Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 1(059)-55/2021 14.09.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Naibov Nurlan Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X1 və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs: xx xxx 1986-cı ildə Abşeron rayonu, Giləzi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.2-ci maddəsi ilə ittiham olunmasına dair cinayət işinin məhkəmə baxışı ərazi aidiyyətinə görə Siyəzən Rayon Məhkəməsinə aid deyildir. Belə ki, cinayət işinin materiallarına və ittiham aktına əsasən Təqsirləndirilən şəxs evlənmək məqsədilə tanış olduğu, 20 yaş kiçik olmaqla 14 yaşına çatmayan xx xxxxxx 2006-cı il təvəllüdlü, Zərərçəkmiş şəxs ilə ilk dəfə 29 iyun 2019-cu il tarixdə, saat 22:00 radələrində yaşadığı Xızı rayonu, Giləzi qəsəbəsində daha sonra isə 29 iyun 2019-cu ildən 21 mart 2020-ci il tarixədək olan müddət ərzində ayrı-ayrı vaxtlarda Zərərçəkmiş şəxs ilə yaşadığı Xızı rayonu, Giləzi qəsəbəsində təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında iştirak edən Dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək göstərdi ki, cinayət işinin aidiyyəti üzrə baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, təqsirləndirilən şəxsin 14 yaşına çatmayan zərərçəkmiş şəxs X2 ilə cinsi əlaqəyə girdiyi, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədildiyi yer Xızı rayonunun inzibati ərazisində olmuşdur. Ona görə də cinayət işinin aidiyyəti üzrə Xızı Rayon Məhkəməsinə göndərilməsini təklif etdi. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi dövlət ittihamçısının vəsatəti ilə razı olduğunu bildirib, cinayət işinin aidiyyəti üzrə baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədi. Təqsirləndirilən şəxs məhkəmə iclasında cinayət işinin materiallarında və ittiham aktında göstərilən xüsusatları bir daha təsdiq etməklə, müdafiəçisinin mövqeyi ilə razı olduğunu bildirib, cinayət işinin aidiyyəti üzrə baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini qeyd etdi. Zərərçəkmiş şəxs Arzu Abbasova və onun qanuni nümayəndəsi Qanuni nümayəndə da cinayət işinin aidiyyəti üzrə baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini qeyd etdi. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, cinayət işi aidiyyəti üzrə baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası CPM-nin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 74.2.1-ci maddəsinə görə uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur. Azərbaycan Respublikası CPM-nin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Beləliklə işin faktiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-in 152.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli formal tərkibli olmaqla, 14 yaşına çatmayan şəxslə cinsi əlaqəyə girdiyi andan cinayət başa çatmışdır. İş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs ittiham edildiyi əməl Xızı rayonunun inzibati ərazisində baş verdiyinə görə, sonuncunun Azərbaycan Respublikası CM-in 152.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə baxışı ərazi aidiyyətinə görə Xızı Rayon Məhkəməsinə aiddir. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.2-ci maddəsi ilə ilə təqsirləndirilməsinə dair cinayət işi Azərbaycan Respublikası CPM-nin 75.1-ci maddəsinə əsasən ərazi aidiyyəti üzrə baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası CPM-nin 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 299, 300-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi aidiyyəti üzrə baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs ooğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri Xızı Rayon Məhkəməsində məhkəmə hazırlıq iclası keçirilənədək və qətimkan tədbiri məsələsinə məhkəmə hazırlıqiclasında baxılıb yekun qərarı qəbul edilənədək dəyişdirilmədən saxlanılsın. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-55/2021
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №1(059)-55/2021
14.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver