Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-56/2022 05.07.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə 05 iyul 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxx 1988-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, şəhərin 28 May küçəsindəki nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 15 fevral 2022-ci il tarixdə “Covid-19” infeksiyasına yoluxması ilə bağlı verdiyi testin nəticəsi 16 fevral 2022-ci il tarixdən pozitiv olduğu üçün COVİD-19 xəstəsi kimi rəsmi qeydiyyata alındıqdan sonra yaşadığı Siyəzən şəhərinin 28 May küçəsində yerləşən fərdi yaşayış evində karantinə alınmasına və karantin qaydalarına uyğun olaraq 7 gün müddət ərzində yaşadığı evi tərk etməməli olmasına baxmayaraq, 20 fevral 2022-ci il tarixdə karantin rejimi qaydalarını pozub yaşadığı və özünü təcriddə olduğu Siyəzən şəhərinin 28 May küçəsindəki fərdi yaşayış evini tərk edərək yeni növ “Covid-19” xəstəliyinin yayılması üçün real təhlükə yaratmış, həmin tarixdə saat 18:30 radələrində Siyəzən şəhərinin H. Əliyev küçəsində yerləşən “Bakcell” mobil telefon və aksessuarlar dükanında Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, 11 fevral 2022-ci il tarixdə yaşadığı Siyəzən şəhəri 28 May küçəsində yerləşən fərdi yaşayış evində olarkən Covid 19 xəstəliyinə yoluxmuş, 14 fevral 2022-ci il tarixədək xəstəliyinin ağırlaşdığını görüb, evdə olaraq heç bir yerə getməmiş, 15 fevral 2022-ci il tarixdə isə özünü yaxşı hiss etdiyindən Siyəzən rayon X1 gedərək, orada Covid 19 xəstəliyinə yoluxub-yoluxmamasını öyrənmək üçün test vermiş, 16 fevral 2022-ci il tarixdə isə testin cavabı müsbət çıxmış, Covid 19 xəstəsi olması müəyyən edilmişdir. Bundan sonra, 16 fevral 2022-ci il tarixdən 22 fevral 2022-ci il tarixədək o, evdə özünü təcrid edərək qalmağa başlamışdır. 20 fevral 2022-ci il tarixdə, saat 18:00 radələrində 5 yaşlı qızı Aydan Səmədovanın hərarəti yüksəldiyindən arvadı Sevinc Səmədova dərman almasının vacib olduğunu bildirdikdə, o, tələsik surətdə, telefonunu da yadından çıxarıb, evdə qoyaraq, oranı istifadəsində olan **-GY-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı minik avtomobilinə əyləşməklə, tərk edib, Siyəzən şəhərinin Heydər Əliyev küçəsində yerləşən aptekə getmişdir. Lakin, həmin vaxt aptekdə olarkən alacağı dərmanın adını unutduğu üçün və üzərində telefon olmadığından zəng eləmək məqsədilə yaxınlıqda yerləşən Hüseyn adlı tanışının işlədiyi “Bakcell” mobil telefon dükanına girmişdir. Həmin dükanında olarkən polis əməkdaşları ora daxil olub, ona yaxınlaşıb, Covid 19 xəstəsi kimi onu saxlamışlar. Bundan sonra o, dərhal dükanın içərisindən bayıra çıxardılmış, videoçəkiliş ilə bir daha özünü təqdim edərək adı soruşulub dəqiqləşmə aparılmış və o, özünü təqdim edərək koronavirus xəstəsi olmasını etiraf etmişdir. Daha sonra, polis əməkdaşlarının müşayiəti ilə idarə etdiyi avtomobillə yaşadığı evə qayıtmışdır. Törətdiyi əməli səmimi şəkildə etiraf etməklə, peşmançılıq çəkməsinin, himayəsində xəstə Aytən və Aydan adında iki yetkinlik yaşına çatmayan uşağının, onkoloji xəstə atasının olmasının nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi, şahidin ifadəsi, eləcə də digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin PPXT-nin polis nəfəri Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs avtomobil təmiri ilə məşğul olan usta kimi tanısa da, sonuncu ilə ədavəti və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs 19 fevral 2022-ci il tarixdə ona zəng vurub, bir neçə avtomobili təmir etməli olduğunu bildirmiş, habelə ona bu barədə köməklik göstərməsini xahiş etsə də, o, bunun yolverilməz olduğunu bildirərək, ehtiyacı olduğu təqdirdə, bunu hətta evə gələrək qarşılaya biləcəklərini bildirmişdir. Belə ki, onlar pandemiya dövründə Covid 19 xəstələrini daim diqqət mərkəzində saxlayaraq, onların zəruri ehtiyacları ilə maraqlanmışlar. Beləliklə, 20 fevral 2022-ci il tarixdə, saat 18:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvanı tərk etməsini, özünü təcrid qaydalarını pozaraq ünvan 2ərəkət edərək həmin küçədə yerləşən “Bakcell” mobil telefon və aksessuarlar dükanına daxil olduğunu görmüşlər. Bu zaman o və digər polis nəfəri Zeynal Zeynalov birlikdə həmin dükana daxil olaraq Təqsirləndirilən şəxs özlərini təqdim edib, Covid 19 xəstəsi olduğu halda yaşadığı ünvanı tərk etməməli olduğunu izah edib, dərhal dükanı tərk etməsini tələb etmiş, bundan sonra sonuncu dükanı tərk edərək, bayıra çıxmış və həmin dükanın qarşısında dayanmışdır. Daha sonra, PPXT-nin manqa komandiri Aqşin Muxtarovun da iştirakı ilə videoçəkiliş aparılmışdır. Bundan sonra, onların müşayiəti ilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə özünü təcriddə olduğu ünvana qaytarılması tərəflərindən təmin edilmiş, habelə baş vermiş hadisə raportla rayon Polis Şöbəsinin rəhbərliyinə məruzə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 13-cü vərəqəsində olan X2 X3 Şəxsin 23 fevral 2022-ci il tarixli, 282 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 15 fevral 2022-ci il tarixdə COVİD-19 görə Nazofarengial yaxma götürülmüş, müayinə olunmaq üçün X4 Əleyhinə Stansiyaya göndərilmişdir. 16 fevral 2022-ci il tarixində müayinənin nəticəsi pozitiv (müsbət) olmuş, Təqsirləndirilən şəxs həmin tarixdən 7 gün ev şəraitində fərdi təcrid olunmaq üçün buraxılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 14-cü vərəqəsində olan 16 fevral 2022-ci il tarixli iltizamın surətindən görünür ki, Təqsirləndirilən şəxs yeni növ koronovirus (COVİD-19) infeksiyası ilə bağlı nəticələrinin müsbət olması səbəbi ilə 16 fevral 2022-ci il tarixindən 7 gün ev şəraitində fərdi təcrid olunmaq üçün buraxılması, test nəticələrinin mənfi çıxacağı müddətə qədər yaşadığı evi tərk etməyərək sanitariya-gigiyena normalarına, epidemiya əleyhinə və xüsusi karantin rejiminin qaydalarına riayət edəcəyi, qeyd olunan normaları və qaydaları pozacağı təqdirdə Azərbaycan Respublikası CM-nin 139-cu və Azərbaycan Respublikası İXM-nin 211-ci maddələri ilə cinayət və inzibati məsuliyyət daşıyacağı barədə məlumatlandırılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 64-68-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi barədə 30 may 2022-ci il tarixli qərardan görünür ki, 16 fevral 2022-ci il tarixdən COVİD-19 xəstəsi kimi qeydiyyata alınmaqla, 7 gün ərzində faktiki yaşadığı Siyəzən şəhərinin 28 May küçəsindəki evdə özünü təcrid formada karantinə alınmış Təqsirləndirilən şəxs 20 fevral 2022-ci il tarixdə, saat 18:00 radələrində karantin rejimi qaydalarını pozub yaşadığı, eləcə də özünü təcriddə olduğu ünvanı tərk etməsi və onun aşkar olunaraq saxlanılması prosesinin videogörüntüləri köçürülmüş 1 ədəd Kompakt disk iş üzrə maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 60-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 09 may 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 54-55-ci vərəqələrində olan 28 aprel 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 62-63-cü vərəqələrində olan arayışdan və xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən və mötəbər tibbi sənədlərdən görünür ki, atası onkoloji xəstə olmaqla, himayəsində 09 oktyabr 2016-cı il təvəllüdlü Aydan və qarışıq astiqmatizm, abiotrafiya xəstəliyindən əziyyət çəkən 31 iyul 2011-ci il təvəllüdlü Aytən adında iki yetkinlik yaşına çatmayan uşağı olub, Siyəzən şəhərinin Vaqif küçəsindəki 23 saylı evdə qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Siyəzən RİHB-nin Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bununla da, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratması cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, şahidlərin ifadələri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli, 161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın 4.5-ci bəndinə əsasən yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs onunla birgə yaşayan şəxslərin xəstəliyə yoluxma riskini azaltmaq üçün ayrı otaqda qalmalı, bu mümkün olmadıqda, mənzili yaxşı havalandırmalı, həmin şəxslərlə ən az 1 (bir) metr məsafədə olmalı və ünsiyyət zamanı tibbi maskadan istifadə etməli, şəxsi gigiyena vasitələrini və istifadə etdiyi digər əşyaları onunla birgə yaşayan şəxslərdən təcrid etməli, mənzilin (evin) daxilində mümkün qədər az hərəkət etməli, ümumi istifadə yerlərini tez-tez havalandırmalı, mənzili (evi) tərk etməməlidir. Bu Qaydaların 4-1-ci bəndinin İİ və İİİ yarımbəndlərinə əsasən yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər xəstəliyi yüngül formada keçirdiyi hallarda və onların xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, onlar həkim rəyinə əsasən bu Qaydaların 4.5-ci bəndində göstərilənlərə riayət etməklə, yaşadıqları və ya olduqları yerdə təcrid olunurlar və onların üzərində bu Qaydaların 4.4-cü bəndinə uyğun olaraq tibbi müşahidə həyata keçirilir. Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərə onların hüquq və vəzifələri, həmin şəxslərə göstəriləcək xidmətlərin dairəsi və təcridolunma müddəti barədə məlumat verilir, bu Qaydaların 4.5-ci bəndinin tələblərinin pozulmasına görə qanunda nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti barədə, habelə təcrid müddətində mobil telefonu işlək vəziyyətdə saxlaması və onun söndürülməsinin yolverilməzliyi, eləcə də mobil tətbiq vasitəsilə yaşadığı və ya olduğu yerin müəyyən edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilir və onlardan bu barədə yazılı iltizam alınır. Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxs iltizamı imzalamaqdan imtina etdikdə, bu barədə (ona qanunda nəzərdə tutulmuş məsuliyyəti barədə xəbərdarlıq edildiyi göstərilməklə) 2 (iki) nüsxədə akt tərtib edilir. Aktın bir nüsxəsi yoluxucu xəstəliyə tutulma faktı təsdiq edilmiş şəxsə verilir, digər nüsxəsi tibb müəssisəsində qalır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2021-ci il tarixli, 371 nömrəli Qərarı ilə təsdiq edilmiş “COVİD-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVİD-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması Qaydası”nın 5.3-cü bəndinə əsasən COVİD-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat şəxsin pozitiv PZR test nəticəsi tarixindən 14 gün sonra verilir. “COVİD-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVİD-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2021-ci il tarixli, 371 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2022-ci il tarixli, 28 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2021-ci il tarixli, 371 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “COVİD-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVİD-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması Qaydası”nın 5.3-cü bəndində “14” rəqəmləri “7” rəqəmi ilə əvəz edilmişdir. “Koronavirus (COVİD-19) infeksiyası ilə yoluxma halı təsdiqlənmiş şəxslərin və onlarla təmasda olanların müəyyənləşdirilməsinə, izlənilməsinə və müşahidəsi üzrə tədbirlərin həyata keçirilməsinə, monitorinqinə və dövlət qurumları arasında əlaqələndirilməsinə dair Protokol”a 1 nömrəli əlavənin 9.1-ci bəndinə əsasən yaşayış yerində və ya olduğu yerdə təcridetmə müddəti bitdikdə, yoluxma faktı təsdiq edilmiş şəxs və (və ya) onunla təmasda olanlar üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən onlara SMS bildirişlər göndərilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində onkoloji xəstə atasının, habelə biri xəstə olmaqla, iki yetkinlik yaşına çatmayan uşağının olmasını, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, eləcə də yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs 20 fevral 2022-ci il tarixdə, saat 18:00 radələrində karantin rejimi qaydalarını pozub yaşadığı, eləcə də özünü təcriddə olduğu ünvanı tərk etməsi və onun aşkar olunaraq saxlanılması prosesinin videogörüntüləri köçürülmüş 1 ədəd Kompakt disk cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2500 (iki min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs 20 fevral 2022-ci il tarixdə, saat 18:00 radələrində karantin rejimi qaydalarını pozub yaşadığı, eləcə də özünü təcriddə olduğu ünvanı tərk etməsi və onun aşkar olunaraq saxlanılması prosesinin videogörüntüləri köçürülmüş 1 ədəd Kompakt disk cinayət işində saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-56/2022
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-56/2022
05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver