Məhkəmə qərarları › İş №1(059)-6/2021

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-6/2021

20.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-6/2021 20.04.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, onun nümayəndəsi və vəkili Müdafiəçi1 və Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X9, onun nümayəndəsi və “Faiq Nağıyev və Partnyorları” vəkil bürosunun vəkili X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – “Kəngərli və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxx 2021-ci il tarixdə, Siyəzən şəhəri Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1967-ci il tarixdə Şamaxı rayonu, Yekəxana kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci ildə saat 08.45-də idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz 814D” markalı, ** UM *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhəd yolunun Siyəzən rayonu ərazisindən keçən 96-cı kilometrində, Quba istiqamətində sağ cərgə ilə 60-70 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin İ hissəsinin tələblərini pozaraq, yəni relssiz nəqliyyat vasitəsinin sürücüsü yerdəyişməzdən və dönməzdən qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə siqnal verməli, bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib, avtomobilin sürətini 40 km/saata qədər azaldaraq yolun Quba istiqamətindəki sağ ehtiyat hissəsinə çıxıb oradan sola istiqamətlənərək geriyə Bakı istiqamətinə doğru manevr etmək üçün yolun Bakı və Quba istiqamətlərindəki hərəkət hissələrini ayıran metal konstruksiyalı təhlükəsizlik sədlərinin arasında kustar üsulla açılmış keçidə tərəf hərəkət edərkən arxadan Quba istiqamətinə düzünə hərəkətdə olan Zərərçəkmiş şəxs3 idarə etdiyi “Ford Transit” markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi onun avtomobilinin arxa sol hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “Ford Transit” markalı avtomobilin sərnişini X1 baş beyin toxumasına, qişaları altına və mədəciklərinə qansızma, sağ gicgah sümüyünün basılmış qəlpəli yerdəyişən sınığı, başın sağ təpə-gicgah nahiyəsinin və sağ orbita ətrafı yumşaq toxumaların iç səthinə qansızmalar, sağ almacıq-əng sümüklərinin sınıqları, sağ orbita ətrafı yumşaq toxumaların hematoması, sıyrılmış yarası, başın ağır küt travması, sağ said sümüklərinin aşağı 1/3-nin sınıqları, sağ yuxarı və aşağı ətrafların sıyrıqları, ağciyərlərin əzilməsi və sağdan Vİİİ, İX, X qabırğaların sınıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran bədən xəsarətlərindən xx xxxxxx 2020-ci il tarixdə, saat 16:20-də Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında ölməsinə, “Ford Transit” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 sağ üst göz qapağının cırılmış yarası, sol əlin, sağ bud-çanaq və sağ diz oynağının yumşaq toxumalarının hemartrozla fəsadlaşmış və oynaqların funksiyalarının uzun müddət pozğunluqları ilə müşayiət olunan əzikləri kimi dərəcəsinə görə, səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almasına, habelə “Mercedes Benz 814D” markalı, ** UM *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək sahibi Zərərçəkmiş şəxs2 1400 manat, “Ford Transit” markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək sahibi Zərərçəkmiş şəxs1 15485 manat məbləğində maddi ziyan yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 1987-ci il tarixdən “BC” kateqoriyalı sürücülük vəsiqəsi olmaqla avtomobil idarə edir. Son dəfə xx xxxxxx 2021-ci il tarixdə dəyişdiyi sürücülük vəsiqəsi də “BC” kateqoriyalıdır. Avtomobil idarə etdiyi müddət ərzində yol-nəqliyyat hadisəsi törətməmiş və sürücülük hüququndan məhrum olunmamışdır. Bacısı Zərərçəkmiş şəxs2 mülkiyyətində olan “Mercedes Benz 814 D” markalı, ** UM *** dövlət qeydiyyat nişanlı avtomobili xx xxxxxxx 2019-cu il tarixdən etibarnamə əsasında idarə etmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 08:45 radələrində idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz 814 D” markalı, ** UM *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba- Dağıstan sərhədi avtomobil yolunun Quba istiqamətindəki hərəkət hissəsinin sağ hərəkət zolağı ilə 60-70 km/saat sürətlə Quba istiqamətində düzünə hərəkət etmiş, avtomobilin yük yerində plastik boş yeşiklərdən ibarət 1,7 ton yük olsa da, kabinada sərnişin olmamışdır. Yolun Siyəzən rayonu ərazisindən keçən 96-cı kilometrinə çatanda avtomobilin sürətini 40 km/saata qədər azaldaraq yolun Quba istiqamətindəki sağ ehtiyat hissəsinə çıxıb oradan geriyə Bakı istiqamətinə doğru hərəkət etməkdən ötrü yolun Bakı və Quba istiqamətlərindəki hərəkət hissələrini ayıran metal konstruksiyalı təhlükəsizlik sədlərinin arasındakı kustar üsulla açılmış keçidə daxil olmaq üçün manevr etməyə başlamışdır. Sol tərəfə baxanda gördüyü, Bakı istiqamətindən gələn ağ rəngli “Ford Transit” markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilin nisbətən uzaqda olduğunu zənn edib həmin avtomobil onun idarə etdiyi avtomobilə çatana qədər dönmə əməliyyatını başa çatdıracağını fikirləşərək hərəkətini davam etdirməklə, təhlükəsizlik sədləri arasındakı keçidə daxil olmuşdur. İdarə etdiyi yük avtomobili arxa təkərinə qədər yolun Bakı istiqamətindəki hərəkət hissəsinə çıxmış, elə həmin vaxt idarə etdiyi “Mercedes Benz” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa sol hissəsi ilə arxadan gələn “Ford Transit” markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ tərəfi arasında yolun Quba istiqamətindəki sol hərəkət zolağı üzərində toqquşma baş vermişdir. Zərbənin təsirindən idarə etdiyi yük avtomobili tam olaraq yolun Bakı istiqamətindəki hərəkət hissəsinə daxil olub eyni istiqamətdə yolun sol hərəkət zolağı üzərində üzü Bakı istiqamətində qalmışdır. İdarəetmədən çıxmış “Ford Transit” markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomobil isə bir qədər irəliyə hərəkət edib yolun Quba istiqamətindəki hərəkət hissəsinin sağ hərəkət zolağına çıxmaqla nisbətən sağ tərəfə meylli olaraq üzü Quba istiqamətində dayanmışdır. Hadisə nəticəsində o, heç bir xəsarət almasa da, “Ford Transit” markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 və həmin avtomobildə olan sərnişin Elton Mahmudov müxtəlif bədən xəsarətləri almışlar. Xəsarət almış şəxsləri hadisə yerinə gəlmiş təcili tibbi yardım briqadasının həkimləri ilkin tibbi yardım göstərilməsi üçün X8 Mərkəzinə aparmış, o, isə hadisə yerində qalmışdır. Polis əməkdaşları gəlib onun iştirakı ilə hadisə yerinə baxış keçirmişlər. Elə həmin gün vəziyyəti ağır olduğu üçün X4 Bakı şəhərində yerləşən Respublika Klinik Xəstəxanasına köçürülərək müalicəsi orada davam etdirilsə də, xx xxxxxx 2020-ci il tarixdə, saat 16:20 radələrində müalicə olunduğu xəstəxanada ölmüşdür. Hadisə vaxtı idarə etdiyi avtomobilin sürəti 40 km/saatdan çox olmamış, hadisə vaxtı diqqətini yol şəraitindən yayındıran hər hansı bir səbəb, səhhəti ilə bağlı heç bir problem olmamış, yol şəraitini aydın müşahidə edə bilmişdir. Sol tərəfə manevr edərkən idarə etdiyi “Mercedes Benz” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sola dönmə işığını qoşmuş, hadisə yerində yol örtüyü düz, hamar, quru, asfaltbeton olmuş, hadisə vaxtı avtomobilinin yük yerində plastik boş yeşiklərdən ibarət 1,7 ton yük olsa da, kabinasında sərnişin olmamışdır. Hadisədən əvvəl spirtli içki və hər hansı bir narkotik vasitə qəbul etməmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını və barəsində yüngül cəza verilməsini xahiş edir. Ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X12 ifadəsində göstərdi ki, mərhum atası X4 xx xxxxxx 1966-cı il tarixdə Xaçmaz rayonunda doğulmuşdur. Mərhum atası Elton orta ixtisas təhsilli olmaqla “xxxx” MMC-də komendant işləmişdir. Mərhum atası Elton anası X7 ilə 1988-ci ildə ailə həyatı qurmuş, sonuncu evdar qadın olmaqla heç bir yerdə işləmir. Onlar ailədə iki qardaş olmaqla, kiçik qardaşı xx xxxxxx 1993-cü il təvəllüdlü olub, subaydır. Mərhum atası Elton fiziki cəhətdən tam sağlam olmuş, heç bir xəstəlikdən əziyyət çəkməmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 10:00 radələrində ona telefon zəngi ilə atası Elton Mahmudovun həmin gün saat 08:45-də Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən 96-cı kilometrində baş vermiş yolnəqliyyat hadisəsi zamanı xəsarət alması, hadisə yerindən ilkin tibbi yardım göstərilməsi üçün X14 Diaqnostika Mərkəzinə aparılması barədə xəbər verilmişdir. Bunu bilən kimi dərhal yaşadığı Bakı şəhərindən çıxıb Siyəzən şəhərində yerləşən X14 Diaqnostika Mərkəzinə getmiş, orada ona xx xxxxxx 2020-ci il tarixdə, saat 08:45 radələrində Bakı- Quba-Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən 96-cı kilometrində sürücü Zərərçəkmiş şəxs3 idarə etdiyi “Ford Transit” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz 814 D” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yolun Quba istiqamətindəki hərəkət hissəsi üzərində toqquşduğu, nəticədə “Ford Transit” markalı, **- VG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Zərərçəkmiş şəxs3 və həmin yük avtomobilində olan sərnişin olan mərhum atası X1 bədən xəsarətləri aldıqları məlum olmuşdur. Mərhum atası Elton Məmmədovu və sürücü Zərərçəkmiş şəxs3 ilkin tibbi yardım göstərilməsi üçün hadisə yerinə gəlmiş təcili tibbi yadım avtomobili ilə X14 Diaqnostika Mərkəzinə aparmışlar. Orada mərhum atası Elton Mahmudova və sürücü Zərərçəkmiş şəxs3 həkimlər tərəfindən zəruri olan ilkin tibbi yardım göstəriləndən sonra həmin gün saat 16:00 radələrində atasını təcili tibbi yardım avtomobili ilə müalicəsini davam etdirmək üçün Bakı şəhərində yerləşən Respublika Kliniki Xəstəxanasına aparmışlar. Həmin xəstəxanada dörd gün müddətində mütəmadi müayinə və müalicələr olunsa da, xx xxxxxx 2020-ci il tarixdə, saat 16:20 radələrində xəstəxanada ölmüşdür. Bundan sonra, mərhum atası Elton Mahmudovun meyiti Məhkəmə Tibb Ekspertizası və X5 Yasamal rayon şöbəsinin meyitxanasında məhkəmə tibbi müayinədən keçirildikdən sonra dəfn edilməsi üçün onlara təhvil verilmişdir. Mərhum atasının cənazəsini xx xxxxxx 2020-ci il tarixdə, saat 13:00 radələrində Xaçmaz rayonu, Fərzəlioba kəndindəki qəbristanlığında el adətinə uyğun dəfn etmişlər. Bundan əlavə, o, Təqsirləndirilən şəxsla barışmış, habelə sonuncuya qarşı hər hansı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, xx xxxxxxxx 2007-ci il tarixdən “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında avtomobil idarə edir və sonuncu dəfə sürücülük vəsiqəsini xx xxxxxxxx 2017-ci il tarixdə dəyişmişdir. Hazırkı sürücülük vəsiqəsi də “BC” kateqoriyalıdır. Avtomobil idarə etdiyi müddət ərzində yol-nəqliyyat hadisəsi törətməmiş və sürücülük hüququndan məhrum olunmamışdır. Zərərçəkmiş şəxs1 mülkiyyətində olan “Ford Transit” markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomobili xx xxxx 2020-ci il tarixdən etibarnamə əsasında idarə edir. xx xxxxxx 2020-ci il tarixdə, saat 08:45 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Ford Transit” markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Quba istiqamətindəki hərəkət hissəsinin sol hərəkət zolağı ilə 80-90 km/saat sürətlə Quba istiqamətində düzünə hərəkət edərkən avtomobilin yük yerində qəbirüstü abidə daşlarından ibarət bir ton yük, kabinasında isə bir nəfər sərnişin olmuş, habelə sərnişin X4 qabaq sağ oturacaqda əyləşmişdir. Yolun Siyəzən rayonu ərazisindən keçən 96-cı kilometrində yolun Quba istiqamətindəki sağ hərəkət zolağı ilə qarşıda eyni istiqamətdə “Mercedes Benz” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı yük avtomobili hərəkət etmişdir. İdarə etdiyi avtomobillə həmin “Mercedes Benz” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yanından ötüb keçməsinə təxminən 15-20 metr məsafə qalmış yük avtomobilinin sürücüsü, adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobili ilə yolun Quba və Bakı istiqamətlərindəki hərəkət hissələrini ayıran dəmir təhlükəsizlik sədlərinin arasındakı keçiddən geriyə Bakı istiqamətinə hərəkət etmək üçün sol tərəfə manevr etmişdir. Həmin vaxt toqquşmadan yayınmaq üçün heç bir tədbir görə bilməmişdir. Belə olan halda yolun Quba istiqamətindəki sol hərəkət zolağı üzərində idarə etdiyi “Ford Transit” markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi ilə “Mercedes Benz” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa sol yan hissəsi arasında toqquşma baş vermişdir. Hadisə nəticəsində “Mercedes Benz” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs heç bir xəsarət almasa da, idarə etdiyi avtomobildə olan sərnişin X4 və o, müxtəlif bədən xəsarətləri almışlar. Onları hadisə yerinə gəlmiş təcili tibbi yardım briqadasının həkimləri ilkin tibbi yardım göstərilməsi üçün X8 Mərkəzinə aparmışlar. Orada onlara ilkin tibbi yardım göstərilmişdir. Elə həmin gün vəziyyəti ağır olduğu üçün X4 Bakı şəhərində yerləşən Respublika Klinik Xəstəxanasına köçürülərək müalicəsi orada davam etdirilsə də, xx xxxxxx 2020-ci il tarixdə, saat 16:20 radələrində X4 müalicə olunduğu xəstəxanada ölmüşdür. Hadisə vaxtı idarə etdiyi avtomobilin sürəti 90 km/saatdan çox olmamış, həmçinin, diqqətini yol şəraitindən yayındıran hər-hansı bir səbəb, səhhəti ilə bağlı heç bir problem olmamışdır. Hadisə baş verdiyi zaman yol şəraitini aydın müşahidə edə bilmişdir. İdarə etdiyi avtomobillə “Mercedes Benz” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilin manevr etməyə başladığını gördüyü yerdən toqquşma nöqtəsinə qədər məsafə təxminən 15-20 metr olmuş, toqquşma anında idarə etdiyi avtomobilin sürəti 90 km/saatdan, “Mercedes Benz” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürəti isə 40 km/saatdan çox olmamışdır. Belə ki, “Mercedes Benz” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı yük avtomobil manevr edərkən sol dönmə işığını qoşmamışdır. Hadisə yerində yol örtüyü düz, hamar, quru, asfaltbeton olmuş və hadisə vaxtı avtomobilində yük yerində qəbirüstü abidə daşlarından ibarət bir ton yük, kabinasında isə bir nəfər sərnişin olmuşdur. Eyni zamanda, hadisədən əvvəl heç bir spirtli içki və ya narkotik vasitə qəbul etməmişdir. Bundan əlavə, o, Təqsirləndirilən şəxsla barışmış, habelə sonuncuya qarşı hər hansı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, “Ford Transit” markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxx 2020-ci il tarixdən ona məxsusdur. Mülkiyyətində olan həmin “Ford Transit” markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomobili xx xxxx 2020-ci il tarixdən iş yoldaşı və dostu Zərərçəkmiş şəxs3 etibarnamə əsasında idarə etmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 11:00 radələrində ona telefon zəngi ilə mülkiyyətində olmaqla, Zərərçəkmiş şəxs3 etibarnamə əsasında idarə etdiyi “Ford Transit” markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə xx xxxxxx 2020-ci il tarixdə saat 09:00 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən 96-cı kilometrində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat verilmişdir. Bir neçə saat sonra xx xxxxxx 2020-ci il tarixdə, saat 08:45 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən 96-cı kilometrində Zərərçəkmiş şəxs3 idarə etdiyi, Quba istiqamətində düzünə hərəkətdə olan “Ford Transit” markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ tərəfi ilə yolun Quba istiqamətindəki hərəkət hissəsi üzərində sağdan sola manevr edən, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa sol yan hissəsi arasında yolun Quba istiqamətindəki hərəkət hissəsinin sol hərəkət zolağı üzərində toqquşma baş verdiyini öyrənmişdir. Onda olan məlumata görə hadisədən əvvəl “Ford Transit” markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qəbirüstü abidə daşlarından ibarət bir ton yük, kabinasında isə X4 adlı bir nəfər sərnişin olmuşdur. Hadisə zamanı “Mercedes Benz” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs heç bir xəsarət almasa da, “Ford Transit” markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 və onun idarə etdiyi avtomobildə olan sərnişin X4 müxtəlif bədən xəsarətləri almışlar. Odur ki, xəsarət almış şəxsləri hadisə yerinə gəlmiş təcili tibbi yardım briqadasının həkimləri ilkin tibbi yardım göstərilməsi üçün X8 Mərkəzinə aparmışlar. Sonradan eşitdiyinə görə xx xxxxxx 2020-ci il tarixdə X4 müalicə olunduğu Respublika Klinik Xəstəxanasında vəfat etmişdir. Hadisə nəticəsində mülkiyyətində olan “Ford Transit” markalı, ** VG *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin qabaq hissəsinin zədələnərək deformasiya olması səbəbindən ona 15485 manat maddi ziyan dəymişdir. Bundan əlavə, o, Təqsirləndirilən şəxsla barışmış, habelə ona dəymiş ziyan ödənildiyindən Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, “Mercedes Benz” markalı, ** UM *** dövlət qeydiyyat nişanlı yük avtomobili xx xxxxxxx 2019-cu il tarixdən ona məxsus olmaqla, bu tarixdən qardaşı Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə edir. xx xxxxxx 2020-ci il tarixdə, saat 10:00 radələrində ona telefon zəngi ilə mülkiyyətində olmaqla, qardaşı Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz” markalı, ** UM *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin iştirakı ilə xx xxxxxx 2020-ci il tarixdə, saat 09:00 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən 96-cı kilometrliyində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat verilmişdir. Bir neçə saat sonra isə xx xxxxxx 2020-ci il tarixdə, saat 08:45-də Bakı-Quba- Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən 96-cı kilometrliyində adını sonradan bildiyi sürücü Zərərçəkmiş şəxs3 idarə etdiyi, Quba istiqamətində düzünə hərəkətdə olan “Ford Transit” markalı ** VG *** dövlət qeydiyyat nişanlı yük avtomobilin qabaq sağ tərəfi ilə yolun Quba istiqamətindəki hərəkət hissəsi üzərində sağdan sola dönən, qardaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı, ** UM *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol yan hissəsi arasında yolun Quba istiqamətindəki hərəkət hissəsinin sol hərəkət zolağı üzərində toqquşmanın baş verdiyini bilmişdir. Hadisə zamanı qardaşı Təqsirləndirilən şəxs heç bir xəsarət almasa da, “Ford Transit” markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 və həmin avtomobildə olan sərnişin X4 müxtəlif bədən xəsarətləri almışdır. Odur ki, xəsarət almış şəxsləri hadisə yerinə gəlmiş təcili tibbi yardım briqadasının həkimləri ilkin tibbi yardım göstərilməsi üçün X8 Mərkəzinə aparmışlar. Sonradan eşitdiyinə görə xx xxxxxx 2020-ci il tarixdə X4 müalicə olunduğu Respublika Klinik Xəstəxanasında vəfat etmişdir. Hadisə nəticəsində onun mülkiyyətində olan “Mercedes Benz” markalı, ** UM *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa sol yan hissəsinin zədələnməsi səbəbindən ona 1400 manat maddi ziyan dəymişdir. Hazırda, ona dəymiş ziyan ödənildiyindən Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur, habelə sonuncuya yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında elan edilmiş, işin 108-111-ci səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 X17 məhkəmə-tibb ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 55/MEŞ saylı rəyindən görünür ki, X1 meyitinin bədəni üzərində baş beyin toxumasına, qişaları altına və mədəciklərinə qansızma, sağ gicgah sümüyünün basılmış qəlpəli yerdəyişən sınığı, başın sağ təpəgicgah nahiyəsinin və sağ orbita ətrafı yumşaq toxumaların iç səthinə qansızmalar, sağ almacıq-əng sümüklərinin sınıqları, sağ orbita ətrafı yumşaq toxumaların hematoması, sıyrılmış yarası, başın ağır küt travması, sağ said sümüklərinin aşağı 1/3-nin sınıqları, sağ yuxarı və aşağı ətrafların sıyrıqları, ağciyərlərin əzilməsi və sağdan Vİİİ, İX, X qabırğaların sınıqları xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx xxxxxx 2020-ci il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində sərnişini olduğu avtomaşının salonunda yarana bilərdilər və dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X1 ölümünün bilavasitə səbəbi başın ağır küt travması nəticəsində baş beyin toxumasına, qişaları altına və mədəciklərinə qansızma, sağ gicgah sümüyünün basılmış qəlpəli yerdəyişən sınığı olmuşdur. Xəsarətlərlə ölüm arasında birbaşa səbəbli əlaqə vardır. Məhkəmə iclasında elan edilmiş, işin 82-ci səhifəsində olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı, 104772 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx xxxxxx 2020-ci il tarixdə travmanın digər erkən ağırlaşmaları nəticəsində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2020-ci il tarixdə 847 nömrəli qeyd edilmişdir. Məhkəmə iclasında elan edilmiş, işin 92-94-cü səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 məhkəmə-tibb ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 137 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində sağ üst göz qapağının cırılmış yarası, sol əlin, sağ bud-çanaq və sağ diz oynağının yumşaq toxumalarının hemartrozla fəsadlaşmış və oynaqların funksiyalarının uzun müddət pozğunluqları ilə müşayiət olunan əzikləri aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərildiyi şəraitdə baş vermiş yol-nəqliyyat qəzası zamanı yarana bilər, yaranma müddəti xx xxxxxx 2020-ci il tarixə uyğun gəlir və səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aid edilir. Məhkəmə iclasında elan edilmiş, işin 101-103-cü səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 8/1358 saylı rəyindən görünür ki, nəqliyyat vasitələri arasında ilkin kontakt anında toqquşma “Mercedes Benz” 814 D markalı, ** UM *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi ilə “Ford Transit” markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi arasında təxminən 55-60 dərəcə bucaq altında baş vermişdir. Toqquşmaya qədər hadisə yerində nəqliyyat vasitələrinə məxsus təkər (tormoz) izi olmadığından hadisədən əvvəl nəqliyyat vasitələrinin hərəkət trayektoriyasını ekspertiza yolu ilə müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 100-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə trasoloji ekspertizasının dəyəri 100 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş, işin 117-119-cu səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 8/1691 saylı rəyindən görünür ki, “Mercedes Benz 814 D” markalı, ** UM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İ hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmçinin, rəydən görünür ki, “Ford Transit” markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamış və onun hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Cinayət işinin 116-cı vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının dəyəri 100 manat təşkil edir. İş üzrə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə təqsirli olması cinayət işinə əlavə olunmuş, ibtidai istintaq zamanı keçirilmiş hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokollarla da sübuta yetirilir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 120-ci vərəqələrində olan xx xxxxxxx 2020-ci il tarixli maddi sübutun tanınması və saxlanca verilməsi haqqında qərardan, eləcə də 121-ci və 156-cı vərəqələrdə olan qəbzlərdən görünür ki, “Ford Transit” markalı, ** VG *** və “Mercedes Benz 814 D” markalı, ** UM *** dövlət qeydiyyat nişanlı avtomobillər iş üzrə maddi sübut kimi tanınmış, habelə dayanacaqdan çıxarılmaqla, müvafiq olaraq sahibləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaytarılmışdır. Məhkəmə iclasında elan edilmiş işin 125-ci səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş, işin 39-cu səhifəsində olan AF seriyalı, 900147 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2030-cu il tarixədək “BC” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Məhkəmə iclasında elan edilmiş, işin 96-cı səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli, 016-81567-1220 nömrəli məktubunun surətindən görünür ki, kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumatlar mövcud deyildir. Məhkəmə iclasında elan edilmiş işin 24-cü səhifəsində olan xx xxxxxx 2020-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 4598 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı sidiyində alkoqol və narkotik vasitələr qəbul etməsi aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş işin 40-cı səhifəsində olan AD seriyalı, 583912 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz 814 D YÜK” markalı, ** UM *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs2dır. Məhkəmə iclasında elan edilmiş işin 41-ci səhifəsində olan ƏN-Vİ seriyalı, 806616 saylı etibarnamənin surətindən görünür ki, “Mercedes Benz 814 D YÜK” markalı, ** UM *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs2 bu avtomobili xx xxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək bütün hüquqlar da daxil olmaqla, idarə etmək üçün Təqsirləndirilən şəxs etibar etmişdir. Məhkəmə iclasında elan edilmiş işin 74-cü səhifəsində olan AD seriyalı, 764315 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ford Transit YÜK” markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs1dur. Məhkəmə iclasında elan edilmiş işin 75-ci səhifəsində olan ƏN-V seriyalı, 200624 saylı etibarnamənin surətindən görünür ki, “Ford Transit YÜK” markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs1 bu avtomobili xx xxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2027-ci il tarixədək idarə etmək üçün Zərərçəkmiş şəxs3 etibar etmişdir. Məhkəmə iclasında elan edilmiş işin 134-135-ci səhifələrində olan “xxxx” MMC tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 36 nömrəli mütəxəssis rəyindən görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Ford Transit” markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilə 15485 manat zərər dəymişdir. Məhkəmə iclasında elan edilmiş işin 155-ci səhifəsində olan Enterprise “LADA” müəssisəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli qüsur aktından görünür ki, yolnəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz 814 D” markalı, ** UM *** dövlət qeydiyyat nişanlı avtomobilə 1400 manat zərər dəymişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 183-184-cü səhifələrində olan xx xxxxxx 2020-ci il tarixli qətimkan tədbiri seçmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 158-159-cu səhifələrində olan xasiyyətnamədən və arayışdan görünür ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Şamaxı şəhər İƏD üzrə nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 və ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X9 ərizələrindən (notariat qaydasında) görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmışlar və ona qarşı heç bir şikayətləri, eləcə də tələbləri yoxdur. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizələrindən (məhkəmə qaydasında) görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmışlar, habelə onlara dəymiş ziyan ödənildiyindən sonuncuya qarşı heç bir şikayətləri, eləcə də tələbləri yoxdur. Əlavə olaraq, Zərərçəkmiş şəxs2 ərizəsində Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması cinayət işinə əlavə olunmuş materiallarla sübuta yetirildi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən, zərərçəkmiş şəxslərin, eləcə də zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərin və ölmüş zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını, həmçinin yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat şəraitini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Ford Transit” markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs1, “Mercedes Benz 814 D” markalı, ** UM *** dövlət qeydiyyat nişanlı avtomobil isə Zərərçəkmiş şəxs2 qaytarılmış hesab edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 200 (iki yüz) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Ford Transit” markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs1, “Mercedes Benz 814 D” markalı, ** UM *** dövlət qeydiyyat nişanlı avtomobil isə Zərərçəkmiş şəxs2 qaytarılmış hesab edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 200 (iki yüz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar