Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-59/2025 04.03.2026 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə 04 mart 2026-cı il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, audio və video qeydiyyat aparılmaqla, açıq məhkəmə iclasında xx xxxx 1999-cu il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Siyəzən Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 2.6-cı bəndi tətbiq edilməklə, Siyəzən rayon icra və probasiya şöbəsinin 29 dekabr 2025-ci il tarixli qərarına əsasən sözügedən hökm üzrə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş hissəsindən azad edilmiş, 12 yanvar 2026-cı il tarixdə həmin şöbənin qeydiyyatından çıxarılmış, üzərində məhkumluğu olan, Siyəzən şəhərinin X8 küçəsində yerləşən 37 saylı evdə qeydiyyatda olmaqla, şəhərin Heydər Əliyev küçəsindəki 38 saylı evdə yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 24 may 2025-ci il tarixdə, axşam saatlarında “Salehin mağazası” adlanan yerin qarşısında əmisinin qayınatası olan Zərərçəkmiş şəxs ilə aralarında yaranmış sözlü mübahisəni bəhanə gətirərək, 25 may 2025-ci il tarixdə, saat 05 radələrində atası Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vurub onu nalayiq ifadələrlə təhqir etdikdən sonra, sərxoş vəziyyətdə zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilməyən və üzərində sonradan hər hansı əlavə və dəyişikliklər edilməmiş təsərrüfat məişət təyinatlı mətbəx bıçağı ilə ictimai yer hesab olunan zərərçəkmiş şəxsin yaşadığı Siyəzən şəhərinin Aydın Qaradağlı küçəsinə gələrək, orada qərəzli hərəkətlər edib ucadan Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətmiş, sonuncu Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərinə görə yaşadığı evdən sözügedən küçəyə çıxdıqda onun əlində bıçaq görüb özünü müdafiə etmək məqsədi ilə həyətdən bel götürərək əlində saxlamış, bu zaman Təqsirləndirilən şəxs, heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutub ictimai asayişi pozmaqla, onun səs-küyünə yuxudan oyanaraq ora toplaşmış qonşuların gözü qarşısında öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərib özünü ətrafdakılara qarşı qoymaqla, heç bir əsaslı səbəb olmadan əlində olan bıçaqla zərərçəkmiş şəxsin üzərinə hücum etmiş, sonuncu özünü müdafiə etmək məqsədi ilə əlində saxladığı beli önə verərək bıçağı onun əlindən aldıqda belin sapı qırıldığı üçün Təqsirləndirilən şəxs həmin sapı götürərək ondan silah qismində istifadə etməklə qəsdən Zərərçəkmiş şəxs bədən nahiyəsinə bir neçə dəfə zərbə vuraraq sonuncuya başın alın nahiyəsinin əziyi, üst dodağın sıyrığı, sol kürək altı nahiyənin və sol budun qançırları və sağ saidin hemotoma halında əziyi xəsarətləri ilə nəticələnən, dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməməklə, ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əmisi Şahid3 qayınatası olmaqla, əmisi Şahid3 onun atası Şahid6 mərhum ana babası Eynulla tərəfindən vəsiyyətnamə ilə verilmiş Şabran rayonunun Ağbaş kəndində yerləşən evi icazəsiz satdığından aralarında narazılıqlar yaranmışdır. 24 may 2025-ci il tarixdə, təxminən saat 23 radələrində Siyəzən şəhərinin Heydər Əliyev prospektində yerləşən “Salehin mağazası”nın yaxınlığında olarkən, Zərərçəkmiş şəxs ilə aralarında sözügedən evin sənədləşdirmə işlərinin həyata keçirilməsi üçün onun imza atmasına ehtiyac olduğundan mübahisə yaranmış, habelə o, qaçaraq həmin ərazidən uzaqlaşıb, yaşadığı Siyəzən şəhərinin Heydər Əliyev küçəsindəki 38 saylı evə getmişdir. Bundan sonra, o, özü təxminən bir litrdən artıq spirtli içki olan araq içib, yatmışdır. 25 may 2025-ci il tarixdə, saat təxminən 04:00 radələrində sərxoş vəziyyətdə yuxudan oyanmış, habelə atası Şahid6 yaşadıqları küçədə olduğunu və həmin vaxt idarə etdiyi “Ford” markalı avtomobil ilə işə getmək istədiyini görmüşdür. Belə ki, atası Şahid6 satılmış Şabran rayonunun Ağbaş kəndində yerləşən evin pulunu Şahid3 istəməsini bildirmişdir. Daha sonra, o, atası Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq, sonuncuya hansı səbəbdən onun anasının ünvanına nalayiq ifadələr işlətdiyini qeyd etmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs əlində bel ilə Siyəzən şəhərinin Aydın Qaradağlı küçəsinə çıxmış, həmin bel ilə onun əlinə xəsarət yetirmişdir. Bununla da, Zərərçəkmiş şəxs onun anasının ünvanına nalayiq ifadə işlətdiyi üçün o da, öz növbəsində zərərçəkmiş şəxsin anasının ünvanına nalayiq ifadələr işlətmiş və yaşadığı evə geri qayıdaraq, oradan da, Siyəzən rayon Polis Şöbəsinə getmişdir. Beləliklə, təxminən 3-5 dəqiqə davam edən mübahisə zamanı orada Ülkər, Ceyhun və atası Cavid olmuşdur. Bundan başqa, hadisə zamanı onun əlində bıçaq olmamaqla yanaşı, Zərərçəkmiş şəxs özünü müdafiə etmək üçün bel sapını almamışdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması zərərçəkmiş şəxsin, eləcə də şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs mövqeyinə münasibətdə məhkəmə qeyd edir ki, o, hazırda Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə özünü təqsirli bilməsə də, əslində ifadələrində işin faktiki halları ilə bağlı baş verənləri müəyyən qədər izah etmiş, habelə bu zaman fikirlərini səlis şəkildə ifadə etməklə, törətdiyi əməlin mahiyyətini aydınlaşdırmışdır. Məhkəmə iclasında elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləməməklə Siyəzən Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, qəti olaraq 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Bundan başqa, Siyəzən şəhərinin Aydın Qardağlı küçəsindəki 24 saylı evdə qeydiyyatda olmaqla, yaşayan Zərərçəkmiş şəxs onun əmisi Şahid3 qayınatasıdır və əvvəllər aralarında heç bir narazılıq və ədavət baş verməmişdir. Belə ki, Şabran rayonunun Ağbaş kəndində atası Cavidə ana babası vəsiyyətnamə ilə ev vermiş, sözügedən evi əmisi Vasif onlardan icazəsiz olaraq satmış, nəticədə əmisi Vasif ilə aralarında narazılıq yaranmışdır. 24 may 2025-ci il tarixdə, saat 23 radələrində Siyəzən şəhərinin ərazisində yerləşən "Turac" kafesinin qarşısında Əliqismət ilə aralarında qeyd etdiyi evin sənədləşdirilməsinə imza etmədiyi üçün mübahisə yaranmış, orada olan atası Cavid və adlarını xatırlamadığı digər şəxslər onları aralamışdır. Bundan sonra, o, özü tək 1 litr spirtli içki olan araq içmiş, 25 may 2025-ci il tarixdə, saat 04 radələrində yuxudan oyanmış və sərxoş olmuşdur. Həmin vaxt fəhlələri aparmaq üçün yuxudan oyanmış və avtomobilinin mühərrikini işə salmaq üçün küçəyə çıxmış atası Cavidin yanına gedərək, gecə baş vermiş hadisəni, yəni, Əliqismətin ona etdiklərini bildirmiş, atası isə ona “yeri get yat” demişdir. Bundan sonra, Əliqismət onun səsini eşidərək əlində bel ilə yaşadığı evdən küçəyə çıxmış, onu nalayiq ifadələrlə təhqir edərək, "bura gəl” deyə bildirmişdir. Daha sonra, o, Əliqismətə tərəf gedərək mübahisə etməyə başlamış, bu zaman Əliqismət onu vurmaq istəyərkən beli onun əlindən alaraq, özünü müdafiə etmək istəmiş və Əliqismət xəsarətlər almışdır. Orada olan əmisi Ceyhun, atası Cavid, Əliqismətin arvadı Arzu və tanımadığı qonşular onları aralamış, o da, öz növbəsində yaşadığı evə getmişdir. Bundan başqa, atası Cavidin mobil telefonu ilə Əliqismətə zəng vurmasını dəqiq olaraq xatırlamır. Belə ki, Əliqismətin yaşadığı və atasının avtomobili saxladığı küçəyə gedərək sonuncudan Əliqismətdən pulunu almasını istəmiş və bir gün əvvəl ona etdiklərini bildirmiş, lakin, Əliqisməti təhqir etməmişdir. Bundan əlavə, həmin vaxt sərxoş olsa da, üzərində bıçaq olmamış, Əliqismət ilə aralarında mübahisə baş verdiyindən, özünü müdafiə etmək üçün sonuncunun əlində olan beli ondan almış və özünü müdafiə etmişdir. Həmçinin, bu mübahisə təxminən 15-20 dəqiqə davam etmişdir. Hadisə zamanı orada əmisi Ceyhun, atası Cavid, Əliqismət və sonuncunun arvadı Arzu olsa da, sərxoş vəziyyətdə olduğu üçün orada olan digər şəxsləri dəqiq olaraq xatırlamır və kim olduqlarını bilmir. 25 may 2025-ci il tarixdən bir gün əvvəl Əliqismət ilə aralarında olan mübahisəni aydınlaşdırmaq üçün sonuncunun yaşadığı evin qarşısına getmiş, həmin vaxt aralarında yaranmış mübahisə zaman Əliqismət əlində olan ağac parçası ilə onun bədən nahiyəsinə zərbələr endirmiş, sağ qol nahiyəsini isə əlləri ilə tutub sıxaraq ona xəsarət yetirmişdir. Belə ki, Əliqismət ilə aralarında olan məsələni daha da, böyütməmək üçün izahatında həmin hadisələri qeyd etməsə də, artıq sonuncudan şikayətçidir. Eyni zamanda, 25 may 2025-ci il tarixdən sonra Əliqisməti və Vasifi görməmiş, sonuncuları ölümlə hədələməmiş və onlara heç bir narahatçılıq etməmişdir. Atası Cavidə nənəsi tərəfindən vəsiyyətnamə ilə Şabran rayonunun Ağbaş kəndində ev vəsiyyət edilmiş, əmisi Vasif təxminən bir il əvvəl ondan xəbərsiz sözügedən evi sataraq, əldə etdiyi pulun məbləğini atası Caviddən gizlətmiş və sonuncuya cəmi 5 000 manat vermiş, qalıq pulu isə özünə xərcləmiş, nəticədə əmisi Vasif ilə aralarında narazılıq yaranmışdır. 24 may 2025-ci il tarixdə, saat 23 radələrində Siyəzən şəhərində yerləşən “Turac” kafesinin qarşısında olarkən Zərərçəkmiş şəxs onun üzərinə gələrək Şahid3 satdığı evin sənədləşməsinə imza etmələrini istəmiş, buna görə də, onun ilə mübahisə etmiş, habelə orada olan atası Cavid onları aralamışdır. Həmin vaxtı əsəbi olduğu üçün orada başqa kimin olmasını dəqiq olaraq bilmir. Həmin şəxslər və adlarını dəqiq bilmədiyi qonşular Əliqismət əlində bel ilə onu döymək üçün küçəyə çıxan zaman aralarında olan mübahisənin səs-küyünə çıxmışlar. O, Əliqisməti və ailə üzvlərini hədələməmiş, baş vermiş hadisədən sonra sonuncunu görməmişdir. Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əmisi Şahid3 qızı X1 əri, yəni, kürəkənidir. Belə ki, əvvəllər Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğundan, sonuncunun əmisi Şahid3 onu bu əməllərindən kənarlaşdırmaq üçün öz himayəsində saxlamışdır. Buna baxmayaraq, Təqsirləndirilən şəxs, əmisi Şahid3 sözlərinə əməl etmədiyinə görə sonuncu təqsirləndirilən şəxsi özündən uzaqlaşdırmışdır. Bundan sonra, Elnur mobil telefon vasitəsilə Vasifə zəng vuraraq, sonuncuya eləcə də onun ailəsinə, yəni, onun qızı Xanım Zeynalovaya hədə-qorxu gəlməyə başlamışdır. Daha sonra, bu məsələ ilə bağlı 2025-ci ilin aprel ayında Vasiflə birlikdə Siyəzən rayon Polis Şöbəsinə müraciət edərək, Təqsirləndirilən şəxs Vasifə və onun ailəsinə hədə-qorxu gəlməsi barədə səs yazılarını da, polis əməkdaşlarına təqdim etmişlər. Bundan başqa, o, 24 may 2025-ci il tarixdə, təxminən saat 22-23:00 radələrində dərman almaq üçün aptekə gedərkən, Təqsirləndirilən şəxs Siyəzən şəhərinin Heydər Əliyev prospektində yerləşən “Salehin mağazası”nın yanındakı, istifadə olunmayan “Natiqin qapı-pəncərə sexi”nin qarşısında əyləşdiyini görmüşdür. Bu zaman, Təqsirləndirilən şəxs aqressiv baxışlarla ona baxıb, yaxınlaşaraq qolundan çəkməklə, gəl gedək söhbət edək deyə bildirmişdir. Bundan sonra, Elnur uca səslə ona “polisə verdin nə oldu, özünü pis etdin” deyə qeyd etmişdir. Belə ki, Elnurun atası Cavid də, həmin vaxt yaxınlıqda olan avtomobilin içərisində əyləşib spirtli içki qəbul etmişdir. Lakin, sonradan səs-küyə Şahid6 avtomobildən çıxıb yanlarına gəlmiş, habelə əvvəlcə oğlu Təqsirləndirilən şəxs müdafiə etsə də, sonuncunun düyməli bıçaqla onun üstünə gəldiyini görüb artıq oğlunu deyil, onu müdafiə etməyə başlamışdır. Bundan sonra, kənardan tanımadığı şəxs gəlib Elnuru oradan uzaqlaşdırıb aparmışdır. Buna baxmayaraq, təqsirləndirilən şəxs onun ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. Beləliklə, növbəti gün, yəni, 25 may 2025-ci il tarixdə, saat 05:27 radələrində yaşadığı Siyəzən şəhərinin Aydın Qaradağlı küçəsində yerləşən 45 saylı evdə yatarkən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən qısa zəng gəlmişdir. Lakin, həmin vaxt arvadı Arzu və 5 yaşlı nəvəsi İnci yatdığına görə sonuncuları narahat etməmək üçün zəngə cavab verməkdən ötrü yaşadığı evin həyətyanı sahəsinə getmiş və yenidən mobil telefonuna Şahid6 həmin nömrəsindən qısa zəng gəldiyini görmüşdür. Nəticədə, təxminən 3-4 dəqiqə sonra yaşadığı evin həyətyanı sahəsində olan sanitar qovşaqdan Şahid6 geri zəng etdiyində, bu zəngə sonuncunun oğlu Elnur cavab vermiş və onun, eləcə də ailə üzvlərinin ünvanına kəskin nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra, dərhal zəngi sonlandırsa da, bir neçə dəqiqə sonra çöldən Elnurun səsinin gəldiyini, ucadan ünvanına nalayiq ifadələr işlətdiyini və onu çölə çağırdığını eşitmişdir. Beləliklə, yaşadığı evdən çıxıb, darvazanı açıb Siyəzən şəhərinin Aydın Qaradağlı küçəsinə çıxdığında, Cavidin üz nahiyəsində qan izləri, Elnurun sağ əlində isə bıçaq olduğunu görmüş və darvazanın sağ tərəfində yerdə olan beli götürmüşdür. Bundan sonra, Təqsirləndirilən şəxs sağ əlində bıçaq ilə üzərinə gəldiyini görüb, sağ əlində bel olduğundan, sol əli ilə sonuncudan bıçağı almış və bel əlindən yerə düşmüşdür. Daha sonra, arvadı Arzu həmin bıçağı ondan alıb evə aparmış, habelə bu hadisə təxminən 1 dəqiqə davam etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs yerdə olan beli götürüb üzərinə gəlməklə, bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməyə başlamışdır. Bu hadisə isə təxminən 5-7 dəqiqə davam etməklə yanaşı, həmin vaxt orada təqsirləndirilən şəxsin atası Şahid6, öz arvadı Şahid1, eləcə də səs-küyə yığışmış qonşular X2, Şahid4 olmuş, habelə sonuncular Elnur ilə onu aralamaqda köməklik etmişlər. Beləliklə, çətinliklə də, olsa Elnuru oradan uzaqlaşdırsalar da, sonuncu yenidən əlində azbest dam örtüyü parçası ilə ünvanına nalayiq ifadələr işlədərək evinə tərəf gəlmiş, arvadı Arzunun xahişi ilə çölə çıxmamış, Elnur isə oradan uzaqlaşmışdır. Bundan sonra, həmin tarixdə, saat 05:46 radələrində DİN-in 102 xidmətinə zəng vuraraq, həyəcanlı olduğundan Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanması barədə məlumat vermişdir. Təxminən 10-15 dəqiqə sonra Siyəzən RPŞ-nin əməkdaşları hadisə yerinə gəlmiş, arvadı Arzu bıçağı polis əməkdaşlarına təhvil vermiş, sonuncularla birlikdə RPŞ-yə getmişdir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs ona bıçaqla deyil, bel ilə xəsarətlər yetirmişdir. Bundan başqa, yaşadığı, yəni, hadisə baş verən Siyəzən şəhərinin Aydın Qaradağlı küçəsi hərəkətli küçə olmaqla yanaşı, orada təxminən 15-20 ədəd yaşayış evi mövcuddur. Odur ki, Təqsirləndirilən şəxs ilə barışmamaqla, ondan şikayətçidir. Məhkəmə istintaqı zamanı Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əmisi Şahid3 qızı X1 əri, yəni, kürəkəni, Zərərçəkmiş şəxs isə onun əri olmaqla, təqsirləndirilən və zərərçəkmiş şəxslərə qarşı düşmənçilik və ədavəti olmamışdır. 25 may 2025-ci il tarixdə, təxminən saat 05:27 radələrində yaşadığı Siyəzən şəhərinin Aydın Qaradağlı küçəsində yerləşən 45 saylı evdə olarkən əri, yəni Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrəyə 3 dəfə zəng gəlmiş, nəticədə sonuncu danışmaq üçün həyətə çıxmışdır. Belə ki, sözügedən evin mətbəxinin pəncərəsindən baxarkən Təqsirləndirilən şəxs Siyəzən şəhərinin Aydın Qaradağlı küçəsində ucadan əri, eləcə də Zərərçəkmiş şəxs ünvanına kəskin nalayiq ifadələr işlədərək onların yaşadığı evə tərəf gəlməsini görmüşdür. Bundan sonra, Zərərçəkmiş şəxs nə baş verdiyini öyrənmək üçün küçəyə çıxmış, Təqsirləndirilən şəxs əlində bıçaq ilə onların yaşadığı ev istiqamətində gəlməsini gördüyündən, özünü müdafiə etmək üçün evin həyətindən bel götürmüş, habelə əlində olan bel ilə özünü müdafiə edərək, Elnurun əlindən tutaraq bıçağı almışdır. Bundan sonra, Əliqismətin bıçağı Elnurun əlindən almasını gördükdə, onu ərinin əlindən almış və həyətə atmışdır. Daha sonra, Elnur və Əliqismət arasında mübahisə yaranmış, habelə həmin vaxt belin sapı qırılmış, Elnur sözügedən sap ilə ərinin qoluna və bədən nahiyəsinə zərbələr endirməyə başlamışdır. Həmçinin, həmin vaxt Elnurun, üzərində qan ləkələri olan atası Cavid orada olsa da, mübahisəyə müdaxilə etməmiş, kənardan izləmişdir. Beləliklə, Elnurun bel sapı ilə əri Əliqisməti nalayiq ifadələr ilə təhqir edərək vurmasını gördüyündən bayıra çıxmaları üçün qonşularını səsləmişdir. Bundan sonra, onun çağırışına qonşuları Ruhangiz və Ülkər çıxmış, sonuncular Elnur və Əliqisməti çətinliklə ayırmış, o da, ərini evə keçirtmişdir. Daha sonra, Təqsirləndirilən şəxs yenidən Zərərçəkmiş şəxs ünvanına kəskin nalayiq ifadələr işlədərək, əlində dam örtüyü parçası ilə onların yaşadıqları evə tərəf gəldiyini görmüş, lakin, zərərçəkmiş şəxs onun xahişi əsasında çölə çıxmamış və DİN-in 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Həmçinin, hadisə təxminən 30 dəqiqə davam etmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəllər tanısa da, sonunculara qarşı düşmənçilik və ədavəti olmamışdır. 25 may 2025-ci il tarixdə, təxminən saat 05:20 radələrində yaşadığı Siyəzən şəhərinin Aydın Qaradağlı küçəsindəki 44 saylı evdə olarkən sözügedən küçədə kiminsə ucadan nalayiq ifadələr işlətdiyini eşitmiş və həyətə çıxmışdır. Bundan sonra, həmin küçədə Zərərçəkmiş şəxs, sonuncunun arvadı Şahid1, Cavid və Təqsirləndirilən şəxsların, eləcə də digər tanımadığı şəxslərin olmasını, habelə təqsirləndirilən şəxsin əlində olan bel sapı ilə zərərçəkmiş şəxsi vurmasını görmüşdür. Daha sonra, mübahisənin səbəbini tam aydın bilməsə də, Elnur və Əliqisməti ayırmış, habelə sonuncunu arvadı Arzu ilə birlikdə yaşadıqları evə aparmışdır. Lakin, sonradan Təqsirləndirilən şəxs yenidən Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətdiyindən, sonuncu küçəyə çıxmaq istədə də, arvadı Arzu buna imkan verməmişdir. Bundan başqa, hadisə zamanı Təqsirləndirilən şəxs atası Şahid6 orada olsa da, sonuncu Elnur və Əliqismətin mübahisəsinə müdaxilə etmədən kənardan müşahidə etmişdir. Bundan əlavə, o, hadisədən sonra, Əliqismətin burnundan qan axmasının şahidi olsa da, digər xəsarətlərini görməmişdir. Məhkəmə istintaqı zamanı Şahid5 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəllər tanısa da, sonunculara qarşı düşmənçilik və ədavəti olmamışdır. 25 may 2025-ci il tarixdə, təxminən saat 05 radələrində yaşadığı Siyəzən şəhərinin Vidadi küçəsindəki 35 saylı evdə olarkən küçədə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq ifadələr işlətdiyini eşitmiş və çölə çıxmışdır. Bundan sonra, həmin küçədə Zərərçəkmiş şəxs, onun arvadı Şahid1, Şahid4, sonuncunun anasının, Cavid və Təqsirləndirilən şəxsların, eləcə də digər tanımadığı şəxslərin olmasını, habelə təqsirləndirilən şəxsin əlində olan bel sapı ilə zərərçəkmiş şəxsi vurmasını görmüşdür. Daha sonra, mübahisənin səbəbini tam aydın bilməsə də, Elnur və Əliqisməti, orada olan digər şəxslərin köməkliyi ilə ayırmış, habelə zərərçəkmiş şəxsi, arvadı Arzu ilə birlikdə yaşadıqları evə aparmışlar. Lakin, sonradan Təqsirləndirilən şəxs yenidən Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək, əlində dam örtüyü parçası ilə həmin küçəyə gəldiyini görmüş, habelə təqsirləndirilən şəxsə nalayiq ifadələr işlətdiyi üçün irad bildirsə də, sonuncu onu da təhqir etməyə başlamışdır. Bundan əlavə, o, hadisədən sonra, Elnurun bel sapı ilə vurduğu zərbələrdən Əliqismətin qolundan qan axmasının şahidi olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid6 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs oğlu, Zərərçəkmiş şəxs isə qardaşı Şahid3 qayınatası olmaqla, istər təqsirləndirilən, istərsə də, zərərçəkmiş şəxsə qarşı düşmənçilik və ədavətim olmamışdır. Bundan başqa, mərhum ana nənəsi Gülgəz vəsiyyətnamə ilə ona Şabran rayonunun Ağbaş kəndində yerləşən ev vermişdir. Belə ki, sözügedən evi qardaşı Şahid3 30 000 manat müqabilində satmış, habelə həmin puldan 5 000 manat oğlu Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərin müalicəsinə sərf edilsə də, qalıq 25 000 manat Vasifdə olmuşdur. Həmçinin, Şahid3 qalıq 25 000 manatın qarşılığında ona Siyəzən şəhərinin Heydər Əliyev küçəsində yerləşən 38 saylı evi alsa da, sözügedən evin sənədləri mövcud deyildir. 24 may 2025-ci il tarixdə, təxminən saat 23:00 radələrində həmin vaxt idarə etdiyi “Ford” markalı avtomobili Siyəzən şəhərinin ərazisində yerləşən “Turac” kafesinin qarşısında saxlayıb, həmin avtomobildə əyləşərkən, səs-küy gəldiyini eşitmiş, nə baş verdiyini öyrənmək üçün avtomobildən enmişdir. Bu zaman, təqsirləndirilən şəxs, eləcə də oğlu Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs mübahisə etdiyini görmüş, habelə oğluna əsəbiləşib ona evə getməsini bildirmiş və Elnur Siyəzən şəhərinin Heydər Əliyev küçəsində yerləşən 38 saylı evə getmişdir. Belə ki, Əliqismət ilə Elnurun mübahisəsinə səbəb qardaşı Vasifin onlara aldığı evin sənədlərinin olmaması olmuşdur. Bundan sonra, 25 may 2025-ci il tarixdə, səhər saatlarında idarə etdiyi “Ford” markalı avtomobildə olarkən, Təqsirləndirilən şəxs qışqıra-qışqıra Zərərçəkmiş şəxs yaşadığı Siyəzən şəhərinin Aydın Qaradağlı küçəsində yerləşən evə tərəf getdiyini görmüşdür. Daha sonra, səs-küyə əlində bel olan Zərərçəkmiş şəxs və qonşuluqda yaşayan digər şəxslər çıxmışdır. Bundan sonra, Elnur, Əliqismətin əlindən beli alıb yerə atmış o da, işə getmişdir. Bununla da, Elnur və Əliqismətin mübahisəsinin, eləcə də sonuncuların bir-birinə xəsarət yetirməsinin şahidi olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qardaşı Cavidin oğlu, Zərərçəkmiş şəxs isə qayınatası olmaqla, sonuncu ilə münasibətləri yaxşı olsa da, təqsirləndirilən şəxslə münasibətləri yoxdur. Təxminən 4 il öncə, Siyəzən rayonunun “Beşbarmaq” ziyarətgahı adlanan ərazisində kababçılıqla məşğul olsa da, sonradan işləmək üçün Almaniya Federativ Respublikasına köçmüş, lakin, orada işləri yaxşı olmadığından yenidən Azərbaycan Respublikasına qayıtmışdır. Belə ki, qardaşları ilə münasibətləri yaxşı olmadığından 2022-ci ilin oktyabr ayında Siyəzən rayonunun ərazisində yerləşən evini satıb, kreditlə hazırda yaşadığı Bakı şəhərinin Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən Kristal Abşerondakı 3 saylı binadan 3 nömrəli mənzili almışdır. Bundan sonra, yenidən Siyəzən rayonunun “Beşbarmaq” ziyarətgahı adlanan ərazisində mağaza işlətməyə başlamış, habelə orada Təqsirləndirilən şəxs pis vərdişlərə qurşandığını görüb, onu uzaqlaşdırmaq üçün Bakı şəhərinin Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən otellərin birinə aparmış, orada qalmasını və pis vərdişlərindən uzaqlaşmasını istəmişdir. Buna baxmayaraq, 2024-cü ilin may ayının əvvəllərində Elnur, kreditlə aldığı “Hyundai Elantra” markalı avtomobilin açarını ondan xəbərsiz qısa qol gödəkcəsinin cibindən götürmüş, idarə edərək Bakı şəhərinin Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, həmin yol-nəqliyyat hadisəsi barədə məlumat aldıqdan sonra, Elnur ayaq hissəsindən xəsarət aldığına görə ilk öncə 1 saylı X7 xəstəxanasına, oradan isə X3 və Ortopediya İnstituna aparılmışdır. Bundan başqa, mərhum ana nənəsi Gülgəz vəsiyyətnamə ilə qardaşı, yəni, Təqsirləndirilən şəxs atası Şahid6 Şabran rayonunun Ağbaş kəndində yerləşən ev vermişdir. Belə ki, o, sözügedən evi 30 000 manat müqabilində satmış, habelə həmin puldan 5 000 manat Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərin müalicəsinə və dərmanlarına sərf edilmiş, qalıq 25 000 manatın 16 000 manatına Cavid və Elnur üçün Siyəzən şəhərinin Heydər Əliyev küçəsində yerləşən sənədsiz olan 38 saylı evi almış, habelə bu pulun qalıq 9 000 manatını həmin evin təmir xərclərinə istifadə etmişdir. Bundan əlavə, 25 may 2025-ci il tarixdə baş vermiş hadisə zamanı orada olmasa da, qayınatası Əliqismət bu barədə ona məlumat vermişdir. Dəfələrlə məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş Şahid2 məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləməsə də, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olur. Belə ki, Təqsirləndirilən şəxs, qardaşı Şahid6 oğlu olsa da, onunla münasibəti yoxdur. Bundan başqa, Zərərçəkmiş şəxs onun qardaşı Şahid3 qayınatası olmaqla, əvvəllər aralarında heç bir narazılıq və ədavət baş verməmişdir. 25 may 2025-ci il tarixdə, saat 05 radələrində yaşadığı evdə olarkən Siyəzən şəhərinin Aydın Qaradağlı küçəsindən səs-küy gəlməsini eşitmiş və nə baş verdiyini öyrənmək üçün küçəyə çıxan zaman qardaşı oğlu Təqsirləndirilən şəxs, sonuncunun atası Şahid6 və kənar şəxslərin həmin küçədə olmasını görsə də, Zərərçəkmiş şəxs orada olmasını müşahidə etməmişdir. Bundan sonra, həmin əraziyə polis əməkdaşları gəlmiş və o, işə getməli olduğu üçün evinə keçmiş, habelə baş verənlər barədə heç bir məlumatı olmamışdır. Belə ki, o, səs-küyə küçəyə çıxan zaman artıq Elnur və Əliqismət arasında olan mübahisə yekunlaşmışdır. Bununla da, o, hadisə başlayan andan şahid olmadığı üçün hadisənin nə qədər davam etməsini bilməsə də, kənar şəxslərində ətrafda olmasından Elnur və Əliqismət arasında olan mübahisənin bir qədər davam etməsi məlum olmuşdur. Nəticədə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmasını görməmiş, bu barədə heç bir məlumatı olmamışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunmuş cinayət işinin 123A vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 avqust 2025-ci il tarixli, 3/893 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində sonradan hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Cinayət işinin 123-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə ballistik ekspertizası tədqiqatnın dəyəri 64 manat təşkil edir. Cinayət işinin 68-ci vərəqəsində olan “Siyəzən rayon Mərkəzi Xəstəxanası” X6 8 avqust 2025-ci il tarixli, 18-1-69/2-692/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2020-ci ildən “Mülayim dərəcədə ifadə olunmuş nevrasteniya, emosional iradi pozğunluqlarla (F48.0)” diaqnozu ilə Siyəzən RMX-nın Poliklinka şöbəsində ruhi-əsəb xəstəsi kimi qeydiyyata alınmışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunmuş cinayət işinin 169-171-ci vərəqələrində olan “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 24 sentyabr 2025-ci il tarixli, 3263 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkməməklə, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilmiş, həmçinin sonuncuda ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik aşkar olunmamışdır. Həmin dövrdə, Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür, sonuncu öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmaqla, məcburi müalicəyə ehtiyacı yoxdur. Bundan əlavə, cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs psixiemosional sferasında stiuasiya ilə əlaqədar hirslilik, emosional reaksiyalara meyllilik kimi hallar əmələ gəlmiş, habelə o, cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin 26-27-ci səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 29 may 2025-ci il tarixli, 96 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində sağ bazu nahiyəsinin və sağ dirsək büküşünün qançırları aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti 25 may 2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarına görə dərəcələri təyin edilmir. Cinayət işinin 46-47-ci səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 31 may 2025-ci il tarixli, 95 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində başın alın nahiyəsinin əziyi, üst dodağın sıyrığı, sol kürəkaltı nahiyənin və sol budun qançırları və sağ saidin hematoma halında əziyi aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti 25 may 2025-ci il tarixə uyğun gəlir və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Cinayət işinin 173-182-ci vərəqələrində olan 02 noyabr 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 16 oktyabr 2025-ci il tarixdə elan edilmiş ittiham, eləcə də barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam növündə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, həmçinin onun əməlində CM-nin 228.5 və 134-cü maddələrinin tərkib əlamətləri olmadığından həmin maddələr ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati icraatın başlanması rədd edilmiş, habelə zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağı maddi sübut kimi tanınmaqla saxlanılması üçün Siyəzən RPŞnin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Cinayət işinin 32-ci vərəqəsindəki Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən 17 iyun 2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən, işin 42-45-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 1(059)-70/2023 saylı hökmündən, eləcə də, iş materiallarına əlavə edilmiş Siyəzən rayon icra və probasiya şöbəsinin 15 yanvar 2026-cı il tarixli, 3-16-35- 75/2-11791/2026 nömrəli məktubundan, həmçinin sözügedən şöbənin 29 dekabr 2025-ci il tarixli qərarının surətindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, habelə o, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 2.6-cı bəndi tətbiq edilməklə 29 dekabr 2025-ci il tarixdə cəzasının çəkilməmiş hissəsindən azad olunmuş və 12 yanvar 2026-cı il tarixdə həmin şöbənin qeydiyyatından çıxarılmışdır. Bununla da, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olan şəxsdir. Cinayət işinin 10-cu vərəqəsində olan 25 may 2025-cı il tarixdə, saat 12:52-də tərtib edilmiş 01852 nömrəli alkotesterin nəticəsinə dair qəbzdən görünür ki, Təqsirləndirilən şəxs alkoqolun miqdarı 1,658 promil olmuşdur. Cinayət işinin 96-cı vərəqəsində olan 28 avqust 2025-ci il tarixli şübhəli şəxs barəsində başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbirinin seçilməsinə dair, eləcə də işin 109-cu vərəqəsindəki 30 avqust 2025-ci il tarixli təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanması haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 28 avqust 2025-ci il tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş, habelə 30 avqust 2025-ci il tarixdə sözügedən qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 125-ci vərəqəsində olan 03 sentyabr 2025-ci il tarixli məcburi gətirilmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs, barəsində olan hazırkı cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması üçün Siyəzən RPŞ-yə çağırılmasına baxmayaraq, ibtidai istintaqdan yayındığına görə həmin tarixdə onun məcburi qaydada RPŞ-nin İB-nə gətirilməsi qərara alınmışdır. Cinayət işinin 128-ci vərəqəsindəki 04 sentyabr 2025-ci il tarixli təqsirləndirilən şəxsin barəsində axtarış elan etmək, eləcə də işin 129-cu vərəqəsində olan eyni tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə ibtidai istintaqa dəvət edilməsinə baxmayaraq, istintaqa gəlməkdən yayındığına görə onun barəsində axtarış elan edilərək, cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 135-ci vərəqəsindəki 24 sentyabr 2025-ci il tarixli protokoldan, eləcə də işin 136-cı vərəqəsində olan eyni tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 24 sentyabr 2025-ci il tarixdə Şabran rayonunun Ağbaş kəndi ərazisində saxlanılaraq, Siyəzən RPŞ-yə gətirilib, İB-nə təhvil verilmiş və hazırkı cinayət işi üzrə icraat təzələnərək, istintaq davam etdirilmişdir. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Bundan əlavə, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Məsələn, mədəni, dini və ya digər ictimai tədbiri, gecə vaxtı vətəndaşların dincliyini pozma və s. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. CM-in 221.3-cü maddəsi xuliqanlığın xüsusilə ağırlaşdırıcı tərkib əlaməti qismində bu cinayətin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur. Bu, xüsusilə qərəzli xuliqanlıq hesab edilir. Xüsusilə qərəzli xuliqanlıq təkcə təqsirkarın silah və ya silah qismində istifadə edilən əşyaların köməyilə zərərçəkmişin sağlamlığına zərər vurduğu və ya zərər vurmağa cəhd etdiyi halları deyil, həm də vətəndaşların həyatı və ya sağlamlığı üçün real təhlükə yaratdığı halları əhatə edir. Silah tətbiq etmə dedikdə, yalnız zərərçəkmişin sağlamlığına fiziki zərər vurulması və ya buna cəhd etmə deyil (məsələn, insana atəş açarkən güllənin yan keçməsi, bıçaqla zərbə vurmağa cəhd etmə və s.), həm də silahı nümayiş etdirməklə hədələmə başa düşülür. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının İİİ bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Həmin Qərarın İV bəndinin İ cümləsində göstərilmişdir ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında da deyilir ki, CM-in 221.3-cü maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. Silahın nümayiş etdirilməsi, silahın real tətbiqinə cəhd olmadan onu tətbiq edəcəyi ilə şifahi (sözlə) hədələmə, həmçinin xuliqanlıq zamanı yararsız odlu silahdan istifadə edilməsi əməlin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmasını istisna edir. CM-in 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Xüsusilə qərəzli xuliqanlıq bu cinayətin törədilməsi prosesində silahın və ya silah qismində istifadə edilən əşyaların faktiki tətbiq edildiyi andan başa çatmış hesab edilir. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs özünü ətrafdakılara qarşı qoyub davranışı ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Çünki, baş vermiş hadisə ilk öncə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında təqsirləndirilən şəxsin atası Şahid6 sonuncunun mərhum ana nənəsi tərəfindən vəsiyyətnamə ilə verilmiş Şabran rayonunun Ağbaş kəndində yerləşən evin sənədləşmə işlərinin həyata keçirilməsinə əsasən, şəxsi münasibətlər zəminində başlanılmaqla, bu hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilmişdir ki, nəticədə Təqsirləndirilən şəxs əməli xuliqanlıq kimi qiymətləndirilməldir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilməməklə bağlı qeyd etdiklərini təsdiq edəcək mötəbər sübuta malik olmadı, habelə onun bildirdikləri cinayət işində olan digər sənədlərlə öz təsdiqini tapmadı. Belə olan halda, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə məhkəmə tərəfindən daxil inam yaranmamış, habelə həmin fikirlərin onun öz mənafeyinə uyğun deyilməklə, məsuliyyətdən yayınmaq niyyəti ilə ifadə olunmuş söz və mülahizələrdən ibarət olduğu aşkarlanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Sözügedən Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işini materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən baş müstəntiq cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 02 noyabr 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamın qüvvədə saxlanılmasına, habelə onun əməlində sözügedən Məcəllənin 134 və 228.5-ci maddələrinin tərkibi olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 221.3-cü maddəsi ilə razılaşır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Sözügedən Qərarın İİ maddəsinin İV abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və sair) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın İ bəndində qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına(məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s) əsasən müəyyən edilir. Göstərilən Plenum qərarının izahına görə məhkəmələr cəza təyin edərkən təkcə cəzanı yüngülləşdirən halları nəzərə almaqla kifayətlənməməli, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini səciyyələndirən halları, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirinə də nəzərə almalıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə iclasında, Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 1(059)-70/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, sözügedən Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, onun barəsində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 26 sentyabr 2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun hazırkı əməlinə münasibətdə cinayətin residivi yaranmır. Bununla da, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun hazırkı cinayət əməli Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsi nəzərə alınmaqla residiv yaratmır, o cümlədən belə olan təqdirdə onun əməlində ağırlaşdırıcı halın olması istisna edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin ictimai təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, səhər saatlarında ictimai qaydanı kobud surətdə pozan hərəkətlər etməklə, cəmiyyətə açıqca hörmətsizlik göstərməsini, hadisə baş verən ərazidə qonşuluqda yaşayan şəxslərin normal həyat və fəaliyyəti üçün təhlükə yaratmaqla, onların qorxu və narahatçılıq hissi keçirməsinə səbəb olmasını, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, eləcə də cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına qərəzli surətdə zidd hərəkətlər edib, əhalinin dincliyini pozmasını, bu əməli ilə özünü cəmiyyətin və ictimaiyyətin fövqündə qoyaraq, başqalarından əsaslı surətdə fərqləndirərək, müstəsna şəxsiyyət olduğunu göstərməsini, qalmaqal salmağa meylli olmasını, bilərəkdən özünü ictimai qaydaya qarşı qoyaraq, zərərçəkmiş şəxsdən qisas almaq üçün bel sapını götürüb ondan silah qismində istifadə etməklə, qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vuraraq, sərxoş vəziyyətdə xuliqanlıq etməsini, bununla da, zərərçəkmiş şəxslə bərabər, cəmiyyətin heysiyyətinə toxunmasını, zərərçəkmiş şəxs ilə onun arasında yaranmış gərgin vəziyyətin özü və zərərçəkmiş şəxs, eləcə də sonuncunun ətrafı üçün təhlükəli olmasını, bundan başqa, Təqsirləndirilən şəxs şəxsiyyətini, ictimai faydalı işlə məşğul olmamasını, törətdiyi əmələ münasibətdə qeyri-səmimilik nümayiş etdirərək, buna görə mənəvi sarsıntı və iztirab keçirməməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmaqla, barışmamasını, sonuncunun sağlamlığına zərər yetirməsinə baxmayaraq, onun vəziyyətinə laqeyd və etinasız münasibət bəsləməklə, ötən müddət ərzində soyuqqanlı şəkildə onunla maraqlanmamasını, əvvəllər mülkiyyət və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar törətdiyi cinayət əməllərinə görə verilmiş cəzalardan nəticə çıxarmamasını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cəza çəkməsinə baxmayaraq, tərəfindən yenidən qəsdən ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayət əməlinin törədilməsinin onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırmasını, hüquq pozuntusuna meylli olmasını, cinayət əməlindən əl çəkməməsini, əvvəlki məhkəmə hökmü ilə ona təyin edilmiş cəzaya əsasən cəmiyyətdən tam təcrid edilməməsinə baxmayaraq, məhkəmənin humanist mövqeyinə zidd hərəkət edib, hüquqazidd əməllərini son zamanlara qədər davam etdirməsini, islah və tərbiyə olunmamasını, yeni cinayət törətməyə meylliyini, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbirinin şərtlərini pozaraq ibtidai istintaqdan qaçıb gizlənməsini, barəsində məcburi gətirmə, axtarış tətbiq olunmasını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın yuxarı həddinin 3/5 hissəsi həcmində cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 04 mart 2026-cı il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.7-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 mart 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 64 (altmış dörd) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №1(059)-59/2025
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-59/2025
04.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver