Məhkəmə qərarları › İş №1(059)-63/2022

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-63/2022

27.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-63/2022 27.09.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi , Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid2, Təqsirləndirilən şəxs iştirakları ilə 27 sentyabr 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxx 2003-cü il tarixdə keçmiş Dəvəçi rayonu, Ağbaş kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Şabran rayonu, Ağbaş kəndində qeydiyyatda olmaqla, Siyəzən şəhəri Babək küçəsində yerləşəş Ailəvi yataqxanada yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 20 mart 2022-ci il tarixdə, saat 19:00 radələrində anası Şahid1 Siyəzən şəhərinin Sabir küçəsindəki 70 saylı evdə kirayə qaldığı Dadaşova Hicranə Nurməmməd qızına məxsus evdə aşkar surətdə on altı yaşına çatmayan, xx xxx 2006-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə sonuncunun qızlıq pərdəsinin tamlığının pozulması ilə nəticələnən təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə 16 mart 2022-ci il tarixdə, günorta saatlarında, Sumqayıt şəhərində işlədiyi avtomobil yuma məntəqəsində, sonuncu ətir satarkən tanış olmuş, habelə zəng etmək üçün ondan telefon nömrəsini almışdır. Bundan sonra, o, Zəhra ilə whatsapp tətbiqi vasitəsilə mesajlaşmağa başlamış, habelə birbirilərinə qarşı sevgi münasibətləri yaranmışdır. Bundan sonra, Zəhra ona mesaj yazaraq, onu başqa bir şəxslə nişanlamaq istədiklərini bildirib, qaçmalı olduğunu qeyd etdikdə, o, 20 mart 2022-ci il tarixdə, axşam saatlarında Bakı şəhərindəki avtovağzaldan Zəhranı qaçırmışdır. Onlar Bakı şəhərindəki avtovağzaldan Qusar avtobusuna əyləşib, habelə Siyəzən rayonuna gəlib, "Saatın yanı" deyilən ərazidə avtobusdan düşərək, anası Şahid1 Siyəzən şəhərində kirayə qaldığı Sabir küçəsindəki 70 saylı evə getmiş, orada həmin vaxt heç kəs olmasa da, evin qapısı açıq olmuşdur. O, qapını açıb, Zəhra ilə evə daxil olmuş, bundan sonra, ailəsi aparmasın deyə, Zəhranın təklifi əsasında onunla cinsi əlaqədə olmuşlar. Təxminən 30 dəqiqə sonra anası Nəzakət evə gəlmiş, sonuncu Zəhra ilə əvvəllər telefonda danışsa da, onu ilk dəfə orada görmüşdür. Daha sonra, qaynanası Şahid2 yaşadıqları ünvana gəlmiş, ona əsəbi olduğu üçün polisə şikayət etmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 16 mart 2022-ci il tarixdə ətir satarkən tanış olmuş, 20 mart 2022-ci il tarixə qədər danışmışlar. Həmin tarixdə, axşam saatlarında Elvinə qoşulub, qaçmaq niyyəti ilə o, Bakı şəhərindəki avtovağzala getmişdir. Belə ki, ona 21 mart 2022-ci il tarixdə Qədir adlı şəxsin qohumları elçi gəlməli olmuş, o, əvvəlcə buna razı olsa da, sonradan bəzi problemlər olduğundan razı olmamışdır. Bu səbəbdən də 19 mart 2022-ci il tarixdə, axşam saatlarında Elvinə qoşulub, qaçmağı təklif etmişdir. Beləliklə, 20 mart 2022-ci il tarixdə günorta o, avtovağzala getmiş, Elvin isə Sumqayıt şəhərindən gəldikdən sonra onlar birlikdə Siyəzən şəhərinə gəlmişlər. Siyəzən rayonunda, "Saatın yanı" deyilən ərazidə avtobusdan düşərək, taksiyə əyləşib, evə getmiş, evdə heç kim, hətta Elvinin anası olmamış, qapı açıq olmuş, habelə evə daxil olmuşlar. Ailəsi onu aparmasın deyə, təklifi əsasında Elvinlə cinsi münasibətdə olmuşdur. Elə o vaxtdan Elvinlə birlikdə olmaqla, ayrılmamışlar. Daha sonra, Elvinin anası Nəzakət evə gəlmiş, birlikdə çay içdikdən sonra, sonuncu anası ilə danışmış, anası Şahid2 gəlmişdir. Anasıgil tanışlıq məqsədilə gəlsə də, sonradan bəzi problemlər yaranmış, həmçinin Elvini tanımadıqlarından şikayət edilmiş, amma oğlanı tanıyıb, anası şikayətini geri götürmüşdür. Hazırda Təqsirləndirilən şəxsla anasıgilə gedib-gəlirlər. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin qanuni nümayəndəsi, eləcə də Şahid2 ifadəsində göstərdi ki, 20 mart 2022-ci il tarixdə axşam saatlarında, təxminən 18-19:00 radələrində Bakı şəhərindəki Sədərək ticarət mərkəzindən evə gəlmiş, elə həmin vaxt telefonuna Zərərçəkmiş şəxs mesaj gəldiyini görsə də, evlərində qonaq olmaqla, Zəhra anasıgildə qalmışdır. Çünki, bayramla əlaqədar Zəhra anasıgilə pay aparmalı olmuşdur. Mesajda Zəhra öz razılığı ilə qoşulub, qaçdığını yazmışdır. Əvvəlcə Zəhranın onunla zarafat etdiyini düşünmüş, ona zəng etsə də, telefonuna zəng çatmamışdır. Evdəki qonaq da yığmasına baxmayaraq, Zəhraya zəng çatmamış, sonradan Zəhra zəngi açanda evdəki qonaqları onlara köməklik edəcəyini bildirmiş, amma yerlərini dəqiq deməsini xahiş etmişdir. Elvinlə Zəhra onlara çatarkən deyəcəklərini bildirmişlər. Elvin və Zəhra həmin vaxt Siyəzən şəhərinə gedəcəklərini deməmiş, hətta onlar Bakı şəhərindəki avtovağzalı axtarmışlar. Bundan təxminən 1 saat sonra Siyəzən şəhərində olduqlarını bilmiş, o, narahat olmuş, bir neçə saatdan sonra onlara Siyəzən şəhərində olmaları barədə ünvan atmışlar. Anası, və qızı ilə qeyd olunan ünvana getmiş, sözləri düz gəlmədiyindən polisə şikayət etmişdir. Sonradan Elvini tanımış, yaxşı oğlan olduğun görmüş, şikayətini geri götürmüşdür. Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs məcburi qaçırsa idi, sonuncunu evdən qaçırdar, əgər çöldən olsa idi, paltarı, üzü cırılardı. Bundan əlavə, qızı Zərərçəkmiş şəxs hicablı olduğundan qaçırdılarkən hicabı cırılıb, çıxardılar, həmin formada avtomaşına əyləşdirilərdi. Elə olsa idi, o, şikayətçi olardı. Qızı Zərərçəkmiş şəxs özü Təqsirləndirilən şəxsla öz xoşu ilə qaçmışdır. Bu səbəbdən də Təqsirləndirilən şəxs həbs olunmasında maraqlı deyildir. Qızı Zərərçəkmiş şəxs artıq ona lazım deyildir, ikisinin də xoşbəxt yaşamasını istəyir, Təqsirləndirilən şəxs həbs olunsa belə, qızını geri gətirməyəcəkdir. Odur ki, hazırda Təqsirləndirilən şəxs şikayətinin olmamasının nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, 20 mart 2022-ci il tarixdə əvvəllər kirayədə yaşadıqları Siyəzən şəhərinin Sabir küçəsindəki 70 saylı evdə yemək hazırladıqdan sonra 19-20:00 radələrində bel nahiyəsindən əməliyyat olunmuş bacısı Təranənin evinə sonuncu üçün yemək bişirmək məqsədilə getmiş, habelə evdən çıxarkən orada balaca uşaq olduğundan qapını bağlamamışdır. Bacısının evinə çatdığı məqamda oğlu Təqsirləndirilən şəxs ona zəng edib, evə gəlib-gəlmədiyini soruşduqda, o, “yox, yemək bişirib gələcəm” cavabını vermişdir. Bu zaman oğlu Təqsirləndirilən şəxs ona qız qaçırdığını bildirmişdir. Bundan əlavə, həmin qız, yəni Zərərçəkmiş şəxs da səhər saatlarından whatsapp tətbiqi vasitəsilə ona “xala məni qəbul eləmirsən?, mama məni qəbul eləmirsən?” məzmunlu mesajlar yazmış, o, isə buna “yox” cavabı vermiş, habelə əvvəlcə yaşını soruşduqda, Zərərçəkmiş şəxs 17 yaşının olduğunu bildirmiş, lakin, onlar Zəhranın yaşının az olduğunu bilməmişlər. Beləliklə, o, bacısının evində yemək bişirən zaman ona zəng gəldiyindən yaşadığı ünvana qayıtmış, ondan əvvəl evin sahibinə zəng edərək, oğlu Elvinin evə qız gətirib-gətirməməsi ilə maraqlanmasını istəmiş, evin sahibi isə bu halı təsdiqləmişdir. Dərhal bacısının evindən çıxıb, yaşadığı evə gəldikdən sonra Zərərçəkmiş şəxs orada görmüş və bu zaman evdə aralarında narazılıq olmuş, sonuncudan hansı səbəbdən qaçdığını, yaşını soruşmuş, bununla əlaqədar iradını bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs barəsində rayon Polis Şöbəsində araşdırma başlayana kimi Zəhranın deməsi əsasında onun 17 yaşı olduğunu bilmiş, lakin sonradan sonuncunun yaşının 14-15 olması, habelə oğlu Elvinlə cinsi əlaqədə olmaları barədə məlumatlandırılmışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 128-131-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 may 2022-ci il tarixli, 6/2569 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri olmuşdur. Onların rəngi və təbiəti 1 saylı cədvəldə göstərilmişdir. Həmin kənar lif mikrohissəciklərinin arasında Zərərçəkmiş şəxs qara rəngli retuzunun üzərində aşkar edilmiş göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər. Həmçinin, rəydən görünür ki, Zərərçəkmiş şəxs qara-bənövşəyi rəngli alt tumanının üzərindən aşkar edilmiş göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər. Cinayət işinin 127-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış materialların məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş işin 12-13-cü səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 X7 məhkəmə-tibb ekspertizasının 26 mart 2022-ci il tarixli, 53 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində, eləcə də xarici cinsiyyət üzvləri nahiyəsində hər hansı növ bədən xəsarətləri və onların izləri aşkar olunmamışdır. Həmçinin rəydən görünür ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulmanın müddəti bir-iki günə qədər olub, müayinə olanın göstərdiyi 20 mart 2022-ci il tarixə uyğun gəlir. Bundan əlavə, Zərərçəkmiş şəxs müayinəsi zamanı onunla arxadan anus dəliyi vasitəsi ilə qeyri-təbii yolla cinsi əlaqədə olmanın əlamətləri aşkar olunmamışdır. Məhkəmə iclasında elan edilmiş işin 98-ci səhifəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 Siyəzən rayon şöbəsinin 11 aprel 2022ci il tarixli, 18 saylı məktubundan görünür ki, 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib edilmiş 26 mart 2022-ci il tarixli, 53 nömrəli məhkəmə-tibbi ekspertiza rəyinə əlavə olaraq, Zərərçəkmiş şəxs uşaqlıq yolu möhtəviyyatı olan tamponun və yaxmanın bioloji laborator tədqiqi zamanı yaxmada spermatozoidlərin aşkar olunduğu göstərilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 118-120-ci səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 X7 məhkəmə-tibb ekspertizasının 05 may 2022-ci il tarixli, 1122 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs etdiyi hərəkətlərin, habelə iş üçün əhəmiyyət kəsb edən digər halların mahiyyətini düzgün qavramaq və dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs qərarda təsvir olunan dövr ərzində hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasi CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 8-ci, 16-17-ci və 36-37-ci vərəqələrində olan müvafiq olaraq 21 mart və 06 aprel 2022-ci il tarixli baxış və götürmə haqqında, həmçinin əşyaya baxış keçirilməsi və götürülməsi haqqında protokollardan görünür ki, X1 yaşadığı Siyəzən şəhərinin Sabir küçəsindəki 70 saylı 1 mərtəbəli evə keçirilən baxış zamanı sonuncu 20 mart 2022-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs ilə üzərində cinsi əlaqədə olmasını göstərdiyi bir ədəd döşək iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş göy rəngli, üzərində “Colins” və “MARİA” etiketleri olan cins şalvar, qara rəngli üzərində “S” etiketi olan parça materialdan olan köynək, onun altından geyindiyi boz rəngli qısaqol mayka, yuxarı hissəsində “CHUNYEMEN” sözləri, ön tərəfində isə tünd boz rəngdə “OK” sözləri yazılmış qara-boz rəngli alt paltarı, Zərərçəkmiş şəxs isə bir ədəd qara rəngli üzərində “boutiqua” sözləri yazılmış etiket olan parça materialdan ipli şalvar, bir ədəd qara rəngli ön tərəfində “L.amourBonjouROui” sözləri, boyun hissəsində “destina” sözləri yazılmış etiket olan parça materialdan kapuşonlu idman köynəyi, qara rəngli alt şalvarı, onun altından geyindiyi göy rəngli alt paltarı, qara rəngli bustqalter götürülmüşdür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 133-134-cü və 138-147-ci vərəqələrində olan müvafiq olaraq 16 və 26 iyun 2022-ci il tarixli cinayət işi üzrə əşyaların maddi sübut hesab edilməsi barədə və sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 08 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası CMnin 152.1-ci maddəsi ilə elan edilmiş ittiham, həmçinin, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, eləcə də onun əməlində Azərbaycan Respublikası CM-nin 144, 149 və 151-ci maddələrinin tərkibi olmadığından həmin xüsusatlar üzrə barəsində cinayət işinin başlanması rədd edilmişdir. Eyni zamanda, hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd döşək, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli üzərində “boutiqua” sözləri yazılmış etiket olan parça materialdan ipli şalvar, bir ədəd qara rəngli ön tərəfində “L.amourBonjouROui” sözləri, boyun hissəsində “destina” sözləri yazılmış etiket olan parça materialdan kapuşonlu idman köynəyi, qara rəngli alt şalvarı, onun altından geyindiyi göy rəngli alt paltarı, qara rəngli bustqalter, Təqsirləndirilən şəxs əynində olmuş göy rəngli, üzərində “Colins” və “MARİA” etiketleri olan cins şalvar, qara rəngli üzərində “S” etiketi olan parça materialdan olan köynək, onun altından geyindiyi boz rəngli qısaqol mayka, yuxarı hissəsində “CHUNYEMEN” sözləri, ön tərəfində tünd boz rəngdə “OK” sözləri yazılmış qara-boz rəngli alt paltarı iş üzrə maddi sübut kimi tanınmaqla, saxlanılması üçün Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 101-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 19 aprel 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 38-ci vərəqəsində olan 06 aprel 2022ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 78-81-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 4(059)-12/2022 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsindən imtina barədə qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Siyəzən rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi X5 vəsatəti təmin edilməmiş, həmçinin Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 82-83-cü vərəqələrində olan 08 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və seksual xarakterli digər hərəkətlər etmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxsin, şahidlərin, habelə zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin məhkəmə iclasında verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini, gəncliyini, zərərçəkmiş şəxsin onunla barışmaqla, bir ailə kimi yaşamasını, habelə zərərçəkmiş tərəfin ona qarşı şikayətinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, o cümlədən törədilmiş əməlin az ağır cinayətlər kateqoriyasına aid olmasını, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, eləcə də həm təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən gələcəkdə bu cür xarakterli cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 06 aprel 2022-ci il tarixdən 08 aprel 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Lakin, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyinin əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.4-cü bəndinə əsasən şərti məhkum etmə institutunun daha geniş tətbiq edilməsi tövsiyə edilmişdir. Beləliklə, məhkəmə, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, Təqsirləndirilən şəxs hadisədən sonrakı davranışını, xüsusilə də cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, həmçinin Təqsirləndirilən şəxs qarşı zərərçəkmiş şəxsin şikayəti olmamaqla, sonuncuların bir ailə kimi birlikdə yaşamasını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsini, eləcə də gəncliyini cəzanı yüngülləşdirən hallar, bundan əlavə yeni ailənin başçısının cəmiyyətdən təcrid etməklə real cəza çəkməyə göndərildikdə təzəliklə qurulmuş ailənin maddi və mənəvi sarsıntıya məruz qalacağını diqqətlayiq hallar kimi nəzərə alaraq və onun cəza çəkmədən islah olunmasını mümkün sayaraq barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq etməklə ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti verilməklə şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsi və ümumiyyətlə hökmün icrası onun yaşayış yeri üzrə Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin V bəndinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli üzərində “boutiqua” sözləri yazılmış etiket olan parça materialdan ipli şalvar, bir ədəd qara rəngli ön tərəfində “L.amourBonjouROui” sözləri, boyun hissəsində “destina” sözləri yazılmış etiket olan parça materialdan kapuşonlu idman köynəyi, qara rəngli alt şalvarı, onun altından geyindiyi göy rəngli alt paltarı, qara rəngli bustqalteri Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs əynində olmuş göy rəngli, üzərində “Colins” və “MARİA” etiketleri olan cins şalvar, qara rəngli üzərində “S” etiketi olan parça materialdan olan köynək, onun altından geyindiyi boz rəngli qısaqol mayka, yuxarı hissəsində “CHUNYEMEN” sözləri, ön tərəfində tünd boz rəngdə “OK” sözləri yazılmış qara-boz rəngli alt paltarı, eyni zamanda hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd döşək Təqsirləndirilən şəxs qaytarılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə aparılmış materialların məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 manat məbləğində vəsait Təqsirləndirilən şəxs alınıb Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay sınaq müddəti verilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və ailəsinə maddi yardım göstərmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli üzərində “boutiqua” sözləri yazılmış etiket olan parça materialdan ipli şalvar, bir ədəd qara rəngli ön tərəfində “L.amourBonjouROui” sözləri, boyun hissəsində “destina” sözləri yazılmış etiket olan parça materialdan kapuşonlu idman köynəyi, qara rəngli alt şalvarı, onun altından geyindiyi göy rəngli alt paltarı, qara rəngli bustqalteri Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs əynində olmuş göy rəngli, üzərində “Colins” və “MARİA” etiketleri olan cins şalvar, qara rəngli üzərində “S” etiketi olan parça materialdan olan köynək, onun altından geyindiyi boz rəngli qısaqol mayka, yuxarı hissəsində “CHUNYEMEN” sözləri, ön tərəfində tünd boz rəngdə “OK” sözləri yazılmış qara-boz rəngli alt paltarı, eyni zamanda hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd döşək Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 114 (bir yüz on dörd) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar