Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-57/2022 07.07.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, Müdafiəçilər- fərdi fəaliyyət göstərən vəkillər Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə 07 iyul 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 2001-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Azərbaycan Respublikası Kooperasiya Universitetinin İİ kurs tələbəsi, işləməyən, İİİ dərəcə əlil, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Siyəzən rayonu, Yenikənd kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə və xx xxxx 2000-ci il tarixdə Siyəzən rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, “X7 Company” MMC-də ofisiant köməkçisi işləyən, əvvəllər məhkum olunmamış, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 0,066 qram təşkil edən narkotik vasitə olan heroini, ümumi təmiz çəkisi 1,081 qram təşkil edən psixotrop maddə olan metanfetamini və təsiredici maddəsinin miqdarı 0,05 qram olan güclü təsir edən maddə tramadolu üzərində saxlamış və həmin vasitələri 19 mart 2022-ci il tarixdə, saat 19:00 radələrində Bakı şəhərinin Yasamal rayonunundakı A.Şərifzadə küçəsi ərazisində gələcəkdə özünün istifadə etmək məqsədilə müvəqqəti saxlaması üçün qohumu Təqsirləndirilən şəxs1 vermiş, habelə sonuncu 19 mart 2022-ci il tarixdə, saat 22:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Bakı-Quba beton yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində saxlanılaraq, gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin sol iç cibindən 1 ədəd “West” markalı siqaret qutusunun içərisində ümumi təmiz çəkisi 1,081 qram, hər birinin ayrıayrılıqda çəkiləri 0,724 və 0,357 qram olan 1 ədəd gümüşü rəngli bükülüdə, əlavə 1 ədəd ağ rəngli kağız bükülüdə psixotrop maddə metamfetamin, 1 ədəd sellofan bükülüdə 0,066 qram narkotik vasitə heroin, 1 ədəd təsiredici maddəsinin miqdarı 0,05 qram olan ağ göy rəngli dərman kapsulunda güclü təsiredən maddə tramadol, 3 ədəd gümüşü rəngli falqa kəsikləri aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 qohumu Təqsirləndirilən şəxs2 sonradan sonuncunun istifadə etməsi üçün müvəqqəti Siyəzən rayonunda saxlamaq məqsədilə 19 mart 2022-ci il tarixdə, saat 19:00 radələrində Bakı şəhərinin Yasamal rayonundakı A.Şərifzadə küçəsində qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 0,066 qram təşkil edən narkotik vasitə olan heroini, ümumi təmiz çəkisi 1,081 qram təşkil edən psixotrop maddə olan metanfetamini və təsiredici maddəsinin miqdarı 0,05 qram olan ağ göy rəngli dərman kapsulunda güclü təsiredən maddə 1 ədəd tramadolu üzərində saxlamış və daşıyaraq Siyəzən rayonu ərazisinə gətirmiş, habelə həmin gün, saat 22:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Bakı-Quba beton yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində saxlanılaraq, gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin sol iç cibindən 1 ədəd “West” markalı siqaret qutusunun içərisində ümumi təmiz çəkisi 1,081 qram, hər birinin ayrı-ayrılıqda çəkiləri 0,724 və 0,357 qram olan 1 ədəd gümüşü rəngli bükülüdə, əlavə 1 ədəd ağ rəngli kağız bükülüdə psixotrop maddə metamfetamin, 1 ədəd sellofan bükülüdə 0,066 qram narkotik vasitə heroin, 1 ədəd təsiredici maddəsinin miqdarı 0,05 qram olan ağ göy rəngli dərman kapsulunda güclü təsiredən maddə tramadol, 3 ədəd gümüşü rəngli falqa kəsikləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, təxminən 1 il olar narkotiklərdən çəkmə üsulu ilə istifadə etmişdir. Belə ki, narkotik vasitə heroindən aradabir istifadə etsə də, psixotrop maddə metanfetamindən mütəmadi olaraq istifadə etmişdir. O, 18 mart 2022-ci il tarixdə, təxminən saat 11-12:00 radələrində kirayə yaşadığı Bakı şəhərinin Yasamal rayonundakı Şərifzadə küçəsində yerləşən binanın girişindən həyətə çıxdığı vaxt, girişdə olan qapının üzərində “West” markalı siqaret qutusunun gizlədildiyini, həmin qutunun içərisində isə 3 ədəd siqaretin, narkotik vasitə heroinin, psixotrop maddə metanfetaminin, istifadə olunmuş falqaların və tramadol dərman həbinin olduğunu görmüşdür. Bundan sonra, həmin qutunu oradan götürüb cibinə qoymuş, habelə qutunun içərisindəki siqaretləri istifadə etmişdir. Növbəti gün, yəni, 19 mart 2022-ci il tarixdə, saat təxminən 18-19:00 radələrində Təqsirləndirilən şəxs1 zəng vurub, sonuncu ilə Bakı şəhərinin Yasamal rayonundakı Şərifzadə küçəsində görüşmüş və həmin vaxt Kənan Siyəzən rayonunun Yenikənd kəndinə gedəcəyini bildirdikdə, o, Kənana tapdığı predmetlər barədə məlumat verib, onları yaşadıqları Siyəzən rayonu, Yenikənd kəndinə apara bilib-bilməyəcəyi ilə maraqlanmış, sonuncu isə kəndə gedəcəyini və həmin predmetləri apara biləcəyini qeyd etmişdir. O, tapdığı qutunu özündə saxlamaqdan qorxduğu üçün içərisindəki predmetlərlə birlikdə Kənana vermiş, daha sonra kirayə yaşadığı evə qayıtmışdır. Qutunu Kənana verməkdə məqsədi Novruz bayramı münasibəti ilə kəndə gedən vaxt, həmin predmetləri sonuncudan geri almaq olmuşdur. Daha sonra, bayram günü mobil telefona zəng gəlib, Kənanın Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən saxlanıldığı, onun da, rayon Polis Şöbəsinə getməli olduğu bildirildikdə, o, 21 mart 2022-ci il tarixdə şöbəyə gedib, hadisəni oldğu kimi danışaraq, təqsirini etiraf etmişdir. Bundan əlavə, Kənana tapdığı predmetləri yaşadıqları kəndə aparması üçün pul və ya digər əvəzli əşya verməmiş, habelə sonuncu da buna görə ona heçnə verməmişdir. Həmçinin, o, tapdığı predmetlərdən istifadə etməmiş, narkotik vasitələrin, psixotrop maddənin satışı ilə məşğul olmamışdır. Eyni zamanda, Kənana həmin narkotiklərdən istifadə etməsi barədə heç nə bildirməmiş, sonuncunun da narkotikdən istifadə etməsi barədə məlumatlı olmamaqla, istifadə etməsini görməmişdir. Bundan başqa, nə hadisədən əvvəl, nə də ki, sonra Kənandan onun üçün narkotik aparmasını istəməmişdir. Beləliklə, törətdiyi əməldən peşman olmasının, eləcə də Azərbaycan Kooperasiya Universitetində “komputer mühəndisliyi” istixası üzrə təhsil almasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, digər təqsirləndirilən şəxs Kənan Seydayevin və şahidin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, 19 mart 2022-ci il tarixdə Bakı şəhərinin Nizami rayonu ərazində yerləşən kirayə yaşadığı evdə Təqsirləndirilən şəxs2 ilə mobil telefonla danışarkən, sonuncu Yasamal rayonuna gəlib-gəlməyəcəyi barədə maraqlandıqda, o, gələcəyini bildirmişdir. Belə ki, Bəhram atasının xalası nəvəsi olmaqla, onunla adətən görüşüb, bir yedə çay içirlər. Bundan əlavə, Təqsirləndirilən şəxs2lə aralarında dostluq münasibətləri vardır. Həmin gün, axşama yaxın Bakı şəhərinin Yasamal rayonuna gedib, Şərifzadə küçəsində Bəhram ilə görüşdüyündə, sonuncu “West” markalı siqaret qutusunun içərisində narkotik vasitə tapdığını bildirib, ondan həmin qutunu yaşadıqları Siyəzən rayonunun Yenikənd kəndinə aparmasını xahiş etmişdir. Bu zaman o, Təqsirləndirilən şəxs2 Novruz bayram ilə əlaqədar kəndə getdiyini, qutunu da apara biləcəyini bildirmiş, habelə həmin qutunu qoyduğu paketi Bəhramdan almışdır. Belə ki, həmin qutunu özü ilə yaşadığı kəndə aparmalı, Bəhram bayram münasibəti ilə rayona gəldikdə isə həmin qutunu ona qaytarmalı idi. Bundan sonra, Bakı şəhərinin Şərizadə küçəsindən taksi ilə Nizami rayonuna gedib, özünə məxsus çantanı oradan götürmüşdür. Eyni zamanda o, Nizami metro stansiya ilə 20 Yanvar metrostansiya metro vasitəsilə getməli, habelə bu vaxt metronun girişində paketi yoxlanışa təqdim etməli olduğundan, paketin içərisində olan “West” markalı siqaret qutusunu paketdən çıxardıb, onu atmış, qutunu isə əynində olan gödəkcənin sol iç cibinə qoymuşdur. Daha sonra, 20 Yanvar metrostansiyası yaxınlığında taksiyə əyləşib, Siyəzən rayonuna gəlmiş, rayona çatdıqdan sonra, beton yolun kənarında “Balıq Bazarı” deyilən ərazidə avtomobildən düşmüş və yaşadığı kəndə getmək üçün orada gözləməyə başlamışdır. Bu zaman polis əməkdaşları gəlib, onu rayon Polis Şöbəsinə aparmış, habelə orada, növbətçi hissədə hüquq və vəzifələri izah olunaraq, videoçəkiliş vasitəsi ilə, eləcə də, Müdafiəçi1 iştirakı təmin edilməklə, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkcənin sol iç cibinə qoyduğu içərisində narkotik vasitə və psixotrop maddə olan qutu aşkar olunaraq götürülmüşdür. Bundan əlavə, faktla bağlı izahatı alınmış, qutunu Bəhramdan aldığını bildirmiş, həmçinin iki gün RPŞ-nin müvəqqəti saxlama yerində saxlanılmışdır. Bundan əlavə, sözügedən qutunu Siyəzən rayonuna gətirməsi üçün Bəhramdan heç nə tələb etməmişdir. Eyni zamanda o, təxminən 2017-2018-ci illərdə narkotik vasitə marixuanadan istifadə etmişdir. Hazırda əməlindən peşman olmasının nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, digər Təqsirləndirilən şəxs2 və şahidin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, şahid Siyəzən RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hadisədən öncə tanımamışdır. 19 mart 2022-ci il tarixdə, saat 22:00 radələrində Təqsirləndirilən şəxs1 Bakı şəhərindən Siyəzən şəhərinə narkotik daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında sonuncunun Siyəzən şəhəri “Balıq Bazarı” adlanan ərazidə olacağını bilmişlər. Həmin gün “Balıq Bazarı” adlanan əraziyə gedib, Təqsirləndirilən şəxs1 yaxınlaşmış, həmçinin ona üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğu üçün onlarla rayon Polis Şöbəsinə getməli olduğunu qeyd etmişlər. Bundan sonra, RPŞ-də müstəntiq Şamil Rzayevin və müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə Kənanın üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Bu zaman təklif əsasında Kənan əynində olan qara rəngli gödəkcənin sol iç cibindən “West” markalı siqaret qutusunu təqdim etmişdir. Həmin qutunun ağzına yapışdırılmış yara bandı tərəflərindən açıldıqdan sonra, qutunun içərisinə baxış keçirilməsinə başlanılmışdır. Bu zaman oradan gümüşü və şəfaf rəngli bükülülərin olması, bükülülərdən birinin içərisindən narkotik vasitə heroinə bənzər kütlənin, bəzilərinin içərisində psixotrop maddə metanfetaminə bənzər kütlənin, bəzilərinin içərisinin isə boş olması, habelə qutunun içərisində dərman həbinin olması müəyyən olunmuşdur. Daha sonra, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtrış davam etdirilərkən, 2 ədəd bank kartı və 2 ədəd ayrı-ayrılıqda “Dirol” saqqız qablaşdırılması aşkar olunsa da, əlavə qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bundan sonra, aşkar edilmiş predmetlər müvafiq qaydada qablaşdırılmış, qablaşdırmanın üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs1 qarşı polis əməkdaşları tərəfindən qeyri-qanuni hərəkətlərə yol verilməmiş, Kənan aşkar olunmuş predmetlərin Təqsirləndirilən şəxs2 məxsus olmasını, sonuncu üçün Bakı şəhərindən gətirdiyini bildirmiş, həmçinin Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat olmamışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 36-37-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 mart 2022-ci il tarixli, 6/1607 saylı ekspert rəyindən görünür ki, üzərində AR DİN “Zərflər üçün №96” möhür əksi, “vət. Təqsirləndirilən şəxs1 əynində olan...” və s. yazılar, imzalar olan kağız paketdəki 1 ədəd “West” markalı siqaret qutusunun içərisində 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,357 qram, 0,724 qram, ümumi təmiz çəkiləri 1,081 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metanfetamindir, 2 ədəd bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, 1 ədəd bükümüdə təmiz çəkisi 0,066 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 ədəd blister kəsiyindəki 1 ədəd ağ/göy rəngli dərman kapsulunun tərkibində tramadol maddəsi müəyyən edilmiş, həmçinin 1 ədəd kapsulun tərkibində tramadolun təsiredici maddəsinin miqdarı 0,05 qram təşkil etmişdir. 3 ədəd folqa kəsiklərindən 2 ədədində hər hansı maddə izləri müəyyən edilməmişdir. Üzərində qara rəngli izlər olan folqa kəsiyi termiki təsirə məruzə qaldığından və bu səbəbdən həmin izlərə məxsus maddənin tərkibi dəyişdiyindən növünü müəyyən etmək mümkün olmamışdır. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına, tramadol isə Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli qanunu ilə təsdiq olunmuş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxildirlər. Aşkar edilərək götürülmüş heroinin təmiz çəkisi 0,066 qram təşkil etmiş, tədqiqata 0,03 qram sərf edildikdən sonra qalıq 0,036 qram, metamfetaminin təmiz çəkisi 1,081 qram təşkil etmiş, tədqiqata 0,1 qram sərf edildikdən sonra qalıq 0,981 qram qalmış, həmçinin 1 ədəd tramadol kapsulunun 0,5 ədədi sərf edilmişdir. Cinayət işinin 35-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, materialların məhkəmə ekspertizasının dəyəri 110 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 127-128-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 09 aprel 2022-ci il tarixdə verilmiş 1709 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 132-133-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 09 aprel 2022-ci il tarixdə verilmiş, 1713 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərdən istifadə etmə halları olsa da, halhazırda sonuncuda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 24-26-cı vərəqələrində olan 19 mart 2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, 19 mart 2022-ci il tarixdə, saat 22:40-dan saat 22:57-dək olan müddət ərzində Təqsirləndirilən şəxs1 üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin sol iç cibindən 1 ədəd “West” markalı siqaret qutusunun içərisində ittihamın əsasını təşkil edən ayrı-ayrılıqda 1 ədəd gümüşü rəngli və 1 ədəd ağ rəngli kağız bükülülərdə psixotrop maddə metamfetaminə, 1 ədəd sellofan bükülüdə narkotik vasitə heroinə bənzər kütlələr, 1 ədəd ağ göy rəngli dərman kapsulunda güclü təsiredən maddə tramadol, 3 ədəd gümüşü rəngli falqa kəsikləri aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 105-107-ci, eləcə də 160-174-cü vərəqələrində olan müvafiq olaraq 23 mart 2022-ci il tarixli maddi sübut kimi tanımaq haqqında, 01 iyun 2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş qalıq çəkisi 0,036 qram olan narkotik vasitə heroin, 0,981 qram psixotrop maddə metamfetamin, 0,5 ədəd tramadol kapsulu maddi sübut kimi tanınaraq saxlanılması üçün Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs1 üzərində keçirilmiş şəxsi axtarışın 2 ədəd görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk də iş üzrə maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə olunmuşdur. Həmçinin, cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından qeyd olunan şəxslər barəsində həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 114-115-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 05 və 06 aprel 2022-ci il tarixli tələbnamələrindən görünür ki, müvafiq olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 18-ci vərəqəsində olan 19 mart 2022ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 63-64-cü vərəqələrindəki 21 mart 2022-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Siyəzən RPŞ-nin MSY-dən azad edilməklə, onun barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 77-ci vərəqəsində olan 21 mart 2022ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 100-101-ci vərəqələrindəki 22 mart 2022-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Ağayev X3 RPŞ-nin MSY-dən azad edilməklə, onun barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 125-126-cı vərəqələrində olan xasiyyətnamədən və arayışdan, eləcə də iş materiallarına əlavə edilmiş ambulator xəstənin tibb kartasından çıxarışdan və Azərbaycan Kooperasiya Universitetinin 04 iyul 2022-ci il tarixli, 19 nömrəli arayışından görünür ki, müddətsiz İİİ dərəcə əlil, həmçinin Azərbaycan Kooperasiya Universitetinin qiyabi şöbəsində “komputer mühəndisliyi” ixtisası üzrə İİ təhsil ilində oxumaqla, Siyəzən rayonunun Yenikənd kəndində yaşayan Təqsirləndirilən şəxs2 barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 123-124-cü vərəqələrində olan arayışdan və xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası medalının vəsiqələrinin surətlərindən, elektron məhkəmə informasiya sistemindən çıxarışdan və 21 iyun 2022-ci il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Füzulinin, Xocavəndin və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilməklə, müharibə veteranı kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alan, “X7 Company” MMC-də ofisiant köməkçisi işləyən, Siyəzən rayonunun Yenikənd kəndində yaşayan Təqsirləndirilən şəxs1 barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş İ Siyahının 5ci bəndinə əsasən heroin 0,15 qramdan artıq miqdarda olduqda şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilmişdir. Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli Qanunu ilə təsdiq olunmuş "Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı"nın 79-cu bəndinə əsasən tramadol hidroxloridin ((bütün tramadol tərkibli dərman vasitələrinə şamil olunur. (+/-)-trans-2-[(dimetilamin) metil]-1-(m-metoksifenil)- tsikloheksan-1-ol hidroxlorid)) külli miqdarı (qramlarla) daxil olmaqla aşağı həddi 6 qram müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair" 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların İ siyahısının 5-ci bəndinə görə 0,15 qramdan artıq (təmiz halda qramlarla) heroin şəxsi istehlak miqdarından artıq, 2 qramdan artıq (təmiz halda qramlarla) isə heroin isə külli miqdarda hesab edilir. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs2 tərəfindən əldə edilsə də, Təqsirləndirilən şəxs1 üzərində saxlamaqla, daşımış olduğu psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq olsa da, aşkar edilərək götürülmüş digər narkotik vasitə olan 0,066 qram heroin şəxsi istehlak miqdarından az təşkil edir. Eyni zamanda, məhkəmə istintaqı zamanı işin faktiki halları, habelə tədqiq edilmiş mötəbər sübutlarla aşkar edilərək, götürülmüş güclü təsir edən tramadol kapsulunun əldə edilməsinin, saxlanmasının və daşınmasının təqsirləndirilən şəxslər tərəfindən satış məqsədilə edilməsi halları müəyyən edilməmişdir. Belə olan halda, təqsirləndirilən şəxslərin cinayət məsuliyyəti aşkar edilmiş metamfetaminə görə yaransa da, aşkar edilmiş narkotik vasitə olan heroinin miqdarı şəxsi istehlak miqdarından az təşkil edir ki, bu da onların həmin narkotik vasitəyə görə cinayət məsuliyyətinə cəlb edilmələrindən ötrü ittiham verilməsini istisna edir. Bundan əlavə, güclü təsir edən tramadol kapsulunun əldə edilməsinin, saxlanmasının və daşınmasının təqsirləndirilən şəxslər tərəfindən satış məqsədilə edilməsi hallarının müəyyən edilməməsi onların həmin maddəyə görə cinayət məsuliyyətinə cəlb edilmələrini mümkünsüz edir. Eyni zamanda, məhkəmə ibtidai araşdırma orqanının təqsirləndirilən şəxslərə psixotrop maddə metamfetamini əldə edib, saxlanmasına və daşınmasına görə verilmiş ittihamın əsaslı olması barədə gəldiyi nəticə ilə razılaşsa da, digər narkotik vasitəyə və güclü təsir edən maddəyə münasibətdə ittihamın əsaslı olması barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab etməyərək, hesab edir ki, narkotik vasitə olan 0,066 qram heroinin, eləcə də 1 ədəd təsiredici maddəsinin miqdarı 0,05 qram olan ağ göy rəngli dərman kapsulunda güclü təsiredən maddə tramadolun qanunsuz olaraq əldə edilməsinə, saxlanılmasına və daşınmasına dair müddəalar təqsirləndirilən şəxslərə verilmiş ittihamdan çıxarılmalıdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan, qanunsuz olaraq psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, saxlama və daşıma cinayət əməllərini törətmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxslərin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə yanaşı şahid ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və onlar müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun əməlini könüllü etiraf edərək, bundan səmimi peşmançılıq hissi keçirməsini, gəncliyini, ali təhsil almasını, İİİ dərəcə əlil olmasını, həmçinin yaşayış yeri üzrə barəsində şikayət olmamaqla, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, o cümlədən törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etməklə, artıq cinayət işinin məhkəməyədək icraat dövründə islah yoluna qədəm qoymasını nümayiş etdirməsini, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində onun islahına nail olunacağının müəyyən olunmamasını, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların, xüsusilə də müddətsiz İİİ dərəcə əlil olmaqla, yanaşı Azərbaycan Kooperasiya Universitetinin qiyabi şöbəsində “komputer mühəndisliyi” ixtisası üzrə İİ təhsil ilində oxumasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddinin ½ hissəsində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 21 mart 2022-ci il tarixdən 22 mart 2022-ci il tarixədək həbsdə saxlanıldığı bir gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun Bakı şəhərində qiyabi ali təhsil almasını və bu təhsilini səmərəli şəkildə davam etdirməsini nəzərə alaraq, ona hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən, Xızı, Abşeron rayonlarının və Bakı, Sumqayıt şəhərlərinin ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin ona hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən, Xızı, Abşeron rayonlarının və Bakı, Sumqayıt şəhərlərinin ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun əməlindən səmimi peşmançılıq hissi keçirməsini, gəncliyini, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında fəal iştirak etməklə, Füzulinin, Xocavəndin və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilməsini, faydalı əmək fəaliyyəti ilə məşğul olmasını, həmçinin yaşayış yeri üzrə barəsində şikayət olmamaqla, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Sənan Şeydayevin şəxsiyyətini, o cümlədən törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etməklə, artıq cinayət işinin məhkəməyədək icraat dövründə islah yoluna qədəm qoymasını nümayiş etdirməsini, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində onun islahına nail olunacağının müəyyən olunmamasını, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların, xüsusilə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməklə, Füzulinin, Xocavəndin və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilməsini, müharibə veteranı kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü olmasını, faydalı əmək fəaliyyəti ilə məşğul olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddinin ½ hissəsində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 19 mart 2022-ci il tarixdən 21 mart 2022-ci il tarixədək həbsdə saxlanıldığı bir gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun Şabran rayonunda “X7 Company” MMC-də işləməsini və bu işini səmərəli şəkildə davam etdirməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən və Şabran rayonlarının ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin ona hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən və Şabran rayonlarının ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş qalıq çəkisi 0,036 qram olan narkotik vasitə heroin, 0,981 qram psixotrop maddə metamfetamin, 0,5 ədəd tramadol kapsulu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs1 üzərində keçirilmiş şəxsi axtarışın 2 ədəd görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 110 manat məhkəmə xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 344-347-ci, 349-cu, 351-353, 356, 358, 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 1 (bir) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən, Xızı, Abşeron rayonlarının və Bakı, Sumqayıt şəhərlərinin ərazilərini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən, Xızı, Abşeron rayonlarının və Bakı, Sumqayıt şəhərlərinin ərazilərini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən və Şabran rayonlarının ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs1 hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən və Şabran rayonlarının ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq, Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş qalıq çəkisi 0,036 qram olan narkotik vasitə heroin, 0,981 qram psixotrop maddə metamfetamin, 0,5 ədəd tramadol kapsulu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs1 üzərində keçirilmiş şəxsi axtarışın 2 ədəd görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada məhkəmə məsrəfi hesab olunan 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-57/2022
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-57/2022
07.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver