Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-61/2025 03.02.2026 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 03 fevral 2026-cı il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1988-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, xeyli miqdarda, yəni 0,235 qram çəkidə narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, habelə Siyəzən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində 26 avqust 2025-ci il tarixdə, saat 01:36 radələrində Siyəzən şəhərinin X6 küçəsində yerləşən “Bayraq meydanının” yaxınlığında saxlanılaraq üstü yoxlanılan zaman onun əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisindən həmin çəkidə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 30 aprel 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1, 221.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 18 dekabr 2008-ci il tarixdən hesablanmış, habelə 01 mart 2017ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, o, polis əməkdaşları tərəfindən saxlanılanadək təxminən 1 il narkotik vasitə heroindən həftədə 2-3 dəfə, arasıra isə psixotrop maddə metamfetamindən istifadə etmişdir. Belə ki, polis əməkdaşları tərəfindən saxlanılmamışdan 2-3 gün öncə, Bakı şəhərinin 20 Yanvar ərazisində olarkən, avtobus dayanacağının kənarında yerdə olan bir ədəd kibrit qutusu diqqətini cəlb etdiyindən, həmin qutunu götürüb, açıb baxdığında, içərisində şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroin olduğunu görmüş, kibrit qutusunu atsa da, sözügedən bükümü özü ilə götürmüşdür. Bundan sonra, o, taksi ilə Bakı şəhərindən yaşadığı Siyəzən şəhərinin Şəhriyar küçəsində yerləşən 5 saylı evə gəlmiş, habelə orada tapmış olduğu narkotik vasitə heroindən bir qədər istifadə etmiş, qalıq narkotik vasitə heroini isə özündə saxlamışdır. Daha sonra, 26 avqust 2025-ci il tarixdə, saat 01:36 radələrində Siyəzən şəhərinin X6 küçəsində “Bayraq meydanının” yaxınlığında hərəkətdə olarkən dörd nəfər mülki geyimli polis əməkdaşı video çəkilişlə ona yaxınlaşaraq üzərində narkotik vasitə gəzdirməsi və saxlaması barədə məlumat olduğunu bildirmiş, habelə təklif əsasında o, əynində olan boz rəngli şalvarın sol yan cibində saxladığı içərisində narkotik vasitə heroin olan bir ədəd sellofan bükümü çıxarıb onlara təqdim etmişdir. Bundan sonra, müvafiq qaydada sənədləşdirmə işləri aparılmış, həmçinin tərtib edilmiş sənədlər o və polis əməkdaşları tərəfindən imzalanmışdır. Bundan sonra o, Siyəzən RPŞ-yə gətirilmiş, habelə orada, video çəkiliş vasitəsi ilə RPŞ-nin İB-nin baş müstəntiqi Turab Rzazadə tərəfindən təqdim olunan əşyalara baxış keçirilmiş, müvafiq qaydada sənədləşmə işləri aparılmışdır. Bundan əlavə o, polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və psixi təzyiq və təsirə məruz qalmamışdır. Həmçinin, istifadə etdiyi narkotik vasitəni əvvəllər Bakı şəhərindən tanımadığı şəxslərdən, pul müqabilində satın alsa da, bu vasitələrin satışı ilə məşğul olmamışdır. Odur ki, əməlindən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, habelə ona qarşı düşmənçilik və ədavəti olmamışdır. 26 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və üzərində saxlaması barədə məlumat daxil olmuşdur. Bundan sonra, həmin tarixdə, saat 01:36 radələrində o, RPŞ-nin CAB-ın rəisi İkraməddin Zəkiyev, əməliyyat müvəkkili Vüqar Heybətov və NMQ-nin əməliyyat müvəkkili Ülvi İsayev ilə birlikdə Siyəzən şəhərinin X6 küçəsində yerləşən “Bayraq meydanının” yaxınlığında olarkən Təqsirləndirilən şəxs orada olduğunu görüb video çəkiliş vasitəsilə ona yaxınlaşmış, habelə sonuncuya özlərini təqdim edib üzərində narkotik vasitə saxlamasına dair əsaslı şübhələr olduğu bildirməklə, üzərində şəxsi axtarış keçirməli olduqlarını qeyd etmişlər. Daha sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmiş, habelə təklif əsasında əynində olan boz rəngli şalvarın sol yan cibində saxladığı içərisində narkotik vasitə heroin olan 1 ədəd şəffaf rəngli sellofan bükümünü çıxarıb təqdim etmişdir. Beləliklə, təqdim edilmiş qeyd olunan vasitə boş zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış, həmçinin zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmış və RPŞ-nin İB-nə təhvil verilməsi üçün götürülmüşdür. Bundan sonra, video çəkiliş yekunlaşmış, habelə Təqsirləndirilən şəxs Siyəzən RPŞ-yə gətirilmiş, orada İB-nin baş müstəntiqi Turab Rzazadə tərəfindən video çəkilişlə təqdim olunmuş zərfə və diskə baxış keçirilmiş, təqdim edilmiş predmetlər yenidən müvafiq qaydada qablaşdırılmış, həmçinin zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı bir formada təsir və ya təzyiqə, o cümlədən qeyri-insani rəftara məruz qalmamışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 48-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 avqust 2025-ci il tarixli, 20/761 saylı ekspert rəyindən görünür ki, üzərində AR DİN “Zərflər üçün №96” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qəhvəyi rəngli kütlə; 1. /imza/ İ.Zəkiyev; 2. /imza/ Ü.İsayev;
3. /imza/ Şahid; 4. /imza/ V.Heybətov; 5. /imza/ Təqsirləndirilən şəxs; Tərtib etdi: baş müstəntiq /imza/ Turab Rzazadə” əl yazıları olan zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi 0,235 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata 0,05 qram heroin istifadə olunduqdan sonra onun qalıq çəkisi 0,185 qram təşkil etmişdir. Cinayət işinin 47-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların fiziki-kimyəvi ekspertizasının tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 121-122-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 24 sentyabr 2025-ci il tarixdə verilmiş 5969 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 9-10-cu vərəqələrində olan 26 avqust 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan görünür ki, həmin gün saat 01:36-dan saat 01:45-dək olan müddət ərzində Siyəzən şəhərinin X6 küçəsində yerləşən “Bayraq meydanının” yaxınlığında Təqsirləndirilən şəxs üstündə yoxlama aparılan zaman sonuncu ittihamın əsasını təşkil edən, əynində olan boz rəngli şalvarın sol yan cibində saxladığı 01 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Yoxlama zamanı mobil telefon vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 73-cü vərəqəsində olan 28 avqust 2025-ci il tarixli maddi sübut kimi tanımaq, işin 124-130-cı vərəqələrində olan 14 noyabr 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,185 qram təşkil edən narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞnin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, həmçinin 26 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üstünün yoxlanmasının, eləcə də təqdim olunan əşyalara baxış keçirilməsinin və götürülməsinin video çəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd Compakt Disk də, maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 88-89-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12 sentyabr 2025-ci il tarixli tələbnaməsindən, işin 107-114-cü vərəqələrində olan Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 30 aprel 2009-cu il tarixli, 1(101)-520/09 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 30 aprel 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1, 221.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, sözügedən Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 9 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 19 iyun 2009-cu il tarixli qərarı ilə sözügedən hökm dəyişdirilərək, onun cəzası 8 ilə endirilmiş, həmçinin o, bu cəzanı çəkdiyi müddətdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 aprel 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, sözügedən Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə, qəti olaraq 3 il 11 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, habelə 01 mart 2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, hazırkı cinayət əməlinin törədildiyi vaxt Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 23-cü vərəqəsində olan 26 avqust 2025-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan, eləcə də işin 32-ci səhifəsindəki eyni tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 01:36-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 67-68-ci vərəqəsində olan 26 avqust 2025-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 21:12-də Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 90-cı vərəqəsində olan 12 sentyabr 2025-ci il tarixli məcburi gətirmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs, barəsində olan hazırkı cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması üçün Siyəzən RPŞ-yə çağırılmasına baxmayaraq, ibtidai istintaqdan yayındığına görə həmin tarixdə onun məcburi qaydada RPŞ-nin İB-nə gətirilməsi qərara alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 95-ci vərəqəsindəki 18 sentyabr 2025ci il tarixli təqsirləndirilən şəxsin barəsində axtarış elan etmək, eləcə də işin 97-ci vərəqəsində olan eyni tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etmək mümkün olmadığı üçün onun barəsində axtarış elan edilərək, cinayət işi üzrə icraat dayandarılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 100-cü vərəqəsindəki 23 sentyabr 2025-ci il tarixli raportdan, eləcə də işin 101-ci vərəqəsində olan eyni tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23 sentyabr 2025-ci il tarixdə Şabran rayonunun ərazisində saxlanılaraq, Siyəzən RPŞ-yə gətirilib, İB-nə təhvil verilmiş və hazırkı cinayət işi üzrə icraat təzələnərək, istintaq davam etdirilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarında olan Siyəzən Rayon Məhkəməsinin 09 dekabr 2025-ci il tarixli, 1(059)-61/2025 saylı qərarından, eləcə də Siyəzən RPŞ-nin 16 dekabr 2025-ci il tarixli, 3-13-106/2-14910/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, sonuncu məhkəməyə gəlməmiş, buna görə də 09 dekabr 2025-ci il tarixdə onun Siyəzən Rayon Məhkəməsinə məcburi gətirilməsi barədə qərar qəbul olunmuş, lakin, olduğu yer müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs məcburi gətirilməsi mümkün olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarında olan Siyəzən Rayon Məhkəməsinin 16 dekabr 2025-ci il tarixli, 1(059)-61/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarında olan 18 dekabr 2025-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan, Siyəzən RPŞ-nin eyni tarixli, 3-13-106/2-15019/2025 nömrəli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının isə 22 dekabr 2025-ci il tarixli, 3-16-17/42/2- 7377/2025 nömrəli məktublarından görünür ki, Təqsirləndirilən şəxs 18 dekabr 2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri ərazisində tutularaq, Siyəzən RPŞ-yə gətirilmiş və saxlanılması üçün Siyəzən RPŞ-nin MSY-yə, oradan isə 19 dekabr 2025-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini xeyli miqdarda əldə edib saxlama və daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etiraf edici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun əməlindən səmimi peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edilməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, satış məqsədi ilə olmasa da, üzərində qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini əldə edib saxlayıb daşımasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyindən əziyyət çəkməklə, narkotik vasitə aludəçisi olmasını, əvvəllər qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etməklə, xüsusilə ağır cinayət əməlini törətməsini, bu əmələ görə cəzaçəkmə müəssisəsində cəza çəkərkən yenidən, qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi ilə bağlı cinayət əməlini törətdiyinə görə məhkum edilməsini, verilmiş cəzalardan nəticə çıxarmamasını, cinayət əməlindən əl çəkməməsini, bununla da, hüquqazidd əməllərini davam etdirməsini, islah, o cümlədən tərbiyə olunmamasını, bu dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar törətdiyi cinayətin onun əməlinin ictimai təhlükəliliyini xeyli dərəcədə artırmasını, yeni cinayət törətməyə və hüquq pozuntusuna meylli olmasını, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin şərtlərini pozaraq ibtidai, eləcə də məhkəmə istintaqından qaçıb gizlənməsini, barəsində məcburi gətirmə, axtarış tətbiq olunmasını, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə yenidən cinayət əməli törətməsinə, hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yüngülləşdirən halın mövcudluğunu, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın yuxarı həddinin 1/3 hissəsi həcmində cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 26 avqust 2025-ci il tarixdən, saat 01:36-dan eyni tarixə, saat 21:12-ə kimi həbsdə saxlanıldığı bir gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 18 dekabr 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci və 346.1.19-cu maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,185 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübutlar Təqsirləndirilən şəxs üstünün yoxlanmasının, eləcə də təqdim olunan əşyalara baxış keçirilməsinin və götürülməsinin videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd Compakt Disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 60 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə,
h ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 1 (bir) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 18 dekabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,185 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübutlar Təqsirləndirilən şəxs üstünün yoxlanmasının, eləcə də təqdim olunan əşyalara baxış keçirilməsinin və götürülməsinin videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd Compakt Disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 60 (altmış) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Bəylər Ələkbərov.