Məhkəmə qərarları › İş №1(059)-6/2023

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-6/2023

31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-6/2023 31.01.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər- fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi1 və Müdafiəçi2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə 31 yanvar 2023-cü il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1975-ci il tarixdə Abşeron rayonu, Sitalçay kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, İİ dərəcə əlilliyi olan şəxs, üzərində məhkumluğu olmayan, Xızı rayonu, Sitalçay kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.2-ci maddələri, xx xxxx 1986-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, şəhərin O. Qoçəliyev küçəsindəki nömrəsiz fərdi yaşayış evdə yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.2-ci maddələri təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 22 may 2022-ci il tarixdə, saat 20:00 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməklə, özgənin əmlakını gizli olaraq talama məqsədilə Siyəzən rayonunun Beşdam kənd qəbristanlığından Zərərçəkmiş şəxs5 mərhum əmisi X9 mərhum bibisi X6 məzarlığının dəmir barmaqlıqla əhatə olunan dəmir qapısını və mərhum nənəsi X5 məzarlığının daş hasarla əhatə olunmuş dəmir qapısını oğurlamaqla, Zərərçəkmiş şəxs5 ümumilikdə 290 manat dəyərində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməklə özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 may 2022-ci il tarixdə, saat 20:00 radələrində Siyəzən rayonunun Beşdam kənd qəbristanlığından Zərərçəkmiş şəxs3 mərhum qaynı X3 məzarlığının dəmir barmaqlıqla əhatə olunan dəmir qapısını oğurlamaqla, Zərərçəkmiş şəxs3 ümumilikdə 140 manat dəyərində maddi ziyan vurmuşdur. Bundan əlavə o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməklə özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 may 2022-ci il tarixdə, saat 20:00 radələrində Siyəzən rayonunun Beşdam kənd qəbristanlığından Zərərçəkmiş şəxs1 bibisi X7 məzarlığının dəmir barmaqlıqla əhatə olunan dəmir qapısını oğurlamaqla, Zərərçəkmiş şəxs1 ümumilikdə 120 manat dəyərində maddi ziyan vurmuşdur. Həmçinin o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməklə özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 may 2022-ci il tarixdə, saat 20:00 radələrində Siyəzən rayonunun Beşdam kənd qəbristanlığından Zərərçəkmiş şəxs2 mərhum atası X11 məzarlığının dəmir barmaqlıqla əhatə olunan dəmir qapısını oğurlamaqla, Zərərçəkmiş şəxs2 ümumilikdə ümumilikdə 120 manat dəyərində maddi ziyan vurmuşdur. Eyni zamanda o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməklə özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 may 2022-ci il tarixdə, saat 20:00 radələrində Siyəzən rayonunun Beşdam kənd qəbristanlığından Zərərçəkmiş şəxs6 mərhum qızı X1 və mərhum atası X2 məzarlığının dəmir barmaqlıqla əhatə olunan dəmir qapısını və bir ədəd dəmir list parçası oğurlamaqla, Zərərçəkmiş şəxs6 ümumilikdə 188 manat dəyərində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməklə özgənin əmlakını gizli olaraq talama məqsədilə 23 may 2022-ci il tarixdə, saat 20:00 radələrində Siyəzən şəhər qəbristanlığından Zərərçəkmiş şəxs4 mərhum babası X14 mərhum bibisi X8 məzarlığının dəmir barmaqlıqla əhatə olunan dəmir qapısını oğurlamaqla, Zərərçəkmiş şəxs4 ümumilikdə 110 manat dəyərində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 22 may 2022-ci il tarixdə, saat 20:00 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməklə özgənin əmlakını gizli olaraq talama məqsədilə Siyəzən rayonunun Beşdam kənd qəbristanlığından Zərərçəkmiş şəxs5 mərhum əmisi X9 mərhum bibisi X6 məzarlığının dəmir barmaqlıqla əhatə olunan dəmir qapısını və mərhum nənəsi X5 məzarlığının daş hasarla əhatə olunmuş dəmir qapısını oğurlamaqla, Zərərçəkmiş şəxs5 ümumilikdə 290 manat dəyərində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməklə özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 may 2022-ci il tarixdə, saat 20:00 radələrində Siyəzən rayonunun Beşdam kənd qəbristanlığından Zərərçəkmiş şəxs3 mərhum qaynı X3 məzarlığının dəmir barmaqlıqla əhatə olunan dəmir qapısını oğurlamaqla, Zərərçəkmiş şəxs3 ümumilikdə 140 manat dəyərində maddi ziyan vurmuşdur. Bundan əlavə o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməklə özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 may 2022-ci il tarixdə, saat 20:00 radələrində Siyəzən rayonunun Beşdam kənd qəbristanlığından Zərərçəkmiş şəxs1 bibisi X7 məzarlığının dəmir barmaqlıqla əhatə olunan dəmir qapısını oğurlamaqla, Zərərçəkmiş şəxs1 ümumilikdə 120 manat dəyərində maddi ziyan vurmuşdur. Həmçinin o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməklə özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 may 2022-ci il tarixdə, saat 20:00 radələrində Siyəzən rayonunun Beşdam kənd qəbristanlığından Zərərçəkmiş şəxs2 mərhum atası X11 məzarlığının dəmir barmaqlıqla əhatə olunan dəmir qapısını oğurlamaqla, Zərərçəkmiş şəxs2 ümumilikdə 120 manat dəyərində maddi ziyan vurmuşdur. Eyni zamanda o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməklə özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 may 2022-ci il tarixdə, saat 20:00 radələrində Siyəzən rayonunun Beşdam kənd qəbristanlığından Zərərçəkmiş şəxs6 mərhum qızı X1 və mərhum atası X2 məzarlığının dəmir barmaqlıqla əhatə olunan dəmir qapısını və bir ədəd dəmir list parçası oğurlamaqla, Zərərçəkmiş şəxs6 ümumilikdə 188 manat dəyərində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməklə özgənin əmlakını gizli olaraq talama məqsədilə 23 may 2022-ci il tarixdə, saat 20:00 radələrində Siyəzən şəhər qəbristanlığından Zərərçəkmiş şəxs4 mərhum babası X14 mərhum bibisi X8 məzarlığının dəmir barmaqlıqla əhatə olunan dəmir qapısını oğurlamaqla, Zərərçəkmiş şəxs4 ümumilikdə 110 manat dəyərində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, 22 may 2022-ci il tarixdə, saat təxminən 20:00 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə idarəçiliyində olan “Naz Lifan” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə sonuncunun mərhum atasının məzarını ziyarət etmək üçün Siyəzən rayonunun Beşdam kənd qəbiristanlığına getmiş, orada yaxınlarının kim olduğunu bilmədiyi altı ədəd ayrı-ayrı məzarların girişinə quraşdırılmış dəmir barmaqlı qapıları Təqsirləndirilən şəxs2 ilə birlikdə yerindən çıxardıb, avtomobilinə yükləmiş və elə həmin gün birlikdə təxminən 100 kiloqramdan artıq olan dəmir barmaqlı qapıları Xızı rayonunun Yeni Yaşma qəsəbəsində metal qəbulu ilə məşğul olan Anar adlı şəxsə təxminən 46-48 manat məbləğində pulun müqabilində satmış, habelə həmin məbləğin 25 manatını Təqsirləndirilən şəxs2 versə də, qalan məbləği şəxsi ehtiyaclarına xərcləmişdir. Hazırda əməlindən peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Əlavə olaraq, Təqsirləndirilən şəxs1 sonuncu məhkəmə iclasında ifadəsində 2022-ci ilin may ayında Təqsirləndirilən şəxs2 ilə birlikdə Siyəzən şəhər qəbiristanlığından da oğurluq etdiyini də göstərmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 Xızı rayonunda yerləşən işlədiyi kafedən tanımış, habelə, sonuncu bir neçə dəfə onu Xızı rayonundan yaşadığı Siyəzən rayonuna gətirmiş, bundan sonra isə aralarında münasibət yaranmağa başlamışdır. Daha sonra, Təqsirləndirilən şəxs1 hazırda işlədiyi Siyəzən rayon MİS-in inzibati binasının önünə mütəmadi olaraq gələrək, onu çay içmək adı ilə kafeyə aparmış, bu hal isə iş yerində narazılığa səbəb olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs1 ilə ilk əvvəl Siyəzən şəhər qəbiristanlığından oğurluq etmişlər. Bundan əlavə, 22 may 2022-ci il tarixdə, saat təxminən 20:00 radələrində Təqsirləndirilən şəxs1 təkidi ilə habelə sonuncuya məxsus avtomobillə Siyəzən rayonunun Beşdam kənd qəbiristanlığına getmiş, orada Təqsirləndirilən şəxs1 altı ədəd ayrı-ayrı məzarların girişinə quraşdırılmış dəmir barmaqlı qapıları yerindən çıxardıb, avtomobilin yanına gətirmiş, o, isə avtomobilə yükləməkdə ona köməklik etmiş və elə həmin gün Təqsirləndirilən şəxs1 həmin dəmir barmaqlı qapıları Xızı rayonunun Yeni Yaşma qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə satıb, əldə etdiyi puldan 20 manat məbləğini ona vermiş və onlar Siyəzən rayonuna qayıtmışlar. Hazırda, əməlindən peşmançılıq hissi keçirməsinin, bir daha cinayət törətməyəcəyinə dair vədinin nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, təqsiləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 əvvəllər tanımasa da, Təqsirləndirilən şəxs2 Siyəzən rayon sakini kimi tanımış, sonunculara qarşı heç bir ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxslər tərəfindən 22 may 2022-ci il tarixdə Siyəzən rayon Beşdam kənd qəbirsitanlığında yerləşən ailə məzarlığından, yəni mərhum atası, babası və nənəsinin məzarlarının üzərindəki dəmir barmaqlı qapı oğurlanmış, həmin dəmir barmaqlı qapının metal kimi dəyəri az olsa da, onun hazırlanması və yerləşdirilməsi nəzər alınmaqla, ona 120 manat ziyan dəymişdir. Qeyd edir ki, təqsirləndirilən şəxslərin ailə məzarlığından oğurluq etməsi hissiyyatlarına toxunmuşdur. Bundan başqa, hazırda təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyindən, övladlarına görə onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, təqsiləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 əvvəllər tanımasa da, Təqsirləndirilən şəxs2 “Novruz Bayramı” ərəfəsində Siyəzən rayon Beşdam kənd qəbiristanlığında məşəl yandırarkən görmüş, bundan başqa, sonunculara qarşı heç bir ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxslər Siyəzən rayon Beşdam kənd qəbirstanlığından mərhum qaynı X4 məzarından dəmir barmaqlı qapı oğurlamaqla, ona 140 manat ziyan vurmuşdur. Oğurluq hadisəsini nə vaxt müəyyən etməsini isə xatırlamır. Bundan başqa, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Odur ki, təqsirləndirilən şəxslərin azyaşlı övladlarının olmasını nəzərə alıb, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs5 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, təqsiləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 əvvəllər tanımasa da, Təqsirləndirilən şəxs2 Siyəzən rayon sakini kimi tanımış, sonunculara qarşı heç bir ədavət və düşmənçiliyi olmamışdır. 17 may 2022-ci il tarixdə məzuniyyətə çıxıb yaşadığı Siyəzən rayonuna gəlmiş, bundan bir neçə gün sonra, təxminən 23 may 2022-ci il tarixdə yaxınlarının məzarını ziyarət etmək üçün Siyəzən rayon Beşdam kənd qəbirsitanlığına getdiyində, mərhum nənəsinin, həmçinin əmisinin və bibisinin məzarlarının üzərindəki dəmir barmaqlı qapıların yerindən çıxarılıb aparılmasını görmüş və bu barədə rayon Polis Şöbəsinə müraciət etmişdir. Oğurlanmış dəmir barmaqlı qapılara görə ona cəmi təxminən 290 manat məbləğində ziyan dəysə də, dəymiş ziyan təqsirləndirilən şəxlər tərəfindən ödənilmişdir. Odur ki, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs6 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, təqsiləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 əvvəllər tanımasa da, Təqsirləndirilən şəxs2 Siyəzən rayon sakini kimi tanımış, sonunculara qarşı heç bir ədavət və düşmənçiliyi olmamışdır. Siyəzən rayon Beşdam kənd qəbirsitanlığından dəmir barmaqlı qapılarının oğurlanması barədə eşidib oraya getdiyində yaxınlarının məzarından da oğurluq olduğunu görmüşdür. Belə ki, mərhum bibisinin məzarının üzərindən dəmir barmaqlı qapı oğurlanmış və bununla da, ona təxminən 120 manat məbləğində ziyan vurulmuşdur. Bununla yanaşı, Zərərçəkmiş şəxs6 əvvəlcə ifadəsində təqsirləndirilən şəxslərin ona dəymiş ziyan ödəməsələr də, sonunculara qarşı şikayət və tələbinin olmadığını bildirsə də, o, 18 yanvar 2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində ona dəymiş zərərin tam olaraq ödənildiyini qeyd edib, təqsirləndirilən şəxslərə qarşı şikayətinin olmadığını bir daha göstərmişdir. Zərərçəkmiş şəxs4 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, təqsiləndirilən şəxsləri əvvəllər tanımamaqla, sonunculara qarşı heç bir ədavət və düşmənçiliyi olmamışdır. 24 may 2022cil il tarixdə Siyəzən şəhər qəbiristanlıqdakı baba və nənəsinin məzarını ziyarət etməyə gedərkən məzarları üzərində inşa edilmiş qapının yerində olmadığını görmüş, DİN-in 102 xidmətinə zəng vuraraq, hadisə ilə bağlı məlumat vermişdir. Bundan sonra, Siyəzən RPŞnin əməkdaşları hadisə yerinə gələrək müxtəlif ölçmələr etməklə qeydlər aparmışdır. Bundan əlavə, o, ayda bir-iki dəfə mərhum qohumlarının məzarını ziyarət etməyə getsə də, həmin ərəfələrdə, yəni sözügedən xoşagəlməz hadisə olan vaxtlarda gec-gec getmişdir. Nəticədə, ona təxminən 110 manat məbləğində ziyan vurulsa da, dəymiş zərərin əvəzi tam olaraq ödənilmişdir. Odur ki, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı 29 yanvar 2023-cü il tarixli ərizəsində göstərmişdir ki, o, 86 yaşında olmaqla, səhhətində problemlər olduğu üçün məhkəmə iclaslarında iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş edib, iclasın onun iştirakı olmadan keçirilməsini rica etmiş, həmçinin təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənildiyindən onlara qarşı şikayət və tələbinin olmadığını qeyd etmişdir. Beləliklə, Zərərçəkmiş şəxs1, Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən elan edilmiş məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, bibisi X13 1975-ci ildə rəhmətə getməklə, Siyəzən rayonunun Beşdam kənd məzarlığında dəfn olunmuş, həmin ildə onun məzarının ətrafına dəmir barmaqlıqla əhatəyə aldırmış, həmçinin orada uzunluğu 1 metr 10 sm, eni 90 sm olan dəmir barmaqlı qapı quraşdırtmışdır. Bundan əlavə, o, arada-sırada gedib bibisinin və qohumlarının qəbrini ziyarət edir. 21 may 2022-ci il tarixdə günorta saatlarında o, Siyəzən rayonunun Beşdam kənd məzarlığına ziyarətə getmiş, həmin vaxt dəmir barmaqlı qapı yerində olsa da, 23 may 2022-ci il tarixdə yenidən məzarı ziyarətə gedəndə dəmir qapının yerində olmadığını görmüş, habelə həmin qəbiristanlıqdakı başqa məzarların dəmir qapılarının da oğurlanması və bu hadisələrin Xızı rayon sakini Təqsirləndirilən şəxs1 və Siyəzən rayon sakini Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi ona məlum olmuşdur. Bundan başqa, o, bibisi Saat Abdullayevanın məzarının ətrafına dəmir barmaqlı qapını öz maddi vəsaiti hesabına düzəltdirmişdir. Eyni zamanda, o, dəmir barmaqlı qapının qiymətini dəqiq bilmədiyi üçün ilk vaxtlar baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 40 manat məbləğində maddi ziyanın vurulduğunu bildirsə də, ekspert tərəfindən müəyyən edilmiş 120 manat qiymətləndirmə ilə razılaşmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 146-147-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 avqust 2022-ci il tarixli, 9/4793 nömrəli ekspert rəyindən görünür ki, analoji malların texniki göstəricilərinə müvafiq olaraq, tədqiqata təqdim edilmiş arayışda göstərilən məlumatlara əsasən ekspertiza təyini haqqında qərarın təsviri hissəsində qeyd edilən 1 ədəd 1975-ci ildə kustar üsul ilə Azərbaycan SSR-də hazırlanmış, həmin vaxt istifadə olunmuş, istifadəyə yararlı, hündürlüyü 1 metr 10 santimetr, eni 90 santimetr, dəmirinin qalınlığı 4 santimetr, ətrafı dəmirdən və içərisində barmaqlıqlar olan dəmir qapının orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin mart ayından may ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 120 manat müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 145-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 150-151-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 avqust 2022-ci il tarixli, 9/4796 nömrəli ekspert rəyindən görünür ki, analoji malların texniki göstəricilərinə müvafiq olaraq, tədqiqata təqdim edilmiş arayışda göstərilən məlumatlara əsasən ekspertiza təyini haqqında qərarın təsviri hissəsində qeyd edilən 2 ədəd ətrafı dəmirdən və içərisində barmaqlıqlar olan dəmir qapıların, o cümlədən içərisində dəmir barmaqlıqlar olan 1 ədəd 2017-ci ildə Azərbaycan Respublikasında kustar üsul ilə hazırlanmış, həmin vaxtdan istifadə olunaraq istifadəyə yararlı olmuş, eni 1 metr 80 santimetr, hündürlüyü 1 metr 10 santimetr, dəmirinin qalınlığı 5 santimetr olan dəmir qapının orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin may ayına olan orta bazar dəyəri nəzəri qaydada təxminən 170 manat, içərisində dəmir barmaqlıqlar olan 1 ədəd 2017-ci ildə Azərbaycan Respublikasında kustar üsul ilə hazırlanmış, həmin vaxtdan istifadə olunaraq istifadəyə yararlı olmuş, eni 60 santimetr, hündürlüyü 1 metr 10 santimetr, dəmirinin qalınlığı 4 santimetr olan dəmir qapının dəyəri təxminən 120 manat, ümumilikdə isə 290 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 149-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 154-155-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 avqust 2022-ci il tarixli, 9/4791 nömrəli ekspert rəyindən görünür ki, analoji malların texniki göstəricilərinə müvafiq olaraq, tədqiqata təqdim edilmiş arayışda və ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən məlumatlara əsasən 1 ədəd 1992-ci ildə kustar üsul ilə Azərbaycan Respublikasında hazırlanmış, istifadəyə yararlı, hündürlüyü 70 santimetr, eni 1 metr, dəmirinin qalınlığı 3 santimetr, ətrafı dəmirdən və içərisində barmaqlıqlar olan dəmir qapının orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin mart ayından 2022-ci ilin may ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 100 manat müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 153-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 158-159-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2022-ci il tarixli, 9/4328 nömrəli ekspert rəyindən görünür ki, analoji malların texniki göstəricilərinə müvafiq olaraq, tədqiqata təqdim edilmiş məktubda və ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən məlumatlara əsasən 1 ədəd 2005-ci ildə Azərbaycan Respublikasında kustar üsul ilə hazırlanmış, həmin vaxtdan istifadə olunaraq istifadəyə yararlı, hündürlüyü 120 santimetr, eni 90 santimetr, dəmirinin qalınlığı 5 santimetr ölçüdə, ətrafı dəmirdən və içərisində barmaqlıqlar olan dəmir qapının orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin may ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 140 manat müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 157-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 162-163-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 avqust 2022-ci il tarixli, 9/4792 nömrəli ekspert rəyindən görünür ki, analoji malların texniki göstəricilərinə müvafiq olaraq, tədqiqata təqdim edilmiş arayışda göstərilən məlumatlara əsasən ekspertiza təyini haqqında qərarın təsviri hissəsində qeyd edilən malların, o cümlədən 1 ədəd 1991-ci ildə Azərbaycan Respublikasında kustar üsul ilə hazırlanmış, həmin vaxtdan istifadə olunaraq istifadəyə yararlı olmuş, eni 70 santimetr, hündürlüyü 1 metr 30 santimetr, dəmirinin qalınlığı 5 santimetr içərisində dəmir barmaqlıqlar olan dəmir qapının orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin mart ayından 2022-ci ilin may ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 140 manat, 1 ədəd 2014-cü ildə Azərbaycan Respublikasında kustar üsul ilə hazırlanmış, həmin vaxtdan istifadə olunaraq istifadəyə yararlı olmuş, eni 1 metr, uzunluğu 1 metr 20 santimetr, dəmirinin qalınlığı 2 millimetr olan dəmir list parçasının dəyəri təxminən 48 manat müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 161-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 166-167-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 avqust 2022-ci il tarixli, 9/4794 nömrəli ekspert rəyindən görünür ki, analoji malların texniki göstəricilərinə müvafiq olaraq, tədqiqata təqdim edilmiş arayışda göstərilən məlumatlara əsasən ekspertiza təyini haqqında qərarın təsviri hissəsində qeyd edilən 1 ədəd 1975-ci ildə Azərbaycan Respublikasında kustar üsul ilə hazırlanmış, həmin vaxt istifadə olunmuş, istifadəyə yararlı, hündürlüyü 80 santimetr, eni 80 santimetr, dəmirinin qalınlığı 4 santimetr, ətrafı dəmirdən və içərisində barmaqlıqlar olan dəmir qapının orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin mart ayından 2022-ci ilin may ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 100 manat müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 165-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 170-171-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 avqust 2022-ci il tarixli, 9/4795 nömrəli ekspert rəyindən görünür ki, analoji malların texniki göstəricilərinə müvafiq olaraq, tədqiqata təqdim edilmiş arayışda göstərilən məlumatlara əsasən ekspertiza təyini haqqında qərarın təsviri hissəsində qeyd edilən 1 ədəd 1991-ci ildə kustar üsul ilə Azərbaycan Respublikasında hazırlanmış, istifadəyə yararlı, hündürlüyü 1 metr 20 santimetr, eni 90 santimetr, dəmirinin qalınlığı 4 santimetr, ətrafı dəmirdən və içərisində barmaqlıqlar olan dəmir qapının orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin mart ayından 2022-ci ilin may ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 120 manat müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 169-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 174-175-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2022-ci il tarixli, 9/4329 nömrəli ekspert rəyindən görünür ki, analoji malların texniki göstəricilərinə müvafiq olaraq, tədqiqata təqdim edilmiş məktubda və ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən məlumatlara əsasən 1 ədəd 1990-cı ildə Azərbaycan SSR-də kustar üsul ilə hazırlanmış, həmin vaxtdan istifadə olunaraq istifadəyə yararlı, hündürlüyü 110 santimetr, eni 90 santimetr, qalınlığı 3 santimetr ölçüdə, ətrafı dəmirdən və içərisində barmaqlıqlar olan dəmir qapının orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin aprel-may aylarına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 110 manat müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 173-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 16-17-ci, 31-32-ci, 46-47-ci, 57- 58-ci, 88-89-cu, 99-100-cü, 113-114-cü vərəqələrində olan müvafiq olaraq 23, 24, 28 may və 08 iyun, eləcə də 27 may 2022-ci il tarixli baxış keçirmə və götürmə haqqında protokollardan və 123-143-cü vərəqələrdə olan fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 22-23 may 2022-ci il tarixlərdə, saat 20:00 radələrində Siyəzən rayonunun Beşdam kənd və Siyəzən şəhər qəbristanlıqlarından zərərçəkmiş şəxslərin ailə üzvlərinə və qohumlarıma aid qəbrlərin dəmir barmaqlıqla əhatə olunan dəmir qapılarını və bir ədəd dəmir list parçasını oğurlamalarını etiraf etmiş, habelə baş vermiş hadisələrin törədilmə mexanizmini təfərrüatlı şəkildə izah edərək, olanları bir daha təsdiq etmişlər. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 4-5-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 23 noyabr 2022-ci il tarixli tələbnamələrindən, eləcə də işin bu cildinin 17-18-ci vərəqələrində olan Xızı Rayon Məhkəməsinin 06 dekabr 2004-cü il tarixli, 1-25/2004 saylı, 20-26-cı vərəqələrindəki Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 noyabr 2011-ci il tarixli, 1(101)-859/2011 saylı hökmlərinin surətlərindən görünür ki, müvafiq olaraq əvvəllər Azərbaycan Respublikasının CM-nin 128-ci və 181.2.1-ci maddələri ilə təqsirli bilinməklə, məhkum edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hazırda üzərində məhkumluğu olmayan şəxslərdir. Cinayət işinin İİ cild 27-28-ci səhifələrində olan 14 dekabr 2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İİ cild 61-62-ci vərəqələrindəki 16 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 83-84-cü vərəqələrində olan 16 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İİ cild 13-15-ci vərəqələrində olan xasiyyətnamədən, arayışlardan, həmçinin iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, 2-ci qrup Qarabağ əlili olmaqla, 31 may 2018-ci il tarixdə arvadı öldükdən sonra himayəsində 22 mart 2008-ci il təvəllüdlü Aynur adında bir yetkinlik yaşına çatmayan uşağı qalmış, Xızı rayonu, Sitalçay kəndindəki hərbi şəhərcikdə yaşamış Təqsirləndirilən şəxs1 barəsində Xızı RİHB-nin Sitalçay kənd İƏD üzrə nümayəndəliyinə şifahi və yazılı şikayət daxil olmamışdır. Cinayət işinin İİ cild 7-8-ci vərəqələrində olan arayışdan, xasiyyətnamədən, həmçinin iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 19 sentyabr 2006-cı il təvəllüdlü Sədrəddin və 19 sentyabr 2007ci il təvəllüdlü Polad adında iki yetkinlik yaşına çatmayan uşağı olmaqla, ünvan 2 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs2 barəsində Siyəzən RİHB-nin Mənzil İstismar Sahəsinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxslər tərəfindən tərtib olunmuş ərizələrdən görünür ki, onlar ərizələrində dəymiş zərərləri tam şəkildə ödənildiyinə görə təqsirləndirilən şəxslərə qarşı şikayət və tələblərinin olmadığını göstərmişlər. İş materiallarına əlavə olunmuş qanuni qüvvəsini almış məhkəmə aktlarından görünür ki, Siyəzən və Şabran rayon ərazilərində yerləşən qəbrstanlıqlarda törətdikləri xırda talama (Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi) əməllərinə görə Təqsirləndirilən şəxs1 iki, Təqsirləndirilən şəxs2 isə bir dəfə inzibati məsuliyyətə cəlb edilmiş, həmçinin Təqsirləndirilən şəxs1 bu qərarlardan birinin icrası ilə əlaqədar icra yerinə getmədiyinə görə barəsində məcburi qaydada gətirilmə tətbiq edilmişdir. İş materiallarına əlavə olunmuş X20 tərəfindən 31 yanvar 2023-cü il tarixdə tərtib edilmiş ərizədən görünür ki, o, bacısı Aynur Rebrikovanın onun himayəsində qalmasına etiraz etmir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən, həmçinin camaatın normal mənəvi tələbatlarını ödədiyi, habelə ölmüş şəxsin cənazəsinin (meyitinin və ya qalıqlarının), külünün qəbirdə dəfni, eləcə də kütləvi ziyarətlərin təşkili üçün yaradılmış ictimai ərazilərdən zərərçəkmiş şəxslərin ailə üzvlərinin və qohumlarının qəbrlərinə aid dəmir barmaqlıqla əhatə olunan dəmir qapılarını və bir ədəd dəmir list parçasını gizli olaraq talama cinayət əməllərini törətmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxslərin özlərinin etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxslərin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə tövsif edilmiş və onlar müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzaların həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən onun İİ qrup əlil olmaqla, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması Cəzanı yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında camaatın normal mənəvi tələbatlarını ödədiyi, habelə ölmüş şəxsin cənazəsinin (meyitinin və ya qalıqlarının), külünün qəbirdə dəfni, eləcə də kütləvi ziyarətlərin təşkili üçün yaradılmış ictimai ərazilərdən, qəbiristanlıqlardan özgənin əmlakını gizli olaraq talamaq kimi hüquqazidd əməlləri törətməsini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, əməlləri ilə zərərçəkmiş şəxslərin, cəmiyyətin heysiyyətinə toxunduğunu, oğurluq əməllərinin törədilməsində aktiv iştirakını (dəmir məmulatları çıxarması, idarəçiliyindəki nəqliyyat vasitəsilə bir yerdən başqa yerə daşıması, satışını təşkil edərək, əldə etdiyi pul məbləğinin müqəddaratını həll etməklə, bölüşdürməsini), Təqsirləndirilən şəxs1 şəxsiyyətini, ictimai faydalı işlə məşğul olmamasını, əvvəllər sağlamlıq əleyhinə törətdiyi cinayət əməlinə görə verilmiş cəzadan, eləcə də oğurluqları törədən ərəfədə hazırkı kateqoriyadan törətdiyi inzibati xəta əməllərinə görə verilmiş tənbehlərdən nəticə çıxarmamasını, bununla da, hüquqazidd əməllərini davam etdirməsini, islah, habelə tərbiyə olunmamasını, yeni cinayət törətməyə meylliyini, barəsində məhkəmə qərarı ilə tətbiq edilmiş inzibati tənbehin icrası ilə əlaqədar icra yerinə uzun müddət getmədiyinə görə barəsində məcburi qaydada gətirilmə tətbiq edildiyini, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, bununla belə, barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yuxarıda sadalanan yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın minimum həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 14 dekabr 2022-ci il tarixdən 16 dekabr 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 31 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 55-ci bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilən şəxslərin himayəsində yetkinlik yaşına çatmayan baxımsız uşaqlar olduqda, hökmün nəticəvi hissəsində belə uşaqların qohumların razılığı ilə onların və yaxud qəyyumluq və himayəçilik orqanlarının himayəsinə verilmələri göstərilməlidir. Bu mənada, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum edildikdən sonra baxımsız qalan yetkinlik yaşına çatmamış qızı, 22 mart 2008-ci il təvəllüdlü X18 qardaşı 20 iyul 2001-ci il təvəllüdlü X15 razılığı ilə onun himayəsinə verilməlidir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 3-cü bəndinin 2-ci yarımbəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən onun himayəsində iki yetkinlik yaşına çatmayan uşaqları olmaqla, tək qadın olmasını, faydalı əməklə məşğul olmasını, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması Cəzanı yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında camaatın normal mənəvi tələbatlarını ödədiyi, habelə ölmüş şəxsin cənazəsinin (meyitinin və ya qalıqlarının), külünün qəbirdə dəfni, eləcə də kütləvi ziyarətlərin təşkili üçün yaradılmış ictimai ərazilərdən, qəbiristanlıqlardan özgənin əmlakını gizli olaraq talamaq kimi hüquqazidd əməlləri törətməsini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, əməlləri ilə zərərçəkmiş şəxslərin, cəmiyyətin heysiyyətinə toxunduğunu, oğurluq əməllərinin törədilməsində iştirakını (çıxarılmış dəmir məmulatlarının digər təqsirləndirilən şəxsin idarəçiliyindəki nəqliyyat vasitəsinə yükləməsini), cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, əvvəllər mülkiyyət əleyhinə törətdiyi cinayət əməlinə görə verilmiş cəzadan, eləcə də törətdiyi inzibati xəta əməlinə görə verilmiş tənbehdən nəticə çıxarmamasını, bununla da, hüquqazidd əməllərini davam etdirməsini, islah, habelə tərbiyə olunmamasını, yeni cinayət törətməyə meylliyini, lakin, barəsində yuxarıda sadalanan yüngülləşdirici halların, xüsusilə də himayəsində iki yetkinlik yaşına çatmayan uşaqları olmaqla, tək qadın olmasını, faydalı əməklə məşğul olmasını, himayəsində olan uşaqları təhvil verməyə yaxın qohumlarının və zəruri yerin kifayət qədər olmamasını, yerləşdirilməli müəssisə təsbit ediləcəyi təqdirdə, belə onların saxlanmasının izafi xərclərə səbəb olacağını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddi həcmində cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs2 oğlunun barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 400 (dörd yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 31 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum edildikdən sonra baxımsız qalan yetkinlik yaşına çatmamış qızı, 22 mart 2008-ci il təvəllüdlü X18 qardaşı 20 iyul 2001-ci il təvəllüdlü X15 razılığı ilə onun himayəsinə verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertizanın dəyəri olan cəmi 400 (dörd yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan, həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 isə verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar