Məhkəmə qərarları › İş №1(059)-51/2025

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №1(059)-51/2025

24.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 1(059)-51/2025 24.02.2026 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-Bakı şəhəri 28 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, 24 fevral 2026-cı il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, audio və video qeydiyyat aparılmaqla, açıq məhkəmə iclasında xx xxxxxx 1969-cu il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 21 aprel 2025-ci il tarixdə, saat 14 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Hyundai Tucson” minik markalı, ** RK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Siyəzən şəhərinin Heydər Əliyev prospektində mərkəz istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin İİ hissəsinin İ bəndinin, eləcə də həmin Qanunun 64-cü maddəsinin İ hissəsinin, həmçinin 3.20 “Ötmək qadağandır” yol nişanın tələblərini pozaraq, nəqliyyat vasitəsini yaşayış məntəqəsində 62,4 km/saat sürətlə idarə edərək, avtomobili öz hərəkət zolağı ilə hərəkət etdirməli olduğu halda, ötmənin qadağan olunduğu yol sahəsində bu əməliyyatı aparmaqla əks hərəkət zolağına çıxmış və qarşıda onunla eyni istiqamətdə hərəkətdə olub, sola dönmə əməliyyatı aparan sürücü Şahid1 idarə etdiyi “VAZ 21013" markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və toqquşmanın təsirindən idarə etdiyi həmin avtomobil sola istiqamətlənərək yolun sol istiqamətində dayanmış Zərərçəkmiş şəxs sükan arxasında əyləşdiyi “Opel Vectra" minik markalı **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ön tərəfinə dəymiş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sol diz oynağının yumşaq toxumalarının əziyi və hemartrozu, sol qamış sümüyünün yerini dəyişməyən qapalı sınığı, başın alın nahiyəsinin yumşaq toxumalarının əziyi kimi səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, mülki iddianı isə qəbul etməyərək ifadəsində göstərdi ki, himayəsində İ qrup əlil övladı X7 və atası X4 olmaqla, sonuncuya məxsus “Hyundai Tucson” minik markalı, ** RK *** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnaməyə və “B1 B” kateqoriyalı sürücülük vəsiqəsinə əsasən idarə edir. Bundan başqa, o, 21 aprel 2025-ci il tarixdə, saat 14:00 radələrində sözügedən avtomobil ilə Siyəzən şəhərinin Heydər Əliyev prospektində həmin şəhər mərkəzi istiqamətində təxminən 60-65 km/saat sürətində tək hərəkətdə olarkən, hazırda xatırlamadığı önündə hərəkət edən avtomobili ötmək üçün yolun sol hissəsinə çıxmışdır. Bu zaman, qarşıda heç bir dönmə işığından istifadə etməyən “VAZ 21011” markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobil qəflətən sola dönmə əməliyyatı etmişdir. Nəticədə, etibarnamə əsasında idarə etdiyi sözügedən avtomobil ilə “VAZ 21011” markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Bundan sonra, toqquşma səbəbindən etibarnamə əsasında idarə etdiyi “Hyundai Tucson” minik markalı, ** RK *** dövlət qeydiyyat nişanlı avtomobilin təhlükəsizlik yastıqları şişmiş və idarəetməni itirdiyindən həmin avtomobil yolun sol hissəsində, onunla əks istiqamətdə dayanmış Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi “Opel Vectra” markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomobilə, sonuncunun avtomaşını isə onunla eyni istiqamətdə saxlamış “VAZ 21013” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymişdir. Daha sonra, hadisə yerinə polis əməkdaşları, habelə tanışı Sənan adlı şəxs gəlmiş və müayinə olunmaq üçün sonuncu ilə birlikdə Siyəzən rayon Mərkəzi Xəstəxanasına getmişdir. Belə ki, xəstəxanada olarkən, orada olan həkim ondan öncə Zərərçəkmiş şəxs müayinə olunmasını bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs vermiş olduğu mülki iddia ərizəsi ilə razı olmamaqla yanaşı, bu ərizəyə etiraz edir. Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ibtidai və məhkəmə istintaq zamanı verdikləri ifadələri ilə eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiasını müdafiə edərək, məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs Siyəzən rayon sakini kimi tanısa da, ona qarşı ədavət və düşmənçiliyi olmamışdır. Belə ki, 21 aprel 2025-ci il tarixdə, saat təxminən 14 radələrində Siyəzən şəhərinin Heydər Əliyev prospektində yerləşən tikinti materialları mağazasından sement alıb, Şahid3 icarəyə götürdüyü, etibarnamə əsasında idarə etdiyi “Opel Vectra” markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomobilin baqajına yükləyib, hərəkət etmək üçün tək həmin avtomobilə əyləşmişdir. Bu zaman, Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Tucson” minik markalı, ** RK *** dövlət qeydiyyat nişanlı avtomobilin yol nişanlarının tələblərinə riayət etməyərək, ötmə əməliyyatı edib, yüksək sürətlə əks istiqamətdə gəldiyini görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs sözügedən avtomobillə ilk öncə “VAZ 21011” markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobil, sonra isə onun dayanmış, etibarnamə əsasında idarə etdiyi “Opel Vectra” markalı, ** EM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və sonuncu avtomaşın onunla eyni istiqamətdə arxasında saxlamış “VAZ 21013” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymişdir. Bundan sonra, avtomobildən enib, dostu, eləcə də sözügedən avtomobilin sahibi Şahid3 zəng vurmuşdur. Daha sonra, özünü yaxşı hiss etmədiyindən Şahid3 ilə birlikdə Siyəzən rayon Mərkəzi Xəstəxanasına getmişdir. Belə ki, xəstəxanada rentgen müayinəsi olunarkən ayağında sınığın olması məlumu olmuşdur. Buna baxmayaraq, hadisəni törədən şəxsin qadın olması səbəbindən, onun işinin istintaq bölməsinə getməsini istəmədiyindən xəstəxana müraciətinin qeydiyyata alınmamasını xahiş etmişdir. Bundan sonra, xəstəxanaya Siyəzən RPŞ-nin DYPB-nin əməkdaşı Səbuhi müəllim gəlmiş, habelə sonuncuya da, xəsarətinin olmadığını bildirmiş və hadisə yerinə qayıtmışdır. Orada olarkən, Təqsirləndirilən şəxs Siyəzən rayon Mərkəzi xəstəxanasına getməsi məlumu olmuşdur. Bu səbəbdən də, əsəbiləşdiyi, eləcə də ayağında sınığ olduğu üçün tanışları ilə birlikdə ayağına gips qoyulmasına görə yenidən Siyəzən rayon Mərkəzi Xəstəxanasına getmiş və orada Təqsirləndirilən şəxs görmüşdür. Hətta, xəstəxanada olarkən Amalya, tanışı Sənan ilə birlikdə ona yaxınlaşaraq, pul qarşılığında hadisəni öz üzərinə götürməsini təklif etmişlər. Odur ki, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs qadın olmaqla, himayəsində İ dərəcəli əlil övladının və atasının olması səbəbindən onun barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsinə etiraz etməsə də, mülki iddiasının tam təmin olunması barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs əvvəllər tanımasa da, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs Siyəzən şəhər sakini tanımış, lakin, onlara qarşı düşmənçilik və ədavəti olmamışdır. Bundan başqa, o, mülkiyyətində olan “VAZ 21013” minik markalı ** DF *** dövlət qeydiyyat nişanlı avtomobili “B C” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etmişdir. Belə ki, 21 aprel 2025-ci il tarixdə, saat 13 radələrində idarə etdiyi sözügedən avtomobil ilə qardaşı Tural Eyvazovla birlikdə Siyəzən şəhərinin Heydər Əliyev prospektində mərkəz istiqamətində hərəkətdə olarkən, həmin prospektdə yolun kənarında yerləşən təsərrüfat malları mağazasına getmək üçün sol istiqamətdə dönmə işığını yandırıb, bu əməliyyatı yerinə yetirmək istəyərkən, arxadan əks istiqamətdə gələn Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Tucson” minik markalı, ** RK *** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi həmin avtomobilin ön sol hissəsi ilə toqquşmuş, nəticədə Təqsirləndirilən şəxs idarəetməni itirərək yolun kənarında dayanmış Zərərçəkmiş şəxs idarə etdiyi “Opel Vectra” markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Bundan sonra, hadisə yerinə Siyəzən RPŞ-nin əməkdaşları gəlmiş və müvafiq sənədləşdirmə işləri aparılmışdır. Həmçinin, qardaşı Tural Eyvazov hadisə nəticəsində zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs dəymiş zərərin qarşılığında sonuncuya 500 manat ödəniş etmiş və aralarında barışıq əldə olduğundan, barəsində olan cinayət işi üzrə icraata xitam verilmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, 21 aprel 2025-ci il tarixdə, saat təxminən 13 radələrində idarəçiliyində olan “VAZ 21013” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili Siyəzən şəhərinin Heydər Əliyev prospektində, Bakı istiqamətində yolun sağ hissəsində saxlayıb, bazarlıq etmək üçün orada yerləşən “OBA” marketə getmişdir. Bundan sonra, həmin tarixdə, saat təxminən 14 radələrində mağazadan çıxarkən Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Tucson” minik markalı, ** RK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə ilk öncə “VAZ 21011” markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilə sonra isə Zərərçəkmiş şəxs idarə etdiyi “Opel Vectra” markalı, ** EM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşması, nəticədə sonuncunun avtomobilinin arxa hissəsinin onun avtomaşınının ön hissəsinə dəyməsi məlumu olmuşdur. Həmçinin, ziyan aktında hadisə nəticəsində sözügedən avtomobilinə 1309 manat zərər dəyməsi qeyd edilsə də, bu məbləğ təxminən ***-**** manat təşkil edir. Məhkəmə istintaqı zamanı Şahid3 məhkəmə iclasında ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs Siyəzən rayon sakini tanısa da, ona qarşı düşmənçilik və ədavəti olmamışdır. Bundan başqa, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs ilə onun arasında dostluq münasibəti olmaqla, “Opel Vectra” markalı, ** EM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 03 aprel 2025-ci il tarixdə, nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamə əsasında, 7 500 manat müqabilində, Zərərçəkmiş şəxs satmış, sonuncu 1 500 manat ilkin ödəniş edib, qalıq məbləği aylıq 500 manat olmaqla ödəyəcəyini bildirmişdir. 21 aprel 2025-ci il tarixdə, saat təxminən 14 radələrində Zərərçəkmiş şəxs ona mobil telefon vasitəsilə zəng vuraraq, baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat vermişdir. Bundan sonra, o, hadisə baş verən əraziyə, yəni Siyəzən şəhərinin Heydər Əliyev prospektinə getmiş, habelə Zərərçəkmiş şəxs müayinə olunması üçün idarəçiliyində olan “Hyundai Sonata” markalı avtomobil ilə Siyəzən rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Belə ki, sözügedən xəstəxanada olarkən oranın həkimi Zərərçəkmiş şəxs MRT olunmasını qeyd etmiş, habelə göndəriş əsasında sonuncunu 22 aprel 2025-ci il tarixdə müayinə olunması üçün Sumqayıt şəhərinə çatdırmışdır. Lakin, Sumqayıt şəhərində yerləşən xatırlamadığı xəstəxananın həkimləri Zərərçəkmiş şəxs çəkisinin 100 kiloqramdan artıq olmasını bildirərək, göndəriş əsasında Bakı şəhərinə getməli olduqlarını qeyd etmişlər. Daha sonra, o, Zərərçəkmiş şəxs ilə birlikdə Siyəzən şəhərinə qayıtmış, növbəti gün, yəni, 23 aprel 2025-ci il tarixdə sonuncu ilə birlikdə Bakı şəhərində hazırda xatırlamadığı xətəxanaya getmiş, Şahin müayinə olunduqdan sonra yenidən yaşadıqları Siyəzən şəhərinə geri dönmüşlər. Bundan başqa, o, Zərərçəkmiş şəxs 2 dəfə hadisədən təxminən 1 ay sonra ekspertizadan keçməsi üçün Bakı şəhərinə, 1 dəfə isə sözügedən şəhərdə yerləşən tanımadığı digər xəstəxanaya aparmışdır. Beləliklə, Zərərçəkmiş şəxs müayinə olunması üçün ümumilikdə 5 dəfə Siyəzən şəhərindən Bakı və Sumqayıt şəhərlərinə aparmış, habelə sonuncu hər dəfəsində onun idarə etdiyi “Hyundai Sonata” markalı avtomobilə 40 manat olmaqla, cəmi 200 manat dəyərində yanacaq doldurmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş, işin 48-49-cu səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 may 2025-ci il tarixli, 8/982 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Hyundai Tucson” markalı, ** RK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin İ hissəsinin (3.20 “Ötmək qadağandır” yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq sürətlə idarə etməsi şəraitində, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin İİ hissəsinin İ bəndinin tələblərinə uyğunsuzluq baş vermişdir. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, “VAZ 21013” markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin İ hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş, işin 47-ci səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat təşkil edir. Məhkəmə iclasında tədqiq edilmiş, işin 50-52-ci səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 məhkəmə-tibb ekspertizasının 28 iyun 2025-ci il tarixli, 76 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol diz oynağının yumşaq toxumalarının əziyi və hemartrozu, sol qamış sümüyünün yerini dəyişməyən qapalı sınığı, başın alın nahiyəsi yumşaq toxumalarının əziyi aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsində avtomobillərin toqquşması nəticəsində yarana bilər, 21 aprel 2025-ci il tarixdə yarana bilməsi inkar olunmur, səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İş üzrə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə təqsirli olması cinayət işinə əlavə olunmuş, ibtidai istintaq zamanı keçirilmiş hadisə yerinə və nəqliyyat vasitələrinə baxış keçirilməsi haqqında protokollarla da, sübuta yetirilir. Məhkəmə iclasında tədqiq edilməklə, işin 72-ci səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 14 avqust 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş, işin 19-cu səhifəsində olan BD seriyalı, 062897 saylı sürücülük vəsiqəsinin surətindən, həmçinin işin 66-cı səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin 11 avqust 2025-ci il tarixli, 3-13-16- 8/24957/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 30 sentyabr 2023-cü il tarixdən 30 sentyabr 2033-cü il tarixədək “B1B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququndan məhrum edilməsi barədə məlumat qeydə alınmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş işin 13-cü səhifəsində olan 21 aprel 2025-ci il tarixdə, saat 17:00-da tərtib edilmiş 02330 nömrəli alkotesterin nəticəsinə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı onun alkoqol qəbul etməsi aşkar edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş işin 19-cu səhifəsində olan BD seriyalı, 535470 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, eləcə də işin 20-ci səhifəsində olan 31 iyul 2024-cü il tarixli etibarnamənin surətlərindən görünür ki, “Hyundai Tucson” markalı, ** RK *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4 bu avtomobili 31 iyul 2024-cü il tarixdən 30 sentyabr 2033-cü il tarixədək idarə etmək üçün Təqsirləndirilən şəxs etibar etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş işin 164-173-cü səhifəsində olan sübutlara hüquqi qiymət verilməsi haqqında 08 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Şahid1 barəsində Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə digər cinayət işinin ayrılması barədə qərar qəbul edilmiş, habelə ********* saylı cinayət işindən zəruri sənədlərin kserosurətləri çıxarılmaqla, ayrılmış ********* saylı cinayət işinə əlavə edilərək, icraata qəbul edilməklə, istintaqı aparılmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs avtomobilinin Siyəzən RPŞ-nin müvəqqəti duracağına yerləşdirilən zaman, həmin avtomobildən oğurluq olması faktı üzrə əlavə araşdırmanın aparılması üçün hazırkı cinayət işinin materiallarından həmin material ayırlmışdır. Həmçinin, “Hyundai Tucson” markalı, ** RK *** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmaqla, saxlanması üçün sahibinə qaytarılması nəzərə alınmış və digər, yəni, “Opel Vectra” minik markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomobil də, maddi sübut kimi tanınaraq, təqsirləndirilən və zərərçəkmiş şəxslər cinayət işi materialları ilə tanış olduqdan sonra, sahibinə qaytarılması qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə olunmuş 19 noyabr 2025-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, 21 aprel 2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Zərərçəkmiş şəxs dəymiş ziyan Şahid1 tərəfindən ödənildiyindən, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi olmamış, nəticədə Şahid1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraata şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinin tələblərinə əsasən xitam verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş işin 45-ci səhifəsində olan 21 may 2025-ci il tarixli qəbzdən görünür ki, 21 aprel 2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsindən sonra, Siyəzən RPŞ-nin müvəqqəti duracağına yerləşdirilmiş “Hyundai Tucson” markalı, ** RK *** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs, 21 may 2025-ci il tarixdə həmin müvəqqəti duracaqdan təhvil almışdır. Məhkəmə iclasında tədqiq edilmiş cinayət işinin 105-ci vərəqəsində olan 26 avqust 2025-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon VVADQ şöbəsi tərəfindən 30 iyul 2004-cü il tarixdə verilmiş, AZ-İ seriyalı, 507607 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X9, anası Şükürova (Məlikova) Amalya Məmməd qızı olan X7 22 iyun 2003-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş cinayət işinin 77-ci səhifəsində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X1 26 avqust 2025-ci il tarixli, 3-17-1/2-Ş-200508/2025 nömrəli arayışından, eləcə də, iş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs İ qrup əlillər X5 və X2 qulluğa görə müddətsiz Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü təyin edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, 22 iyun 2003-cü il təvəllüdlü əmək qabiliyyəti olmamaqla, qulluğa ehtiyacı olan X7 “dəqiqləşdirilməmiş Daun sindromu, Daun sindromu davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə, ağır dərəcəli əqli gerilik” diaqnozu ilə birinci dərəcəli müddətsiz əlildir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X4 əmək qabiliyyəti olmayan, gözdən birinci dərəcəli əlildir. Cinayət işi materiallarına əlavə edilmiş Siyəzən Rayon Məhkəməsinin 03 aprel 2024cü il tarixli, 2(059)-36/2024 saylı qətnaməsindən görünür ki, Siyəzən şəhərinin Tofiq İsmayılov küçəsindəki 47 saylı evin 9-cu mənzilində qeydiyyatda olmaqla, yaşayan, 22 iyun 2003-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 3 iyun 2024-cü il tarixli, 73 nömrəli Sərəncamının surətindən görünür ki, Təqsirləndirilən şəxs öz razılığına əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş X5 qəyyum təyin edilmişdir. Məhkəmə iclasında tədqiq edilməklə, iş materiallarına əlavə edilmiş iddia ərizəsindən, Siyəzən Rayon Məhkəməsinin 02 dekabr 2025-ci il tarixli, 1(059)-51/2025 saylı protokolundan, eləcə də qəbzdən görünür ki, Zərərçəkmiş şəxs cinayət nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinə görə cinayət işi üzrə mülki iddiaçı kimi tanınmış, o cümlədən mülki cavabdeh Təqsirləndirilən şəxs sağlamlığına vurulmuş ziyana görə 1 500 manat maddi, 3 500 manat mənəvi zərərin əvəzinin tutulmasını tələb etmiş, həmçinin, o, mülki iddia ilə məhkəməyə müraciət edərkən cəmi 70,40 (yetmiş manat, 40 qəpik) manat məhkəmə xərci ödəmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması cinayət işinə əlavə olunmuş materiallarla sübuta yetirildi. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən (mülki cavabdeh) şəxsin, zərərçəkmiş (mülki iddiaçı) şəxsin, şahidlərin ifadələri, o cümlədən, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirəndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna baxmayaraq, məhkəmənin baxış iclası zamanı müdafiəçi və təqsirləndirilən şəxs, mülki cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, sonuncunun Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə özünü tam təqsirli bilməsinin nəzərə alınaraq, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilərək onun cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında dövlət ittihamçısı, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsinə etiraz etməyərək, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini məhkəməyə təklif edir. Məhkəmə təqsirləndirilən şəxs, mülki cavabdehin ifadəsini və barəsində amnistiya aktının tətbiq edilməsinə dair onun, eləcə də müdafiəçisinin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə, o, cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.12-ci bəndinə görə, qadınlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Sözügedən Qərarın 1.16-cı bəndinə görə öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər. Həmin Qərarın 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Qeyd edilən Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Bu Məcəllənin 81.2-ci maddəsinin İ cümləsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Göründüyü kimi, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.12, 1.16, 5.1 və 24-cü bəndlərinin təsiri altına düşür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Sözügedən Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.12, 1.16, 5.1 və 24-cü bəndlərinin tətbiq edilməsi, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət təqibinə xitam verilməsi məqsədəuyğundur. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam növündə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Hyundai Tucson” minik markalı, ** RK *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibi, Təqsirləndirilən şəxs qaytarılmış hesab edilməli, həmçinin digər maddi sübut Siyəzən RPŞ-nin müvəqqəti duracağında saxlanılan “Opel Vectra” minik markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomobil qərar qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs qaytarılmalıdır. Həmçinin, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən 150 manat mənləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Sözügedən Məcəllənin 181.1-ci maddəsinin İ və İİ hissələrinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Bu Məcəllənin 181.2.4-cü maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə mənəvi ziyanın ödənilməsini edə bilər. Sözügedən Məcəllənin 181.3.1-ci maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə xərclər şəklində özünü göstərir. Qeyd edilən Məcəllənin 183.1-ci maddəsinin İ cümləsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Həmin Məcəllənin 187-ci maddəsinin İ və İİ hissələrinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Yenə bu Məcəllənin 346.1.17-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Eyni Məcəllənin 354.1.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi qərarlardan biri əks etdirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarının 65-ci bəndinə əsasən məhkəmələr mülki iddialara baxarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən CPM-in 179-188-ci, eləcə də 346.1.17, 353.2.9, 353.3.4, 353.4.10, 353.5.3, 353.5.4, 354-cü maddələrinin tələblərinə əməl etməlidir. O cümlədən nəzərə alınmalıdır ki, CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar cinayət-prosessual qanunda nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının cinayət prosesində tətbiq edilməsinə yol verilir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsinə dair mülki iddiası qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Hazırkı, tələb bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudovun Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübut etmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğundan, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin İİ və İİİ hissələrinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Sözügedən Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Sözügedən Məcəllənin 1113.1-ci maddəsinə əsasən birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddia qaldıraraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlər nəticəsində vurulmuş maddi ziyana görə 1 500 manat, mənəvi zərər görə isə 3 500 manat məbləğində vəsaitin ona ödənilməsini tələb edir. Hazırkı iş üzrə verilmiş ittihamdan və məhkəmə tibbi ekspertiza rəyindən də göründüyü kimi təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs, eləcə də yol-nəqliyyat hadisəsinin digər iştirakçısı Şahid1 cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmuşdur. Zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlər nəticəsində vurulmuş maddi ziyanı 1 500 manat məbləğində qiymətləndirsə də, sonuncunun təqdim etdiyi 1 ədəd qəbzdən Referans Hospitalına beyin MRT-si üçün 18 manat 88 qəpik ödəniş olunduğu müəyyən olunur. Bundan başqa, məhkəmə istintaqı zamanı dindirilmiş Şahid3, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs hadisədən sonra müalicəsi üçün 5 dəfə Bakı və Sumqayıt şəhərlərinə aparmasını, habelə hər dəfəsində sonuncunun onun avtomobilinə 40 manat olmaqla, ümumilikdə 200 manat dəyərində yanacaq doldurmasını bildirmişdir. Həmçinin, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi məhkəmə istintaqı zamanı sözügedən ərizəyə etiraz edərək, Zərərçəkmiş şəxs mülki iddia ərizəsində qeyd etdiyi məbləğlər ilə bağlı heç bir rəsmi sənəd və ya sübut təqdim etmədiyini, sonuncunun mənəvi zərər ilə bağlı qeyd etdiyi məbləğin həqiqəti əks etdirməməklə yanaşı, sübut olunmadığını, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış zərərçəkmiş şəxsə sığorta haqqı ödənildiyini, həmin ödənən məbləğ zərərçəkmişi qane etmədiyi halda qalıq zərəri sübutlarla qarşı tərəfdən tələb edə bildiyini, həmçinin Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışıq olsun deyə ibtidai istintaq zamanı sonuncuya 1 500 manat təklif etdiklərini qeyd etmişlər. Bundan əlavə, cinayət işi materiallarından, eləcə də Şahid1, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrdən də, görünür ki, yol-nəqliyyat hadisəsi Təqsirləndirilən şəxs, eləcə də bu hadisəsinin digər iştirakçısı Şahid1 təqsiri nəticəsində baş vermiş, habelə sonuncu tərəfindən Zərərçəkmiş şəxs zərər ilə bağlı 500 manat ödəniş edilmiş və aralarında barışıq əldə olunmuş, nəticədə Şahid1 barəsində Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə istintaq olunan cinayət işinin icraatına xitam verilmişdir. Bununla da, hüquqazidd əməl Təqsirləndirilən şəxs və Şahid1 tərəfindən iştirakçılıqla, yəni, birlikdə törədildiyi üçün həmin şəxslər zərərçəkmiş şəxsə vurulmuş ziyana görə birgə məsuliyyət daşıyırlar. Beləliklə, hazırda zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs hadisə nəticəsində ona vurulmuş zərərin əvəzini zərərvuranlardan ayrılıqda tələb etdiyi üçün məhkəmə Təqsirləndirilən şəxs və Şahid1 təqsirinə mütənasib olaraq dəymiş ümumi zərərdə onların məsuliyyət həcmini müəyyənləşdirərək, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlər nəticəsində vurulmuş maddi ziyanın 109,44 manat məbləğində müəyyən etməlidir. Mənəvi zərərə görə ödənilməli olan pulun məbləğinə gəldikdə isə zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri ilə əlaqədar keçirdiyi fiziki, mənəvi iztirabların xarakteri, cinayət törətmiş şəxsin təqsirlilik dərəcəsi, qadın olmaqla, onun sosial cəhətdən ağır şəraitdə yaşamaqla, birinci dərəcəli müddətsiz əlil övladına və atasına qulluq göstərməsi, maddi vəziyyəti və verilmiş mülki iddianın həllinə təsir göstərən digər hallar nəzərə alınmalı, ağlabatanlıq və ədalətlilik kimi meyarlar baxımından kompensasiyanın məbləği müəyyən edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Şəxsiyyət Hüquqlarının Müdafiəsi Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2025-ci il tarixli 20 nömrəli Qərarının 4-cü bəndinin 83, 85, 86, 87-ci hissələrinə əsasən icbari sığorta ödənişi mənəvi zərəri qarşılamadığından, maddi zərərlə bağlı sığorta ödənişini almış zərərçəkmiş tərəfindən əlavə olaraq zərərvurana qarşı mənəvi zərər tələbi üzrə iddia qaldırıla bilər. Hüquqazidd əməlin birdən çox şəxs tərəfindən birlikdə törədilməsi halında (iştirakçılıq) həmin şəxslər vurulmuş zərərə görə birgə məsuliyyət daşıyırlar. Zərərçəkmişin vurulan zərərin tutulmasını bütün zərərvuranlardan müştərək (birgə) qaydada və ya onların hər birindən ayrılıqda tələb etməsindən asılı olmayaraq, məhkəmə vurulan zərərin həcmini ümumilikdə hesablamalıdır. Zərərçəkən vurulmuş zərərin əvəzini zərərvuranlardan ayrılıqda tələb etdiyi halda, məhkəmə hər birinin təqsirinə mütənasib olaraq dəymiş ümumi zərərdə onların məsuliyyət həcmini müəyyənləşdirməli və buna uyğun olaraq iddia tələbi həddindən kənara çıxmadan qərar qəbul etməlidir. Həmin Qərarın 5.1-ci bəndinə əsasən mənəvi zərər – fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır. Sözügedən Qərarın 5.4-cü bəndinə görə mənəvi zərərə görə kompensasiya hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Bu Qərarın 5.9-cu bəndinə görə mənəvi zərərin kompensasiyasının əsas məqsədi zərərçəkənin pozulan mənəvi tarazlığının bərpası ilə yanaşı, zərərvuranı gələcəkdə eyni əməllərin təkrar törədilməsindən çəkindirməkdən ibarətdir. Bu baxımdan zəzərvuranın üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Bununla yanaşı, mənəvi təzminatın həcmi elə balanslaşdırılmalıdır ki, bu, bir tərəfin təzminat hesabına zənginləşməsinə, digər tərəfin isə kasıblaşmasına səbəb olmasın. Qeyd edilən Qərarın 5.11-ci bəndinə əsasən zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati, yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan mənəvi zərər tələb etmək hüququnu istisna etmir. Məhkəmə belə hesab edir ki, törədilmiş cinayət nəticəsində zərərçəkmiş şəxs həm fiziki olaraq xəsarətlər almış, həm də, mənəvi sarsıntılar keçirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il Qərarının 68-ci bəndinə əsasən cinayət-prosessual qanununa əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Sözügedən Qərarın 69-cu bəndinə görə iştirakçılıqla törədilmiş cinayətlər nəticəsində vurulmuş maddi ziyan cinayətin iştirakçılarından Mülki Məcəllənin 1113-cü maddəsinə əsasən müştərək qaydada və yaxud mülki iddiaçının vəsatəti ilə və onun mənafeyi üçün hər bir iştirakçıdan məhkəmə tərəfindən müəyyən edilmiş hissələr (paylar) üzrə tutula bilər. Bir neçə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş mülki iddia (mülki iddialar) təmin edildiyi halda, ittiham hökmünün nəticəvi hissəsində hansı hissənin (konkret məbləğin) müştərək, hansı məbləğlərin isə hər bir təqsirləndirilən şəxsdən paylar üzrə, eləcə də hansı mülki iddiaçının xeyrinə tutulması göstərilməlidir. Həmin Qərarın 71-ci bəndinə əsasən məhkəmələr cinayət qanununda nəzərdə tutulmuş əməllə vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddialara baxarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 aprel tarixli qərarında, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2008ci il 3 noyabr tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarında ifadə olunmuş hüquqi mövqelərdən irəli gələn yanaşmanı rəhbər tutmalı, o cümlədən mənəvi zərərə görə ödənilməli olan pulun məbləğini müəyyən edərkən zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri ilə əlaqədar keçirdiyi fiziki, mənəvi iztirabların xarakterini, cinayət törətmiş şəxsin təqsirlilik dərəcəsini, maddi vəziyyətini, zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin cinayətin törədilməsinə təsir edib-etməməsini və verilmiş mülki iddianın həllinə təsir göstərən digər halları nəzərə almalı, hər bir halda ağlabatanlıq və ədalətlilik kimi meyarlar baxımından kompensasiyanın məbləğini nəzərdən keçirməlidir. Beləliklə, mülki iddianın mənəvi zərərlə bağlı hissəsinə məhkəmə münasibət bildirərək qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Göründüyü kimi zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs sağlamlığına ziyan vurulması ilə bərabər baş vermiş hadisə sonuncunun mənəvi sarsıntı yaşamasına, əsəb və stress keçirməsinə, fəal ictimai həyat tərzindən bir müddət, qismən məhrum olmasına, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılmasına, sağlamlığına xəsarət yetirilməsinə səbəb olmuş, beləliklə də, onun şəxsi qeyri-əmlak hüquqları pozulmuşdur. Bununla da, məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi ilə əlaqədar zərərçəkmiş şəxs, mülki iddiaçının sağlamlığına zərərin vurulması nəticəsində yaşadığı sarsıntı özözlüyündə mənəvi zərərin vurulması kimi qiymətləndirilməlidir. Bundan əlavə, qeyd edildiyi kimi hüquqazidd əməl Təqsirləndirilən şəxs və Şahid1 tərəfindən iştirakçılıqla birlikdə törədildiyindən, sonuncular zərərçəkmiş şəxsə, mülki iddiaçıya vurulmuş mənəvi zərərə görə birgə məsuliyyət daşıyırlar. Belə olan halda zərərçəkən vurulmuş mənəvi zərərin əvəzini Təqsirləndirilən şəxs ayrılıqda tələb etdiyindən, habelə Şahid1 ona barışıq üçün 500 manat zərər ödədiyindən məhkəmə sonuncuların hər birinin təqsirinə mütənasib olaraq dəymiş ümumi zərərdə onların məsuliyyət həcmini müəyyənləşdirib, mənəvi zərəri mülki iddiada göstərildiyi kimi 3 500 manat həddində deyil, 500 manat müəyyən edir və hesab edir ki, həmin məbləğdə vurulmuş mənəvi ziyanın təqsirləndirilən şəxs, mülki cavabdehdən zərərçəkmiş şəxs, mülki iddiaçının xeyrinə tutulması ədalətli və ağlabatandır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək mülki iddiaya münasibətdə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə 109,44 manat məbləğində maddi ziyanın və 500 manat məbləğində mənəvi zərərin əvəzi olmaqla, cəmi 609,44 manat pul tutularaq ödənilməli, həmçinin iddia tələbi üzrə ödənilmiş cəmi 70,40 (yetmiş manat, 40 qəpik) manat məhkəmə xərci iddia ərizəsində və məhkəmə baxışında təqsirləndirilən şəxs, mülki cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçı tərəfə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Adı qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmçinin, məhkəmə iddianın “maddi zərərin qalıq məbləğinin cavabdehdən alınıb iddiaçıya ödənilməsi”nə dair hissəsinə münasibətdə qeyd edilir ki, tələb bu hissədə hər hansı bir mötəbər sənəd və ya sübutlarla təsdiq edilmədiyindən təmin edilməsi istisna edilir. İş üzrə xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 39-cu, 43-cü, 344-347-ci, 356cı, 358-ci və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qə r a r a a l d ı : “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.12, 1.16, 5.1 və 24-cü bəndləri tətbiq edilməklə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.12 və 43.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış “Hyundai Tucson” minik markalı, ** RK *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibi, Təqsirləndirilən şəxs qaytarılmış hesab edilsin. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin müvəqqəti duracağında saxlanılan “Opel Vectra” minik markalı ** EM *** dövlət qeydiyyat nişanlı avtomobil qərar qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs qaytarılsın. Zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsinə dair mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə 109,44 (bir yüz doqquz manat 44 qəpik) manat məbləğində maddi ziyanın və 500 (beş yüz) manat məbləğində mənəvi zərərin əvəzi olmaqla, cəmi 609,44 (altı yüz doqquz manat 44 qəpik) manat məbləğində pul tutularaq ödənilsin. İddia tələbi üzrə ödənilmiş cəmi 70,40 (yetmiş manat 40 qəpik) manat məhkəmə xərci zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs aid edilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 150 (bir yüz əlli) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar