Məhkəmə qərarları › İş №1(059)-61/2022

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-61/2022

25.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-61/2022 25.08.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən X12 oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə 25 avqust 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında 20 avqust 1992-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, deməsinə görə "xxxx" MMC-də matros işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 259.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2022-ci ilin fevral ayı ərzində Siyəzən şəhəri, Tofiq İsmayılov küçəsində ümumi istifadədə olan dövlət torpaqlarında köküstə yaş halda olan, şəxsi istifadəsi və dövlət torpaqlarında yerləşən birgəyayış korpuslarından köçüb gedən sakinlər üçün gələcəkdə tikiləcək evlərin inşasının tez bir zamanda hazır olması üçün həmin ərazini hamarlaşdırmaq məqsədilə bir hissəsini özü kəsici alət olan mişardan istifadə etməklə, bir hissəsini isə cinayətdən xəbərsiz olan, mühərrikli kəsici aləti olduğunu bildiyi Şahid1 10 manat pul verilməsi müqabilində onun texniki köməyindən istifadə etməklə, həmin ünvanda olan dövlət mülkiyyətinə aid olan torpaq sahəsində bitən və meşə fonduna aid olmayan köküstə yaş halda müxtəlif diametrli 10 ədəd oleandr ağacını, 08 ədəd tut ağacını, 03 ədəd əncir ağacını, 03 ədəd gavalı ağacını, 01 ədəd nar kolunu, 01 ədəd əncir kolunu, 01 ədəd alça ağacını, 01 ədəd oleandr kolunu kök boğazından qəsdən boy artımının dayandırılması dərəcəsinədək zədələyərək qanunsuz olaraq kəsmiş, 01 ədəd xurma ağacını, 01 ədəd gilas ağacını, 01 ədəd armud ağacını isə qanunsuz olaraq köklə birlikdə götürmüş və bununla da Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə külli miqdarda, yəni 12 400 (on iki min dörd yüz ) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ilin fevral ayında onlara yeni evlə təmin olduqlarını bildirmişlər. Onlarda əşyalarını toplayıb yeni evə köçmüşlər. Evə köçərkən həyətinin ağaclarını bilməyərəkdən kəsərək təbiətə, dövlətə ziyan vurmuşdur. Belə ki, qaz olmadığından kəsdiyi ağacların yarısını kənddə yaşayan qohumlarına, bir hissəsini isə qazı olmayan odundan istifadə edən Siyəzən rayonunun sakinlərinə vermişdir. Əvvəllər yaşadığı ünvan dövlətə məxsus olub, onlara verilən yeni ev isə bina evidir. Kəsilən ağaclar öz həyətlərinindir, bir hissəsini rəhmətlik atası qalanı isə özləri əkmişlər. Qeyd olunan ağacların əksəriyyəti meyvə ağacı olmaqla, yanaşı onların çox hissəsi qurumuşdur. Həyət hal-hazırda onlara məxsus deyil, habelə Nicat Səmədzadə tərəfindən əldə edilmişdir. Eyni zamanda oradakı bir qisim ağaclara görə xəstəliyindən onları kəsmək qərarına gəlmişdir ki, ora başqa sakin gəlsə, ona olan onun başına gəlməsin. Habelə, dövlətə dəymiş 12400 manat ziyanı ödəmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 ifadəsində bildirdi ki, təqsirləndirilən şəxsin yaşadığı bina tipli həyət evi dövlətin balansında olan sahədir və ağaclar dövlət mülkiyyətində olan torpaq sahəsində kəsilib. Təbiətə dəymiş zərər təqsirləndirilən şəxs tərəfindən tam ödənilib. Tələbləri yoxdur. Cəza verilməsi məsələsini isə məhkəmənin mülahizəsinə buraxırlar. Məhkəmə iclasında iştirak edən Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət, düşmənçilik və qohumluq münasibəti olmamışdır. Siyəzən şəhərinin T.İsmayılov küçəsində xidməti ərazidə ağac kəsilməsi faktı aşkar olunduqundan sonra, həmin ağaclar sayılıb, diametrləri ölçülüb, şəkilləri çəkilib akt tərtib olunaraq, əmələ hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər aidiyyəti üzrə nazirlik tərəfindən Baş Prokurorluğa göndərilmişdir. Bundan başqa, Siyəzən rayonunun Eynibulaq kənd sakin Şahid5 yazdığı şikayətdən sonra həmin əraziyə gedib yenidən baxış keçirərkən yeni ağacların da kəsildiyini görüb, akt tərtib edib onu da araşdırılması üçün aidiyyəti üzrə göndərmişlər. Araşdırma aparılıb, məlum olub ki, ağaclar kim tərəfindən kəsilib. Ümumilikdə birinci dəfə 10160 manat, ikinci dəfə isə 2240 manat ziyan dəymişdir. Dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə iclasında iştirak edən Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavəti, düşmənçiliyi və qohumluq münasibəti olmamışdır. Hazırda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində məsləhətçi-müfəttiş vəzifəsində işləsə də, akt tərtib olunan vaxt isə nazirliyin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində işləmiş, habelə həmin vaxt Şahid2 Səttar oğlu ilə birlikdə ətraf mühitin mühafizəsinin qanunvericiliyin tələblərinə riayət olunması və araşdırılması məqsədi ilə Siyəzən rayonu ərazisinə təhkim olunmuşlar. Reyd keçirtdikləri vaxt qeyd olunan ərazidə söküntü işlərinin aparılıdığının, çoxlu sayda ağacların kəsildiyinin şahidi olmuşlar. Həmin vaxt tərəflərindən əraziyə bələdiyyənin nümayəndəsi və MİS-nin rəisi dəvət olunmuş, habelə araşdırma zamanı binaların çox hissəsinin sökülməsini, ərazinin dövlət mülkiyyətinə aid torpaqlar olmasını və ərazidə "xxxx" MMC tərəfindən tikinti aparılacağı müəyyən etmişlər. Bundan sonra MMC-nin Nicat adlı nümayəndəsi onlara yaxınlaşmış və ağacların onlar tərəfindən kəsilmədiyini, söküntü işlərinin əhali tərəfindən aparıldığını bildirmişdir. Bundan sonra, Nazirlər Kabinetinin 423 saylı qərarı ilə ziyan hesablanmış, habelə əməldə cinayət tərkibi olduğundan toplanmış materiallar nazirlik tərəfindən Baş Prokurorluğa göndərilmişdir. Bundan başqa, Şahid5 yazdığı şikayətdən sonra həmin əraziyə gedib yenidən baxış keçirərkən yeni ağacların da kəsildiyini görüb, akt tərtib edib, onu da araşdırılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Polis İdarəsinə göndərmişlər. Məhkəmə iclasında iştirak edən Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Siyəzən rayon sakini kimi tanıyır, onunla ədavət, düşmənçilik və qohumluq münasibəti yoxdur. Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki söküntü olan ərazidən, yəni birgəyaşayış korpuslarının həyətindəki kəsilən qurumuş, yaş ağacları və sökülmüş taxtaları maşını ilə Siyəzən rayonunun Kiçik Həmyə kəndinə daşımışdır. Məhkəmə iclasında iştirak edən Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Siyəzən rayon sakini kimi tanıyır, onunla ədavət, düşmənçilik və qohumluq münasibəti yoxdur. Uzun illərdir Siyəzən şəhəri, Tofiq İsmayılov küçəsində yerləşən birgəyaşayış korpuslarında məskunlaşmış, habelə korpusda ona məxsus həyətyani sahədə 3 ədəd tut ağacı olmuşdur. Yaşadıqları korpusdan yeni inşa edilmiş çoxmənzilli, beş mərtəbəli binaya köçmək ərəfəsində olduqları vaxt, qonşusu Təqsirləndirilən şəxs həyətyani sahəsində olan ağacları ondan istədikdə, sonuncuya “kəs apar” deyə bilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs 1 ədədi quru və 2 ədədi isə yaş halda olan tut ağacını kəsmişdir. Məhkəmə iclasında iştirak edən Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Siyəzən sakini kimi tanıyır, onunla ədavət, düşmənçilik və qohumluq münasibəti yoxdur. O, "xxxx" MMC-də tikintidə sahə rəisi işləmiş, keçən il sentyabr ayında səhhəti ilə əlaqədar işdən çıxmışdır. Sökülmə vaxtında Eldənizi orada ağac kəsən görmüşdür. Belə ki, baş verənləri qıraqdan müşahidə etmişlər. Hansı ağacların kəsilməsini, həmçinin quru və yaş olduğunu deyə bilmir. Belə ki, söküntü vaxtı sakinlərin bir qismi şiferini, bir qismi qapısını, pəncərəsini götürmüş, kimisi isə ağac kəsmişdir. Həmin vaxt da Eldənizin də ağac kəsdiyini görmüşdür. Məhkəmə iclasında iştirak edən Şahid8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Siyəzən sakini kimi tanıyır, onunla ədavət, düşmənçilik və qohumluq münasibəti yoxdur. O, Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki söküntü olan əraziyə işi ilə əlaqədar gedibgəlmişdir. Təqsirləndirilən şəxs həyətyanı sahədə ağac kəssə də, o, ona müdaxilə etməmişdir. Bu səbəbdən də, orada neçə ağacın kəsildiyini deyə bilmir. Çünki, onun mühafizə etdiyi ərazi başqa yerdə olduğundan söküntü gedən ərazidə olmamışdır. Lakin, arada texnikalar işləyəndə həmin əraziyə gedib nəzarət etmişdir. Məhz həmin vaxt Təqsirləndirilən şəxs ağac kəsdiyini görmüşdür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 25-26-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2022-ci il tarixli 9/3246 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, tədqiqata qərarla birgə təqdim edilmiş, iş materiallarında olan AR-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 22 fevral 2022-ci il tarixli 73963 nömrəli akta əlavə edilmiş “X8”nə əsasən köküstə yaş olmaqla müxtəlif diametrli ümumilikdə 23 ədəd ağac və kolların qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyaın ümumi məbləği 10160.00 manat, həmin idarə tərəfindən tərtib edilmiş 28 fevral 2022-ci il tarixli 73980 nömrəli akta əlavə edilmiş “X8”nə əsasən köküstə yaş olmaqla müxtəlif diamterli ümumilikdə 11 ədəd ağac və kolların qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği isə 2240.00 manat müəyyən edilir. Cinayət işinin 24-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 8-27-ci vərəqələrində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 05 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 fevral 2022-ci il tarixli, 73963 nömrəli aktı və ona əlavə edilmiş cədvəldən görünür ki, Siyəzən şəhəri, Tofiq İsmayılov küçəsində birgəyayaış korpuslarının yerləşdiyi ərazidə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə Siyəzən şəhəri, Tofiq İsmayılov küçəsində ağacların kəsilməsi barədə daxil olmuş məlumat ilə əlaqədar idarənin 01 fevral 2022-ci il tarixli, 0009 saylı sərancamına əsasən qeyd olunan əraziyə Siyəzən Mənzil İstismar İdarəsinin rəisi X9, Siyəzən şəhər bələdiyyəsinin nümayəndəsi X6 və "xxxx" MMC-nin icraçı direktoru X4 iştirakı ilə keçirilən baxış zamanı sakinlər tərəfindən əkilmiş və təbii halda bitmiş olan yaşıllıqlar (ağac və kol) köküstə yaş halda kök boğazlarından kəsilərək oduncaq hissələri aparılması, qol budaqları isə söküntü ərazisinə atılması müəyyən edilmişdir. Bundan başqa, diametri 4 sm olan 1 ədəd ailand cinsindən olan ağacın qiyməti 160 manat, diametri 5 sm olan 1 ədəd ailand cinsindən olan ağacın qiyməti 200 manat, diametri 9 sm olan 1 ədəd ailand cinsindən olan ağacın qiyməti 240 manat, diametri 14 sm olan 1 ədəd ailand cinsindən olan ağacın qiyməti 300 manat, diametri 4 sm olan 21 ədəd ailand cinsindən olan ağacın qiyməti 400 manat, diametri 25 sm olan 1 ədəd ailand cinsindən olan ağacın qiyməti 500 manat, diametri 26 sm olan 1 ədəd ailand cinsindən olan ağacın qiyməti 500 manat, diametri 28 sm olan 1 ədəd ailand cinsindən olan ağacın qiyməti 500 manat, diametri 36 sm olan 1 ədəd ailand cinsindən olan ağacın qiyməti 700 manat, diametri 48 sm olan 1 ədəd ailand cinsindən olan ağacın qiyməti 800+800=1600 manat, diametri 10 sm olan 1 ədəd tut ağacın qiyməti 240 manat, diametri 20 sm olan 1 ədəd tut ağacın qiyməti 360 manat, diametri 32 sm olan 1 ədəd tut ağacın qiyməti 600 manat, diametri 34 sm olan 2 ədəd tut ağacın cəmi qiyməti 1400 manat, diametri 36 sm olan 1 ədəd tut ağacın qiyməti 700 manat, diametri 12 sm olan 1 ədəd əncir ağacın qiyməti 240 manat, diametri 15 sm olan 1 ədəd əncir ağacın qiyməti 300 manat, diametri 18 sm olan 1 ədəd əncir ağacın qiyməti 360 manat, diametri 6 sm olan 1 ədəd gavalı ağacın qiyməti 200 manat, diametri 8 sm olan 1 ədəd gavalı ağacın qiyməti 200 manat, diametri 14 sm olan 1 ədəd gavalı ağacın qiyməti 300 manat, 1 ədəd nar kolunun qiyməti isə 160 manat dəyərində olan ağaclar qanunsuz kəsilmiş və təbiətə ümumilikdə 11.160,00 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 55-63-cü vərəqələrində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 05 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 28 fevral 2022-ci il tarixli, 73980 nömrəli aktı və ona əlavə edilmiş cədvəldən görünür ki, ünvan 3 ünvanda yaşayan Şahid5 tərəfindən “T. İsmayılov küçəsində əkdiyi ağacların kəsilmə təhlükəsi” barədə etdiyi şikayət əsasında qeyd olunan küçəyə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, diametri 10 sm olan 1 ədəd xurma ağacın qiyməti 240 manat, diametri 10 sm olan 1 ədəd gilas ağacın qiyməti 240 manat, diametri 10 sm olan 1 ədəd armud ağacın qiyməti 240 manat, diametri 10 sm olan 2 ədəd tut ağacın cəmi qiyməti 480 manat, diametri 12 sm olan 1 ədəd alça ağacın qiyməti 240 manat, 1 ədəd əncir kolunun qiyməti 160 manat, 4 ədəd aliandr kolunun cəmi qiyməti 640 manat dəyərində olan ağaclar qanunsuz kəsilmiş və təbiətə ümumilikdə 2.240.00 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 189-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 28 iyun 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 162-cı vərəqəsində olan 23 iyun 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 182-183-cü vərəqələrində olan Siyəzən RİHB-nin Siyəzən şəhər İƏD üzrə nümayəndəliyindən verilmiş 29 iyun 2022ci il tarixli, 1297 nömrəli arayışdan və eyni tarixdə verilmiş eyni nömrəli xasiyyətnamədən görünür ki, Quliyev X5 şəhəri, T. İsmayılov küçəsi, korpus 12/1 ünvanında qeydiyyatdadir, "xxxx" MMC-də motros işləyir, özünü ailədə və ictimaiyyət arasında tərbiyyəli aparır, yaşıdlarına nümunə olur, rayon tədbirlərində fəal iştirak edir, barəsində Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 87-108-ci vərəqələrində olan 16 iyun 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Əliyev X10 şəhəri, T.İsmayılov küçəsində yerləşən dövlət mülkiyyətində olan birgəyaşayış korpuslarında yerləşən Təqsirləndirilən şəxs göstərişi əsasında onun həyətində kəsdiyi və istintaqa könüllü olaraq təqdim edilmiş 03 ədəd ağac kötüyü iş üzrə maddi sübut qismində tanınmış və Siyəzən rayon prokurorluğunda maddi sübutlar otağında saxlanılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 171-172-ci vərəqələrində olan 23 iyun 2022-ci il cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə vurulmuş ziyanın ödənilməsi Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödənilmiş 12 400 manat iş üzrə vurulmuş ziyanın ödənilməsi kimi nəzərə alınmış və Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cildinin 118-119-cu vərəqələrində olan 17 iyun 2022-ci il tarixli zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin tanınması haqqında qərardan görünür ki, X2 ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş hüquqi şəxs olan və Xaçmaz rayonu, Xudat şəhəri, 4-cü şöbədə yerləşən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi qismində tanınmışdır. Məhkəmə iclasında elan edilməklə, cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin nümayəndəsi X1 25 avqust 2022-ci tarixli ərizəsindən (məhkəmədə tərtib edilmiş) görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə vurulmuş maddi ziyan tamamilə ödənildiyindən, təqsirləndirilən şəxsdən hər hansı bir şikayət və tələbləri yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə tam təqsirli olması cinayət işinə əlavə olunmuş materiallarla sübuta yetirildi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyi və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayət əməllərinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs onun ilk dəfə böyük ictimai təhlükə törətməyən və az ağır cinayət törətməsini, cinayət nəticəsində dəymiş maddi ziyanın tamamilə ödənilməsini və zərərçəkmiş hüquqi şəxsin müvəkkil etdiyi nümayəndəsinin ona qarşı şikayət və tələbinin olmamasını, habelə faydalı əmək fəaliyyəti ilə məşğul olmaqla, gəncliyini və yaşayış yeri üzrə müsbət xaraterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat şəraitini, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, həmçinin barəsində yüngülləşdirici halların olmasını, cinayət nəticəsində vurmuş olduğu ziyanın tam olaraq ödəməsini, zərərşəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş ““polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan – Əliyev X10 şəhəri, T.İsmayılov küçəsində yerləşən dövlət mülkiyyətində olan birgəyaşayış korpuslarında yerləşən Təqsirləndirilən şəxs göstərişi əsasında onun həyətində kəsdiyi və istintaqa könüllü olaraq təqdim edilmiş 03 ədəd ağac kötüyü təyinatı üzrə istifadə edilməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təhvil verilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 8000 manat cərimə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan – Əliyev X10 şəhəri, T. İsmayılov küçəsində yerləşən dövlət mülkiyyətində olan birgəyaşayış korpuslarında yerləşən Təqsirləndirilən şəxs göstərişi əsasında onun həyətində kəsdiyi və istintaqa könüllü olaraq təqdim edilmiş 03 ədəd ağac kötüyü təyinatı üzrə istifadə edilməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı: X3, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ34CTRE********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar