Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-61/2023 01.08.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Şahid1, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 01 avqust 2023-cü il tarixdə Siyəzən Rayon Məhkəməsinin binasında xx xxxx 2000-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, üzərində məhkumluğu olmayan, Siyəzən rayonu, Zarat kəndində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 02 iyul 2023-cü il tarixdə, saat 21:30 radələrində Siyəzən rayonunun Zarat kəndində yaşadıqları evdə anası Şahid1 və bacısı Zərərçəkmiş şəxs ilə pul üstündə aralarında yaranmış mübahisə zamanı əli ilə sonuncunun üzünə bir neçə zərbə vuraraq, ona burun beli nahiyəsinin sol gözaltı nahiyəni tutmaqla, yumşaq toxumaların hematoma halında əziyi ilə müşayiət edilən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək sadələşdirilmiş icraat zamanı verdiyi izahatını təsdiq etməklə, ifadəsində göstərdi ki, o, 02 iyul 2023-cü il tarixdə, saat təxminən 21:30 radələrində bacısı Zərərçəkmiş şəxs anası Şahid1 ilə mübahisə etdiyindən bacısını sağ əlinin içi ilə üz nahiyəsindən bir neçə dəfə zərbə, o cümlədən sillə ilə vurmuşdur. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq çəkməsinin nəzərə alınmasını xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün məhkəməyədək sadələşdirilmiş icraat zamanı verdiyi etirafedici izahatı və məhkəmə iclasında verdiyi ifadəsi ilə yanaşı, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin, şahidlərin, habelə zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin məhkəmə iclasında verdikləri ifadələri, ekspertiza rəyi və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs məhkəməyədək sadələşdirilmiş icraat zamanı verdiyi izahatını təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, qardaşı Təqsirləndirilən şəxsla aralarındakı münasibət hələ lap əvvəldən pis olmuşdur. 02 iyul 2023-cü il tarixdə, saat təxminən 21:30 radələrində yaşadıqları evdə olarkən anası Şahid1 ilə qardaşı Təqsirləndirilən şəxs arasında sonuncunun anasından pul istəməsi səbəbindən mübahisə yaranmışdır. Həmin vaxt evdə o, bacısı Səidə, anası Zümrüd və qardaşı Eyvaz olmuşdur. Belə ki, qardaşı Təqsirləndirilən şəxs mübahisə zamanı onun sol üz nahiyəsindən sillə və yumruqla vurmuş, habelə gözü və burnu şişmiş, nəfəs almasında çətinliklər yaranmış, həmçinin zərbədən qabırğası çarpayıya dəymiş, ağrıları olmuşdur. Bundan sonra, DİN-nin 102 xidmətinə məlumat vermiş, habelə ərizə yazmışdır. Qardaşı Təqsirləndirilən şəxsla barışmamış, habelə sonuncudan şikayətçidir. Şahid zərərçəkmiş şəxsin qanuni nümayəndəsi, eləcə də Şahid1 məhkəməyədək sadələşdirilmiş icraat zamanı verdiyi izahatını təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, 02 iyul 2023-cü il tarixdə, saat təxminən 21:30 radələrində yaşadıqları evdə olarkən oğlu Təqsirləndirilən şəxs ondan pul istəmiş, bu səbəbdən də aralarında mübahisə yaranmışdır. Belə ki, onlar Siyəzən rayonunun Zarat kəndində kirayə yaşayırlar. Mübahisə zamanı qızı Zərərçəkmiş şəxs müdaxilə edərək, qardaşı Təqsirləndirilən şəxs ondan nə istədiyini soruşmuş, bu zaman oğlu Eyvaz qızı Fatimənin yumruqla üz nahiyəsindən vurmuş, habelə sonuncunun gözü göyərmişdir. Bundan sonra, qızı Fatimənin qabırğası çarpayıya dəydiyindən ağrıları olmuş, habelə təcili tibbi yardım gəlib müayinə etmişdir. Daha sonra, qızı Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs heç bir yerdə işləmir. Hadisədən sonra da, oğlu Eyvazın davranışları dəyişməmişdir. Bundan əlavə, oğlu Eyvazın davranışlarına görə işinə də gedə bilmir. Odur ki, Təqsirləndirilən şəxs şikayətçidirlər, habelə sonuncu həbs olunarsa, bəlkə, düzələcəyini düşünür. Şahid2 məhkəməyədək sadələşdirilmiş icraat zamanı verdiyi izahatını təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, 02 iyul 2023-cü il tarixdə qardaşı Təqsirləndirilən şəxs puldan ötrü onları dayısının evinə göndərmiş, habelə sonuncunun maddi imkanı zəif olduğundan onlara köməklik edə bilməmiş, onlar da evə qayıtmışlar. Siyəzən rayonunun Zarat kəndində olan evə gəldiklərində isə qardaşı anası ilə mübahisə edərək, onun boğaz nahiyəsindən tutmuş, habelə bacısı Zərərçəkmiş şəxs mübahisəyə müdaxilə edərək, anasına kömək etmək istədikdə, qardaşı anasını buraxıb, bacısı Fatiməni çarpayıya yıxaraq, onu sillə və yumruqla vurmuşdur. Daha sonra, o, onları ayırmış, qardaşının qolundan tutaraq, otaqdan çıxartmışdır. Hadisə ilə bağlı təxminən 1 saat sonra, yəni bacısı Zərərçəkmiş şəxs üçün təcili tibbi yardım gəlib getdikdən sonra sonuncu və anası Zümrüd DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Məhkəmə iclasında elan edilmiş işin 55-56-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 canlı şəxsin məhkəmə-tibbi ekspertizası haqqında 10 iyul 2023-cü il tarixli, 120 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində burun beli nahiyəsinin sol gözaltı nahiyəni tutmaqla, yumşaq toxumaların hematoma halında əziyi aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə yarana bilər, yaranma müddəti 2-3 günə qədər olub, 02 iyul 2023-cü il tarixə uyğun gəlir və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə iclasında elan edilmiş işin 60-63-cü vərəqələrində olan 20 iyul 2023-cü il tarixli toplanmış sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə yekun protokol tərtib olunaraq, Siyəzən rayon prokurorluğuna göndərilmiş, habelə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 50-ci səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12 iyul 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin 19 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinərək, 4 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 06 avqust 2020-ci il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. Bununla da, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, hazırkı əmələ münasibətdə üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş işin 53-54-cü vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Siyəzən rayonunun Zarat kəndində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Zarat kənd İƏD üzrə nümayəndəliyinə heç bir rəsmi və ya şifahi şikayət daxil olmamışdır. Məhkəmə göstərilənləri nəzərə alaraq və məhkəmə istintaqının nəticələrinə əsaslanaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi yuxarıda şərh edilən əməl cinayət hadisəsidir və həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Beləliklə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin, şahidlərin, habelə zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin məhkəmə iclasında verdikləri ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə məhkəməyədək sadələşdirilmiş icraat materialından görünür ki, ibtidai araşdırmanı həyata keçirən təhqiqatçı material üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 20 iyul 2023-cü il tarixli qərarla məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə yekun protokolun tərtib olunaraq, Siyəzən rayon prokurorluğuna göndərilməsinə, habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə araşdırmasında Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və ya cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun gənc yaşda olmasını, həmçinin yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamaqla, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, o cümlədən törədilmiş əməlin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasını, ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, şəxsiyyətin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla belə onun əməlində ağırlaşdıran halların olmamasını, həmçinin yuxarıda sadalanan yüngülləşdirici halların olmasını nəzərə alaraq, eləcə də həm təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən gələcəkdə bu cür xarakterli cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.2-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.1-ci maddəsinə əsasən ictimai işlər növündə cəza məhkumun yaşadığı, cərimə növündə cəza və xüsusi müsadirə növündə cinayət-hüquqi tədbiri isə hökmü çıxaran məhkəmənin, həmçinin məhkumun işlədiyi və ya onun əmlakının olduğu yerin icra məmuru tərəfindən icra edilir. Bu Məcəllənin 15-2.1-ci maddəsinə əsasən ictimai işlər və azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə də elektron nəzarət vasitələri tətbiq edilir. Qeyd olunan Məcəllənin 34.1-ci maddəsinə əsasən ictimai işlər növündə cəzanı məhkumun yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə icra məmuru icra edir. İctimai işlər növündə cəzaya məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan normalarının tələblərinə əsasən belə hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzanın çəkilməsi müddəti onun ictimai işlərin yerinə yetirilməsinə cəlb olunduğu vaxtdan hesablanmalı, həmçinin Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. İş üzrə maddi sübut, mülki iddia, maddi zərər, xüsusi müsadirə edilməli əmlak və məhkəmə məsrəfi yoxdur. Qeyd olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 384-cü maddələrinə əsaslanaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinərək, 350 (üç yüz əlli) saat müddətinə ictimai işlər cəzasına məhkum edilsin. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs ictimai işlərin yerinə yetirilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-61/2023
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-61/2023
01.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver