Məhkəmə qərarları › İş №1(059)-55/2024

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-55/2024

22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-55/2024 22.10.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə 22 oktyabr 2024-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Yasamal rayonu, X6 Naxçıvani küçəsi, ev 9, mənzil 18 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui istifadə edərək və aldadaraq əvvəlcədən yerinə yetirəcəyini bilməyəcəyini bilməsinə baxmayaraq özünü Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşı kimi təqdim edərək sonuncunu həmin komitədə bir vəzifəyə işə düzəldəcəyi barədə yalan vəd verərək istintaqa dəqiq tarixi məlum olmayan 2023-cü ilin noyabr ayının ortalarında Zərərçəkmiş şəxslə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Hüseyn Cavid adına parkda görüşərək 3500 manat pulunu və sonuncunun 09 noyabr 2023-cü il tarixdə, saat 14:21-də Siyəzən şəhəri, H.Əliyev prospektində “İlham market”də olan E- Manat teriminalından Təqsirləndirilən şəxs məxsus 5243-7544-4281-3562 saylı Unibank kartına göndərdiyi 1000 manat pulunu, 10 noyabr 2023-cü il tarixdə, saat 09:44-də sözügedən marketdə yerləşən terminaldan yuxarıda göstərilən karta göndərdiyi 1000 manat pulunu, 13 noyabr 2023-cü il tarixdə Azərbaycan Beynəlxalq Bankının mobil tətbiqi vasitəsi ilə yuxarıda göstərilən karta göndərdiyi 500 manat pulunu, 15 noyabr 2023-cü il tarixdə, saat 13:20 radələrində Siyəzən şəhəri, H.Əliyev prospektində “İlham market”də olan E-Manat teriminalında yuxarıda göstərilən karta göndərdiyi 2500 manat pulunu, 17 noyabr 2023-cü il tarixdə, saat 12:50 radələrində həmin marketdə olan qeyd edilən terminalla yuxanda göstərilən karta göndərdiyi 2000 manat pulunu, 20 noyabr 2023-cü il tarixdə, saat 14:08 radələrində həmin marketdə yerləşən qeyd edilən terminaldan yuxarıda göstərilən karta göndərdiyi 1500 manat pulunu, 24 noyabr 2023-cü il tarixdə, saat 14:12 radələrində həmin terminaldan yuxarıda göstərilən karta göndərdiyi 3500 manat pulunu və istintaqa dəqiq tarixi məlum olmayan 2023-cü ilin noyabr ayında Siyəzən şəhəri, H.Əliyev prospektində “İlham market”də olan E-Manat teriminalında yuxarıda göstərilən karta göndərdiyi 3000 manat pulunu ələ keçirməklə, zərərçəkmiş şəxs Ələsgər Əliyəvə xeyli miqdarda, yəni 18 500 manat maddi ziyan vurmaqla, dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, təxminən iki ilə yaxındır tanıdığı Şahid qohumunun borc məsələsini həll etmiş və bununla da, Şahid ilə aralarında qiyabı tanışlıq münasibəti yaranmışdır. Belə ki, onun Şahid ilə ünsiyyəti yalnız telefon vasitəsi olmaqla, yanaşı sonuncu ilə üz-üzə görüşməmişdir. Bundan başqa, 2023-cü ilin noyabr ayında Şahid onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq, qohumu Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə işə düzəlməsinə köməklik etməsini xahiş etdik də, o, həmin şəxsi işə düzəldə biləcəyini vəd verərək, razılaşmışdır. Beləliklə, o, bir neçə dəfə Zərərçəkmiş şəxs ilə telefon vasitəsi ilə əlaqə saxlamış, habelə sonuncu ilə ilk dəfə Azərbaycan Respublikası Dövlət Statiska Komitəsinin inzibati binasının yaxınlığında görüşərək, özünü Dövlət Gömrük Komitəsinin işçisi kimi təqdim etmişdir. Bundan sonra yəni, 2023-cü ilin noyabr ayında Zərərçəkmiş şəxs ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsin inzibati binasının yaxınlığında görüşmüş, sonuncuya 10000 manat məbləğində pul müqabilində onu istər Gömrük komitəsində, istərsə də, həmin komitənin yaşadığı rayon ərazisində faəliyyət göstərən şöbəsində inspektor vəzifəsinə işə düzəldə biləcəyini bildirmiş, həmin vaxt Zərərçəkmiş şəxs isə, ona 3500 manat məbləğində pul vermişdir. Daha sonra isə, Zərərçəkmiş şəxs işinin düzəlməsi üçün ümumilikdə 18500 manat məbləğində pul lazım olduğunu qeyd etmiş, habelə sonuncudan 2023-cü il noybar ayında müxtəlif vaxtlarda cəmi 18500 manat məbləğində pulu əlbə-əl və ya bank kart hesabına köçürülməklə almışdır. Bundan əlavə, Zərərçəkmiş şəxs aldığı pulların müəyyən hissəsini şəxsi xərclərinə, müəyyən hissəsini isə, işi düzəltməli olan şəxsə versə də, hazırda sonuncudan həmin pulları almış və Zərərçəkmiş şəxs dəymiş ziyanı tam şəkildə ödəmişdir. Odur ki, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəməklə, sonuncu ilə barışıq əldə etməsinin və əməlindən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Şahid isə, qonşusu olmaqla yanaşı, sonuncunu uzun müddətdir yaxşı insan kimi tanıyır. Beləliklə, 2023-cü il noyabr ayında yaşadıqları ünvan 2 ünvanına qonaq gəlmiş Sara Hüseynova söhbət əsnasında tanışının borc məsələsində köməklik etmiş Təqsirləndirilən şəxs, onun da, işə düzəlməsinə köməklik edə biləcəyini bildirmiş, o, isə həmin vaxt işsiz olduğu üçün razılaşmışdır. Bundan sonra o, X4 Məmmədovun mobil telefon nömrəsini almış, habelə sonuncu ilə bir neçə dəfə telefon vasitəsi ilə əlaqə saxlamış, onunla ilk dəfə isə Azərbaycan Respublikası Dövlət Statiska Komitəsinin inzibati binasının yaxınlığında görüşmüşdür. Bu görüş zamanı Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşı kimi təqdim edərək, 10 000 manat pulun müqabilində onu həmin komitədə işə düzəldə biləcəyini vəd vermiş, o isə, bir qədər düşündükdən sonra, fikirini bildirəcəyini qeyd etmişdir. Daha sonra o, 2023-cü il noyabr ayında Təqsirləndirilən şəxsla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsin inzibati binasının yaxınlığında görüşmüş, bu zaman sonuncuya 3500 manat məbləğində pul vermişdir. Təqsirləndirilən şəxsla sonradan olan telefon danışıqları zamanı sonuncu, onun işinin alınması üçün 18 500 manat məbləğində pul lazım olduğunu qeyd etmiş, habelə o, 2023-cü ilin noyabr ayı ərzində Siyəzən rayonu ərazisində yerləşən ödəniş terminllarından Təqsirləndirilən şəxs məxsus bank kart hesabına ümumilikdə 15 000 manat pul göndərmiş, beləliklə isə, sonuncuya cəmi 18500 manat məbləğində pul vermişdir. Qeyd edir ki, Təqsirləndirilən şəxs onun qısa müddət ərzində işə qəbul olunacağı vədini versə də, sonuncu bu vədinə əməl etmədiyindən o, 2024-cü ilin yanvar ayına kimi səbr etmiş, habelə həmin ayda Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmişdir. Həmçinin, bu şikayət müddətində Təqsirləndirilən şəxs 6500 manat, hazırki cinayət işin məhkəmə istintaq müddətində isə ziyanını tam şəkildə ödəmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqı zamanı Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, mərhum qayını oğlunun işə düzəlməsi üçün verdiyi pul Təqsirləndirilən şəxs vasitəsi ilə geri qaytarıldığı üçün, sonuncu ilə qiyabi münasibəti yaranmış, habelə onunla telefon vasitəsi ilə əlaqə saxlamış, bu danışıqları zamanı Rəşad ona “nə qulluğun olsa bildirərsən” deyə qeyd etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs ailəvi dostluq münasibətləri olmaqla yanaşı, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Beləliklə, hazırda təqaüddə olan polkovnik oğlu ilə birlikdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla görüşə göndərmiş, sonuncunun Zərərçəkmiş şəxs yaxşı işə qəbul olunmasında köməklik edə biləcəyini bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxsla telefon vasitəsi ilə əlaqə saxlayaraq, sonuncuya Zərərçəkmiş şəxs ailəli olmaqla, işsiz olduğunu bildirmiş, sonuncuya isə Təqsirləndirilən şəxs qiyabı tanıdığını, ona pul verməməsini tapşırmışdır. Sonradan, Təqsirləndirilən şəxs işə düzəltmək adı ilə Zərərçəkmiş şəxs ümumilikdə 18500 manat məbləğində pul aldığını eşitmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 9-12-ci vərəqələrində olan Siyəzən şəhəri, H.Əliyev prospekti 44 ünvanında yerləşən “İlham market”də olan E-Manat ödəniş teriminalından əldə edilmiş qəbzələrin fotoşəkillərindən görünür ki, 2024-cü ilin noyabr ayı ərzində müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs həmin terminal vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus 5243-7544-4281-3562 saylı Unibank kartına 12 000 manat pul köçürmüşdür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 30-cu, 32-ci və 35-ci vərəqələrində olan qəbzlərdən, həmçinin işin 95-96-cı vərəqələrində olan 11 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 18 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsini etiraf etmiş, həmçinin sonuncuya həmin puldan 6500 manat qaytarmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 65-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 02 aprel 2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işinin icraatına 01 sentyabr 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq edilməklə xitam verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 92-93-cü vərəqələrində olan 11 iyun 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 66-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 16 aprel 2024-cü il tarixli, 1/1692 nömrəli məktubunda görünür ki, Məmmədov X3 vərəqəyə əsasən 14 iyul 2017-ci il tarixdən 18 sentyabr 2017-ci il tarixədək üzvü dissosiativ pozuntu. Depressiv əlamətlər diaqnozu ilə 2 nömrəli X2 stasionar müalicədə olmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 99-101-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 11 iyun 2024-cü il tarixli, 1723 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Tibbi sənədlərə əsasən anamnezində keçirilmiş “üzvü dissosiativ pozuntu” diaqnozu qeyd edilmişdir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və sair sübut edir. Belə ki, Təqsirləndirilən şəxs hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsir altına düşmür, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs (notariat qaydasında) ərizəsində görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödəndiyindən, onunla barışmış, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcək də, heç bir şikayət və tələbi olmayacaqdır. İş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 03 sentyabr 2008-ci il təvəllüdlü Havar və 18 oktyabr 2009-cu il təvəllüdlü Anar adında iki yetkinlik yaşına çatmayan övladı vardır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün, eləcə də zərərçəkmiş şəxsin və şahidin məhkəmədə səsləndirdiyi, habelə onların iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, sübuta yetirilmişdir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Cinayət işinin faktiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində vəzifəyə işə düzəldəcəyi vədini verib, ona məxsus pul vəsaitini ələ keçirmək niyyəti ilə sonuncuya bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verməklə, habelə aralarında yaranmış etibarlı münasibətlərdən istifadə edib, zərərçəkmiş şəxsə aid pul vəsaitini sahibliyinə keçirmiş, bununla da, o, həmin pul vəsaitindən istədiyi kimi istifadə etmək imkanı əldə etməklə, dələduzluq əməlini başa çatdırmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Bununla da, qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun üzvü dissosiativ pozuntu. Depressiv əlamətlər diaqnozlu xəstə olmasını, törətdiyi əməli etiraf etməklə, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını, cinayət nəticəsində vurduğu ziyanı tam olaraq ödəməsini, bununla da zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın İİİ bəndinin İİ yarımbəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, məhkəmələrə cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, onun zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda əmlakını (pul vəsaitini) ələ keçirmə cinayət əməlini törətməsini, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, bununla belə cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə zərərçəkmiş şəxsə ödəməsini, sonuncu ilə barışıq əldə etməsini, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etməklə, artıq cinayət işinin məhkəməyədək icraat və məhkəmə istintaqı dövründə islah yoluna qədəm qoymasını nümayiş etdirməsini, bundan sonra onun cəmiyyətə hər hansı bir formada mənfi təsir göstərmək, eləcə də nümunə olmaq imkanının mövcud olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində onun islahına nail olunacağının müəyyən olunmamasını, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cərimə cəzasının təyin olunduğu təqdirdə də təmin edilə bilər və ona cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Yasamal rayon icra şöbəsinə həvalə edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak, eləcə də məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 5000 (beş min) manat cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Yasamal rayon icra şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar