Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-60/2022 19.07.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə 19 iyul 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxxxx 1999-cu il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi ümumi təmiz çəkisi 0,768 qram olan narkotik vasitə qurudulmuş marixuananı üzərində saxlamış, 25 mart 2022-ci il tarixdə, saat 14:00 radələrində yaşadığı ünvanın qarşısında onun 0,458 qramını 14 manata qonşusu Şahid1 satmış, habelə həmin gün, saat 19:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Şahid1 yaşadığı Siyəzən şəhərinin Sabir küçəsi ərazisində saxlanılaraq, gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin qabaq sol yan cibindən 1 ədəd şəffaf sellofanın içərisində saxladığı 2 ədəd ağ rəngli kağız kəsiyi bükümündə ümumi təmiz çəkisi 0,458 qram hər birinin ayrı-ayrılıqda çəkiləri 0,253 qram və 0,205 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq 25 mart 2022-ci il tarixdə, saat 20:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən Həsənov X3 şəhərinin Sabir küçəsi ərazisində saxlanılmaqla, gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının qabaq sağ yan cibindən 1 ədəd “Rothmans” markalı siqaret qutusunun içərisində 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsündə 0,310 qram narkotik vasitə qurudulmuş marixuana, yaşadığı evə baxış zamanı isə yataq otağında çarpayının üzərində olan ona məxsus boz rəngli cins şalvarın qabaq sol yan cibindən Şahid1 aldığı 14 manat pul aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, 24 mart 2022-ci il tarixdə axşam evə gələrkən Siyəzən şəhərinin Sabir küçəsinin başlanğıcından "Prima" markalı siqaret qutusunda üç ədəd, yəni bir ədədi gümüşü rəngli siqaret kağızında, digər iki ədədi isə ağ rəngli kağız bükülülərdə olmaqla, narkotik vasitə qurudulmuş marixuana tapmış, narkotik vasitə marixuana istifadəçisi olduğundan həmin bükümləri özü ilə götürərək siqaret qutusunu atmışdır. Hər üç bükülünün üzərindən bir az götürüb, istifadə etdikdən sonra yenidən bu bükümləri istifadə etdiyi “Rothmans” markalı siqaret qutusunun içərisinə qoyub əynində olan qara rəngli idman şalvarının qabaq sağ yan cibində saxlamışdır. Şahid1 onun sinif yoldaşı olmaqla, yanaşı sonuncu ilə eyni məhəllədə yaşayır və onunla hər hansı bir formada düşmənçilik və ya ədavəti yoxdur. 25 mart 2022-ci il tarixdə, saat 14:00 radələrində yaşadığı ünvanın qarşısında olarkən Şahid1la rastlaşmış, sonuncu ondan narkotik vasitəsinin olubolmamasının, istifadə edib-etmədiyini soruşmuş, o, isə olduğunu bildirdikdən sonra marixuananın birindən bir qədər istifadə etmişlər. Daha sonra, Şahid1 ona özünün şəxsi istifadəsi üçün iki ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana lazım olduğunu və onda varsa, verməsini xahiş etdikdə, o, əvvəlcə inkar etməsinə baxmayaraq, sonradan qeyd edilən saydakı bükümləri yaşadığı küçədə razılaşdırılmış yerdə gizlədərək, oradan uzaqlaşmış, Həbib isə həmin bükümləri götürüb, ora 2 ədəd 5 manatlıq, 4 ədəd 1 manatlıq əskinaslar şəklində 14 manat pul qoymuş, o, da bu pulları boz rəngli cins şalvarının qabaq sol yan cibində saxlamışdır. Həmin gün, saat 20:00 radələrində yaşadığı Siyəzən şəhərinin Sabir küçəsində olarkən, RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq, qanunsuz olaraq narkotik vasitələrin saxlanılması və daşınmasında şübhəli olduğunu bildirib, razılığı əsasında onu RPŞ-yə aparmışlar. Orada müstəntiq tərəfindən hüquq və vəzifələri izah olunmuş, habelə müdafiəçinin iştirakı və videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Bu zaman təklif əsasında əynində olan qara rəngli idman şalvarın qabaq sağ yan cibindən 1(bir) ədəd içərisində narkotik vasitə qurudulmuş marixuana kütləsinin olduğu 1(bir) ədəd “Rothmans” markalı siqaret qutusunu çıxardıb, masanın üzərinə qoymuşdur. Həmin kütləyə baxış keçirildikdən sonra müvafiq qaydada qablaşdırılmışdır. Bundan sonra, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, verdiyi razılıq ərizəsi əsasında yaşadığı ünvana baxış keçirilmiş, habelə yataq otağındakı çarpayının üzərində olan ona məxsus boz rəngli cins şalvarının qabaq sol yan cibindən Şahid1 sonuncuya satdığı narkotik vasitə marixuana əvəzinə aldığı 2 ədədi 5 manatlıq 4 ədədi isə 1 manatlıq pul əskinasları formasında olmaqla, ümumilikdə 14 manat da aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırılmışdır. Şahid1 satmış olduğu qurudulmuş marixuanadan başqa heç kəsə narkotik vasitə satmamışdır. Hazırda törətdiyi əməldən peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, 25 mart 2022-ci il tarixdə, saat 14:00 radələrində hər hansı bir formada ədavəti və ya düşmənçiliyi olmayan qonşusu, sinif yoldaşı Təqsirləndirilən şəxsla yaşadıqları Siyəzən şəhərinin Sabir küçəsində rastlaşmış və ondan şəxsi istifadəsi üçün narkotik vasitə tapmasını xahiş etmiş, habelə sonuncunun tapdığı marixuananın bir qismindən yaşadıqları məhəllədə birgə istifadə etmişlər. Bundan əlavə, Təqsirləndirilən şəxs özündə olan iki bükümdə narkotik vasitəni pul qarşılığında ona verməkdən əvvəlcə imtina etsə də, sonradan xahişi əsasında ondan 2 ədədi 5 manatlıq 4 ədədi isə 1 manatlıq pul əskinasları formasında olmaqla, ümumilikdə 14 manat pul müqabilində 2 ədəd bükümdə narkotik vasitə marixuana əldə etmiş, həmçinin bu bükümləri siqaretin şəffaf rəngli sellofan bükülüsünə qoyaraq, əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs bir ədədi 7 manatdan olmaqla, içərisində narkotik vasitə olan iki ədəd bükümü razılaşdıqları yerdə gizlətmiş, o, isə ora cəmi 14 manat pul qoyub, əvəzində bükümləri götürmüşdür. Həmin gün, saat 19:00 radələrində yaşadığı Siyəzən şəhərinin Sabir küçəsi ilə hərəkətdə olarkən RPŞ-nin polis əməkdaşları ona yaxınlaşıb, qanunsuz olaraq narkotik vasitələrin saxlanılması və daşınmasında şübhəli olduğunu bildirmiş, habelə razılığı əsasında RPŞyə aparılmışdır. Orada müstəntiq tərəfindən hüquq və vəzifələri izah olunmuş, habelə müdafiəçinin iştirakı və videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Bu zaman təklif əsasında əynində olan qara rəngli qış gödəkcəsinin qabaq sol yan cibindən 1 ədəd şəffaf sellofanı çıxardıb, təqdim etmiş, həmçinin şifahi sorğu zamanı təqdim etdiyi həmin sellofan bükülüdə narkotik vasitə marixuana olduğunu bildirmişdir. Bu bükülüyə baxış keçirilmiş, o cümlədən müvafiq qaydada qablaşdırılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs onun saxlanılmasından məlumatı olmamış, habelə narkotik vasitəni əldə etdiyi mənbəni, yəni Səxavətin adını məcburiyyət qarşısında üzlərini xatırlasa da, adlarını bilmədiyi polis əməkdaşları tərəfindən döyüldüyü üçün bildirmişdir. Məhkəmə iclasında şahid Siyəzən RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Şahid1 əvvəllər tanımamış,onlarla heç bir düşmənçilik və ədavəti olmamış, habelə sonuncunun narkotik vasitə olan qurudulmuş marixuana daşıması barədə əməliyyat məlumatı daxil olduğu üçün 25 mart 2022-ci il tarixdə, saat 19:00 radələrində onu yaşadığı Sabir küçəsində yaşadığı evin qarşısında saxlayıb, RPŞ-yə aparmışlar. Orada Şahid1 üzərində şəxsi axtarış zamanı Müdafiəçi də iştirakı təmin edilmiş, həmçinin müstəntiq tərəfindən iştirakçılara hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra, təklif əsasında Şahid1 əynində olan qara rəngli qış gödəkcəsinin qabaq sol cibindən 1 ədəd şəffaf rəngli rəngli sellofan bükülüsünü çıxararaq, masanın üzərində qoymuş, həmçinin şifahi sorğu zamanı o, təqdim etdiyi sellofan bükülüdə narkotik vasitə marixuana olduğunu bildirmişdir. Daha sonra, müstəntiqin göstərişi əsasında aşkar edilmiş sellofana baxış keçirildikdə, içərisində 2 ədəd ağ rəngli kağız bükülülərin olduğu müəyyən olunmuş, o bükülülərdə isə yaşıl rəngli spesifik qoxuya malik narkotik vasitə qurudulumuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Müstəntiqin göstərişi əsasında Şahid1 üzərində şəxsi axtarış davam etdirilsə də, qanunla qadağan edilmiş digər əşya və ya predmetlər aşkar edilməmişdir. Bundan sonra, aşkar edilmiş bükülülər zərfin içərisinə qoyularaq qablaşdırılmışdır. Eyni zamanda, sorğuya əsasən Şahid1 əldə etdiyi narkotik vasitə bükümlərini birini 7 manatdan olmaqla, Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Elə həmin gün, təxminən saat 20:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı Siyəzən şəhərinin Sabir küçəsinə gedilmiş, habelə o, yaşadığı evin qarşısında saxlanılaraq, razılığı əsasında RPŞ-yə aparılmışdır. Orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı Müdafiəçi də iştirakı təmin edilmiş, həmçinin müstəntiq tərəfindən iştirakçılara hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış zamanı təklif əsasında Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının qabaq sağ yan cibindən 1 ədəd “Rothmans” markalı siqaret qutusunu çıxararaq, masanın üzərində qoymuş, həmçinin şifahi sorğu zamanı o, təqdim etdiyi qutuda narkotik vasitə marixuana olduğunu bildirmişdir. Daha sonra, müstəntiqin göstərişi əsasında baxış keçirilmiş siqaret qutusunda 1 ədəd siqaret və 1 ədəd gümüşü rəngli kağız bükülünün olduğu müəyyən edilmiş, gümüşü rəngli kağız bükülünün içərisində isə yaşıl rəngli spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkarlanmışdır. Bundan sonra, “Rothmans” markalı siqaret qutusunun içərisində olan 1 ədəd gümüşü rəngli kağız bükülüdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə əvvəlki qaydada ağzı bağlanaraq, siqaret qutusunun içərisinə yerləşdirilmiş və bu qutu müstəntiq tərəfindən 1 ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs ətrafında aparılan əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, sonuncunun razılıq ərizəsi əsasında yaşadığı ünvana baxış keçirilmiş, habelə yataq otağındakı çarpayının üzərində olan ona məxsus boz rəngli cins şalvarının qabaq sol yan cibindən onun Şahid1 satdığı narkotik vasitənin əvəzində aldığı 2 ədədi 5 manatlıq 4 ədədi isə 1 manatlıq pul əskinasları formasında olmaqla, ümumilikdə 14 manat da aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırılmışdır. Habelə, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs və Şahid1 qarşı hər hansı bir qeyri-qanuni hərəkətlərə yol verilməmişdir. Məhkəmə istintaqında digər şahid Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında Şahid3 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 77-78-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 mart 2022-ci il tarixli, 7/290 saylı ekspert rəyindən görünür ki, üzərində “Şahid1 üzərində.......” yazı və imzalar olan zərfdə 1ədəd sellofan cığarada 2 ədəd kağız kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,253 qram və 0,205 qram olmaqla, ümumi çəkisi 0,458 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təmiz çəkisi 0,458 qram olan marixuananın 0,1 qramı tədqiqata sərf olunduqdan sonra qalıq çəki 0,358 qram təşkil etmişdir. Cinayət işinin 76-cı vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə bioloji ekspertizası tədqiqatının dəyəri 88 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 72-73-cü vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 mart 2022-ci il tarixli, 7/289 saylı ekspert rəyindən görünür ki, üzərində “Vət.Təqsirləndirilən şəxs əynində olan.......” yazılan zərfdə 1 ədəd üzərində “Rothmans” yazılan siqaret qutusunda 1 ədəd gümüşü-ağ kağız kəsiyi bükümündə təmiz çəkisi 0,310 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs aşkar edilmiş 1 büküm marixuana ilə Şahid1 aşkar edilmiş 2 büküm marixuanalar eyni tərkiblidir. Təmiz çəkisi 0, 310 qram olan marixuananın 0,05 qramı tədqiqata sərf olunduqdan sonra qalıq çəki 0,251 qram, təmiz çəkisi 0,358 qram olan digər marixuananın isə 0,1 qramı sərf olunduqdan sonra qalıq çəki 0,258 qram təşkil etmişdir. Cinayət işinin 71-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə bioloji ekspertizası tədqiqatının dəyəri 88 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 174-175-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 25 aprel 2022-ci il tarixdə verilmiş 2068 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərindən istifadə etmə halları olsa da, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 44-45-ci vərəqələrində olan 25 mart 2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, 25 mart 2022-ci il tarixdə, saat 20:17-dən saat 20:25-dək olan müddət ərzində Siyəzən RPŞ-nin növbətçi hissəsində keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının qabaq sağ yan cibindən 1 ədəd “Rothmans” markalı siqaret qutusunun içərisində 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsündə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış və yaşayış sahəsinə baxış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 47-48-ci vərəqələrində olan 25 mart 2022-ci il tarixli baxış və götürmə haqqında protokoldan görünür ki, 25 mart 2022-ci il tarixdə, saat 21:40-dan saat 21:51-dək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı Siyəzən şəhərinin Sabir küçəsindəki 7 saylı evə baxış keçirilərkən yataq otağında çarpayının üzərində olan sonuncuya məxsus boz rəngli cins şalvarın qabaq sol yan cibindən Şahid1 aldığı 14 manat pul aşkar edilərək götürülmüşdür. Yaşayış sahəsinə baxış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 134-136-cı, 147-149-cu vərəqələrində olan 30 mart və 01 aprel 2022-ci il tarixli maddi sübut kimi tanımaq haqqında, eləcə də cinayət işi üzrə əşyaların maddi sübut hesab edilməsi barədə qərarlardan, 151-ci vərəqəsindəki 01 aprel 2022-ci il tarixli, CPQ seriyalı, 003119 nömrəli təhqiqat və ibtidai istintaq dövründə götürülmüş pulların qəbulu qəbzindən, eləcə də işin 216-235-ci vərəqələrində olan 12 iyun 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,251 qram, Şahid1 isə götürülmüş 0,258 qram qalıq çəkidə narkotik vasitə qurudulmuş marixuana kütlələri cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağına, Təqsirləndirilən şəxs yaşadığı evdə qaldığı çarpayının üzərində olan özünə məxsus boz rəngli cins şalvarının qabaq sol yan cibindən aşkar edilərək götürülmüş 2 ədədi 5 manatlıq, 4 ədədi isə 1 manatlıq pul əskinasları formasında olmaqla, ümumilikdə 14 manat pul əskinasları isə maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin Maliyyə Hissəsinə təhvil verilmişdir. Həmçinin, 25 mart 2022-ci il tarixdə Şahid1 üzərində videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarışın və Təqsirləndirilən şəxs yaşadığı evə baxış, eləcə də üzərində videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 3 ədəd, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrələrə dair məlumatların yaddaşına köçürüldüyü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd, ümumilikdə 4 ədəd Kompakt Disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 152-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 05 aprel 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 38-ci vərəqəsində olan 25 mart 2022ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 126-127-ci vərəqələrində olan 27 mart 2022-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin MSY-dən azad edilərək, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan marixuananı satma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin faktiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi ümumi təmiz çəkisi 0,768 qram olan narkotik vasitə qurudulmuş marixuananı üzərində saxlaması, 25 mart 2022-ci il tarixdə, saat 14:00 radələrində yaşadığı ünvanın qarşısında onun 0,458 qramını 14 manata qonşusu Şahid1 satması, bununla da öz şəxsi maraqlarını təmin etməsi, habelə həmin gün, saat 19:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Şahid1 yaşadığı Siyəzən şəhərinin Sabir küçəsi ərazisində saxlanılaraq, gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin qabaq sol yan cibindən 1 ədəd şəffaf sellofanın içərisində saxladığı 2 ədəd ağ rəngli kağız kəsiyi bükümündə ümumi təmiz çəkisi 0,458 qram hər birinin ayrı-ayrılıqda çəkiləri 0,253 qram və 0,205 qram olan narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürülməsi, əməliyyat tədbirlərinin davamı olaraq 25 mart 2022-ci il tarixdə, saat 20:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Siyəzən şəhərinin Sabir küçəsi ərazisində saxlanılaraq, gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının qabaq sağ yan cibindən 1 ədəd “Rothmans” markalı siqaret qutusunun içərisində 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsündə 0,310 qram narkotik vasitə qurudulmuş marixuananın, yaşadığı evə baxış zamanı isə yataq otağında çarpayının üzərində olan ona məxsus boz rəngli cins şalvarın qabaq sol yan cibindən Şahid1 aldığı 14 manat pulun aşkar edilərək götürülməsi Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə satmasını və satış niyyətini özündə ehtiva etmişdir ki, bu da nəticə etibarilə, sonuncunun hərəkətlərinin məqsədinin bir daha satış həyata keçirmək olmasına dəlalət edir. Eyni zamanda, cinayət işinin 196-197-ci vərəqələrində olan 08 iyun 2022-ci il tarixli üzləşdirmə protokolu ilə Təqsirləndirilən şəxs 14 manat müqabilində, öz şəxsi maraqlarını naminə, Şahid1 narkotik vasitə ilə təmin etməsi öz təsdiqini bir daha tapmışdır. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşmançılıq hissi keçirməsini, gəncliyini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, əldə etməklə, daşıdığı narkotik vasitənin qanunsuz dövriyyəsində şəxsi marağı naminə aktiv iştirakını, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın minimum həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 25 mart 2022-ci il tarixdən 27 mart 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 19 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1.1-ci bəndinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,251 qram, Şahid1 isə götürülmüş 0,258 qram qalıq çəkidə narkotik vasitə qurudulmuş marixuana kütlələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, maddi sübut olan 25 mart 2022-ci il tarixdə Şahid1 üzərində videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarışın və Təqsirləndirilən şəxs yaşadığı evə baxış, eləcə də üzərində videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 3 ədəd, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrələrə dair məlumatların yaddaşına köçürüldüyü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd, ümumilikdə 4 ədəd Kompakt Disk cinayət işində saxlanılmalı, həmçinin maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-nin Maliyyə Hissəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdə çarpayının üzərindəki sonuncuya məxsus boz rəngli cins şalvarının qabaq sol yan cibindən aşkar edilib, götürülmüş 2 ədədi 5 manatlıq, 4 ədədi isə 1 manatlıq pul əskinasları formasında olmaqla, ümumilikdə 14 manat pul əskinasları xüsusi müsadirə edilməklə dövlət nəfinə keçirilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən cəmi 176 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq, Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,251 qram, Şahid1 isə götürülmüş 0,258 qram qalıq çəkidə narkotik vasitə qurudulmuş marixuana kütlələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, maddi sübut olan 25 mart 2022-ci il tarixdə Şahid1 üzərində videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarışın və Təqsirləndirilən şəxs yaşadığı evə baxış, eləcə də üzərində videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 3 ədəd, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrələrə dair məlumatların yaddaşına köçürüldüyü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd, ümumilikdə 4 ədəd Kompakt Disk cinayət işində saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq, Siyəzən RPŞ-nin Maliyyə Hissəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdə çarpayının üzərindəki sonuncuya məxsus boz rəngli cins şalvarının qabaq sol yan cibindən aşkar edilib, götürülmüş 2 ədədi 5 manatlıq, 4 ədədi isə 1 manatlıq pul əskinasları formasında olmaqla, ümumilikdə 14 manat pul əskinasları xüsusi müsadirə edilməklə dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 176 (bir yüz yetmiş altı) manat məbləğində ekspertiza xərci tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-60/2022
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-60/2022
19.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver