Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 1(059)-52/2021 17.09.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Naibov Nurlan Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 17 sentyabr 2021-ci il tarixdə Siyəzən Rayon Məhkəməsinin binasında xx xxxx 1986-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Siyəzən şəhəri, Ş.Baxşıyev küçəsi, ev 32 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 03 avqust 2021-ci il tarixdə, saat 10:30 radələrində Siyəzən şəhəri, Ş. Baxşıyev küçəsindəki yaşadıqları evdə bacısı Zərərçəkmiş şəxs ilə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı bir dəfə yumruqla sonuncunun burun nahiyəsinə zərbə endirərək burun sümüklərinin yerini dəyişməyən qapalı sınığı və burun beli nahiyəsinin səthi dəri yarası ilə müşayiət edilən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Zərərçəkmiş şəxs şikayəti əsasında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ictimai-xüsusi ittiham qaydasında məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs bacısı olmaqla, sonuncu ərindən boşandığı üçün azyaşlı oğlu Hüseyn ilə Siyəzən şəhərinin Ş.Baxşıyev küçəsindəki 32 saylı ata evlərində onlarla birlikdə yaşayır. Bundan başqa, bacı Cəmilə ilə xasiyyətləri uyğun gəlmədiyi üçün heç vaxt yola getməmişlər. 03 avqust 2021-ci il tarixdə, saat 10:30 radələrində azyaşlı oğlu Məhəmməd qapının ağzında dayanarkən bacısı oğlu Hüseyn qapını səhlənkarcasına açmış, bu zaman qapı oğlunun üzünə dəymişdir. O, bir dayı kimi Hüseynin bu hərəkətinə iradını bildirib, azyaşlı olan evdə bir az ehtiyatla davranmasını ona əl-qol hərəkətləri ilə izah etmək istəyərkən, bacısı bu sözündən əsəbiləşərək ona iradını bildirməyə və sözlə mübahisə etməyə başlamışdır. Həmin vaxt stolun üzərində olan qəndqabını götürüb Hüseyni qorxutmaq istəyən zaman bacısı araya girmiş və onu sakitləşdirməyə çalışmışdır. Bundan sonra, o, əsəblərinə hakim ola bilməyib, bacısı Cəmilənin səs-küy salmasına görə yumruqla bir dəfə onun burun nahiyəsindən vurmuş, daha sonra bacısının burnundan qan gəldiyini görmüşdür. Cəmilə qaçaraq həyətyanı sahələrində olan valideynlərinin yaşadığı otağa keçmiş və üzünə su vurmuşdur. Daha sonra, anası Səbirə və atası Binyətəli onun üzərinə gələrək onunla mübahisə etməyə başladıqlarından o, yenidən əsəbləşərək sonuncuları söyüb təhqir etmişdir. Cəmiləni yumruqla vuran zaman arvadı Aygül də yanlarında olmuşdur. Daha sonra, o, sakitləşərək evdə oturmuş və polis əməkdaşları yaşadıqları ünvana gələrək onu izahat verməsindən ötrü RPŞ-yə dəvət etmişlər. Hazırda əməlindən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmamasının məhkəmə tərəfindən nəzərə alınmasını və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qardaşıdır. O, əri ilə boşandıqdan sonra, atası Binyətəliyə məxsus Siyəzən şəhərinin Ş.Baxşıyev küçəsindəki 32 saylı evdə 14 yaşında olan oğlu Hüseyn ilə birlikdə yaşayır. Bundan başqa, qeyd olunan ünvanda qardaşı Şıxverdi də öz ailəsi ilə birlikdə yaşayır. Qardaşı ilə münasibəti xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən heç vaxt yaxşı olmamışdır. 03 avqust 2021ci il tarixdə, saat 10:30 radələrində oğlu üçün həyətdə yemək bişirib evə aparmaq istəyərkən qardaşının arvadı Aygül ona qucağındakı körpə uşaqlarının qaşının qapıya dəydiyini bildirmişdir. Bundan sonra, o, evə daxil olmuş və oğluna yemək vermək istəyərkən qardaşı Şıxverdi oğluna baxaraq “nəyə baxırsan” deyə bildirmiş, əsəbi halda keçmiş ərinin ünvanına nalayiq ifadələr işlətməyə başlamış, daha sonra, stolun üzərində olan qəndqabını götürüb oğlu Hüseynə vurmaq istəyərkən əli ilə onun qarşısını kəsərək belə hərəkət etməsinə son qoymasını tələb etmişdir. Bundan sonra, oğlu masanın arxasından qalxıb yanına gəldiyində qardaşı Şıxverdi əl-qol hərəkətləri etməyə, oğlunu vurmağa çalışmış, bu zaman qardaşından əlini çəkməsini tələb etdikdə, sonuncu bir dəfə burun nahiyəsindən güclü zərbə endirmişdir. Daha sonra, onun burnundan qan gəlməyə başladığından, o, dərhal həyətyanı sahələrindəki otaqda olan anası Səbirənin yanına getmiş və sonuncu su ilə burnunu yuyaraq ona yardım göstərmişdir. Bundan sonra, onu görən atası Binyətəli qardaşından evdən çıxıb getməsini istədikdə, atası ilə qardaşı Şıxverdi və qardaşının arvadı Aygül sözlü mübahisə etməyə başlamışlar. O, da öz növbəsində DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsinə etiraz etmir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs oğlu, Zərərçəkmiş şəxs isə qızı olmaqla, ünvan 3 ünvanda yaşayırlar. Belə ki, qızı Cəmilə də ərindən boşanıb övladı ilə birlikdə oğlu Şıxverdi və onun ailəsi kimi onlarla eyni ünvanda yaşayır. Oğlu Şıxverdi və onun arvadı Aygül onunla, arvadı Səbirə və qızı Cəmilə ilə neçə il olar, yola getmir. 03 avqust 2021-ci il tarixdə, saat 10:40 radələrində o, evdə yatarkən qızı onun olduğu həyətyanı sahənin evin digər otağına gəlmiş, habelə həmin vaxt qızının üzünü və burnunu qan içində olduğunu görmüşdür. Qızından baş verənləri xəbər aldıqda, sonuncu Şıxverdi ilə mübahisə etdiyini və qardaşının yumruqla ona xəsarət yetirdiyini öyrənmişdir. Bundan sonra, o, gəlini Aygül ilə sözlə mübahisə etməyə başladıqda, oğlu Şıxverdi onu və arvadı Səbirəni nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Məhz həmin vaxt qızı Cəmilə DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Məhkəmə istintaqında Şahid1 əri, Şahid2, digər şahid X2 isə əri cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsinə etiraz etməmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, törətdiyi əməldə özünü təqsirli bilərək əməlindən səmimi peşmançılıq keçirdiyini, zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirmiş və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilmiş işin 45-46-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 canlı şəxsin məhkəmətibbi ekspertizası haqqında 20 avqust 2021-ci il tarixli, 170 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində burun sümüklərinin yerini dəyişməyən qapalı sınığı və burun beli nahiyəsinin səthi dəri varası aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, əl ilə yetirilə bilər, hündürlükdən yıxılma zamanı yaranan və özü tərəfindən özünə yetirilən xəsarətlər üçün xarakterik deyildir, yaranma müddəti bir-iki günə qədər olub müayinə olunanın göstərdiyi 03 avqust 2021-ci il tarixə uyğun gəlir və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə iclasında elan edilmiş işin 40-cı səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13 avqust 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş işinin 41-42-ci vərəqələrində olan arayış və xasiyyətnamədən görünür ki, Siyəzən şəhəri, Ş.Baxşıyev küçəsindəki 32 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsindən əlavə, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də işin digər obyektiv halları ilə tam sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs ifadələrini dinləyib, onların ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, yaşadığı yer üzrə barəsində şikayətin daxil olmamasını, əməlində ağırlaşdırıcı halların müəyyən edilməməsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi materialının icraatına xitam verilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73- 1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Həmçinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Qeyd edilən Məcəllənin 43.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə və bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-in 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, təqsirini boynuna almaqla əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, yaşadığı yer üzrə barəsində şikayətin daxil olmamasını, təqsirləndirilən şəxsin cinayət işinin icraatına göstərilən əsaslarla xitam verilməsinə razılığını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, maddi zərər, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39, 40, 43.3, 321.2.1, 344-347, 356, 358 və 384-cü maddələrinə əsaslanaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2ci maddəsi tətbiq olunsun və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №1(059)-52/2021
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №1(059)-52/2021
17.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver