qala-altı yoluna gəldikləri” barəsində ifadəsi öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsi ilə razılaşır və hesab edir ki, o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Bu Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Bu Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Bu Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, satış məqsədi ilə olmasa da, üzərində qanunsuz olaraq şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda narkotik vasitə qurudulmuş marixunanı saxlayıb daşımasını, bunun isə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırmasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni kannabinoidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyindən əziyyət çəkməklə, narkotik vasitə aludəçisi olmasını, o cümlədən qəsdən törətdiyi cinayət əməlinə görə çəkdiyi cəzadan nəticə çıxarmamasını, islah olunmamasını, yeni cinayət törətməsini və onun tərəfindən yenidən qəsdən başqa kateqoriyadan olan cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını, hüquqazidd əməllərini davam etdirməklə, yeni cinayət törətməyə meylliyini, cəzasını ağırlaşdıran halın və yuxarıda qeyd olunan yüngülləşdirici halın olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin 2/3 hissəsində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 20 avqust 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci və 346.1.19-cu maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 435,795 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üstünün yoxlanmasının, eləcə də, təqdim olunan əşyalara baxış keçirilməsinin və götürülməsinin videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd kompakt disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını “ciddi” rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 20 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 435,795 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üstünün yoxlanmasının, eləcə də, təqdim olunan əşyalara baxış keçirilməsinin və götürülməsinin videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd kompakt disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 60 (altmış) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Günel Quluzadə
Məhkəmə qərarları › İş №1(059)-50/2025
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-50/2025
13.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver