Məhkəmə qərarları › İş №1(059)-6/2025

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-6/2025

25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-6/2025 25.02.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 25 fevral 2025-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında 22 avqust 1978-ci il tarixdə Şabran rayonunun Dağquşçu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də sürücü işləyən, üzərində məhkumluğu olmayan, Siyəzən rayonunun Dağ Quşçu kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, xeyli miqdarda, yəni 5,47 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edərək, 06 sentyabr 2024-cü il tarixdə, saat 12:40 radələrində, Siyəzən şəhərinin Səttar Xeyrullayev küçəsində idarə etdiyi “VAZ 2106” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində saxlamaqla, daşıyarkən Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmış və sonra gətirildiyi RPŞ-nin inzibati binasının həyətində eyni tarixdə, saat 13:00 radələrində onun nəqliyyat vasitəsinə keçirilən baxış zamanı həmin çəkidə narkotik vasitə qurudulmuş marixuana sözügedən avtomobilin “qol altı” adlanan hissəsində bir ədəd kibrit qutusunun içərisində aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, 06 sentyabr 2024-cü il tarixdə yaşadığı Siyəzən rayonunun Dağquşçu kəndi ərazisində olarkən yerdə olmaqla, baxdığında içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutusunu görüb götürmüş, şəxsi istifadəsi üçün idarə etdiyi “VAZ 2106” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin “qoltuq altı” adlanan hissəsinə qoymuşdur. Bundan sonra, həmin tarixdə, saat 12:40 radələrində polis əməkdaşları tərəfindən Siyəzən şəhərinin Səttar Xeyrullayev küçəsində idarə etdiyi sözügedən avtomobil ilə saxlanılaraq Siyəzən RPŞ-yə gətirilmiş, orada RPŞ-nin inzibati binasının həyətində Müdafiəçi iştirakı və videoçəkilişlə üzərində şəxsi axtarış, eləcə də, razılıq ərizəsi əsasında avtomobilinə keçirilmiş baxış zamanı, idarə etdiyi “VAZ 2106” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin “qoltuq altı” adlanan hissəsindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd kibrit qutusu aşkar olunaraq götürülmüşdür. Daha sonra, aşkar olunaraq götürülmüş içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd kibrit qutusu ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, müvafiq qaydada sənədləşdirmə işləri aparılmış, sənədlər iştirakçılar tərəfindən imzalanmışdır. Beləliklə, 06 sentyabr 2024-cü il tarixdə, saat 12:55-dən 07 sentyabr 2024-cü il, saat 14:35-dək RPŞ-nin MSY-də saxlanıldıqdan sonra sərbəst buraxılmışdır. Bundan başqa, polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və psixi təzyiq və təsirə məruz qalmamışdır. Odur ki, əməlindən səmimi peşmançılıq hissi keçirməsinin, eləcə də, bir daha cinayət törətməyəcəyi barədə vədinin nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, habelə sonuncuya qarşı düşmənçilik və ədavəti olmamışdır. 06 sentyabr 2024-cü il tarixdə, saat 12:40 radələrində Siyəzən RPŞ-yə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs o, RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Əbdülkərim Məmmədov, KTQ-nin baş inspektoru Cavidan Dadaşov və DYPB-nin YPX inspektoru Həsən Paşazadə tərəfindən Siyəzən şəhərinin Səttar Xeyrullayev küçəsində, idarə etdiyi “VAZ 2106” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə saxlanılmış, habelə ona üzərində və idarə etdiyi avtomobildə narkotik vasitə saxlamasına dair əsaslı şübhələr olduğunu bildirib, üzərində şəxsi axtarışın və avtomobilinə baxışın keçirilməsi məqsədilə Siyəzən RPŞ-yə dəvət etmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs tərəflərindən Siyəzən RPŞ-yə aparılmış, habelə orada RPŞ-nin inzibati binasının həyətində RPŞ-nin İB-nin müstəntiqi Anar Əmirovun və Müdafiəçi iştirakı, eləcə də, videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilən zaman, sözügedən avtomobilin “qoltuq altı” adlanan hissəsindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan bir ədəd kibrit qutusu aşkar olunaraq götürülmüşdür. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilsə də, sonuncudan qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Daha sonra, təqdim edilmiş bükülü boş zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış, həmçinin zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı bir formada təsir və ya təzyiqə, o cümlədən qeyriinsani rəftara məruz qalmamışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 35-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 sentyabr 2024-cü il tarixli, 3-16-16/2-7/1492 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilindən aşkar olunan..” sözləri yazılmış zərfdə bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,47 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata cəmi 0,05 qram sərf edildikdən sonra narkotik vasitə olan qurudulmuş marixuananın qalıq çəkisi 5,42 qram təşkil etmişdir. Cinayət işinin 34-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 89 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 80-81-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 01 oktyabr 2024-cü il tarixdə verilmiş 6587 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 24-25-ci vərəqələrində olan 06 sentyabr 2024-cü il tarixli şəxsi axtarış, nəqliyyat vasitəsinə baxış və götürmə haqqında protokoldan görünür ki, həmin tarixdə, saat 13:00-dan saat 13:15-dək olan müddət ərzində Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinə keçirilən baxış zamanı ittihamın əsasını təşkil edən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə avtomobilin içərisində “qoltuq altı” adlanan yerdən bir ədəd kibrit qutusunda aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış və baxış zamanı “Xiaomi Poco X3” markalı mobil telefon vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 83-89-cu vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin baş müstəntiqinin 25 noyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi sözügedən nəqliyyat vasitəsindən götürülmüş qalıq çəkisi 5,42 qram olan narkotik vasitə qurudulmuş marixuana kütləsi maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş, həmçinin 06 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın və nəqliyyat vasitəsinə baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk cinayət işi üzrə maddi sübut kimi tanınmaqla, saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 63-cü səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16 sentyabr 2024-cü il tarixli tələbnaməsindən, iş materiallarına əlavə olunmuş sözügedən idarənin 04 fevral 2025-ci il tarixli məktubundan, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 28 dekabr 2000-ci il tarixli hökmünün, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyul 2003-cü il tarixli qərarının surətlərindən, eləcə də, Siyəzən rayon icra və probasiya şöbəsinin 03 fevral 2025-ci il tarixli, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin 21 fevral 2025-ci il tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 28 dekabr 2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyul 2003-cü il tarixli qərarı ilə isə cəzasının çəkilməmiş 1 il 2 ay 11 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Lakin, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyul 2003-cü il tarixli qərarı icra edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Probasiya Xidmətinin tabeçiliyində olan yerli qurumların icraatına daxil olmamaqla yanaşı, Təqsirləndirilən şəxs şəxsi işi rayon icra və probasiya şöbəsinin arxivində aşkar edilməmiş, habelə onun cəzasının müddətinin başa çatması, eləcə də qeydiyyatdan çıxarılması barədə məlumat Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə göndərilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 28 dekabr 2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, habelə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyul 2003-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 1 il 2 ay 11 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Bununla da, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 28 dekabr 2000ci il tarixli hökmü ilə təqsirli bilinib, məhkum edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri üzrə törətdiyi əməl ( həmin vaxt ağır cinayətlər kateqoriyasına aid olmuşdur) hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 10.3cü maddəsinə əsas götürülməklə, onun vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalı və bu əməl az ağır cinayətlər kateqoriyasına aid edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 80.1.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən az ağır cinayət törətməyə görə məhkum edilərkən yeddi il müddət keçdikdə icra edilməmişdirsə, məhkum edilmiş şəxs cəza çəkməkdən azad olunur. Həmin Məcəllənin 83.3.1-2-ci maddəsinə əsasən ittiham hökmü qanunla müəyyən edilmiş müddətdə icra edilməmiş şəxslər barəsində bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Sözügedən Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Bu Məcəllənin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Sözügedən Məcəllənin 15-1.2.2-ci maddəsinə əsasən probasiya nəzarəti şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış şəxslərə tətbiq edilir. Bu Məcəllənin 167.0.3-cü maddəsinə əsasən məhkumlar cəza çəkməkdən cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə azad edilirlər. Beləliklə, Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl olunsa da, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyul 2003-cü il tarixli qərarı icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının icra qurumlarına göndərilməmiş, göndərilmiş olsa belə icra olunmamışdır. Belə olan halda, bu qərarın icra edilməməsinin səbəbkarı Təqsirləndirilən şəxs deyil, sözügedən qərarın icraya yönəldilməsinə (icra edilməsinə) cavabdehlik daşıyan qurumların laqeydliyi olmuşdur. Çünki, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxsə probasiya nəzarəti tətbiq edilir ki, bu da, həmin şəxsin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət, islah edilməsinə, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Beləliklə, Təqsirləndirilən şəxs cəzasının müddətinin başa çatması, eləcə də qeydiyyatdan çıxarılması barədə məlumat mövcud olmasa da, sonuncunun məhkum edildiyi tarixdən yeddi ildən artıq müddət keçdiyindən, habelə bu məlumatın qeydiyyatının aparılmaması (olmaması) onun təqsiri ucbatından yaranmadığına görə o, hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 18-ci vərəqəsində olan 06 sentyabr 2024-cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan, eləcə də, işin 19-cu səhifəsindəki eyni tarixli şübhəli olan şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 12:55-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 52-cü vərəqəsində olan 07 sentyabr 2024-cü il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 14:35-də Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 78-79-cu vərəqələrində olan arayışdan və xasiyyətnamədən, eləcə də, iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, "xxxx" MMC-də sürücü işləyən, himayəsində 09 aprel 2009-cu il təvəllüdlü Səidə adında və 31 oktyabr 2012-ci il təvəllüdlü Heybətağa adında iki yetkinlik yaşına çatmayan övladı olan, Siyəzən rayonunun Dağ Quşçu kəndində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs haqqında Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Dağquşçu kənd İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə edib saxlama və daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun faydalı əmək fəaliyyəti ilə məşğul olmaqla, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, eləcə də yaşadığı yer üzrə barəsində şikayətin daxil olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, bununla belə, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etməklə, artıq cinayət işinin məhkəməyədək icraat dövründə islah yoluna qədəm qoymasını nümayiş etdirməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində onun islahına nail olunacağının müəyyən olunmamasını, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddinin 2/3 hissəsi həcmində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2024-cü il tarixdə, saat 12:55-dən 07 sentyabr 2024-cü il, saat 14:35-dək həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsindən götürülmüş qalıq çəkisi 5,42 olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut 06 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın və avtomobilinə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 89 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsindən götürülmüş qalıq 5,42 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut, Təqsirləndirilən şəxs üzərində 06 sentyabr 2024-cü il tarixdə keçirilmiş şəxsi axtarışın və idarə etdiyi nəqliyyat vasitəsinə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar