Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-52/2020 01.12.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi – “PRO BONO” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 2020-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1985-ci il tarixdə Gədəbəy şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsində qeydiyyatda olmaqla, həmin qəsəbənin Sahib Hüseynov küçəsi, ev 45 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə 0,062 qram heroin, 0,048 qram psixotrop maddə metamfetamin, şəxsi istehlak miqdarından artıq miqdarda 15 ədəd üzərində “F/M40” yazıları olan, təsir maddəsinin ümumi miqdar 0,6 qram təşkil edən, narkotik vasitə metadon hesab edilən “Methadone40” tabletlərini Bakı şəhəri, Yasamal rayonu, “İTV” qarşısında X3 Şahid5 məxsus “Azsamand” markalı, **-PU- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə dəyişərək həmin narkotik vasitə və psixotrop maddələri satıb, pulunu Şahid5 qaytarmaq şərti ilə əldə etməklə, Bakı şəhərindən Siyəzən rayonu ərazisinə daşımış və xx xxxx 2020-ci il tarixdə, saat 14:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçrilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Siyəzən şəhərinin M.Ə.Rəsulzadə küçəsindəki 9 saylı evdə saxlanılaraq gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 15 ədəd üzərində “F/M40” yazıları olan, təsir maddəsinin ümumi miqdar 0,6 qram təşkil edən, narkotik vasitə metadon hesab edilən “Methadone40” tabletləri, Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs idarə etdiyi “Naz Lifan” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı avtomobilin arxa sol ayaqaltısının altında siqaret kağızına bükülmüş, ayrıayrılıqda çəkiləri 0,037 və 0,025 qram olan, ümumilikdə təmiz çəkisi 0,062 qram narkotik vasitə heroin, 0,048 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, o, Elçini təxminən 2014-cü ildən Bakı şəhərində taksi fəaliyyət ilə məşğul olduğu vaxtlardan tanımış, aralarında hər hansı bir düşmənçilik olmamışdır. Elçin xx xxxxxx 2020-ci il tarixdə, təxminən səhər 06:00 radələrində onun istifadəsində olan (050) ***-**-** saylı mobil nömrəyə zəng edərək Bakı şəhərində olduğunu və görüşmək istədiyini bildirdikdə, o, Elçinə Bakı şəhərində olmadığını Ağcəbədi rayonunda olduğunu qeyd etmişdir. Elçin əvvəllər dəfələrlə onların evində olduğuna görə yaşadığı evə getməsini təklif etmiş, habelə anasına zəng edərək dostu Elçinin evə gələcəyini və qapını açmasını xahiş etmişdir. Həmin gün təxminən saat 22:00 radələrində evə gəlmiş, Elçinlə görüşmüş, sonuncu ona öz həyatından danışıb, narkotik vasitə aludəçisi olduğunu bildirmişdir. Bundan sonra, Elçin öz avtomobilini satmaq niyyətində olduğunu bildirib, ondan bu barədə kömək etməsini istəmiş, o, isə Elçinə kömək edəcəyinə vəd verdikdən sonra sonuncu gecəni onlarda qalmışdır. Daha sonra, səhəri gün Elçinin maşınını satmaq üçün müştəri axtarmış, tanışı Elmirə zəng edərək evə gəlməsini xahiş etmiş, sonuncu evə gəlmiş və Elçinlə Elmir evdə maşını satmağa görə razılaşmışlar. Elmir Elçindən maşını istəmiş, sonuncu da maşını Elmirə vermişdir. Avtomobil 2 gün Elmirdə qaldıqdan sonra sonuncu maşını bəyənmədiyini qeyd edib, avtomobili Elçinə qaytarmışdır. Bundan sonra, xx xxxxxx 2020-ci il tarixdə Elçin xəbərsiz evdən çıxıb getmiş, evdən çıxıb getdiyinə görə Elçinə zəng edərək bu barədə heç nə soruşmamışdır. Lakin, o, xx xxxx 2020-ci il tarixdə Siyəzən şəhərinə Elçinin yaşdığı evə özünün idarə etdiyi **-AK- *** dövlət qeydiyyat nişanlı, “NAZ Lifan” markalı avtomobillə gəlmiş, Elçinlə danışmış, hansı səbəbdən evdən xəbərsiz getdiyini soruşmuş, habelə bu baradə söhbət etmişlər. Bu zaman Elçin ona yenidən avtomobilini satmaq istədiyini bildirdikdə, bu dəfə o, avtomaşını Natiqə satmağı təklif etmişdir. Natiqlə Elçin bir-birilərini əvvəllər də tanımışlar. Bundan sonra, Elçinin yanında Natiqə zəng edib, Elçinin özünə məxsus avtomobili 3000 manata satdığını bildirdikdə, Natiq görüşüb bu barədə söhbət etməyi təklif etmişdir. Bu məqsədlə, xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə keçən gecə, təxminən saat 01:00 radələrində Elçinlə birlikdə sonuncunun idarə etdiyi avtomobillə Bakı şəhərinə yaşadığı evə getmiş, özünə məxsus “NAZ Lifan” markalı avtomobili isə Elçinin yaşadığı evin həyətində saxlamışdır. Evdə olarkən yenidən Natiqlə əlaqə saxlamış və Bakı şəhərində olduqlarını bildirmişdir. Beləliklə, xx xxxx 2020-ci il tarixdə, gecə saatlarında Natiqlə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən Sahib Hüseynov küçəsində görüşmüş, sonuncu ilə söhbət edərkən Elçinin maşınını satmaq istəyidini bir daha bildirmişdir. Söhbət əsnasında Elçin maşını satıb narkotik vasitə alacağını bildirmiş, Natiq də maşının müqabilində narkotik verə biləcəyini qeyd etmişdir. Bundan sonra, Natiqlə razılığa əsasən sonuncu “Azsamand” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobili 2600 manata satacağını, Elçin isə avtomobili satıb, 30 qram “kola” yəni heroin, 10 qram “patı”, yəni metafetamin alacağını bildirmiş, əlavə olaraq 400 manat pul da istədiyini qeyd etdikdə, Natiq qeyd edilən narkotik vasitələri təşkil edə biləcəyinə vəd vermişdir. Bundan sonra, Elçin müalicəsi üçün Natiqdən əlavə 2 list metadon da tapmasını xahiş etmiş, sonuncu bununla razılaşmışdır. Avtomobilin narkotik vasitə ilə dəyişdirilməsi ilə bağlı söhbətlər Elçinlə Natiq arasında baş vermiş, o, söhbətlərə qarışmamış, avtomobilin alqı-satqısı ilə bağlı heç bir maddi marağı olmamışdır. Ümumiyyətlə, narkotik vasitələrin hər hansı bir formada satışı ilə məşğul olmamışdır. Natiqlə razılaşdıqdan sonra həmin gecəni Elçinlə birlikdə evlərində qalmış, həmin gün səhər yenidən Natiqə zəng edərək harada görüşmək lazım olduğunu soruşduqda, sonuncu Yasamal rayonunda İTVnin qabağında görüş yeri təyin etmişdir. Eyni gün təxminən saat 04:00 radələrində Natiqlə İTV-nin qarşısında görüşmüş, sonuncu orada Elçinə ümumilikdə 27 qram “kola” yəni heroin, 15 qram tiryək, 2 list metadon və 1 çəkimlikdə marixuana vermiş, daha 10 qram metamfitamini və 400 manat pulu isə 1-2 günə verəcəyini bildirmişdir. Bundan sonra, Elçin maşınını Natiqə təhvil vermiş, sonuncu isə onları özünə məxsus “Toyota” markalı, dövlət qeydiyyat nişanının son rəqəmləri 171 olan avtomobillə “20 Yanvar” metro stansiyasının yaxınlığında düşürdükdən sonra, yol maşını ilə Siyəzən rayonuna qayıtmışlar. Narkotik vasitələrin hamısı Elçinin üzərində olmuş, gecəni Elçinin valideynlərinə məxsus Siyəzən şəhərindəki evdə qalmış, səhəri gün, yəni xx xxxx 2020-ci il tarixdə yuxudan ayılmış, sanitaq qovşağına düşmüş, evdə söz-söhbət, dava-dalaş düşdüyünü görmüşdür. Elçindən maşınının açarını istəmiş, sonuncu avtomobilin açarlarının valideynlərində olduğunu bildirmişdir. Evdə buna görə dava-dalaş düşmüş, oradan özünə məxsus qara rəngli gödəkcəni götürüb həyət düşmüş, Elçinin atası ilə avtomobilini almaq barədə söhbət etmiş, lakin, onlar avtomobilinin açarını verməmişlər. Evin həyətində sayca çox olan adamların onu təkləyəcəklərindən ehtiyat edərək, həyətdə olan sanitar qovşağına girmiş, bunu görən Elçinin atası ona polisləri çağıracağı barədə xəbərdar etmiş, o, isə cavabında polislər gəldikdən sonra çıxacağını bildirmişdir. Bundan təxminən 1 saat sonra Siyəzən RPŞ-nin əməkdaşları gəlmiş, o, isə sanitar qovşaqdan çıxmış, habelə RPŞ-nin növbətçi hissəsinə aparılmış, orada keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 15 ədəd üzərində “F/M40” yazıları olan, təsir maddəsinin ümumi miqdarı 0,6 qram təşkil edən, narkotik vasitə “Methadone40” tabletləri aşkar edilərək götürülmüş, o, isə həmin narkotik vasitənin ona aid olduğunu bildirmişdir. Bundan sonra, idarə etdiyi **-AK-*** dövlət qeydiyyat nişanlı, “Naz Lifan” markalı avtomobilə baxış keçirilməsi üçün Şahid5 valideynlərinin yaşadığı ünvana gedilmiş, orada avtomobilin arxa sol ayaqaltısının altında siqaret kazğına bükülmüş, ayrı-ayrılıqda çəkiləri 0,037 və 0,025 qram narkotik vasitə heroin, 0,048 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Onun bu narkotik vasitə və psixotrop maddədən də xəbəri olmamış, qeyd edilən narkotik vasitə və psixotrop maddə sözügedən avtomobilə RPŞ-nin rəis müavini Əhməd Nəcəfov tərəfindən “duz” adı ilə qoyulmuşdur. Odur ki, ona bəraət verilməsini məhkəmədən xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməməsi müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə deyil, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması özünün ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2015-ci ildə Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan zamanlardan tanımış və aralarında normal münasibətlər olmuşdur. 2020-ci ilin fevral ayında özünə məxsus “Azsamand” markalı avtomobili satmaq məqsədilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Turalın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək maşınını satmaq istədiyini bildirib, sonuncudan köməklik etməsini xahiş etmişdir. Telefon danışıqları zamanı Tural Ağcabədidə olduğunu və 2 saata Bakı şəhərində olacağını bildirmişdir. Belə ki, əvvəllər də bir neçə dəfə evlərinə getdiyinə görə Turalın yaşadığı evi tanıdığından sonuncunun yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, “VAROVSKİ” deyilən əraziyə getmişdir. Qapını Turalın anası açmış, sonuncuya Turalın dostu olduğunu deyərək evə keçib, Turalın gəlməsini gözləmiş və sonuncu həmin gün axşam saat 22:00 radələrində evə gəldikdə o, Turala maşınını təcili satmaq istəyini bildirmişdir. Tural da öz növbəsində maşını satmaqda köməklik edəcəyini bildirmiş, bu zaman Turalın dostu Elmir də orada olmuş və söhbəti eşidən sonuncu maşını özü almaq istədiyini deyərək avtomobili sürüb yoxlamaq istədikdə o, etiraz etməyib, avtomobili Elmirə vermişdir. Elmir maşını sürüb yoxladıqdan sonra, almaq istədiyini və fikirləşib bir qərar vercəyini bildirmişdir. Maşını satmaq üçün 2 (iki) gün Turalgilin evində qalmış, maşını sata bilmədiyinə görə qayıdıb Siyəzən şəhərinə evinə gəlmişdir. Bundan sonra, xx xxxx 2020-ci il tarixdə, təxminən saat 15:00 radələrində evlərində olarkən anası Sadəgül otağa girərək Turalın onlara gəldiyini bildirmiş və o, evdən çıxaraq Turalla həyətdə görüşmüşdür. Tural öz maşınını həyətə salmaq istədiyini qeyd etdikdə, həyətin darvazasını açmış və sonuncu özünə məxsus “Naz Lifan” markalı avtomobili həyətlərində saxlayaraq onunla Bakı şəhərinə getməsini, maşınını Natiq adlı tanışına sata biləcəyini bildirmişdir. Beləliklə, onlar Natiqlə görüşmək üçün yenidən ona məxsus avtomobillə Bakı şəhərinə Turalgilin evinə getmişlər. Onlar Turalgildə olan zaman Natiq adlı şəxs də orada olmuş, sonuncu maşınının ona satılması müqabilində 400 manat pul verəcəyini, 1600 manatını isə sonra verəcəyini bildirmişdir. Beləliklə, o, həmin gecəni Turalgildə qalmış, Natiq isə getmişdir. xx xxxx 2020-ci il tarixdə onlar evdən çıxaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində “İTV”nin yanında Natiqlə görüşüb özünə məxsus “Azsamand” markalı avtomobili sonuncuya vermiş və o, onlara “mənə heç olmasa beh verin ki, evdə atama deyim ki, maşını satmışam” deyə bildirmişdir. Tural ona “narahat olma” deyərək birlikdə Siyəzən şəhərinə qayıtmaqlarını təklif etmişdir. Onlar Siyəzən şəhərinə gəlmiş və Tural ona cəmi 43 manat pul verib, həmin gecəni, yəni, 02 martdan 03 marta keçən gecəni onlarda qalmışdır. Ertəsi gün, yəni, xx xxxx 2020-ci il tarixdə səhər saatlarında Turalla aralarında maşının pulunun verilməsi ilə bağlı mübahisə yaranmış, bu zaman anası onlar söhbət etdiyi otağa girərək atasının Turalı çağırdığını bildirmişdir. Tural atası ilə bir qədər söhbət etdikdən sonra anası yenidən onun yanına gələrək Turala aid sellofan bükülüdə olan əşyasını verməsini tələb etmiş və o, həmin sellofanı anasına verərək aparmasını istəmişdir. Həmin sellofan bükülüdə olan əşya isə narkotik vasitə metadon olmuşdur. Daha sonra, Turalın onların həyətində olan sanitar qovşağa girərək çıxmadığını eşitmiş və bundan bir qədər sonra həyətə polis əməkdaşları gəlmişlər. Məhkəmə iclasında Şahid7 ifadəsində göstərdi ki, Şahid5 onun əridir. xx xxxx 2020-ci il tarixdə axşam saat 23:00 radələrində Elçin ona zəng edərək qonağı olduğunu və bu səbəbdən uşaqları aşağı mərtəbəyə düşürtməsini istədiyindən o, da öz növbəsində qayınanası Sadəgülə Elçinin qonağı olduğunu, ona görə də aşağı mərtəbədə qalacağını bildirmişdir. Elçinin Bakıya gedib-gəlməsi haqqında məlumatı olmamış, xx xxxx 2020-ci il tarixdə səhər saatlarında həyətdə **-AK-*** dövlət qeydiyyat nişanlı, qırmızı rəngli avtomobil görmüş, yuxarı mərtəbəyə qalxıb lazım olan paltarları götürərkən Elçinin Turalla mübahisə etdiyini eşitmişdir. Mübahisənin dəqiq mahiyyətini bilməsə də, qayınanasına bu barədə məlumat vermişdir. Bunu eşidən qayınanası Sadəgül yuxarı qalxmış və bir qədər keçdikdən sonra, aşağı gələrək qayınatası Eldara zəng vurub sözügedən mübahisə barədə sonuncuya bildirərək təcili evə gəlməsini xahiş etmişdir. Daha sonra, qayınatası Eldar evə gəlmiş və Turalı həyətə çağırmış, habelə sonuncu qayınatası ilə bir qədər söhbət etdikdən sonra qayınatası Eldar onları çağıraraq “Turalın evdə nəyi varsa verin özünə çıxıb getsin” deyə bildirmişdir. O, qayınanası ilə yuxarı qalxmış, sonuncu Elçinə Turala məxsus sellofan torbanı verməsini təklif etdikdə, Elçin sellofan torbanı ona vermişdir. Həmin zaman o, qayınanasının arxasında dayanmış, o da öz növbəsində həmin sellofan torbanı Turala verərək evə girmişdir. Daha sonra, Turalın onların həyətində olan sanitar qovşağa girərək çıxmadığını eşitmiş və bundan bir qədər sonra həyətə polis əməkdaşları gəlmişlər. Məhkəmə iclasında Şahid8 ifadəsində göstərdi ki, Şahid5 doğma oğludur. xx xxxx 2020-ci il tarixdə axşam saat 23:00 radələrində Elçin gəlini Nargiləyə zəng edərək qonağı olduğunu və bu səbəbdən uşaqları aşağı mərtəbəyə düşürtməyi istəmiş, sonuncu isə öz növbəsində bu halı ona bildirdikdə, o, buna etiraz etməmişdir. Elçinin Bakıya gedib gəlməsi haqqında məlumatları olmamış, xx xxxx 2020-ci il tarixdə səhər saatlarında həyətdə **-AK-*** dövlət qeydiyyat nişanlı, qırmızı rəngli avtomobil görmüşdür. Gəlini Nargilə yuxarı mərtəbəyə qalxıb lazım olan paltarları götürərkən Elçinin Turalla mübahisə etdiyini eşitmiş və yanına gələrək məsələnin nə olması barədə sual verdikdə, o, gəlininə söhbətdən xəbəri olmadığını, “gedib aydınlaşdıraram” deyərək yuxarı, yəni, Elçingilin yanına qalxmışdır. Elçindən nə baş verdiyini soruşduqda, sonuncu ona maşınını Turalın dostu Natiqə satdığını, pulunu isə ala bilmədiyinə görə aralarında mübahisə yarandığını bildirmiş, o, isə onlara mübahisə etməmələrini, əri Eldarın gəlməsini gözləmələrini və sonuncu ilə məsləhətləşmələrini tövsiyyə etmişdir. Daha sonra, əri Eldara zəng edərək Elçinlə Turalın arasında maşın alqı-satqısı ilə bağlı mübahisə yarandığını bildirib, bu məsələnin həll edilməsi üçün təcili evə gəlməsini xahiş etmişdir. Daha sonra, əri Eldar evə gələrək Turalı həyətə çağırıb, bir qədər söhbət etdikdən sonra əri Eldar onları çağıraraq “Turalın evdə nəyi varsa verin özünə çıxıb getsin” bildirmişdir. O, gəlini Nargilə ilə yuxarı qalxmış, o, Elçinin yanına keçmiş və sonuncuya Turala aid olan əşyanı verməsini istəmiş, Elçin isə sellofan torbanı göstərərək “götür apar ver özünə” deyə qeyd etmişdir. O, yanında gəlini Nargilə olduğundan və Elçinlə mübahisə edə bilmə ehtimalından ehtiyat edərək ikisinin arasında dayanmışdır. Elçin sellofan torbanı Nargiləyə vermiş və onlar aşağı, yəni, həyətə düşmüş, Elçin isə atasının qorxusundan həyətə düşməmişdir. Gəlini Nargilə sellofan torbanı Turala vermiş və onlar gəlini ilə birlikdə evə keçmişlər. Daha sonra, pəncərədən baxanda Turalın onların həyətində olan sanitar qovşağa girdiyini görmüş və bundan bir qədər sonra həyətə polis əməkdaşları gəlmişlər. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə kimi Bakı şəhərində olmuş, xx xxxx 2020-ci il tarixdə axşam saatlarında evə gəlmişdir. Evə gələndə həyətdə olan avtomobilin kimə aid olduğunu soruşduqda, arvadı Sadəgül avtomobilin Elçinin tanışı Turala aid olduğunu və Bakı şəhərinə Elçinin maşınını satmaq üçün getdiklərini bildirmişdir. Elçinin “Azsamand” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı satmaq istədiyi haqqında məlumatlı olduğundan heç nə bildirməmiş, yorğun olduğuna görə yatmağa getmişdir. Səhəri gün, yəni, xx xxxx 2020-ci il tarixdə işdə olarkən arvadı Sadəgül zəng edərək Elçinlə Turalın mübahisə etdiklərini bildirib, təcili evə gəlməsini istəmişdir. Beləliklə, o, evə gəlmiş və Turalı çağırtdıraraq sonuncudan nə baş verdiyini və Elçinin maşınının harada olduğunu soruşmuşdur. Tural ona maşını satdıqlarını və pulunu gətirəcəklərini bildirmişdir. Daha sonra, o, Turala öz avtomobilini burda saxlamasını, Elçinin avtomobilini gətirdikdən sonra maşınını götürə biləcəyini qeyd etmişdir. Tural isə öz növbəsində Elçinə iynə, dərman aldığını və bununla əlaqədar xərc çəkdiyini bildirmişdir. Bundan sonra, o, Turalın bu sözlərindən əsəbiləşərək arvadı ilə gəlininə Turala məxsus əşyalarını gətirmələrini və sonuncuya vermələrini, Turala isə çıxıb getməsini bildirmişdir. Beləliklə, gəlini Nargilə Turalın sellofan torbasını gətirərək özünə vermiş və o, sonuncuya gedərək Elçinin avtomobilini gətirməsini xahiş etmişdir. Daha sonra, Tural qaçaraq evin həyətində yerləşən sanitar qovşağına girmiş, xeyli müddət orada qaldığından Turalın özünə xəsarət yetirmək təhlükəsindən ehtiyat edərək DİN-in 102 qaynar xəttinə zəng etmişdir. Daha sonra, polis əməkdaşları həyətə gəlmişlər. Turalın avtomobilinə keçirilmiş baxışda iştirak etmiş, baxış zamanı avtomobilin sol arxa sərnişin oturacağından psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş və müfaviq qaydada qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, zərf möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi “**- AK-***” dövlət qeydiyyat nişanlı “NAZ LİFAN” markalı avtomobilində qanunsuz olaraq narkotik vasitə saxlaması, istifadə etməsi, eləcə də narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında CAB-ın əməliyyat müvəkkili Emin Bəxtiyarlı tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunaraq RPŞ-nin rəisinin imzası ilə təsdiq edilmiş, habelə polis nəfəri Şahid4 və Emin Bəxtiyarlı ilə birgə təlimatlandırma keçirilmişdir. Bundan əlavə, ünvan 1 ünvanında yaşayan Şahid6 DİN-nin 102 zəng xidmətinə müraciət edərək oğlu Elçinin tanışı, özünü polis əməkdaşı kimi təqdim edən Tural adlı şəxsin onun yaşadığı evin sanitar qovşağında narkotik maddələrdən istifadə etməsindən şübhələnməsi barədə məlumat vermişdir. Bununla əlaqədar olaraq xx xxxxx 2020-ci il tarixdə, saat 15:00 radələrində RPŞ-nin rəhbərliyinin tapşırığı ilə polis əməkdaşları ilə birlikdə ünvan 2 ünvanına getmişlər. Bu zaman Şahid6 yaşadığı evin həyətindən yerləşən sanitar qovşağında Təqsirləndirilən şəxs olması müəyyən olunmuş və sonuncu saxlanılaraq üzərində şəxsi axtarış keçirilməsi üçün RPŞnin növbətçi hissəsinə təhvil verilmişdir. Xidməti işi ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarışda işitrak edə bilməmişdir. Belə ki, bundan sonra, tərəflərindən Təqsirləndirilən şəxs idarə etdiyi, “NAZ LİFAN” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, bu zaman avtomobilin sol arxa sərnişin oturacağından 3 ədəd bükülüdə içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Qeyd edilən narkotik vasitələr müfaviq qaydada qablaşdırılaraq möhürlənmiş və tərəflərindən imzalanmışdır. Bununla əlaqədar olaraq protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid Siyəzən RPŞ-nin ƏRQ-nin kiçik inspektoru Şahid4 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid Siyəzən RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti Şahid2 ifadəsində göstərdi ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi “**- AK-***” dövlət qeydiyyat nişanlı “NAZ LİFAN” markalı avtomobilində qanunsuz olaraq narkotik vasitə saxlaması, istifadə etməsi, eləcə də narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında xx xxxxx 2020-ci il tarixdə, saat 15:00 radələrində saxlanılaraq RPŞ-nin növbətçi hissəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə keçrilən şəxsi axtarış tərəfindən baş təhqiqatçının göstərişi ilə videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Belə ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sol yan cibindən üzərində “methadone40 scored tablets” sözləri olan 4 list ümumilikdə 15 ədəd dərmanı təqdim etmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, üzərindən qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra, Şahid6 yaşadığı, ünvan 3 ünvanında Təqsirləndirilən şəxs idarə etdiyi “NAZ LİFAN” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, bu zaman avtomobilin sol arxa sərnişin oturacağından 3 ədəd bükülüdə içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Qeyd edilən narkotik vasitələr müfaviq qaydada qablaşdırılaraq möhürlənmiş və tərəflərindən imzalanmışdır. Bununla əlaqədar protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Siyəzən RPŞ-nin YYÇ-la profilaktiki işin təşkili qrupunun baş inspektoru Şahid3 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cild 43-47-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 6-42 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Naz Lifan markalı avtomobilin arxa yük hissəsindən...” sözləri olan zərfdəki (zərf №1) 39 ədəd müxtəlif ölçülü kağız kəsikləri, bir ədəd sınıq ampula və bir ədəd ağ rəngli rezindən ibarət parça kəsiyində narkotik vasitə və psixotrop maddə izləri aşkar olunmamış, həmçinin üzərində “...Avtomobilin arxa sağ sərnişin...” sözləri olan zərfdəki (zərf №2) iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,037 qr., 0,025 qr., ümumi təmiz çəkisi 0,062 qram olan qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət maddələrin kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 0,048 qram olan maddənin isə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin olduğu müəyyən edilmişdir. Eyni zamanda, rəydən görünür ki, üzərində “...Avtomobilin arxa yük hissəsindən...” sözləri olan zərfdəki (zərf №3) bir ədəd kiçik ölçülü paketdə təmiz çəkisi 7,559 qram., bir ədəd kağız kəsiyinə bükülmüş təmiz çəkisi 2,791 qram, ümumilikdə təmiz çəkiləri 10,350 qram olan ağ rəngli maddələrin limon turşusu olduğu, 9 ədəd ağ rəngli dairəvi formalı dərman həblərinin əsas təsir edici maddəsinin aspirin - asetilsalisil turşusu olduğu müəyyən edilmişdir. Aspirin asetilsalisil turşusu və limon turşusu “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”na və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”na daxil deyildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı İ) daxildir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,020 qram sərf edildikdən sonra metamfetaminin qalıq çəkisi 0,028 qram, 0,040 qram sərf edildikdən sonra heroinin qalıq çəkisi 0,022 qram, 0,100 qram sərf edildikdən sonra limon turşusunun qalıq çəkisi isə 10,250 qram təşkil etmiş, həmçinin tədqiqata 9 ədəd dərman həblərindən 1 ədədi sərf edildikdən sonra 8 ədəd həb qalmışdır. Cinayət işinin İ cild 42-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, materialların məhkəmə ekspertizasının dəyəri 81,82 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cild 50-51-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 6/41 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zərfdəki “Methadone 40” yazılı blister kəsiklərində ümumi sayı 15 ədəd, üzərində “F/M40” göstəricisi olan tabletlər, təsir maddəsinin ümumi miqdarı 0,6 qram təşkil edən Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitə metadondur. Tədqiqata 15 ədəd həbdən 1 ədədi sərf edildikdən sonra 14 ədəd həb qalmışdır. Cinayət işinin İ cild 49-cu vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, materialların məhkəmə ekspertizasının dəyəri 108,46 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cild 234-235-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 5/80 saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş bir ədəd həssas (sensorlu) təzyiqlə çalışan “Android” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy J3” markalı “SM- J330F/DS” modelli arxa tərəfindəki markirovka göstəricisinə görə “3577xx/xx/742937/0, 3577xx/xx/742937/8” imei kodlu mobil (smartfon) telefon hal-hazırda işlək vəziyyətdədir. Ekspertiza Mərkəzində olan mobil telefonların və smartfon cihazların tədqiqatı üçün nəzərdə tutulmuş çox funksional “Cellebrite” firmasının “UFED TUOCFİ 2” markalı qurğunun proqram bazasında tədqiq olunan “Samsung Galaxy J3” markalı “SM- J330F/DS” modelli mobil (smartfon) telefonun modelinin olmasına baxmayaraq, bir neçə dəfə cəhd edisə də, naməlum texniki səbəblərdən mobil telefona istifadəçi tərəfindən tətbiq edilmiş xüsusi qrafik (parol-password) təsviri keçmək mümkün olmamışdır. Həmçinin, Ekspertiza Mərkəzində olan mobil telefonların və smartfon cihazların tədqiqatı üçün nəzərdə tutulmuş çox funksional “Cellebrite” firmasının “UFED TUOCH 2” markalı qurğunun proqram bazasında tədqiq olunan mobil telefonun modelinin olmasına baxmayaraq, bir neçə dəfə cəhd edisə də, naməlum texniki səbəblərdən mobil telefona istifadəçi tərəfindən tətbiq edilmiş xüsusi qrafik (parol-password) təsviri keçmək mümkün olmaması səbəbindən təqdim edilmiş “Samsung Galaxy J3” markalı “SM-J330F/DS” modelli mobil telefonun yaddaşında hər hansı bir (telefon kitabçasında olan, qəbul olunmuş zənglər, çıxan zənglər, “SMS” mesajlar, multimedia (video, foto, audio) fayllar və sairə) məlumatların olub-olmaması, eləcə də mobil telefonun yaddaşından hər hansı bir məlumatın pozulub-pozulmamasını üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır. Tədqiq olunan yaddaş kartında “Voice Recorder” qovluqunda bir ədəd “Səs, 001_sd.m4a” adlı audio məzmunlu fayl aşkar edilmişdir. Yaddaş kartında aşkar edilən bütün məlumatlar rəqəmsal sübutların saxlanılması üçün nəzərdə tutulmuş DVD tipli optik diskə köçürülərək ekspert rəyinə əlavə edilmişdir. Cinayət işinin İ cild 233-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə kompüter texniki ekspertizasının dəyəri 59,94 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cild 236-237-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 804 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 24-25-ci vərəqələrində olan şəxsi axtarış və götürmə, eləcə də eyni cilddə 34-35-ci vərəqələrdə olan avtomobilə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokollardan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində qara rəngli gödəkcə, qırmızı rəngli şalvar, qırmızı rəngli uzunqol köynək və qara rəngli ayaqqabı olmuş, bu zaman Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuş, sonuncu əynində olan qara rəngli gödəkcənin sol yan cibindən üzərində “methadone40 scored tablets” sözləri olan, üst tərəfi tünd qırmızı alt hissəsi boz rəngdə olan 4 list ümumilikdə 15 ədəd dərmanı təqdim etmiş, habelə sorğu zamanı qeyd edilən dərmanların narkotik vasitə aludəçəsi olan tanışı Elçinin aldığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş və iş üzrə əhəmiyyət kəsb edən başqa əşya və predmet aşkar olunmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs məxsus “NazLifan” markalı, ** AK *** dövlət qeydiyyat nişanlı, qırmızı rəngli avtomobilə videoçəkiliş vasitəsilə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs əvvəlcə istifadəsində olan avtomobildə hər hansı bir qanunla qadağan olunmuş əşya və predmet olub-olmaması soruşulduqda, o, avtomobildə qanunla qadağan olmuş heç bir əşya və predmetin olub-olmamasını dəqiq bilmədiyini bildirmişdir. Bundan sonra, avtomobilə keçirilmiş baxış zamanı avtomobilin sol arxa sərnişin oturacağında olan ayaq altından 4 ədəd, içərisində narkotik vasitəyə bənzər kütlə, avtomobilin arxa yük yerində şəffaf sellofan paketdə, dairəvi formada olan, şəffaf rəngli plastmas qutuda üzərində “kislota” sözü yazılmış, içərisində ağ rəngli kristallar olan, sarı rəngli paket, 39 ədəd müxtəlif rəngli siqaret kağızlar, şəffaf, içərisində ağ rəngli kristallar olan ağ sallafana bükülmüş kütlə, içərisində 9 ədəd ağ rəngli həb olan şəffaf paket, 1 ədəd juqut, 1 ədəd qırılmış ampula aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırılmışdır. Hər iki baxışda “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 93-94-cü vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin baş müstəntiqinin xx xxxx 2020-ci il tarixli maddi sübut kimi tanınma, eləcə də işin İİ cild 60-78-ci vərəqələrində olan xx xxxx 2020-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs məxsus “NazLifan” markalı, ** AK *** dövlət qeydiyyat nişanlı avtomaşından götürülmüş qalıq çəkisi 0,028 qram çəkidə psixotrop maddə metamfetamin, 0,022 qram çəkidə narkotik vasitə olan heroin, eləcə də Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş “methadone 40” yazılı blister kəsiklərində ümumi sayı 14 ədəd, təsir maddəsinin ümumi miqdarı 0,6 qram təşkil edən narkotik vasitə metadon cinayət işi üzrə maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, həmçinin xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və avtomobilinə keçirilən baxışı əks etdirən 2 (iki) ədəd Compakt Disk də maddi sübut kimi tanınmaqla iş materiallarına əlavə olunmuşdur. Eyni zamanda, Təqsirləndirilən şəxs məxsus mobil nömrənin məlumatlarını özündə əks etdirən 1 ədəd Compakt Disk maddi sübut kimi tanınmaqla iş materiallarına əlavə olunduğu halda, maddi sübut olan Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy J3” modelli smartfon tipli mobil telefon Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Bundan əlavə, “Azsamand” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış, saxlanılması üçün sahibi “xxxx” ASCyə verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 121-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx xxxx 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 98-99-cu vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(059)-7/2020 saylı məhkəmənin həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 7-12-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(059)-15/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2 (iki) ay, yəni xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 20-25-ci vərəqələrində olan Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(105)-53/2020 saylı qərarın qanuniliyinin və əsaslılığının yoxlanılması barədə qərarından görünür ki, Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(059)-15/2020 saylı qərarı ləğv edilmiş, habelə Təqsirləndirilən şəxs saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasından həbsdən dərhal azad edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 26-27-ci vərəqələrində olan xx xxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 194-cü vərəqəsində olan Azərbaycan Beynəlxalq Universiteti tərəfindən 2007-ci ildə təqdim edilmiş B seriyalı 096864 nömrəli ali təhsil haqqında sənəd olan diplomun surətindən görünür ki, Dövlət Attestasiya Komissiyasının xx xxxx 2007-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs “İqtisadiyyatın hüquqi tənzimlənməsi. İnzibati idarəetmə” ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 203-cü vərəqəsində olan xx xxxxxx 2015-ci il tarixli, RTT seriyalı 1538 nömrəli sertifikatın surətindən görünür ki, Təqsirləndirilən şəxs “X8” MMC-nin mühafizəçilər üçün 134 saatlıq xüsusi hazırlıq kursunu bitirmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 191, 193, 204-205-ci vərəqələrində olan xasiyyətnamədən, arayışın, doğum haqqında şəhadətnamələrin və doğum haqqında tibbi şəhadətnamənin surətlərindən görünür ki, himayəsində xx xxxx 2008-ci il təvəllüdlü Nuray, xx xxxxxx 2010-cu il təvəllüdlü Aylin və xx xxxxxx 2020-ci il təvəllüdlü oğlan cinsindən uşaqları olan Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs münasibətdə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, onun bu əməlində CM-nin 234.1-ci maddəsinin tərkibinin mövcud olduğu təsdiq olunsa da, CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin əlamətinin olmadığı müəyyən olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifinə münasibət bildirərək hesab edir ki, istintaq orqanı tərəfindən onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Hazırda isə təqsirləndirilən şəxsin ona istinad edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsinə yaranmış şübhələr onun ittiham edildiyi əmələ aidiyyətinin təsdiq edilməsinə maneə yaradır. Qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs ittiham olunduğu əməl düzünə və yanakı sübutlarla təsdiq edilməlidir. Təqsirləndirilən şəxs heroin, psixotrop maddə metamfetamin, şəxsi istehlak miqdarından artıq miqdarda 15 ədəd üzərində metadon tabletlərini əldə edib, üzərində daşıması öz təsdiqini tapsa da, onun həmin narkotik vasitələr və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi xüsusatı öz təsdiqini tapmır. Belə ki, əvvəla, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs istinad edilən ittihamı verərkən Şahid5 ibtidai araşdırma zamanı verdiyi ifadəyə istinad etsə də, məhkəmə iclası zamanı sonuncuya aid avtomaşının satışından sonra onun özünün təqsirləndirilən şəxsdən birbaşa narkotik vasitə və ya psixotrop maddə alması, o cümlədən həmin vasitə və ya maddələrin Təqsirləndirilən şəxs tərəfindən Şahid5 şəxsən təqdim edilməsi öz təsdiqini tapmamışdır. Çünki, həm ibtidai araşdırmada, həm də məhkəmə istintaqı zamanı Şahid5 verdiyi ifadələrdə onun narkotik vasitə və ya psixotrop maddələri birbaşa Təqsirləndirilən şəxs əldə etmək, sonuncunun isə Şahid5 və başqalarına satmaq niyyəti, həmçinin digər şəxslərə də satış faktı aşkarlanmmışdır. Hətta, bu hal qanuni qüvvəsini almış təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsindən imtina barədə qərarda da, öz əksini tapmışdır. İkincisi, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs istinad edilən ittihamı verərkən sonuncuya məxsus elektron məlumat daşıyıcısında (mobil telefonda) olan “whatsup” yazışmalarına da istinad etməsinə baxmayaraq, bu istinad da əsaslı və mötəbər hesab edilməməlidir. Belə ki, təqsirləndirilən şəxsə məxsus mobil telefonda Natiq Azayevlə narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi ilə bağlı “whatsup” yazışmaları bu yazışmaların sonuncu ilə Təqsirləndirilən şəxs şəxsən özünün arasında aparılmasına, habelə onun tərəfindən birbaşa icra edilməsinə dəlalət etmir. Çünki, hələ ibtidai araşdırma zamanı Şahid5 Təqsirləndirilən şəxs məxsus mobil telefonla Natiq Azayevlə narkotik vasitə və psixotrop maddələrin alışı ilə bağlı danışıqlarının olduğunu, həmçinin Təqsirləndirilən şəxs istifadə etdiyi mobil telefonla Natiq Azayevlə yazışdığını, whatsapp mesajlaşma proqramında bu barədə danışıqlarının olduğunu səmimi şəkildə etiraf etmişdir. Bundan əlavə, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs adından Natiq Azayevə göndərilmiş “natiq teli söndür elçin bizi yandırdı” məzmunlu mesajın da məhz təqsirləndirilən şəxs tərəfindən icra edilməsi müəyyən edilməmişdir. Belə ki, məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs həmin məqamda polis əmədaşları gələnə qədər sanitar qovşağında gizləndiyini, habelə mobil telefonunun üzərində olmadığını bildirmişdir. Belə olan təqdirdə, həmin yazışmaların bütünlüklə Təqsirləndirilən şəxs aid edilməsi, o cümlədən bunun mötəbər sübut kimi qəbul edilməsi istisna edilir. Ona görə də məhkəmə hesab edir ki, yazışmalarla bağlı aparılmış natamam araşdırma, nəticə etibarilə onların bütünlüklə Təqsirləndirilən şəxs tərəfindən icra edilməsi kimi düzgün olmayan yanaşma formalaşdırmış, habelə belə yanaşma nəticəsində yaranmış şübhələrin aradan qaldırılması mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-nın 21-ci maddəsinin İİ və İİİ bəndlərinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Digər tərəfdən təqsirləndirilən şəxsdə saxlanılan narkotik vasitənin çəkisi ibtidai araşdırma orqanı tərəfindən hazırkı ittiham verilərkən nəzərə alınmamış, habelə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin mahiyyətini təşkil edən həmin vasitənin bərabər şəkildə ayırmaqla bağlamalarda saxlanması, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması halları müəyyənləşdirilməmiş, həmçinin əməlin törədilmə şəraiti təfərrüatlı öyrənilməmişdir. Çünki, "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bu mənada məhkəmə qeyd edir ki, şəxsin narkotik vasitələrdən istifadəyə görə cinayət məsuliyyətinə cəlb edilməsi onun şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin satılması isə narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz olaraq hər hansı bir üsulla yayılması anlaşılır. Təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla yanaşı, onların xeyli miqdarda olması, istehlakçı ilə əvvəlcədən razılıq olması, narkotik vasitədən istifadə etməyən şəxs tərəfindən onun əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, narkotik vasitələr hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan hərəkətlər nəticəsində şəxsin narkotik vasitələri və ya psixotrop maddəni digər şəxsin faktiki sahibliyinə ötürməsinin forması, bunun əvəzli və ya əvəzsiz olması əməlin hüquqi tövsifinə təsir göstərmir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq satma cinayəti onları başqa şəxs aldığı andan başa çatmış hesab edilir. Göründüyü kimi, əməlin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməsi üçün ilk olaraq aşkar olunmuş narkotik vasitənin əldə edilməsinin, saxlanılmasının, daşınmasının, hazırlanmasının və s. hərəkətlərin satış məqsədi ilə edilməsi sübuta yetirilməlidir. Narkotik vasitə satış məqsədi olmadan qanunsuz olaraq əldə olunaraq saxlanılırsa, həmin əməl narkotik vasitənin şəxsi istehlak miqdarından artıq istənilən miqdarda olduğu halda da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin tərkibini yaradır. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarının 1-ci bəndinin 4-cü abzasına əsasən yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində və avtomobilində saxladığı narkotik vasitə və psixotrop maddələri satması, bununla bağlı istehlakçı axtarması, o cümlədən onlarla razılığa gəlməsi, nəticədə cinayət yolu ilə mənfəət əldə etməsi də öz təsdiqini tapmamışdır. Beləliklə, Qanunun və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarınan müddəaları ilə iş üzrə müəyyən edilmiş sübutların əlaqəli şəkildə təhlili Təqsirləndirilən şəxs əməlində CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması ilə bağlı ittihamın cinayət işi üzrə müəyyən edilmiş sübutların məcmuyu ilə təsdiq olunmaması və ehtimallara əsaslanması barədə qənaətə gəlməyə əsas verir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində qeyd olunmuşdur ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində isə təsbit edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsində sübutlar sadalanmış, onların aşağıdakılardan ibarət olduğu müəyyən edilmişdir. 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir (CPM-nin 139.0 və 139.0.1-ci maddələri). Qeyd olunan Məcəllənin 144-cü maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Beləliklə, iş materiallarından görünür ki, ibtidai araşdırma orqanı kifayət qədər sübut olmadan əsassız olaraq Təqsirləndirilən şəxs üzərində və avtomobilində aşkar edilmiş qanunsuz olaraq əldə etdiyi narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə saxlaması, yəni həmin maddələri saxlamaqda onları satmaq niyyətinin olması barədə düzgün olmayan nəticəyə gəlmişdir. İbtidai istintaq bu zaman şəxsi mülahizəyə əsaslanmış, buna kifayət qədər mötəbər sübutlar olmadığı halda, ehtimallar əsasında təqsirləndirilən şəxsin narkotik vasitə satması, habelə aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri saxlamaqda onları satmaq niyyətinin olması qənaətinə gəlmişlər. Halbuki, Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsində qeyd edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Habardo İspaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. “Hoanq Fransaya qarşı” işdə Məhkəmə qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. CPM-nin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin V.Bayramov və qeyrilərinin şikayətləri üzrə xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması ilə bağlı həyati əhəmiyyətli məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmə hökmü əsaslı və qanuni olmalıdır (CPM 349.3). Məhkəmə hökmünün əsaslığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə iclasında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri saxlamaqda onu satmaq niyyətinin olması işdə olan mötəbər sübutlarla müəyyən olunmadığından onun əməli satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama kimi qiymətləndirilməlidir. Belə ki, işin faktiki hallarından, o cümlədən ambulator X2nın rəyindən də göründüyü kimi Təqsirləndirilən şəxs özü də narkomaniya xəstəliyindən əziyyət çəkir və onun narkotik vasitə aludəçisi kimi bu maddələri üzərində saxlamaqla, daşıması təbiidir. "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş İ Siyahının 5ci bəndinə əsasən heroin 0,15 qramdan artıq miqdarda olduqda şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair" xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. xx xxxx 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların İ siyahısının 5-ci bəndinə görə 0,15 qramdan artıq (təmiz halda qramlarla) heroin şəxsi istehlak miqdarından artıq, 2 qramdan artıq (təmiz halda qramlarla) isə heroin isə külli miqdarda, bu siyahının 13-cü bəndinə görə 0,02 qramdan artıq (təmiz halda qramlarla) metadon şəxsi istehlak miqdarından artıq, 1,6 qramdan artıq (təmiz halda qramlarla) isə metadon isə külli miqdarda hesab edilir. Həmin siyahının İİ siyahı bölməsində göstərilən psixotrop maddələr siyahısında göstərilən metafetamin 0,15 qramdan artıq (təmiz halda qramlarla) metamfetamin şəxsi istehlak miqdarından artıq, 2 qramdan artıq (təmiz halda qramlarla) metamfetamin isə külli miqdarda hesab edilir. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş narkotik vasitə olan metadon şəxsi istehlak miqdarından artıq olsa da, avtomobilindən aşkar edilərək götürülmüş digər narkotik vasitə olan 0,062 qram heroin və psixotrop maddə olan 0,048 qram metafetamin şəxsi istehlak miqdarından az təşkil edir. Belə olan halda, Təqsirləndirilən şəxs cinayət məsuliyyəti üzərində aşkar edilmiş metadona görə yaransa da, avtomobilində aşkar edilmiş narkotik vasitə olan heroinin və psixotrop maddə olan metafetaminin miqdarı şəxsi istehlak miqdarından az təşkil edir ki, bu da onun həmin narkotik vasitə və psixotrop maddəyə görə cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ittiham verilməsini istisna edir. Eyni zamanda, məhkəmə ibtidai araşdırma orqanının Təqsirləndirilən şəxs narkotik vasitə olan metadondan istifadəyə görə verilmiş ittihamın əsaslı olması barədə gəldiyi nəticə ilə razılaşsa da, digər narkotik vasitə və psixotrop maddəyə münasibətdə ittihamın əsaslı olması barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab etməyərək, hesab edir ki, narkotik vasitə olan 0,062 qram heroinin və psixotrop maddə olan 0,048 qram metafetaminin qanunsuz olaraq əldə edilməsi və saxlanılmasına dair müddəalar Təqsirləndirilən şəxs verilmiş ittihamdan çıxarılmalıdır. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək, Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdardan artıq narkotik vasitə olan metadonu əldə edib üzərində saxlaması ilə əlaqədar əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, o, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etsə də, həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsi xüsusatı öz təsdiqini tapmadığından, əməli Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalı və ona qeyd olunan maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini, gəncliyini, ali təhsilli olmaqla, himayəsində iki yetkinlik yaşına çatmayan, eləcə də bir azyaşlı uşağının olmasını, habelə yaşayış yeri üzrə barəsində şikayət olmamaqla, müsbət xaraterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, buna baxmayaraq şəxsiyyətini, habelə barəsində olan yüngülləşdirici halları, o cümlədən ali təhsilli olmaqla, himayəsində iki yetkinlik yaşına çatmayan, eləcə də bir azyaşlı uşağının olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə kimi həbsdə saxlanıldığı 3 ay 9 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, ona bu müddətdə yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17-1.6-cı maddəsinə əsasən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs idarə etdiyi “Naz Lifan” markalı, **- AK-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş qalıq çəkisi 0,022 qram çəkidə narkotik vasitə olan heroin, 0,028 qram çəkidə psixotrop maddə metamfetamin, eləcə də onun üzərindən götürülmüş “methadone 40” yazılı blister kəsiklərində ümumi sayı 14 ədəd, təsir maddəsinin ümumi miqdarı 0,6 qram təşkil edən narkotik vasitə metadon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və avtomobilinə keçirilən baxışı əks etdirən 2 (iki) ədəd, həmçinin ona məxsus mobil nömrənin məlumatlarını özündə əks etdirən 1 ədəd Compakt Disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, iş üzrə maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy J3” modelli smartfon tipli mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. Bundan əlavə, iş üzrə maddi sübut kimi tanınmış, saxlanılması üçün sahibi “xxxx” ASC-yə verilmiş “Azsamand” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi “xxxx” ASC-yə qaytarılmış hesab edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 250 (iki yüz əlli) manat 22 (iyirmi iki) qəpik məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 3 (üç) ay 9 (doqquz) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs verilmiş ittihamdan onun narkotik vasitə olan 0,062 qram heroini və psixotrop maddə olan 0,048 qram metafetamini qanunsuz olaraq əldə edilməsi və saxlanılmasına dair müddəalar çıxarılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs idarə etdiyi “Naz Lifan” markalı, **- AK-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş qalıq çəkisi 0,022 qram çəkidə narkotik vasitə olan heroin, 0,028 qram çəkidə psixotrop maddə metamfetamin, eləcə də onun üzərindən götürülmüş “methadone 40” yazılı blister kəsiklərində ümumi sayı 14 ədəd, təsir maddəsinin ümumi miqdarı 0,6 qram təşkil edən narkotik vasitə metadon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və avtomobilinə keçirilən baxışı əks etdirən 2 (iki) ədəd, həmçinin ona məxsus mobil nömrənin məlumatlarını özündə əks etdirən 1 ədəd Compakt Disk cinayət işində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy J3” modelli smartfon tipli mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış, saxlanılması üçün sahibi “xxxx” ASC-yə verilmiş “Azsamand” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi “xxxx” ASC-yə qaytarılmış hesab edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 250 (iki yüz əlli) manat 22 (iyirmi iki) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-52/2020
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-52/2020
01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver