Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-53/2022 02.08.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Naibov Nurlan Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə 02 avqust 2022-ci il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1994-cü il tarixdə Siyəzən rayonu, Zarat kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 aprel 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.3-cü maddəsi tətbiq edilməklə, 04 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin 27 iyul 2017-ci il tarixli qərarı ilə cəzasının müddəti 3 il 6 ay həddinə dəyişdirilmiş, lakin qeyd olunan məhkəmənin 23 oktyabr 2017-ci il tarixli qərarı ilə həbsdə olduğu 2 gün cəza müddətindən çıxılaraq 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli qərarı ilə 08 ay 14 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, həmçinin cəzasının müddəti başa çatdığı üçün 14 oktyabr 2020-ci il tarixdə qeydiyyatdan çıxarılmış, üzərində məhkumluğu olan, Siyəzən rayonu, Zarat kəndində qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 19 fevral 2022-ci il tarixdə, saat 22:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə X2 məxsus olan Siyəzən rayonunun Zarat kəndində yerləşən yaşayış evinin ikinci mərtəbəsində olan pəncərəsini əli ilə açaraq, qanunsuz içəri daxil olub, evin ikinci mərtəbəsində qonaq otağında olan 200 manat dəyərində 1 ədəd “Samsung” markalı, “UE32J44500AK” model, 81 diaqonallı LED televizoru, 30 manat dəyərində 1 ədəd “Samsung” markalı, “DVD-K320 XER” modelli DVD aparatı, 20 manat dəyərində 1 ədəd “OPEN BOX” markalı, “S2 HD” modelli kanal qəbuledici aparatı (tüneri) oğurlamaqla, zərərçəkmiş şəxs Samir Şıxəliyevə ümumilikdə 250 manat dəyərində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında ona elan olunmuş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etsə də, məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 327-ci maddəsinə əsasən elan edilmiş məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilərək, göstərmişdir ki, o, 2017-ci ildə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilsə də, Xəzər Rayon Məhkəməsinin 28 yanvar 2020ci il tarixli qərarı ilə 08 ay 18 gün vaxtından əvvəl şərti olaraq azadlığa buraxılmışdır. Həmin vaxtdan sonra bir müddət Giləzi quşçuluq fabrikində qaynaqçı kimi işləməsinə baxmayaraq, son 1 ay olar, işsizdir. Eyni zamanda 8 aydır evli olmasına baxmayaraq, övladı olmamışdır. Ona görə arvadı ilə həkimə gedərək analiz vermiş və müalicələri üçün pula ehtiyacları olmuşdur. Lakin, heç bir yerdə işləmədiyi üçün pulu olmamış, bu səbəbdən də oğurluq etmək qərarına gəlmişdir. Beləliklə, qonşuluqda yaşayan Samir adlı şəxsin Siyəzən rayonunun Zarat kəndində müəllim işlədiyini, həmin evdə çox qalmadığını, əsasən Bakı şəhərində yaşadığını, həm də həmin evi kirayə götürmək istədiyinə və özü də həmin ev haqqında maraqlandıqda oranın çox vaxt boş olduğunu öyrənmiş, habelə bu evə girərək, oradan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 19 fevral 2022-ci il tarixdə, saat 22:00 radələrində evin ətrafında bir qədər gəzərək orada heç kimin olmamasından əmin olduqdan sonra evin dənizə baxan tərəfindən ayağının altına masa qoymaqla, evin qabaq pəncərəsini əli ilə açıb, içəri daxil olmuş, habelə evin ikinci mərtəbəsindəki bütün otaqlara baxmış, qonaq otağında dəyərli olan yalnız bir ədəd Samsung markalı televizorun, onun yanında Samsung markalı bir ədəd DVD aparatının, OPEN BOX markalı kanal qəbuledici aparatın olduğunu görmüş və həmin əşyaları götürərək, ağ rəngli un kisəsinə qoyub evdən çıxmış, əşyaları yaşadığı evə aparmış, orada ailə üzvlərinə həmin əşyaları aldığını bildirmişdir. Bundan sonra, 22 fevral 2022-ci il tarixədək həmin bir ədəd televizoru, kanal qəbuledici aparatı və bir ədəd DVD-ni satmaq istəsə də, satmağa adam tapa bilməmiş, bir neçə gün sonra ərazilərində sahə rəisi olan Mirzəcan Məmmədov baş vermiş oğurluq hadisəsi ilə bağlı ondan soruşduqda Samir müəllimin evindən oğurluq etdiyini ona etiraf etmişdir. Polis sahə rəisi Mirzəcan Məmmədov onu polis şöbəsinə aparmışdır. Pulu olmadığı üçün 19 fevral 2022-ci il tarixdə Samir müəllim kimi tanıdığı şəxsin evinə oğurluq etmək məqsədilə daxil olmuş, məqsədi 1000-1500 manat məbləğində pul və ya əşya oğurlamaq olmuş, lakin evdə bir ədəd Samsung markalı televizor, kanal qəbuledici aparat və onun yanındakı bir ədəd DVD-dən başqa qiymətli heç nə olmadığından onları oğurlamışdır. Həmin əşyaları evdən götürdüyü iplə bağlayaraq, içəridən qapını açıb çölə çıxmış və televizorla, DVD-ni yerə sallayıb, qoyduqdan sonra özü də yerə düşüb, əşyaları da götürərək evinə çıxıb getmişdir. Sonradan OPEN BOX markalı kanal qəbuledici aparatı sata bilmədiyi üçün atmış, lakin həmin aparata görə Samir Şıxəliyevə vurduğu ziyanı ödəmişdir. O, oğurluğa tək getmiş və ona köməklik edən olmamışdır. Oğurluq etməyindən, edəcəyindən heç kəsin məlumatı olmamış, heç kəsə bu barədə heç nə bildirməmişdir. Oğurluq etməsini heç kəs görməmiş, bu zaman ətrafda kənar şəxslər olmamışdır. Oğurluğu özü etmiş, məsuliyyətdən yaxa qurtarmaq üçün yalandan əşyaları Emin Mədətovdan aldığını bildirmişdir. Amma, başqa heç bir yerdən, heç nə oğurlamamışdır. Təqsirləndirilən şəxs tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin verdiyi ifadələrlə, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, 04 fevral 2022-ci il tarixdə xəstələndiyi üçün Bakı şəhərinə getmiş, təxminən iki həftə sonra, yəni 21 fevral 2022-ci il tarixdə işə çıxmış, habelə saat 14:00 radələrində Siyəzən rayonunun Zarat kəndindəki evinə getmiş, qapını açıb, içəri daxil olmuş, qonaq otağına baxanda Samsung markalı, 82 diaqonal ekranlı televizorun, Openbox markalı kanal qəbuledici aparatın və Samsung markalı DVD aparatının yerində olmadığını görmüşdür. Evin digər otaqlarına baxış keçirdikdən sonra, arvadı Elsurə Şıxəliyevaya zəng vurub, evdən oğurluq edilməsi ilə bağlı sonuncuya məlumat vermiş, arvadı isə Bakı şəhərindən onun yanına gəlməklə, yanaşı DİN-in 102 xidmətinə zəng vuraraq, evlərində oğurluğun baş verdiyini bildirmişdir. Hadisə yerinə əvvəlcə Siyəzən RPŞ-nin polis sahə rəisi, daha sonra digər əməkdaşları gəlmiş, baxış keçirilmiş, müvafiq sənədləşdirmələr aparılmışdır. Bundan sonra, aparılmış araşdırmalar nəticəsində ona oğurluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə bağlı Siyəzən RPŞ-dən məlumat verilmişdir. Hazırda oğurlanmış əşyalardan Samsung markalı televizor və DVD aparatı Siyəzən RPŞ-də saxlanılsa da, Openbox markalı kanal qəbuledici aparatın əvəzində ona Təqsirləndirilən şəxs tərəfindən eyni markadan olan başqa kanal qəbuledici aparat verilmişdir. Bu səbəbdən də, təqsirləndirilən şəxsdən şikayətçi deyildir. Məhkəmə istintaqında digər Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında şahid Zərərçəkmiş şəxs ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 135-139-cu səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2022-ci il tarixli, 3/359 nömrəli ekspert rəyindən görünür ki, ********* saylı cinayət işi üzrə tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi, “b” papilyar naxış izi, 2 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi müqayisəli tədqiqat üçün yararlıdır. ********* saylı cinayət işi üzrə tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin orta barmağından qalmışdır. Tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “b” papilyar naxış izi, 2 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi Təqsirləndirilən şəxs tərəfindən deyil, başqa şəxs (şəxslər) tərəfindən qalmışdır. Tədqiata təqdim edilmiş 2 saylı daktilolentin səthindəki papilyar naxış izi yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 134-cü səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-trasoloji ekspertizası tədqiqatının dəyəri 61,29 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 143-144-cü səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2022-ci il tarixli, 9/1586 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş və qərarın təsviri hissəsində göstərilən malların istifadədə olması nəzərə alınmaqla, 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 250 manat, o cümlədən 1 ədəd üzərində “Samsung” markalı, “UE32J4500AK” model, 81 diaqonallı, LED televizorun qiyməti 200 manat, 1 ədəd “Samsung” markalı, “DVD-K320 XER” modelli, DVD aparatının qiyməti 30 manat, nəzəri qaydada 1 ədəd “OPEN BOX” markalı, “S2 HD” modelli kanal qəbuledici aparatının (TÜNER) qiyməti 20 manat həcmində müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 142-ci səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 111-112-ci səhifələrində olan 16 mart 2022-ci il tarixli cinayət işi üzrə əşyaların maddi sübut hesab edilməsi barədə, eləcə də işin 166-173-cü vərəqələrində olan 10 may 2022-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs X1 evindən oğurladığı Samsung markalı televizoru və Samsung markalı DVD aparatı könüllü təhqiqata təqdim etdiyi zaman edilmiş videoçəkiliş köçürüldüyü 1 ədəd kompakt disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuş, hadisə yerindən götürülmüş 2 ədəd yapışqan lentdə izlər də maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə olunmuş, X2 məxsus 1 ədəd üzərində “Samsung” markalı, “UE32J4500AK” model, 81 diaqonallı, LED televizor, 1 ədəd “Samsung” markalı, “DVD-K320 XER” modelli, DVD aparatı maddi sübut kimi tanınmış və saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Cinayət işinin 96-97-ci vərəqələrindəki Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən 15 mart 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən, işin 108-110-cu vərəqələrindəki Sumqayıt Apellyasiya Məhkəməsinin 27 iyul 2017-ci il tarixli, 2(105)-325/17 saylı, 23 oktyabr 2017-ci il tarixli, 1(105)-325/2017 saylı qərarlarının, 126-129-cu vərəqələrdəki Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli, 7(003)-51/2020 saylı qərarlarının surətlərindən, eləcə də 131-ci vərəqədəki Siyəzən rayon icra və probasiya şöbəsinin 05 aprel 2022-ci il tarixli, 745/2022- 64-1 saylı məktubundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 aprel 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.3cü maddəsi tətbiq edilməklə, 04 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin 27 iyul 2017-ci il tarixli qərarı ilə cəzasının müddəti 3 il 6 ay həddinə dəyişdirilmiş, lakin qeyd olunan məhkəmənin 23 oktyabr 2017-ci il tarixli qərarı ilə həbsdə olduğu 2 gün cəza müddətindən çıxılmaqla, üzərində qəti olaraq 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli qərarı ilə 08 ay 14 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, həmçinin cəzasının müddəti başa çatdığı üçün 14 oktyabr 2020-ci il tarixdə qeydiyyatdan çıxarılmış Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 34-cü vərəqəsində olan 23 fevral 2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 74-75-ci vərəqələrində olan 25 fevral 2022-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 100-101-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Siyəzən rayonunun Zarat kəndində yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Zarat kənd İƏD üzrə nümayəndəliyinə heç bir rəsmi şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən 02 avqust 2022-ci il tarixdə tərtib edilmiş ərizədən görünür ki, ona dəymiş zərər ödənildiyinə görə onun təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Bundan əlavə, iş materiallarına əlavə olunmuş Siyəzən Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 4(059)-23/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 237.1 və 29,180.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 07 iyul 2022-ci il tarixdən hesablanmışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyi, maddi sübutlar və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talaması tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsifedilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs gəncliyini, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını, yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamaqla, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaq kimi hüquqazidd əməli törətməsini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmasını, Təqsirləndirilən şəxs şəxsiyyətini (narkotik vasitələrə meylli olmaqla, ictimai faydalı işlə məşğul olmamasını, barəsində məhkəmənin icraatında cinayət işinin olmasına baxmayaraq, yenidən mülkiyyət əleyhinə olan, bundan başqa, əlavə olaraq əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edən cinayəti törətməsinə kifayət qədər əsaslar olmasını, bununla da, hüquqazidd əməllərini davam etdirməsini, yeni cinayət törətməyə meylliyini) və onun tərəfindən bu dəfə başqa kateqoriyadan olan cinayət əməlinin yenidən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin ½ hissəsi həcmində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 23 fevral 2022-ci il tarixdən 25 fevral 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəza cinayətlərin residivi zamanı əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər üçün müəyyən edilmiş ciddi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli 02 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin V və Vİ bəndlərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalı, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞnin maddi sübutları saxlama otağında saxlanılan zərərçəkmiş şəxs X2 məxsus 1 ədəd üzərində “Samsung” markalı, “UE32J4500AK” model, 81 diaqonallı, LED televizor, 1 ədəd “Samsung” markalı, “DVD-K320 XER” modelli, DVD aparatı hökm qanuni qüvvəyə mindikdən sonra sahibi zərərçəkmiş şəxs Samir Şıxəliyevə qaytarılmalı, həmçinin digər maddi sübutlar Təqsirləndirilən şəxs X1 evindən oğurladığı Samsung markalı televizoru və Samsung markalı DVD aparatı könüllü təhqiqata təqdim etdiyi zaman edilmiş videoçəkiliş köçürüldüyü 1 ədəd kompakt disk və hadisə yerindən götürülmüş 2 ədəd yapışqan lentdə izlər cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə aparılmış məhkəmə-trasoloji və əmtəəşünaslıq ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 111,29 manat məbləğində vəsait Təqsirləndirilən şəxs alınıb Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan zərərçəkmiş şəxs X2 məxsus 1 ədəd üzərində “Samsung” markalı, “UE32J4500AK” model, 81 diaqonallı, LED televizor, 1 ədəd “Samsung” markalı, “DVD- K320 XER” modelli, DVD aparatı hökm qanuni qüvvəyə mindikdən sonra sahibi zərərçəkmiş şəxs Samir Şıxəliyevə qaytarılsın. İş üzrə maddi sübutlar Təqsirləndirilən şəxs X1 evindən oğurladığı Samsung markalı televizoru və Samsung markalı DVD aparatı könüllü təhqiqata təqdim etdiyi zaman edilmiş videoçəkiliş köçürüldüyü 1 ədəd kompakt disk və hadisə yerindən götürülmüş 2 ədəd yapışqan lentdə izlər cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə-trasoloji və əmtəəşünaslıq ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 111,29 (bir yüz on bir manat 29 qəpik) manat məbləğində vəsait Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X3, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-53/2022
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-53/2022
02.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver