Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-56/2025 16.12.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, 16 dekabr 2025-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 22 iyun 2025-ci il tarixdə, saat 04:00 radələrində “B1,B, C1, C” kateqoriyalı, BB seriyalı, 221684 saylı sürücülük vəsiqəsi əsasında X1 məxsus, 467177 nömrəli etibarnamə ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Aqua” markalı, **-QB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhədi yolu ilə 60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri vaxtında yerinə yetirməli, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli olduğu halda, bunlara riayət etməyərək və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyib, yol hərəkəti istismarı qaydalarını pozmaqla avtomobili qeyd olunan yol şəraitində idarə edərkən həmin yolun Siyəzən rayonu ərazisindən keçən 84-cü kilometrliyində avtomobilin hərəkət hissəsindən sol tərəfə çıxıb beton səddə dəymiş, nəticədə ehtiyatsızlıqdan avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs1 sağ bud sümüyünün aşağı 1/3-nin yerdəyişən qapalı sınığı, döş qəfəsinin əziyi, burun nahiyəsinin, üst dodağın əzilmiş-cırılmış yaraları ilə nəticələnən, səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid, Zərərçəkmiş şəxs2 isə sol baldır sümüklərinin orta 1/3-nin sümük defekti ilə açıq, qəlpəli yerdəyişən sınığı, geniş ölçülü əzilmiş-cırılmış yarası, sağ diz oynağının əziyi, sıyrıntısı, AKBT, baş beynin orta dərəcəli əzilməsi, sol tərəfli epidural hematoma, sol təpə sümüyünün xətti sınığı, alın-gicgah-təpə nahiyəsinin yumşaq toxumalarının əziyi xəsarətləri ilə nəticələnən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, o, Bakı şəhərində işləsə də, ailə üzləri Şabran rayonunun Pirəmsən kəndində yaşayır. Beləliklə, 22 iyun 2025-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “Toyota Aqua” markalı, **-QB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhədi yolu ilə ailə üzvləri görmək üçün Şabran rayonuna gedərkən, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 onun idarə etdiyi avtomobildə sərnişin qismində əyləşmişlər. Qeyd edir ki, getdiyi ünvana çatacağını fikirləşsə də, vəziyyəti düzgün qiymətləndirməmiş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, avtomobili idarə edərkən yuxulaması səbəbindən hadisə baş vermiş, habelə hadisəni necə baş verməsini xatırlamamaqla yanaşı, hadisədən sonra ayılarkən yerdə uzandığını görmüşdür. Eyni zamanda, onun 13 illik sürücülük təcrübəsi olmaqla bərabər hadisə zamanı surət həddini aşmamış, avtomobili spirtli içkinin təsiri altında idarə etməmiş, avtomobili idarə edərkən mobil telefondan istifadə etməmişdir. Bununla yanaşı hadisədən sonra zərərçəkmiş şəxslərə dəymiş zərəri maaşından hissə-hissə ödəməyi təklif etmiş, lakin onlar dəymiş zərərin birdəfəlik ödənilməsini tələb etmişlər. Həmçinin, zərərçəkmiş şəxslər ilə barışıq əldə etmək üçün təxminən 3-4 dəfə müraciət etmiş, habelə sonuncuların tələbi ilə sığorta şirkəti ilə əlaqə saxlamış, şirkətin məhkəmə qərarını təqdim etdikdən sonra, sığorta ödənişinin ediləcəyini birincilərə bildirmişdir. Odur ki, bütün bunların, həmçinin himayəsində azyaşlı uşağının olmasının nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, eləcə də, cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 22 iyun 2025-ci il tarixdə Sumqayıt şəhərinin ərazisində digər Zərərçəkmiş şəxs2 ilə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə əyləşmişlər, habelə sonuncu 20 manat müqabilində onları Quba rayonuna aparmalı idi. Bu zaman avtomobildə onlardan başqa digər iki şəxs də olmuş, lakin həmin iki şəxs hadisə baş verməzdən öncə yolda nəqliyyat vasitəsindən düşmüşlər. Onlar yolda olan zaman İlyas telefonla çox oynamaqla bərabər sürət həddi də çox olmuşdur. Hadisə baş verən an surət həddi çox olduğu üçün digər zərərçəkmiş Zərərçəkmiş şəxs2 avtomobilin qabaq şüşəsindən çölə düşmüşdür. Gecə yol getdikləri üçün Atif İlyasa təklif etmişdir ki, o maşın idarə etməyi bacarır, əgər yuxuludursa maşını o, idarə etsin. Lakin İlyas bununla da razılaşmamış, həmçinin yol gedən zaman telefonunda oyun oynamışdır. Bundan əlavə, hadisədən sonra Təqsirləndirilən şəxs onlara heç bir maddi yardım göstərmiş, evi olduğunu, həmin evi satıb onlara maddi yardım göstərəcəyinə dair vəd versə də, bu vədinə əməl etməmiş, uzun müddət onlarla maraqlanmamışdır. Eyni zamanda, hazırki iş üzrə məhkəmədən bildiriş gəldikdən sonra, onlar ilə əlaqə saxlasa da, bu zamanda heç bir maddi yardım göstərməmişdir. Odur ki, Təqsirləndirilən şəxs şikayətçidir və barəsində ədalətli cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, hadisə zamanı Təqsirləndirilən şəxs avtomobili yüksək surətlə idarə etməklə bərabər teztez mobil telefondan istifadə etmişdir. Bundan başqa, hadisə zamanı onun sümüyü sınmış, həmçinin bu barədə onun qohumları tərəfindən Təqsirləndirilən şəxs atasına məlumat verilərkən sonuncu “gedək sümük axtaraq” deyə cavab vermişdir. Bununla yanaşı, hadisə zamanı ciddi xəsarətlər almış, habelə ayağını və qolunu işlədə bilmir. Eyni zamanda, hadisədən sonra Təqsirləndirilən şəxs onunla telefon vasitəsi ilə əlaqə saxlayarkən, 5 dəqiqə sonra zəng edəcəyini bildirsə də, 4 aya yaxın müddət keçməsinə baxmayaraq, heç bir əlaqə saxlamamış və maddi yardım da göstərməmişdir. Hazırki vaxta kimi müayinəsinə, müalicəsinə və cərrahi əməliyyatlarına 10000 manat yaxın pul xərcləmiş, həmçinin sağalması üçün təxminən 10000-15000 əlavə xərc çəkməlidir. Bundan başqa o, müharibə iştirakçısıdır, həmçinin himayəsinə iki şəhid övladı götürüb onlara maddi mənəvi yardım göstərir. Hazırki hala düşməsi həmin şəhid övladlarının da saxlanılmasında, xərclərinin qarşılanmasında çətinlik törədir. Odur ki, Təqsirləndirilən şəxs şikayətçidir və barəsində ədalətli cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Şahid ifadəsində göstərdi ki, o, hazırki məhkəmə iclasına şahid qismində deyil, zərərçəkmiş şəxs qismində gəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdiyi avtomobil onun tərəfindən birinciyə hadisədən təxminən 10-15 gün əvvəl bir günü 35 manat müqabilində icarəyə verilmiş, habelə aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs avtomobili Bakı şəhəri ərazisində idarə etməli idi. Lakin Təqsirləndirilən şəxs ilə yazılı icarə müqaviləsi imzalayıbimzalamadığı dəqiq yadında deyil. Hadisədən bir gün öncə Təqsirləndirilən şəxsla icarə pulunun ödənilməsi məqsədi ilə əlaqə saxlamış, habelə həmin tarixdə sonuncunun 2-3 gün gecikdirməsi olmuşdur. Beləliklə, aralarında olan danışığa əsasən Təqsirləndirilən şəxs növbəti gün saat 11:00-da ödəniş edəcəyinə dair vəd versə də, növbəti gün sonuncunun mobil telefonuna zəng çatmamışdır. Bundan sonra, avtomobilə quraşdırılan CPS vasitəsi ilə avtomobilin Siyəzən rayonunun Zarat kəndi ərazisində olan stasionar posta olduğunu müəyyən etmişdir. Daha sonra, həmin posta gəlib avtomobili görsə də, Saray qəsəbəsində yerləşən stasionar posta getdikdən sonra, hadisə barədə məlumat almışdır. Bundan əlavə, hadisədən sonra, Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, habelə sonuncunun 1 saylı Şəhər Kliniki Xəstəxanasında olduğunu öyrənmişdir. Lakin, Təqsirləndirilən şəxs xəstəxanadan çıxdıqdan sonra, onun zənglərinə cavab verməmiş, avtomobilə dəymiş ziyanı ödəməmiş, habelə, hadisədən iki həftə sonra avtomobil ona qaytarılmaqla, avtomobilin təmirinə 9500 manat pul xərcləmişdir. Məhkəmə iclasında elan edilmiş, işin 27-ci səhifəsində olan BB seriyalı, 221684 saylı sürücülük vəsiqəsinin surətindən, həmçinin işin 58-ci səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 15 iyul 2025-ci il tarixli, 3-13-16/2- 141189/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 11 fevral 2022-ci il tarixdən 11 fevral 2032-ci il tarixədək “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Məhkəmə iclasında elan edilmiş işin 28-ci səhifəsində olan BB seriyalı, 689978 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, eləcə də, işin 29-cu səhifəsində olan 28 mart 2025-ci il tarixli etibarnamənin surətlərindən görünür ki, “Toyota Aqua” markalı, **-QB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3 bu avtomobili 16 iyun 2025-ci il tarixdən 16 iyun 2026-cı il tarixədək idarə etmək üçün Təqsirləndirilən şəxs etibar etmişdir. Məhkəmə iclasında elan edilmiş işin 61-62-ci səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 avqust 2025-cü il tarixli, 8/1616 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Toyota Aqua” markalı, **-QB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Sadiq oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin İİİ bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə iclasında elan edilmiş, işin 60-cı səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş, işin 55-57-ci səhifələrində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 məhkəmə-tibb ekspertizasının 10 iyul 2025-ci il tarixli, 2376/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazlon, 1,4-benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş, işin 64-66-cı səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 məhkəmə-tibb ekspertizasının 20 avqust 2025-ci il tarixli, 1280 saylı rəyindən görünür ki, 1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə tibbi ekspertizasına, Sumqayıt şəhər TTYX-nin tərtib etdiyi 1463 saylı xəstəlik tarixinə əsasən Zərərçəkmiş şəxs1 bədəni üzərində sağ bud sümüyünün aşağı 1/3-nin yerdəyişən qapalı sınığı, döş qəfəsinin əziyi, burun nahiyəsinin, üst dodağın əzilmiş-cırılmış yaraları nəticəsinə gəlinmiş, habelə qərarda göstərilən vaxtda və şəraitdə yəni, xx.xx.2025-ci il tarixində YNH-si zamanı əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. Məhkəmə iclasında elan edilmiş, işin 68-71-ci səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 məhkəmə-tibb ekspertizasının 20 avqust 2025-ci il tarixli, 1281 saylı rəyindən görünür ki, 1971-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə tibbi ekspertizasına, Sumqayıt şəhər TTYX-nın tərtib etdiyi 1464 satlı xəstəlik tarixinə əsasən Zərərçəkmiş şəxs2 bədəni üzərində sol baldır sümüklərinin orta 1/3-nin sümük defekti ilə açıq, qəlpəli yerdəyişən sınığı, geniş ölçülü əzilmiş-cırılmış yarası, sağ diz oynağının əziyi, sıyrıntısı, AKBT, baş beynin orta dərəcəli əzilməsi, sol tərəfli epidural hematoma, sol təpə sümüyünün xətti sınığı, alıngicgah-təpə nahiyəsinin yumşaq toxumalarının əziyi nəticəsinə gəlinmiş, habelə qərarda göstərilən vaxtda və şəraitdə yəni, xx.xx.2025-ci il tarixində YNH-si zamanı əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. Məhkəmə qeyd edir ki, iş üzrə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə təqsirli olması həmçinin cinayət işinə əlavə olunmuş, ibtidai istintaq zamanı keçirilmiş hadisə yerinə və nəqliyyat vasitələrinə baxış keçirilməsi haqqında protokollarla da sübuta yetirilir. Məhkəmə iclasında elan edilməklə işin 45-ci səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 01 iyul 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş işin 167-180-ci səhifələrində olan sübutların qiymətləndirilməsi haqqında 30 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Aqua” markalı, **-QB-*** qeydiyyat nişanlı avtomobil üzərində hadisənin izlərini saxladığından iş üzrə maddi sübut kimi tanınmış və sahibinə geri qaytarılması nəzərə alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 146-147-ci vərəqələrində olan 29 oktyabr 2025-ci il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 21 may 2022-ci il təvəllüdlü Ayxan adında bir azyaşlı övladı olan Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsini, zərərçəkmiş şəxslərin və şahidin ifadələrini, ekspert rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.1-1ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs Sadiq oğlunun himayəsində bir azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sadiq oğlunun cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs Sadiq oğlunun barəsində cəza növü və həddi müəyyən edərkən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, dəymiş ziyanı ödəməməsini, törətdiyi əmələ görə mənəvi sarsıntı və iztirab keçirməməsini, bu əməli nəticəsində zərərçəkmiş şəxslərin ağır həyat şəraitinə düçar olmasını dərk etməməsini, zərərçəkmiş şəxslərə qarşı laqeyd və etinasız münasibət göstərməsini, sonuncuların ondan şikayət etməsini, beləliklə şəxsiyyətini səciyyələndirən bu kimi halların mövcud olmasını, habelə həyat şəraitini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsini və məhkəmə iclas zalından həbs edilməklə, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsini qanuni və əsaslı hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Sadiq oğlu barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilməklə onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs Sadiq oğlunun cəzasının əvvəli 16 dekabr 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Sadiq oğlu barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sadiq oğlu təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Toyota Aqua” markalı, **-QB-*** qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibi X1 qaytarılmış hesab edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məhkəmə xərci Təqsirləndirilən şəxs Sadiq oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 16 dekabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Aqua” markalı, **-QB-*** qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibi X1 qaytarılmış hesab edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Günel Quluzadə
Məhkəmə qərarları › İş №1(059)-56/2025
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-56/2025
16.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver