Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-6/2022 15.03.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 15 mart 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında, saat 10:27-də xx xxxxxx 1971-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, üzərində məhkumluğu olmayan, Siyəzən rayonu, Məşrif kəndində qeydiyyatda olmaqla, Siyəzən şəhəri, H.Əliyev küçəsi ev 140 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən əldə etdiyi ümumi təmiz çəkisi 0,587 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini yaşadığı Siyəzən şəhərinin H.Əliyev küçəsindəki 140 saylı evdə saxlamış, 07 sentyabr 2021-ci il tarixdə, saat 14:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı qeyd olunan ünvana qəfləti baxış keçirilərkən həmin narkotik vasitə evin dəhlizində masanın üzərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,231 və 0,356 qram olmaqla, bir ədəd göy rəngli kağız və bir ədəd ağ rəngli sellofan bükülülərdə, bundan başqa masanın üzərindən içərisində heroin izləri olan 6 ədəd şpris, 1 ədəd qırıq şüşə (ampula), 1 ədəd narkotik vasitə qəbul etmək üçün müştük formasına salınmış 1 manatlıq pul əskinası aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, 234.1-ci maddəsi ilə təqsirli bilir. Təxminən 2 ilə yaxın olar, narkotik vasitə olan heroini şprisə doldurub damarına vurmaqla, qəbul etmiş, Siyəzən rayonu, Məşrif kəndində qeydiyyatda olsa da, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşamışdır. 06 sentyabr 2021-ci il tarixdə, təxminən saat 11:00 radələrində yaşadığı ünvanın yaxınlığında olarkən diqqətini cəlb etməklə, yerdən götürdüyü, habelə hər birinin içərisində narkotik vasitə heroin olan iki ədəd bükümü özü ilə götürüb, yaşadığı ünvana getmişdir. Bir gün sonra, yəni 07 sentyabr 2021-ci il tarixdə, təxminən saat 12:00 radələrində yaşadığı ünvanda olarkən Şahid4 ona zəng edərək, onunla birlikdə çay içmək istədiyini bildirdikdə, sonuncuya yaşadığı ünvana gəlməsini bildirmiş, habelə Rövşən yaşadığı ünvana gəlmişdir. Bundan sonra, Azər Adgözəlov ona zəng edərək yanına gəlmək istədiyini bildirmiş, Rövşən yaşadığı ünvana gələndə masanın üzərində heroin bükülüləri olmuş, sonuncunun əvvəllər narkotik vasitə istifadə etməsini eşitdiyindən ona narkotik vasitə istifadə etməyi təklif etmiş və bu zaman Rövşən masanın üzərində olan narkotik vasitədən 1-2 tüstü istifadə etmişdir. Daha sonra, Azər də yaşadığı ünvana gəlmiş, lakin sonuncu gəldikdən sonra onlar narkotik vasitə istifadə etməmişlər. Təxminən saat 14:00 radələrində polis əməkdaşları qəfil evə daxil olub, yaşadığı ünvana baxış, üzərinə isə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Yaşadığı ünvana baxışa və şəxsi axtarışa başlamazdan əvvəl hüquq, vəzifələri və müdafiə hüququ izah olunaraq bununla bağlı ona bildiriş verilmiş, habelə bildirişi imzalamaqla götürmüşdür. Şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Sonra yaşadığı ünvanda olan masanın üzərinə keçirilən baxış zamanı oradan 6 ədəd şpris, 1 ədəd qırıq şüşə (ampula) 1 ədəd müştük formasına salınmış 1 manatlıq pul əksinası, 1 ədəd göy rəngli siqaret kağızı bükülüsündə narkotik vasitə heroin kütləsi və 1 ədəd ağ rəngli sellofan bükülüdə narkotik vasitə heroin kütləsi aşkar olunmuş və şifahi sorğu zamanı aşkar olunan əşyaların ona məxsus olduğunu, habelə bükülülərdəki kütlələrin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan sonra, yaşadığı ünvanda masanın üzərindən aşkar olunaraq götürülmüş predmetlər bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılarkən bir ədəd sellofan bükülü yararsız vəziyyətdə olduğundan və həmin bükülüdə olan kütlənin dağılma ehtimalı olduğundan həmin sellofan bükülü üzəri əlavə olaraq ağ rəngli kağız parçası ilə bağlanmış, habelə həmin əşya və predmetlər zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra, yaşadığı ünvanda olan Azər Adıgözəlovun və Şahid4 üzərinə şəxsi axtarış keçirilmiş, sonuncuların üzərlərindən qanunla qadağan olunmuş heroin aşkar olunmuş və ayrı-ayrılıqda qablaşdırılaraq götürülmüşdür. Sonra o və digər iştirakçılar zərflərin üzərinə imza etmiş, habelə bu barədə tərtib edilmiş protokol doğru olduğundan iştirakçılar tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tutduğu əməldən peşmançılıq hissi keçirməsinin, bir daha cinayət əməli törətməyəcəyi barədə vədinin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması, üzərində və yaşadığı ünvanda saxlaması, eləcə də yaşadığı evdə Şahid4 və X3 ilə birlikdə narkotik vasitə qəbul etmələri barədə 07 sentyabr 2021-ci il tarixdə əməliyyat aparatına daxil olmuş məlumat əsasında Siyəzən rayon Polis Şöbəsinin əməliyyat işi üzrə rəis müavini Əhməd Nəcəfov tərəfindən protokol yazılmaqla, əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair tərtib olunmuş müvafiq qərar RPŞ-nin rəisinin imzası ilə təsdiq edilmişdir. Bununla bağlı şöbədə müvafiq sənədləşmə aparıldıqdan sonra, Təqsirləndirilən şəxs, Azər Adgözəlovun və Şahid4 ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü Əhməd Nəcəfovun rəhbərliyi altında yaradılmış əməliyyat qrupunun tərkibinə o, CAB-ın rəisi Şahid1, CAB-ın əməliyyat müvəkkili Şahid3 və məlumat portalının operatoru X5 daxil edilərək, keçiriləcək tədbirlə bağlı təlimatlandırılmış, habelə faktla əlaqədar araşdırmanın aparılması müstəntiq Rəhmin Zeynalova həvalə olunmaqla, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi şöbəyə dəvət olunaraq, keçiriləcək tədbirlə bağlı məlumatlandırılmışdır. RPŞ-nin rəisinin tapşırığı ilə həmin gün saat təxminən 14:00 radələrində Siyəzən şəhərinin Heydər Əliyev küçəsinə, Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gedərək təxirəsalınmaz əməliyyat axtarış tədbirlərini həyata keçirilməsi üçün sonuncunun yaşadığı evin həyətinə, oradan isə yaşadığı bir mərtəbəli bir otaqlı otağa daxil olmuşlar. Orada, Təqsirləndirilən şəxs Şahid4 və Azər Adgözəlov ilə birlikdə narkotik vasitə qəbul etdiklərini görüb, özlərini təqdim edərək, üzərilərində narkotik vasitə gəzdirmələrinə və qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmalarına dair əsaslı şübhə olduğunu bildirib, ilk olaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı ünvana baxış keçiriləcəyini bildirmişlər. Bundan əvvəl isə Təqsirləndirilən şəxs, Şahid4 və Azər Adgözəlova hüquq və vəzifələri izah olunaraq, bununla bağlı müvafiq bildiriş verilmiş, habelə sonuncuların üzərlərində, Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə keçiriləcək şəxsi axtarış və baxış zamanı müdafiə hüquqları təmin edilməsi məqsədi ilə Müdafiəçi da iştirakı təmin edilmişdir. Sonra, Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilsə də, sonuncunun üzərindən qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra, Rəhmin Zeynalov tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvanda olan masanın üzərinə baxış keçirilərkən oradan içərisində narkotik vasitə izlərinin olması ehtimal edilən 1 ədəd narkotik vasitənin bişirilməsində istifadə edilən qırıq şüşə (ampula), içərisində narkotik vasitə heroinə bənzər kütlə olan 1 ədəd şəffaf rəngli sellofan bükülüsü, içərisində narkotik vasitə izlərinin olması ehtimal edilən narkotik vasitənin qəbulu üçün nəzərdə tutulan müştük formasına salınmış 1 ədəd bir manatlıq pul əskinası, içərisində narkotik vasitə izlərinin olması ehtimal edilən 6 ədəd narkotik vasitənin qəbulunda istifadə edilən şpris, içərisində narkotik vasitə heroinə bənzər kütlə olan əlavə olaraq 1 ədəd göy rəngli siqaret kağızı bükülüsü aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs 1 ədəd şəffaf rəngli sellofan və 1 ədəd göy rəngli siqaret kağızı bükülülərinin içərilərindəki kütlənin narkotik vasitə “kokos” olduğunu və ona məxsus olmasını bildirmişdir. Daha sonra, aşkar olunmuş predmetlər qablaşdırılarkən 1 ədəd sellofan bükülü yarasız vəziyyətdə olduğundan, həmin bükülüdə olan kütlə dağılmaması üçün sellofan bükülü əlavə kağız bükülüyə bükülmüş, habelə aşkar edilmiş predmetlər ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. Bundan başqa, Azər Adıgözəlovun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli idman gödəkcəsinin sağ yan cibindən bir ədəd “Davidoff” markalı siqaret qutusu, həmin qutunun içərisindən isə 1 ədəd narkotik vasitə heroinə bənzər kütlə olan gümüşü rəngli siqaret kağızı bükülüsü, 1 ədəd içərisində qurudulmuş marixuanaya bənzər kütlə olan gümüşü rəngli siqaret kağızı bükülüsü və içərisində əlavə olaraq 3 ədəd gümüşü rəngli siqaret kağız bükülüsü olan 1 ədəd gümüşü rəngli siqaret bükülüsü və 2 ədəd içərisində narkotik vasitə izlərinin olması ehtimal edilən müştük aşkar edilmiş, habelə aşkar edilmiş predmetlər bir ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmışdır. Daha sonra, Şahid4 üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibinin cırıq olması səbəbindən şalvarının sağ ətək hissəsinə düşmüş bükülü aşkar edilmiş, habelə şifahi sorğu zamanı sonuncu həmin bükülüdəki kütlənin narkotik vasitə heroin olduğunu bildirmiş və həmin bükülü də bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra, şəxsi axtarış və baxış zamanı aşkar edilmiş kütlələr ayrı-ayrılıqda qablaşdırılıb, zərflərin üzərləri möhürlənmiş, habelə iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı iştirakçılar tərəfindən ərizə, şikayət, təklif daxil olmamış və bu barədə tərtib olunaraq ucadan oxunmuş protokollar doğru olduğundan, iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, həmin vaxt videoçəkiliş RPŞnin KTQ-nun baş inspektoru X4 tərəfindən keçirilmişdir. Məhkəmə istintaqında şahid Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3, eləcə də məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahid RPŞ-nin CAB-ın rəisi Şahid1 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərdi ki, təxminən 1 il olar narkotik vasitə olan heroindən çəkmə üsulu ilə istifadə edir. Təqsirləndirilən şəxs təxminən 5-6 aya yaxın, Azər Adgözəlovu isə uzun müddətdir tanıyır və əvvəllər sonuncular ilə aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 04 sentyabr 2021-ci il tarixdə yaşadığı ünvanın yaxınlığında gəzərkən yerdə bir ədəd kağız bükülüyə bükülmüş vəziyyətdə 1 ədəd kütlə, yəni narkotik vasitə olan heroin olduğunu görüb götürmüş, bundan sonra həmin bükülünü istifadə etmək üçün üzərində gəzdirmişdir. 07 sentyabr 2021-ci il tarixdə, saat 12:00 radələrində Siyəzən rayonu, Məşrif kəndində yaşayan Turxan adlı şəxslə küçədə görüşüb söhbət edərkən sonuncu telefonunda kontur olmadığını bildirib, ona məxsus ***-***-**-** saylı mobil telefon vasitəsi ilə Mərifətə zəng edərək, ondan istifadə etmək üçün narkotik vasitə heroin istəmişdir. Həmin vaxt, Mərifət Turxana yaşadığı ünvana gəlməli olduğunu bildirdikdə, sonuncu onunla birlikdə getməsini istəmiş, habelə onlar birlikdə Mərifətin yaşadığı ünvana getmişlər. Mərifətin yaşadığı evin qarşısına çatanda Turxan siqaret almaq üçün yaxınlıqdakı mağazaya, o, isə Mərifətin yaşadığı ünvana getmişdir. Mərifətin evində olarkən onun mobil telefonuna zəng gəlmiş və sonuncu telefon danışığı zamanı zəng edən şəxsi yaşadığı ünvana dəvət etmiş, habelə danışığını bitirdikdən sonra, həmin şəxsin Azər olduğunu bildirmişdir. Mərifət əvvəllər narkotik vasitə istifadə etdiyini bildiyindən ona narkotik vasitə istifadə etməsini təklif etmiş, habelə sonuncu yaşadığı otaqda stolun üzərindəki içərisində narkotik vasitə heroin olan bükülülərdən birinin içərisini açmış və onlar birlikdə 1-2 tüstü həmin narkotik vasitə heroindən istifadə etmişlər. Bundan sonra, Azər də, Mərifətin yaşadığı ünvana gəlib, onlarla birlikdə əyləşsə də, sonuncu gəldikdən sonra narkotik vasitə istifadə etməmişlər. Sonra, təxminən saat 14:00 radələrində polis əməkdaşları qəfil evə daxil olaraq ünvana baxış və üzərilərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Bundan əvvəl isə ona, Təqsirləndirilən şəxs və Azər Adgözəlova hüquq, vəzifələri və müdafiə hüquqları izah olunmuş, habelə bununla bağlı hər birinə ayrıayrılıqda bildiriş verilmiş və o, həmin bildirişi imzalamaqla götürmüş, həmçinin üzərinə keçiriləcək şəxsi axtarış zamanı müdafiəçinin iştirakı da təmin edilmişdir. Polis əməkdaşları tərəfindən ilk olaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, onun üzərindən hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Sonra, onun üzərinə şəxsi axtarış keçirilərkən üzərindən 180 manat məbləğində pul, habelə axtarış davam etdirilərkən əynində olan şalvarın sağ yan cibinin cırıq olması səbəbindən şalvarının sağ ətək hissəsinə düşmüş narkotik vasitə bükülüsü aşkar edilmiş və o da, həmin bükülüdəki kütlənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra, Azər Adgözəlovun üzərində şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli idman gödəkcəsinin sağ yan cibindən bir ədəd “Davidoff” markalı siqaret qutusu, həmin siqaret qutusunun içərisindən 2 ədəd narkotik vasitə qəbul etmək üçün müştük, içərisində narkotik vasitə heroin olan 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü, içərisində qurudulmuş marixuana olan 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü və içərisində əlavə olaraq 3 ədəd gümüşü rəngli siqaret kağız bükülüsü olan 1 ədəd gümüşü rəngli siqaret bükülüsü, əynində olan qara rəngli gödəkcənin sol yan cibindən ümumilikdə 65,50 manat məbləğində pul, əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd mobil telefon və 1 ədəd Kapital bank kartı aşkar olunmuşdur. Daha sonra, Təqsirləndirilən şəxs yaşadığı evə keçirilmiş baxış zamanı orada olan masanın üzərindən 1 ədəd qırıq şüşə (ampula), 1 ədəd içərisində narkotik vasitə heroin olan şəffaf selofan bükülü, müştük formasına salınmış 1 manatlıq pul əskinası, 6 ədəd şpris, əlavə olaraq 1 ədəd içərisində narkotik vasitə heroin olan göy rəngli siqaret kağızı bükülüsü aşkar olunmuş və həmin predmetlər bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Sonda həmin zərfin də üzəri digər zərflərlə birlikdə möhürlənmişdir. Bundan sonra, şəxsi axtarış və baxış keçirilməsinə dair yazılmış protokol, ucadan oxunmuş, şəxsi axtarış və baxış zamanı ərizə, şikayət, təklif daxil olmamış, protokol imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərdi ki, həmkəndlisi Təqsirləndirilən şəxslə, həmçinin təxminən 1 il olar tanıdığı Azər Adıgözəlovla aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 07 sentyabr 2021-ci il tarixdə, saat 12:00 radələrində Siyəzən şəhərində mərkəzdə Şahid4lə görüşmüş və birlikdə küçədə söhbət edərkən o, Rövşənə telefonunda kontur olmadığını deyərək, zəng etmək üçün ondan mobil telefonunu istəmiş, həmçinin sonuncunun ***-***-**-** saylı mobil nömrəsi ilə narkotik vasitə heroindən istifadə etməklə, satışı ilə məşğul olduğunu bildiyi Təqsirləndirilən şəxs ***-***-**-** nar nömrəsinə zəng edib ondan 1,5 qram heroin almaq istəmiş, habelə heroini neçəyə satmasını soruşmuşdur. Mərifət ona əvvəlcə onda heroin olmadığını bildirsə də, təkrar xahişi əsasında Mərifət ona 1 qramı üçün 35 manat, 0,5 qramı üçün isə 20 manat, ümumilikdə 55 manata verəcəyini qeyd etmişdir. O, Mərifətlə razılaşdıqdan sonra sonuncu ona “gəl bizim evə bir şey fikirləşib, təşkil edərik” deyə bildirmişdir. Bundan sonra o, Rövşənlə birlikdə Mərifətin yaşadığı ünvana getmiş, habelə ora çatanda o, siqaret almaq üçün yaxınlıqdakı mağazaya, Rövşən isə Mərifətin yaşadığı ünvana getmişdir. O, yaxınlıqdakı mağazadan siqaret aldıqdan sonra orada olan digər mağazalara girib baxmış, həmçinin təxminən 30-40 dəqiqə sonra Mərifətin yaşadığı ünvana yaxınlaşanda qapının qarşısında polis əməkdaşlarının olduğunu görüb, oradan uzaqlaşmışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 33-35-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 sentyabr 2021-ci il tarixli, 6/3955 saylı ekspert rəyindən görünür ki, “Azərbaycan Respublikası DİN Zərflər üçün №96” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs .......” yazı və imzalar olan zərfdə 2 ədəd bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,231 qram və 0,356 qram olmaqla, ümumi çəkisi 0,587 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin zərfdə olan 5 ədəd 1ml həcmli şprisin, 1 ədəd 2 ml həcimli şprisin və kağız borucuğun daxilində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək mümkün deyildir. Tədqiqata 0,08 qram sərf olunduqdan sonra heroinin qalıq çəkisi 0,507 qram təşkil etmişdir. Cinayət işinin 32-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış materialların məhkəmə ekspertizasının dəyəri 88,70 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 127-128-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 04 noyabr 2021-ci il tarixdə verilmiş 4317 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 23-26-cı vərəqələrində olan 07 sentyabr 2021-ci il tarixli şəxsi axtarış, baxış və götürmə haqqında protokoldan görünür ki, həmin gün, saat 14:17-dən saat 14:43-dək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı Siyəzən şəhərinin H.Əliyev küçəsindəki 140 saylı evə keçirilən baxış zamanı ittihamın əsasını təşkil edən narkotik vasitə heroin evin dəhlizində masanın üzərində ayrıayrılıqda bir ədəd göy rəngli kağız və bir ədəd ağ rəngli sellofan bükülülərdə, bundan başqa masanın üzərindən içərisində heroin izləri olan 6 ədəd şpris, 1 ədəd qırıq şüşə (ampula), 1 ədəd narkotik vasitə qəbul etmək üçün müştük formasına salınmış 1 manatlıq pul əskinası aşkar olunaraq götürülmüşdür. Videoçəkiliş zamanı “Nikon” markalı aparatdan istifadə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 137-149-cu vərəqələrində olan 12 noyabr 2021-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdə masanın üzərindən aşkar edilmiş qalıq çəkisi 0,507 qram təşkil edən narkotik vasitə heroin, 5 ədəd 1ml həcmli şpris, 1 ədəd 2 ml həcmli şpris və kağız borucuq cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs yaşadığı ünvanda üzərinə şəxsi axtarışın, eləcə də yaşadığı ünvana keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd, eləcə də DİN BİKİ-dən alınmış məlumatların yerləşdiyi 1 ədəd, cəmi 2 ədəd Kompakt disklər də iş üzrə maddi sübut kimi tanınmaqla, cinayət işi materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 81-82-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 17 sentyabr 2021-ci il tarixli tələbnamədən, işin 117-119-cu vərəqələrində olan Quba Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli, 1(027)- 151/2018 saylı hökmündən, eləcə də işin 126-cı vərəqəsində olan Siyəzən rayon İcra və Probasiya Şöbəsinin 10 noyabr 2021-ci il tarixli, 2497/2021-64-1 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 01 (bir) il 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmçinin cəzasının müddəti başa çatdığı üçün 25 fevral 2020-ci il tarixdə Siyəzən rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmış, onun üzərində heç bir çəkilməmiş cəza qalmamışdır. Bununla da, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 70-72-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 4(059)-40/2021 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 07 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 124-125-ci vərəqələrində olan arayışdan, xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə olunmuş AO seriyalı, ******* saylı hərbi biletin, tibbi sənədlərin surətlərindən, elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 29 oktyabr 2016-cı il təvəllüdlü Məhəmməd adında bir azyaşlı uşağı olmaqla, ünvan 3 ünvanında yaşamış, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, o cümlədən İ Qarabağ müharibəsində iştirak etmiş Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama cinayət əməllərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin faktiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda 0,587 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini yaşadığı ünvanda saxlaması, 07 sentyabr 2021-ci il tarixdə, saat 14:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı həmin narkotik vasitənin evin dəhlizində masanın üzərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,231 və 0,356 qram olmaqla, bir ədəd göy rəngli kağız və bir ədəd ağ rəngli sellofan bükülülərdə aşkar edilməsi, həmçinin masanın üzərindən içərisində heroin izləri olan 6 ədəd şprisin, 1 ədəd qırıq şüşənin (ampulanın), 1 ədəd narkotik vasitə qəbul etmək üçün müştük formasına salınmış 1 manatlıq pul əskinasının da müəyyən edilərək götürülməsi, Şahid5 ilə sonuncunu müəyyən haqq müqabilində narkotik vasitə olan heroinlə təmin edəcəyi barədə əvvəlcədən razılıq əldə etməsi, Şahid5 ilə telefon danışığı zamanı orada olmaqla, baş tutan söhbətdən xəbərdar olmuş, habelə Turxanla birlikdə, lakin sonuncudan ayrılmaqla, təkbaşına onun yaşadığı ünvana gəlmiş Şahid4 də narkotik vasitə olan heroinlə təmin etməsi Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə satmasını və satış niyyətini özündə ehtiva etmişdir ki, bu da nəticə etibarilə, sonuncunun hərəkətlərinin məqsədinin bir daha satış həyata keçirmək olmasına dəlalət edir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində bir azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, o cümlədən İ Qarabağ müharibəsində iştirak etməsini, həmçinin barəsində yaşayış yeri üzrə şikayət olmamaqla, müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, şəxsiyyətini, o cümlədən sonuncu dəfə narkotik vasitənin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət əməlinin törədilməsinə görə məhkum olunmasına baxmayaraq, islah olunmamasını, yenidən bu dəfə də əvvəl olduğu kimi narkotik vasitənin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət əməlini törətməsi onun törətdiyi əməlinin ictimai təhlükəliliyini xeyli dərəcədə artıdığını, hüquqazidd əməllərini davam etdirməklə, narkotik vasitəni təbliğ etməklə, qanunsuz dövriyyəsində iştirakını bununla belə yuxarıda qeyd olunan yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin ½ həcmindən az olmayan cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 07 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,507 qram təşkil edən narkotik vasitə heroin, 5 ədəd 1ml həcmli şpris, 1 ədəd 2 ml həcmli şpris və kağız borucuq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və Təqsirləndirilən şəxs yaşadığı ünvanda üzərinə şəxsi axtarışın, eləcə də yaşadığı ünvana keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd, həmçinin DİN BİKİ-dən alınmış məlumatların yerləşdiyi 1 ədəd, cəmi 2 ədəd Kompakt disklər cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 88,70 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 07 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,507 qram təşkil edən narkotik vasitə heroin, 5 ədəd 1ml həcmli şpris, 1 ədəd 2 ml həcmli şpris və kağız borucuq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və Təqsirləndirilən şəxs yaşadığı ünvanda üzərinə şəxsi axtarışın, eləcə də yaşadığı ünvana keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd, həmçinin DİN BİKİ-dən alınmış məlumatların yerləşdiyi 1 ədəd, cəmi 2 ədəd Kompakt disklər cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 88,70 (səksən səkkiz manat 70 qəpik) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-6/2022
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-6/2022
15.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver