Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-53/2025 26.02.2026 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 26 fevral 2026-cı il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1985-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Siyəzən Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, bu Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 02 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 04 ay 08 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmçinin cəzasının müddəti başa çatdığı üçün 14 mart 2025-ci il tarixdə qeydiyyatdan çıxarılmış, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, xeyli miqdarda, yəni 0,237 qram çəkidə narkotik vasitə olan heroini və xeyli miqdarda, yəni 358,273 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış və 13 avqust 2025-ci il tarixdə, saat 01:31-də Siyəzən şəhərinin Şəhriyar küçəsində, dəmir yolunun üst tərəfində yaşayış evlərinin yaxınlığında Siyəzən rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq üstü yoxlanılan zaman sağ əlində olmaqla üzərində “Araz” sözü yazılmış bir ədəd sellofanın içərisindəki bir ədəd ağ rəngli, üzərində qırmızı xətlər və ürək şəkilləri olan sellofanın içərisindən xeyli miqdarda, yəni 358,273 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş halda xeyli miqdarda, yəni 0,237 qram çəkidə narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitələrdən istifadə etmiş, habelə bu vasitələri mobil telefon vasitəsi ilə pulu başqa şəxsə göndərməklə əldə etmişdir. 13 avqust 2025-ci il tarixdə yaşadıqları evə polis əməkdaşları gəlmiş, habelə İkram adlı polis əməkdaşı ona videogörüntü nümayiş etdirəcəyini bildirmiş və onlar ilə birlikdə rayon Polis Şöbəsinə getməsini təklif etmişdir. Həmin vaxt anası Şahid3 və qardaşı Şahid2 da onunla birlikdə yaşadıqları evdə olmuşdur. Eyni zamanda, videogörüntü onun hasardan əlvan metal olan dəmir götürməsi ilə əlaqədar olmuş, lakin dəmirin dəyəri az miqdarda təşkil etdiyindən cinayət məsuliyyəti yaratmamışdır. Bundan sonra, İkram adlı polis əməkdaşı ona, oğurluq hadisəsini özünün həll edəcəyini bildirmiş, lakin onun üzərinə narkotik vasitə yerləşdirəcəyini, azadlıqda səhhətinin mənfiyə doğru getdiyini “içəridə təmizlənməli” olduğunu qeyd etmiş, o da razılaşmışdır. Beləliklə, polis əməkdaşları narkotik vasitə heroini cibinə yerləşdirməklə yanaşı içərisində narkotik vasitə qurudulmuş marixuana olan sellofan paketi əlində saxlamasını istəmişlər. Daha sonra, video-çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmişdir. Həmçinin, polis əməkdaşları tərəfindən saxlanılan zaman Anar adlı şəxs də, birincilər tərəfindən tutulmuş, o, Şöbədən çəkilişə aparılarkən Anarı şöbəyə gətirdiklərini görmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs X1 təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, uzun müddətdir narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməklə yanaşı, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş və 2024-cü ilin noyabr ayında cəzaçəkmə müəssisəsindən azad edilmişdir. Eyni zamanda, işləməməsi səbəbindən gündəlik küçələrdən metal əşyalar yığıb, satmaqla əldə etdiyi pul ilə maddi tələbatını qismən ödəyir. 11 avqust 2025-ci il tarixdə, səhər saatlarında adəti üzrə Siyəzən şəhərinin Xətai küçəsi ərazisində metal əşyalar axtarmağa başlamış, habelə sözügedən küçədə zibillərin arasından metal əşyalar axtararkən, orada olmaqla, diqqətini cəlb etdiyi üzərində “Araz” yazısı olan sellofan bağlamanın içərisini açıb baxdığında, bağlamanın içərisində bir ədəd üzərində qırmızı xətlər və ürək şəkilləri olan başqa ağzı bağlanmış vəziyyətdə sellofan və bir ədəd də şəffaf rəngli sellofan bükümlər olduğunu görmüşdür. Beləliklə, əvvəl şəffaf rəngli sellofan bükümün içərisinə baxmış, habelə bu bükümün içərisindəki narkotik vasitə heroinə bənzər kütləni istifadəsi üçün əynində olan qara rəngli şalvarın sağ yan cibinə yerləşdirmişdir. Bundan sonra, baxdığında içərisində yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütlə olan digər sellofan büküm böyük olduğu və gündüz vaxtı olduğuna görə əlində evə aparmağa qorxmuş, buna görə də, həmin bükümü hava qaraldıqdan sonra aparması üçün kolluqların arasında gizlətmişdir. Həmin günü ehtiyac olmadığı üçün üzərində saxladığı narkotik vasitə heroinə bənzər kütləni istifadə etməmişdir. 13 avqust 2025-ci il tarixdə Xətai küçəsində kolluqların arasında gizlətdiyi həmin sellofanı götürüb, evə gətirmək qərarına gəlmiş, həmçinin gecə vaxtı olduğu üçün onu heç kimin görməyəcəyini ehtimal etmişdir. Beləliklə, sellofan bükülünü götürüb yaşadığı evə gələrkən rayonunun Şəhriyar küçəsində üç nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq, polis əməkdaşı olduqlarını bildirib, onun narkotik vasitələri və psixotrop maddələri saxlamaqda şübhəli olduğunu qeyd edib, üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmadığını, olduğu təqdirdə təqdim etməsini təklif etmişlər. Bu zaman polis əməkdaşlarından biri mobil telefon vasitəsi ilə çəkiliş aparmış, habelə o, bu təklifdən sonra əlində saxladığı, üzərində “Araz” sözü yazılan bir ədəd sellofanı təqdim etmiş və təqdim etdiyi sellofana baxış keçirilən zaman içərisində əlavə bir ədəd üzərində qırmızı xətlər və ürək şəkilləri olan sellofan, həmin sellofanın içərisində isə yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmişdir. Aşkarlanan kütlə əvvəlcə elektron tərəzidə çəkilmiş, daha sonra ağ rəngli içərisi boş zərfə qoyularaq qablaşdırılmiş, onun və baxış iştirakçıları tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra o, təklif əsasında əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı, baxış keçirilən zaman içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olan bir bükümü təqdim etmiş, həmçinin bu bükümdə əvvəlcə elektron tərəzidə çəkilmiş, daha sonra bir ədəd ağ rəngli içərisi boş zərfə qoyularaq qablaşdırılmış, onun və baxış iştirakçıları tərəfindən imzalanaraq götürülmüşdür. Sonra, üstünün yoxlanılması davam etsə də, əlavə qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Eyni zamanda, üzərində və əlində saxladığı narkotikləri şəxsi istifadəsi üçün gəzdirmiş, heç kimə narkotik satmamışdır. Bundan başqa, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və psixi təsir olunmamışdır. Sol əlində, baş barmağında və biləklərində olan xəsarətləri isə tutulmamışdan bir neçə gün əvvəl dəmir yığan zaman əlini dəmir kəsməsi nəticəsində almışdır. Təqsirləndirilən şəxs həmçinin əlavə ifadə verərək göstərmişdir ki, 12 avqust 2025ci il tarixdə, saat 18:00 radələrində yaşadığı ünvanda qardaşı Məhəbbət ilə yemək yeyən zaman polis əməkdaşları olan İkraməddin, Elçin, Vasif və Yadulla onun yaşadığı ünvana daxil olmuş, bu zaman İkraməddin ona, “bir dənə çəkiliş var gedək baxaq bir saata səni buraxırıq qayıdıb gələrsən” deyə bildirmişdir. Beləliklə, onu rayon Polis Şöbəsinə gətirib, İkraməddinə məxsus xidməti otaqda onun hasarın kənarından dəmir götürərək uzaqlaşan zaman olan video görüntüsünü göstərmişlər. İkraməddin ona, “bunu həll edərik, sən bir dənə narkotiki götür get” deyə bildirmiş və o, səhhəti yaxşı olmadığı üçün yəni, narkotik vasitənin təsiri altında olduğu üçün onunla razılaşmışdır. 13 avqust 2025-ci il tarixdə, saat 01:00 radələrində onu Siyəzən şəhəri, Şəhriyar küçəsi ərazisində, dəmir yolunun üst tərəfində yaşayış evlərinin yaxınlığına aparmışlar. Orada İkraməddin üzərində “Araz” sözü yazılmış bir ədəd sellofanı içərisində əlavə bir ədəd ağ rəngli, üzərində qırmızı xətlər və ürək şəkilləri olan sellofanda marixuana və bir ədəd şəffaf rəngli sellofana bükülmüş halda heroini vermiş, üstü yoxlanılan zaman videoçəkiliş ediləcəyini bildirmişdir. Beləliklə, narkotik vasitə qurudulmuş marixuananı sağ əlində saxlamış, digər narkotik vasitə olan heroini isə əynində olan qara rəngli şalvarın sağ yan cibinə yerləşdirmişdir. Bundan sonra, videoçəkiliş başlamış və polis əməkdaşlarının tapşırığı ilə, onlar dediyi kimi narkotik vasitələrin ona məxsus olmasını bildirmişdir. Videoçəkiliş yekunlaşdıqdan sonra onu rayon polis şöbəsinə aparmışlar. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-də CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs hadisədən əvvəl tanımamış, habelə onunla düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və üzərində gəzdirməsi barədə əməliyyat aparatına daxil olmuş məlumat əsasında sonuncu 13 avqust 2025-ci il tarixdə, 01:30 radələrində Siyəzən şəhərinin Şəhriyar küçəsində onun, CAB-ın rəisi İkraməddin Zəkiyevin və əməliyyat müvəkkili Şahid5 tərəfindən saxlanılmış, habelə video çəkiliş vasitəsi ilə üstü yoxlanılan zaman, üzərindən narkotik vasitə heroinə və qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs tərəlfərindən saxlanılarkən onlara qarşı heç bir tabesizlik göstərməmiş, həmçinin birincinin üzərində aşkar edilmiş vasitələr boş zərfdə qablaşdırılmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs saxlanılmasında ondan, İkraməddin və Yadulladan əlavə polis əməkdaşları iştirak etməmiş və birincinin üzəri yoxlanıldıqdan sonra şöbəyə aparılaraq, istintaq bölməsinə təqdim edilmişdir. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-də CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid5 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs hadisədən əvvəl tanımamış, habelə onunla düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və üzərində gəzdirməsi barədə əməliyyat aparatına daxil olmuş məlumat əsasında sonuncu 13 avqust 2025-ci il tarixdə, 01:30 radələrində Siyəzən şəhərinin Şəhriyar küçəsində onun, CAB-ın rəisi İkraməddin Zəkiyevin və əməliyyat müvəkkili Şahid1 tərəfindən saxlanılmış, habelə video çəkiliş vasitəsi ilə üstü yoxlanılan zaman, üzərindən narkotik vasitə heroinə və qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmiş, həmçinin aşkar edilmiş kütlələr boş zərfə qablaşdırılmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs saxlanılmasında ondan, İkraməddin və Yadulladan əlavə polis əməkdaşları iştirak etməmiş və birincinin üzəri yoxlanıldıqdan sonra şöbəyə aparılaraq, istintaq bölməsinə təqdim edilmişdir. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-də polis nəfəri işləyən X3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, 2018-ci il tarixindən Təqsirləndirilən şəxs tanıyır və sonuncu təxminən üç dəfə şübhəli şəxs qismində şöbəyə gətirilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs hazırki işi ilə bağlı şöbəyə gətirilməsinin şahidi olmuş, lakin sonuncunun saxlanılması əməliyyat tədbirində iştirak etməməklə, onun yaşadığı ünvanda olmamışdır. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin Təminat Hissəsinin polis nəfəri işləyən Şahid4 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, təxminən 4 il bundan əvvəl Təqsirləndirilən şəxs ilə qonşu olmuş, hazırda isə başqa ünvanda yaşayır. Bundan başqa, Təqsirləndirilən şəxs xırda talama ilə bağlı daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs əlində dəmir yol getməsi ilə bağlı görüntüləri tətqiqata təqdim etmiş, işin sonrakı vəziyyəti barədə məlumatı olmamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs hazırki işlə bağlı saxlanılması əməliyyat tədbirində iştirak etməməklə, onun yaşadığı ünvanda olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, yaşadıqları evin həyətində qardaşı Təqsirləndirilən şəxs ilə birlikdə yemək yedikləri zaman onun tanımadığı mülki geyimli polis əməkdaşları həyətlərinə daxil olaraq, qardaşı Zaura onlar ilə birlikdə rayon Polis Şöbəsinə getməli olduğunu bildirmiş, habelə narahatçılığa əsas olmadığını və bir müddət sonra qardaşını sərbəst buraxacaqlarını söyləmişlər. O da, öz növbəsində Zaurdan polisləri dinləməsini istəmiş və sonuncular ilə birlikdə getməsini xahiş etmişdir. Həmin gün qardaşı yaşadıqları evə gəlmədiyi üçün bu barədə maraqlanmış, habelə qardaşının polis əməkdaşları tərəfindən saxlanıldığını öyrənsə də, hansı səbəbdən saxlanıldığını bilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, bazarda işləyir və hər gün saat 06:00 radələrində işə gedir və təxminən saat 17:00 yaşadığı evə qayıdır. Beləliklə, bazarda işdə olduğu vaxt, saat təxminən 16-17:00 radələrində nəvəsi yanına gələrək, yaşadıqları evin həyətinə mülki geyimli 2-3 nəfər polis əməkdaşının gəlməsini bildirmiş, lakin hansı səbəbdən gəlmələri məlumu olmamışdır. Bundan sonra, yaşadığı evə getdiyi vaxt evin həyətində olan mülki geyimli polis əməkdaşları oğlu Zaurun onlar ilə birlikdə rayon Polis Şöbəsinə getməli olduğunu və narahatçılığa əsas olmadığını bildirmiş, oğlunu bir müddət sonra sərbəst buraxacaqlarını qeyd etmişlər. Daha sonra, oğlu Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə saxlanılmasını öyrənmişdir. Düşünür ki, oğlunun önünə narkotik vasitələr qoyulmuş və oğlundan bu vasitələrin ona məxsus olmasını bildirməsi istənilmişdir. Məhkəməyəqədər istintaq zamanı şəxsiyyəti müəyyən edilməyən, məhkəmə istintaqı zamanı müəyyən edilərək dindirilən şahid X9 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə qonşu olmaqla yanaşı, sonuncu ilə birlikdə əlvan metal olan dəmir yığıb satmaqla gəlir əldə etmişlər. Bundan başqa, 26 avqust 2025-ci il tarixdə Siyəzən şəhərinin bayraq meydanı adlanan ərazisində polis əməkdaşları tərəfindən saxlanılmış, üstü yoxlanan zaman üzərindən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitə həqiqəqət də onun üzərində olmuş, buna görə də barəsində ittihamedici hökm çıxarılmışdır. O, 26 avqust 2025-ci il tarixədən əvvəl Şöbəyə aparılmamış, hətta özü də şöbəyə getməmişdir. Təqsirləndirilən şəxs niyə onu Şöbədə gördüyünü bildirməsi ona məlum deyildir. O, xırda talama əməli törətməmiş və buna görə barəsində hər hansı tədbir görülməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış şahid Siyəzən RPŞ-nin CAB-nin rəisi X2 26 fevral 2026-cı il tarixdə məhkəməyə teleqram ünvanlayaraq, ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini qeyd etmişdir. Şahid Siyəzən RPŞ-nin CAB-nin rəisi X2, Azərbaycan Respublikası CPM-in 329.1ci maddəsinə əsasən elan edilmiş məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri saxlaması barədə 13 avqust 2025-ci il tarixdə əməliyyat aparatına daxil olmuş məlumat əsasında tərəfindən raport yazılmış və raport əsasında, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunmuş və qərar RPŞ-nin rəisinin imzası ilə təsdiq edilmişdir. RPŞ-nin rəhbərliyinin tapşırığı ilə 13 avqust 2025-ci il tarixdə o, Siyəzən RPŞ CAB-nin əməliyyat müvəkkili Şahid1 və CAB-nin əməliyyat müvəkkili Şahid5 ilə birlikdə saat 01:31-də Siyəzən şəhəri, Şəhriyar küçəsində dəmir yolunun üst tərəfində olan zaman Təqsirləndirilən şəxs həmin küçədə olduğunu görüb, daxil olmuş məlumatın yoxlanılması üçün video çəkiliş vasitəsi ilə ona yaxınlaşaraq, özlərini təqdim edib narkotik vasitə istifadə etməsində və üzərində narkotik vasitə saxlamasına dair əsaslı şübhə olduğunu bildirərək, üzərinə şəxsi axtarış keçirməli olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına etiraz etməmiş, habelə sonuncu təklif əsasında sağ əlində olan üzərində “Araz” sözü yazılmış bir ədəd sellofanı təqdim etmiş və təqdim edilmiş sellofana baxış keçirilən zaman içərisində bir ədəd üzərində qırmızı xətlər və ürək şəkilləri olan sellofan, həmin sellofanın içərisində isə yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanya bənzər kütlənin olması müəyyən edilmişdir. Həmin kütlə elektron tərəzi vasitəsi ilə çəkilmiş və çəkisinin 370 qram olması müəyyən edilmiş, boş zərfə qoyularaq qablaşdırılmış, saxlanılan şəxsin və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmiş, habelə bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlənin olması müəyyən edilmiş, aşkar edilmiş kütlə elektron tərəzi vasitəsi ilə çəkilmiş və çəkisinin 0,25 qram olması məlum olmuş və bu bükümdə, boş zərfə qoyularaq qablaşdırılmış, saxlanılan şəxsin və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Bundan başqa, İkraməddin Zəkiyev əlavə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə narkotik vasitələrin qanunsuz olaraq daşınmasına, saxlanmasına və istifadə edilməsinə görə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələri və psixotrop maddələri saxlaması barədə əməliyyat məlumatı daxil olduğu üçün əməliyyat-axtarış tədbirləri keçirilərək saxlanmışdır. Təqsirləndirilən şəxs yaşadığı evdə saxlanılmamaqla yanaşı, sonuncu 13 sentyabr 2025-ci il tarixdə, saat 01:31-də Siyəzən şəhəri, Şəhriyar küçəsində dəmir yolunun üst tərəfində olan zaman saxlamış və aşkar edilmiş narkotik vasitələr onun üzərində olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və polis şöbəsində ona heç bir təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs saxlanması zamanı keçirilmiş əməliyyat-axtarış tədbirlərində Şahid4 və Şahid6 iştirak etməmişdirlər. Əməliyyat axtarış tədbirlərinin keçirilməsində o, əməliyyat müvəkkilləri Şahid5 və Şahid1 iştirak etmişik. Təqsirləndirilən şəxs dəmir parçasını talamasının inzibati məsuliyyətə səbəb olduğunu bilərək cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə dəmir oğurlamasını- bildirmişdir. İfadəsində qeyd etdiyi Anar adlı şəxsin kim olması barədə heç bir məlumatı yoxdur. Onda Təqsirləndirilən şəxs oğurluq etməsi barədə heç bir video görüntü olmamış və həmin görüntünü Təqsirləndirilən şəxs göstərməmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 46-47-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 avqust 2025-ci il tarixli, 20/725 saylı ekspert rəyindən görünür ki, üzərində AR DİN “zərflər üçün 96 nömrəli möhür əksi”, “Z. Əliyev/imza/; İ.Zəkiyev/imza/; Şahid1/imza/; Şahid5/imza/; Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş predmet; Qablaşdırdı: /imza/Anar Əmirov” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,237 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində AR DİN “zərflər üçün 96 nömrəli möhür əksi”, “Təqsirləndirilən şəxs/imza/; İ.Zəkiyev/imza/; Şahid1/imza/; Şahid5/imza/; Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş predment; Qablaşdırdı: /imza/Anar Əmirov” əl yazıları olan paketdəki 01 ədəd bağlamada təmiz çəkisi 358,273 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,05 qram sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq çəkisi 0,187 qram, 0,1 qram sərf edildikdən sonra narkotik vasitə marixuananın qalıq çəkisi 358,173 qram təşkil etmişdir. Cinayət işinin 45-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, fiziki-kimyəvi və bioloji ekspertizasının dəyəri 60 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 113-114-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X4 Ekspert komissiyası tərəfindən 29 avqust 2025-ci il tarixdə verilmiş 5343 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs 11 fevral 2020-ci il tarixdən Sumqayıt şəhər ND-da F19x2 diaqnozu ilə dispanser qeydiyyatdadır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 115-116-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi tərəfindən 14 avqust 2025-ci il tarixdə verilmiş 141 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində sol əlin ovuc səthinin kəsilmiş yarası aşkar olunmuşdur. Həmin xəsarət kəsici kənara malik əşyanın təsirindən törənmişdir, törənmə müddəti müayinə vaxtından 4- 5 gün əvvələ uyğun gəlie və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 09-10-cu vərəqələrində olan 13 avqust 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan, işin 15-16-cı vərəqələrində olan məhkəmə iclasında tədqiq edilmiş iki ədəd kompakt diskin yaddaşına köçürülmüş videogörüntüdən görünür ki, həmin gün saat 01:31-dən saat 01:49-dək olan müddət ərzində Siyəzən şəhərinin Şəhriyar küçəsində Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman sonuncu ittihamın əsasını təşkil edən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni sağ əlində olan üzərində “Araz” sözü yazılmış bir ədəd sellofanın içərisində olan üzərində qırmızı xətlər və ürək şəkilləri olan sellofanın içərisində, narkotik vasitə heroinə bənzər kütləni əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə təqdim etmişdir. Yoxlama zamanı mobil telefon vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 87-88-ci vərəqələrində olan 15 avqust 2025-ci il tarixli maddi sübut kimi tanımaq və işin 174-183-cü vərəqələrində olan 19 oktyabr 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, habelə, onun əməlində CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 358,173 qram olan narkotik vasitə qurudulmuş marixuana və qalıq çəkisi 0,187 qram təşkil edən narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilsə də, sonuncunun 10 iyul 2025-ci il tarixdə üstününü yoxlanılması və təqdim olunan əşyalara baxış keçirilməsi və götürülməsi görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd kompakt disk cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 93-96-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22 avqust 2025-ci il tarixli tələbnaməsindən, işin 102-105-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 1(059)-64/2022 saylı hökmündən və işin 91-92-ci vərəqələrində olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 7(007)-1204/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Siyəzən Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, bu Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 02 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 04 ay 08 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmçinin cəzasının müddəti başa çatdığı üçün 14 mart 2025-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 84-86-cı vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, 4(059)-29/2025 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 13 avqust 2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 99-100-cü vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Mənzil İstismar Sahəsinə şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarına əlavə edilmiş Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin prokuroru X5 16 dekabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən döyülməsi və təzyiqlərə məruz qalması barədə 1403-C-25 nömrəli araşdırma Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən işgəncələrə və digər qanunsuzluğa yol verilmədiyi müəyyən edildiyi üçün material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı xeyli miqdardan dəfələrlə artıq, narkotik vasitə heroini isə xeyli miqdardan artıq miqdarda əldə edib üzərində saxlamaqla, daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə yanaşı şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində qeyd olunan xüsusatlar məhkəmə istintaqı zamanı araşdırılmış və aşağıdakılar müəyyən olunmuşdur: Məhkəmənin sorğusuna əsasən Siyəzən Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli 3-13-106/2-930/2026 saylı məktubdan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs barəsində Siyəzən RPŞ-nin TQ-da hər hansı tədqiqat araşdırılması yoxdur. Məhkəmə qərarı əsasında təqsirləndirilən Təqsirləndirilən şəxs istifadəsində və adına olan +99***-***-**-** saylı mobil nömrənin 10 avqust 2025-ci il tarixdən 14 avqust 2025-ci il tarixədək antenna barədə məlumatları "xxxx" MMC-dən götürülmüş, Təqsirləndirilən şəxs mübahisələndirilən saatlarla bağlı, yəni 12 avqust 2025-ci il tarixdə, saat 18:00 radələrində yaşadığı ünvanda olmadığı aşkar edilmiş, 13 avqust 2025-ci il tarixdə isə ümumiyyətlə antenna məlumatları aşkar edilməmişdir. Bundan əlavə evə getməzdən öncə Təqsirləndirilən şəxs anasının işlədiyi bazara getdiyini bildirsə də, antenna məlumatlarında göstərilən vaxtlarda onun Şabran rayonunda olduğu müəyyən edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən döyülməsi və təzyiqlərə məruz qalması barədə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində müvafiq araşdırma aparılmış və idarənin prokuroru X5 16 dekabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə onun fiziki təsirə məruz qalması faktı təsdiq olunmamışdır. Məhkəməyəqədər istintaq zamanı şəxsiyyəti müəyyən edilməyən, məhkəmə istintaqı zamanı müəyyən edilərək dindirilən şahid X9 ifadəsində Təqsirləndirilən şəxs ilə qonşu olmaqla yanaşı, sonuncu ilə birlikdə əlvan metal olan dəmir yığıb satmaqla gəlir əldə etdiyini, 26 avqust 2025-ci il tarixdə Siyəzən şəhərinin bayraq meydanı adlanan ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq üstü yoxlanan zaman üzərindən narkotik vasitənin aşkar edilərək götürüldüyünü, həmin narkotik vasitənin həqiqəqət də onun üzərində olduğunu, buna görə də barəsində ittihamedici hökm çıxarıldığını, 26 avqust 2025-ci il tarixədən əvvəl Şöbəyə aparılmadığını, hətta özünün də şöbəyə getmədiyini, Təqsirləndirilən şəxs niyə onu Şöbədə gördüyünü bildirməsinin ona məlum olmadığını, xırda talama əməli törətmədiyini və buna görə barəsində hər hansı tədbir görülmədiyini bildirmişdir. Digər şahidlər məhkəmə iclasında təkrarən dindirilmiş, Təqsirləndirilən şəxs qeyd etdiyi xüsusatları təsdiq etmədən məhkəməyəqədər istintaq zamanı verdikləri ifadələri təsdiq etmişlər. Məhkəmə şahidlər Təqsirləndirilən şəxs anası Şahid3 və qardaşı Şahid2 ifadələrinə qiymət verərək hesab edir ki, şahidlər təqsirləndirilən şəxsin yaxın qohumları olmaqla, şahid kimi dəvət edildikləri tərəf baxımından işin nəticəsi ilə bağlı maraqlı olduqlarından, eyni zamanda verilmiş şahid ifadələri təqsirləndirilən şəxsin əməlinə, o cümlədən ittihamın müqəddaratına aydınlıq gətirmədiyindən, habelə ittihamın əsaslılığına şübhə yaradacaq, cinayət işi üzrə toplanmış sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcək ziddiyyətli məqamlar ortaya çıxarmadığından əsaslı hesab edilməməli və mötəbər sübut kimi qəbul edilməməlidir. Həmçinin, şahidlərin polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı hadisələrin birbaşa iştirakçısı olmamaları da onların ifadələrinin əsaslı və mötəbər olmamasına dəlalət edir. Eyni zamanda, şahidlərin bu cür ifadə vermələri Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmasına şərait yaratmaq məqsədi güdür və obyektiv həqiqəti ifadə etməməklə, inandırıcı deyildir. Belə olan təqdirdə isə müdafiə tərəfindən verilən şahid ifadələrinin əsaslı və mötəbər sübut kimi qəbul edilməsi istisna edilir. Məhkəmə qeyd edir ki, göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələr öz təsdiqini tapmamış, əksinə əldə edilən yeni sübutlar ittihamın əsaslı olduğuna dəlalət etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Qeyd olunan Məcəllənin 125-ci maddəsinin İ və Vİİİ hissələrinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Bu Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı xeyli miqdardan dəfələrlə artıq, narkotik vasitə heroini isə xeyli miqdardan artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımasını, aşkar edilmiş predmetlərin çeşidlərini, Təqsirləndirilən şəxs şəxsiyyətini yəni, opioidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyindən əziyyət çəkməklə, narkotik vasitə aludəçisi olmasını, o cümlədən sonuncu dəfə bu kateqoriyadan törətdiyi cinayət əməlinə görə çəkdiyi cəzadan nəticə çıxarmamasını, islah olunmamasını, yeni cinayət törətməsini və onun tərəfindən əvvəldə olduğu kimi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət əməlinin yenidən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını, hüquqazidd əməllərini davam etdirməklə, yəni cinayət törətməyə meylliyini, cəzasını ağırlaşdıran halın və yuxarıda qeyd olunan yüngülləşdirici halın olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinə yaxın həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 13 avqust 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun Sumqayıt şəhər Narkoloji Dispanserdə F19x2 diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci və 346.1.19-cu maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 358,173 qram olan narkotik vasitə qurudulmuş marixuana və qalıq çəkisi 0,187 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üstünün yoxlanmasının, eləcə də, təqdim olunan əşyalara baxış keçirilməsinin və götürülməsinin videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd kompakt disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 60 (altımış) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 13 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və onun Sumqayıt şəhər Narkoloji Dispanserdə F19x2 diaqnozu ilə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 358,173 qram olan narkotik vasitə qurudulmuş marixuana və qalıq çəkisi 0,187 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üstünün yoxlanmasının, eləcə də, təqdim olunan əşyalara baxış keçirilməsinin və götürülməsinin videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd kompakt disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 60 (bir altımış) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Günel Quluzadə
Məhkəmə qərarları › İş №1(059)-53/2025
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-53/2025
26.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver