Məhkəmə qərarları › İş №1(059)-51/2020

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-51/2020

26.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-51/2020 26.08.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 2020-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1986-cı il tarixdəSiyəzənşəhərindədoğulmuş, Azərbaycan Republikası vətəndaşı,subay, orta təhsilli, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılanTəqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi çəkisi 0,210 qram kustar üsullar hazırlanmış narkotik vasitə olan heroin əldə edib üzərində saxlayaraq daşımış, xx xxx 2020-ci il tarixdə saat 12:00 radələrində Siyəzən RPŞ-nin PPXT-nın əməkdaşları xidmətdə olarkən Siyəzən şəhəri, Babək küçəsində yerləşən Şirin İsmayılov adına 3 saylı orta məktəbin sanitar qovşağında narkotik vasitələrin istifadəsində şübhəli olduğundan saxlanılmaqla, üzərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə gətirildiyi, Siyəzən RPŞ-nin növbətçi hissəsində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli cins şalvarın qabaq sol yan cibindən 1 ədəd qara rəngli kağız bükülünün içərisində həmin narkotik vasitə olan heroinin 0,193 qramı və saxlanıldığı Siyəzən şəhəri, Babək küçəsində yerləşən, Şirin İsmayılov adına orta məktəbin sanitar qovşağına keçirilən baxış zamanı isə saxlanılan zaman yerə atdığı əlində olmuş 0,5 ml həcmində 1 ədəd şpirisin içərisindən həmin narkotik vasitə olan heroinin 0,017 qramı məhlul halında aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər narkotik vasitələrin qanunsuz saxlanılması və oğurluq cinayətlərinə görə məhkum olunmuş, 2020-ci ilin fevral ayında cəzaçəkmə müəssisəsindən azad olunaraq yaşadığı ünvan 1 ünvanına qayıtmışdır. O, 2008-ci ildən narkotik vasitə heroindən istifadə etmiş, habelə xx xxx 2020-ci il tarixdə səhər saatlarında yaşadığı Siyəzən şəhəri S.Xeyrullayev küçəsində yerdən 1 ədəd qara rəngli kağız bükülünün içərisində narkotik vasitə heroin tapmış, həmin narkotik vasitəni gizli yerdə qəbul etmək məqsədilə piyada gəzərək Siyəzən şəhəri, Babək küçəsində yerləşən 3 saylı orta məktəbin həyətindəki sanitar qovşağına girmişdir. Yayılmış koronovirus pandemiyasına görə məktəblər bağlandığından orada heç kim olmadığını zənn edib, daha təhlükəsiz hesab etmiş, sanitar qovşağına girərək, orada tapdığı narkotik vasitə heroinin bir qismini əvvəlcədən üzərində olan ağzı sınıq şüşə ampulanın içərisinə töküb, bir qədər limon duzu və su əlavə edib onu maye halına gətirərək qəbul etmək üçün hazır vəziyyətdə şprisə doldurmuş, qalan narkotik vasitə heroini isə yenidən kağız bükməklə, əynində olan tünd göy rəngli cins şalvarın qabaq sol yan cibinə qoymuş, şprisdə hazırladığı narkotik vasitə heroini qoluna vurub qurtarana yaxın polis əməkdaşlarının həmin yerə gəldiyini görmüş, tez şprisi sanitar qovşağın qarşısındakı otluq yerə atmışdır. Bu zaman Siyəzən RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq üzərində narkotik vasitə saxlamaqda, eləcə də istifadə etməkdə şübhəli olduğunu bildirmiş, bununla bağlı RPŞ-yə dəvət etmişlər. Bundan sonra, Siyəzən RPŞ-də növbətçi hissədə videoçəkilişlə Müdafiəçi iştirakı ilə şəxsi axtarış keçirilən zaman onun üzərindən həmin narkotik vasitə heroin kütləsi 1 ədəd qara rəngli kağız bükülüdə təqdimatına əsasən aşkar olunaraq götürülmüş, həmçinin şifahi sorğu zamanı narkotik vasitə qəbul etdiyi şprisi saxlanılarkən sanitar qovşağın yaxınlığında yerə atdığını bildirmiş, polis əməkdaşları tərəfindən Müdafiəçi iştirakı ilə həmin yerə də baxış keçirilmiş, ora keçirilən baxış zamanı narkotk vasitəni qəbul etmək üçün istifadə etdiyi içərisində yarımçıq şəkildə narkotik vasitə heroin məhlulu olan 1 ədəd şpris, üzərində “Lemonnaya Kislota” sözləri yazılmış ağzı açıq vəziyyətdə olan limon duzu bağlaması, 1 ədəd içərisində narkotik vasitə heroinin izləri olan ağzı sınıq vəziyyətdə şüşə ampula və 1 ədəd “Rothmans” markalı siqaret qutusunun içərisində limon duzu və narkotik vasitə heroinin izləri olan ağzı sınıq vəziyyətdə şüşə ampula götürülüb müvafiq qaydada qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı fiziki və digər zorakılıq halı baş verməmiş, uzun müddət narkotik vasitə istifadə etmiş, narkotik vasitələri Sumqayıt şəhərində tanımadığı şəxslərdən müxtəlif qiymətlərə əldə etmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, habelə, gənc olmasının nəzərə alınaraq ona daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid Siyəzən rayon Polis Şöbəsinin PPXT-nin polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, o, xx xxx 2020-ci il tarixdə PPXT-nın polis nəfərləri Şahid5 və Şahid6lə xidmətdə olarkən Siyəzən şəhəri, Babək küçəsində bir nəfər şəxsin həmin küçədə yerləşən Şirin İsmayılov adına 3 saylı orta məktəbin həyətindəki sanitar qovşağa tərəf getdiyini görmüş, həmin şəxsin narkotik vasitə istifadəçisi Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bu zaman Təqsirləndirilən şəxs narkotik vaitə qəbul etmək üçün sanitar qovşağına girdiyindən şübhələnmişlər. Buna görə də həmin sanitar qovşağına tərəf getmiş, ora daxil olan zaman Təqsirləndirilən şəxs əlində şpris görmüşlər. Təqsirləndirilən şəxs onları görən kimi əlində olan şprisi yerə atmışdır. Bunu görən kimi onlar Təqsirləndirilən şəxs, dərhal sonuncunun üzərində narkotik vasitə olub-olmamasını aydınlaşdırmaq, habelə barəsində qanuni tədbir görülməsi üçün Siyəzən RPŞ-yə dəvət etmişlər. Bundan sonra, onlarla birlikdə Siyəzən RPŞ-yə gedən Təqsirləndirilən şəxs üzərinə növbətçi hissədə videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılmış, videoçəkiliş RPŞnin KTQ-nin baş inspektor kriminalisti Şahid3 tərəfindən həyata keçirilmişdir. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs və digər iştirakçılara qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, həmçinin Hətəmşahın üzərinə keçiriləcək şəxsi axtarış zamanı onun müdafiə hüququnun təmin olunması məqsədi ilə şəxsi axtarışda Müdafiəçi iştirakı təmin edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa könüllü təqdim etməsi təklif olunmuş, bu zaman o, əynində olan tünd göy rəngli cins şalvarın qabaq sol yan cibindən 1 ədəd içərisində narkotik vasitə olan qara rəngli kağız bükülünü çıxardıb, masanın üzərinə qoymuşdur. Həmin kağız bükülünün nə olduğu soruşulduqda, Hətəmşah kütlənin içərisində narkotik vasitə olan “kakos” olduğunu bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs Siyəzən şəhəri Şirin İsmayılov adına 3 saylı orta məktəbin həyətində yerləşən sanitar qovşağında narkotik vasitənin bir hissəsini qəbul etdiyini, həmin vaxt polis əməkdaşları tərəfindən saxlanılarkən şpirisi yerə atdığını, şpirisin içərisində isə narkotik vasitənin olub-olmadığını dəqiq bilmədiyini qeyd etmişdir. Daha sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamış, aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər kütlə isə müvafiq qaydada qablaşdırılıb, qablaşdırmanın üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs saxlanıldığı Siyəzən şəhəri, Babək küçəsində yerləşən Şirin İsmayılov adına 3 saylı orta məktəbin həyətində olan sanitar qovşağına baxış keçirilmiş, Təqsirləndirilən şəxs şifahi olaraq əli ilə həmin sanitar qovşağını göstərib, orada narkotik vasitə qəbul etdiyi zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmiş, sanitar qovşağının qarşısına tərəf addımladıqda otluq ərazidə yerdən içərisində narkotik vasitə heroinə bənzər maddə olan 1 ədəd şpris aşkar olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin şprisin ona məxsus olduğunu, bu şpris vasitəsilə narkotik vasitə heroin qəbul etdiyini, polis əməkdaşları onu saxlayan zaman həmin şprisi yerə atdığını, içərisindəki kütlənin qəbul etmək üçün hazır vəziyyətdə olan heroin məhlulu olduğunu bildirmişdir. Daha sonra, sanitar qovşağının giriş hissəsinə baxış keçirilmiş, oradan üzərində “Lemonnaya Kislota” sözləri yazılmış ağzı açıq vəziyyətdə olan bağlama, 1 ədəd içərisində narkotik vasitə heroinin izləri olan ağzı sınıq vəziyyətdə şüşə ampula, 1 ədəd “Rothmans” markalı siqaret qutusunun içərisində limon duzu və içərisində narkotik vasitə heroinin izləri olan ağzı sınıq vəziyyətdə 1 ədəd şüşə ampula aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bağlamanın və siqaret qutusunun içərisindəki ağ kristal şəkilli kütlələrin limon duzu olduğunu, ağzı sınıq vəziyyətdə olan şüşə ampulalardan isə narkotik vasitə heroini qəbul etmək üçün istifadə etdiyini bildirmiş, qeyd edilən predmetlər müvafiq olaraq 1 ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş, Təqsirləndirilən şəxs və digər iştirakçılar zərfin üzərinə imza etmişlər. Məhkəmə istintaqında digər şahidlər Siyəzən RPŞ-nin PPXT-nin polis nəfərləri Şahid6, Şahid5, İTB-nin YYÇ-la profilaktiki işin təşkili qrupunun baş inspektoru Şahid4, KTQ-nin baş inspektor kriminalisti Şahid3, eləcə də məhkəməyə ünvanlanmış teleqramında məhkəməyədək istintaq dövründə verdiyi ifadəsini təsdiq etməklə, məhkəmədə üzrlü səbəblərdən iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş etmiş, o cümlədən məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahid CAB-nin axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 35-38-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 6/795 saylı ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş....” sözləri qeyd olan zərfdəki, 1 ədəd bükümdə, təmiz çəkisi 0,193 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmçinin, rəydən görünür ki, üzərində “Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etdiyi yerə baxış zamanı aşkar olunaraq götürülmüş....” yazısı olan zərfdəki 1 ədəd şprisin içərisində 0,5 ml həcmində açıq qəhvəyi rəngli maye heroin məhluludur və həmin məhlulda heroinin təmiz çəkisi 0,017 qram təşkil edir. Həmin zərfdə olan 2 ədəd baş hissəsi sınıq vəziyyətdə şüşə ampulların içərisində narkotik vasitə olan heroinin izləri vardır və üzərində “Limonnaya kislota” yazısı olan paketdə ağ rəngli xırda kristillardan ibarət maddə narkotik vasitə və psixotop maddələrə aid olmayan-limon turşusudur. Təqsirləndirilən şəxs götürülmüş heroinin ümumi təmiz çəkisi 0,210 qramdır. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in İ siyahısına daxildir. Tədqiqata 0,05 qram heroin istifadə olunduqdan sonra heroinin qalıq çəkisi 0,143 qram, heroin məhlulundan 0,3 ml istifadə olunduqdan sonra isə heroin məhlulunun qalıq çəkisi 0,2 ml təşkil etmişdir. Cinayət işinin 34-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 122-123-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi Yoxlama Ekspert komissiyası tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş, 1583 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vadır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 18-19-cu vərəqələrində olan şəxsi axtarış və götürmə haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində qara rəngli qolsuz gödəkcə, ağ-qara rəngli köynək, tünd göy rəngli cins şalvar, qara-qırmızı rəngli yay ayaqqabısı olmuş, bu zaman ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş narkotik vasitə “kakos” olduğunu bildirərək əynində olan tünd göy rəngli cins şalvarın qabaq sol yan cibindən 1 ədəd qara rəngli kağız bükülünü çıxararaq masanın üzərinə qoymuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs Siyəzən şəhəri, Babək küçəsində yerləşən Şirin İsmayılov adına 3 saylı orta məktəbin həyətindəki sanitar qovşaqda həmin bükülünün içərisindəki kütlənin yarısını qəbul etdiyini, yarısını isə sonradan istifadə etmək üçün üzərində saxladığını, narkotik vasitə qəbul edən zaman polis əməkdaşları tərəfindən saxlanıldığını və narkotik vasitə qəbul etdiyi şprisi həmin ərazidə yerə atdığını, şprisin içərisində narkotik vasitə məhlulunun qalıb-qalmadığını dəqiq olaraq bilmədiyini qeyd etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs həmin ünvana da videoçəkiliş ilə baxış keçiriləcəyi bildirilmişdir. Daha sonra, Şahid1 tərəfindən həmin qara rəngli kağız bükülü açıldığında içərisində spessifik qoxusu olan, qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən olunmuş, sonuncu tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmamışdır. Bundan sonra, həmin 1 ədəd qara rəngli kağız bükülü içərisində olan qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə ilə birlikdə 1 ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənib, müvafiq qaydada imzalanmışdır. Şəxsi axtarış zamanı Siyəzən RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti Şahid3 tərəfindən “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 22-23-cü vərəqələrində olan baxış keçirilməsi və götürmə haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Siyəzən şəhəri, Babək küçəsində yerləşən Şirin İsmayılov adına 3 saylı orta məktəbin həyətində yerləşən 6x3 metr ölçüdə kərpic ilə inşa olunmuş damı şiferlə örtülmüş, qapısı olmayan bir girişli sanitar qovşağıdır. Təqsirləndirilən şəxs həmin sanitar qovşaqda narkotik vasitə qəbul edərkən saxlanlması ilə bağlı sual verildiyində sonuncu şifahi olaraq əli ilə həmin sanitar qovşağı göstərərək orada narkotik vasitə qəbul etdiyi zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirdi. Sanitar qovşağının qarşısına tərəf addımladıqda otluq ərazidə yerdə içərisində yarımçıq şəkildə narkotik vasitə heroinə bənzər məhlul olması ehtimal edilən 1 ədəd şpris aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin şprisin ona məxsus olduğunu, bu şpris vasitəsilə narkotik vasitə heroin qəbul etdiyini, polis əməkdaşları onu saxlayan zaman həmin şprisi yerə atdığını, içərisindəki kütlənin qəbul etmək üçün hazır vəziyyətdə olan heroin məhlulu olduğunu bildirmişdir. Daha sonar, sanitar qovşağın giriş hissəinə baxıldığında orada üzərində “Lemonnaya Kislota” sözləri yazılmış ağzı açıq vəziyyətdə olan bağlama, 1 ədəd içərisində narkotik vasitə heroinin izləri olması ehtimal edilən ağzı sınıq vəziyyətdə şüşə ampula, 1 ədəd “Rothmans” markalı siqaret qutusunun içərisində ağ rəngli kristal şəkilli kütlə və içərisində narkotik vasitə heroinin izləri olması ehtimal edilən ağzı sınıq vəziyyətdə şüşə ampula aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs həmin bağlamanın və siqaret qutusunun içərisindəki ağ kristal şəkilli kütlələrin limon duzu olduğunu, ağzı sınıq vəziyyətdə olan şüşə ampulalardan isə narkotik vasitə heroini qəbul etmək üçün istifadə etdiyini bildirmişdir. Bundan sonra, aşkar edilmiş bütün predmetlər 1 ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənərək müvafiq qaydada imzalanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 70-71-ci və 126-132-ci vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin baş müstəntiqinin müvafiq olaraq xx xxx 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında, xx xxxx 2020-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,143 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, sanitar qovşağına baxış zamanı aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,2 ml təşkil edən açıq qəhvəyi rəngli heroin məhlulu, həmin məhlulda heroinin təmiz çəkisi 0,017 qram təşkil edən kütlə, eləcə də içərisində narkotik vasitə olan heroinin izləri 2 ədəd baş hissəsi sınıq vəziyyətdə şüşə ampulalar, həmçinin üzərində “limonnaya kislota” yazısı olan paketdə limon turşusu cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Siyəzən RPŞ-nin təminat hissəsinə təhvil verilsə də, Təqsirləndirilən şəxs üzərində xx xxx 2020-ci il tarixdə video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd DVD disk, habelə həmin tarixdə Siyəzən şəhəri, Babək küçəsində yerləşən Şirin İsmayılov adına 3 saylı orta məktəbin həyətindəki sanitar qovşaqda video çəkiliş ilə aparılan baxışın görüntüləri köçürülmüş 1 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 95-96-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx xxxx 2020-ci il tarixli tələbnaməsindən, işin 107-121-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 1(059)-04/2017 saylı hökmünün, eləcə də işdə olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 7(103)-1036/2018 saylı və Bakı şəhəri Nizami Rayon Məhkəmələrinin xx xxxxxx 2020-ci il tarixli, 7(007)-62/2020 saylı qərarlarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxxx 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.2-ci maddələri ilə təqsirli bilinərək, 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxxxxx 2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, sonuncu dəfə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, habelə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmiş, Siyəzən rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il müddətinə azaldılmış, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən, hazırkı qərarla Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə müəyyən edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasını, Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə (cinayətlərin məcmusu üzrə) qismən toplamaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bundan əlavə, Bakı şəhəri Nizami Rayon Məhkəmələrinin xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən qalan 2 (iki) ay 1 (bir) gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, habelə xx xxxxx 2020-ci il tarixdə onun cəzasının müddəti başa çatmışdır. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 66-67-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 4(059)-13/2020 saylı məhkəmənin həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 85-86-cı vərəqələrində olan arayış və xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama və daşıma cinayət əməllərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini, gəncliyini və barəsində yaşayış yeri üzrə şikayətin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Həmin Məcəllənin 83.1ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Bu Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən əvvəlki hər iki məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin təhlükəli resedivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə təhlükəli residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmasını, Təqsirləndirilən şəxs şəxsiyyətini və onun tərəfindən cinayət əməlinin yenidən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın üçdə ikisi həddində cəza təyin edilməlidir. Məhkəmə, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəza cinayətlərin residivi zamanı əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər üçün müəyyən edilmiş ciddi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin təminat hissəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,143 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, sanitar qovşağına baxış zamanı aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,2 ml təşkil edən açıq qəhvəyi rəngli heroin məhlulu, həmin məhlulda heroinin təmiz çəkisi 0,017 qram təşkil edən kütlə, eləcə də içərisində narkotik vasitə heroinin izləri olan 2 ədəd baş hissəsi sınıq vəziyyətdə şüşə ampulalar, həmçinin üzərində “limonnaya kislota” yazısı olan paketdə limon turşusu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli,Təqsirləndirilən şəxs üzərində xx xxx 2020-ci il tarixdə video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd DVD disk, habelə həmin tarixdə Siyəzən şəhəri, Babək küçəsində yerləşən Şirin İsmayılov adına 3 saylı orta məktəbin həyətindəki sanitar qovşaqda video çəkiliş ilə aparılan baxışın görüntüləri köçürülmüş 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin təminat hissəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,143 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, sanitar qovşağına baxış zamanı aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,2 ml təşkil edən açıq qəhvəyi rəngli heroin məhlulu, həmin məhlulda heroinin təmiz çəkisi 0,017 qram təşkil edən kütlə, eləcə də içərisində narkotik vasitə heroinin izləri olan 2 ədəd baş hissəsi sınıq vəziyyətdə şüşə ampulalar, həmçinin üzərində “limonnaya kislota” yazısı olan paketdə limon turşusu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və Təqsirləndirilən şəxs üzərində xx xxx 2020-ci il tarixdə video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd DVD disk, habelə həmin tarixdə Siyəzən şəhəri, Babək küçəsində yerləşən Şirin İsmayılov adına 3 saylı orta məktəbin həyətindəki sanitar qovşaqda video çəkiliş ilə aparılan baxışın görüntüləri köçürülmüş 1 ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar