Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-60/2023 29.08.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən X6 oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 29 avqust 2023-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1997-ci il tarixdə keçmiş Dəvəçi (hazırki Şabran) rayonu, Xəlfələr kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şabran Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 1(031)-64/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 02 (iki) il 03 (üç) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 09 dekabr 2022-ci il tarixdə Şabran rayon icra və probasiya şöbəsində qeydiyyata alınmış, 29 avqust 2023-cü il tarixə cəzanın 01 (bir) iİ 07 (yeddi) ay 05 (beş) gün hissəsi çəkilməmiş qalmış, üzərində məhkumluğu olan, Şabran rayonu, Xəlfələr kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, 7,273 qram çəkidə narkotik vasitəqurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində daşımaqla həmkəndlisi X2 idarə etdiyi “LADA QRANTA” markalı, ** AU *** dövlət qeydiyyat nişanlı avtomobilində saxlamış, 16 aprel 2023-cü il tarixdə, saat 18:50 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Siyəzən rayonun Zarat kənd ərazisində saxlanılaraq, gətirildiyi rayon polis şöbəsində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol arxa cibindən şəffaf rəngli sellofan bükülüdə təmizi çəkisi 1,186 qram narkotik vasitə qurudulmuş marixuana, əməliyyat tədbirlərinin davamı olaraq həmin tarixdə, saat 19:10-da Siyəzən RPŞ-nin həyətində saxlanılan Nurlan Cavadova məxsus “LADA QRANTA” markalı ** AU *** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilərkən avtomobilin sürətlər qutusu başlığının yanında olan saxlama yerindən sellofan bükülüdə ona məxsus 0,480 qram, avtomobilin torpedosunun orta bardaçok saxlama yerindən isə ona məxsus kibrit qutusunun içərisində 5,607 qram olmaqla, ümumilikdə 7,273 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, 2023-cü il aprel ayında sinif yoldaşı Nurlan Cavadov ilə birlikdə sonuncuya məxsus avtomobil ilə Bakı şəhərinə işi ilə bağlı gedərkən, “pirin altı” deyilən ərazidə avtomobildən enib, mağazaya su almaq məqsədi ilə daxil olmuş, orada isə əməliyyat müvəkkilləri tərəfindən saxlanılaraq, Nurlan ilə birlikdə RPŞ-yə aparılmışlar. RPŞ-də üzərilərinə şəxsi axtarış və avtomobilə baxış keçirilmiş, habelə bu zaman onun üzərindən bir büküm narkotik vasitə qurudulmuş marixuana, avtomobilə keçirilmiş baxış zamanı isə avtomobilin sürətlər qutusu başlığının yanında olan saxlama yerindən sellofan bükülüdə və torpedosunun orta bardaçok saxlama yerindən isə kibrit qutusunda ona məxsus narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək, götürülmüşdür. Qeyd edir ki, Nurlan Şabran şəhəri ərazisində avtomobildən enib mağazaya gedərkən, avtomobilə narkotiki yerləşdirmiş, sonuncunun onun avtomobilə narkotik yerləşdirməsindən, habelə onun üzərində narkotik vasitə olmasından məlumatı olmamışdır. Bundan başqa, polis əməkdaşları tərəfindən hər hansı bir formada təsir və ya təzyiqə məruz qalmamışdır. Eyni zamanda, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra, narkotik vasitə istifadə etməmişdir. Odur ki, bir daha cinayət törətməyəcəyinə dair vədinin, valideyinlərinin xəstə olmasının və əməlindən peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, şahid Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, onunla qohumluq münasibəti, habelə düşmənçilik və ədavəti olmamışdır.16 aprel 2023-cü il tarixdə Nurlan Cavadovun və Təqsirləndirilən şəxs üzərilərində narkotik vasitə qurudulmuş marixuana daşımaları barədə daxil olmuş əməliyyat məlumatı əsasında sonuncular həmin gün saat 18:00 radələrində Siyəzən rayonun Zarat kəndi ərazisində saxlanılaraq, RPŞ-yə aparılmışlar. Orada, Nurlan Cavadovun üzərinə keçirilən şəxsi axtarış zamanı onun üzərindən qanunsuz əşya aşkar edilməsə də, Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş, şəxs həmin bükülüdəki kütlənin “nəşə” olduğunu bildirmişdir. Daha sonra, avtomobilə keçirilmiş baxış zamanı avtomobildən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan bir ədəd sellofan bükülü və bir ədəd kibrit qutusu aşkar edilərək götürülmüş, habelə aşkar edilmiş predmetlər müvafiq qaydada qabalşdırılmış, qablaşdırmanın üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 64-65-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 aprel 2023-cü il tarixli, 7/552 saylı ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs ....” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi 1,186 qram, üzərində “Avtomobilin ... yerindən... şəffaf sellofan bükümdə...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi 0,480 qram və üzərində “Avtomoblin... kibrit qutusunda...” yazısı və imzalar olan kağız paketdəki sellofanın içərisində 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,607 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 7,273 qramdır. Təqdim olunmuş marixuanalar tərkibinə görə eynidir. Həmin kağız paketdəki üzərində “Təqsirləndirilən şəxs... ” yazısı və imzalar olan 01 (bir) ədəd folqa kəsiyinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. Tədqiqata 0,15 qram marixuana sərf edildikdən sonra narkotik vasitə marixuananın qalıq çəkisi 7,123 qram təşkil etmişdir. Cinayət işinin 63-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 78 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 127-128-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 23 may 2023-cü il tarixdə verilmiş 3147 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 43-45-ci vərəqələrində olan 16 aprel 2023-cü il tarixli şəxsi axtarış, baxış və götürmə haqqında protokoldan görünür ki, 16 aprel 2023-cü il tarixdə saat 19:10-dan saat 19:47-dək olan müddət ərzində Təqsirləndirilən şəxs və X2 üzərlərində Siyəzən RPŞ-nin cərimə meydançasında keçirilən şəxsi axtarış zamanı sonuncunun üzərindən qanunla qadağan olunmuş əşya və predmetlər aşkar edilməsə də, Təqsirləndirilən şəxs üzərindən ittihamın əsasını təşkil edən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə onun əynindəki qara rəngli şalvarın arxa sol cibindən bir ədəd ağ rəngli sellofan bükülüdə, narkotik vasitəyə bənzər izlərin olduğu folqa əynindəki qara rəngli şalvarın sağ yan cibindən təqdim etdiyi qara rəngli siqaret qutusundan, eləcə də, ittihamın əsasını təşkil edən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan kibrit qutusu X2 idarə etdiyi ** AU *** dövlət qeydiyyat nişanlı avtomobilin müvafiq olaraq sürətlər qutusu başlığının ön tərəfində saxlanc yerində qara rəngli smartfon telefonun üstündə şəffaf rəngli sellofan bükülüdə və torpedosunda üst tərəfdə orta bardaçokun içərisindən aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və baxış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 94-95-ci və 131-139-cu vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin baş müstəntiqinin 19 aprel 2023-cü il tarixli maddi sübut kimi tanımaq və 10 iyul 2023-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, habelə, onun barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs üzərindən və Nurlan Cavadova məxsus avtomobildən götürülmüş qalıq çəkisi 7.123 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmaqla, saxlanılmasından ötrü Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxsn üzərində keçirilmiş şəxsin axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk də iş üzrə maddi sübut kimi tanınmaqla, cinayət işi materiallarına əlavə olunmuşdur. Bundan başqa, X2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə onun barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 16-cı və 69-cu vərəqələrində olan 16 aprel 2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında və 18 aprel 2023-cü il tarixli tutulmuş şəxsin azad edilməsi haqqında qərarlardan görünür ki, X3 16 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, habelə 18 aprel 2023-cü il tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək, onun şübhəli şəxs statusuna xitam verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 103-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 08 may 2023-ci il tarixli tələbnaməsindən, eləcə də iş materiallarına olan Şabran Rayon Məhkəməsinin 03 noyabr 2022-ci l tarixli, 1(031)-64/2022 saylı hökmündən, həmçinin iş materiallarında olan Şabran rayon İcra və Probasiya Şöbəsinin 29 avqust 2023-cü il tarixli, 90/22 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Şabran Rayon Məhkəməsinin 03 noyabr 2022-ci l tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 02 il 03 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 iİ 07 ay 05 gün hissəsi qalmaqdadır. Bununla da, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 29-cu vərəqəsində olan 16 aprel 2023cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 66-ci vərəqələrində olan 18 aprel 2023-cü il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 98-99-cu vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Şabran rayonu, Xəlfələr kəndində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs keçmiş (Dəvəçi) hazırki Şabran rayonun Xəlfələr kəndində doğulmuş, 2003-cü il tarixində Xəlfələr kənd orta məktəbinin birinci sinfinə, 2012-ci il tarixdə isə Şabran şəhəri T. Abbasov adına 1 saylı orta məktəbə daxil olmuş, 2015-ci il tarixdə tam orta təhsilini bitirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs 2015-ci il aprel ayında həqiqi hərbi xidmətə getmiş və 2016-cı ilin oktyabr ayında xidmətini başa vurmuşdur. Habelə, ailəsinə məxsus ailə kəndi təsərrüfatında təsərrüfat işləri ilə məşğul olan Təqsirləndirilən şəxs barəsində kənd sakinləri tərəfindən nümayəndəliyə bu vaxtadək heç bir müraciət və şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, saxlama cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün, şahidin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə yanaşı, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə barəsində şikayət daxil olmamaqla, müsbət xarakterizə edilməsini və ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 1(031)-64/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 02 (iki) il 03 (üç) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, onun barəsində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 03 noyabr 2022-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun hazırkı əməlinə münasibətdə cinayətin residivi yaranmır. Bununla da, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun hazırkı cinayət əməli Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsi nəzərə alınmaqla residiv yaratmır, o cümlədən belə olan təqdirdə onun əməlində ağırlaşdırıcı halın olması istisna edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edərək saxlamasını, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, eləcə də şəxsiyyətini və son bir il ərzində məhkum olunmasına baxmayaraq, tərəfindən yenidən qəsdən eyni kateqoriyadan olan cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, ağırlaşdıran halın olmamasını, həmçinin yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddinə yaxın həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Şabran Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 1(031)-64/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilməklə, o, qəti olaraq azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 16 aprel 2023-cü il tarixdən 18 aprel 2023-cü il tarixə kimi tutulduğu iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şabran rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Şabran rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Şabran rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17-1.6-cı maddəsinə əsasən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına verilmiş Təqsirləndirilən şəxs Əlizədə oğlundan götürülmüş qalıq çəkisi 7,123 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin video görüntüsünün yaddaşına köçürüldüyü 1 (bir) ədəd Kompakt Disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən 78 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 1(031)-64/2022 saylı hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş 01 (bir) iİ 07 (yeddi) ay 05 (beş) gün müddətinə azadlığın məhdudlaşdırılması hissəsi yeni hökm üzrə təyin olunmuş cəza ilə qismən birləşdirilərək ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şabran rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Şabran rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Şabran rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına verilmiş Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 7,123 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin video görüntüsünün yaddaşına köçürüldüyü 1 (bir) ədəd Kompakt Disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(059)-60/2023
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-60/2023
29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver