Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-54/2022 05.07.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 05 iyul 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1966-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, şəhərin 1-ci mikrorayon, ev 14/33, mənzil 51 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 1,028 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və ümumi təmiz çəkisi 1,212 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini üzərində saxlamış, 24 fevral 2022-ci il tarixdə, təxminən saat 02:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsində və saxlanılmasında şübhəli olan X3 özünə məxsus “Opel Astra” markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobillə və həmin avtomobildə sərnişin qismində əyləşmiş Təqsirləndirilən şəxs ilə birlikdə hərəkətdə olarkən Siyəzən rayonunun Zarat kəndi ərazisində saxlanılaraq RPŞ-nin inzibati binanın həyətinə aparılmış, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin sağ qolundan üzəri bir ədəd şəffaf rəngli yapışqan lentlə bağlanmış bükülünün içərisində olan 1 ədəd ümumi təmiz çəkisi 1,028 qram şəffaf rəngli sellofanda qəhvəyi rəngli narkotik vasitə olan heroin, digər 1 ədəd şəffaf rəngli sellofanda ümumi təmiz çəkisi 1,212 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, tutulmamışdan bir gün qabaq, yəni 23 fevral 2022-ci il tarixdə, axşam saatlarında Sumqayıt şəhərində yaşadığı evin yaxınlığında 1 və 2-ci mikrorayonların arasındakı parkda yerləşən çay evində olarkən bir nəfər şəxsin daşın altında nə isə gizlətdiyini, habelə çay evində əyləşdiyini görmüşdür. Bir müddət sonra o, ağacın kənarındakı daşın altına baxmaq üçün ora yaxınlaşmış, habelə içərisində ayrıayrılıqda 2 ədəd şəffaf rəngli sellofan bükülüdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan üzəri yapışqan lentlə bağlanmış bir ədəd şəffaf rəngli bükülünü götürüb, əynindəki qış gödəkcəsinin sağ qolunda gizlətmişdir. Daha sonra, xahişi əsasında 24 fevral 2022-ci il tarixdə, təxminən saat 00:00 radələrində dayısı oğlu Elmar Dəmirovla sonuncuya məxsus “Opel Astra” markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar rayonuna yola düşmüş, bu zaman o, həmin avtomobildə qabaq sağ tərəfdə sərnişin qismində əyləşmişdir. Həmin gün, təxminən saat 02:00 radələrində Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən DİN-in BDYPİ-nin YPXA-nın l tağımının 707 saylı stasionar postunda dayısı oğlu Elmarın idarə etdiyi “Opel Astra” markalı avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan sonra, yaxınlaşan polis əməkdaşları onları şübhəli şəxs kimi Siyəzən RPŞ-yə aparmışlar. Orada olarkən təklif əsasında əynindəki qış gödəkcəsinin sağ qolunda gizlətdiyi içərisində heroin və metamfetamin olan bükülünü çıxardıb, polis əməkdaşlarına təqdim etmiş, həmçinin şəxsi axtarış və avtomobilə baxış zamanı əlavə qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Müdafiəçi da iştirakı təmin edilmişdir. Xeyli müddət narkotik vasitədən və psixotrop maddədən istifadə etməsə də, üzərindən aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni öz tələbatına uyğun istifadə etmək niyyətində olmuş, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Bundan əlavə, polis əməkdaşları tərəfindən qeyriinsani rəftar və ya ləyaqəti alçaldan hərəkətlərə, fiziki və ya psixi təsirə məruz qalmamış, ümumilikdə 2 gün Siyəzən RPŞ-də saxlanılsa da, daha sonra azad edilmişdir. Eyni zamanda, onun üzərində narkotik vasitə və psixotrop maddə olmasından dayısı oğlu Elmar Dəmirovun məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, şahid Siyəzən RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs sərnişin qismində “Opel Astra” markalı avtomaşınla Siyəzən rayonunun ərazisindən keçəcəyi barədə daxil olmuş əməliyyat məlumatı əsasında 24 fevral 2022-ci il tarixdə, saat 01:00 radələrində rayonun Zarat kəndi ərazisində yerləşən DİN-in BDYPİ-nin YPXA-nın İ tağımının 707 saylı stasionar postunda yol polisi əməkdaşları sözügedən ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobili saxlamışlar. Bundan sonra, Siyəzən RPŞ-yə dəvət olunmaqla, ora aparılmış Təqsirləndirilən şəxs şəxsi axtarış başlamamışdan əvvəl müstəntiq tərəfindən hüquq və vəzifələri izah olunmaqla, müdafiəçi kimi Müdafiəçi təqdim edilmişdir. Daha sonra, müstəntiqin sorğusu əsasında Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sağ qolunda gizlətdiyi və üzərində saxladığı bir ədəd şəffaf bükülünü təqdim etmişdir. Həmin bükülü açıldığında orada daha iki ədəd, habelə birində metamfetaminə, digərində isə heroinə bənzər kütlə olan sellofan bükülülər aşkar olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü zərfə qoyularaq qablaşdırılmış, habelə zərfin üzəri möhürlənmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs yanında olan Elmar Dəmirovun da üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilsə də, həmin şəxsin üzərində və ya avtomaşınında qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni satması, eləcə də yayması ilə bağlı hər hansı bir əməliyyat məlumatı daxil olmamaqla, yanaşı sonuncuya qarşı polis əməkdaşları tərəfindən qeyri-qanuni hərəkətlərə yol verilməmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 37-38-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2022-ci il tarixli, 6/1138 saylı ekspert rəyindən görünür ki, üzərində AR DİN “Zərflər üçün №96” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar, imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 1,212 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 1 ədəd bükümdə təmiz çəkisi 1,028 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli qanunu ilə təsdiq edilmiş siyahılar üzrə heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), metamfetamin isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra heroinin qalıq çəkisi 0,978 qram, 0,05 qram sərf edildikdən sonra isə psixotrop maddə metamfetaminin qalıq çəkisi 1,162 qram təşkil etmişdir. Cinayət işinin 36-cı vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların məhkəmə ekspertizası tədqiqatının dəyəri 110 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 126-127-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 15 mart 2022-ci il tarixdə verilmiş, 1312 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 25-27-ci vərəqələrində olan 24 fevral 2022-ci il tarixli şəxsi axtarış, baxış və götürmə haqqında protokoldan görünür ki, 24 fevral 2022-ci il tarixdə, saat 02:36-dan saat 02:48-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin sağ qolundan üzəri bir ədəd şəffaf rəngli yapışqan lentlə bağlanmış bükülünün içərisindəki 1 ədəd şəffaf rəngli sellofanda ittihamın əsasını təşkil edən qəhvəyi rəngli narkotik vasitə heroinə, digər 1 ədəd şəffaf rəngli sellofanda isə psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və avtomobilə baxış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 68-70-ci vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin 25 fevral 2022-ci il tarixli maddi sübut kimi tanımaq haqqında, eləcə də işin 168-177-ci vərəqələrində olan 17 may 2022-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,978 qram çəkidə narkotik vasitə heroin və qalıq çəkisi 1,162 qram təşkil edən psixotrop maddə metamfetamin kütləsi maddi sübut kimi tanınmaqla, Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin 24 fevral 2022-ci il tarixdə Siyəzən RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd disk də maddi sübut kimi tanınmaqla, cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 87-88-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 15 mart 2022-ci il tarixli tələbnaməsindən, işin 118-120-ci vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin 18 aprel 2012-ci il tarixli, 1(060)-188/12 saylı hökmünün surətindən, eləcə də işin 151-ci vərəqəsindəki Qaradağ Rayon Məhkəməsinin 23 iyul 2013-cü il tarixli, 7(002)-500/2013 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin 18 aprel 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Qaradağ Rayon Məhkəməsinin qərarı ilə “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 07 may 2013-cü il tarixli qərarının 3-cü bəndi tətbiq edilməklə, onun 08 may 2013-cü il tarixinə çəkilməmiş 09 ay 01 gün müddətinə azadlıqdan məhrum etmə cəzası 6 ay azadılmış, habelə o, 20 sentyabr 2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 19-cu vərəqəsində olan 24 fevral 2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 63-64-cü vərəqələrində olan 25 fevral 2022-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 107-108-ci vərəqələrindəki 09 aprel 2022-ci il tarixli məcburi gətirmə barədə, 112-113-cü səhifələrindəki 13 aprel 2022-ci il tarixli təqsirləndirilən şəxs haqqında axtarış elan edilməsi və cinayət işinin dayandırılması haqqında qərarlardan, eləcə də 122ci vərəqədə olan 21 aprel 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs evinə çağırış vərəqəsi göndərilsə də, sonuncu istintaqa gəlməmiş, buna görə də 09 aprel 2022-ci il tarixdə onun Siyəzən RPŞyə məcburi gətirilməsi barədə qərar qəbul olunmuş, lakin, onun məcburi gətirilməsi mümkün olmadığına görə Təqsirləndirilən şəxs barəsində 13 aprel 2022-ci il tarixdə axtarış elan edilməklə, cinayət işi üzrə icraat dayandırılmış, Siyəzən RPŞ-nin CAB-da bu barədə 850023 nömrəli axtarış işi açılmış, həmçinin, Təqsirləndirilən şəxs 21 aprel 2022-ci il tarixdə Sumqayıt şəhəri ərazisində saxlanılaraq Siyəzən RPŞ-nin MSY-yə təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 144-146-cı vərəqələrində olan 22 aprel 2022-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Siyəzən Rayon Məhkəməsinin 21 iyun 2022ci il tarixli, 1(059)-54/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasına gəlmədiyi üçün onun barəsində məcburi gətirilməsi haqqında qərar qəbul olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 152-153-cü vərəqələrində olan arayışdan və xasiyyətnamədən, eləcə də işin 154-cü vərəqəsindəki şəxsiyyət vəsiqəsinin surətindən və iş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 10 mart 2011-ci il təvəllüdlü Cavid adında uşağı olmaqla, ünvan 2 ünvanında qeydiyyatsız yaşayan Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5 saylı Mənzil-Kommunal Sahəsinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini şəxsi istehlak miqdarından təxminən 7 dəfəyə yaxın, psixotrop maddə metamfetamini isə 8 dəfə artıq miqdarda əldə edib saxlama və daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlini səmimi etiraf etməklə, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, qeydiyyatda olduğu yer üzrə barəsində şikayət olmamasını, habelə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edilməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, satış məqsədi ilə olmasa da, üzərində qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq həm narkotik vasitələri, həm də psixotrop maddələri saxlayıb daşımasını, Təqsirləndirilən şəxs şəxsiyyətini və tərəfindən yenidən qəsdən eyni kateqoriyadan olan cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırmasın və onun kifayət qədər islah olunmamasını, yeni cinayət törətməyə meylliyini, ibtidai araşdırma orqanının humanist mövqeyinə zidd hərəkət edib, barəsində seçilmiş "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbirinin şərtlərini pozaraq ibtidai istintaq orqanından qaçıb gizlənməsini və barəsində məcburi gətirmə tətbiq edilməsini, daha sonra axtarış elan olunmasını, bundan sonra eyni hərəkətlərini məhkəmə baxışında davam etdirdiyindən barəsində yenidən məcburi gətirmə tətbiq edilməsini, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, bununla belə yuxarıda sadalanan yüngülləşdirici halları nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin ½ həcminə yaxın həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 24 fevral 2022-ci il tarixdən 25 fevral 2022-ci il tarixə və 21 aprel 2022-ci il tarixdən 22 aprel 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı ümumilikdə iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 05 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,978 qram təşkil edən narkotik vasitə olan heroin, eləcə də qalıq çəkisi 1,162 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut, Təqsirləndirilən şəxs üzərində 24 fevral 2022-ci il tarixdə Siyəzən RPŞ-nin növbətçi hissəsində videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 110 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,978 qram təşkil edən narkotik vasitə olan heroin, eləcə də qalıq çəkisi 1,162 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut, Təqsirləndirilən şəxs üzərində 24 fevral 2022-ci il tarixdə Siyəzən RPŞ-nin növbətçi hissəsində videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 110 (bir yüz on) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-54/2022
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-54/2022
05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver